Dos. Mahmudova Leyla Kəşfiyyat – mm quvvələrinin fəaliyyətini təmin etmək üçün görülən əsas tədbirlərdən biridir


Belə yerlər, adətən, əvvəlcədən müəyyən edi­lir və yuxarıda deyildiyi kimi, obyektin kəşfiyyat sxemində (pla­nında) göstərilir



Yüklə 8,94 Mb.
səhifə8/9
tarix31.12.2021
ölçüsü8,94 Mb.
#81724
1   2   3   4   5   6   7   8   9
Mirzə Ağa 135.19 Mülki Müdafiə

Belə yerlər, adətən, əvvəlcədən müəyyən edi­lir və yuxarıda deyildiyi kimi, obyektin kəşfiyyat sxemində (pla­nında) göstərilir.

Kəşfiyyat qurtarandan sonra kəşfiyyat qrupu (manqası) top­la­nış məntəqəsinə gəlir, komandir qərargaha vəzifələrin yerinə ye­ti­rilməsi haqqında məlumat verir və kəşfiyyat sxemini təqdim edir

Bundan sonra o, lazımi hallarda avtomobilin, şəxsi heyətin zəhərlənmə dərəcəsini yoxlayır, buna ehtiyac varsa, xüsusi tə­miz­ləmə işlərini təşkil edir, dozimetrlərin göstəriciləri əsasında şəxsi heyətin məruz qaldığı şüalanma dozalarını hesablayır və qru­pu yeni vəzifələrin icrası üçün işə hazırlayır.

Müxtəlif təbii fəlakətlər və qəzalar zamanı aparılan kəşfiyyatın xüsusiyyətləri, əsa­sən, onun konkret vəzifələrində təzahür edir. Qəza yerlərini diq­qətlə müayinə etməklə, adamlar toplanan yerlərə, anbarlara su mən­bə­lərinə xüsusi diqqət yetirməklə, havadan və torpaqdan nümu­nə­lər götürüb analizə göndərməklə bu vəzifələrin öhdəsindən gəl­mək mümkündür.

Güclü zəlzələdən sonra aparılan kəşfiyyatın əsas vəzifələri isə bina və tikililərin nə dərəcədə dağıldığını, uç­qun­lar altında adamlar qalan yerləri və onların vəziyyətini, ikinci zədələnmə ocaqlarının (yanğın, daşqın, kimyəvi zəhərlənmə) ya­ra­nıb-yaranmadığını öyrənmək, qaz, su, elektrik şəbəkələrində qə­za­ların yerini, dərəcəsini, xilasetmə işlərinin növünü, həcmini və s. müəyyən etməkdən ibarətdir

Daşqın və sel vaxtı kəşfiyyat böl­mələri fəlakətli sahələrin hüdudlarını, yardıma ehtiyacı olan adam­lar, habelə kənd təsərrüfatı heyvanları qalmış sahələri mü­əy­yənləşdirir, daşqın zonasından çıxarılmalı maddi sərvətləri aşkar edir, üzgüçülük vasitələrindən istifadə edilməsi üçün marşrutlar axtarır və s.


Yüklə 8,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə