Dos. Azad Mustafa oğlu Bayramov Azərbaycan Dövlət Aqrar Universiteti İctimai elmlər və Multikulturalizm kafedrası



Yüklə 0,87 Mb.
səhifə9/11
tarix23.09.2017
ölçüsü0,87 Mb.
#1291
1   2   3   4   5   6   7   8   9   10   11

Ə D Ə B İ Y Y A T
1. Marks K. Annenkova məktub 28 dekabr 1846. seç məkt, səh 22-23. Bakı

1955.


2. Qasımzadə F. Tarixi materializm. Səh 321-346. Bakı. 1969.

3. Fərhadoğlu M. Fəlsəfənin əsasları. Səh 331-349. Bakı. 1996.

4. Ekologiyanın fəlsəfi problemləri. Bakı. 1982.

5. Şükürov A. Müasir dövrün qlobal ekoloji və demoqrafik problemlərinin

sosial fəlsəfi mahiyyəti. Bakı. 1984.

6. A.M. Bayramov , H. T. Budaqov Fəlsəfənin əsasları 2016. Bakı

7. A.M.Bayramov Z.N. Qəhrəmanova, S.F. Abdullayeva “Xocalı soyqırımı” Bakı 2015

8. Мехтиев Р.Э. Философия . Учебное пособие . Баку, «Şərq-Qərb», 2009 г., 376 стр.



Второе издание

İnsanın təbiətlə və cəmiyyətlə qarşılıqlı əlaqə və münasibətləri, onlardan daha çox mənfəət götürmək hərisliyi olduqca kəskin və mürəkkəb iqtisadi, sosial mənəvi, siyasi, hərbi, müdafiə, əhali, təbiətin mühafizəsi və s. problemlər doğurmuşdur ki, onlar da qlobal problemlər adlanır. Deməli, müasir dövrdə bəşəriyyətin mövcudluğu üçün mühüm həyati əhəmiyyət kəsb edən və ictimai tərəqqinin ondan asılı olduğu problemlərin məcmusu qlobal problemlər adlanır. Yer kürəsində işsizlik, aclıq, sa-vadsızlıq və s. təhlükənin aradan qaldırılması, əhalinin sürətlə artması, onların maddi və mənəvi tələbatının ödənilməsi, “demoqrafik partlayışın” tənzim edilməsi, ətraf mühütin, havanın, suyun, atmosferin məhvedici çirkləndirilməsinin qarşısının alınması, bəşəriyyətin ərzaq və sənaye məhsullarına, enerji mənbələrinə daim artan tələbatının ödənilməsi, elmi-texniki inqilabın dağıdıcı, mənfi nəticələrinin aradan qaldırılması və s. göstər-mək olar. Bunlarla yanaşı səhiyyə, təhsil və mənəvi tənəzzül və məsələlər də qlobal problemə çevrilə bilər. Bu problemlərin bir qismi əvvəllər də mövcud olmuşdur. Lakin onlar heç vaxt indiki kimi ümumi planetlər səciyyə daşı-mışdır. Müasir dövr, ziddiyətli dünya elə qlobal problemlər qarşısındadır ki, onların həll edilməsi böyük və kiçikliyindən, sayca çox və azlığından, hansı sosial siyasi quruluşa mənsub olub-olmamasından asılı olmayaraq bütün dövlət və millətlərin, Yer kürəsinin bütün xalqlarının birləşməsini, birgə səyini tələb edir. Hazırda bəşəriyyətin mövcudluğu üçün qlobal təhlükə yaranmışdır. Yəni elə bir təhlükə ki, heç bir dövlət, heç bir millət ondan kənarda qala bilməz, həmin qlobal təhlükə və bəşəriyyətin qlobal vəhdətini, qlobal siyasət yürüdülməsini tələb edir: planetlər birlik, birgə mübarizə, tədqiqatçıların fikrincə, heç də hər cür, miqyasca geniş, əhatəli və bəşəri hadisələri “qlobal” adlandırmaq olmaz. Qlobal problemlərin meyarı müxtəlif şəkildə təhlil olunur. Birinci mövqeyə görə “qlobal problemlər” aşağıdakı meyarlarla müəyyən olunur:

a) miqyası və əhəmiyyətinə görə ən geniş, çox mühüm əhəmiyyətli, bütün dünya ölkələrini əhatə edən b) sintetik mahiyyət daşıyan, bütün sahələri əhatə edən. v) ümumbəəşri planetlər, beynəlxalq səviyyə daşıyan. İkinci mövqeyə görə “qlobal problemlər” müəyyənləşdirilərkən aşağıdakı dörd cəhət əsas tutulmalıdır: a) o hadisələr “qlobal”xarakter daşıyır ki, onlar çox aktual zidiyyətlərdir, ictimai tərəqqiyə mane olur və sivilizasiyanı məhv etmək təhlükəsi yaradırlar. b) onlar bütün xalqların və dövlətlərin; bütün bəşəriyyətin mənafeyinə toxunurlar; v)onlar özlərində ictimai və təbii prosesləri birləşdirərək qovuşuq sosial-təbii və biososial mahiyyət daşıyırlar q)onların həll edilməsi kollektiv nəzarət, beynəlxalq əməkdaşlıq tələb edir. Müasir dövrdə qlobal problemləri belə qruplaşdırmaq olar: a) planetlər bəşəri təhlükə doğuran ictimai-iqtisadi sosial siyasi qlobal problemlər: müharibə və sülh problemləri, hərbi-ləşmə, iqtisadi fəlakətlər : aclıq, işsizlik, mənzilsizlik, əhali təbəqələri arasında iqtisadi təminat və gəlir fərqlərinin kəskin surətdə artması, siyasi idarəçilik və tənzimlənmə ziddiyyətləri və s. b) planetlər təbii təhlükə doğuran qlobal problemlər :təbiətin mühafizəsi və ondan səmə-rəli istifadə edilməsində törədilmiş bəşəri problemlər : yeraltı və yerüstü sərvətlərin, dəniz və okeanların sərvətlərinin tükənmək təhlükəsi, tıbbi yaşayış vasitələrinin: torpaq, su, hava, meşə, atmosfer və s.çirkləndirilib yararsız hala salınması, enerji mənbələrinin tükənmək təhlükəsi və s. v)əhali artımı və mənəvi tənəzzüllə bağlı meydana çıxan demoqrafik-mənəvi qlobal problemlər: əhalinin sürətlə artmsı və yaşayış vasitələrinin isə zəif inkişaf etməsi, insanların ərzaq və sənaye malları ilə təmin olunmasındakı böhranlı vəziyyət, “demoqrafik partlayış”, insanların böyük şəhərlər də mərkəzləşdirilməsi ilə bağlı urbanizasiya problemləri, elmi-texniki tərəqqinin doğurduğu neqativ sosial-mənəvi nəticələr, bəşəriyyətin gələcəyi üçün, yaşayış üçün yaranmış ümidsizlik və mənəvi tənəzzül və.s Əlbəttə qlobal problemlərin belə bölgüsü nisbidir. Onlar hamısı bir-birilə qarşılıqlı əlaqə və təsirdədir, bir-birinə keçə bilirlər. Onlardan birinin mövcudluğu başqalarını da şərtləndirir. qidalandırıb yaşadır. Hazırda insan özünü və bütün Yer kürəsini məhv edəcək real dünya raket-nüvə müharibəsi təhlükəsi doğurmuşdur.

Müharibə-dövlət,siniflər və xalqlar (millətlər)arasında aparılan mütəşəkkil silah-lı mübarizədir. Həmin qüvvələr arasındakı əlaqə və münasibətləri ifadə edən siyasətin zor vasitəsilə silah gücünə həyata keçirilməsidir. İbtidai cəmiyyətdə qəbilə və tayfalar arasında da müəyyən müharibələrin olmasına baxmayaraq, müharibələr, əsasən, cəmiy-yətdə bir-birinə zidd mənafeləri olan dövlətlərin və siniflərin meydana çıxması nəticəsində olan dövlətlərin və siniflərin meydana çıxması nəticəsində fəaliyyətin keçirilməsi vasitəsi kimi əmələ gəlmişdir.

Müharibə vasitəsi kimi xüsusi mütəşəkkil qüvvə asan formalaşmışdır.

Müharibələr güc işlətməyin müəyyən forması kimi qədim dövrlərdə də ol-muşdur. Dövlətlər və siniflər mövcudluğu şəraitində isə müharibələr siyasi güc göstərməyin, siyasətin xüsusi formada həyata keçirilməsdir, siyasətin davamıdır. Lakin tarixən heç də bütün müharibələr irticaçı səciyyə daşımamışdır. Ümumiyyətlə müharibələri iki qrupa ayırmaq olar: ədalərli və ədalətsiz; işğalçılıq və müdafiə müharibələri. İşğalçılıq məqsədi daşıyan, öz ölkəsinin müdafiəsi naminə, öz ölkəsinin azdlığı və istiqlaliyyəti uğrunda həyata keçirilən müharibələr ədalətlidir.

Başqa dövlətlərin ərazisini tutub sərvətlərini qarət etmək, insanları, başqa xalq və millətləri əsarət altına almaq uğrunda aparılan müharibələr isə işğalçılıq, mürtəce və ədalətsiz müharibələrdir.

Bəzən ədalətli müharibələr ədalətsiz müharibələrə çevrilə bilər. Müharibələr yaradılmış maddi və mənəvi sərvətlərin məhv edilməsi ilə bağlı olduğundan, onların qarşısının alınması, bəşəriyyətin bu bəladan xilas olması məsələsi həmişə ,çox mühüm dünyagörüşü və fəlsəfi-qlobal problem olmuşdur. Hələ qədim dövrün görkəmli filosofu Heraklit ədalətsiz mühariblərə qarşı çıxaraq demişdir:

“Müharibə, hər şeydən allahı və hər çeyin şahıdır. O,birinci qul, digərini isə ağa, azad insan edir”.

Müharibələr bəşəriyyətə həmişə fəlakət gətirmişdir. Yer üzərində ən qədim dövrlərdən 1980-ci ilə qədər 14.550 böyük və kiçik miqyaslı müharibələr olmuşdur. İkinci dünya müharibəsi də buraya daxildir. Həmin müharibələrdə ölənlərin, aclıq və xəstəliklərin məhv olanların sayı 3,6 milyard nəfrdir. İkinci dünya müharibəsi nəticəsində isə 130 milyondan çox insan tələf olmuşdur. Təkcə ikinci dünya müharibəsində təqribən 82 milyon nəfərdən çox insan həyatı məhv edilmiş minlərlə şəhər və yüz minlərlə yaşayış məntəqəsi tamamilə dağıdılmışdır.

Hazırda, xüsusilə müasir elmi-texniki nailiyyətlərin hərbi məqsədlərə tabe edildiyi şəraitdə müharibələr daha dağıdıcı xarakter alır. Müasir şəraitdə müharibələr üçün bir sıra obyektiv sosial-iqtisadi və siyasi səbəblər qalsa da, dialektik fəlsəfə müharibələrin qarşısını almağı mümkün hesab edir: qarşısalınmaz müharibə təhlükəsi yoxdur. Lakin bunun üçün bəşəriyyətin tarixi qanunauyğunluq və zərurəti düzgün başa düşməsi və düzgün qərar qəbul edib onu həyata keçirməsi lazımdır. Məhz bu məqsədlə, hazırda ən dəhşətli istilik-nüvə müharibələrinin (bu müharibələr baş verərsə, nəinki Yer üzərindəki bütün canlılar, hətta insanlarla birlikdə bütün maddi aləmin məhv olması təhlükəsi vardır) qarşısını almaq üçün bütün mütərəqqi bəşər qüvvələri öz səylərini daha çox birləşdirməyə çalışmalıdırlar. Sülhün qorunub saxlanması naminə həmin yeni siyasi təfəkkürün əsas istiqamətləri işlənib hazırlanmalıdır ki, onun da başlıca tələbləri bunlar olmalıdır: istilik-nüvə müharibəsinin qarşısını almaq, kosmosdan dinc məqsədlər üçün istifadə etmək, müxtəlif sosial-iqtisadi quruluşlu və siyasi sistemli ölkələrin dinc yanaşı yaşaması: sürətlə silahlanmanın dayandırılması və tərksilah; beynəlxalq əməkdaşlıq prinsiplərinə əməl olunması; sülhün və xalqlar təhlükəsizliyinin təmin olunması, həmin tələblərə əməl edilməsi isə ancaq bütün dünya üzrə sülhsevər qüvvələrin yer üzündə yaşayan bütün xalq və millətlərin, bütün dövlətlərin səylərinin birləşdirilməsi əsasında həyata keçirilə bilər.

Müasir qlobal problemlərin müəyyən qismi təbiət-cəmiyyət, təbiət-insan qarşılıqlı münasibətlərindəki tarazlıq qanunauyğunluqlarının pozulması, təbiəti daha çox istismar etmək sahəsində günbəgün güclənən insan fəaliyyəti nəticəsində baş vermişdir. Məhz bunun nəticəsidr ki, təbiət-cəmiyyət qarşılıqlı münasibətləri sistemində yer təkindəki sərvətlərin təbii ehtiyatların tükənməsi təhlükəsi; ətraf mühitin, hava hövzəsi və okeanların çirklənməsi; əhalinin yaşayış vasitələri ilə təmin olunmasının getdikcə pisləşməsi; təbii mühitin mühafizəsinin pozulması və s.kimi kəskin problemlər meydana gəlmişdir. Bunları müasir sosial və elmi-texniki tərəqqi şəraitində meydana çıxmış “ekoloji böhran”da adlandırmaq olar; təbiət, su, torpaq getdikcə daha böyük sürətlə çirklənir, insan oz mövcudluğunu təhlükə altına alır.

Hazırda təbiət-insan münasibətlərində yeni ekoloji təfəkkür, ekoloji dünyagörüşü formalaşdırılması zərurəti meydana çıxmışdır. Təbiət-cəmiyyət qarşılıqlı münasibətləri sistemində meyana çıxan, planetar səciyyə daşıyan və həll edilməsi zəruri və təxirəsalınmaz olan qeyd etdi-yimiz kəskin və mürəkkəb, həll edilməsi çox çətin olan ziddiyyətlərin məcmusu qlobal ekoloji problemlər adlanır. Qlobal ekoloji problemlərlə, xüsusilə təbiət və insanın qarşılıqlı münasibətlərinin qanunauy-ğunluqları ilə xüsusi elm-ekologiya məşğul olur. Geniş mənada təbiət öz rəngarəngliyi ilə, forma müxtəlifliyi ilə insanı əhatə edən bütün dünyadır, mövcudatdır. Bu mənada təbiət materiya,varlıq, kainat anlayışları ilə eyniləşir. Müəyyən mənada isə, təbiət-təbətşünaslıq elm-lərinin öyrəndiyi tədqiqat obyektidir.

Təbiət-bəşər cəmiyətinin mövcudluğu və inkişafını şərtləndirən təbii şəraitin məcmusu, ilkin əsası kimi çıxış edir. Məhz bu baxımdan tarixi inkişaf prosesində təbiət və cəmiyyət qarşılıqlı vəhdətdə bişləşir, təbiətə insanın münasibəti formalaşır, insan təbiəti öz məqsədlərinə uyğun istiqamətləndirməyə çalışır. Deməli, insanla təbiət arasındakı qarşılıqlı münasibətlər əbədi bir zəruriətdir. Belə bir zəruri qanunauyğunluq, insanla təbiət arasındakı daimi maddələr mübadiləsi – ictimai istehsalı tənzim edən mühüm qanundur; belə bir mübadilə olmadan insan həyatının özündə mövcud ola bilməzdi, cəmiyyət yaşaya bilməzdi. Əlbəttə insanla təbiət arasındakı maddələr mübadiləsinə girmək prosesi heç vaxt ziddiyətlərsiz, problemlərsiz olmamış düz xətt üzrə getməmişdir. Təbiət və cəmiyyət arasında real qarşılıqlı əlaqə və münasibətlik əsasında isə insan fəaliyyəti durur.

Dialektik materialist sosial fəlsəfə təbiət-insan münasibətlərinin ağlauyğun, məqsədli, elmi təşkilinə həmişə xüsusi əhəmiyyət vermişdir. F.Engels, “Təbiətin dialektikası” əsərində dəfələrlə qeyd edirdi ki, insa-nın böyüklüyü ondadır ki, o təbiət qanunauyğunluqlarını öyrənir, təbiəti öz məqsədlərinə tabe olmağa məcbur edir.

Bəşər tarixində təbiət və cəmiyyət arasındakı qarşılıqlı münasibət-ləri, maddi istehsal, xüsusilə də istehsal vasitələri və əmək alətlərinin inkişaf səviyyəsinə uyğun olaraq, özünəməxsus keyfiyyətləri ilə fərqlənən bir sıra mərhələlərlə bölmək olar. Bu cəhətdən məhsuldar qüvvələr və istehsal münasibətlərinin inkişaf yetkinliyi ilə bir-birindən ciddi surətdə fərqlənən üç mərhələni qeyd etmək olar.

Birinci mərhələ- istehsalın, xüsusilə məhsuldar qüvvələrin inkişaf səviyyəsi ilə şərtlənən, əsasən təbiətin hazır məhsullarının mənimsənilməsi ilə səciyyəvidir. Bu mərhələ bəşər tarixinin ilkin ibtidai dövrlərindən, insanların ovçuluq, balıqçılıqla məşğul olduqları dövrdən başlanır. Bu mərhələdə hələ ibtidai insan təbiətə xüsusi təsir göstərə bilmirdi. Hətta çox halllarda özü təbiətdən asılı idi, ona sitayiş edirdi.

İkinci mərhələ- əkinçilik və maldarlığın meydana çıxması başlanır. İndi iqtisadi inkişaf ancaq təbiətdə mövcud olanı yığıb- toplamağa deyil, istehsal etməyə əsaslanır. Alətlər təkminləşir, neolit inqilabı baş verir. İnsanın həyat tərzi dəyişir, sinfi cəmiyyətdə keçid dövrü başlanır, dəmir alətlər, yeni-yeni istehsal vasitələri meydana çıxır, hətta uzun əsrlər boyu, quldarlıq və feodalizm cəmiyyətlərində də əkinçilik əsas istehsal növü olaraq qalır.

Üçüncü mərhələ- qüdrətli məhsuldar qüvvələrin yaradılmasına gətirib çıxaran sənaye çevirilişləri ilə başlanır. Bu dövrdən insanın təbiətə təsiri sənaye istehsalı vasitəsi ilə, yeni-yeni qüdrətli məhsuldar qüvvələrin yaradılması yolu ilə həyata keçirilir. İnsanı mənafeinə uyğun ətraf mühütin yenidən dəyişdirilməsinə başlanır.

Dördüncü mərhələ- hesab edilən bir sıra tədqiqatçılar təbiət-cəmiyyət münasibətlərinin tarixi mərhələlərindən bəhs edərkən, XX əsrin orta-larından sonrakı dövrü, xüsusilə ETİ-nin yaratdığı zaman texniki vasitələrin meydana çıxması və onların vasitəsi ilə insanın təbiətə daha dağıdıcı təsir etməsi imkanlarıdır. Hazırda insan yaratdığı zaman texniki vasitələrlə təbiəti özünə tabe edir, onun verdiyini mənimsəməklə qalmır, ondan istədiyini almağa çalışır. Nəticədə, hazırda insan fəaliyyəti təbiəti də, özünü də bir anda məhv etmək iqtidarına gəlib çatmışdır.

XX əsir, elmi – texniki inqilab isə insana yeni, daha qüdrətli məhsuldar qüvvələr vermişdir. Bu yolla da təbiətin istismarı çıxılmaz nöqtəyə gəlib çatmışdır: həm miqyasca, həm kəmiyətcə, həm də daxili sərvətlərin mənimsənilməsi cəhətdən təbiətin istismarı ən kəskin, ehtiraslı, dağıdıcı hal almışdır. Müasir dünyada həmin qlobal problemlərin hansı yollarla həll edilməsi bəşəri idrakın ümdə məsələlərindən biridir. Bu barədə keçmişdədə, indidə çox saylı mövqelər, baxışlar olmuş və indidə vardır. Qlobal problemlərin həlli bütün millətlərin sülh və əminamanlıq, yaradıcılıq səylərini birləşdirilməsi yolu ilə, təsirli beynəlxalq tənzim etmə yolu ilə nüfuzlu beynəlxalq nəzarət qoyulması yolu ilə nizama salına bilər. Bunlardan başqa, müasir xarici ölkələrin fəlsəfəsində, sosiologiyasında və iqtisadi elmində insan-təbiət münasibətlərini, “ekoloji problemləri” həll etmək ətrafında çoxsaylı ideoloji cərəyanlar, məktəblər, konsepsiyalar və baxışlar mövcuddur.

Ekoloji təfəkkürün formalaşmasında, ekoloji pessimizm və ekoloji alarmizm (alarma-fransızca həyəcana, təlaş, vahimə mənasındadır). ide-yalarına qarşı mübarizədə müxtəlif təşkilat və cərəyanlar içərisində xüsusi beynəlxalq ictimai təşkilat olan “Roma klub” əhəmiyyətli yer tutur. 1968-ci ildə təşkil olunub, 30 ölkənin 100-dən artıq alimini, ictimai xadimini, işgüzar dairələrin nümayəndələrini birləşdirmişdir. Ən görkəmli nümayəndələr D.Medous, C.Forrestyer (ABŞ) E.Pectel (AFR),Y.Tinbergen (hollandiya) U.Kolombo (İtaliya) D.Qabara (İngil-tərə) və b. fikrincə, elmi-texniki tərəqqi bu sürətlə gedərsə, təbii sərvət-lərin mənimsənilməsi sürəti, qlobal iqtisadi inkişaf indiki şəkildə davam edərsə, onda XXI əsarin birinci rübündə qlobal ekoloji fəlakət baş ve-rəcəkdir. Odur ki, onlar “inkişaf sürətini məhdudlaşdırmaq” “sıfırdan başlamaq” və s. təklif edirlər. Respublikamızda ekoloji böhran vəziyyətinə aid istənilən qədər fakt gətirmək olar. Lakin məlum faktları sa-dalamaq özlüyündə heç nə vermir. Həmin vəziyyətdən çıxmaq üçün hamının əlbir işi, dözməzlik əhval-ruhiyyəsi, “ekoloji ictimai rəy” for-malaşdırılmalıdır. Həyəcan təbili daha güclü və bütün xalq tərəfindən birlikdə çalınmalıdır.

Hər bir ədalətli cəmiyyətin ən ali məqsədi əhalinin daim artan maddi və mənəvi tələbatını daha tam ödəməkdən ibarətdir. Hansı cəmiyyət həmin məqsədə qismən də olsa nail olmuşsa, o sosial-mənəvi cəhətdən tərəqqi etmiş, yüksəlmişdir. Çünki əhali tarixi prosesin ilkin əsası, subyekti və hərəkətverici qüvvəsidir. Əhalinin sosial-iqtisadi, əmək və mənəvi fəaliyyəti olmadan cəmiyyət nə yaşaya nə də inkişaf edə bilməz. Cəmiyyət miqyasında əhalinin maddi və mənəvi tələbatının ödənilməsi nisbidir, mütləq təminatdan söhbət gedə bilməz. Çünki cəmiyyət miqya-sında əhalinin sayının daim artması, müharibələr, sosial-iqtisadi böhranlar, işsizlik, aclıq, xəstəlikdir və i.a. həmişə ölkə qarşısında əhalinin maddi və mənəvi tələbatın ödənilməsi ilə əlaqədar ciddi və mürəkkəb problemlər qoyur. Həmin problemlər bəzən hətta “demoqrafik” partlayış səviyyəsinə yüksəlir. Bu, ən çox əhalinin sürətlə artması və on-ların maddi və mənəvi tələbat mallarına olan ehtiyaclarının ödənilməsi arasında müvaziliyin pozulması, uyğunsuzluq və dərin ziddiyyətlərin baş verməsi şəraitində meydana çıxır.

Müasir dünyada əhali sürətlə artır, onların yaşayış vasitələri, maddi nemətlərlə təmin edilməsi məsələləri getdikcə daha çox kəskinliyi ilə qarşıya çıxır. Müasir dünyada 10 milyonlarla uşaq aclıq, baxımsızlıq üzündən hələ beş yaşına çatmamış ölür, yüz milyonlarla adam ehtiyac içərisində ömür sürür. Başlıca müasir qlobal problemlərdən biri də insanın fiziki və mənəvi sağlamlığının təmin edilməsidir. Hədsiz kimyəvi maddələrin, kübrələrin, dərmanların, işlədilməsi, ağır informasiya axını, urbanizasiya prosesi, texnikləşmiş şəhər həyatının həyəcanları və s. insan sağlamlığına, yaradıcılığına, psixikasına olduqca mənfi dağdıcı təsir edir. Əhali artımı və onun yaşayış vasitələrilə təmin edilməsi, əhalinin fiziki və mənəvi sağlamlığının: mənəvi sarsıntılarının tənzimlənməsi və s. məsələlər hələ çox qədim dövrlərdən cəmiyyət-şünas alimlərin, tarixçilərin, iqtisasçı, sosioloq və filosofların diqqətini cəlb etmişdir.



Müasir burjua sosiologiyasının nümayəndələri E.Pendel, V.Foqt və başqaları da “yaşayış təhlükəsindədir, “əhali iki dəfədən də çox azaldıl-malıdır” ideyalarını təbliğ edərək qeyd edirdilər ki, “əhalinin ölüm faizinin aşağı düşməsi dəhşətli faciədir. Bu, hidrogen bombasından daha təhlükəlidir”.Odur ki, onlar əhali artımının qarşısını almaq üçün kütləvi dölsüzləşdirməni, xəstəlikləri “ ən demoqratik üsullar” adlan­dırırdılar.

Pesinizmə, əhalinin yaşayış vasitələri ilə təmin edilməsinə ümidsizliklə yanaşmağa əsas yoxdur, maddi neməylər istehsalı ilə əhali artımı nisbəti ağılauyğun, məqsdyönlü bəşər və dövlət nəzarəti ilə tənzim edil-məli, burada kortəbiiliyə, anarxiyaya yol verilməmişdir. Əks halda əhali nəzəriyyəsi sahəsində “ekoloji pessinizm”mövqeyi özünə yer tapa bilə-cəkdir. “ Ekoloji pessinizm” mövqeyində duran burjua sosioloqların D.Medous. A.Erlix,R.Xeylborner və b.Kimi nümayəndələri yenə də belə iddia edirlər ki, bəşəriyyət qarşısında həll edilməsi olduqca çətin olan çox mürəkkəb demoqrafik problemlər durur: təbii sərvətlərin, yaşayış vasitələrinin azalması və əhalinin sürətlə artması, yaşayış üçün əlverişli təbii mühitin olmaması və s. həmin qlobal problemləri, xüsusilə “demoqrafik partlayış”a səbəb ola biləcək əhali artımını tənzim etməkdən həll etmək mümkün deyildir.

Qlobal demoqrafik problemlərin həlli həm sosial-siyasi həm mənəvi, həm də elmi-texniki amillərlə vəhdətdə zəruridir. Burada başlıca tələb odur ki, “demiqrafik partlayışı” tənzim etmək üçün hər bir ölkənin aydın fəaliyyət proqramı olmalıdır. Bu sahədə də bütün ölkə və millətlərin səyləri birləşdirilməli, birgə fəaliyyət təmin edilməlidir. Bəşəriyət qalacaqmı, yoxsa məhv olacaq? -sualına mənfi cavabı biz qəbul edə bilmərik. Biz deyirik: ictimai tərəqqi, sivilizasiyanın həyatı davam etməlidir. İndi əsas məsələ bütün insanların şüurlu surətdə bəşəriyyətin yaşaması uğrunda mübarizəyə qoşulmasından, bizim hər birimizin həmin prosesdə fəal iştirakımızdan asılıdır. Bəzən cəmiyyətdə xöşbəxt gələcəyin reallaşacağına inanmayan insan, onu göylərlə köçürmüş, dini-xəyali “cənnət xoşbəxtliyi” ide-ologiyasını yaradaraq özünə ümid və təsəlli vermişdir. İnsan, bəzən hətta “xoşbəxt gələcəyin” təminatını subyektiv amillə izah etmiş, onu mistik şəxsiyyətin zuhur edəcəyi ilə (məsələn, islam dinində imam Mehdinin zuhur edəcəyinı inam və s.) əlaqələndirmişdir. Real xoşbəxt gələcəyin Yer üzündə insanın əməyi və yaradıcı fəaliyyəti ilə qurulacağına inam isə heç vaxt insanı tərk etməmişdir; onu daim fəal mübarizəyə ruhlandırmışdır. Bu sahədə o, real və xəyalı qabaqgörənlik ideyalarına əsaslanmışdır. Qabaqgörənlik-hazırda gerçəklikdə mövcud olmayan, lakin inkişaf prosesində özünün potensial imkanlarını büruzə verən, obyektiv və subyektiv ilkin əsasları qərarlaşmaqda olan gələcək haqqında bilikdir. Gələcəyin obyektiv və subyektiv potensial imkanları özünü maddi-texniki və sosial iqtisadi şəraitdə, müxtəlif yeni ehtiyat mənbələrinin aşkar edilməsində, intellektual potensialda, insan fəaliyyətində qarşıya qoyulmuş məqsəd aydınlığında, sosial və siyasi qüvvələrin nisbətində və s.göstərməlidir. Qabaqgörənlik biliyi məhz qeyd etdiyimiz amillərin dərin elmi təhlili əsasında meydana çıxmalıdır. Qabaq-görənliyin qnoseoloji əsaslarını-ali əsəb sisteminin fəaliyyəti, xüsusilə onun bəzi formalarının gerçıkliyi qabaqlayaraq əks etdirməsi qabiliyyəti təşkil edir. Məhz bu əsasda insan fəaliyyəti keyfiyyətcə yeni, yüksək inkişaf etmiş forma alır, ətraf gerçəklik həm nəzəri, həm də praktik olaraq daha dərindən mənimsənilir, dərk olunur. Gələcəyi qabaqcadan duyma (sezma), görmə-insanların məqsədəuyğun fəaliyyətinin nəticəsidir, hadisələrin gedişini zəruri istiqamətini tutmaq bacarığıdır. Sosial qabaq-görənlik-cəmiyyət hadisələri inkişafının zəruri əlaqələrinin düzgün müəyyən edilməsi, gələcəyi qabaqlayaraq təfəkkürdə əks etdirilməsidir. Lakin gələcək tarixi perspektivin müəyyən edilməsi çox vaxt ehtimalı xarakter daşıyır (baxışların gerçəkliyi dolğun, zəruri inkişaf meylini düzgün əks etdirməsi real ehtimal, yanlış, illüziyalı əks etdirməsi ilə qeyri-real ehtimal doğura bilər) çünki həmin vaxtda ideyanın tətbiq edilməsi praktik şərait mövcud olmur. Odur ki,gələcək haqqında hər hansı videyanın həyata keçirilməsi, onun üçün tam obyektiv və subyektiv ilkin əsaslar, maddi və mənəvi şəraitin yetişməsi vacibdir. Gələcək haqqında qabaqgörənlik ehtimalının doğruluğu və yanlışlığı da həmin biliyin ilkin əsasları hansı səviyyədə dolğun əks etdirməsindən asılıdır. Məhz bu əsasda yanılmaların da olması təbii halıdır. Heç də hə-mişə peyğəmbərlik etmək mümkün deyildir. Qabaqgörənlik dəqiq-liyində, gələcək haqında elmi proqnoz verilməsində “hansı gələcəkdən” bəhs olunması da mühüm rol oynayır: bilavasitə, yaxın gələ-cək, müşahidə olunan gələcək uzaq və çox uzaq gələcək. Bu cəhətə görə də, gələcəyi dövrləşdirərkən və ya mərhələlərə bölərkən o, bilavasitə, mü-şahidə olunan, uzaq və ya çox uzaq gələcək kimi dövrlərə ayrılır. Bilavasitə gələcək haqqında artıq indi elmi məlumat və faktlar mövcuddur. Onlara əsasən elm 20-30. bəzən daha çox illər qabağı “dəqiq”görə bilir. Elmi qabaqgörənlik və sosial proqnozlaşdırmada çoxsaylı elmi və xüsusi metodlardan məntiqi və texniki vasitələrdən istifadə olunur. Onlardan ən ümumiləri bunlardır: ekstrapolyasiya (müəyyən bir sahəyə, dövrə aid olan hadisələrin, məhfhumların, qanuna-uyğunluqların başqa sahəyə, dövrədə aid edilməsi); tarixi analogiya; kompyuter modelləşdirilməsi; gələcəyin ssenarisi; eksperiment qiymətləndirmə və s. Bu metodların gələcəyin müəyyənləşdirilməsində öz müsbət və məfi cəhətləri vardır. Bəzən onların biri və digərinin tətbiqi, düzgün nəticə çıxarmağa imkan vermir, tədqiqatçını yanıldır. Elmi qabaqgörənlik və sosial proqnozlaşdırmanı məzmun və məqsədinə görə 4 əsas növə bölmək olar: axtarıcı; normativləşdirici; analitik; xəbərdaredici proqnozlar. Axtarıcı proqnozlar-mövcud real ictimai fəaliyyətin müxtəlif sahələrinin inkişaf meyllərindən alınmış fakt və məlumatların dolğun tədqiqinə istinad edərək gələcəyin necə olacağını müəyyən etməkdir; normativləşdirici proqnozlar-müəyyən nailiyyətlərə istinad gələcəyin haqqında konkret inkişaf planı və proqnozları yarat-maq üçün tövsiyələr verməkdir; analitik proqnozlar-gələcəyin müəyyən edilməsi üçün elmi cəhətdən istifadə olunan metod və vasitələrin idrakı əhəmiyətini müəyyənləşdirməkdir; xəbərdaredici proqnozlar isə gələcək haqqında təqdim olunmuş müəyyən ideyanın kütlələrin şüur və əxlaqına təsirin vaxtında qarşısının alınması məqsədilə xəbərdarlıq etməkdir.

Gələcək haqqında, futroloji nəzəriyyələrin hazırlanmasında, gələcəyin real perspektivlərinin müəyyənləşdirilməsində elmlərin inteqrasiyası, xüsusilə hümanitar, təbii-elmi və texniki biliklərin vəhdəti yeganə qabaqgörənlik təminatı verə bilər.




Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə