«Doqquz Bitik» sırası



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə99/122
tarix30.12.2017
ölçüsü3,78 Kb.
#18490
1   ...   95   96   97   98   99   100   101   102   ...   122

 
210 
4. TÜRKLƏRĠN ATAYURDU 
 
Atayurdu deyimi dar mənada bir soyun, nəslin  «ata ocağı»,  geniĢ 
mənada boy, budun (xalq) və millətin «yarandığı bölgə» anlamında iĢlə-
nir. Tarixi-coğrafi kateqoriya olan Atayurdu anlamında tarixi xronologiya 
və çoğrafi məkan ölçüləri birlikdə iĢtirak edir, bu ölçülər xalqın etnoqra-
fiyası,
 
mifologiyası
 
və dilində əks olunur.
 
Xalqın etnogenezi atayurdunun 
etnik tarixi ilə üzvi Ģəkildə bağlı olub, bu yurdun tarixi demoqrafiyasından 
və burada baĢqa etnoslarla təmasın dərəcəsindən asılıdır. Belə mürəkkəb 
münasibətlər sistemində yer alan Atayurd probleminə iĢıq tuta bilən bəlgə-
lərin düzgün seçimi vacib Ģərtdir, çünki Urmu teoriyasından fərqli olaraq, 
iki əsr öncə “Altay dil ailəsi” ehtimalı üzərində gündəmə gəlib türklərin 
ilkin yurdunu doğuda “axtaran” Altay teoriyası hələ də axtarıĢdadı. 
Türklərin  Atayurdu  problemindən  danıĢan  yazarların  əksəri  onun 
tarixi-coğrafi  anlam  tutumunu  bir  kənara  qoyub,  «ilkin  yurd»  anlamının 
tarix  ölçüsünə  istədikləri  kimi  yanaĢmıĢlar.  K.  Gürün  qeyd  edir  ki,  türk 
tarixindən danıĢan yazarlar «ən qədim türk çağı» dedikdə m.ö. III, IV-V, 
uzaqbaĢı,
 
XII-XV
 
əsrləri nəzərdə tuturlar.
93
 
Halbuki ilkin yurd anlamının 
xronoloji ölçüsü protodilin yarandığı və dağılmağa baĢladığı zaman daxi-
lindəki dövrü əhatə edir. Hindavropa və bir sıra baĢqa xalqlarda olduğu 
kimi, türklərin də ilkin Atayurdunun tarixi m.ö. IV minildə bitir. Göründü-
yü  kimi,  qədim  türk  tarixi  və  ya  ilkin  Atayurd  məsələsindən  danıĢanlar 
zaman ölçülərini dolaĢıq salmıĢ, əsrlə minilliyi qarıĢdırmıĢlar.  
Atayurdunun coğrafi ölçülərinə də yanlıĢ baxıĢlar vardır. Belə ki, 
m.ö.  IV minilə qədər bu  yurdun coğrafi hüdudları bir-birindən çox uzaq 
məsafədə ola bilməzdi, ən azı ona görə ki, hər hansı bir protodilin yaran-
ması
 
üçün
 
müəyyən
 
təmaslarda  bulunan  boyların  eyni  kultur  yaĢamında,
 
həm də minillər boyu bəlli çoğrafi hüdud daxilində yaĢaması gərəkir. Böl-
gədə  coğrafi  durum  və  etnik  kulturun  yayılma  imkanları  Atayurd  üçün 
önəm  daĢıyan  faktorlardır.  Bundan  baĢqa,  fərqli  özəllikləri  olan  ilkin  və 
sonrakı yurd anlamlarını da fərqləndirmək lazım gəlir. 
Hər  hansı  bir  xalqın  yaranma  tarixinin  düzgün  yazılması  Atayurd 
probleminə  fantastik  meyarlarla  deyil,  gerçək  durumu  əks  etdirə  bilən 
ölçülərlə yanaĢmağı tələb edir. Eyni kökdən olan xalqların bir qismi ilkin 
Atayurddan uzaq yerlərdə də formalaĢa bilər. Bunun örnəyi çoxdur. Belə 
                                                 
93
 Gürün, 1984, 19. 


 
211 
ki,  macar,  eston  və  fin  boyları  bir  xalq  kimi,  ilkin  Atayurdu  olan  Ural 
yaxalarından uzaq Macarıstan, Estoniya və Finlandiyada formalaĢmıĢlar. 
Yaxud,
 
Qaradənizin quzeyindən çıxan ari boyları Ġranda fars,
 
Hindistanda 
hind xalqı kimi yaranıb ortaya çıxmıĢdır. Bu baxımdan, çağdaĢ türklərin 
bir-birindən
 
uzaq
 
ayrı-ayrı bölgələrdə formalaĢması da istisna təĢkil etmir. 
Eyni ocaqda bir atadan törəyən oğulların böyüyərək ayrı-ayrı ocaq qurub, 
eyni soyadı ilə yanaĢı ayrı-ayrı ad daĢıdığı kimi, türk xalqları da ümumi 
«türk» soyadı ilə bərabər, saxa, çuvaĢ, qazax, azər, tatar və baĢqa adlarla 
tanınır.
94
 
Bütün bu xalqların ümumi etnik adı «Türk» olduğu kimi, danıĢ-
dıqları
 
dillər
 

 
«türk  dilinin  qolları»
 
olub,
 
ümumi-ortaq
 
dilin  dialektləri 
əsasında inkiĢaf etmiĢ, çoxu da artıq ədəbi dil səviyəsinə ucalmıĢdır. 
Atayurddan  danıĢarkən,  ilkin  və  ikinci  yurd  anlamlarına  aydınlıq 
gətirmək
 
 lazım gəlir.
 
Türklərin
 
ilkin
 
Atayurdu
 
m.ö. IV
 
minilin ortalarına
 
qədər
 
davam
 
edən prototürk çağına düĢür. Prototürk dilinin dağıldığı hə-
min çağ türk etnosunun ilk tarixi miqrasiyaları dövrüdür. Prototürk döv-
ründə türk etnosunun
 
formalaĢdığı ərazi prototürklərin İlkin Atayurdu, son-
ralar buradan köçən prototürk boylarının ayrı-ayrı bölgələrdə türk xalqı 
kimi  formalaĢdığı
 
ərazilər
 
isə
 
türklərin
 
İkinci
 
Atayurdu
 
sayılır.  Ulu
 
baba
 
ocağı kimi, ilkin Atayurd bir bölgədə (regionda), ikinci Atayurd isə ayrı-
ayrı bölgələrdə yaranır və bunların sayı birdən artıq ola bilir. Etnologiya 
elminin ortaya
 
qoyduğu
 
bu
 
qanunauyğunluq bugünkü hindavropa, tunqus-
monqol, finuqor, sami və baĢqa xalqlarda  gerçək üzünü göstərdiyi kimi, 
minillər boyu bütöv Avrasiya bölgələrinə yayılmıĢ türklərə də aiddir.  
Azərbaycan,  Qıpçaq  Bozqırı,  Orta  Asiya  və  Türküstanı  içinə  ala-
raq, Anadoludan Çinə və Karpatdan Altaya qədər uzanan böyük zolaqda 
saqa, hun, bulqar, oğuz və sair boyların miqrasiyası nəticəsində türklərin 
bir neçə Atayurdu  yaranmıĢdır. Bunların  yaranmasındakı  xronoloji  ardı-
cıllıq yazılı
 
qaynaqlarla təsbit olunur,
 
lakin yazıöncəsi çağdakı tarixi miq-
rasiyalar,  onların  səbəb  və  nəticələri,  növü  və  yönü  indiyə  qədər  elmi 
əsasda araĢdırılmamıĢdır. Halbuki sonrakı Atayurdlardan köklü Ģəkildə 
fərqlənən  ilkin  Atayurd  problemi  müxtəlif  elm  sahələrinin  kompleks
 
                                                 
94
 Tarixin sınağından çıxmıĢ onomastika qanununa görə, Ulu babanın (atanın) özəl adını 
ucdantutma  bütün  evlad  və  nəvə-nəticələrə  qoymurlar,  baba  adını  daĢımaq  Ģərəfi  yalnız 
bəzilərinə qismət olur. Etnonim kimi özəl «Türk» adını da türksoylu uruq, boy və xalq-
lardan  bəzisi  daĢımıĢdır.  Yazılı  qaynaqlara  görə,  ilk  Turuq  (türk)  adını  daĢıyan  boylar 
m.ö.  III-II  minillərdə  Urmu  hövzəsində  yaĢamıĢlar,  sonralar  bu  adı  Göytürk  xaqanlığı 
geniĢ yaymıĢdır, indisə Türk adını böyük Atatürkün qurduğu Türk Cümhuriyəti daĢıyır. 


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə