Dos. Azad Mustafa oğlu Bayramov Azərbaycan Dövlət Aqrar Universiteti İctimai elmlər və Multikulturalizm kafedrası


Mövzu 12 İctimai tərəqqi və onun əsas mərhələləri. İctimai-iqtisadi formasiyalar anlayışı



Yüklə 0,87 Mb.
səhifə8/11
tarix23.09.2017
ölçüsü0,87 Mb.
#1291
1   2   3   4   5   6   7   8   9   10   11

Mövzu 12

İctimai tərəqqi və onun əsas mərhələləri. İctimai-iqtisadi formasiyalar anlayışı.

Plan
1.İctimai tərəqqi anlayışı və onun meyarı problemi. Cəmiyyətin inkişafının

tərəqqi meyli.

2.İctimai tərəqqinin əsas mərhələləri-ictimai-iqtisadi formasiyaların tarixi tipləri.

3.İctimai-iqtisadi formasiyaların biri-birini əvəz etməsinin qanunauyğunluğu və

tarixi prosesdə onların yeri.

4.Müasir-elmi-texniki inqilab və bəşəriyyətin tərəqqisi .
Ədəbiyyat
1. Qasımzadə F.Tarixi materializm

Səh. 314-336 Bakı 1969

2. V. Paşayev.Fəlsəfənin əsasları səh.316-330 Bakı 2004.

3. B.Əliyev . Tarixi prosesin fəlsəfi Konsepsiyaları.Bakı 2000.

4.M. Fərhad oğlu.Fəlsəfənin əsasları.səh.316-330.Bakı 2004.

5. Elmi-texniki inqilab və ictimai inkişaf.

6. Məmmədov N. M. Xəlilov S. S. elmi texniki tərəqqi: problem-lər

prespektivlər. Fəlsəfi aspekt Bakı. 1987.

7.Xəlilov S.S.Elmi-texniki tərəqqi: bu gün və sabah.Bakı 1988.

8. A.M. Bayramov, H.T. Budaqov Fəlsəfənin əsasları 2016. Bakı

9. Мехтиев Р.Э. Философия . Учебное пособие . Баку, «Şərq-Qərb», 2009

г., 376 стр. Второе издание




Tərəqqi-bəşər cəmiyyətinin irəliyə doğru tarixi inkişafının zəruri istiqaməti, me­y­­li­dir. Bəşəriyyət aşağı mərhələlərdən yüksəyə doğru inkişaf etdikcə daha da yetkin-ləşir, tərəqqi edir.Tarixi prosesin inkişafına dair hər hansı nəzəriyyə həmişə zid­diyyətləri, yanılmaları ilə birlikdə zənginləşir dəqiqləşib inkişaf edir. Bəşəriyyət ibti­dai sürüdən,qəbilədən indiki cəmiyyətədək uzun, ziddiyyətli yol keçmişdir. Lakin bu inkişaf,bütövlükdə tarix heç də səhvsiz,yanılmalarsız getmir.Bəzi ədalətli, mütə-rəqqi hərəkatlarda cəmiyyətin qabaqcıl,mütərəqqi qüvvələri belə məğlub olur,tənəzzül edir.Lakin tərəqqi inkişafın mütləq meylidir,əbədi və qarşısı alınmazdır.Tərəqqi çoz zaman məğlubiyyətlər,tənəzzül mərhələ-ləri arxasından özünə yol açır,bəzən ləng getsə də,yenə də inkişaf edir, irəliləyir.Bu yolla bəşər tarixi aşağı formalardan yüksəyə doğru istiqa-mət götürür,yetkinləşir,qanuna uyğun tərəqqi edir.Belə olmasaydı bəşə-riyyət kobud daş alətlərdən reaktiv qurğularadək,vəhşi və yarım vəhşi tayfalardan müasir dövlətlərədək,mifolojidin təsəvvürlərdən elmi idrakadək obyektiv zəruri bir yol keçməzdi.

Cəmiyyət inkişafında hər yeni mərhələ köhnəyə nisbətən müstərəq-qidir,ictmai tərəqqinin daha yüksək mərhələsidir.Bu mənada bəşəriyyətin keçirdiyi beş ictimai-iqtisadi formasiyanı ictimai tərəqqinin mərhələləri adlandırmaq olar.Hər formasiya əvvəlkinə nisbətən həm məhsuldar qüvvələrin yetkinliyi səviyyəsinə görə, həm də istehsal münasibətləri və mənəvi münasibətlərin təkmilləşməsi dərəcəsinə görə daha mütərəqqidir.

Tarixidə az-çox tanış olan adam, mütərəqqi inkişafın qarşısıalınmazlığını onun aşağı formalardan yuxarıya doğru yüksəldiyini asanlıqla dərk edir.

Tərəqqi inkaredilməzdir, göz qabağındadır. Lakin bu, ancaq zahirən belədir. Əs­lin­də,müəyyən vaxtlarda nəinki tərəqqi ideyasını qəbul etməmişlər, hətta onu inkar etmişlər.Bəzən tərəqqinin obyektiv məzmun kəsb etməsinə etiraz edilmiş,onun ancaq bu və ya başqa subyektdən asılığı iqrar olunmuşdur. Lakin ümumi ictimai tərəqqi ide­yası, əsasən insanları həmişə düşündürmüş onları tərk etməmişdir.Bu ideyanın özünə­məxsus uzun tarixi dünyagörüşü,idrakı (qnoseoloji), sosioloji (siyasi)və mənəvi emo­si­onal (psixoloji) aspektləri vardır.Ümumi ictimai tərəqqi ideyasına dünyagörüşcə nikbin münasibət nümunələri əvvəllər də olmuşdur.Dünya dinlərində xilaskarın zühur edəcəyinə.Yer üzündə xoşbəxtlik və ədalətin qərarlaşacağına,mütərəqqi cəmiyyət qurulacağına inam güclü olmuşdur.Antik fəlsəfədə təəqqi adı altında çox vaxt tarixi hadisələrin sadəcə ardıcıllığı, bir-birini izləməsi nəzərdə tutulmuşdur. Bəzi antik mütəfəkkirlər (Platon,Aristotel və b)tarixi prosesə əvvəlki dövrlərin mərhələli təkrarı və ya dövranı kimi baxmışlar.Din fəlsəfəsi tarixi prosesə tərəqqi kimi deyil, müəyyən edilmiş məqsədlərə doğru hərəkat kimi baxmışdır. Sonralar tərəqqi ideyasını ən çox insan idrakına, onun aşağıdan yüksək mərhələyə yüksəldilməsinə aid etməyə başla­mışlar.Bekon, Dekart və başqaları idrakın inkişaf yolunu tərəqqidə görürdülər. Sonra­lar tərəqqi ideyasını XVIII əsr maarifçilərindən A.Tyurqo, F.Konderse və başqaları ictimai münasibətlər sisteminə aid etmiş, ictimai tərəqqiyə-cəmiyyətin mərhələli inkişafının ifadəsi kimi baxmışlar.Viko, Russo və başqları isə ilk dəfə tarixi tərəq­qinin ziddiyyətli səciyyəsindən bəhs etmiş, tərəqqini tarixin geriyə döndərilməsi, “qı­zıl əsrə”qayıdış kimi mənalandırmışlar.

Lakin tərəqqinin mahiyyətinin keçmişə qayıdışından və ya tarixi dövrandan iba­rət olduğunu iddia edən baxışları Hegel ciddi təqid etmişdi.Hegel tarixi inkişafı ayrı-ayrı konkret mərhələlərin bir-birini əvəz etməsindən ibarət olan vahid və qanuna­uyğun proses hesab edirdi. Həmin mərhələlər əvvəlkilərə nisbətən yeni və yüksək mər­hə­lə idi, tarixin tərəqqi üzrə inkişafını ifadə edirdi. Lakin Hegel insan azadlığını tarixi tərəqqinin əsas meyarı və göstəricisi hesab edirdi.Onun fikrincə,azadlıq şüuru-tərəqqinin ölçüsü meyarıdır.Lakin unutmaq olmaz ki, azadlıq şüuru hələ gerçəklikdə azad olmaq, cəmiyyətdə insanın siyasi və mənəvi, hüquqi və iradi azadlığının təmin edilməsi demək deyildir.Eynilə azadlıq şüuruna əsaslanan tərəqqi ideyası da hələ gerçəklikdə tərəqqiyə nail olmaq demək deyildir.

Ümumi ictimai tərəqqi ideyası qosoloji (idrakı)cəhətdən bəşəriyyət qarşısında du­­­ran vəzifələrin, sosial hadisələrin mahiyyətinin dərkedilənliyinə inam yaradır,insanların tarixi zərurət və qanunauyğunluqları dərk edib,azad fəaliyyət gös­tər­məsinə əsaslı kömək göstərir. İctimai tərəqqi ideyası qarşılarına sosial-iqtisadi məqsədlərə qoyub, fəaliyyət göstərən ictimai sinif və sosial qrupların mütərəqqi ideallar uğrunda mübarizəsini istiqamətləndirir, fəaliyyəti sosial məzmunla zənginləş-dirir.Ümumi ictimai tərəqqi ideyası insanda nikbin əhval-ruhiyyə, gələcəyə inam əsasında möhkəm iradi -psixoloji keyfiyyətlər tərbiyə edir, ona mənəvi ideal və möh­kəm əqidə verir, onu humanizm ruhunda tərbiyə edir, mübarizəyə səsləyir.

Dialektik sosial fəlsəfədə ictimai tərəqqi və onun meyarı (kriterisi) haqqında təlimin də əsasında tarixə dialektik-materialist münasibət haqqında baxış durur: bəşər tarixi daim irəliləyən obyektiv, təbii-tarixi, qanunauyğun prosesdir, cəmiyyətin inki­şafı gedişində istehsala olan tələbat məhsuldar qüvvələri daim təkmilləş­diri, yeni­ləşdirir.Yeni məhsuldar qüvvələr öz xarakter və səviyyəsinə uyğun yeni istehsal mü­nasi­­­bətləri tələb edir.Həmin ziddiyət sosial inqilab vasitəsilə həll olunur,yeni ictimai quruluş meydana çıxır,bəşəriyyət tərəqqi edir,irəliləyir.Bu tərəqqi qarşısıalınmaz və qanunauyğun xarakter daşıyır.Bu tərəqqi özündə tənəzzül anlarını,mərhələlərini də əhatə edən irəliyə doğru hərəkətdir.Bu mənada bəşəriyyətin tərəqqisini ziddiyətlərsiz, geriləmərsiz, bəzən hətta geriyə doğru sıçrayışsız, ancaq düz xətt üzrə inkişaf kimi təsəvvür etmək düzgün deyildir; bu, qeyri-dialektikdir, qeyri-elmidir, hətta nəzəri cə-hətdən zərərlidir.

İctimai tərəqqinin əsasında yenə də əmək, insanların istehsal və sosial-dəyişdirici fəaliyyəti durur.İctimai tərəqqinin nüvəsini, onun ən yüksək meyarını məhsuldar qüv-vələrin, xüsusilə onun subyekti olan insanın inkişafı səviyyəsi təşkil edir. Burada isə məhsuldar qüvvələrin təkcə istehsal alət və vasitələrinin, texniki-istehsal tərəfinin deyil, onun subyektinin- insan amilinin təkminləşməsinin, fəallığı və inkişafı da çox mühüm rol oynayır.Deməli, ictimai tərəqqinin meyarını başlıca məhsuldar qüvvə olan əməkçi insanlar təşkil edir. Buna görə də ictimai tərəqqinin meyarını ancaq məhsul­dar qüvvələrin texniki-iqtisadi tərəfinin inkişafı baxımından deyil, insan amilinin, məhsuldar qüvvələrin inkişafında elmin naliyyətlərinin maddiləşməsi, cəmiyyətinin sosial -siyasi idarə-edilməsi, təhsil, səhiyyə, mənəvi, tərəqqi, ictimai şüur, dünyagörüşü, bütövlükdə ictimai münasibətlərin yetkinliyi səviyyəsinin və s. məzmu-nu baxımından yanaşılmalıdır. Deməli, ictimai tərəqqinin həqiqi meyarı məhz istehsal üsulu özüdür. Heç təsadüfü deyildir, istehsal üsulu inkişafının hər mərhələsi, hər növü ictimai tərəqqinin də müəyyən növü və mərhələsinə uyğun gəlirki, onlarda bir-birindən iqtisadi, siyasi, sosial mədəni və mənəvi yetkinlik səviyyəsinə görə fərqlə­nir­lər .Məsələn, yuxarıda qeyd etdiyimiz kimi,ictimai tərəqqinin antaqonist növü quldarlıq, feodalizm və kapitalizm mərhələlərindən keçir; onun qeyri-antaqonist nö­vü­nə isə iki mərhələ-ibtidai icma və sosializm daxildir.Bunlar həmçinin,istehsal üsulunun da növləri və mərhələləridir.Bunlara əsasən, belə nəticəyə gəlmək olar: sosial-tərəqinin meyarından bəhs edəcək ancaq tək, yeganə amilə (məhsuldar qüv­vələrin inkişafı səviyyəsinə) istinad etmək onu mütüləşdirmək birtərəfli, ziddiyyətli olardı. Bu cəmiyyət inkişafında digər ictimai-siyasi və sosial münasibətlərin ,mənəvi- mədə-ni amillərin, mənəviyyatın və s.rolunu görməmək və onlara etinasızlıq demək olardı. Odur ki, ictimai tərəqqinin meyarını müəyyən edərkən ona nisbi anlayış kimi baxmaq,burada “inkişafın çoxamilliyi” konsep-siyasına əsaslanmaq , məhsuldar qüvvələri əsas, başlıca; digər amilləri isə (ictimaimünasibətləri, mənəviyyatı, ictimai şüuru və s.)təsiredici mühüm kimi nəzərə almaq lazımdır.

Y.V.Plexanov “ Tarixə monist baxışının inkişafı haqqında məsələyə dair” əsərində sosial tərəqqinin meyarı ona təsir edən amillər məsələsinə geniş yer vermişdir. Y.V.Plexanov maddi istehsalı, xüsusilə məhsuldar qüvvələrin yetkinliyinin sosial tərəqqinin əsas meyarı hesab etsədə, ona tarixi inkişafın başlıca amili kimi baxsa da, “çoxamilliyə” daha üstünlük verirdi. Onun fikrincə, maddi amil aparıcı olsa da, yeganə deyildir.Burada coğrafi mühitdən başlanan sosial münasibətlərin təkminləşməsi səviyyəsinə qədər çoxlu amillərin (mədəni-texniki tərəqqi, şəxsiyyət azadlığı, əqli yetkinlik, mənəvi saflıq və s.) qarşılıqlı təsiri nəzərə alınmalıdır. Tərəqqi hər tərəfli olmalıdır.Antaqonist cəmiyyətlərdə isə, çox vaxt tərəqqi müəyyən sinfin xüsusi məqsədlərinə tabe edildiyindən bir tərəfli gedir.Tərəqqi çox vaxt özündə xeyirlə şəri, ədalətsizliklə ədaləti birlikdə aparır.Özlüyündə mütərəqqi olan hadisə mürtəcə, zərərli nəticələr də doğura bilir.

İctimai tərəqqinin mərhələləri problemi də müasir sosial fəlsəfədə və sosiologiyada mübahisəli həll olunur. Hələ qədim dövrlərdən cəmiyyət inkişafının ibtidai ailəyə, aşağdan yuxarıya doğru necə getdiyini düz-xətlini, yoxsa mərhələlimi olduğu, sadəcə təkrarnı, yoxsa dövran səciyyəsi daşıması məsələsi mübahisəli olmuşdur.Nəhayət intibah, yeni dövr və maarifçilik fəlsəfəsində tarixi prosesin “mərhələli inkişafı” qəbul edilməyə başladı.XVIII – XIX əsrlərdə isə mübahisə əsasən həmin mərhələlərin necə müəyyən edilməsi, onlar arasında keyfiyyət fərqinin olub-olmaması ətrafında getmişdir: keçmiş sadəcə təkrarmı olunur, yoxsa hər mərhələ öz mahiyyəti etibarilə irəliyə doğru atılmış yeni keyfiyyət addımıdır? Nəhayət, mərhələli inkişaf; hər bir yeni mərhələnin köhnə zəmində əmələ gəlməsi və köhnəyə nisbətən yeni keyfiyyət addımı olması qəbul edildi. İctimai-iqtisadi formasiyaları tarixi tərəqqinin mərhələləri hesab edən marqsist- lekinçi konsepsiyanı qəbul etməyən müasir burjua sosiologiyası və tarix fəlsəfənin A.Toyonti, R. Arom. P.Sarokin və başqaları kimi nümayəndələrin cəmiyyət inkişafının mərhələlərini mədəniyyətin inkişafı tarixi ilə əlaqələndirilir, tarixi prosesin açarını, hərəkətverici amillərinin insan idrakının dərk etmə qabilyyətində, zəkanın yetkinliyi səviyyəsidə, texniki təkminləşmədə və s. axtarırlar.İngilis tarixçisi A.Toyonti “Tarixi tədqiqatlar” əsərində “tarixi prosesin vəhtəti”, bəşəriyyətin tarixinin təbii qanunauyğun proses olması anlayışlarının rədd edərək qeyd edir ki, tarixi proses müxtəlif mədəniyyətlərin yaranması, inkişafı və məhv olmasından ibarətdir. O, müxtəlif sivilizasiyalara əsasən tarixi 8 mədəniyyət mərhələsinə bölürdü: Hind, Çin, Yapon,Koreya,Uzaq Şərq, Ərəb, Vizantiya, Rus, Qərbi Avropa.

Tarixi inkişafı təbii qanunauyğun obyektiv proses hesab edən marksist fəlsəfi konsepsiya isə tarixin materialist anlayışı əsasında cəmiyyətin inkişafının mərhələli vahid proses hesab edir. Hər mərhələ əvvəlkinə nisbətən yeni və yüksəkdir, köhnənin içərisində formalaşır. Hər yeni mərhələ konkretdir.Tarixi inkişafın müəyyən konkret dövrünü əhatə edir, özünəməxsus istehsal üsulu ilə fərqlənir, səciyyələnir.Yəni hər bir konkret mərhələni təşkil edən cəmiyyətin özünəməxsus məhsuldar qüvvələri və istehsal münasibətləri vardır. Hər bir mərhələ xüsusi, konkret cəmiyyətdir ki, marksizm onu ictimai – iqtisadi formasiya adlandırır. İctimai-iqtisadi formasiya - tarixi inkişafın müəyyən mərhələsində duran özünəməxsus, istehsal üsuluna malik olan, ön banisi və üst qurumu ilə, maddi və mənəvi münasibətlərin spesifik tipi ilə fərqlənən, özünəməxsus ailə; məişət və.s. kimi ictimai hadisələrlə səciyyələnən xüsusi növ mütəşəkkil cəmiyyətdir.Hələ vaxtilə K.Marks qeyd edirdi ki, antik dövr, feodalizm və kapitalizm istehsal üsulundakı fərqlərə görə bir-birindən kəskin surətdə fərqlənən sosial–iqtisadi formasiyalardır.Buraya qeyri antaqonist cəmiyyət quruluşlarını da (İbtidai icma və sosializm) əlavə etsək, onda bəşər cəmiyyətinin, bütövlükdə ictimai tərəqqinin beş mühüm mərhələdən keçdiyi aydın olur.Deməli, ictimai- iqtisadi formasiyalar- sosial tərəqqinin pillələridir.

K.Marks –ictimai tərəqqi və onun pillələri məsələsindən bəhs edərək, “Mamu əmək və kapital” əsərində yazmışdır ki, ictimai-iqtisadi formasiyanın məzmununu istehsal münasibətləri təşkil edir, məhz həmin münasibətlərlə, cəmiyyət formaları, bir-birindən fərqlənir.Antik cəmiyyət, feodalizm cəmiyyət, burjua cəmiyyəti istehsal münasibətlərinin elə məcmunlarından ibarətdir ki, bunların hər biri eyni zamanda bəşəriyyətin tarixi inkişafında ayrıca bir pillə deməkdir. K.Marks “Siyasi iqtisadın tənqidinə dair”əsərində isə ictimai-iqtisadi formasiyaların ictimai tərəqqinin xüsusi pillələri olduğunu bir daha qeyd etmişdir. “Asiya,Antik,feodal və müasir istehsal üsullarının,ümumiyyətlə,ictimai-iqtisadi formasiyanın mütərəqqi dövrləri kimi qeyd etmək olar.

İbtidai –icma və ya qəbilə-tayfa quruluşu ilkin formasiyadır;bu,insanın meydana gəlməsindən başlayaraq quldarlıq cəmiyyəti formalaşanadək (e.ə.III minilliyədək davam etmişdir. İbtidai cəmiyyətdə istehsal alət və vasitələri üzərində ümumi icma mülkiyyəti mövcud idi;məhsul bütün icma üzvləri arasında bölüşdürülürdü.Cəmiyyət adət ənənələr üzrə,qan qohumluğu əsasında idarə olunurdu.Burada istismar,siniflər və xüsusi mülkiyyət yox idi.

Quldarlıq və ya köləliklik sinifli ictimai iqtisadi formasiyadır.Quldarlığın əsas xüsusiyyətlərini istehsal vasitələri və işçi qüvvəsi-qullar üzərində güc sahiblərinin tam xüsusi mülkiyyəti təşkil edir.Sahibkar “daşınan alət” kimi qulu ala,sata,hətta öldürə də bilərdi.Burada qullar və qudarlıq arasında ağalıq tabelik münasibətləri hökm sürür.Quldarlıqda əsarət,istismar mövcud olsa da,ictimai tərəqqinin əsas meyarı nöqteyi-nəzərdən yanaşdıqda bu,ibtidai icmaya nisbətən daha mütərəqqi cəmiyyət idi: burada məhsuldar qüvvələrin inkişafı üçün daha geniş imkanlar açılmışdır. Quldar­lıq­da yen əmək növü-əqli əmək meydana çıxır və o,fiziki əməkdən ayrılır.Şəhərlər əmələ gəlir, kəndlərlə onlar arasında mənafe ziddiyətlərini özünü biruzə verir. Quldar­­lıqda insanların birliyinin ilkin tarixi forması olan qəbilə -tayfanı xalq bir­­liyi əvəz edir.Hakim sinfin iradəsinə qulları və başqa zəhmət təbəqələri tabe etdirmək məqsədilə dövlət və hüquq yaranır.

Təhkimçilik quruluşuna və ya feodalizm də istehsal alət-vasitələri və torpaq üzərində feodalların xüsusi mülkiyyəti mövcud idi, təhkimli kəndlilər feodallar tərəfindən istismar olunurdu. Feodallar torpaq rentası formasında gəlir götürürdülər. Kənd­lilər qanun üzrə feodala tabe idilər.Feodalizmdə başlıca cəhət həm feodal, həm də kəndli üçün təsərrüfatın natural (qapalı)xarakter daşıması idi.Burada xırda kəndli təsərrüfatı və fərdi sənətkarlıq intişarı tapmışdı.Lakin təsərrüfatın natural xarakteri, təhkimli kəndli əməyinin ağır istismarı məhsuldar qüvvələrin geniş inkişafına meydan vermirdi.Sənətkarlıq,ticarət və s.inkişafı ilə feodal şəhərləri yaranır,tədricən onlar siyasi və mədəni mərkəzlərə çevrilirdi.Bunlar isə kapitalizm münasibətlərinin inkişafı üçün ilkin əsaslar idi.Elm,incəsənət,fəlsəfə və s.müəyyən dərəcədə inkişaf etsə də,feodalizm də din daha aparıcı mövqedə olmuşdur.Cəmiyyət inkişafının müəyyən mərhələsində feodal mane olmağa başladı.Yaranmış burjua münasibətləri yeni sosial-sinfi mövqe tələb edirdi.Təhkimli kəndlilər köhnə istismar şəraitində yaşaya bilmirdilər,kəndli üsyanları geniş vüsət alırdı.Məhsuldar qüvvələrin inkişaf sürəti daha mütərəqqi istehsal münasibəti tələb edirdi.Bu şəraitdə baş verən kəndli üsyanları və burjua inqilabları feodalizmin dağılması ilə nəticələndi,ona nisbətən mütrəqqi quruluş olan kapitalizm ictimai-iqtisadi formasiyası qərarlaşdı.

Kapitalizm –feodalizmə nisbətən mütərəqqi quruluş olsa da,burada da daxili antaqonist ziddiyyətlər,insanın insan tərəfindən istismarı,kişik sosial qrup əlində cəmlənən xüsusi mlkiyyət qalırdı,burada onların ancaq tipi dəyişilmişdi.Kapitalizm məhsuldar qüvvələrin inkişafı üçün çox əlverişli şərait yaratdı:sənaye çevrilişləri baş verdi,iri maşınlı sənaye yarandı,texniki tərəqqiyə geniş meydan verildi.İri şəhərlər meydana çıxdı.Elmin və texnikanın istehsala tətbiqi sahəsində böyük nailiyyətlər əldə edildi.Lakin bunları heç biri kapitalizmin də qntaqonist xarakteri aradn qaldırmadı. Burada insan birliyinin yeni-millət forması yarandı ki, bu da iqtisadi əlaqələrin daha da genişlənməsi və inkişafı ilə əlaəqədar idi.Kapitalizmdə istehsalın ictimai və mə­nim­səmənin xüsusi xarakteri arasında zidiyyət mövcuddur.

İstehsal vasitələrindən məhrum olan fəhlələr yaşamaq üçün kapitalist inkişafının lap əvvəllərindən öz iş qüvvəsini satmağa məcburdur,fəhlə əməyi kapitalist üçün izafi gəlir mənbəyidir.Kapitaizmin inkişafının son mərhələsi olan imperializmin “inqilabi şərait doğurur.Nəhayət,kapitalizm sosializm əvəz edir.

Sosializm-cəmiyyətin ictimai tərəqqisinn yeni mərhələsi,bəşəriyyətin mütərəqqi cəmiyyət arzularının təcəssümüdür.Bu cəmiyyət sosial ədalətlə əsaslanan,insanın-insan tərəfindən istismarına son qoyan,mülkiyyətin xalqa məxsus olduğunu reallaşdıran bir cəmiyyət olmalı idi.Lakin SSRİ-də qurulan cəmiyyət sosializm prinsipləri axıradək həyata keçirmədi,adamların sosial ədalətə dair arzularını doğrultmadı.Lakin bu təcrübənin özü də göstərdi ki,həqiqi sosializm cımiyyəti qurularsa, i­ctimai tərəqqinin əsas prinsiplərinə əsaslanan sosializmdə,qısa müddətdə iri sənayeyə,müasir kənd təsərüfatına və mədəni-mənəvi tərəqiyyə nail olmuş bir cəmiyyət qurmaq mümkündür.Lakin sosializmdə uzun zaman təüərrüfat quruculu­ğunda,onun planlaşdırılması və idarəolunmasında yol verilmiş kobud səhv və təhriflər,stalinizm dövrünün şəxsiyyətə pərəstiş və inzibatizmirlik metodlarının cəmiyyətə vurduğu iqtisadi,siyasi və mənəvi yaralar,durğunluq illərinin ətalətli,sözlə işin uyğunsuzluğu,bir çox cəhətdən sosializmin özünü doğrultması və s.adamların əksər hissəsində sosializm ideallarına inammı sarsıtmışdır.ayrı-ayrı xalq və millətlərə, görkəmli şəxsiyyətlərə,siyasi-inqilabçı xadimlərə qarşı həyata keçirilmiş represiyalar və s.sosializmin xatraterinə ciddi zərbə vurmuşdur.

Əsrimizin əllinci illərində,yəni ikinci dünya müharibəsindən bir qədər sonra,elmdə və texnikada baş vermiş inqilabi keyfiyyət dəyişikliklərinin ifadəsi olan və sivilizasiyanın tərəqqisi üçün son dərəcə böyük əhəmiyyət kəsb edən elmi-texniki inqilab (ETİ) baş verdi.Tarixi tərəqqi prosesində məhsuldar qüvvələrin inkişafı gedişində üç böyük inqilab olmuşdur.a)cəmiyyətin mövcudluğunu təmin edən maddi istehsalın meydana gəlməsi və ya keçmiş “aqrar inqilabi” b) əl əməyindən maşınlı əmə­yə -texniki əməyə əsaslanan ustehsala keçirməsi və ya XVIII əsrin sonu XIX əsrin əvvəllərindən baş vermiş “sənaye inqilabı” c) maşınlı istehsaldan avtomatlaş­dı­rıl­mış istehsala keçirilməsi və ya istehsal prosesində insanın yeri və rolunun köklü qaydada dəyişilməsi. Məhz bu üçüncü forma ETİ-dir.

ETİ şəraitində avtomatlaşmanın geniş tətbiqi nəticəsində istehsalda avtomatik idarəetmə sistemləri (AİS) meydana çıxır.AİS özünü elektron-hesablama maşınlarının tətbiqi və təkminləşdirilməsində, robot texnikasının yaradılması və tətbiqin də, çevik avtomatik sistemlərdən istifadə olunmasında və s. göstərir.AİS –nin tətbiqi isə istehsalda insanın yeri və funksiyasında keyfiyyət dəyişikliyi əmələ gətirir: o, istehsalçıdan (fiziki əməyini tətbiq edən işçi qüvvəsindən )daha çox istehsalın nəzarətçisinə və tənzimedicisinə çevrilir. ETİ şəraitində istehsalda ciddi yeniliklər əmələ gəlir: yeni texnoloji proseslərdən, yeni materiallar və əmək ehtiyatlarından istifadə olunur; əmək ehtiyatlarından istifadə olunur; əmək prosesi elmi prosesə çevrilərək intellektləşir; istehsalın bütün sahələri avtomatlaşır; informasiya texnikası təkminləşir və “informasiya inqilabı ” baş verir.Bütün bunlar isə, nəticədə, məhsuldar qüvvələr sistemində ciddi keyfiyyət dəyişikliyi əmələ gətirir.

ETİ-ni hazırlayan təbii – elmi ilkin şərtlər üzərində xüsusi dayanmaq lazımdır. Çünki sosial-iqtisadi ilkin şərtlər elmi-texniki şərait olmadan müasir ETİ-ni doğura bilməzdi. Müasir ETİ- ni doğuran təbii-elmi və texniki amillər sırasında aşağıdakıları xüsusi qeyd etmək olar: XIX əsrin sonu və XV əsrin əvvələrində təbiətşünaslıqola baş vermiş inqilab və onun ümumelmi inqilaba çevrilməsi; sənayedə, texnikada və nəqilyyatda elektirikin geniş tətbiqi; texnikanın coşğun inkişafı, insanın parçalanmasının kəsti; rabitə və nəqilyyat vasitələrinin olduqca inkişafı (telefon, radio, radiologiya, televiziya, aviasiya və s.) kibernetikanın, informasiya nəzəriyyəsinin və elektron hesablama maşınlarının yaradılması; elm, texnika, texnologiya və istehsal inkişafının yaxınlaşması, diffuziya və s.

Müasir ETİ-nin əvvəlki dövrlərdə baş vermiş texniki elmi, texnoloji inqilablardan fərqləndirən bir sıra əsaslı xüsusiyyətləri vardır.Müasir ETİ –ni fərq­lən­dirən həmi xüsusiyyətləri belə ifadə etmək olar: məhsuldar qüvvələrin bütün sistemində (elm, texnika, texnologiya, istehsal, insan və s.) eynivaxtlı əsaslı keyfiyyət dəyişikliyinin, inqilabın baş verməsi; elmin aparıcı rolu əsasında elm, texnika, tex­nolo­giya, istehsal, insan arasında qarşılıqlı əlaqənin möhkəm inteqrativ sistem tipinin yaranması; elmin cəmiyyətin bilavasitə məhsuldar qüvvəsinə çevrilməsi; elm informasiya dairəsinin çox genişlənməsi və texniki inqilab əsasında elmi biliklərin maddiləşməsi müddətinin olduqca qısalması.

ETİ nə qədər qlobal və beynəlmiləl xarakter daşısa da o, müxtəlif sosial –siyasi quruluşlar şəraitində baş verdiyindən və müxtəlif sosial-iqtisadi məqsədlər daşıdığından onun iqtisadi, sosial-mənəvi, dünyagörüşü və s. nəticələri də fərqli olur. ETİ müxtəlif ictimai-siyasi münasibətlər şəraitində zidiyyətli sosial-mənəvi nəticələr doğurur.

Beləliklə , müasir ETİ bütövlükdə cəmiyyətin , xüsusilə də insanın məqsədli və hərtərəfli inkişafı üçün , deməli , həyatın bütün sahələrində insan amilinin fəallaşması üçün geniş imkanlar açır.Lakin bu inkişafın reallığa . gerçəkliyə çevrilməsi , elm və texnikanın naliyyətlərinə humanist istiqamət verməkdən, insanı sosial və texnoloji sistemin kiçik hissəciyinə (vintinə) , oyuncağa çevrilən “texnokravik mövqeyə” qarşı ardıcıl və məqsədli mübarizə aaparmaqdan çox asılıdır. Əgər ETİ –nin müasir və gələcək cəmiyyətin tərəqqisində rolunu nəzərə çapdırmaq istəyiriksə, onda belə bir nəticə çıxarmaq olar: istehsalın və bütöv fəaliyyətinin texnoloji səviyyəsi nəqədər yüksək olursa .Cəmiyyətin və insanın da inkişaf səviyyəsi ona uyğun olur, insanın təbiətlə qarşılıqlı əlaqəsi daha məqsədə uy­ğun şəkil alır. Buna uyğun da insanın ictimai inkişafın öz məqsədi hesab edən yeni sivilizasiya, yeni humanist mədəniyyət də inkişaf edir.Bu şərait isə insanda yüksək ixtisas, mükkəməl sənət vərdişi, elmi dünyagörüşü, sosial məsuliyyət hissi və bəşəri mənəvi dəyərlərə məhəbbət tərbiyyə edir, onu fəal yaradıcılığa təhrik edir. Yeni texnika və texnologiya nəslinin əvəz edilməsi, müvafiq surətdə yeni, daha qabiliyyətli işçilər nəslinin əvəz edilməsi ilə müşayət olunur.




Mövzu 13. Müasir dövrün sosial-qlobal problemləri.

PLAN
1. “Qlobal problem” anlayışı. Qlobal təhlükə və qlobal vəhdət.

2. Qlobal müharibə və sülh problemləri.

3. Təbiət-cəmiyyət münasibətləri, müasir qlobal ekoloji problemlər.

4. “Demoqrafik partlayış” və onun həll edilməsi məsələləri.

5. Gələcək: Cəmiyyət inkişafının proqnozlaşdırılması problemi.


Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə