«Doqquz Bitik» sırası



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə95/122
tarix30.12.2017
ölçüsü3,78 Kb.
#18490
1   ...   91   92   93   94   95   96   97   98   ...   122

 
201 
sında yaĢayan qaraqalpaq boylarının güya sonralar oturaq yaĢama keçməsi 
fikrini təkzib edib, yazır ki, buradakı əhali delta yaxasında qədim çağlar-
dan oturaq olub, heyvandar-balıqçı-əkinçi kompleks təsərrüfatı ilə məĢğul 
olmuĢdur. Burada arxeoloji  tədqiqat  aparan  yazar qeyd edir ki,  qaraqal-
paqların köçəriliyi həmin kompleks təsərrüfatın bir qoludur.
63
 
Nəzərə  almaq  lazımdır  ki,  gerçək  həyatda  «təmiz»  köçəri  və  ya 
yalnız  oturaq  heyvandar  yaĢamı  olmamıĢdır.  Təsərrüfat  daima  müxtəlif 
ünsürləri
 
əhatə
 
edən
 
kompleks sistem halında
 
olmuĢdur.
 
Köçəri üçün əsas 
yaĢam  mənbəyi  mal-heyvandır,  əkinçilik  məhsuluna  olan  ehtiyacını  isə 
dəyiĢ-düyüĢlə və ya satdığı heyvan və heyvandarlıq məhsulları hesabına 
təmin  edir.  Məsələn,  arxiv  sənədlərinə  görə,  1785-də  qazax  köçəriləri 
Orenburqda  2500-ə  qədər
 
at,  200  mindən  çox  qoyunu  buğda  və  lazım 
olan  baĢqa  nəsnəyə  dəyiĢmiĢlər.
64
 
Yarımköçəri təsərrüfatda heyvandar-
lıq üstün mövqedə olur, lakin bu tip köçərilər qıĢlaq, yazlaq, yaylaq və 
ya  küzlək  yerlərində əkin-biçinlə  də  məĢğul  olurlar.  Yarımoturaq boylar 
isə üstünlük verdiyi əkin-biçin və sənətkarlıq iĢlərini yaylaq-qıĢlaq yaĢa-
mı tələb edən heyvandarlıqla və mövsümi köçlə uyğunlaĢdırırlar.
 
Heyvandarlıq
 
təsərrüfatının tipologiyasını araĢdıran S.
 
Ġ.VaynĢteyn 
Tuva,  Altay  və  Xakas  elində  köçəri  təsərrüfatı  ilə  yanaĢı,  bütöv  ailə  ilə 
mövsümi  köç  edən  və  qıĢlaqda  daimi  yaĢayıĢ  yeri  olan  yarımköçərilər 
olduğunu qeyd edir.
 
Yazar yarımoturaq təsərrüfata heyvandarların qıĢlaq-
dan  daimi  yaĢayıĢ  tikilisi  olan  yaylağa  köçünü  aid  edir  və  örnək  kimi 
XVIII-XIX  əsrdə  saxa  və  bəzi  altay,  xakas  boylarının  köçünü  göstərir.
65
 
VaxtaĢırı əkinçiliklə məĢğul olan  yarımköçərilər  isə  yaylaq-qıĢlaq  yaĢa-
mında mövsümi köç ilə əkinçiliyi uyğunlaĢdırma imkanı olanlardır.
66
 
Ək-
sər türkmən köçəriləri heyvandırlıqla  yanaĢı, əkinçilik və baĢqa istehsal 
sahələri
 
ilə məĢğul olduğundan onlar yarımoturaq və yarımköçəri kimi ta-
nınmıĢlar.
67
 
Eyni  sözləri  minillər  boyu  yaylaq-qıĢlaq  yaĢamı  ilə  tanınan 
protoazər (xəzər//azər) boyları haqqında da demək olar.
68
 
                                                 
63
  Толстов, 1947, 99 
64
  ИК, 247. 
65
  Вайнштейн, 1972, 73. 
66
  Bunu  Gürcüstan,  Ermənistan  və  Dağıstanda  heyvandarlıqla
 
bağlı  köçəriliyin  çeĢidli 
növlərə  ayrılmasını  köçəri etnoqrafiyasını tədqiq edənlər də (V. M. ġanidze, Y. Ġ. Mkr-
tumyan, M.
 
O.
 
Osmanov) söyləmiĢlər.  
67
  Марков 1976, 209. 
68
  Azər xalqı, 2000, 23.
 


 
202 
Güney
 
Sibirdən
 
yuxarı
 
qalxan saxa boyları burada heyvandarlıq və 
ovçuluqla  bərabər,  əkinçiliklə  də  məĢğul  olurdular.  Onların  bir  hissəsi 
tundraya  köçəndən  sonra  gələnəksəl  kompleks  təsərrüfatdan  əl  çəkərək, 
buradakı evenk (tunqus) və samodi xalqları kimi yalnız köçəri heyvandar 
yaĢamına keçdilər.
69
 
Məncə, prototürk boylarının doğu və quzey bölgələrə 
tarixi köç yollarında
 
Atayurddan uzaqlaĢdıqca əkinçilik, çobanlıq,
 
dəmirçi-
lik, ovçuluq və sənətkarlıq kimi onların kompleks təsərrüfatında müəyyən
 
sahələr
 
deformasiyaya uğrayıb
 
iĢləkliyini
 
itirmiĢdir.
  
Ön  Asiyadan  uzaqlaĢdıqca  prototürk  boyları  yeni  məskənlərdə 
mal-heyvanın artımına, qoyunçuluq və atçılığın inkiĢafına daha çox meyl 
etmiĢlər, çünki ilboyu davam edən köçərilik üçün Uralın güney-doğusu, 
Tyan-ġan və Altay, həmçinin Monqolustan yarımsəhraları əlveriĢli mühit 
idi. Bölgənin landĢaft və iqlimindən asılı olaraq, yaylaq-qışlaq deyimi bir 
yerdə dağ-aran, baĢqa yerdə aran-dağ anlamına uyğun gəlir. Belə ki, kö-
çərilər Anadolu, Qafqaz və Ġranda yayı dağda, qıĢı aranda keçirirsə,
 
qazax 
köçəriləri qıĢı dağda, yayı aranda keçirir, altay, qırğız, monqol köçəriləri 
dağ-dağətəyi-dağ, tofalar köçmənləri və doğu Tuva maral saxlayanları isə 
dağətəyi-dağ  yerdəyiĢməsi  ilə  yaylaq-qıĢlaq  yaĢamını  gerçəkləĢdirirlər. 
XX əsrin əvvəlinə qədər əhalisinin 90% heyvandar-köçəri olan Monqol 
elində gələnəksəl olaraq, otlaqlar yaz, yay, küz və qıĢ üzrə ayrılır.
  
Bir qayda olaraq, yaylaq
 
aĢağılarda, çay qırağında, qıĢlaq isə dağ-
ların güney yamaclarında olur.
70
 Morfonoloji
 
quruluĢunda
 
azacıq
 
dəyiĢmə 
ilə
 
qışlaq,
 
yazlaq, yaylaq, küzlək terminləri doğuya gedən türklərdə saxlan-
mıĢdır. Belə ki, tuva dilində bu sözlər qıştaq, çazaq, çaylaq, küzeq Ģəklin-
də iĢlənir.  
Türklərin  etnoqrafik  yaylaq-qıĢlaq  yaĢamı  qapalı  köçdür.  Köçəri 
ailə, soy, uruq ilin mövsümi yaĢamını eyni marĢrut üzrə bəlli düĢərgədə 
keçirir; bölgənin coğrafi durumundan asılı olaraq, bəziləri ilboyu bir-iki, 
bəziləri  də  üç-dörd  düĢərgə  dəyiĢir.  Otlaq-örüĢ  üzrə  düĢərgə  dəyiĢmədə 
özünü göstərən fərqlər qapalı köçün stasionar (duraqlı), fasiləli, davamlı 
və sürəkli növlərini formalaĢdırır. Qapalı köçün növü ilin köçəri təqvimi 
ilə iki, üç və ya dörd fəsilə bölünməsini Ģərtləndirir. Türkmən və qaĢqay 
yarımköçəriləri ilin müxtəlif fəsillərini belə keçirirlər: 
71
 
                                                 
69
 Андрианов, 1985, 229. 
70
 Eyni qaynaq, 177. 
71
 Ибращимов, 1988, 56;  Марков, 1976, 213. 


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə