«Doqquz Bitik» sırası



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə98/122
tarix30.12.2017
ölçüsü3,78 Kb.
#18490
1   ...   94   95   96   97   98   99   100   101   ...   122

 
207 
ki, Carmo yaĢayıĢ məskəninin özündə, dağətəyi Sincar ovasında, Zaqros 
dağlarının
 
Ġraq
 
tərəfdəki
 
batı
 
(Tel-ġimĢara)  və
 
Ġran tərəfdəki doğu  yaxala-
rında (Tepe-Sorab, Tepe-Quran,  Ali-KoĢ),  GirmanĢah  bölgəsində  Gənci-
dərə
 
abidələrində  yaylaq-qıĢlaq  yaĢamını  əks  etdirən  fərqli  düĢərgələr 
vardır. V. M. Masson qeyd edir ki, Carmo, Sincar və Luristandakı Tepe-
Quranda
 
daĢ özül üzərində gil-palçıq evli yaĢayıĢ məskənlərinin
 
qıĢlaq, 
1260 m yüksəklikdəki alp çəmənliyində daimi yaĢayıĢ üçün palçıq evləri 
olmayan  Tepe-Sorab  düĢərgəsinin  isə  çobanların  yaylaq  yeri  olduğunu 
göstərir.
85
  Tarixboyu  adı  çəkilən  ərazilərdə  yaĢayan  prototürk-protoazər 
boyları içində yaranan və sonradan gələn baĢqa xalqların da mənimsədiyi 
qoyunçuluq və köçərilik burada bugünə qədər davam edir.  
Güney-Doğu
 
Anadoluda  türkmən  və  kürd,  Quzey  Ġraqda  türkman, 
Orta Zaqrosda, ġuĢter-Ġsfahan arasında yaĢayan irandilli bəxtiyar boyları, 
Ġranın
 
güney-doğu
 
bölgələrində  çoxsaylı  bəluclar,
 
Kerman  əyalətində 
xorasani,  bayat,  pıçaqçı,  qaragözlü  türk  boyları  və  inanlu,  baharlu  boy-
larından
 
batıda
 
qaĢqaylar,
 
dağlıq bölgələrdə  yaĢayan teymurtaĢ, qoudari,
 
Xamse bölgəsi və Urmu gölünün
 
quzey-batı
 
yaxalarında
 
avĢar
 
boylarının
 
bir
 
qismi  köçəriliklə  məĢğuldur.  Köçdə  300-350  km  yol  keçən  irandilli 
basseri boyları kimi, Fars körfəzi
 
yaxalarında
 
Kara-Ağaç çayı ilə Firuza-
bad, FeraĢbənd, Atab və XineĢur
 
arasındakı
 
yaĢayıĢ
 
məskənlərində
 
qıĢla-
yan
 
qaĢqay
 
boyları daha
 
uzaq məsafəli
 
ġiraz-Ġsfahan
 
yolundan
 
batı yöndə
 
Zaqros
 
dağındakı
 
yaylaqlara köçürlər.
86
  
Yaylaq köçündə gündə
 
10-15 km yol keçən
 
qaĢqay
 
boyunun
 
yolbo-
yu
 
etnoqrafik
 
durumunu  T.
 
Ə.  Ġbrahimov  geniĢ  təsvir  etmiĢdir.
87
 
Lazım 
gələndə  60  min  atlı  döyüĢçü  çıxarmağa  qadir  olub,  gözəl  atlar,  dəvələr 
saxlayan, qoyunçuluqla məĢğul olub, keçən əsrin ortalarına qədər Zaqrosu 
aĢıb  Ġraqa,  oradan  da  Ġrana  qayıdan  yarımgöçəri  qaĢqaylar  üçün  dövlət 
sərhədi anlayıĢı yox idi.  
Het yazılarında adı keçən qədim heyvandar qaĢqay boyları isə m.ö.II 
minilboyu  Anadoluda  yaĢamıĢlar.  Görünür,  Het  dövlətinin  yıxılmasında 
da iĢtirak edən qaĢqay adlı bu qədim türk boyları urmu, mitan, subar boy-
ları kimi zaman-zaman Aərbaycana qayıtmıĢdılar. Bu qaĢqaylar haqqında 
sonrakı bitiklərdə geniĢ məlumat verilmiĢdir. 
                                                 
85
 Массон, 1989, 41. 
86
 Андрианов, 1985, 150-151. 
87
 Ибращимов, 1988, 55-56. 


 
208 
AĢağıdakı
 
sxemlərdə
 
ayrı-ayrı
 
etnoqrafların
 
Antalya
 
(№1),
 
Güney-
Doğu
 
Anadolu
 
(№2), Ġran (№3-4), Qazaxıstan (№5) bölgələrində köçəri-
lərin qapalı köç yollarını belə vermiĢlər:
 
88
 
 
                                                 
88
 Planhol, 1965; Hütteroht, 1959; Barth, 1964; Андрианов, 1985; Johnson, 1969.   


 
209 
Eneolit və tunc çağını nəzərdə tutan G. Y. Markov yazır: «Maraqlı-
dır  ki,  əhatəsində  olduqları  ətraf  sivilizasiyanın  hərtərəfli  güclü  təsirinə 
baxmayaraq, dağətəyi və bozqır əhalisi qədim Ģərq sivilizasiyası yaratmaq 
yolu ilə deyil, özlərinə məxsus özəl yolla getdilər».
89
 Köçərilik də əsasən, 
bu özəl yaĢam yolunu tutanlar arasında yaranıb yayıldı. 
Etnoqrafiyada bu da məlumdur ki, köhnə təsərrüfat növü o çağacan 
saxlanır ki, onu saxlamaq mümkün olur. Bu baxımdan, oturaq yaĢamdan 
köçəriliyə  keçid,  sıçrayıĢla  deyil,  ağrı-acılı  keçidlə,  yeni  yaĢam  tərzinə 
tədricən alıĢıb uyğunlaĢma ilə gerçəkləĢir. Sosial qurum və təsərrüfatın 
konservativliyi
 
köçəri
 
boylarda
 
daha güclü və davamlıdır. M.ö. III-II əsrdə 
hunların siyasi-iqtisadi və ictimai durumu ilə XI-XII əsr monqol cəmiyəti-
nin durumunu eyni sayan S.
 
Y.
 
Tolıbekov yazır ki, Orta Asiya köçərilərinin 
X əsrdəki durumu ilə  XIX  əsrdə  Sırdərya  vilayəti  köçərilərinin  durumu, 
həyat  tərzi  və  istehsal  fəaliyəti  bir-birindən  fərqlənmir.
90
  Baykalyanı 
bölgədən Lena çayı boyunca quzeyə qalxan saxa boyları yeni yurdlarında 
ildə  iki  dəfə  köç  gələnəyini  saxlayaraq,  yaylaq-qıĢlaq  yaĢamını  davam 
etdirmiĢlər.
91
  Osmanlı  dövləti  XIX  əsrin  ortalarında  əkinçiliklə  məĢğul 
olmayan  bədəvi  (beduin)  ərəblərin  oturaq  həyata  keçməsi  üçün  onlara 
kəndlər salıb,  əkin-biçin  üçün  Ģərait  yaratdı.  Lakin  bədəvilər heç  cür  əsl 
yaĢamlarından əl çəkmək istəmirdilər.  
Qədim  çağlardan  baĢlanan  köçərilik  günümüzə  qədər  davam  edir. 
Lakin  köçəri  yaĢamı kütləvi  Ģəkildə XIX  əsrin sonu  XX əsrin  əvvəlində 
deformasiyaya uğradı.
 
Bəzi
 
Avropa ölkələrində mal-heyvan sürüləri artıq 
qıĢlaq-yaylaq  yolunu  yük  maĢını  və  dəmiryol  vaqonlarında  keçir,
 
ikiĢaf 
etmiĢ bölgələrdə mal-heyvanı otlağa  yox, otu mal-heyvana tərəf  gətirir-
lər.
 
Oturaq  sosial-iqtisadi  qurumlara  qoĢulub  mahiyətini  itirən  köçərilik 
bəzi periferiyalarda lokal Ģəkildə günümüzə qədər qala bilmiĢdir.
92
 
  
                                                 
89
 Марков, 1976, 25. 
90
 Толыбеков, 1971, 53, 220. 
91
 РИН, 1968, 202; Vedidə yaylaq-qıĢlaqla yaĢayanların sağlam ovqatı olardı. Vedi dağ-
larında, bir tərəfi Göycə gölünə açılan yaylaqlarda, Qaragöl təpəsi yaxalarında, Əyricə, 
Cığın gölü, Məngük yaylaqlarında hər ailənin, soy və boyun özəl yaylaq yurdları vardı: 
Ağasıbəyli yurdu, Dibyurd, Qırxbulaq, Qanlıyurd, Kərbəlayı Ġsmayılın yurdu, GümüĢün 
yurdu,  Dəvəli  yurdu,  Xudu  bəyin  yurdu,  Məmməd  bəyin  yurdu,  Adıyaman,  Gözəldərə, 
AĢağı//Yuxarı Qaranlıq, Alçalı, Qızıl xaraba, DəlikdaĢ Qızıl xaraba, ArxaĢan, KəsikbaĢ,
 
DikdaĢ (Bədir bəyin yurdu), AtdaĢı, Tikanlı (Usuboğlu Ġsmayılın yurdu), Taplar,
 
Aynalı, 
Qanlıca
 
kimi
 
onlarla yaylaq yeri minillərlə
 
Vedibasar əhalisinin yupdları olmuĢdur.  
92
 Андрианов, 1985, 216. 


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə