Dos. Azad Mustafa oğlu Bayramov Azərbaycan Dövlət Aqrar Universiteti İctimai elmlər və Multikulturalizm kafedrası


MÖVZU X CƏMIYYƏTIN HƏRƏKƏTVERICI QÜVVƏLƏRI: TARIXI PROSESDƏ XALQ KÜTLƏLƏRI VƏ GÖRKƏMLI ŞƏXSIYYƏTLƏRIN ROLU



Yüklə 0,87 Mb.
səhifə7/11
tarix23.09.2017
ölçüsü0,87 Mb.
#1291
1   2   3   4   5   6   7   8   9   10   11

MÖVZU X
CƏMIYYƏTIN HƏRƏKƏTVERICI QÜVVƏLƏRI: TARIXI PROSESDƏ XALQ KÜTLƏLƏRI VƏ GÖRKƏMLI ŞƏXSIYYƏTLƏRIN ROLU.

2 saat
P L A N


1. Şəxsiyyət anlayışı. Şəxsiyyət və cəmiyyətin qarşılıqlı münasibəti.

2. Şəxsiyyətin tipləri: fərd, kolleltiv və cəmiyyət.

3. Tarixi prosesdə xalq kütlələri və görkəmli şəxsiyyətlərin rolu.

4. Şəxsiyyət azadlığı. İnsan amili və şəxsiyyətin hərtərəfli inkişafı problemi.



Ə D Ə B İ Y Y A T
1. Qasımzadə F. Tarixi materializm. Bakı, 1969.

2. İmanov H. Xalq kütlələri və şəxsiyyətin tarixdə rolu. Bakı, 1965.

3. Quliyev C. Şəxsiyyət və cəmiyyət. Bakı, 1969.

4. Şükürov A. Fəlsəfə. Bakı, 1997.

5. Fərhadoğlu M. Fəlsəfənin əsasları. Bakı, 2004.

6. A.M. Bayramov, H.T. Budaqov Fəlsəfənin əsasları 2016. Bakı

7. Мехтиев Р.Э. Философия . Учебное пособие . Баку, «Şərq-Qərb», 2009

г., 376 стр. Второе издание



Bütövlükdə cəmiyyətin subyekti əhalidir, xalq kütlələridir.Müəyyən tarixi inkişaf mərhələsində ictimai əlaqə və münasibətlərə girən insanların fəaliyyəti olma­dan cəmiyyət nə mövcud ola, nə də inkişaf edə bilməz. Deməli, cəmiyyətin mövcud­luğu və inkişafının əsas şərti əhalinin, xalq kütlələrinin əmək istehsal, sosial-siyasi və mənəvi fəaliyyətdir.Məhz görkəmli şəxsiyyətlərin istiqamətverici rəhbərliyi ilə xalq küt­lələrinin maddi istehsal və sosial-siyasi, inqilabi mübarizə fəaliyyəti cəmiy­yətin, tarixi prosesin hərəkətverici qüvvəsini təşkil edir. Lakin tarixi inkişafın müəy­yən mərhələlərində, fəlsəfi-ictimai fikrdə cəmiyyətin hərəkətverici qüvvələri məsələsini müxtəlif mövqelərdən izah edən fərqli baxışlar olmuşdur. Bəziləri cəmiy­yətin başlıca hərəkətverici qüvvəsini ilahi iradədə bəziləri dünya zəkası fəaliyyətinin cəmiyyətdə təzahüründə və ya mükəmməl ideya və nəzəriyyələrdə görürdülər.Çox vaxt görkəmli şəxsiyyətlərə və xalq kütlələrinə tarixin hərəkətverici qüvvəsi kimi baxsalar da onların qarşılıqlı münasibəti məsələsində təhriflərə yol verilmiş­dir. Bunlara görə cəmiyyətin hərəkətverici qüvvələri sistemində xalqın, şəxsiyyətin, ideyaların, subyektiv amilin, nəzəriyyələrin qarşılıqlı münasibəti üzərində daha ətraflı dayanmaq zərurəti meydana çıxır. Şəxsiyyət –ictimailəşmiş, sosial müna­sibət­lərə girən, inkişaf etmiş insan.”Şəxsiyyət” anlayışı üçün başlıca cəhət bioloji, psixofizioloji deyil, sosial mahiyyətidir. Buna görədə dialektik materialist sosial fəlsəfə “Şəxsiyyət nədir”? sualına “İctimai münasibətlərin daşıyıcısı olan insan,” sosiallaşmış insan kimi cavablar verir.

“Şəxsiyyət anlayışına həm birgə yaşayış, həm də elmi kateqoriya kimi baxılmalı­dır. Bu anlayış 1) sözün ən geniş mənasında, ictimai münasibətlərin və şüurlu fəaliy­yətin daşıyıcısı olan subyekti, müəyyən şəxsi və ya fərdiinsanı bildirmək üçün işlə­dilir.2)bu və ya digər cəmiyyətə və ya birliyə məxsus olan üzvi, nisbi sabit sosial əhəmiyyətli cəhətləri ilə fərqlənən fərdi bildirir. Hər iki mənada bu anlayış “insanın bütövlüyünü “bütöv insani”( lat persona) və ya sosial –psixoloji siması olan şəxsiyyəti (lat “personalıtas) ifadə etmək üçün işlədilir. “Şəxsiyyət” anlayışı qədim yunan teatrasında əvvələr aktyorların geyindikləri maskaya verilmiş ad olmuşdur. Son­ra­lar isə aktyorların ifa etdikləri rollara və onların özlərinə “personas “ deyil­mişdir. Nəhayət “şəxsiyyət anlayışı isə insanın cəmiyyətdə oynadığı rol , onun sosial mövqeyi, mənəvi –psixoloji səciyyəsi, fərdi”mənliyi və s. ifadəedilmişdir. Hazırda fəlsəfədə şəxsiyyət haqqında iki ümumiləşmiş konsepsiya mövcuddur6 Şəxsiyyət insanın funksional səciyyəsidir və şəxsiyyət insanın mahiyyət səciyyəsidir.Birinci insanın cəmiyyətdə oynadığı rolu , həyata keçirdiyi istimai funksiyaları ifadə edir. Burada daxili mahiyyəti , insanın “öz mənəvi dünyası deyil,zahiri fəaliyyəti ön plana çəkilir, ikinci isə , insanın daxili mənəvi potensialını , xarakter və iradəsini, mənlik şüurunu, mənəviyyatını ifadə edir. Hər iki konsepsiya vəhdətdə götürülməli, şəxsiyyətə sosial münasibətləri fərdiləşmiş şəkildə ifadə edən, gerçəkliyi dəyiş­dir­mək fəaliyyəti, mənəvi estetik normalar, hüquq və vəzifələrin özünəməxsus birgə daşıyıcısı kimi baxılmalıdır.Qədim yunan fəlsəfəsində Sokratın insana müraciətlə dediyi “Özünü dərk et” ideyası ilə şəxsiyyətin fəlsəfi təhlilinin əsasları qoyulmuşdur. Aristotel şəxsiyyəti “ictimailəşdirilmiş varlıq” kimi münasibət bəslənilmiş , şəxsiyyətin tale ilə müəyyənləşməsi fikri də mövcud olmuşdur. Alman klassik fəlsəfəsində, xüsusilə Fixfe və Feyerbax şəxsiyyətə sosial mahiyyətverməyə çalışmışlar. Onlar belə hesab edirdilər ki, cəmiyyətdən təcrid olunmuş müəyyən əlaqə və ünsiyyətə girməyən insan , fərq mövcud ola bilməz.İnsanın mahiyyəti ancaq onun başqa adamlarla sosial əlaqə və münsibətlərində aşkar olur,ancaq belə münasibətlərdə “insan insan olur”yəni şəxsiyyət kimi çıxış edir.Dialektik materializm fəlsəfəsinə görə,şəxsiyyət və cəmiyyət,onların qarşılıqlı münasibəti məsələsi,tarixi prosesdə görkəmli şəxsiyyətlər və xalq kütələlərinin rolu və s. uzun əsrlər boyu insanları məşğul edən əbədi problemlərdir.

Həmin məsələyə də bir-birinə zidd mövqelərdən cavab verilmişdir.Keçmişdə və indi bir sıra mütəfəkkirlər, sosioloqlar,din xadimləri belə hesab etmişlər ki,tarixi prosesin yaradıcısı,deməli,cəmiyyəti də yaradan və idarə edən ayrı-ayrı görkəmli şəxsiyyətlərdir.Onlar xalq kütlələrini hərəkətə gətirir,maddi və mənəvi nemətlər istehasalını təşkil edirlər.Bununla da tarixi proses mümükün olur.Onların fikrincə,xalq kütlələri ancaq “qara camaatdır”, “ancaq işləyə bilərlər”,tarixi,cəmiyyəti yarada və idarə edə bilməzlər.Şəxsiyyətlə cəmiyyətin qarşılıqlı münasibətləri tarixən aşağıdakı formalarda olmuşdur 1)Onlar arasında şəxsi asılılıq münasibətləri.Bu forma kapitalizməqədərki bütün formasiyalar (ibtidai icma,quldarlıq,feodalizm)üçün xasdır. İbtidai cəmiyyət6də şəxsi asılılıq ənən yaşayış tərzi qaydalarına uyğun formalaşmış,istismara əsaslanmırdı. Quldarlıq və feodalizm ilə isə şəxsi asılılıq istis­mara əsaslanmış,insan istehsaldan cəmiyyətdən tam asılı şəklə salınmışdır.2) maddi-əşyavi asılılıq qanun üzrə aradan qalxır,qanunla hamının hüquq bərabərliyi,söz, mətbuat, seçmək azadlığı elan olunur.Lakin şəxs iqtisadi-əşyavi cəhətdən asılı vəziy­yətə düşür.Hər şeyin əmtəə olduğu,alınıb-satıldığı şəraitdə başqa cür də ola bilməz. 3) fərdiyyət azadlığı münasibətləri.Sosializm cəmiyyətində kollektivçi şəxsiyyət tipi formalaşmalıdır.Kollektiv mövcudluğ heç də fərdiliyi,şəxsi özünəməxsusluğu aradan qaldırmır;şəxsi və ictimai mənafe ahəngdar sürətdə əlaqələndirilməlidir,şəxsi təşəbbüskarlıq,sosial fəallıq maddi və mənəvi cəhətdən stimullaşdırılmalıdır. Şəx­siyyət kollektiv içərisində əriyib itmir,fərdilik öz rəngarəngliyini zənginliyini saxlayır.Materialist sosial fəlsəfənin nümayəndələri və bir sıra mütərəqqi fikirli başqa nəzəriyyəçilər belə hesab edirlər ki,məhz xalq kütlələrinin əmək fəaliyyəti olmasaydı,maddi və mənəvi nemətlər istehsal etməsəydilər cəmiyyət nə yarana, nə də inkişaf edı bilməzdi.Dialektik materialist fəlsəfə xalq ketlələri dedikdə, həmişə zə­hmətkeşləri-antoqonist sinfi cəmiyyətlərdə istismar olunan kütlələri nəzərdə tutur.Xalq kütlələrinin əmək fəaliyyəti olmasaydı,onlar istehsalı az müddətdə belə dayandırsaydılar,bəşəriyyət mənv olub gedərdi.Amma bunu belə başa düşmək lazım deyil ki, tarixi prosesdə görkəmli şəxslərin heç bir rolu yoxdur.Əksinə,onların böyük rolu vardır.Bu rol ondan ibarətdir ki,görkəmli şəxsiyyət tarixi prosesin zəruri əlaqələrini və qanunauyğun gedişini düzgün dərk etsin,kütlələrin fəaliyyətini həmin mütərəqqi istiqamətə yönəltsin və onları məqsədəuyğun idarə etməyi bacarsın.Şəxsiyyətin özünü cəmiyyət yaradır.Şəxsiyyət cəmiyyətdəki ictimai münasibətlərin,sosial əlaəqlərin,istehsal üsulunun tipi ilə müəyyyən olunur.

Cəmiyyətdəki sosial,iqtisadi,mənəvi,sinfi,milli münasibətlərə uyğun şəxsiyyət tipləri formlaşır:quldar və qul,feodal və kəndli,burjuaziya və fəhlə və s. mənz belə münasibətdən dolayı yaranmış şəxsiyyət tipləridir.deməli,şəxsiyyət ictimai münasibətlərin məcmusudur,o sosial tarixi prosesin yetirməsidir.Şəxsiyyətin yetiş­məsi­­nin başlıca amili ictimai mühit, onun müxtəlif sosial əlaqə və münasibətlərdir.

Nəyə görə xalq kütlələri tarixin yaradıcısı hesab olunur? 1)Burada aşağıdakı üç amilə əsaslanılmışdır:

-birincisi,ona görə ki,yuxarıda da qeyd olunduğu kimi,məhz zəhmətkeş xalq kütlələrinin fəaliyyəti ilə maddi nemətlər istehsal olunur:yamək, geymək, mənzil və digər yaşayış vasitələri əldə edilir.Bunlar isə cəmiyyət inkişafının başlıca amilidir.

2)-ikincisi,ona görə ki, məhz zəhmətkeş xalq kütlələrinin fəaliyyəti ilə ictimai tarixi hadislər yaranır,inkişaf edir.Xalq kütlələrinin fəal iştirakı olmadan heç bir sosial tarixi hadisə baş verə bilməz .İlkin şəxsiyyət tipi ibtidai-icmada forma­laş­mışdır.Burada şəxsiyyət üçün fərdilikdən çıx,ümumilik keyfiyyətləri: ənənə­yə sədaqət,qan qohumluğu,ümumi mənəvi normalar və s. xas idi.Quldarlıq və feodali­zm cəmiyyətində fərqli sinfi,iqtisadi,sosial mənafelərin,xüsusi mülkiyyətin mövcudluğu şəraitində yeni şəxsiyyət tipi meydana çıxır.Burada şəxsiyyətə bir tərəfdən kollektivçilik ənələri digər tərəfdən isə sinfi məhdudluq öz təsirini göstərir.Şəxsiyyət, ən azı aşağıdakı keyfiyyətlərə malik olmalıdır a)sosial fəallıq,təşəbbüskarlıq idrakı yetkinlik, əxlaqı satlıqla yanaşı mənviəvi tamamlıq, “özünəməxsusluq”, “fərdi” “mərlik b) fərdiliyin çıx sahəliyi, məhdudluğu olmaması; b) başqa cür ola bilmək,ancaq (“göründüyü kimi olmaq ”)öz hərəkətlərinə nəzarət və hökmranlıq etməyi bacarmaq, “özünün ağası olmaq” d)müstəqilliyini heç vaxt itirməmək e) sosial –sinfi həyst prinsiplərinə sədaqət,tutduğu tolun düzgünlüyünə inam;hətta ölümə getsə belə özlərindən dönmək; j)ən sadə bəşəri çağırışları (vətəni sevmək.insanlara hörmət etmək,doğruçuluq və s.)daim rəhbər tutmaq m)prinsipiallıq; k) mənfi hallarla barışmazlıq və s. İnsan ictimai varlıqdır, lakin o,ayrı-ayrı fərdlərlə konkretləşir.İnsan fərdlə, qrup,sinif,kollektivlə bağlanır;kollektivlə cəmiyyətlə; cə­miy­yət vasitəsi ilə isə bütövlükdə bəşəriyyətlə əlaqəyə girir, bağlanır.Fərd həm də ictimai mövcudluqdur:yaşadığı ictimai münasibətlərin məhsuludur.fərd sosiallaşaraq şəxsiyyətə çevrilir.Lakin bu cəhət fərd-şəxsiyyət üçün bioloji,psixoloji cəhətlərin əhəmiyyətini tıdd etmir. “Fərd”anlayışı a)yüksək bioloji növ olan “Hormosapiens”in ayrıca bir nəfərini, inan nəslinin təkcə götürülən bir üzvünü bildirmək, bir adamı başqalarından fərqləndirmək üçün: fəlsəfi mənada isə sosial-birliyin ayrıca bir “atomunu”, bildirmək üçün işlədilir.Deməli, ikinci mənada fərd “ictimailəşmiş ”sosiaı təkdir.həmin təkcə qrupun,kollektivin bir üçzvi kimi,şəxsiyyətin formalaşması amili çıxış edir.Deməli,müləq mənada aytıca fərd yoxdur. “ictimailəşmiş”kollektivin bir üzvi,tanınan bir hissəsi kimi sosial fərd vardır.Fərd cəmiyyət içərisində yaşayır. Cəmiyyət bütün canlı orqanizmlər içərisində ən yüksək mütəşəkkillikdir.İnsan həyatda nəyə nail olmuşsa;nə kimi maddi və mənəvi sərvətlər əldə etmişsə bunun üçün cəmiyyətə minnətdar olmalıdır.İnsan cəmiyyətlə kollektivlər kollektividir. Müəyyən konkret tarixi şəraitdə mövcud olan,həmişə konkret mahiyyət daşıyan şəxsiyyət əmək və tədris kollektivləri,ictimai təşkilat və qruplar,ailə və s. kimi cəmiy­yətin ilkin kollektivlərində birləşərək ictimailəşir.

Şəxsiyyət azadlığı fəlsəfənin ən mürəkkəb,çoxsahəli və ziddiyyətli problemlərin­dəndir.Onu ancaq tarixi zərurətlə insan fəaliyyəti arasında qarşılıqlı münasibət baxı­mından təhlil edib,düzgün elmi-fəlsəfi nəticələrə gəlmək olar.Bəzən iddia olubnur ki,cəmiyyətdə şəxsiyyət azadlığı,onunsərbəst fəaliyyəti mümkün deyildir.Çünki cəmiyyət obyektiv ictimai qanunların fəaliyyət təsirindədir,insanda bu qanunlardan asılıdır,ictimai qaydaların ancaq icrasıdır.Lakin biz ancaq zərurəti qəbul edir, şəxsiyyətin azad fəaliyyətini görmürüks onda şəxsiy-yətin məsuliyyət hissəsini,cavabdehliyini,vəzifələrini də qəbul etməməliyik.Bu isə yanlışlıqdır. Cəmiy­yətdə şəxsiyyət öz fəaliyyət məqsədini müəyyən etmək də azaddır.Lakin bu azad fəaliyyət o vaxt məqsədyönlü,həqiqi istiqamət götürür ki,o obyektiv zərurətin dərindən dərk edilməsinə və ondan düzgün nəticələr çıxarılmasına əsaslansın,sosial determinlik,tarixi zərurət və şərait düzgün qiymətləndirilsin.Şəxsiyyət həm də öz qarşısına qoyduğu məqsədə çatmaq üçün təsirli vasitələr seçmək azadlığına da malikdir.Şəxsiyyət azadlığı mövcud cəmiyyətin məhsuldar qüvvələrinin,elmi-texniki inkişafının səviyyəsi,ictimai münasibətlərin və siyasi quruluşun növü,mütərəqqi səciyyə daşıyıb-daşımaması ilə ölçülür.Şəxsiyyət azadlığı cəmiyyətdəki sosial, siyasi, mənəvi və s.azadlıqların mövcudluğu səviyyəsindən də çox asılıdır.Sosialist şəraitində şəxsiyyət azadlığı üçün hüquqi əsaslarla yanaşı, əlverişli sosial,siyasi və iqtisadi şərait yaradılmağa ciddi çılışmamışdır.ancaq son illərdə müstəqillik prosesində, respublikamızın demokratikləşmə şəraitində şəxsiyyət azadlığı üçün daha geniş imkanlar açılmışdır.Şəxsiyyət həm azadlığın subyekti, həm də onun daşıyı­cısıdır.Lakin heç bir cəmiyyətdə şəxsiyyətə azadlıq kənardan gəlmir,o alınır, müba­rizə ilə,əmək hünəri ilə,sosial-siyasi fəallıqla.

Azərbaycanın azadlığı,onun siyasi və iqtisadi suverenliyi də ancaq mübarizə ilə xalqımızın siyasi şüurluğu və sosial fəallığı ilə tam təmin edilə bilər.Ancaq bu yolla Azərbaycanda həqiqi şəxsiyyət azadlığı üçün real zəmin yaradıla bilər.Şəxsiyyətin həqiqi azadlığı-bütün insanla,bəşəriyyətin əldə etdiyi təcrübəyə yiyələndikdə,onların maddi və mənəvi tələbatı tam ödənilərək hər cür asılılıqdan xilas olduqda,bilik və mənəvi sərvətləri mənimsəyərək şüurlu intizam fəaliyyəti təmin olunduqda meydana çıxır.

Hər bir icitmai tarixi hərəkatın vüsəti kütlələrin hansı səviyyədə cəlb olunmsında xalqın sosial yaradıcı fəallığından asılıdır.Hazırki,şəraitdə insan amilinin rolunun artması qanunauyğun və obyektiv səciyyə daşıyır.İnsan təbiət və cəmiyyətin çox müərəkkəb qarşılıqlı münasəbətinin mövcud olduğu indiki şəraitdə başqa cürdə ola bilməzdi.İnsan sosialyaradıcı əsas göstəricisi onnu azadlığı səviyyəidir,təbiət və cəmiyyətin inkiş.af qanunauyğunluqlarının dərk etməsi onların kortəbii fəaliyyətində təsirindən çıxmaq imkanı azad və şürlu sürətdə həmin qanunauyğunluqlarından öz əməli məqsədələrinə uyğun istifadə etmək bacarığıdır.Ancaq belə insan azad və fəaldır.Belə insan müəyyən sosial mühitdə öz hüquqularını başa düşdüyü kimi vəzifələri də dərk edir.

Fəlsəfənin ən mürəkkəb çıxşahəli və ziddiyyətli problemlərindən biridir.Bəzi iddia olunur ki,cəmiyyətdə şəxsiyyət azadlığı onun sərbəst fəaliyyəti mümkün deyildir.Çünki cəmiyyət obyektiv icitmai qanunların fəaliyət təsirindədir.Şəxsiyyət zərurəti dərk edərək azad məqsədli fəaliyyət göstərir.

Ona görə də fəlsəfə tarixində ümumi nəticə qəbul olunmuşdur: Mədəniyyət tarixində irəli atılan hər bir addım insan azadlığına doğru atılmış addımdır. Cəmiy­yətdə şəxsiyyət öz fəaliyyət məqsədini müəyəyn etməkdə azaddır.Şəxsiyyət həm də öz qarşısına qoyduğu məqsədə çatmaq üçün təsirli vasitərlə seçmək azadlığına da malikdir.Şəxsiyyət isə sosial münasibətlər sistemində fəaliyyət göstərdiyinə görə cəmiyyətdə müəyyən mənafeyi həyata keçirməli,hüquq və vəzifələri yerinə yetirməlidir.Çünki cəmiyyətdə yaşamaq lakin hüquq və vəzifələri yerinə yetirməlidir.Çünki cəmiyyətdə yaşamaq lakin cəmiyyətdən azad olmaq mümkün deyildir.

Şəxsiyyət azadlığı məhsuldar qüvvələrinin elmi texniki inkişafının səviyyəsi ictimai münasibətlərin,siyasi quruluşun növü mütərəqqi səciyyə daşıyıb daşımaması ilə ölçülür.İnsan şəxsiyyət azadlığı uğrunda mübarizə cəmiyyətin əsas hərəkətverici amillərində biridir.

Şəxsiyyət həm azadlığın subyekti həm də onun daşıyıcısıdır.Azərbaycanın azadlığı onun siyasi və iqtisadi suverenliyi də ancaa mübarizə ilə xalqımızın siyasi şüurluğu və sosial fəallığı ilə təmin edilə bilər.Ancaq bu yolla Azərbaycanda həqiqi şəxsiyəyt azadlığı üçün real zəmin yaradıla bilər.Bu cəmiyyətin sosial idealıdır,belə ideal cəmiyyət qurulduqda,cəmiyyət tamamilə insanların nəzarəti altında olduqca şəxsiyyətin həqiqi azadlığı təmin ediləcək.İnsan amilini fəallaşdırmağın ən ümdə şəxsiyyətlərdən biri insanın əməyə birinci həyatı zərurət kimi münasibət bəslənməsinə nail olmaqdan ibarətdir.Bundan başqa müasir şəxsiyyət vətəndaşlıq mövqeyi və siyasi şüura yiyələnməlidir.

Mövzu:XI

Cəmiyyətin mənəvi həyatı və ictimai şüur.

mədəniyyət və sivilizasiya
Plan

I məşğələ

1.Mənəvi həyat və ictimai şüur anlayışları.İctimai varlıq və ictimai şüur.

2.İctimai şüurun quruluşu:ictimai və fərdi şüur.

Psixologiya və ideologiya,nəzəri şüur.

3.İctimai şüurun nisbi müstəqilliyi və fəal xarakteri.

4.Siyasi və hüquqi şüur,onların mahiyyəti və cəmiyyətdə rolu.



II məşğələ

1.Əxlaqi şüur.Əxlaqın kateqoriyaları,normaları və sinfi xarakteri.Əxlaq və hüquq.

2.Estetik şüur anlayışı.İncəsənət kerçəkliyin bədii obrazlarla inikasıdır.

3.Dini şüurun özünəməxsusluğu.Allaha,fövqəltəbii qüvvələrə etiqad dini şüurun əsa­sı­dır.

4. Mənəvi həyat və mədəniyyət. Maddi və mənəvi mədəniyyət. Mədəniyyət, sivili­za­siya və mənəvi fəaliyyət.

5.Mənəvi fəaliyyət növü olan elm və onun sosial funksiyaları.



ƏDƏBİYYAT

1. Qasımzadə F.Tarixi materializm.səh.178-205.Bakı.1969.

2. Mustafayev F.Mənəvi tələbatın inkişaf dialektikası.Bakı.1989.

3. Fərhadoğlu M.Fəlsəfənin əsasları.səh.289-315.Bakı.1998.

4. Şükürov A.Fəlsəfə.Bakı. 1997.

5. Paşayev V. Fəlsəfə. Bakı. 1999.

6.İctimai şüurun dialektikası. Bakı.1984.

7. Nəsibzadə N.Azərbaycan Demokratik Respublikası.Bakı.1990.

8. Azərbaycan Respublikasının Konstitusiyası.Bakı.1995.

9. A.M. Bayramov, H. T. Budaqov Fəlsəfənin əsasları 2016. Bakı

10. Мехтиев Р.Э. Философия . Учебное пособие . Баку, «Şərq-Qərb», 2009 г., 376 стр.


Cəmiyyət iki hissədən –maddi və mənəvi həyatdan ibarətdir.Əgər cəmiyyətdəki bütün maddi nemətlərin istehsalı prosesi, insanların əmək fəaliyyətinin maddiləşməsi sahəsi , sosial-maddi yaşayış tarixi, başqa sözlə, maddi-ictimai varlığı cəmiyyətin maddi həyatını təşkil edirsə, mənəvi fəaliyyət dairəsi: təhsi, peşə, ixtisas fəaliyyəti, elmi-texnoloji hərəkətlərin, davranışın, mənəviyyatın, dünyagörüşün ənənələrin vəs. məcmusu isə mənəvi həyatı təşkil edir. Mənəvi həyat tərzi maddi yaşayış usulu, maddi –ictimai varlığın əsasında quruluş müəyyən edir. Elə ona görədir ki, hər bir ictimai-iqtisadi formasiyanın xarakterinə uyğun spesifik mənəvi həyatı olur. Cəmiy­yətin mənəvi həyatı anlayışını çox zaman “ictimai şüur” anlayışı ilə eyniləşdirirlər. Lakin onlar bir-birinə yaxın anlayışlar olsalarda, eyni deyildilər.Mənəvi həyat ən ümumi ifadə edib, geniş əhatə dairəsində malikdirsə, ictimai şüur onun tərtib hissəsi dir, əhatə dairəsi cəhətdən nisbətən məhduddur.Cəmiyyətin mənəvi həyatının heçdə bütün tərkib hissələri (mədəniyyət, dünyagörüşü, adət-ənənələr, təhsil, peşə fəaliyyəti və s.) ictimai şüur anlayışına aid edilə bilməz.Bilməkdə kifayətlənmək olmaz. İnsanlar maddi-iqtisadi fəaliyyəti kimi belə müəyyən siyasi və əxlaqi ideyaları rəhbər kimi bilik, baxışlarvə nəzəriyyələr əsasında hərəkət baxış və nəzəriyyələr isə cəmiy­yət həyatında mühüm rol oynayan ictimai şüur sahəsinə aidddir.

İctimai şüur-ictimai varlığın inikasıdır. Cəmiyyətin mənəvi həyatının başlıca hissəsidir. İctimai şüur- insanların əməli fəaliyyətində istinad etdikləri və rəhbər tutduqları ictimai ideya və nəzəriyyələrin, siyasi, elmi, hüquqi, fəlsəfi, dini, əxlaqi,bəddi baxışların, ictimai hiss, psixoloji, vərdiş və mənəvi keyfiyyətlərin məc­musu­dur.İctimai şüurun inikas obyekti –ictimai varlıqdır, insanı əhatə edən gerçək­likdir.İctimai şüur yekcins deyildir.İctimai varlığın rəgarəng və çoxsahəli olmasına uyğun olaraq, onun inikası olan ictimai şüurda müeəkkəb struktura malikdir. İctimai şüurun struktur komponentləri sırasında ictimai şüur səviyyələrinin –elmi-nəzəri və adi-gündəlik şüurun, ictimai ideologoya və ictimai psixologiyanın, ictimai və fərdi şüurun düzgün dərk edilməsinin. İctimai şüur formalarının qarşılıqlı əlaqə və təsirinin müəyyənləşdirilməsinin xüsusi əhəmiyyəti vardır. İctimai varlıq ictimai şüurdan asılı olmayaraq mövcuddur.İctimai şüur ictimai varlıqdan doğrusudu, onun nəticəsidir və onu əks etdirir. Odur ki, ictimai inkişafın mənbəyinin “ ayrı-ayrı şəxslərin başında”, “on­­ların ideyalarında” deyil, cəmiyyətin maddi həyatında, ən əvvəl, iqtisadi münasi­bətlər dəyişiklikdə siyasi, hüquqi, fəlsəfi, xəlaqi, dini və başqa, baxış və nəzəriyyələr də də­yişilir.

İctimai şüurun inkişafında nisbi müstəqillik özünü əsasən aşağıdakı formalarda göstərir:

1.Əvvələn, ictimai şüur öz inkişafında, əsasən ictimai varlıqdan geri qalır. İctimai şüurun bir sıra formalarında (din, əxlaq və s.) özünü daha çox göstərən geri­qalma meyli ictimai şüurun öz mahiyyətindən irəli gəlir.Axı, ictimai varlıq dəyişil­məlidir ki, ona uyğun şəkildə, onun ardınca ictimai şüur, mövcud ideya, baxış və vər­­­­­diş­lər də bütövlükdə şüur səciyyəsi də dəyişsin.

2. İkinci. Ictimai şüur (xüsusilə onun bir sıra ünsürləri: siyasi, nəzəriyyələr vəs) öz inkişafında ictimai varlığa qabaqlaya da bilir.Bu isə odeməkdir ki, ictimaişüurun ictimai varlıqdan geri qalması da mütləq deyildir, müəyyən şəraitlə bağlıdır.

3.Üçüncü, ictimai şüur öz inkişafında ciddi varisliyə malikdir.Hər bir ideologiya forması (siyasi, hüquqi, əxlaqi və s.) öz inkişafında əvvəlki ideoloji irsdən, mənəvi sərvətdən istifadə edir, onun əsas cəhətlərini yaşadır və inkişaf etdirir.Cəmiyyət həyatında qalib gəlmiş hər hansı sinif öz ideologiyasını və mədəniyyətini yaradarkən özündən əvvvəlki mənəvi sərvətdən imtina etməmiş, əksinə, onlardan öz mənafeyinə uyğun surətdə istifadə edir.Məhz varislik sahəsində mənəvi sərvətlər də nəsldən-nəslə verilir.



4.Dödüncü, ictimai şüurun, ideologiyasının gerçəkliyi fəal təsir göstər­məsi­də onun nisbi müstəqilliyinin ifadəsidir.Qabaqçıl ideyaları rəhbər tutan kütlələr qarşı­sında duran ən mühüm ictimai vəzifələri dərk edərək onları yerinə yetirməyə qadir olan başlıca qüvvədir.İnkişaf prosesi nəinki ictimai varlıqla ictimai şüur arasında həm də ictimai şüurun müxtəlif (siyasi ideyalar, əxlaq, elm, incəsənət və s.) formaları arasında möhkəm qarşılıqlı əlaqə və təsirdə davam edir.Belə qarşılqlı təsir bütövlükdə tarixi tərəqqinin ümumi qanunauyğunluqlarından birini təşkil edir.İctimai şüurun sturukturunda ictimai və fərdi şüurun qarşılıqlı münasibətlərinin düzgün müəyyənləşdirilməsində mühüm metodoloji və nəzəri-idrakı əhəmiyyəti vardır.Bir cəhəti yadda saxlamaq lazımdır ki, ictimai və fərdi şüuru nə eyniləşdirmək, nə də onların bir-birindən tam təcrid etmək düzgün deyildir. Necə deyərlər, ictimai və fərdi şüur bir-birilə dialektik qarşılıqlıəlaqədir, onlar bir-birinin varlığı ilə mövcud olurlar.Fərdi şüur həm də ictimi şüurdur. İctimai şüur isə həm də fərdi şüurdurcanlı konkret fərdlər, şəxsiyyət olmadan ictimai şüur da ola bilməz. İctimai mühitdən kənarda isə fərq yoxdur. Onun da şüuru ictimaidir. Lakin bu, heçdə onların arasında bərabərlikişarəsi qoymaq demək deyildir, onların mühüm fərqləri vardır. Fərdi şüur –şəxsiyyətin mənəvi aləmidir, müəyyən konkret şəxsinfikirləri, baxışları, luzs və vərdişlərinin məcmusudur.Fərdi şüur şəxsin mənlik şüurudur,özü, dünya, kolektiv, sinif və cəmiyyəthaqqındakı baxışları sistemidir.Bu baxışları isə yalnız fərqin “özü”nə məxsusluğu ilə izah etmək olmaz. Burada fərqinyaşadığıobyektiv mü­hitin (takro və mikro mühitlərin vəhdətinin),onun sinif daxilində fəaliyyət göstərdiyi sosial qrupun, mənsubolduğusinfin,millətin, ailənin,dost və tanışların və s. ciddi təsiri vardır. İctimai şüur cəmiyyətin ən ümumi, qanunauyğun şüurudur.İctimai şüur –ictimai qanunları dərk etmək yolu ilə yaranır və fəaliyyət göstərir.İctimai şüur, nəhayət etibarıilə ictimai varlığınb inkişaf səviyyəsinə uyğun olur, onun dəyişməsi əsasında dəyişir və inkişaf edir.İctimai şüuru,onu çoxlu adamı əhatə etməsi mə­nasında başa düşmək olmazdı.İctimai psixologiya-maddi iqtisadi münasibətlərin, insanların yaşadığı ictimai şəraitin,gündəlik əmək fəaliyyəti nəticəsində əldə etdikləri təcrübənin,onların psixikasında hisslər,əhval-ruhiyyə,fikirlər,vərdişlər,-təsəvvür və xayallar şəklində əks olunmasıdır.Həmin ictimai hiss,əhval ruhiyyə və xayallar ictimai varlığın ilkin və bilavasitə inikası olsa da,onlar ümumiləşmiş sistemləşmiş halda deyildir.İctimai psixologiya sosial-sinfi və milli xarakter daşıyır.O,sosial qrup və siniflərin,xalq,millət və etnik qrupların həyat şəraiti və mənafelərini əks etdirir.Ona görə də ictiami mənafeləri müxtəlif olan siniflərin xalq və millətlərin psixologiyası da bir-birindən kəskin surətdə fərqlənir.İctimai ideologiya-ictiami varlığı ümumxalq və müəyyən sinfi mənafe mövqeyində əks etdirən ideyalar,baxışlar və nəzəriyyələrin məcmusudur.O,hər hansı xalqın, millətin,sinfin siyasi, fəlsəfi, əx­laqi, dini və s.baxışları sistemidir,gerçəkliyin nəzəri dərk edilib ümumiləşdirilm-sidir.Cəmiyyətdə xalqın və sinfin əsaslı mənafe məhz ideolgiya vasitəslə daha dəqiq və dolğun ifadə olunur ki, bu da onun həmişə sianfi xarakter daşıdığını göstərir.Məhz dərin sinfi xarakter daşıdığına görə bir sıra müəlliflər ictimai ideologiyaya “şüurun sinfi tərəfi”, “nəzəri sinfi özünüdərketmə ” və s.kimi təriflərdə verirlər. Mütərəqqi, inqilabçı siniflərin ideologiyası da mütərəqqi,elmi olur,öz dövrünü başa vurmuş sinif­lər isə həmişə köhnə,mürtəce ideyaları təbliğ edir,öz istismarçı təbiətlərinə haqq qazan­­­­­­­dırmağa çalışırlar.Ona görə də onların ideoligiyası qeyri –elmi və qeyri- mü­tərəq­qidir.

Adi –kütləvi (və ya gündəlik) şüur -insanların gündəlik həyat proseslərində, əmək-istehsalat, ictimai –siyasi və mənəvi fəaliyyətlərində gerçəkliyə münasi­bətləri, öz vəziyyətləri və tələbləri haqqında əldə etdikləri emprik biliklər, təsəvvür yaradı­cılıq və idrakı qabiliyyətləri,vərdiş,əxlaq normaları, adət-ənənələri və s.əhatə edir.Adi şüur gerçəkliyin nəzəri anlaşması səviyyəsinə qalxa bilmir.Bu səviyyədə ictimai şüur edir.O,gerçəkliyin ən çox xarici,təzahür cəhətlərini dərk edir, o gerçəkliyin qanuna­uyğunluqlarına,hadisələrin daxili mahiyyətinə vara bilmir.Elmi -nəzəri şüur-təbii və sosial gerçəkliyin elmi dolğun inikasıdır,nəzəri cəhətdən sistemli və ümumiləş­dirilmiş inikasıdır,daxili-mahiyyətli,qanun və qanunauyğunluqlarda ifadə olunan inika­sıdır.Əlbəttə, bu iki şüur səviyyəsi arasında sədd nisbidir, onlar bir-birinə qarşlıqlı təsir edir.Hətta müəyyən dərəcədə bir-birinə qarşılıqlı təsir edir.Hətta müəyyən dərəcədə bir-birini zənginləşdirirlər.Adi –gündəlik şüur bütün dövrlərdə ictimai şüur formalarının inkişaf və qida mənbəyi olmuşdur.Elmin,incəsənətin ən görkəmli yaradıcıları həmişə şifahi xalq yaradıcılığına xalq təfəkkürünə istinad etmişlər.İctimai şüurun rəngarəng və müxtəlif formaları, istiqamətləri,aspektləri vardır:siyasi ideyalar,hüquq,əxalq, elm,din və s.Həmin formalar arasında möhkəm qarşılıqlı təsir əlaqələri mövcuddur.İctimai şüurun müxtəlif formalarının yaran­masının və onlar arasında qarşılıqlı təsirin mövcudluğunun əsasında,bu formalarının hamısının inikası obyektinin ümumiliyi durur: insanı əhatə edən obyektiv gerçəklik,ictimai varlıq özünün rəngarəngliyi,çoxsahəliyi ilə səciyyələnir.Bu müxtəlif sahələr aspektlər təcrid olunmuş halda mövcud deyildir,onlar çox müxtəlif forma və vasitələrlə qarşılıqlı əlaqədə bir-birinə təsir edir,bir-birinin mövcudluğunu şərtlən­dirir.

Dialektik sosial fəlsəfə cəmiyyətin mənəvi həyatına və sosial gerçəkliyə hansı ic­tiami şüur formasının güclü təsir etməsinin aparıcı mövqeyə keçməsinin səbəbini onun iqtisadi bazisə daha yaxın olması,iqtisadi mənafe və münasibətləri bilavasitə və daha dolğun əks etdirməsi ilə izah edir.Deməli,hər hansı ictiami şüur forması sosial-iqtisadi mənafe və münasibətləri bilavasitə,daha yaxından əks etdirirsə,cəmiyyətdəki sosial qrup,sinif və təbəqələrin mənafelərini bilavasitə ifadə edirsə, başqa sözlə real bazislə müstəqil və daha yaxın əlaqələrə malikdirsə,həmin şüur forması tədricən müstəqil qüvvə, hətta iqtisadi münasibətləri də müəyyən edən (F.Engels)qüvvə kimi çıxış edir,icitmai şüurun digər formalarına daha güclü təsr göstərir.Siyasi şüur-cəmiyyətin siniflərə parçalandığı və dövlətin yarandığı dövrə formalaşmağa başlamışdır.Siniflərin dövlətə,istehsala,hakimiyyətə,ictimai təşkilat və təsisatlara olan münasibətləri müəyyən siyasi ideya,baxış təsəvvür və hadisələr doğurur.Həmin ideya və baxışların məcmusu siyasi şüuru əmələ gətirir.Deməli, siyasi şüur xalqın və siniflərin dövlət hakimiyyətinə münasibətləri əsasında yaranan sosial- iqtisadi və ictimai-siyasi mövqe və mənafeləri əks etdirən ideya və təsəvvürlərin, hiss və əhval- ruhiyyələrin məcmusudur.Həmin sosial-iqtisadi və sinfi mənafelər əsasında xüsusi siyasi mənafelər formalaşır.Siyasi mənafe obyektivdir və ona görə də cəmiyyətin bütün üzvlərinə (sinif, təbəqə, kollektiv, fərd və s.) toxunur, onları əhatə edir.Siyasi mənafe-cəmiyyətdəki bütün ümumilli, sosial, iqtisadi, sinfi, mənəvi məqsədləri mərkəzləşdirib sintez halında ifadə edir.Odur ki, siyasi mənafe cəmiyyətdəki bütün ziddiyyətlərin və toqquşmaların əsasında durur.Həmin mübarizədə ideoloji mübühisələr şəklində elm, incəsənət, din, fəlsəfə və s. kimi şüur formaları da cəlb olu­nur, onlar siyasətin təsirinə məruz qalır, hətta cəmiyyətin sosial- iqtisadi və mənəvi həyatı siyasi mənafedən asılı vəziyyətə düşür. Lakin, bunlar heç də bəşəri incə­sənətin mütərrəqi elmin nisbi müstəqilliyini, hətta siyasətə əks təsirini inkar etmir.

Hüquq şüuru- cəmiyytdəki qəbul edilmiş rəsmi qanunlar və normaların mahiy­yəti və həyata keçirilməsi prosesində əldə edlimiş biliklərin, təsəvvür, vərdiş və rəsm nor­maların məcmusudur.Həmin qanun və normalart cəmiyyətdəki fərdlərin, tə­bə­qə­lə­rin, siniflərin, əmək kollektivlərinin, ictimai hərəkat və partiyaların, vəzifəli şə­xslə­rin, təşkilat, idarə, müəssisələrin və s. sosial-iqtisadi fəaliyyətini rəsmi-hüquqi tənzim edir.Hüquq siyasətlə çox bağlıdır, siyasətin meydana çıxması ilə əlaqədar yaranmış, siyasi mənafelərin müəyyən normativ aktlarla reallaşdırılması məqsədinə xidmət etmişdir.Əxlaqı şüur- müəyyən cəmiyyətdə insanların bir-birinə əmək kollektivinə, sinfə, dövlətə, millətə və bütövlükdə cəmiyyətlə münasibətdə əladə etdikləri davranış normaları, hrəkətlər vərdişlər, mənəvi ideya və hisslərin xüsusi sistemi, mənəvi təcəssümüdür.Əxlaq- cəmiyyətdə insanların hərəkətlərini tənzim edən birgəyaşayış normalarını davranış qaydalarının məcmusudur, mənşəcə ictimai şüurun ən qədim formalarından biridir.İnsan cəmiyyəti yaranan dövrdən insanlar arasında müəyyən tənzim edici norma və qaydalar da meydana çıxmışdır ki, onlarında məcmusu əxlaqdır.Əxlaq-ictimai həyatn bütün sahələrində-əmək istehsal prosesində,sosial-siyasi fəaliyyətdə,ailə-məişətdə, siyasətdə, elmdə, şəxsi, sinfi, milli, bey­­nəl­xalq münasibətlərdə və s. insanların davranışını və rəftarını tənzim edir,­insanlararası qarşılıqlı münasibətlərin ən ümumi əsaslarını müəyyən edir.Ən ümumi əxlaqi prisnsiplər (humanizm.vətənpərvərlik, millilik, beynəlmiləçilik, ədalət,-yaxşılıq, xeyirxahlıq, aşkarlıq və i.a)bəşəri mənəviyyatın əsaslarını təşkil edir.Əxlaq normaları gündəlik birgəyaşayışda əldə edilmş inam və əqidə əsasında formalaşmış ictimai rəy üzrə tənzim olunur.Mənəviyyat sistemində şəxsiyyət nüfuzu (avtoritut) heç də müəyyən siyasi imtiyaz,rəsmi vəzifə ilə deyil,mənəvi-əxlaqi nümunə əsasında,davranış və rəftar mədəniyyəti sayəsində əldə edilir.

Əxlaqın mənşəyi, mahiyyəti, kateqoriya, prinsip və qanuauyğunluqlarından xüsusi fəlsəfə elm–etika bəhs edir. Başqa sözlə, etika əxlaq haqqında elmi nəzəriyyədir.

Hazırda respublikamızda, xüsusilə əmək kollektivləri, ictimai qruplar, siyasi partiya və təşkilatlar, ailə məişət, mədəni münasibətlər, tibb və s. sahələrdə insanlar arasındakı qarşılıqlı əlaqə və münasibətlər çox hallarda, rəsmi, hüquqi normalarla deyil (onların rolu tam inkar edilməmək şərtilə), əsasən əxlaq normaları ilə, davranış qaydaları ilə tənzim olunur.İctimai rəy, yəni daha təsirli vasitəyə çevrilir.Ona görə də hazırda şəxsi mənəvi nümunə, nüfuz, şəxsi fəallıq, təşəbbüskarlıq, təmizlik, ləyaqət hissi, işgüzarlıq və s. kimi yüksək mənəvi keyfiyyətlə cəmiyyətdə mühüm tərbiyəvi və tənzimedici vasitə kimi çıxış edir, sözlə işin uyğun gəlməməsi və mənəvi laqeydlik kimi əsas, “əxlaqı bəlaya”çevrilmiş halların aradan qaldırılmasına fəal müsbət təsir göstərir.Cəmiyəytin mənəvi münasibətləri sistemində inzibati amirlik şəraitində for­malaş­mış və müəyyən cəhətlərdən indi də davam edən rəsmi dairələr,yuxarılar qarşısına mütilik və yataqlıq, aşağılara isə laqeyd, kobud, bürokratik münasibət bəslənilməsi halları adamlarda mənəvi passivlik, sosial-siyasi məqsədələrə inam­sızlıq, bədbinlik əhval –ruhiyyəsi və s.yaradır, mənəvi həyat ziddiyyətlərinə “çıxıl­maz”xarakter verir.

Dini şüur –ictimai şüurun formalarından olmaqla, insanın onu əhatə edən təbii və sosial gerçəkliyə münasibətini mənəvi inikasının növlərindəndir.İctimai şüurun ən qədim formalarından biri (həm də ən qədimi)olan din,uzun əsrlər boyu ümumi ictimai şüur forması olmuşdur.Tarixi-sosial, şərait üzündən din ibtidai-icma, quldarlıq, xüsu­silə feodalizm dövründə ictimai şüurun bütün başqa formalarını öz təsirinə almış, cəmiyyətin mənəvi həyatında mühüm yer tutmuşdur.Müasir elm sübut edir ki,yer üzə­rində din ibtidai –icmanın axırlarında təxminən 50-40 min il bundan əvvəl meydana çıxmışdır.Bütün bu cəhətləri nəzərə alaraq F.Engels “Anti-Durinq”əsərində-Din ndir?sualına belə bir cavab vermişdir: “Hər bir din insanların gündəlik həyatında on­lara hökmranlıq edən xarici qüvvələrin insanların beynindəki fantastik inikasın­dan,yer üzərindəki qüvvələrin səma qüvvələri şəkli olduğu inikasından başqa bir şey deyildir”.Qabaqcıl mütəfəkkirlər dini həmişə yer hadisəsi,insanların yaşayış və şüur tərzində yaranmış bir sosial-mənəvi fenomen hesab etmişlər.K.Marks dəfələrlə qeyd edirdi ki,dinin mahiyyətini dərk etmək üçün onun “yer kök­ləri”aydınlaşdırılmalıdır.L.Feyerbax isə qeyd edirdi ki,dini anlayışları insanlar özləri yaratmışlar, “axirət bu dünyanın əks sədasıdır”.M.F.Axundovun “İnsanlar yer üzərində yaxşı nə varsa cənnətə,pis nə varsa cəhənnəmə köşürmülər” fikri də bu ideyalara tam uyğundur.

Dini şüurun başlıca ünsürü dini ideya və təsəvvürlər,onun nəzəti forması ilə dini ideologiya və ya teologiyadır(ilahiyyat)İlahiyyat dini təlimin əsasını təşkil edir və əsasən dini ehkamlara etiqadın sistemləşmiş nəzəri ifadəsidir.İslam dinində dini ideya və təəvvürlərin,ilahiyyatın əsasını təşkil edən etiqad ehkamları bunlardır “La ilahə-illəllah-Muhəmmədun rəsullullah” (Allahdan başqa heç bir ilahi qüvvə yoxdur,Məhəmməd isə allahın rəsulkudur elçisidir).Allah-təkdir,əbədi və hər çeyə qadirdir;Məhəməd peyğəmbərdir,allahın yer üzərindəki elçisidir;axirət haqdır və orada ölülər canlandırlıb cəza və ya mükafatlandırılacaqdır;-Quran müqəddəsdir və Allah tərəfindən göndərilmişdir;insanın başına o işlər gəlir ki,onları Allah əvvəlcədən müəyyən etmişdir;ruha,taleyə etiqad və s. Bu etiqad ehkamları əsasında islam dini hər bir müsəlman qarşısında beşi əsas vəzifə qoyur ki,onlarda dinin “beş rükünü”(əsası) deyilir.a) kəlmeyi-şəhadət etiqad və onu oxuya bilmək,yəni Allahdan başqa heç bir ilahi qüvvə yoxdur,Məhhəməd onun elçisidir kəlamına inam və oxuya bilmək bacarığı b) namaz qılmaq v)oruc tutmaq q)həccə ziyarətə getmək bunun üçün müsəlmanın cismani və maddi imkanı olmalıdır.d)zəkat vermək.Zəkat dini- icmanın ehtiyaclarına sərf edilən,yoxsullara,yetimlərə və s. əl tutmaq üçün müsəlmanın əmlak və gəlirindən tutulan icbari vergidir.

Dini şüurun strukturuna daxil olan digər ünsür dini ayinçilik (kulst)və ya dini fəaliyyətdir.Məsələn,islam dinində xüsusi dini şərait qaydaları,namaz qılmaq,oruc tutmaq, qurban kəsmək,dini dəfn mərasim-ləri,dni kəbin adətləri,məhərrəmlik,dini and içmək , səhər-axşam bir çox ibadət ayinləri və s. dini ayinçilik sahəsinə aiddir.Bu ayinlərin icrası,onların çoxsaylı təkrar edilməsi,dini ideya və təsəvvürlərin geniçləndirilməsi müsəlman dindarlığının zahiri əlaməti və ya təzahürü kimi çıxış edir.Dini hiss və əhval-ruhiyyələr də dini şüurun strukturun da müəyyən yer tutur.Əbədi və anadangəlmə dini hisslər olmasa da dinə dərindən inam bəsləyən adamların mənəvi aləmində onlar mühüm təsir gücünə malikdr.Məsələn,dini hiss insana təsəlli verir,ilahi adətlilik haqqında təsəvvür oyadır,insanın Allah iradəsi üzrə xoşbəxtliyə çatacağına inam hissləri aşılayır.Respublikamızda Azərbaycan Ali Sovetinin 1991-ci il avqustun 20 də qəbul etdiyi “Dini etiqad azadlığı haqqında”yeni qanuna əsasən vətəndaşlara vicdan azadlığı verilmişdir:kim istəsə azad surətdə dini ayinləri icra edə bilər,hər hansı dinə etiqad edə bilər və ya dinə etiqad etməz;dini ayinləri icra etməz.Dinə etiqad edib-etməmək azaddır,şəxsin vicdan işidir.Adamların dini hisslərinə hörmətlə yanaşmaq tələb edilir.Dini etiqada görə təqib,ədavət qanunda qadağandır və cinayyət məsuliyyəti tələb edir.

Dini etiqada görə təqib,ədavət qanunda qasdağandır və cinayət məsuliyyəti tələb edir.Bu qanunun məziyyətləri haqqında onu da qeyd etmək olar ki, bu respublilkamızın tarixində dinə münasibətə dair ali qanunvericilik səviyyəsində aəbul oluinmuş ən demokratik və humanist bir sənəddir.Ancaq respublikamız suverenliyini elan etməkdə həqiqi vicdan azadlığının,dini etiqad toxunuylmazlığının həyata keçirilməsinə şərait yaratmağa başladı.1995-ci ilin noyabrında qəbul edilmiş müstəqil Azərbaycanın yeni konstitusiyası vicdan azadlığına tam təminat yaratdı.Müasir dövrdə yüksək qiymətləndirilməsi,bağlanmış məscidlərin açılması və yenilərinin tikilməsi,müsəlmanların Həcc ziyarətinin təmin olunması və s. ölkəmizdə vicdan azadlığının həyata keçirilməsi,ona tam təminat verilməsi nümunəsidir.Hazırda dindarların əksəriyyəti qarşıya çıxan sosial-iqtisadi,mənəvi,siyasi,milli, müdafiə problemlərinin həll edilməsi uğrunda mübarizədəvə mənəvi tərəqqi vəzifələrinin həyata keçirilməsində əhalinin bütün sosial təbəqləri ilə birlikdə işləyir,ölkəmizin sosial-iqtisadi və mədəni inkişafına öz töhvələrini verirlər.İqtisadi şüur-bəşəriyyət yaranandan bu günədək insanlar maddi istehsal,təsərüffat fəaliyyəti,əmək prosesi,mülkiyyət,əmtəə,mübadiə-,-maddi nemətlərin bölgüsü,istehsalın idarə olunması vəs. haqqında müəyyən biliklər əldə etmiş,onları təkmilləşdirilmiş və inkişaf etdirmişdir.



Siyasi iqtisad elminin baniləri A.Smit,L.Rikardo təsərrüfat fəaliyyəti,istehsal və onun idarə olunması haqqında mükəmməl təlim,dəyərin əmək nəzəriyyəsini yarat­mışlar.K.Marksın kəşf etdiyi izafi dəyər qanunu və digər böyük iqtisadi nəzəriyyələr əsasın­da cəmiyyətdə istehsal münasibətlərinin inkişaf qanuna­uyğunluqlarını öyrənən xüsu­si elm sahəsi-nəzəri iqtisad elmi formalaşmışdır.Estetik (vəya bədii)şüur-ictimai şüu­run forma rəngarəngliyindən biridir.Madii istehsal prosesində insan təkcə,maddi və mənəvi tələbatın ödəməklə qalmır,eyni zamanda, zövq oxşayan, gözəl məhsullar isteh­sal etməyə çalışır.Tarixi inkişaf prosesində insan faydalı və gözəl maddi və mənəvi məhsulları fərqləndirməyə,gözəllik haqqında baxışlara yiyələnməyə çalışır.Ekoloji şüur –ictimai şüur formaları sisteminə son illərdə daxil edil­miş­dir. Müasir dövr bəşəriyyət qarşısında çox kəskin qlobal ekoloji problemlər qoy­muş­dur: təbiətin mühavizəsi, təbii sərvətlərdən səmərəli istifadə problemi,suyun,havanın çirklənməsinn qarşısını almaq,bitki və heyvan növlərini hifz edib gələcək nəsillərə çat­dırmaq zərurəti,daim artan Yer kürəsi əhalisini maddi nemətlərlə təmin etmək problemi, kütləvi qırğın silahlarının istehsalının dayandırılması, nüvə müharibəsi və “demokratik partlayış”təhlükəsi və s.Müasir elmi -texniki inqilab və onun insana verdiyi daha azman qüvvələr insanın təbiət üzərində ağalığını daha da artırmış,insan özü yaratdığı qüvvlərin qarşısında aciz qalmışdır.İndi bütün dünyda nəinki təbii mühiti,bütünlükdə Yer küərsini bir neçə dəfə məhv etməyə çatacaq nüvə və atom silahları ehtiyatı vardır.Bu şəraitdə zaman insan –təbiət qarşılıqlı münasibətlərinin daha ağılauyğun şəkilə salmağı,qlobal ekoloji problemləri həll etmək üçün daha səmərəli yollar axtarmağı tələb edir.Bütün bu mürəkkəb ziddiyyətli ekoloji problemlərin mahiyyətinin dərk edilməsi,ekoloji tarazlıq qanunauyğunluqlarının müyyənləş-diri-l-məsi adamlarda təbiətə, onun nemətlərindən səmərəli istifadə onumasına,daha ağlauyğun ekolopji və demokratik siyasət yeridilməsinə və s. zəruri tələbat doğurur.Bu sahədə hər gün yeni –yeni ideyalar,baxışlar,hisslər meydana çıxır.Hazırda adamlarda mütərəqqi müasir ekoloji təfəkkür və düyagörüşü formalaşdırmaq zəurəti meydana çıxmışdır.Elmi şüur-cəmiyyət inkişafının müasir mərhələsində elm-ictimai şüur formaları sistemində ən aparıcı müqeyə keçir,bütövlükdəı ictimai şüurun strukturuna güclü təsir göstərərək,bütün ictimai şüur formalarının intellektual səviyyəsini dərinləşdirərək onları “elmləşdirir.”Son illərdə fəlsəfi ədəbiyyatda elmdən ictimai şüur forması kimi yox ,ən çox xüsusi növ sosial- mənəvi maddi fenomen kimi bəhs etmək meylləri güclənmişdir.Bu da səbəbsiz deyildir.Çünki:a) hazırda elm cəmiyyətin biləvasitə məhsuldar qüvvəsinə çevrilərək istehsalın bütün sistemində özünü göstərən sosial-maddi qüvvə kimi təzahür edir.Bu cəhət onu ictimai şüurun digər formalarından fərqləndirir.b) çox vaxt elmin inkişaf səviyyəsi bütövlükdə mədəniyyətin və mənəvi tərəqqinin meyarı kimi çıxış edir.Elm bu mənada sanki bütün şüur formalarını sintez halında əks etdirir.c) elm texnikada, texnologiyada, çox mürəkkəb müasir kosmik sistemlərdə, xalq təsərrüfatının müxtəlif avadanlıq və proseslərində təcəssüm edərək maddiləşir, onun mənəvi roluna nisbətən, maddi əhəmiyyəti daha tez və aydın hiss olunur.Bu cəhətlərə görə fəlsəfi ədəbiyyatda hətta “texniki şüur”, “texnoloji şüur” və s. kimi ictimai şüur formalarından da bəhs edənlər vardır.Elm- tarixən formalaşmış elə insan fəaliyyətidir ki, onun vasitəsilə gerçəklik dolğun dərk olunur və əməli məqsədlərə uyğun dəyişdirilir.Elm- gerçəkliyin obyektiv inikasıdır, varlığı anlayışlar, məntiqi nəticələr, mükəmməl ümumiləşdirilmələr əsasında formalaşan təlim və nəzəriyyələrlə, qanun və kateqoriyalarla əks etdirən ictimai şüur formasıdır.Elm-biliklər sistemi və onun təkrar mənəvi istehsalıdır, eyni zamanda, onlara əsaslanan praktik insan fəaliyyətidir.İctimai həyatın, bütövlükdə gerçəkliyin rəngarəngliyinə uyğun olaraq onların inikası forması olan elmin də müxtəlif sahələri və növləri formalaşmışdır.Bu cəhətdən elmləri belə quruplaşdırmaq olar:təbiəti, onun inkişaf və dəyişməsinin qanunauyğunluqlarını öyrənən təbii-texniki elmlər və cəmiyyəti, onun inkişaf və dəyişməsi qanunauyğunluqlarını öyrənən ictimai- cəmiyyət elmləri.İctimai və təbiət elmlərinin müəyyən qismi qeyd etdiyimiz qanunauyğunluqları dərk edib onlardan istifadə edən subyektin-insanın özünü öyrənir.Sosial mövcudluq olan insanı öyrənən həmin elmlər isə humanitar elmlər adlanır.İctimai elmlər sistemində təbiət cəmiyyət və təfəkkürün ən ümumi inkişaf qanunauyğunluqlarını öyrənən fəlsəfi elmlər də xüsusi yer tutur.Fəlsəfi ədəbiyyatda “mədəniyyət” anlayışının mahiyyəti və tərifinin verilməsi məsələsində fikir müxtəlifliyi vardır.Hər dəfə “mədəniyyət” anlayışından bəhs olunarkən ona bu və ya digər cəhətdən yanaşılmış,onun məna çalarlarından biri ön plana keçirilmiş,bu və ya digər aspektinə əsasən ona tərif verilmiş­dir.Ona görə də mədəniyyəti”cəmiyyətin inkişaf tarixi” ilə eyniləşdirmək,ona “cəmiyyətin əldə etdiyi maddi və mənəvi nailiyyətlərin ifadəsi”,Cəmiyyət sərvətlərindən ictimai tərəqqi üçün istifadə etmək vasitəsi və s. kimi baxmaq meylləri güclü olmuşdur.Mədəniyyəti bütövlükdə dünyanın mənimsənilməsi imkanları kimi də dəyərləndirən, ona insanın həyat fəaliyyətini təşkili və inkişaf etdirilməsinin spesitik üsulu kimi də münasibət bəsləyən baxışlar vardır.Mədəniyyətə insanlara təbiətə, cəmiyyətə və bir-birini qarşılıqlı münasibətlərini əks etdirən sosial normalar və mənəvi sərvətlərsistemi kimi axmaq meyləri daha güclüdür.Mədəniyyətin bucür çox aspektli təyinatlarını bir qədər ümumiləşdirib konkretləşdirərək ona belə tərif vermək olar:mədəniyyət-cəmiyyətin əldə etdiyi maddi və mənəvi sərvətlərin məcmusudur;həmçinin onların yaradılması qabiliyyəti və bəşəriyyətin tərəqqisi üçüç onlardan istifadə etmək və onları nəsildən-nəsilə vermək bacarığıdır.Mədəniyyət –insanın mənəvi dünyasıdır,onun özünü müəyyən etməsi və şəxsiyyətin mövcudluğu üsuludur.Mədəniyyətin mənbəyi insan əməyidir,yaradıcılığıdır.mədəniyyət-insan zəkasının təcəssümüdür.Bunalara əsasən mədəniyyətin iki əsas növünü qeyd etmək olar:maddi mədəniyyət və mənəvi mədəniyyət.Maddi mədəniyyət –insan əməyi və zəkası ilə yaradılmış maddi sərvətlərin məcmusudur:istehsal vasitələri,əmək cismi ictimai varlığın maddi əsaslarıdır.Maddi mədəniyyət insanın təbii gerçəkliyi mənimsəməsinə göstəricisidi: yaşayış vasitələri, binalar, paltar, memarlıq nümunələri, körpülər, kanallar,meşə zo­laq­ları, bitki və heyvan növləri və s. Mənəvi mədəniyyətə isə hər şeydən əvvəl,elm və onun nailiyyətlərinin istehsal prosesinə tətbiqi səviyyəsi,təhsillik və ma­arif, tər­biyə, incə­sənət, tibbi xidmət, cəmiyyət üzvlərinin mənəviyyatı və davranış normla­rı, adət­lər, ən ənələr, adamların tələbat və mənafelərinin inkişaf səviyyəsi və s. daxildir. Mədəniyyətin mənşəyi bəşəriyyətin meydana çıxması, ibtidai cəmiyyətin yaşayış təzi ilə bağlı olmuşdur.Lik insanların özlərinə məxsus “mədəniyyəti”olmuşdur:yaşayış üsulu,odu və xörəyi hifz etmək,davranmaq və ünsiyyət qaydaları, ovçuluq, cadu­gərlik, heyvandarlıq,əkinçlik və nəhayət,sənətkarlıq nümunələri və s. “Əkinçilik mə­də­niyyəti”, “davranış mədəniyyəti”, “nitq mədəniyyəti”, “ünsiyyət mədəniyyəti”, “məi­şət mədəniyyəti”, “yemək mədəniyyəti”və s.mənəvi mədəniyyətin məna çalarlarıdır.mədəniyyət qədim qəbilə-tayfa münasibətlərindən mürəkkəb kosmik-raket qurğularına qədər uzun bir yol keçmiş,tarixi mərhələlərə uyğun dövr­ləşmiş, nəsldən –nəslə verilərək varislik əsasında yaradılmış, zənginləşdirilmişdir. Mədəniy­yətin əsas göstəricilərindən biri intellektual səviyyədir,necə deyərlər,ziyalılıqdır,-Yüksək elmi,mənəvi,mədəni səviyyəsi olan,ictimai həyatda humanist, ədalətli, fəal, tə­­şəb­büskar mövqe tutan şəxs ziyalıdır. “Mədəniyyət” və “sivilizasiya”anlayışlarını da fərqləndirmək lazımdır.son dövrlərin fəlsəfi ədəbiyyatında bu anlayışların qar­şılıqlı münasibətinə dair müxtəlif hətta bir-birinə zidd mövqelər vardır.Bəzən bu iki an­­layış tam eyni mənalı,bir-birinib sinonimi kimi,bəzən isə bir-birindən tam fərqli anlayış kimitəbliğ olunur. “Mədəniyyət” və “sivlizasiya”yaxın mənalı anlayış­lardır, la­kin onlar bir-biri ilə nə eyni,nə də əks mənaya malik deyillər.

“Sivilizasiya”latınca “siviliz”sözündəndir, “vətəndaşlıq”, “dövləti”mənalarını ve­rir, cəmiyyətdə əldə edilmiş maddi və mənəvi nailiyyətləri,cəmiyyət inkişafı ilə bağlı müvəffəqiyətləri bildirir.Buna görə də bir çox müəliflər cəmiyyətin ümum­dünya tarixi inkişaf prosesini bildirmək üçün “sivilizasiya”anlayışını işlət­mişlər. Morgan,Engels və başqaları siviliza-siya ictimai-yarixi inkişaf da barbarlıqdan sonra gələn mədəni ictimai –inkişaf mərhələsini ifadə etən anlayış kimi baxmış­lar. Cəmiy­yət inkişafının xüsusi,müasir mərhələsini ifadə etmək mənasında işlədilən sivilizasiya anlayışının mahiyyəti ifadə edən xüsusiyyətləri bunlardır: a) cəmiyyətin maddi və mənəvi sərvətlərinin tərəqqisi b) cəmiyyət miqyasında sənaye və texnikanın surətli inişafı,dizayn v) əhali kütlələrinin böyük şəhərlərdə cəmləşməsi,urbanizasiya prosesinin dərinləşməsi q) milli müstəqillik və azadlıq ğrund mübarizənin geniş vüsət alması d) insan fəaliyyətinin siyasiləşməsi,texnikiləşməsi və intellektikləşməsi e) insanın informasoya inkanın artması j) cəmiyyəti mədəni, texniki səviyyəsinin müasir mərhələsinin göstəricisi və s. Bunlara sivilizasiyanın mütərəqqi meyyləri də demək olar.akin sivilizasiya üüçn zərərli,tənəzzül meylləri də xasdır.Həmin meyllər isə müasir cəmiyyətin svilizasiya ziddiyyətləridir a) cəmiyəyt miqyasında mənəvi dəyərlərə etinasızlıq,mütərəqqi ənənlərə laqeydlik b) əhalinin böyük əksəriyyətinin “simasız kütləyə” çevrilməsi,yaşayış səviyyəsinin aşağı düşməsi, “mənəvi tənəzzül”v)bədii ədəbiyyat və incəsənətin böhranı,təsir gücünün zəifləməsi.Məhz bu mənalarda sivilizasiyanı “m ədəniyyətin süqutu”, “mənəvi böhran”kimi səciyyələn­dirənlərə haqq qazandırmaq olar.Müasir sivilazisiyanın tənəzzülü və böhranını aradan qal­dırmaq üüçn bütün bəşəriyyətin mütərəqqi sosial mənəvi səylərinin vəhdət halında əla­qələn­dirilməsi,müasir sinilizasiyalı cəmiyyət üçün qlobal təhlükənin olduğunu dərk etmək.onların aradan götürülməsi üçün bütün bəşəriyyətin səylərini birləşdirmək zəruridr.Həqiqi müətrəqqi mədəniyyətin ən mühüm züsusiyyətlərindən birini milliklə beynəlmiləlçiliyin,milli mənəvi dəyərlərlə bəşəri sərvətlərin vəhdət halında özünü göstərməsi təçkil edir.Əsil mədəniyyət əsəri milliyi bəşəriliyə və ysa əksinə qoya bilməz.Həqiqi milli mahiyyət daşıyan mədəniyyət əsəri həm də beynəlmilələrdir, bə­şəri məzmun daşıyır.Bəşəri –mənəvi dəyərlərdən kənarda heç bir mütərəqqi mili mədəniyyət nümunəsi ola və yaşaya bilməz.O milli mədəniyyət nümunələri beynəl­miləl­ləşir, bütün millətlər tərəfindən qəbul edilir,sevilir ki, onlarda bəşəri ideallar, bə­şəri mənəvi dəyərlər əks edilmiş olsun .Məsələn,N.Gəncəvinin “xəmsə”sində təsvir olunan hadisələr ilk növbədə Azərbaycan gerçəkliyini,milli-mənəvi özünə­məx­susluğun əks etdirir.Lakin bu əsərlərdə həm də böyük bəşəri mənəvi dəyərlər: huma­nizm, vətən sevgisi, həqiqi məhəbbət-eşq, başqa xalqların ənənələrinə hörmət, əmək­sevərlik, ədalətlilk, xeyirxahlıq, maariflənmək, idealları inam, mütərəqqi sosial-fəal­lıq və s. öz əksini tapmışdır. Buna görə də N.Gəncəvinin milli zəmində yaranan, Azərbaycan milli mənəviyyatını əks etditən əsrləri bəşəri dəyərlərə söykəndiyi,onları tərən­nüm etdiyi üçün həm də beynəlmiləldir,bəşəri məzmun daşıyır,min ilə yaxındır ki, dünya mədəniyyətinin incilərindən sayılır,sivilizasiyalılıq nümunəsidir.

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə