«Doqquz Bitik» sırası



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə96/122
tarix30.12.2017
ölçüsü3,78 Kb.
#18490
1   ...   92   93   94   95   96   97   98   99   ...   122

 
203 
Qaşqaylar
 
 
4 ay qıĢlaqda 
4 ay yolda 
4 ay yaylaqda 
Türkmənlər
 
mart-may ayları yazlaqda  
iyun-dekabr ayları yaylaqda  
dekabr-mart ayları qıĢlaqda 
 
Qapalı köçdən  fərqli olaraq, açıq köç davamlı  yerdəyiĢmələrlə bir 
otlaqdan baĢqasına fasiləsiz köç Ģəklində olur.  Belə ki, donuzdan baĢqa, 
müxtəlif heyvanlar saxlayan və «yurt» adlı ağ alaçıqlarda yaĢayan mon-
qol heyvandarlarının arabalarla daima  yer dəyiĢməsi, bir örüĢdən baĢqa 
örüĢə keçməsi haqqında ayrı-ayrı səyyahların qeydi vardır.
72
 Türk boyları 
yalnız olağanüstü durumda - böyük müharibələr Ģəraitində və ya iqlim 
dəyiĢmələri ilə bağlı, məskunlaĢacağı yeni yurd yerinə çatana qədər açıq 
köçlə hərəkət etmiĢlər. Bu baxımdan, saqa, massaget, hun, kuman, alan, 
oğuz, qıpçaq boylarının güya fasiləsiz köçəri  yaĢamı, əslində, adı çəkilən 
boyların savaĢa cəlb olunduğu zamana aid olub, hərbi konfliktlərlə bağlı 
yazılı qaynaqların verdiyi məlumatlara dayanır. Onların fasiləsiz açıq köç 
hərəkətinin spesifik forması heyvandar köçərilərin təsərrüfat fəaliyəti ilə 
yox, hərbi konfliktlərlə bağlıdır. 
Köçərilik anlamı təkcə təsərrüfat növünü deyil, cəmiyətin sosial- 
etnik xüsusiyətini də əhatə edir. Ovçu və yığıcı insanların ibtidai çağında 
adambaĢına  düĢən  bəslənmə  sahəsi  geniĢ  idi.  Ġnsanların  sürü  saxlayıb, 
əkinçiliklə  məĢğul  olduğu  sonrakı  çağlarda  isə  bəslənmə  sahəsi  daraldığı 
üçün vaxtaĢırı qonĢu boylar arasında torpaq davası olurdu. Oturaq əkinçi 
mühitdə qan  qohumluğu  get-gedə  qonĢu ərazi birliyinə  keçirdisə,  köçəri 
heyvandar  yaĢamında uruq-boy  (bəzən  psevdoboy) iyerarxik  qurumları 
yaranırdı,
 
necə
 
ki,
 
türkmən  obası  köçdə
 
iĢtirak
 
edənlərin
 
qohum  və
 
ya 
qeyri-qohum birliyidir.  Təkə boyu ilə vaxtaĢırı vuruĢan sarık boyu digər 
türkmənlərə  nisbətən  daha  çox
 
mal-heyvana
 
sahibdir
 

 
tərkibində  az 
çarva  olan  iqdır,  arbaçı,  göklen  boylarından  fərqlənir.  Orta  və  Güney 
Anadoluda  yörüklər ailə-soy qrupları ilə ümumi örüĢlərdən istifadə edir.
73
 
Çin qaynaqlarında dun-xu (uxuan)
 
boylarının yüzdən minə qədər alaçığına 
çincə bu
 
(monqolca
 
oymaq)  deyildiyi,
 
hər oymağın kiçik baĢçısı olduğu, 
baĢçıdan tutmuĢ, ən axırıncı adama qədər hər kəsin öz mal-heyvanını özü 
otarıb saxlaması, baĢqasından kömək ummaması qeyd olunur.
74
  
                                                 
72
 Карпини, 28, 70;  Рубрук, 91;  Поло, 88;  və b. 
73
 Еремеев, 1969, 98. 
74
 Бичурин, I, 142-143. 


 
204 
Etnik
 
atribut
 
kimi,
 
köçəri alaçıqları da rənginə, quruluĢuna və
 
yun, 
keçə,  həsir,  çubuq  kimi  materialına  görə  xalqdan-xalqa  fərqlənir.  Belə 
ki, tibet alaçığı monqol alaçığından, o da qazax-qırğız alaçığından, bu isə 
ərəb alaçığından seçilir. Ġqlim, çevrə, sosial durum və varlanma, heyvan 
artımı, mal dəyiĢmə kimi iqtisadi tələbat köçəri yaĢamına müxtəlif yön 
verdiyi kimi, köçün növünə də təsir edir. 
Azərbaycanın çeĢidli iqlimi, mülayim aran (qıĢlaq) və füsunkar dağ 
(yaylaq) bölgələri vardır. Oğuz xan, Əmir Teymur kimi böyük türk fateh-
ləri Azərbaycanın qıĢlaq və  yaylaqlarında dincəldiyi kimi, köçəri quĢlar 
da Azərbaycanda qıĢlayır.
 
QıĢda və yayda insanların yerdəyiĢməsi sağlam-
lıq üçün böyük önəm daĢıyır. Təbiətlə uyğunlaĢmaq, təbiətə köklənmək 
bir çox xəstəliyin də qarĢısını alır.
 
KeçmiĢdə vaxtaĢırı baĢ verən epidemi-
yalar  Ģəhər  və  kəndlərdə  sıx  yaĢayan  əhalinin  daha  çox,  kiçik  topalarla 
dağlara və bozqırlara yayılan köçərilərin isə az qırılması ilə nəticələnirdi. 
Köçəri  süfrəsində  yüksək  kalorili  ət-süd  məhsulları  olduğundan  sağlam 
qidalanma ilə artım köçərilər arasında daha çox olurdu.  
Oturaq  türklərə  nisbətən,  köçəri  türk  boyları  təbiəti  yaxĢı  duyur, 
onun «sirrini» daha yaxĢı bilirlər. Oynaq və diri hərəkətli köçəri boyu 
daha  çevik  və  təpərli  olur.  «Oğuznamə»  (Yazıcıoğlu)  abidəsində  belə 
deyilir: «Daima
 
köç
 
edələr,
 
oturaq
 
olmayalar, Kara Osman oğlanlarına 
deyərmiĢ: olmasın ki, oturaq olasız, bəylik türkmənlik və yörüklük edən-
lərdə qalır - demiĢ».
75
  L. N. Qumilov haqlı olaraq yazır ki, «bəĢər tari-
xində  və  mədəniyətində  Böyük  Çöl  köçərilərinin  rolu  avropalı,  misirli, 
çinli, pers, astek və inklərdən az olmamıĢdır».
76
 
Son 10 min ilə qədər 2 milyon il davam edən yığıcılıq və ovçuluq 
insanların  yeganə  yaĢam  tərzi  olmuĢdur.  Neolit  çağında  yığımdan  isteh-
sala
 
keçən uruqlarda məhsuldarlığın artımına maraq yaranmıĢdı,
 
gündəlik 
ehtiyacı təmin etməklə yanaĢı, ehtiyat ərzaq tədarükü görülürdü. Əkinçi-
liyin
 
inkiĢafı  və
 
mal-heyvanın  artımı  tədricən  əkinçi-maldar  təsərrüfatı 
ağırlaĢdırdı, tam olmasa da, əiknçi və heyvandar təsərrüfatın bir-birindən 
ayrılması
 
ilə  nəticələndi.
 
Əkinçilik
 
təsərrüfatına
 
nisbətən,
 
heyvandarlığın
 
                                                 
75
    Türk  toplumu  içində  etnoqrafik  baxımdan  bir-birndən  azacıq  da  olsa,  fərqlənən 
kəndlər,  hətta  soylar  arasında  duzlu  zarafatlar  olduğu  kimi,  oturaq  boylar  zarafatla 
köçərilərə  yonulmamıĢ  adam  anlamında  «dağ  adamı»,  «tərəkəmə»,  «ayrım»,  «kürd», 
köçərilər  də  köç  etməyən  oturaq  boylara  yerindən  tərpənməyən,  tənbəl  anlamlarında 
«yatuq»//«yatıq», «tat» deyirlər. 
76
  Гумилев, 1971, 70. 


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə