«Doqquz Bitik» sırası



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə94/122
tarix30.12.2017
ölçüsü3,78 Kb.
#18490
1   ...   90   91   92   93   94   95   96   97   ...   122

 
199 
ridir.
 
Türkiyə ilə müqayisədə sami və
 
irandilli ölkələrdə
 
əhalinin neçə
 
fa-
izinin köçəri olması aĢağıdakı rəqəmlərdə aydın görünür: 
58
 
 
2,1%    - Türkiyə 

6,2%    - Ġran 
 
14,9%  - Əfqanıstan  
4,6%    - Pakistan 

 
6%       - Ġordaniya  
0,7%    - Ġsrail 
 
2,1%    - Ġrak 
 
1,3 %   - Küveyt 
14,7 % - Oman 
 
20,7%  - Səudi Ərəbistanı
 
 
Köçəri köçləri tarixi köçlərdən fərqli anlam daĢıdığı kimi, qaraçı 
köçlərindən də fərqlənir.
 
Belə ki, I minilin ortalarından
 
sonra Hindistanın 
quzey-batı bölgələrindən çıxıb, Ġran,
 
Kiçik
 
Asiya,
 
Misir,
 
Balkan və Avro-
panın müxtəlif bölgələrinə keçən hinddilli qaraçılar min ildən artıqdır ki, 
«vətənsiz»  həyat  tərzi  yaĢayıb,  kənd-kənd  gəzirlər.  Oturaq  yaĢamın  tam 
əksini
 
yaĢayan
 

 
müxtəlif
 
ölkələrdə
 
qaraçı,
 
cığan
 
(tsiqan),
 
çingənə,
 
lüli, 
manuş,
 
kale
 

 
sair
 
adlarla tanınan bu etnoqrafik toplum özünü rom adlan-
dırır.
 
Qafqazda xristian
 
qaraçılara poşa (boĢa)
 
deyilir.
59
 
Qaraçı
 
kimi yaĢa-
yan baĢqa etnik qruplar da vardır:  «Güney-Batı Asiyada kauli, boĢa, qa-
raçı, navar (nuri);
 
Hindistanda nati, luti, badiya, laxar;
 
Yaponiyada tobuĢ,
 
sebr, tamba».
60
 
 
Köçəri  termininə  aydınlıq  gətirmək  üçün  əks  qütbləri  təĢkil  edən 
oturaq və qaraçı yaĢamı arasında daha üç təsərrüfat növü ilə formalaĢmıĢ 
yarımoturaq,  yarımköçəri    köçəri  yaĢam  tərzinin  olduğunu  nəzərə  al-
maq lazım gəlir:  
 
 
 
 
Sxemdə  göstərilən  oturaq,  yarımoturaq,  yarımköçəri,  köçəri
 
və 
qaraçı köçləri çox vaxt dolaĢıq salınır. Oturaq əhali yaĢadığı torpağı tərk 
edib  baĢqa  yerə  köçürsə,  köçün  vaxtından  asılı  olmayaraq,  bu,  yuxarıda 
səbəb
 

 
növlərini
 
izah
 
etdiyimiz
 
tarixi
 
köçdür.
 
VaxtaĢırı
 
yerini
 
dəyiĢərək, 
                                                 
58
  Андрианов, 1985, 135 (5-ci cədvəl). 
59
  Patkanova görə, hayların içində boĢaların sayı önəmli qədərdir (Redaktor -R.Əskər). 
60
  Санаров, 1971, 65. 


 
200 
müxtəlif
 
  ölkələri
 
dolaĢan
 
qaraçı
 
köçü
 
isə hind-iran dill tayfalar ilə bağlı 
olub,
 
türk etnosuna xas olmayan etnoqrafik  yaĢamdır. Türk toplumunun, 
o cümlədən, azər türklərinin təsərrüfat növü ilə bağlı kiçik bir qismini əha-
tə edən və digər üç qrupun yaĢam tərzini, Ģərti olaraq, köçərilik adlandır-
maq olar. Lakin bu ümumi köçəri adı altında oturaq yaĢama yaxınlıq də-
rəcəsinə görə, yarımoturaq, yarımköçəri və köçəri növlərin olduğunu da 
diqqətə almalıyıq. 
 
Köçəri sözünün sinonimi kimi köçmən, köçəbə sözlərini də iĢlətmək 
olar,  lakin  azər  türkcəsində  oturuĢmuĢ  köçəri  termini  daha  münasibdir. 
Türk dillərində köçəri sözü köçəbə (türk), köçmən (uyğur), köşkün (tuva) 
küçmə (tatar), köşpeli (qazax), çarva (türkmən) adlanır. Türkmən dilində 
çarva «qöçüp-qonup yörən xalk» kimi izah olunur, onlar oturaq heyvan-
darlara çarvası, yarımköçərilərə isə yarımçarva deyirlər. Saxa boyları əski 
türk yurdlarından xeyli uzaqlaĢsalar da, dillərində köç (kös), köç yeri (kös 
sire) sözləri saxlanmıĢdır. Rus dilində köçəriyə koçevnik deyildiyi kimi, 
köçəriliklə bağlı sözlər türklərlə kontaktda olan bir çox xalqın dilinə keç-
miĢdir.  Hətta,  haylar  içində  çoban  çomağı  ilə  oynanan  populyar  koçari 
rəqsini də onlar türk köçərilərindən öyrənmiĢlər. 
Xarici
 
yazarlar
 
köçəri  (nomad)  terminini  çox
 
geniĢ mənada
 
iĢlədir-
lər. Oturaq olmayan  yığıcı (collectors) və ovçuları da köçəri sayan bəzi 
yazarlardan  fərqli  olaraq,  ingilis  etnoqrafı  D.  Ford  nomadizm  anlamına 
yalnız çobanlıqla bağlı yaĢamı aid edir.
61
 Elmi ədəbiyatda köçəri, yarım-
köçəri  və  yarımoturaq  heyvandarlıq  terminlərinə  də  yanlıĢ  yanaĢmalar 
olmuĢdur.  Bəzi  yazarlar  köçəri  anlamına  yalnız  davamlı  hərəkətdə  olan 
heyvandarları,  bəziləri  də  yarımoturaq  və  yarımköçəriləri  daxil  edirlər.
 
Altayda tele boylarının məiĢət və təsərrüfatına aid arxeoloji bəlgələrə da-
yanan  G.Y.
 
Markov,  haqlı  olaraq,  onların  bir  qisminin  yarımoturaq,  bir 
qisminin də yarımköçəri olması fikrini irəli sürür. Tədqiqatçı VI-VII əsr-
lərdə buradakı durum haqqında yazır: «Nə inkiĢaf etmiĢ atçılıq, nə də hey-
vandarlıq  hələ  Altay  türklərinin  köçəri  olduğunu  söyləməyə  əsas  vermir. 
Çünki suvarma əkinçiliyi və geniĢ metallurgiya məhsulu ilə köçəriliyi bir 
araya gətirmək çətindir. Ən yaxĢı halda, onların təsərrüfatını yarımoturaq 
adlandırmaq olar. Ola bilsin ki, yalnız ayrı-ayrı qruplar yarımköçəri hey-
vandarlıqla məĢğul olurdu».
62
  
S.P.Tolstov XVIII-XX əsrlərdə Aral yaxa-
                                                 
61
 Forde, 1963; Lakin bu ölçüdən kənarda qalan istisnalar vardır. Məsələn, yığım və ov-
çuluqla məĢğul olan bəzi Avstraliya aborigenləri bugün köçəri-gəzəyən yaĢamındadır. 
62
 Марков, 1976, 9, 42-43.  


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə