Dosent S. Z. İSayev dosent S. Z



Yüklə 436,26 Kb.
səhifə2/4
tarix21.06.2018
ölçüsü436,26 Kb.
#50206
1   2   3   4

-ölkə ərazisində geniş təkrar istehsalın lazım olan səviyyədə olmaması, bunun nəticəsində daxili tələbatın məcburən xaricdəki istehsalın nəticələri sayəsində ödənilməsi;

-ölkə əhalisinin yaşayış səviyyəsinin aşağı düşməsi, işsizlər ordusunun, eləcə də yoxsulların yaranması;

- ölkə olaraq xarici ticarət dövriyyəsində tədiyyə balansındakı pozulmalar;

-ölkədə yoxsulluğun, o cümlədən dövlət nəzarətinin zəifliyinin səbəb olduğu iqtisadi cinayətkarlığın çoxalması;

-Ölkə iqtisadiyatının strukuturunda sahələrarası tarazlığın uyğunsuzluğu, ölkə iqtisadiyyatının birtərəfli şəkildə inkişafı;

-Dövlətin investisiya siyasətinin lazımi səviyyədə tələblərə cavab verməməsi, həmçinin ölkə iqtisadiyyatına xarici investorların ümumi nəzarətinin limitləri aşması;

- Dövlətin pul-kredit siyasətinin yetərincə qeyri-mükəmməlliyi, bunun səbəb olduğu inflyasiya təhlükəsinin daha da gerçəkləşməsi;

-Hökümətin pul-kredit siyasətinin aşırı qeyri-mükəmməlliyi nəticəsində maliyyə piramidalarının geniş fəaliyyəti üçün geniş imkanların açılması;

-Ölkə ərazisində ərzaq məhsulları istehsalının get-gedə tənəzzülü;

-Ölkənin ehtiyat fondlarının yetərli səviyyədə olmaması;

-Ölkənin strateji sektorlardan əldə etdiyi gəlirin ideal şəkildə və lazımi ünvanlara xərclənməməsi;

-Ölkənin struktur islahatlarının düzgün aparılmaması sayəsində milli iqtisadiyyatın strukturunda əsaslı balansın pozulması və s.

Bütün göstərilənlər dövlətin iqtisadi stabilliyinin pozulmasına, həmçinin əhalinin həyat səviyyəsinin kəskin şəkildə pisləşməsinə, maliyyə böhranına və başqa xoşagəlməz, ağır nəticələrə gətirib çıxarır. Sahibkarlıqda iqtisadi təhlükə hesab edilən amillərini isə ümumiləşdirərək aşağıdakı formada təsvir etmək olar:

- Biznesdə partnyorların düzgün seçilməməsi;

- İqtisadi fəaliyyətdə maliyyə resurslarının düzgün formada idarə edilməməsi;

- Sahibkarlıq fəaliyyətində kommersiya sirrinin qorunmaması;

- müəssisənin fəaliyyəti ilə öz borclarını ödəmək qabiliyyətinin aşağı enməsi (müflis olma təhlükəsi);

- Biznesdə marketinq fəaliyyətinin düzgün qurulmaması ilə firmanın bazara uyğunlaşmasında çətinliklər yaşaması;

- istehsal olunan əmtəələrin rəqabət qabiliyyətinin düşməsi;

- kadrların səmərəli seçilməməsi səbəbilə personalın peşəkar səviyyəsinin aşağı düşməsi və s.

Çox zaman sahibkarlıq üçün bu formada təhlükələrin formalaşmasında səbəb aşağıdakılardan formalaşır. Onun üçün də, onları sahibkarlıq fəaliyyətində olduqca ciddi təhlükə amilləri hesab etmək olar:

- xarici dövlətlərin xüsusi xidmət orqanları. Ölkəyə aid İqtisadi informasiya əldə edən, o cümlədən, iqtisadi obyektlərə qarşı təxribat xarakterli davranış sərgiləyən firmaların xüsusi təşkili formaları;

- sənaye cəsusluğu sahəsində ixtisalaşan firmalar, eləcə də ayrı-ayrı fərdlər;

- mütəşəkkil cinayətkarlıq;

- ayrı-ayrı mülkiyyət forması olan firmalara qarşı fırıldaqçı, o cümlədən qeyri-qanuni fəaliyyət göstərən müxtəlif şəxslər;

İqtisadi təhlükəsizliyin mahiyyətini müəyyən etməyə çalışan bəzi tədqiqatçılar belə hesab edirlər ki, milli mənafeyi qorumağı bacarmaq, sosial yönümlü siyasət yeritmək, hətta daxili və xarici inkişaf proseslərinin ən əlverişsiz şəraitində belə ölkənin iqtisadi təhlükəsizliyini təmin etməyə hesablanmış addımlar hesab edilir. Hər bir dövlətin iqtisadi təhlükəsizliyinin müəyyən edilməsində həmin dövlətin strateji, həmçinin qeyri-strateji regionunda yerləşməsi xüsusi təsir göstərən əsas amillərdəndir. Bu mənada geopolitika anlayışına geostrateji region adlı kateqoriya da daxildir. Geostrateji region anlayışı iri coğrafi məkan olmaqla qlobal əhəmiyyət kəsb edir. O, beynəlxalq aləmin kifayət qədər iri hissəsini əhatə edir və xarici ticarətin əsas istiqamətini, mədəni, həmçinin də ideoloji əlaqələrin qarşılıqlı əlaqəsini, eləcə də qarşılıqlı asılılığını açıq şəkildə özündə əks etdirir. Ölkənin iqtisadi təhlükəsizliyinə mənfi təsirini müəyyən etmək və onu proqnozlaşdırmaq məqsədilə ölkənin iqtisadi inkişaf tempinə nəzarət etmək vacibdir. Bunun ötrü göstəricilərin sərf nəzər edilməsi, həmçinin iqtisadi təhlükəsizliyinin təmin edilməsi lazımlılığı əhəmiyyəti nəzərə alınmalıdır. Həmin göstəricilər tədqiq edilərkən onlara kompleks şəkildə yanaşılmalı, eləcə də onun əsasında iqtisadi təhlükəsizliyin əsas "diaqnozu" müəyyənləşdirilməlidir. Bütün bu işlər başa çatdıqdan sonra iqtisadi təhlükəsizliyə təhdidlərin qarşısının alınması məqsədilə lazımi tədbirlər görülməlidir. Çağdaş dünyamızda iqtisadi təhlükəsizliyin təminindən də önəmli olan onun təhlili aktual problem olmaqdadır. Belə ki, istənilən cəmiyyətdə iqtisadi təhlükəsizlik üçün strategiya hazırlanarkən iqtisadi təhlükə amillərinin bütünlüklə öyrənilməsi və qiymətləndirilməsi tələb olunan əsas şərtlərdəndir. Bu da öz növbəsində ölkənin iqtisadi təhlükəsizlik probleminin daha düzgün təhlilini, eləcə də spesifik xüsusiyyətlərinin öyrənilməsini zəruri edir. Hər bir problemdən ayrıca danışarkən ilk növbədə onu doğuran səbəb amillərinə xüsusi diqqət yetirmək lazımdır. Praktikada da göstərir ki, hər hansı problem həllini tapmazdan öncə onun səbəb amilləri araşdırılır. Həmin amillərin əsas perspektiv dəyişiklik ehtimalları öyrənilməklə proqnozlar hazırlanır. Bu da məlumdur ki, maliyyə təhlükəsizliyi iqtisadi təhlükədən sığortalanmaqdır. Lakin hansı hallar dövlət, xüsusilə də sahibkarlıq üçün iqtisadi təhlükə kimi qəbul edilə bilər. Bir mənalı olaraq aşağıdakı halların mövcudluğu bütünlüklə dövlət-cəmiyyət üçün əsas iqtisadi təhlükə amili kimi hesab edilir:

-ölkədəki ümumi təkrar istehsalın tələb olunan səviyyədə olmaması səbəbindən daxili tələbatın daha çox getdikcə xaricdəki istehsalın nəticələrinə görə ödənilməsi;

-ölkə əhalisinin həyat səviyyəsinin aşağı düşməsilə işsizlər toplusunun və yoxsulların yaranması;

-ölkənin əsas xarici ticarət dövriyyəsində balansın pozulması ilə idxal üçün daha geniş imkanların yaranması;

-ümumi yoxsulluğun və dövlət nəzarətinin getdikcə zəifləməsi nəticəsində iqtisadi cinayətkarlığın ümumi tendensiya alması;

-iqtisadiyatın bütün strukuturlarında sahələrarası tarazlığın getdikcə pozulması, ölkə iqtisadiyyatının daha çox birtərəfli inkişafı;

-investisiya siyasətinin göstərilən müəyyən tələblərə cavab verməməsi nəticəsində ölkə iqtisadiyatına xarici investorların ümumi nəzarətinin limitləri keçməsi;

-hökumətin pul-kredit sahəsindəki siyasətinin əsas etibarilə qeyri-mükəmməlliyi sayəsində normadan artıq investisiya axını təhlükəsinin reallaşması;

-pul-kredit siyasətinin lazımi səviyyədə olmaması maliyyə piramidalarının fəaliyyətinə çox geniş imkanların yaranması;

-ərzaq məhsulları sahəsində istehsalın tənəzzülü və buna tələbatın daha çox idxal hesabına ödənilməsi;

-Ölkənin dövlət ehtiyat fondlarının qane edəcək səviyədə olmaması;

-Hökümətin strateji iqtisadi sektorlardan qazandığı gəlirin optimal şəkildə ehtiyacı olan ünvanlara düzgün xərclənməməsi;

-struktur islahatlarının lazımi səviyyədə aparılmaması, bunun nəticəsində ölkə iqtisadiyyatının strukturunda balansın ağır formada pozulması və s. Bütün bu qeyd olunanlar ölkənin iqtisadi stabilliyin pozulmasına, əhalinin həyat səviyyəsinin kəskin şəkildə enməsinə. Maliyyə sabitliyinin pozulmasına (inflyasiya və s.) və başqa xoşagəlməz çox ağır nəticələrə gətirib çıxaracaqdır. Sahibkarlıqda maliyyə sektoruna təhlükə amillərini ümumi fonda aşağıdakı kimi təsvir edə bilərik:

- partnyorların səmərəli seçilməməsi;

- maliyyə resurslarının tam şəkildə düzgün idarə olunmaması;

- kommersiya sirrinin düzgün şəkildə qorunmaması;

- müəssisənin öz borclarını ödəyə bilmək qabiliyyətinin zəifləməsi (getdikcə müflis olma təhlükəsi);

- müəssisənin marketinq fəaliyyətinin düzgün şəkildə qurulmaması nəticəsində firmanın bazara tam uyğunlaşa bilməməsi;

- müəssisədə istehsal olunan məhsulların rəqabətlilik qabiliyyətinin aşağı enməsi;

- kadrların düzgün şəkildə seçilməməsi nəticəsində personalların peşəkar səviyyəsinin getdikcə aşağı enməsi və s. Çox zaman sahibkarlıq üçün bu təhlükələrin əmələ gəlməsinə səbəb aşağıdakı mənbələrdən ortaya çıxır. Bununçün də, onları sahibkarlıq fəaliyyətində çox ciddi təhlükə amili hesab etmək olar:

- xarici ölkələrə məxsus xüsusi xidmət orqanları. Ölkəyə məxsus iqtisadi informasiyaya malik, eləcə də, iqtisadiyyat obyektləri əlehinə təxribatçılıq edən firmaların mühüm strukturları;

- sənaye cəsusluğu sahəsində ixtisalaşan firmalar, eləcə də ayrı-ayrı fərdlər;

- mütəşəkkil cinayətkarlıq;

-müxtəlif mülkiyyət forması kimi müəssisələrə qarşı fırıldaqçı, o cümlədən qeyri-qanuni fəaliyyət göstərən müxtəlif şəxslər;

Belə iqtisadi təhlükə ünsürlərinin düzgün təsnifləşdirilməsi və öyrənilməsi onlara qarşı qorunmaya, onların yaranmasına imkan verməməyə köməklik göstərə bilər. İqtisadi təhlükəsizliyin təmin edilməsi hansı göstəricilərlə müəyyən olunur. Başqa sözlə iqtisadi təhlükəsizliyin göstəriciləri necədir?

Beynəlxalq təcrübədən, müxtəlif dövlətlərin maliyyə təhlükəsizlik proqramlarından, həmçinin Azərbaycan mütəxəssislərinin hazırlanmış olduğu proqram layihələrindən bəhrələnərək ölkənin iqtisadi təhlükəsizliyinin göstəriciləri aşağıdakı kimi təsnifləşdirmək mümkündür:

-ölkənin milli iqtisadiyyatının geniş təkrar istehsalı hesabına fəaliyyət qabiliyyəti. yəni, ölkə ərazisində dövlətin adi və o cümlədən ekstremal şəraitlərdə fəaliyyət göstərməsi üçün xarici müdaxilə və iştirakdan asılı olmadan təkrar istehsalı müəyyən edən istehal sahələrinin olması;

-Ölkə əhalisinin normal həyat səviyyəsi, eləcə də istənilən böhranlı dövrdə onun saxlanılmasının yolları. Yəni, dövlətin sosial-iqtisadi sabitliyi cəhətdən yoxsulluq səviyyəsinin,o cümlədən əhalinin əmək differensiasıyasının və işsizliyin normal həddi;

- qiymətlərin müəyyən olunmuş sabitliyi;

- maliyyə axınının normal pillədə olması;

- valyuta vəsaitlərinin ölkədən xaric olunması limitini aşmaması;

-yerli məhsulların digər ölkə bazarlarına daxil olmasına, həmçinin daxili ehtiyacların idxali istehsal hesabına mümkün ölçüdə ödənilməsinə imkan verən xarici ticarət sisteminin olması;

- mühüm elmi-praktiki institutlarının fəaliyyətinin intensivləşməsi;

-Ölkə iqtisadiyyatının dövlət tənzimlənməsi sisteminin mövcud olan iqtisadi sistemə uyğun qurulması və b. Bütün bu sadalanan halların mövcudluğu zamanı dövlətin iqtisadi təhlükəsizliyindən söz açmaq olar.

Milli iqtisadi təhlükəsizlik hər şeydən öncə vətəndaşın, cəmiyyətin, eləcə də dövlətin mühüm həyatı mənafelərini əhatə etməklə yanaşı, onların tələbatlarının daha düzgün, etibarlı ödənilməsi dövlətin iqtisadi təhlükəsizliyinin təmin edilməsi səviyyəsindən çox asılıdır. İqtisadi təhlükəsizlik özündə əsas milli dəyərləri də cəmləşdirir. Biz sözlə iqtisadi təhlükəsizliyin yüksək səviyyədə təşkili hər bir ölkənin maddi, intellektual, o cümlədən də mənəvi dəyərlərinin qoruyub saxlanılmasının əsas qarantıdır.

1.2 Milli iqtisadi təhlükəsizliyin təmin edilməsini şərtləndirən amillər

və onların spesifik xüsusiyyətləri

Müstəqillik əldə etdikdən sonra ölkənin iqtisadi təhlükəsizliyini təmin etmək hər bir ölkənin həll etməli olduğu ilkin məsələlərdən biri, ən vacibidir. Müasir dünyada “iqtisadi təhlükəsizlik” anlayışına da baxışlar olduqca müxtəlifdir. Bu müxtəlifliyin də obyektiv və subyektiv tərəfləri vardır. “İqtisadi təhlükəsizlik” anlayışına aşağıdakı baxışlar mövcuddur :

1.Ölkənin keyfiyyət cəhətdən iqtisadi vəziyyətinin təmin edilməsi ən azı mövcud sabit vəziyyəti saxlamaq, o cümlədən imkan daxilində insan cəmiyyətini mütərəqqi istiqamətdə əsaslı inkişaf etdirmək;

2.İqtisadiyyatı elə formada inkişaf etdirmək tələb olunur ki, o şəxsiyyətin həyat səviyyəsini daima yüksəltməyə qadir olsun, həmçinin cəmiyyətin və dövlətin sosial-iqtisadi, o cümlədən hərbi siyasi birliyinin əsas təminatçısı kimi çıxış etməklə, həm də daxili , habelə xarici iqtisadi təhlükənin qarşısını almağa iqtisadi gücü çatsın;

3. Əhalinin normal həyat fəaliyyətini təmin edən iqtisadi sistem yaratmaq. Bu elə sistem olmalıdır ki, xalq təsərrüfatını resurslarla etibarlı şəkildə təmin etsin;

4. İqtisadiyyatın sabit inkişafı elə bir səviyyədə olmalıdır ki, mənfi amillər olsa belə dövlətin sosial-iqtisadi, o cümlədən hərbi sabitliyini iqtisadi cəhətdən təşkil etmək mümkün olsun;

5. Ölkənin Şərait və amillərin toplusu elə bir səviyyədə olmalıdır ki, ölkə iqtisadiyyatın müstəqilliyini və onun sabitliyini saxlamağa iqtisadi imkanlaı çata bilsin, həmçinin də əsas istehsal fondlarının müntəzəm təzələnməsinə şərait yaradılsın.

Müstəqillik əldə etmiş dövlətlər özünün iqtisadi təhlükəsizliyinin təmin olunması qayğısına qalmalıdır. Əks təqdirdə nəinki xarici bazarlarını itirər, hətta daxili bazarı xaricilərin əlinə keçər. Buna görə də müstəqil milli iqtisadiyyatın formalaşdırılmasında başlıca istiqamətlərdən biri kimi iqtisadi təhlükəsizliyin təmin olunması mühüm əhəmiyyət kəsb edir. Bunun üçün elə tədbirlər sistemi hazırlanıb həyata keçirilməlidir ki, milli sahibkarlığın inkişafına şərait yaransın, milli iqtisadiyyat rəqabət qabiliyyətli olsun, xarici rəqabətdən qorxmasın. Buna nail olmaq üçün isə dünya standartlarına uyğun gələn yüksək keyfiyyətli məhsullar istehsal etməyə qadir olan istehsal strukturları formalaşdırmaq lazımdır. Müstəqil milli iqtisadiyyatın özünə məxsus pul, maliyyə, kredit, bank sistemi olmalıdır. Buna görə də bu istiqamətdə əsaslı islahatların aparılması, yeni pul münasibətləri sisteminin formalaşdırılması iqtisadi müstəqillik üçün əsas şərt və bu yolda mühüm istiqamətdir. Müstəqil milli valyutanın olması, onun dönərliyinin təmin edilməsi istiqamətində atılan hər bir addım ölkənin müstəqil dünya ölkələri ilə sabit iqtisadi əlaqələr qurub inteqrasiya proseslərinə qoşulması və beynəlxalq əmək bölgüsünün üstünlüklərində istifadə etməklə müstəqil milli iqtisadiyyatını formalaşdırmaq və ən nəhayət iqtisadi təhlükəsizliyi təmin etmək istiqamətində həyata keçirilən ən vacib tədbirlərdəndir. Hər bir müstəqillik əldə etmiş dövlət öz gücünə nə qədər arxalayınlaşsa da öz milli iqtisadiyyatını formalaşdırarkən digər ölkələrin iqtisadi şəraitdən də istifadə etməyi bacarmalıdır. Digər tərəfdən də ona bir tərəfdən öz iqtisadi bacarığının bir hissəsini reallaşdırmağa imkan yaradırsa, digər tərəfindən də xarici kapitalın, xarici bazarın gücündən istifadə etməklə müstəqil milli iqtisadiyyatın formalaşması üçün maddi imkan yaradır.

Davamlı inkişafın və eləcə də dövlətin iqtisadi təhlükəsizliyinin əsas dayaqlarından biri məhz milli valyutanın olmasıdır. Azərbaycan Respublikası müstəqillik əldən etdikdən sonra öz milli valyutasını tədavülə buraxdı və manat milli valyuta statusu qazandı. Milli pul vahidi beynəlxalq hesablaşma, iqtisadi münasibətlərin iştirakçısı kimi çıxış etdikdə valyutaya çevrilir. Aydındır ki, dövlətin iqtisadi gücü onun milli valyutasının gücü ilə ölçülür. Azərbaycan Respublikasının milli valyutası tədavüldə olan, həmçinin tədavüldən çıxarılan, lakin tədavüldə olan pul nişanları ilə dəyişdirilə bilən Milli Bankın bank biletləri şəklində olan manatlar və sikkələrdir.

Ölkənin iqtisadi təhlükəsizliyinin dayaqlarından olan milli valyutanın beynəlxalq hesablaşmalarda tətbiq edilməsi və onun xarici pul vahidlərinə dəyişdirilməsi ölkənin valyuta qanunvericiliyi ilə tənzim edilir. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası qanununa görə milli valyuta ilə hesablaşmalara heç bir məhdudiyyətlər qoyulmadan aparılır. Bütün bunlara dövlət nəzarəti mütləqdir.

Milli sahibkarlığın inkişafı, yerli sənayenin yaradılması, o cümlədən qeyri-neft sektorunun iqtisadi sahələrin inkişafının prioriteti elan edilməsi, digər tərəfdən dövlət və hökumət tərəfindən qəbul edilən proqramların hamısının bu yöndə olması da bu sektorun qorunmasının dövlətin əsas məqsədi olmasını şərtləndirir. Dövlətimiz də bütün inzibati-iqtisadi və digər imkanları ilə milli iqtisadiyyatın, o cümlədən daxili bazarın qorunmasında bütün müdafiə mexanizmlərindən istifadə edərək iqtisadi siyasət yürütməkdədir. Bu məqsədi yuxarıda yerli istehsalın inkişafının dəstəklənməsi və qeyri-neft sektorunun inkişafının hökümətin prioriteti olaraq elan edilməsi, həmçinin iqtisadi proqramların bu formada ağırlıqlı tərtib edilməsi, müasir texnologiyaların idxalı və tətbiq edilməsi vergi və digər rüsumlardan azad etməklə təşviqi, eləcə də rəqabətə davamlı əmtəə istehsal etməklə inzibati nəzarətin yaradılması və milli standartların yaradılması  və b. kimi addımları sadalayaraq isbat etmiş olduq. Bütün bu əldə olunmuş müsbət irəliləyişin saxlanılması və dəstəklənməsi hesabına milli pul-kredit sahəsinin dayanıqlığının təmini, eləcə də yüksələn templə artan valyuta ehtiyatlarının qorunması üçün daxili bazar saxlanmalı, ixracyönümlü strategiya güdülməli, rəqbət qabiliyyətli, ekoloji təmiz əmtəə istehsal etmək, mütəmadi istehsal texnologiyalarını müasirləşdirmək, daha az enerjituttumlu texnologiyaları tətbiq etmək istehsalı stimullaşdırıcı iqtisadi siyasət formasına gətirilməli və s. Bütün bu proqramların heç də hamısı dövlət tərəfindən tətbiq edilə bilməz. Çünki dövlət daim özünəməxsus təşviq siyasətini, eləcə də vergi və rüsumlardan azadetmə və ya onların ödənilməsinə vaxt verilməsini həyata keçirmək siyasəti yürütməkdədir. Ancaq istehsalın müasir səviyyəyə gətirilməsi, rəqabətə davamlılığın təmin edilməsi, daxili, o cümlədən xarici bazarların axtarılması, eləcə də alıcı istəyinin (tələbin) öyrənilməsi, habelə istehlakçıya xitab etmək kimi forması - reklam etmənin tətbiqi isə bütün sahibkarların öz bacarığına və təşəbbüskarlığilə əlaqəli bir iş olmaqla yanaşı onların şəxsi iqtisadi halına birbaşa təsir göstərən məqamlardır.

Dövlət həmçinin gömrük siyasətinin də tətbiqində daha çox proteksionist siyasət gözləməkdədir. Lakin birbaşa idxalın tənzimlənməsindən daha çox yerli istehsal sahələrinin təşviq edilməsi məqsədilə uzaqgörən iqtisadi siyasətin yürüdülməsi bu gün öz nəticəsini daha da verməklə tutulan yolun  düzgünlüyünü isbat etməkdədir. Nəticə etibarilə xarici ticarət balansında ixracın daha da ildən-ilə artması, habelə müsbət saldonun formalaşması ilə ixrac məhsulları icərisində də qeyri-neft sahələrinin payının faiz , eləcə də çəki etibarilə çoxalması deyilənlərə əsas sübutdur. İdxalın azalması ilə iqtisadi-sosial vəziyyətin, real pul gəlirlərinin günü-gündən artan əhalinin istehlakının daha da azaldığının göstəricisi yox, həm də istehlak olunan malların yerli istehsal məhsulları hesabına ödənilməsi ilə bu faktor önündə də idxalın azalmasının əsas göstəricisidir. Həmçinin idxalda texnologiyaların, eləcə də yarımfabrikatların, o cümlədən istehsalda istifadə olunan əsas hissələrin və xammalın çoxalması da iqtisadi inkişafın əsas davamlılığının göstəricisidir.

Ölkə ərazisində günü-gündən artan istehsal səviyyəsinin kontekstində daxili bazarın əsaslı formada qorunmasında dövlətimizdə tətbiq olunan tarif, o cümlədən qeyri-tarif tənzimlənməsi öz ağırlığı ilə tarif tənzimlənməsinə verməlidir. Bununla belə, bu, ölkənin milli pul-kredit siyasətinin əsaslı şəkildə aparılmasına yardımçı olmaqla yanaşı valyuta nəzarəti işinə də daha çox dəstək olmuş olar. Buna əlavə olaraq ölkə büdcəsinin əsas gəlirlərinin formalaşmasına xidmət etməklə yanaşı eyniadlı yerli istehsal məhsullarının əsas xarici analoji əmtəələrin dempinqindən qorumuş olmaqla yanaşı istehlakçının daha ucuz formada daşınması hesabına saxlanılması üçün heç bir zaman sərf edilməyən əsas yeni istehsal olunmuş yerli əmtəələrə yönəlməsinə əsas səbəb olar. Dövlətin qeyri-tarif siyasətinin tənzimlənməsinin azaldılması  ilə Beynəlxalq Ticarət Təşkilatına üzvlük istiqamətində növbəti addım hesab edilməklə yanaşı azad bazar iqtisadiyyatı adlı əhəmiyyətli yolla daim inkişaf edən dövlətimiz adına mühüm iqtisadi imic faktoru ola bilər. Ancaq bu, vacib qeyri-tarif tənzimlənməsindən imtina etmək üçün əsas olmazdı. Odur ki, dünya təsərrüfatına mühüm inteqrasiya proseslərini bitirmədən, istehsal texnologiyalarını tam yeniləmədən, o cümlədən əhatəli və keyfiyyətli beynəlxalq iqtisadi əlaqələr qurmadan, hazırda mövcud olan əlaqələrin tələb olunan səviyyəsini artırmadan bu tənzimləmə üsulundan imtina etmək olmaz. Hər bir dövlətin iqtisadi təhlükəsizliyi qiymətləndirilərkən sözü gedən ölkənin iqtisadi səviyyəsi, habelə onun keçdiyi uzun inkişaf yolu, o cümlədən geoiqtisadi, geostrateji və digər xarakteristikaları nəzərə alınmaqla bərabər iqtisadi təhlükəsizliyin dəqiq qiymətləndirilməsinin ümumi meyarları da araşdırılır. Bunlar əsasən aşağıdakılardır:

-ssenarilərin əsaslı təhlili və emal edilməsi metodu;

-optimal, ən münasib metod;

-nəzəri- oyun metodu;

-əsas faydalılıq metodu;

-qeyri- səlis sistem nəzəriyyələrinin metodu;

-çoxmeyarlı statistik təhlil metodu. [7, 133]

Ökənin iqtisadi təhlükəsizliyinin mövcud səviyyəsinin öyrənilməsi və onun təhlükəsizliyinin təşkil olunmasında ssenarilərin təhlili, eləcə də emal olunması metodu mühüm əhəmiyyətə malikdir. Onun mahiyyəti dövlətin iqtisadi təhlükəsizliyini təmin etməkdən, habelə onun nəzəri formalarını işləyib hazırlamaqdan ötrü etibarlı materiallar verməkdən ibarətdir. Bütün bu sənədlər təhlil və təsvir xarekteri daşımaqla, ardıcıllıq olduğuna aid gələcək inkişafın hədəflərini təyin etməkdən ötrü nəzəri müddəalar və o cümlədən də ümumi qanunauyğunluqlar əsasında çıxarmaq mümkün olur. Bu metodun mahiyyəti həmçinin də ondan ibarətdir ki, daha yüksək səviyyəli mütəxəssis-ekspertlərə ayrı-ayrı istiqamətlərdə olan mühüm və çətin sosial və iqtisadi, o cümlədən ümumi- iqtisadi problemlərin həll olunmasında əsas müasir riyazi vasitələrdən daha da istifadə etməyə imkan yaradır. Ssenari anlayışı bu halda mərkəzi yerdə dayanır. Göstərilən metodu tətbiq etməklə ilkin proqnozlar dəqiqləşdirilir və konkretləşdirilir, həmçinin ssenarinin yeni variantları yaranır, axtarılıb trapılır.

İqtisadi təhlükəsizliyin mühüm qiymətləndirilməsi metodlarından biri də optimallaşdırma metodudur. Əsas etibarilə bu metoddan təsviri təhlildən təhlükəsizliyin kriteriyasını əsaslı şəkildə müəyyən etmək üçün istifadə edilir. Bu variant dövlətin iqtisadi təhlükəsizliyinin digər real kriteriyalarını məhdudlaşdırmaqla, təhlükəsizlik adna əsasən bir göstərici üzrə hesablanır, halbuki təhlükəsizlik kriteriyaları daha çoxdur və onlar bir- birini qarşılıqlı əlaqələndirir, şərtləndirir.

Əsas metodlardan olan nəzəri oyun metodundan ikitərəfli eləcə də çoxtərəfli konflikt situasiyası zamanı istifadə olunur. Burada əsas məqsəd konfliktlərə sintez şəkildə və bir- birinə təsiri və asılı olması formasında baxmaqdır. Çünki, bütün ziddiyyətlər bir- birilə sıx surətdə əlaqədardır. Göstərilən metod formanın məzmunu qabaqlamasının qarşısını almaq məqsədilə əhəmiyyətlidir və bu metodun tətbiqi real prosesi daha da düzgün əks etdirir.

Qeyri-səlis sistem nəzəriyyəsi də iqtisadi təhlükəsizliyin qiymətləndirilməsində daha çox tətbiq edilir. Bu metod müasir vasitələrlə ən mürəkkəb problemləri həll etməkdə açar rolu oynamaqla, qeyri- səlis, qeyri- mükəmməl və bəzi hallarda ziddiyyətli biliklər verir. Bu da mütəxəssislərə düşünməyə, axtarmağa, tapmağa, öz mühakimələrini yürütməyə, ondan lazımi şəkildə istifadə etməyə imkan yaradır, bir sözlə, mütəxəssislərin başa düşdüyü EHM-in dilinə daha da yaxınlaşdırılır. Bu isə insanların intellektual səviyyəsinin daha da yüksəlməsinə, hadisə və prosesin obyektiv səbəblərinin aşkara çıxarılması hesabına aradan qaldırılmasına imkan verir. Qeyri-səlis sistem insan fəaliyyətinin ən müxtəlif sahələrinə tətbiq oluna bilir. Məsələn, sosial-iqtisadi sistemə, insan-maşın, eləcə də bioloji, təşkilatı və başqa sahələrdə bu nəzəriyyədən daha geniş istifadə edilir. Ekspertlər sistemli təhlil, həmçinin sintez vəzifələrinin yerinə yetirilməsində daha çox qeyri-səlis nəzəriyyədən səmərəli istifadə edirlər ki, bu nəzəriyyədən də atom elektrik stansiyalarının təhlükəsizliyini təmin etmək sahəsində daha çox istifadə olunur. Sözügedən nəzəriyyədən siyasət, iqtisadiyyat, eləcə də sosiologiya və hərbisiyasi konfliktlər, səhiyyə, həmçinin ekologiya və başqa sahələrdə də istifadə edilir.

Çoxmeyarlı statistik təhlil metodu da iqtisadi təhlükəsizliyin dolğun qiymətləndirilməsi metodlarından biridir. Onun mahiyyəti bir qayda olaraq ilkin göstəricilərdən asılı olmaqla müqayisə olunan göstəricilərə keçilməsi ilə izah olunur. Göstərilən prosesdə hər hansı göstəricinin bir hissəsi təhlil edilir, onun digər göstəricilərlə qarşılıqlı əlaqəsi öyrənilməklə iqtisadi təhlükəsizliyin səviyyəsi daha yaxşı qiymətləndirilir. Bununla da, ümumiləşdirilmiş əsas komponent müəyyənləşdirilir ki, bu komponentdən istifadə etmək də iqtisadi təhlükəsizliyin səviyyəsini düzgün qiymətləndirməyə imkan yaradır. Komponent təhlil metodunun tətbiqi prosesində ölkənin əsas iqtisadi təhlükəsizliyinin səviyyəsini qiymətləndirmək üçün elə göstəricilər seçilməlidir ki, bu göstəricilər dünya dövlətlərinin əksəriyyətinə uyğun gəlməklə onları həmin dövrdə bir- biri ilə müqayisə etmək imkanı olsun. Bütün bunlarla bərəbər ölkənin iqtisadi təhlükəsizliyini qiymətləndirərkən bu məsələyə çoxvariantlı yanaşma faydalı olur ki, bu mürəkkəb prosesi öyrənərkən riyazi aparatdan istifadə etmək daha səmərəli ola bilər. Bunun əhəmiyyəti bir çox göstəriciləri azaltmaqla hadisənin mahiyyətini dərk etmək üçün asanlaşdırmaqdır. Başqa sözlə, əsas göstəriciləri ikinci, üçüncü dərəcəli göstəricilərdən də ayırmaqla və kəmiyyət göstəricilərindən istifadə etməklə də hadisənin keyfiyyətini elmi cəhətdən düzgün təhlil etmək mümkün olur.


Yüklə 436,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə