Dos. Azad Mustafa oğlu Bayramov Azərbaycan Dövlət Aqrar Universiteti İctimai elmlər və Multikulturalizm kafedrası



Yüklə 0,87 Mb.
səhifə3/11
tarix23.09.2017
ölçüsü0,87 Mb.
#1291
1   2   3   4   5   6   7   8   9   10   11

ƏDƏBİYYAT

1.Engels F.Təbiətin dialektikası.Hərəkətin formaları.Səh.61-67. 213-226. Bakı.1996.

2.Engels F.Meymunun insana çevrilməsində əməyin rolu.Əsər 3cilddə III c.

3.Qasımzadə F.,Şirəliyev H.Dialektik materialism-səh.133-176, 177-216. Bakı 1972.

4.Şükürov A.Fəlsəfə.səh.238-250.Bakı.1997.

5.Fərhadoğlu M.Fəlsəfənin əsasları.səh.119-131, 136-151. Bakı.2004.

6.Kərimov V.Materiya və hərəkət.Bakı.1972.

7.Kərimov V.Lenin və fizikanın bəzi fəlsəfi məsələləri.Bakı. 1983. I-III fəsillər.

8.Nəsirov V.,Məmmədov Ə.Müasir elm və məkan-zaman problemi. Bakı.1985.

9.Məmmədəliyev Z.Q. Elmi idrakda məkan,zaman və materiya kateqoriyalarının qarşılıqlı münasibətləri.Bakı. 1991.



10. A.M. Bayramov, H.T. Budaqov Fəlsəfənin əsasları Bakı 2016

11. Мехтиев Р.Э. Философия . Учебное пособие . Баку, «Şərq-Qərb», 2009 г., 376 стр.

Второе издание





Varlıq fəlsəfənin ən findamental və ən ümumi kateqoriyalarındandır. Varlıq haqqında insan təsəvvürləri mənşəcə çox qədimdir. Cəmiyyətdə əmələ gəldiyi ilkin dövrlərdən gerçəklik, mövcudluq, varlıq haqqında mifaloji – dini səciyyədə olsa da, müəyyən təsəvvürlər olmuşdur. Gerçəklikdə baş verən hadisələr insanın doğulması, yaşaması, ölümü, yaranma və yox olma hadisələri, təbiətdə, xüsusilə bitki və heyvan-lar aləmində baş verən proseslər və i.ax. hamısı insanın gözü qabağında baş verir. İb-tidai, emprik biliyə malik olan insan bütün bu hadisə və prosesləri ifadə edən varlıq, bütöv dünyanın varlığı və mövcudluğu haqqında təsəvvürlərə malik olur, özünün var-lıq anlayığını formalaşdırır. Sonralar insanda fövqəltəbii varlıqlar, təbiətidə, cəmiyyə-ti də yaradan və idarə edən ilahi varlıq haqqında baxışlar formalaşır. Nəhayət, insan maddi və mənəvi dünyanı vəhdətdə əhatə edən real varlıq, obyektiv mövcudluq haq-qında elmi – fəlsəfi təsəvvürlərə yiyələnir.

“Varlıq” kateqoriyasının fəlsəfi anlayışı haqqında ilk fikir qədim yunan fəlsəfə-sində Sokrata qədərki mütəfəkkirlərdən Parmenid tərəfindən irəli sürülmüşdür. Par-menid varlıq dedikdə “maddi, əbədi və mükəmməl kosmosu” nəzərdə tutmuş, Herak-lit isə onu “fasiləsiz qərarlaşan kosmos” adlandırmışdı. Burada varlıq, heçliyə, yoxlu-ğa qarşı qoyulmuşdu. Platon isə varlıq anlayışının “hiss olunan” o tərəfini ataraq, onu “xalis ideya” – həqiqi dünya mövcudluğu kimi səciyyələndirirdi. Aristotel isə varlığı “forma və materiyanın vəhdəti” kimi baxaraq onun müxtəlif səviyyələrindən (“hissi”, “ideal”, “insani” və s.) bəhs edilmişdir. Orta əsrlərdə varlıq anlayışına ilahi məna ve-rilir. “Allah – həqiqi varlıq”, “maddi və ideya vəhdəti isə” qeyri – həqiqi, yaradılmış mövcudat adlandırılır. XVII əsrdə varlığın gerçəkliyin substansional əsası kimi, XVIII əsr maarifçiləri isə varlığa ancaq maddi – təbii olan aid edilir, mənəvi olan ona daxil edilmir. Marksist fəlsəfi konsepsiya da varlığa onun maddi – təbii tərəflərinin obyektiv reallığı kimi baxırdı.

Materiya haqqındakı fəlsəfi təlim öz mənşəyinə görə qədim insanların heç vaxt yox olmayan əbədi varlığın mövcudluğuna inamı ilə bilavasitə bağlıdır. Tarixən bu inam öz ifadəsini bütün bu mövcudatın əsasını təşkil edən “ilk başlanğıc” konsepsiya-sında tapmışdır: bu mütləq ilk başlanğıc kainatın, kosmosun sanki ilk tikinti materialı, ilk kərpiciyi kimi təsəvvür olunaraq belə guman edilirdi ki, məkan və zamanca sonlu olan konkret predmetlər nəinki öz başlanğıcını bu ilk “kərpicciklərdən” götürür, həm-çinin yox olub gedərkən də yenidən həmin ilk maddəyə çevrilirlər – dünya ilk başlan-ğıcın əbədi dövranından başqa bir şey deyildir.

Qədim Milet fəlsəfi məktəbinin banisi Fales dünyanın mütləq başlanğıcını, “Əsasını” sudan, Anaksimen havadan, Heraklit oddan ibarət hesab edirdi.

Qədim yunan atomistlərinin mütləq varlıq konsepsiyası yunan fəlsəfəsinin iki cərəyanın – milet və eley fəlsəfi ənənələrinin maddi təsiri altında formalaşmışdır. Atomistlər bir tərəfdən Milet məktəbindən gələn ənənəyə sadiq qalaraq, mütləq varlı-ğı “dünya binasının” ilk “kərpicləri” olan ilk başlanğıclar – atomlar kimi təsvir edirlər. Atomitlərə görə atomlar hisslərlə deyil, yalnız zəka ilə dərk oluna bilərlər, çünki atomlar həddən artıq kiçik olduğlarına görə hisslərlə qavranmağa müəyyəssər deyildir.

Elmin inkişafı gedişində, xüsusilə XVII – XVIII əsrlərdə materiyanın quruluşu və xassələri haqqında biliklər inkişaf edərək dəyişirdi. XVII əsrdə Bekon, Hobbs, Lokk materiya anlayışını işləmişlər. Lakin onların təsəvvürünə görə materiyaya yal-nız mexaniki hərəkət aid edilir. Bu dövrdə dualizm xarakterik cəhət təşkil edir. De-kart qeyd edirdi ki, iki mütləq müstəqil ilk başlanğıc mövcuddur. O, səma cisimləri ilə Yer cisimlərinin bir materiyadan yarandığını söyləyir. Spinoza Dekartın dualizmi-ni aradan qaldırır. O, qeyd edirdi ki, kainatda yalnız bir substansiya mövcuddur, o da sonsuzdur.

XVIII əsr fransız materialistlərinin təlimində də materiya anlayışını özünəməx-sus şəkildə şərh edilmişdir. Onlar materiya ilə hərəkətin əlaqəsi ideyasını irəli sürür-lər. Materiyanın psixi funksiyasını sezmişlər. Didro burada klassik nümunəni təşkil edir. XVIII əsr fransız materialistləri (Holbax, Helvetsi, Didro, Lametri) materiyanı bütün mövcudatın başlanğıcı və mənbəyi hesab edirlər. Onlar materiyanın fəlsəfi təri-fini verməyə çalışaraq materiyanın reallığını, obyektivliyini, onun insan şüurundan asılı olmadığını, insanın hiss üzvlərinə təsir etməsini göstərmişlər.

Yuxarıdakı qısa təsəvvürlərdən göründüyü kimi materiya anlayışı haqqında ma-raqlı fikirlər söyləmişlər. Lakin materiyanın əsil elmi mahiyyətini aşkar etməkdə me-tafizikaya, mexanizmə yol vermişlər.

Materiya anlayışını yalnız dialektik materializm mövqeyindən düzgün şərh et-mək mümkün olmuşdur, ona elmi xarakter verilmişdir. Dialektik materializmə görə materiya anlayışı, hər şeydən əvvəl, bütün şeylərin ən ümumi “Xassəsini” – obyektiv reallıq olmaq, bizim şüurumuzdan kənarda və bundan asılı olmadan mövcud olmaq “xassəsini” ifadə edir. F. Engels qeyd edir ki, “materiya” sözü ixtisardan başqa bir şey deyildir, bununla biz şeylərin ümumi xassələrinə uyğun sürətdə, onların hisslə qavranıla bilən çoxlu müxtəlif xassələrini dərk edirik. F. Engels təbiətşünaslığın na-liyyətlərini ümumiləşdirməklə özünün “Təbiətin dialektikası”, “Anti - Dürinq” və s. əsərlərində materiya anlayışını dəqiqləşdirmiş və onu kainatın əsası hesab etmişdir. Materiyanın dialektik materialist anlayışının şərhi F. Engelsə məxsusdur. O, kainatın səma cisimlərinin dumanlıqlardan gəlməsi fikrini xatırladaraq onu nisbi mənada anla-mağı qeyd edirdi: “Bu dumanlıq, bir tərəfdən mövcud səma cisimlərinin başlanğıcı olmaq cəhətdən, digər tərəfdən də, materiyanın indi qavraya bilmədiyimiz ən əvvəlki forması olmaq cəhətdən ilkindir”. Sonra göstərir ki, bu dumanlıqdan da əvvəl materi-yanın sonsuz formaları olmuşdur. F. Engels Hekelin “materiya özlüyündə xalis təfək-kür məhsuludur və abstraksiyadır” – fikrini tənqid etmişdir.

Dialektik fəlsəfi konsepsiya materiyaya “insanı əhatə edən obyektiv reallıq”, “Hiss üzvlərimizə təsir edərək duyğu əmələ gətirən şey”, “insanı əhatə edən təbii və sosial varlıq” və s. kimi təriflər vermişdir. Nəhayyət, dialektik materialist fəlsəfədə materiyanın belə bir tərifi meydana çıxmışdır: “Materiya – insana öz duyğuları ilə ve-rilən, duyğularımızdan asılı olmayaraq mövcud olan və duyğularımızda əks olunan, sürəti alınan, inikas edən obyektiv reallığı göstərmək üçün fəlsəfi bir kateqoriyadır”.

Materiyanın yeganə əsas xassəsi onun maddiliyidir. Maddilik obyektiv real ol-maq deyil, həm də subyektə təsir edərək onda duyğu oyatmaq qabiliyyətidir. Maddi-lik və obyektiv realıqla yanaşı, materiyanın ən ümumilik, tükənməzlik, yaradılmazlıq, sonsuzluq, daim hərəkətdə olmaq, əbədilik və s. kimi xassələrinin də olduğunu qeyd etmək olar. Materiyanın fəlsəfi tərifində üç qneoseloji müddəalar vardır: a) Materiya insan şüurundan xaricdə və ondan asılı olmayaraq mövcud olan obyektiv reallıqdır. b) Materiyanın bütün təzahürləri insanların hiss orqanlarına təsir edərək duyğu əmələ gətirir; v) Materiya duyğularımızda əks olunur, o dərk edilməz “şey özündə” deyildir, onun bütün təzahürləri dərk ediləndir.

Mütləq və əbədi olan materiya yalnız hərəkətdə mövcuddur. Hərəkət materiya-nın mövcudluq üsuludur, onun atributudur. Heç yerdə materiyasiz hərəkət, hərəkətsiz də materiya mövcud ola bilmz. Materiyanın müxtəlifliyi müxtəlif hərəkət növlərinə müvafiq olur ki, bu da dünyanın maddi vəhdətini izah edir. Ümumi xarakterə malik olan hərəkət kainatı əhatə edir. F. Engels yazırdı: “... materiyanın hərəkəti yalnız ko-bud mexaniki hərəkətdən... ibarət deyildir, materiyanın hərəkəti istilik və işıqdır, elektrik və maqnit gərkinliyidir, kimyəvi birləşmə və parçalanmadır, həyat, nəhayət, şüurdur. ...Təbiətin ən kiçik hissəciklərindən başlamış ən böyük cisimlərinə qədər, ki-çik qum dənəsindən başlamış Günəşə qədər bütün təbiət əbədi bir yaranma və məh-volma halındadır, arasıkəsilməyən bir axın, daim bir hərəkətdə və dəyişmə halında-dır.”

Bütün bunları ümumiləşdirərək F. Engels hərəkətin 5 formasını göstərmişdir:

F. Engels hərəkətin 5 formasını qeyd edirdi: Mexaniki, fiziki, kimyəvi, bioloji və ictimai formalarını göstərmişdir. 1) Mexaniki hərəkət formasına cisimlərin mexa-niki yer dəyişməsi daxildir; 2) Fiziki hərəkətə istilik, elektro maqnit işıq kimi hərəkət formaları daxildir; 3) Kimyəvi proseslərdir. Maddələrin birləşməsi və parçalanması reaksiyasıdır; 4) Bioloji hərəkətə - bioloji hərəkət formaları, assimlasiya – dissimlasi-ya daxildir. 5) İctimai hərəkətə - ictimai hərəkət formaları daxildir.

Hərəkət formalarının keyfiyyətcə müxtəlifliyi materiyanın özünün keyfiyyətcə müxtəlif struktura malik olması ilə əlaqədardır. Bu hərəkət formaları sadədən mürək-kəbə gedir, lakin bir – birindən kənar deyil, onların hamısı bir – birinə keçirlər.

Fəlsəfədə hərəkət dedikdə, ümumiyyətlə hər cür dəyişgənlik başa düşülür. Ma-terializmə görə dünya yalnız materiyadan ibarət olduğundan və dəyişgənlik prosesin-dən kənarda heç bir şey mövcud olmadığından hərəkət materiyanın atributu, onun “mövcudluq üsulu” kimi anlaşılır.

Materiya hərəkətsiz mövcud deyildir. Lakin bu ümumi hərəkət prosesində süku-nət və müvazinət momentlərini də qeyd etmək lazımdır. Bunlar nisbi xarakter daşıyır, hərəkət isə materiyanın özü kimi mütləqdir.

Hərəkətin iki əsas tipini ayırd etmək olar:

1) Predmet və hadisədə baş verən dəyişikliklər onun nisbi sabitliyini pozmur, obyekt və keyfiyyət müəyyənliyini saxlayır. Predmetin mövcudluğu, əslində onun öz əsas keyfiyyətini qoruyub saxlaması deməkdir.

2) Lakin predmetin mövudluğu əbədi olmadığına görə, o gec – tez yox olub ge-dir, yəni öz əsas keyfiyyətini itirərək, yeni keyfiyyət kəsb edir. Predmetin bir keyfiy-yət halından digərinə keçməsi ilə müşayiət olunan dəyişmələr hərəkətin ikinci əsas ti-pini təşkil edir.

Hərəkətin keyfiyyət dəyişməsi inkişaf adlanır.

Hərəkət materiyanın atributu, onun ayrılmaz xassəsi, mövcudluq üsuludur. La-kin bir qisim təbiətşünas alimlər hərəkəti materiyadan ayırmağa təşəbbüs göstərmişlər. Məs. Fransız fiziki Ostvald “energetizm” nəzəriyyəsi ilə materiyanı hərəkətdən ayır-mışdı. Ostvald və başqaları enerjinin müxtəlif formalarını maddi əsasdan uzaq hesab edirdilər. Onlar bununla da atomistik nəzəriyyəni heçə endirirdilər. Onlar enerjini təhlil edərkən atomları – zərrəcikləri materiyanın xassələri kimi başa düşmürdülər və buradan da idealist nəticə çıxarırdılar ki, guya “materiya yox olur”, energiya qalır o da qeyri maddidir. Lakin spesifik tədqiqat metodundan belə nəticə çıxartmaq düzgün deyildir. Halbuki energiya materiyanın hərəkətinin ifadəsidir. Enerji maddi zərrəcik-lərin hərəkətindən başqa bir şey deyildir.

Materiyanın problemlərindən bir də onun obyektiv real mövcudluq formaları olan məkan və zamandır. Materiya zaman və məkan mövcud olur, hərəkət edir, bun-suz materiyanı anlamaq çətindir. Məkan və zamanı da bir – birindən ayrılmazdır, on-lar vəhdət təşkil edirlər. Məkan və zaman hər ikisi hüdudsuz və sonsuzdur. Lakin bu oxşarlıqdan əlavə onlar bir – birindən fərqlidirlər. Məkan – maddi cisimlərin və hadi-sələrin müəyyən yer tutumuna malik olmasını, cisimlər arasında xüsusi sürətdə yer-ləşməsini bildirir. Məkan üç ölçülüdür: eni, uzunu və hündürlüyü

Zaman və cisim və hadisələrin müəyyən ardıcıllıqla və sürəlliklə davam etməsi-ni, dövrlər, mərhələlər üzrə inkişaf etməsi xassəsini bildirir. Zaman bir ölçülüdür. Za-man yalnız irəliyə doğru dəyişir. Məkan və zaman obyektivdir, insan şüurundan asılı deyildir.

Konkret cisim və hadisələr məkan və zaman etibarilə məhduddur. Lakin dünya, kainat məkan etibarilə qeyri – məhduddur, zaman etibari ilə sozsuzdur.

Dünyanın vəhdəti məsələsi qədim dövrlərdən fəlsəfənin mühüm problemlərin-dən biri olmuş, indi də mühüm problem olaraq qalır. Dini təsəvvürlərə görə bizə mə-lum olan maddi aləmdən başqa maddi olmayan başqa bir dünya – “ali zəkanın”, “ruh-ların” və s. məskəni olan bir dünya da vardır. Bu iki dünya (“Yer aləmi” və “göy alə-mi”) haqqında təsəvvür də nəticə etibarilə “göy aləminin” yeganə həqiqi dünya olma-sı fikri ilə tamamlanır.

Alman filosofu Dürinq o düny haqqındakı təsəvvürləri rədd edərkən idealizmə gəlib çıxır. O, dünyanın vəhdətini qəbul edirdi, lakin bu vəhdəti şeylərin mövcud ol-ması, varlığında görürdü. Əlbəttə, dünyanın mövcudluğu onun vəhdəti üçün ilk şərt-dir, dünya mövcud olmadan onun vəhdəti haqqında danışmaq olmaz. Lakin dünyanın mövcudluğu özlüyündə hələ onun vəhdətini təmin etmir. “Varlıq”, “mövcudluq” an-layışları çox geniş, ümumi anlayışlardır. Məsələyə matarialistcəsinə yanaşsaq bu an-layışlara (allahın da) fövqəltəbii qüvvənin də varlığını daxil etmək olar. Y. Dürinqin “Dünya ona görə vahiddir ki, biz onu fikrimizə vahid halda gətiririk” deyən müddəası da düz deyildir. F. Engels “Anti - Dürinq” əsərində dialektik materializmin dünyanın vəhdəti haqqındakı müddəasından bəhs edərək yazırdı: “Dünyanın vəhdəti onun var-lığında deyildir, hərcənd onun varlığı onun vəhdəti üçün ilk şərtdir, çünki dünya va-hid olmaqdan əvvəl, mövcud olmalıdır.... Dünyanın həqiqi vəhdəti onun maddi olma-sındadır,...bu isə fəlsəfənin və təbiətşünaslığın uzun və çətin inkişafı ilə sübut edilir”1

Təbiətşünaslıq elmləri dünyanın maddi vəhdətini sübut etmişlər. Bu cəhətdən Kopernikin yaratdığı dünyanın heliosentrik sisteminin əhəmiyyətini qeyd etmək la-zımdır. Kopernikədək dünyanın geosentrik sistemi hökm sürürdü. Həmin sistemə gö-rə Yer 1 F. Engels. Anti – Dürinq. Bakı. 1967. səh. 40. kainatın mərkəzini təşkil edir. O, hərəkətsizdir, məkanca məhduddur, onun fiziki tərkibi göydəki cisimlərdən fərqli-dir. “Göy qübbəsi” və göy cisimləri – günəş, Ay, planetlər və ulduzlar yerin ətrafında yerləşmişdir. Kopernik dünyanın heliosentrik sistemini yaratmaqla bu təsəvvürləri rədd etdi. Kopernikin bu sistemi Yer və Göy cisimlərinin eyniyyətini təsdiq edirdi.

Kopernikin təliminə Qaliley davam etdirərək sübut etdi ki, Ay kürrəvi formada olmayıb Yerlə eyni mənşəyə malikdir, Yer kimi çuxurlar, dərələr və dağlarla örtülü-dür. C. Bruno sübut etdi ki, bizim mənsub olduğumuz dünya kimi sozsuz dünyalar vardır. Sonradan Nyuton tərəfindən Yer və Göy cisimlərinin mexaniki qanunlarını və habelə ümumi cazibə qanunu kəşf etdi. O, sübut etdi ki, dünyada hərəkət edən planet-ləri hərəkət etməyə vadar edən maddi qüvvələrin qarşılıqlı fəaliyyətidir. Bundan son-ra ümumiqanunauyğunluq maddi vəhdətin məhsulu kimi anlaşıldı.

Bundan əlavə spektral təhlildən məlum oldu ki, dünyada mövcud olan bütün ci-simlər – səyyarələr eyni bir kimyəvi ünsürdən ibarətdir. Dalqefran uzunluğu (közər-miş qaz) qanunauyğun olaraq müəyyən bir kimyəvi ünsürü hesab olunur. Deməli, nə-ticə ondan ibarətdir ki, yer hansı ünsürlərdən ibarətdirsə, Göy cisimləri də həmin ün-sürlərdən ibarətdir. Məlum olmuşdur Günəşdə 60 – a qədər kimyəvi ünsür vardır. Atomların sayına görə hidrogen çoxdur, Helium 4 – 5 dəfə azdır. Günəşdə Helium ta-pılmalıdır, uzun axtarışdan sonra həmin elementi Yerdə də tapdılar. İndi Heliumun is-tifadəsi geniş yer almışdır. Bu sahədə meteroitlərin də təhlili maraqlıdır. Meteroitlərin təhlili sübut edir ki, Yer ilə Göy arasında maddi vəhdət vardır. Xüsusən son illərdə Ay suxurlarının yerə gətirilib kimyəvi – “fiziki” təhlili mühüm əhəmiyyət kəsb edir. ABŞ “Apollon 11” və “12” Ay səthinə endirilmiş və kosmonavtlar Ayın səthinə en-miş, suxurlar toplamış və Yerə gətirmişlər. Sovet “Luna 16” kosmonavtsız Aya eh-malca enmiş və ayın suxurlarından nümunə götürüb yerə çatdırmağa istiqamət almış-dır. Yəqin ki, bu suxurların kimyəvi təhlili də dünyanın maddi vəhdəti birliyi üçün ən böyük sübut idi. Qeyd etmək lazımdır ki, dünyanın bir planentində bir kimyəvi ele-mentinin olmaması faktı dünyanın bütövlüyünü pozmur. Bu ona bənzəyir ki, ən yük-sək dağ zirvəsində (Məs. Alpdağları) olan bitkiyə hər yerdə rast gəlmirik. Lakin əsas bundan ibarətdir ki, dünyanın müxtəlif yerlərində olan qəribəliklər materiyanın müx-təlif növlərindən ibarətdir. Məs. Günəşdən yüz min km.lərlə protubenaslar qalxır, onun səthində ləkələr əmələ gəlir və yox olur, Günəşdə hidrogen heliuma çevrilir, nü-və reaksiyası baş verir. Bu o deməkdir ki, günəşin tərkibində dəyişiklik olur. Ulduz-larda bu halı görmək olur. Burakan Rəsədxanasının verdiyi məlumata görə bütöv ul-duzlar istemi məhv olur və başqaları meydana gəlir, onlarda kimyəvi proseslər baş verir. Bütün bunlar materiyanın xüsusiyyətinə daxil olan proseslərdir. Bunlardan o nəticəni çıxarmaq olur ki, materiya əbədidir, bu əbədilik ümumi qanunlarda təzahür edir. Məs. Maddə çəkisinin və enerjisinin işləməsi qanunu.

Üzvü materiya ilə qeyri – üzvü materiyanın vəhdətini akad. Timiryazyevin foto-sintez nəzəriyyəsi təsdiq edir. O, sübut etdi ki, fotosintez intensivliyi yarpaqlar tərə-findən tutulan günəş enerjisinin miqdarı ilə müəyyən olunur.

Timiryazyev (1843 – 1920) nəzəriyyəsindən ümumi – fəlsəfi nəticə çıxarılır. Bu nəzəriyyə 2° Vitalizmə öldürücü zərbə endirdi.

Şüurun mənşəyi və mahiyyəti məsələsi elmin ən çətin məsələlərindən biridir. Materiya şüuru öz inkişafının hansı pilləsində və necə doğurur, insanın duyğuları, qavrayışları, təsəvvürləri və təfəkkürü necə meydana gəlir, duyğulardan və qavrayış-lardan təfəkkürə keçilməsi necə baş verir? Bütün bu məsələlər elm tərəfindən uzun müddət aydınlaşdırılmamış qalmaqda idi. Bu da səhv baxışların meydana gəlməsinə və yayılmasına səbəb olmuşdur.

Bu problem materialist fəlsəfə üçün də asan həll edilmədi. Şüurun materiyanın ayrıca bir xassəsi hesab edən materialist fəlsəfə şüurun mahiyyətini əsasən düzgün izah etməklə bərabər ciddi səhvlər də buraxmışdır. Məs. dialektik materializmdən əv-vəl bəzi materialist filosoflar şüurun meydana gəlməsi probleminin çətinliyi qarşısın-da qalaraq şüuru materiyanın atributu, onun bütün formalarına aid əbədi xassəsi he-sab etmişlər. Materialistlərin bəziləri şüuru materiyanın xüsusi bir növü hesab edir-dilər. Şüurla materiyanın əlaqəsindən suiistifadə edərək bunları eyniləşdirirdilər. Məs. Vulqar materialistlər (Fokt, Buxner, Moleşot) belə hesab edirdilər ki, qara ciyər öd if-raz etdiyi kimi, beyin də fikir ifraz edir. Bununla bulqar materialistlər materiyanın xassəsi olan şüurla materiya arasında heç bir fərq görmürlər və şüuru beynin xüsusi bir buxarlanması, sekresiya ifrazı hesab edirdilər. Vulqar materialistlər şüurun beyin-də baş verən fizioloji proseslərlə əlaqəsini düzgün gördükləri halda, psixik olanı fi-zioloji hadisə ilə, fikri maddə ilə eyniləşdirərək kobud səhv edirlər.

Dialektik materializm təbiət elmlərinin naliyyətləri əsasında şüurun vulqar ma-terialist anlayışı rədd edir. Şüur müəyyən maddi, fizioloji proseslərlə əlaqədar olsa da bu proseslərin eyni ola bilməz. Fikir materiyadan, beyindən ayrılmazdır, lakin onu materiya ilə eyniləşdirmək olmaz. Dialektik materializm şüurun, təfəkkürün guya bü-tün materiya aid edən helizoizm cərəyanın ideyalarını da rədd edir. Bu cərəyanın yan-lışlığı ondadır ki, o, cansız materiya ilə üzvü materiya, düşünən materiya arasındakı keyfiyyət fərqlərinə etinasızlıq göstərir. B. İ. Lenin göstərir ki, “aydın ifadə olunmuş formada duyğu yalnız materiyanın yüksək, üzvü formalarına xasdır, bütün materiya isə yalnız əks etdirmək xassəsinə, yəni xarici təsirlərə müəyyən sürətdə cavab vermək qabiliyyətinə malikdir”. Bu xassə müəyyən dərəcədə duyğuya yaxın olsa da, onun ey-ni deyildir, buna görə də şüuru bütün materiyanın xassəsi hesab etmək olmaz.

Fikri beyindən ayırmaq cəhdləri də tamamilə əsassızdır. Təbiətşünaslıq sübut et-mişdir ki, şüur cisimdən asılı olmadan mövcud deyildir, şüur ikincidir, beyinin funk-siyasıdır, xarici aləmin inikasıdır.

Fəlsəfi ədəbiyyatda şüura bir çox təriflər verilmişdir. Məs. materiya birinci, şüur ikincidir, materiyadan törəmədir, “Gerçəkliyin fəal inikasından ibarət olan insan bey-ninin funksiyasıdır”, “hərəkətdə olan materiyanın xassələrindən biridir”, “insanı əhatə edən gerçəkliyin inikasıdır, yüksək təşəkküllü materiyanın, insan beyninin xassəsi-dir”; Şüur, F. Engelsə görə “materiya inkişafının atributudur”, “fikirləşən ruhdur”, “materiyanın ən ümumi xassəsidir”, “ictimai varlığın inikasıdır” və i.ax. təriflər veri-lir. Dar mənada şüur – materiyanın insan beyninin xassəsidir, gerçəkliyin ancaq insa-na məxsus məqsədli inikasıdır. Geniş mənada isə şüur – bütöv mənəvi tamlıqdır, in-san beyininin mərkəzi əsəb sisteminin xarici aləmi əks etdirərkən əldə etdiyi bütün duyğu, qavrayış, təsəvvür, təfəkkür, əqli nəticələr və s. məcmusudur. İnsanın zəkası, ağlıdır, dərrakasıdır.

Şüurun mahiyyətini səciyyələndirən bir sıra cəhətlərə nəzər salsaq: 1) əsas xüsu-siyyət şüurun materiyaya nisbətən ikinci olması, ondan törəməsidir.

Deməli, əvvəlcə materiyanın şüura malik olmayan növləri mövcud olmalı idi ki, onun da əsasında materiyanın şüura malik növləri əmələ gələydi. İnkişafın daha son-rakı mərhələsində şüur, insan beyninin xassəsi kimi meydana çıxır, insanın ictimai – tarixi fəaliyyətini ifadə edir. Sosial – tarixi fəaliyyət də materiya inkişafının sonrakı mərhələsi ilə cəmiyyətin qərarlaşması ilə əlaqədardır. Deməli, şüur gerçəkliyi əks et-dirirsə, buradan aydındır ki, əvvəlcə gerçəklik mövcud olmalıdır, şüur əks etdirdiyi orjinala nisbətən də ikinci olmalıdır. Gerçəkliyin insan beynində sürətləri, obrazları yaranmadan, heç şüur əmələ gələ bilməzdi. Bu mənada şüurun ümumi inkişaf yolunu belə müəyyən etmək olar: cansız materiyadan canlı materiyaya və oradan da düşünən materiyaya və ya insan beyninə. K. Marks yazır ki, şüur, və baxışlar “...insanın başına sonradan köçürülüb orada yeni şəklə salınmış maddi varlıqdan başqa bir şey deyildir”.

2) Şüurun əsas xüsusiyyətlərindən birini, onun insan beyinin xassəsi olması, yə-ni yüksək təşəkkülü materiyanın funksiyası olması təşkil edir. Deməli, şüur heç də materiyanın bütün təzahürlərinə xas deyildir, ancaq beyinin məhsuludur xassəsidir.

Beləliklə, şüur insan beyinin maddi aləmi əks etdirmək qabiliyyətidir. Bu qabi-liyyət tarixi inkişaf prosesinin nəticəsi olub, xarici təsirlərə cansız cisimlərin reaksi-yasından keyfiyyətcə fərqlənir. Heç də hər cür inikası şüur adlandırmaq olmaz.

3) Şüurun əsas xüsusiyyətlərindən birini onun inikasın müxtəlif növləri ilə sə-ciyyələnməsi təşkil edir. İnikasın növləri inikas və sosial inikas. Hər üç inikasın əsa-sında gerçəkliyin insan beynindəki inikası durur, bu cəhətdən onlar ümumiləşir. Bu mənada inikasa materiyanın ən ümumi xassəsi kimi baxılır. Lakin onlar arasında cid-di fərqlərdə vardır.

1) Cansız təbiətdə inikasa ancaq mexaniki, fizika, kimya qanunları üzrə baş ve-rir. Xarici amillərin təsiri altında cansız cisimlər öz srukturasını dəyişdirir, pozulur və ya yeni formalar alır. Məs. temperatur dəyişmələrinin, suyun, küləyin təsiri altında daş pozulub quma, toza çevrilir. Müəyyən şəraitdə metal oksidləşir. Cansız cismə passiv inikas xasdır.

2) Canlı təbiətdə inikas cansız cismə xas olan sadə, passiv inikasdan fərqli ola-raq canlı orqanizmlərdə xarici təsirlərə cavab, inikas keyfiyyətcə başqa formalarda baş verir. Burada xarici və daxili amillərin təsiri altında xüsusi bir maddələr mübadi-ləsi baş verir: canlı oqranizm mühitə uyğunlaşır, xaricdən olan müxtəlif qıcıqlamalara müxtəlif cavab verir, əlverşli amillərdən istifadə edir və gərəksiz, zərərli amillərdən özünü qoruyur. Yalnız mühitə uyğunlaşmaq sayəsində orqanizm yaşayır və inkişaf edir. Canlı təbiətdə inkikasın müxtəlif səviyyələri: a) qıcıqlanma səviyyəsi; b) hissiy-yat sahəsi (bu səviyyədə duyğulanma vasitəsilə hissi əks reaksiya əsasında orqanizm-də görmə, eşitmə, toxunma, iy və dad bilmə duyğularının fəaliyyəti ilə gerçəkliyə his-si münasibət formalaşır: sevinmək, kədərlənmək və s.) Bu səviyyədə beyində xarici aləmin hissi obrazları əmələ gəlir. Bu cəhətlərinə görə inikas obyektiv aləmin insan beynində subyektiv obrazlarının alınması prosesindən ibarətdir. Deməli, duyğular ob-yektiv reallığın subyektiv surətləridir. Akad. İ. P. Pavlov şüurun əmələ gəlməsi üçün duyğuları insanla gerçəklik areasında qapı adlandırırdı. İnsan gerçəkliyi dərk etmək üçün hökmən həmin qapıdan keçməlidir; v) neyrofizioloji inikas səviyyəsi; q) psixik – nəzəri inikas səviyyəsi.

3) Sosial inikas isə cəmiyyətdə baş vermiş ictimai – tarixi proseslərin, sosial əla-qə və münasibətlərin insan beynində inikasından dolayı yaranan ideya, baxış, nəzə-riyyə və s. əks etdirir. Sosial inikas bütövlükdə ictimai varlığı əks etdirir. İctimai var-lığın inikası əsasında şüur və onun müxtəlif formaları meydanı çıxır.

4) Şüurun əsas xüsusiyyətlərindən biri də onun varlığa fəal, dəyidirici təsir et-mək imkanına malik olmasıdır.

Şüurun fəlsəfi problemləri sırasında onun genezisi, inikasın psixiko – fizioloji əsasları, şüurun ictimai – tarixi təbiəti və s. mühüm yer tutur. Ən mühüm məsələlər-dən biri inikasın, şüurun əmələ gəlməsinin müəyyən edici amilinin nədən ibarət oldu-ğunu əsaslandırmaqdan ibarətdir.

Müasir elm sübut edir ki, şüur materiyanın uzun sürən inkişafının nəticəsidir. Materiya, təbiət həmişə mövcud olmuşdur, insan isə maddi aləmin nisbətən sonrakı inkişafının nəticəsidir. Cansız materiyanın düşünə bilən insanı doğurması üçün mil-yonlarla illər lazım gəlmişdir. Şüur təbiətin məhsuludur, materiyanın xassəsidir, lakin bütün materiyanın deyil, yalnız yüksək quruluşlu materiyanın – insan beyninin xassə-sidir.

Gerçəkliyi şüurlu sürətdə əks etdirmək qabiliyyətinə malik olan insan sadəcə olaraq mühitə uyğunlaşmır, ona təsir göstərir, əldə edilən biliklər əsasında onu dəyiş-dirir. Deməli, şüurun əmələ gəlməsini müəyyən etmək – cansız materiyadan canlı materiyaya, canlı materiyadan da düşünən materiyaya – insan beyninə keçməklə əla-qədar olaraq, cansız, passivknikasın canlıya xar olan fəal, seçici inikasa çeviril-məsini, bu inikasdan da düşünmək qabiliyyətinin inkişaf etməsini izləmək deməkdir.

Deməli, şüurun mənşəyi həyatın mənşəyi ilə, canlı prqanizmlərin əmələ gəlməsi və inkişafı ilə əlaqədardır. Laplac- Kant nəzəriyyəsinə görə kainat qaz-toz materiya-sından, “dumanlıqlardan” bir çox milyard il bundan əvvəl meydana gəlmişdir. Yer qabığı isə 3-5 milyard il əvvəl əmələ gəlmişdir. Canlı orqanizm daha sonralar meyda-na çıxmışdır.

Təbiət elmləri canlı təbiətin cansız, qeyri-üzvi təbiətdən əmələ gəldiyini subut etmişdir. Kimyəvi təhlil göstərmişdir ki, həm cansız cisimlər, həm də canlı orqanizm-lər eyni kimyəvi elementlərdən əmələ gəlmişdir. Orqanizmlərdə çoxlu miqdarda hid-rogenə, oksigenə, azota və xüsusilə karbona məsadüf edilir, karbon isə canlı orqa-nizmlərin və onların həyat fəaliyyəti məhsullarının kimyəvi tərkibinin əsasıdır. 1957-ci ildə meydana çıxmış akad. A.İ.Onarin nəzəriyyəsinə görə yer üzərində həyatın əmələ gəlməsi üç mərhələdən keçmişdir: 1-ci mərhələ: karbonun mürəkkəb birləş-məsinin, xüsusilə onun oksigen və hidrogen birləşmələrinin. Karbohidrogenlərin əmələ gəlməsidir; 2- ci mərhələ: karbohidrogenli birləşmələrinin əsasında sonralar daha mürəkkəb üzvi birləşmələrin formalaşmasıdır.

Bu üzvi birləşmələr bir-biri ilə kimyəvi əlaqələrə girərək, getdikcə daha çox mü-rəkkəbləşmiş, nəhayət zülal molekulunun əsas ünsürləri olan amin turşuları meydana gəlir, onlardan isə milyon illər sonra zülal molekulları və canlı zülal meydana çıxır; 3-cü mərhələ: əlverişli mühitdə zülal maddələr mübadiləsinə malik olan canlı orqa-nizmə çevrilir, həyat meydana çıxır. F.Engels yazırdı: “Həyat zülalı cisimlərin yaşa-maq üsuludur ki, bunun da mühüm momenti həmin cisimlərin ətrafdakı xarici təbiətlə daim maddələr mübadiləsindən ibarətdir, həm də həmin maddələr mübadiləsi kəsil-dikdə, həyat da kəsilir”.

Elmi məlumatlara görə yer üzərində həyatın əmələ gəlməsi prosesində əvvəlcə tək hüceyrəli birləşmələr, onların əsasında isə karboney birləşmələr yaranır. Sonra isə çoxhüceyrəli birləşmələr, çox molekullu kolloid sistemləri meydana çıxır. Nəhayət, “zülalların sintezi” əsasında, təbii seçmə yolu ilə ilk canlı orqanizmlər, meydana gəl-mişdir. Həyat canlı orqanizmlərdən insanabənzər meymunlara və oradan insana qədər çox uzun bir yol keçmişdir. Nəhayət, yaşı 3,4,5 milyon il hesab edilən “homo sa-piens” (ağıllı insan) formalaşmışdır. Onların qalıqları Geniyada tapılmış netekantron, atlantron və b. misal ola bilər. E.Ə. 200-150 min il əvvəl Neondertal adamı ilə əlaqə-dar hesab edilən şüurlu insan (“homof aver”) daha sonrakı dövrlərdə, 50-40 min il eramızdan əvvəl meydana çıxmışdır.

İlk bəsit orqanizmlərin meydana gəlməsi materiyaya aid olan ümumi bir əkset-dirmə xassəsinin inkişafında, şüurun əmələ gəlməsi və qərarlaşmasında çox böyük bir addımdır. Cansız təbiətə aid olan xassə-gerçəkliyi ümumiyyətlə əksetdirmək xassəsi keyfiyyətcə yeni, bioloji inikasa çevirilmişdir. Booloji inikasın ən bəsit forması qıcıq-lanmadır. Canlı təbiətə xas olan bu inikas forması- qıcıqlanma fizioloji hadisə olub, ənprimitiv orqanizmlərdən başlayaraq bütün canlı orqanizmlərə xasdır və onların bə-lədləşmə, ətraf mühitə uyğunlaşma vasitəsidir.

Canlı orqanizmlərin sonrakı təkamülü gedişində tədricən onlardan xüsusi ixti-saslaşmış toxumalar yaranmış, getdikcə bunlar daha da təkmilləşərək duyğu orqanla-rın çevirilmiş və nəticədə inikasan nisbətən yüksək forması olan duyğuları əmələ gə-tirmişlər. V.İ.Leninin göstərdiyi kimi, duyğuda xarici qıcıqlandırma energiyası şüur faktına çevirilir. Qıcıqlanma kimi, duyğu da xarici aləmin orqanizmə təsiri nəticəsidir, lakin burada orqanizmin bu və ya başqa sürətlə cavab verdiyi xarici qıcıqlandırıcılar dairəsi xeyli genişlənmişdir. İndi orqanizm rənglərə, qoxulara və səslərə reaksiya göstərir, dadı duyur, soyuğu, istini, rütubəti qavrayır və başqa mexaniki, fiziki və s. təsəvvürlərə cavab verir. Sonralar orqanizmlər inkişaf etdikcə, onların duyğuları get –gedə daha zəngin və müxtəlif cəhətli olur. Orqanizmin ətraf mühitə uyğunlaşmaq qa-biliyyəti artır, onun mühitlə xüsusi əlaqə orqan – mərkəzi əsəb sistemi meydana gəlir. Mərkəzi əsəb sisteminə malik olan ali heyvanlarda duyğular beyin fəaliyyətinin nəti-cəsi kimi meydana çıxır.

Duyğular xarici aləm hadisələrinin sürətləri olub, inikasın ideal formasıdır. Be-ləliklə, duyğu ilə xarici obyekt arasındakı münasibət ideal alanla maddi olan arasın-dakı münasibətdir. Burada inikas olunan şey – maddi obyekt birincisidir, bu obyektin ideal forması, duyğu, sürət isə ikincidir. Predmet yoxdursa, onun sürəti də yoxdur.

Mərkəzi əsəb sisteminin yaranması ilə bioloji inikas yeni cəhətlər kəsb etmişdir. Beyin xarici aləmlə periferik hiss üzvləri – göz, qulaq, burunun selikli qişaları, dilinin məməcikləri, dərinin əsəb ucları və i.ax. vasitəsilə əlaqədardır. Beyində baş verən bü-tün psixi proseslər nəticə etibarilə maddi qıcıqlandırıcıların təsiri ilə müəyyən olunur. Bu qıcıqlandırıcılar hiss üzvlərinə - analizatorlara təsir edir. İ. P. Pavlov duyğu almaq üçün lazım olan anatomik fizioloji aparata analizator adını vermiş və göstərmişdir ki, hər bir analizator üç hissədən – hiss üzvündən (retseptor), mərkəzə qaçan əsəblərdən və beyinin müvafiq sahələrindən ibarətdir. Analizatorun hissəsindən hər hansı biri po-zulduğu zaman müvafiq duyğuların alınması mümkün olmur. Məs. görmə əsəbləri pozulduqda görmə üzvü normal fəaliyyətindən düşür.

Görmə, eşitmə, dadbilmə və i.ax. analizatorlardan hər birinin öz qavrayan appa-ratı və keçiricisi vardır, bu keçirici isə oyanmanı beyin qabağına verir. Məs. göz, işıq qıcıqlanmalarını (elektromaqnit rəqsini) torlu qişa vasitəsilə qavrayaraq, bunları elek-trik impulslarına, biotoklara çevirir və bunlar da sonra beyinə verilir. Beyin analiza-torlardan alınan impulsları qavrayır, bunları yenidən işləyir və canlının müxtəlif or-qanlarına göndərir. Bu orqanların hərəkəti xarici qıcıqlara orqanizmin cavab reaksi-yası kimi meydana çıxır. Orqanizmin bu reaksiyası refleks adlanır.

Duyğuların fizioloji əsasını akademik İ. P. Pavlov özünün analizator haqqındakı təlimində izah etmişdir. Hiss üzvlərinə təsir edən maddi cisim və hadisələrə - qıcıq-landırıcılar, bu təsir prosesinin özünə qıcıq, qıcıq nəticəsində əsəb toxumasında əmələ gələn prosesə oyanma, oyanma mərkəzə qaçan əsəblərdən böyük yarım kürrələrin qa-bağına çatdığı zaman alınan prosesə isə duyğu deyilir. Bu qayda ilə qıcıq – fiziki, oyanma – fizioloji duyğu isə psixi proses adlanır.

Xarici aləmin inikas forması olan duyğunun (qavrayışın) iki mühüm xüsusiyyəti vardır.

a). Duyğu maddi aləmin bilavasitə inikasıdır. Şüurun ünsürü olan duyğu ilə onun əks etdirdiyi obyektiv reallıq arasında heç bir ara vəsilə yoxdur.

b). Duyğu həmişə konkret maddi obyektlərin müəyyən xassələrinin inikasıdır, ümumiyyətlə rəngin, çəkinin deyil, müəyyən şəraitdəki, vaxtdakı rəngin, çəkinin ini-kasıdır.

İnsan şüuru lap qədimdən ictimai – tarixi səciyyə daşımış, insanın birgə əmək, istehsal və ünsiyyət fəaliyyətinin nəticəsi olmuşdur. Əgər heyvan psixikası bioloji in-kişafın nəticəsidirsə, insan şüuru isə bioloji həm də sosial – tarixi inkişafın məhsulu-dur. K. Marks qeyd edir ki, insanda beş hiss üzvünün əmələ gəlməsi bütün ümum-dünya tarixinin məhsuludur. İnsanabənzər meymunlardan şüurlu insana keçid əmək alətlərinin hazırlanmasından başlanır. F. Engels qeyd edirdi ki, heç bir meymun əli, hətta kobud daş alət bel hazırlamamışdır. Deməli, insanı heyvanlardan fərqləndirən birinci tarixi iş, onların fikirləşməyə başlamaları deyil, onların öz həyatları üçün zəru-ri vasitələri istehsal etməyə başlamaları olmuşdur.

Hələ insanabənzər meymunlarda əmək üçün zəmin vardır, onlar qida əldə etmək üçün ağacdan, daşdan və təbiətin digər predmetlərindən istifadə edirlər. Lakin onlar bunu şüurlu sürətdə deyil, düşünmədən, instiktiv sürətdə edirdilər. K. Marks göstərir ki, əmək insana məxsus bir fəaliyyət formasıdır. “Hörümçək də toxucunun işini xatır-ladan bir iş görür, bal arısı da şan qayırmaq məharətilə bəzi memarları utandırır. La-kin lap əvvəldən ən pis memarla ən yaxşı bal arısı arasında bir fərq vardır ki, memar hələ şumdan şan qayırmazdan əvvəl bunu öz beynində qayırıb hazırlamış olur...” (Kapital I c. səh. 130)

Deməli, nə meymunlar, nə də başqa heyvanlar ən bəsit əmək alətlərini belə ha-zırlamağa qadir deyildir. Şüurun bütün proseslərlə sıx bağlılığı F. Engelsin “Meymu-nun insana çevrilməsi prosesində əməyin rolu” əsərində biologiya və təbiətşünaslığın naliyyətləri əsasında ətraflı təhlil edilmişdir. Şüurun əmələ gəlməsində sosial – tarixi amillərin təhlili əsasında çıxarılan ümumi – fəlsəfi nəticələri belə qruplaşdırmaq olar:

I – İnsan şüuru təbiətən ictimai tarixi mahiyyət daşıyır, onun inkişafı sosial əla-qələrin zənginliyi və inkişafı ilə şərtlənir. Şüurun əsas amili ictimai – tarixi şərait, so-sial əlaqə və münasibətlərdir.

II – Şüurun əmələ gəlməsi və inkişafı insanın bilavasitə əmək fəaliyyəti ilə, praktik tələbatla, istehsal fəaliyyəti ilə bağlı olmuşdur. F. Engels yazır ki, əmək “bü-tün insan həyatının birinci əsas şərtidir, həm də o dərəcədə belə bir əsas şərtdir ki, biz müəyyən mənada deməliyik: insanın özünü əmək yaratmışdır”. “Əl – təkcə əmək alə-ti deyil, o həm də əməyin məhsuludur”.III – İstehsal həmişə ictimai istehsal olduğuna görə, insanlar arasında ünsiyyət vasitəsi olan dili əmələ gətirmişdir. Əmək prosesində insanlar öz aralarında ünsiyyət saxlamağa, bir – birinə nəisə deməyə tələbatı əmələ gəlmişdir. Bu qəti zərurətin təsiri altında, meymunun inkişaf etməmiş qırtlağı aydın səslər verə bilən orqana çevrilmiş-dir. F. Engels yazmışdır: “Təkamül tapmış insanlar o yerə çatmışdılar ki, onlarda bir – birinə nə isə söyləmək tələbatı meydana gəlmişdir. Tələbat özünə orqan yaratmış-dır: meymunun inkişaf etməmiş olan qırtlağı tədriclə, lakin dönmədən, medilyasiya yolu ilə, getdikcə daha artıq inkişaf edən medulyasiyaya keçmək üçün dəyişilmiş ağız orqanları isə tədriclə bir – birinin ardınca aydın səslər tələffüz etməyi öyrənmişdir”. (T. D. Səh. 147)F. Engels özünün “meymunun insana çevrilməsi prosesində əməyin rolu” əsə-rində insan şüurunun əmələ gəlməsinin bioloji şərtləri ilə yanaşı onun ictimai şərtləri-ni də göstərmişdir. F. Engels göstərir ki, insanabənzər qədim heyvan ona görə insana çevrilə bilmişdir ki, insan əməklə məşğul olmağa başlamışdır, özünün yaşaya bilməsi üçün əməklə həyat vasitələri yaratmağa başlamışdır. Əməyə keçilməsi və əməyin in-kişafı insan orqanizminin inkişafına böyük təsir göstərmişdir. Əməyin təsiri altında insanın əlləri inkişaf etmiş, yerişi dəyişmiş, səs telləri inkişaf etmiş, əsəb sistemi və birinci növbədə beyin mürəkkəbləşmiş, hiss orqanları inkişaf etmişdir.

Şüurun sosial – tarixi xüsusiyyətlərindən biri də onun nitqlə, dillə, təfəkkürlə bi-lavasitə əlaqədar olmasıdır. Dil, nitq – fikrin, şüurun maddi forması, reallaşması vasi-təsidir. K. Marks: “dil şüurun, fikrin bilavasitə gerçəkliyidir”, insanlar arasında ünsiy-yət vasitəsidir. Dil – şüurlu, məqsədli fəaliyyətin tənzimləyicisi, insan fikrinin ger-çəkliyə çevrilməsi vasitəsidir. Dil təfəkkürü ifadə etsə də, dilin inkişafı təfəkkürün zənginliyi ilə bağlıdır.

Əmək prosesində meydana gələn nitq, ondan istifadə edən insanların özünə, on-ların beyin və şüurunun inkişafına mühüm təsir göstərir. İnsanın meydana gəlməsində, onun şüurunun qərarlaşmasında ictimai əməyin həlledici rolunu qeyd edən F. Engels göstərir ki, “Əmək insanın özünü yaratmışdır. Məhz əmək sayəsində insanabənzər meymunlar inkişaf edərək insana çevrilmişdir. Əmək və əmək prosesində meydana gələn aydın nitq – beyinin təkmilləşməsinə təsir göstərən iki başlıca amil olmuşdur. Əvvəlcə əmək, sonra isə onunla birlikdə aydın nitq iki ən başlıca amil olmuş və bun-ların təsiri altında meymunun beyni tədricən insan beyninə çevrilmişdir; bu beyin, meymun beyninə çox bənzəməklə bərabər, böyüklüyü və mürəkkəbliyi cəhətdən on-dan olduqca üstündür”. (F. Engels).

İnsan beyni meymunun beynindən yalnız əsəb hüceyrələrinin miqdarı ilə deyil, başlıca olaraq, anlayışlarda, mühakimələrdə və əqli nəticələrdə gerçəkliyin ümumi-ləşdirici inikasını vermək qabiliyyəti ilə fərqlənir.

İnsan beynində nə kimi fikirlər əmələ gəlsə də bunlar yalnız dil materialı, dil terminləri və idarələri əsasında əmələ gəlib mövcud ola bilər. Dil materialından, dilin təbiət materiyasından azad olan çılpaq fikirlər yoxdur. Diı fikrin bilavasitə gerçəkliyi-dir. Fikirin reallığı dildə təzahür edir. Fikirlə dilin, nitqin ayrılmaz olması onların bir – birinin eyni olması deyildir. Bunlar arasında fərq ondan ibarətdir ki, fikir obyektiv reallığın inikasıdır, nitq, söz isə fikri ifadə etmək, təsbit etmək üsuludur və fikri baş-qalarına çatdırmaq, ünsiyyət vasitəsidir. Dil gerçəkliklə bilavasitə deyil, təfəkkür va-sitəsilə əlaqədardır.Şüurun şərhi ilə əlaqədar olaraq bir məsələni qeyd etmək lazımdır. Hazırda yeni elmin – Kibertetikanın müvəffəqiyyətləri ilə əlaqədar olaraq cansız təbiət predmetlə-rinə təfəkkür qabiliyyətlərini istinad vermək cəhdləri çaplanmışdır. Bəzən insanın beynini elektron maşının “beyni” ilə eyniləşdirirlər. Müxtəlif idarəedici sistemləri və idarəetmə proseslərini öyrənən kibernetika əsasında heyrətedici maşınlar yaradılmış-dır. Bunlardan bəziləri təyyarəni, qatarı və ya mürəkkəb istehsal proseslərini idarə edə bilir, bir başqaları da çox çətin riyazi əməliyyatları icra edə bilir, bir dildən mətin başqa dilə tərcümə edə bilir, şahmat oynamaq və i.ax. kimi əqli əməliyyatlar apara bi-lir. Məhz bu hal ayrı – ayrı alimlərə avtomatik maşınları duymaq və hətta fikirləşmək qabiliyyətini uydurmaq üçün əsas olmuşdur.

Əslində isə heç bir maşının, hətta ən mükəmməl avtomat maşının da, təfəkkür hələ bir yana qalsın, duymaq qabiliyyəti yoxdur. Duyğu, təfəkkür maddi aləmin uzun təkamülünün məhsulu olan insan beyninin məhsuludur. İnsanın beyni xarici aləmlə qarşılıqlı biloloji və ictimai münasibətlərdə olub, kibernetik maşından fərqli olaraq insan çox zəngin yaradıcılıq fantaziyasına malikdir, maşın isə müəyyən proqram üzrə iş görür. İnsan ən mürəkkəb şəraitdən baş açır, gerçəkliyi dərk edir, ona təsir göstərir və onu dəyişdirir. İnsan olmadan, onun zəkası və iradəsi olmadan maşın ölüdür, fay-dasız metal qırıntıları yığımına çevrilir.


Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə