Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə6/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   2   3   4   5   6   7   8   9   ...   71

– Henri, mən bu şəkli bu gün tamamlamaq istəyirəm... Bilmirəm, mənim barəmdə 
nə fikirləşirsən-fikirləş, kobud olsa da, sənin buradan çıxıb getməyin yaxşı 
olardı... İncimə, xahiş edirəm... 
Lord Henri təbəssümlə Doriana baxdı.  Soruşdu: 
– Mister Qrey, mən gedimmi? 
– Oooo, yox, yox, lord Henri, getməyin, xahiş edirəm... Görürəm Bazilin bu gün 
kefi yoxdur, mənsə... o hirslənəndə dözə bilmirəm... Həm də axı siz izah 
eləmədiniz: mən nə üçün xeyriyyəçiliklə məşğul olmamalıyam, hə? 
– Bunu izah etməyə lüzum varmı, mister Qrey? Belə darıxdırıcı mövzu barədə 
gərək ciddi söhbət edəsən. Əlbəttə, bir halda ki siz mənim qalmağımı istəyirsiniz, 
onda mən getmirəm. Bazil, məncə, sən də etiraz etməzsən, yox? Sən özün mənə 
dəfələrlə demisən ki, şəklini naturadan çəkdiyin adamı kiminsə söhbətə tutmasını 
xoşlayırsan. 
Holvard dodağını dişlədi. Dedi: 
– Əlbəttə, qal; bir halda ki Dorian istəyir, getmə... Dorianın şıltaqlığına görə 
qanun onun özündən başqa hamı üçündür... 
Lord Henri şlyapa və əlcəklərini götürdü. 
– Bazil, təkidinə rəğmən, mən sizi tərk etməliyəm, – dedi. – Mənim bir nəfərlə 
Orlean klubunda görüşüm var. Sağ olun, mister Qrey. Bir gün vaxtınız olsa, 
Kurson-stritə gəlin, görüşək. Mən, demək olar ki, hər gün günortadan sonra saat 
beş üçün evdə oluram. Gəlmək istəsəniz, xahiş edirəm əvvəlcədən mənə yazıb 
bildirin, yoxsa məni evdə tapmasanız, narahat olaram... 
– Bazil! – Dorian Qrey qışqırdı. – Əgər lord Henri getsə, mən də çıxıb 
gedəcəyəm! Siz işləyəndə heç vaxt ağzınızı açıb danışmırsınız və mən də səhnədə 
taxtanın üstündə durub qalmaqdan yoruluram; bütün günü gülümsəyib durmaq 
məni boğaza yığıb. Ondan xahiş edin ki, getməsin! 
– Harri, getmə! Dorian məmnun olar, qalsan, məni də məmnun edərsən, – 
Holvard rəsmə baxa-baxa bildirdi. – Düz deyir, mən işləyəndə heç vaxt 
danışmıram, hətta qulaq asmıram da... və bu, mənim bədbəxt pozaçılarım üçün 
dəhşətli dərəcədə darıxdırıcı olur. Xahiş edirəm, getmə, qal burada... 
– Bəs Orlean klubunda görüş təyin etdiyim adam necə olsun? 
Rəssam gülümsəyib dedi: 
– Bunun vacib görüş olduğunu düşünmürəm, Harri. Xahiş edirəm, getmə, otur. 
Siz isə, Dorian, platformada əməlli oturun, çox da tərpənməyin, lord Henrinin 
dediklərinə də fikir verməyin; o, məndən başqa bütün dostlarına mənfi təsir 
göstərir. 
Dorian Qrey əzabkeş görkəm alaraq platformanın üstünə çıxdı və narazı halda ah 
çəkərək lord Henriyə tərəf boylandı; Bazilin dostu onun xoşuna gəlmişdi. Bazillə 
Henri tamam ayrı-ayrı adamlar idi. Henrinin elə qəlbə yatan səsi vardı ki! Bir 
qədər sükutdan sonra o, Henriyə müraciətlə dedi: 


– Lord Henri, siz, doğrudanmı, Bazilin dediyi kimi, adamlara mənfi təsir 
göstərirsiniz? 
– Müsbət təsir, ümumiyyətlə, yoxdur, mister Qrey! Bütün təsirlər öz-özlüyündə 
qeyri-əxlaqidir – yəni elmi nöqteyi-nəzərdən onları ədəbsiz saymaq olar. 
– Nəyə görə? 
– Ona görə ki, başqasına təsir etmək o deməkdir ki, sən qəlbini ona verirsən. O da 
öz ağlı ilə düşünmür, öz ehtirasları ilə yaşamır. Onun yaxşı cəhətləri də özününkü 
olmur, günahları da – əgər dünyada günah deyilən bir şey mövcuddursa – 
özgədən gələn günahlardır. Bir növ, o, özgə bir musiqinin əks-sədası olur; sanki, 
onun üçün yazılmayan bir rolu oynayan aktyor olur. İnsan həyatının məqsədi 
özünü ifadə etməkdir. Biz ondan ötrü yaşayırıq və burada mövcuduq ki, özümüzü 
göstərək, özümüzü ifadə edək. Amma bizim zəmanədə insanlar özləri özlərindən 
qorxmağa başlayıblar. Onlar unutmuşlar ki, insanın ən ali vəzifəsi onun öz 
qarşısındakı vəzifəsidir. İnsan gərək öz vəzifəsini anlaya. Əlbəttə, onlar iltifat və 
xeyirxahlıq göstərirlər: acları yedizdirir, lütləri geyindirirlər. Lakin əslində, 
onların öz qəlbləri ac-yalavac və çılpaqdır. Biz cəsurluq deyilən bir dəyəri 
itirmişik. Ola bilsin ki, bu keyfiyyət heç əzəldən bizlərdə olmayıb. İctimai 
fikirdən qorxmaq – bu, əxlaqın əsasıdır – Allahdan qorxmaq deməkdir və din də 
bu qorxu üstündə bərqərar olub; bax bu iki seydir bizi idarə edən, bizə hakimlik 
edən. Və bununla belə... 
– Dorian, xahiş edirəm, başınızı yana, bir qədər sağa əyin, – rəssam onun sözünü 
kəsdi. Sənətkar o qədər özünü unutmuşdu ki, Henrinin dediklərini eşitmirdi, lakin 
o, Dorianın üzündə bu vaxta qədər sezmədiyi ifadələri müşahidə etdi. 
– Hə, deməyim odur ki, – lord Henri özünəməxsus yumşaq, alçaq tonla davam 
etdi; onu tanıyanların hamısı Henrinin danışanda incə əl hərəkətlərini yaxşı 
xatırlayırdı. – Mənə elə gəlir ki, əgər hər kəs öz həyatını dolğun yaşasa və hər bir 
arzusunu həyata keçirən zaman hər bir hissinə, hər bir düşüncəsinin ifadəsinə 
dolğunluq qatsa, onda dünya nəşənin yeni bir impulsunu qazanar, biz də orta 
əsrlərin bütün xəstəliklərini unudar, ellinizm ideallarına qayıdarıq; bəlkə də, daha 
dəyərli və önəmli ideallarla yaşayarıq. Lakin təəssüf ki, bizim aramızdakı ən cəsur 
adam belə öz-özündən qorxur. Fədakarlıq bilirsiniz nədir? O, bizim həyatımızı 
faciəyə döndərən vəhşi dövrlərdən qalma bir şeydir. O, bizim həyatımızı kədərə, 
hüznə bələyir. Biz özümüz-özümüzü məhdudlaşdırdığımıza görə 
cəzalandırılmışıq. Boğmaq istədiyimiz hər cür istəyimiz qəlbimizdə dolaşır və 
bizi zəhərləyir. İnsan yanıb-qovrulanda isə günaha batmaqdan qurtulur, çünki 
istəyi həyata keçirmək – təmizlənməyə aparan yoldur. Bundan sonra təəssüf və 
peşmançılığın yalnız şirin ehtirası və şəhvətləri barədə xatirələr qalır. Nəfsdən 
azad olmağın yeganə yolu – ona meydan verməkdir. Əgər onunla mübarizə 
aparmaq ağlına gəlsə, qəlbin hər zaman qadağan olunmuş şeylərin üstündə 
qalacaq və sənə istək və arzuların əzab verəcək; çünki o istək və arzuları qadağan 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə