Dosent S. Z. İSayev dosent S. Z



Yüklə 436,26 Kb.
səhifə3/4
tarix21.06.2018
ölçüsü436,26 Kb.
#50206
1   2   3   4

Müasir dünyada iqtisadivtəhlükəsizlik anlayışı kimi şəxsi, eləcə də ictimai, eyni zamanda da dövlətin milli təhlükəsizliyini başa düşülür. Xüsusi qeyd etmək lazımdır ki, bu mövqe təhlükəsizlik sistemi anlayışının əsaslı təhlilinə imkan verir. Bu məqamda həyati əhəmiyyətli maraqlar, eləcə də mənafelər də çox vacibdir. Ona görə ki, vətəndaşın, cəmiyyətin, eləcə də dövlətin mövcudluğu, həm də inkişaf imkanlarını xüsusi şəkildə təmininə şərait yaradan tələbatın məcmusu kimi qeyd edən həyati əhəmiyyətli maraqlar və mənafelər, o cümlədən bu mənafelərin xüsusi mühafizə səviyyəsi, o cümlədən də vəziyyəti və inkişaf meylləri əsasında yekunda təhlükəsizliyin əsaslı təmin olunmasınınəsas səviyyəsindən daha çox asılıdır. Xüsusi qeyd etmək lazımdir ki, “təhlükəsizlik” bir anlayış kimi aşağıdakı kimi səciyyələndirilir və qruplaşdırılır:

1.Beynəlxalq iqtisadi qlobal təhlükəsizlik;

2. Beynəlxalq iqtisadi regional təhlükəsizlik;

3. Milli iqtisadi təhlükəsizlik;

4. Yerli iqtisadi təhlükəsizlik;

Milli iqtisadi təhlükəsizlik isə aşağıdakı cürə formalara bölünür:

1.Hərbi iqtisadi təhlükəsizlik

2.Sosial iqtisadi təhlükəsizlik

3.İqtisadi zəmində baş verən təhlükəsizlik

4.Siyasi zəmində baş verən təhlükəsizlik

5.Ekoloji zəmində baş verən təhlükəsizlik

6.İnformasiya zəmində baş verən təhlükəsizliyi

7.Mədəni əsasda baş verən təhlükəsizlik

8. Hüquqi zəmində baş verən təhlükəsizlik

9. Elmi-texniki əsasda baş verən təhlükəsizlik

10. Genetik zəmində baş verən təhlükəsizlik

11. Demoqrafik əsasda baş verən təhlükəsizlik

12. Kriminal əsasda baş verən təhlükəsizlik

13. Enerji sahəsində baş verən təhlükəsizlik

14. İntellektual mühitdə baş verən təhlükəsizlik

15. İnnovasiya zəmnində müşahidə edilən təhlükəsizlik

16. Nüvə sahəsindəki təhlükəsizlik

Qeyd edək ki, milli iqtisadi təhlükəsizlik anlayışını ilk dəfə 1904-cü ildə Amerika Birləşmiş Ştataları prezidenti Teodor Ruzvelt konqresdə işlətmişdir. T.Ruzveld adı keçən anlayışı Panama kanalına birləşən ərazidə hərbi əməliyyat aparılmasının milli təhlükəsizlik və milli maraqlar zəmnində əsaslandırılması fonunda işlətmişdir.

Milli iqtisadi təhlükəsizlik dövlətin milli maraqlarını həm də bütövlükdə ölkənin əsas ahəngdar və sosial yönümlü inkişafının, eləcə də daxili və xarici mühüm təsirlər şəraitində əhəmiyyətli dərəcədə iqtisadi, o cümlədən müdafiə potensialınıəsaslı şəkildə qoruya bilən strukturların və iqtisadiyyatının mövcud vəziyyətini ifadə edir. Dövlətin iqtisadi təhlükəsizliyi haqqında danışarkən buraya yalnız hər bir xalqın və dövlətin öz müstəqil dayanıqlı iqtisadi inkişaf yolunumüəyyən edə bilməsini başa düşmək bu anlayışın mənasının bir qədər çərçivəyə salınması deməkdir. A.İllarionovun fikrinə görə milli iqtisadi təhlükəsizlik anlayışı ən optimal səmərəli yollarla və qaydalarla ölkə əhalisinin əksər hissəsinin maksimal səviyyədə iqtisadi sərvətlərinin uzunmüddətli perspektivdə dayanıqlı istehsalını təmin edən iqtisadi, hüquqi, eləcə də siyasi şərtlərinin toplusu kimi başa düşülür. Ancaq burada yalnız iqtisadi resursların istehsal gücünün səviyyəsini, ölkənin iqtisadi vəziyyəti deyil, bununla yanaşı bu resursların ədalətli təkrar bölgüsünə təminat verən bir modelin fəaliyyətini və bu modelin fəaliyyəti nəticəsindədövlətin bütün sosial-demoqrafik təbəqələrinin bütün cəmiyyət fərdlərinin yüksək həyat yaşayışını, ölkənin yüksək müdafiə bacarığının əsaslı formada inkişafına təkan verən kompleks münasibətlət toplusunu, eləcə də elmi-texniki və texniki-iqtisadi inkişafın səviyyəsini başa düşmək lazımdır.

1.3 İqtisadi təhlükəsizliyin milli təhlükəsizlik sistemində

yeri və rolu

Milli təhlükəsizlik və onun vacib struktur elementi hesab olunan ölkənin əsas iqtisadi təhlükəsizlik problemi kimi daim tədqiqatçıların, o cümlədən dövlət xadimlərinin diqqət mərkəzindədir. Ümumiyyətlə bu ölkənin milli təhlükəsizliyinin vacib ünsürü olmaqla yanaşı iqtisadi təhlükəsizliyin mürəkkəbliyindən habelə çoxcəhətliyindən irəli gəlir.

Onu da qeyd etmək lazımdır ki, milli iqtisadi təhlükəsizlik xalqın müstəqil olaraq xarici dövlətlərdən heç bir təzyiq, habelə müdaxilə olmadan öz iqtisadi inkişafının əsas forma və yollarının müəyyən olunması vəziyyətidir. Ölkənin milli iqtisadi təhlükəsizliyi dedikdə onun mövcud elə vəziyyəti başa düşülür ki, burada zəruri maliyyə, əmək, istehsal, intellektual potensialı və onun effektiv funksiyalaşmasına təmin edən istehsalat təşkili sistemi olsun. O, ölkənin əsaslı iqtisadi-sosial inkişafı ilə sıx bağlıdır. Milli iqtisadi təhlükəsizlk strategiyasının realizə olunması milli təhlükəsizliyin ümumi məqsədlərinə çatmaq üçün maddi şərtlərin təminini şərtləndirir. Azərbaycan Respublikası daxili, habelə xarici iqtisadi siyasət yürütməklə ölkənin milli təhlükəsizliyini təmin edir.

Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli “Milli təhlükəsizlik haqqında” Qanunun maddəsində deyilir ki, Azərbaycan Respublikasının iqtisadi sahədə iqtisadi təhlükəsizliyin təmin edilməsi Azərbaycan Respublikasının milli iqtisadiyyatının və iqtisadi münasibətlərinin inkişafına təhlükə yaradan daxili və xarici amillərdən qorunmasıdır.

Qanunda Azərbaycan Respublikasının bütün sahələr üzrə iqtisadi təhlükəsizliyinin təmin olunmasının əsas istiqamətləri kimi aşağıdakılar qeyd edilir:

1)Ölkənin iqtisadi potensialının artırılması;

2)Təbii resursların energetika əsaslarının, tranzit imkanlarının qorunması;

3)Daxili və xarici maliyyə ehtiyyatlarının milli iqtisadiyyata yönəldilməsi;

4)Büdcə vəsaitlərinin və dövlət ehtiyyatlarının əhəmiyyətsiz istifadəsinə yol

verilməməsi;

5)Bank sisteminin təkmilləşdirilməsi;

6)İqtisadiyyatda milli idarəetməsinin təkmilləşdirilməsi və s. [8, 73]

Elmi-texniki inqilabın vüsət aldığı indiki şəraitdə əsaslı iqtisadi təhlükəsizliyin təmini aktuallığı getdikcə artmaqdadır. İqtisadi təhlükəsizliyin müəyyən edilməsinin və qorunmasının bir çox mühüm amilləri vardır. Bunlar əsaslı olaraq bir- birilə qarşılıqlı münasibətdə fəaliyyət göstərir, eləcə də bir- birini şərtləndirirlər. Bu faktorlar mürəkkəb sistem təşkil edir, həmçinin onları ayrılıqda müəyyən etməkdə qarşıya qoyulan əsas məqsədə çatmaq mümkün olmur. Bu səbəbdən də ona sistemli əsaslarla yanaşaraq iqtisadi təhlükəsizliyin əsas idarəetmə sistemini yaratmaq, o cümlədən ondan istifadə etmək daha düzgün hesab olunur. Ölkənin iqtisadi təhlükəsizliyi idarəetmə formalı quruluşa malikdir və aşağıdakı pillələrdə çıxış edir: ölkə, region, o cümlədən müəssisə, həmçinin də şəxs. Hansı səviyyədə yerləşməsində asılı olmayaraq onun tərkibinə göstərilənlər daxil olmalıdır:

-proqnozlaşdırma;

-iqtisadiyyatın təhlili;

-iqtisadi planlaşdırma;

-iqtisadi təşkil etmə;

-iqtisadi çevik idarəetmə;

-iqtisadi hesabat;

-iqtisadi nəzarət.

Bu sistemi yaratmaq məqsədilə sistemli təhlil metodunu araşdırmaq zəruridir. Ona görə ki, bunun köməyi ilə bu sistemin elementlərini araşdırmaq və iqtisadi təhlükəsizliyin müəyyən edilməsinin ümumi istiqamət, eləcə də vəzifələrini müəyyən etmək mümkündür. Ölkənin müasir iqtisadi təhlükəsizliyini təmin etməkdən ötrü xarici - iqtisadi və sosial, o cümlədən daxili sosial-iqtisadi təhlükəni məhv etmək əsas məsələdir.Azərbaycanın sənayecə yenicə inkişaf etmiş dövlətlərin əsas xammal - yanacaq əlavəsinə can atması meylinin artması getdikcə Azərbaycanın ixrac etdiyi məhsulların çox hissəsinin xam neftin üzərinə düşməsi bunu göstərir. Bunlar Azərbaycan Respublikasının iqtisadiyyatına böyük təhlükə yaratmaq gücündə olan amillərdir.

Tarix sübut edir ki, milli iqtisadiyyatı zəif olan dövlətlərdə sabitlikdən söz açıla da bilməz. Hazırda Azərbaycan Qafqazda iqtisadi tərəfindən güclü olan bir dövlətdir. Bu vəziyyət Azərbaycan Respublikasının milli maraqlarından irəli gəlir. O cümlədən, Azərbaycan öz əsas iqtisadi inkişaf perspektivlərini Qərb dövlətlərinin iqtisadi strukturlarına inteqrasiyasında olunmasında görür. Son illər beynəlxalq dərəcəli neft-qaz və nəqliyyat infrastrukturlarının əsaslı inkişafı Azərbaycanın Qərblə münasibətdə iqtisadi əlaqələrini getdikcə möhkəmləndirmiş və respublikanın iqtisadi təhlükəsizliyinin təmin edilməsində mühüm nəticələr əldə edə bilmişdir. Artıq Avropa Birliyi ölkələri Azərbaycan Respublikasına etibarlı müttəfiq, həmçinin özünün enerji təhlükəsinin əsas təminatçısı kimi baxmaqdadır.

Tarixən SSRİ dövründə dövlətin iqtisadiyyatının ekstensiv inkişaf siyasəti ilə bağlı ekoloji problemlərin arxa plana çəkilməsi respublikanın ekologiyasına, eləcə də ətraf mühitə çox ciddi ziyan vurmuşdur.

Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü də işğal olunmuş ərazilərin təbiətinə və ekologiyasına olduqca mənfi təsir göstərməkdədir. Ermənilər ekoloji qaydalara əməl etmədən zəbt olunmuş ərazilərin təbii sərvətlərini vəhşiliklə istismar edir, yanacaq, habelə mebel istehsalında istifadə olunması məqsədilə nadir və qiymətli meşə ağaclarının  kütləvi məhvini həyata keçirməklə yanaşı narkotik maddələrin yetişdirilməsini və ərazidə təhlükəli tullantıların basdırılması yolu ilə məhv edilməsini təmin edir. Həmçinin , erməni hərbçiləri cəbhə boyu ərazilərdə genişmiqyaslı yanğınlar törətməklə ərazidə yaşıllıqların məhvinə və müxtəlif zərərvericilərin ərazidə əkin sahələrinə, o cümlədən yaşayış məntəqələrinə yayılmasına da səbəb olurlar.

Ölkəmizin Cənubi Qafqazda olduqca əlverişli strateji mövqeyə, eləcə də zəngin təbii ehtiyyatlara sahib olmaqla qonşuları olan Türkiyənin, Rusiya, Gürcüstan, İran və habelə ABŞ, Avropanın və başqa dövlətlərin maraqlarını da cəlb edir. Cənubi Qafqaz kimi bir regionda yerləşən Azərbaycanın milli və geoiqtisadi təhlükəsizliyi də olduqca mühüm əhəmiyyət kəsb edir. Geoiqtisadi, və geosiyasi təhlükəsizliyin təmin olunması istiqamətində əsas uğur bütün güc mərkəzləri ilə qarşıqlı balanslaşdırılmış siyasi, və iqtisadi münasibətlərin saxlanılmasıdır.

Azərbaycanın iqtisadi təhlükəsizlik mühüti onun  bütün ərazi bütövlüyü, eləcə də sərhədlərinin  toxunlmazlığı, həmçinin milli maraqları  sabit inkişafı, o cümlədən əhalisinin rifahı, eləcə də dəyərlərinin qorunmasıına əsaslı təsir edən amillərin toplusudur.

Qərb və Şərq ölkələrinin qovuşduğu əsas coğrafi məkanda  qərarlaşan Azərbaycan Respublikası bir çox əsas sivilizasiyaların lazımlı məqamlarını özündə  birləşdirmişdir. Avropanın müsbət dəyərlərini paylaşan, o cümlədən də Avratlantik iqtisadi təhlükəsizlik arxitekturasının əsas ayrılmaz mühüm halqası olan Azərbaycan Respublikası qeyd edilən məkanın təhlükəsizliyinə öz xüsusi töhfəsinə vermişdir.

Müasir qloballaşma prosesi bütün dövlətlərə olduğu kimi Azərbaycan Respublikasına da mənfi təsirlərsiz ötüşməyir. Qeyd edək ki tranformasiya şəraitində dövlətin təsiri hər şeydən əvvəl bazar iqtisadi sisteminin tələblərini nəzərə almalıdır. Azərbaycanın sabit milli iqtisadiyyatının yanarması və inkşafı, onun elmi-texniki potensialı, müasir dünyada onun mövqeyi, ən başlıcası isə ölkənin iqtisadi müstəqilliyinin təmin edilməsi dərəcəsi hər şeydən əvvəl iqtisadi təhlükəsizliyin səviyyəsi iləəlaqədardır. Başqa sözlə, keçid mərhələsində iqtisadi təhlükəsizliyin təmin edilməsi, bütün strateji məqsəd və maraqların reallaşmasında əsas meyar kimi götürülməlidir. Həm də nəzərə almaq lazımdır ki, son nəticədə milli maraqların reallaşdırılması, istehsalın geniş təkrar istehsal prosesi kimi həyata keçirilməsi, sabit, dinamik inkişafın təmin edilməsi öz növbəsində iqtisadi təhlükəsizliyin təmin edilməsinin çox mühüm və əsas maddi zəminini təşkil edir.

Deməli məlum səbəblər üzündən bazar iqtisadiyyatına keçid dövründə qarşıya çıxan çətinliklərin həlli baxımından Azərbaycanın vəziyyəti inkişaf etməkdə olan bütün dövlətlərə nisbətən daha yaxşıdır. Eyni zamanda, bu problemləri həll etmək üçün onun imkanları da digər dövlətlərə nisbətən çoxdur. Bunların müqayisəsin aparmaqla imkanların çətinliklərdən üstün olmasını aydın görə bilərik. Belə ki, Azərbaycan xalqı istedadlı, yüksək intellektual səviyyədə, elmi-texniki inqilabın naliyyətlərini tez mənimsəməyə qadir olan savadlı bir xalqdır. Azərbaycanın gözəl təbii şəraitə, zəngin və rəngarəng təbii sərvətlərə malik olmasını da buraya əlavə etsək bu problemlərin qısa müddətdə həll etməyin mümkünlüyünü görmüş olarıq.

Milli təhlükəsizliyin əsası kimi iqtisadi təhlükəsizliyin təmin edilməsində daxili imkanların, mövcud potensialın səfərbər edilməsi zəruri şərtdir. Sənayenin və bütünlükdə iri zavod və fabriklərin regionlarda yerləşməsini təmin etmək ölkənin bütün sahələrinin hər tərəfli inkişafına dolayısılə təkan vermiş olur.

Ümumiyyətlə Azərbaycan Respublikasının iqtisadiyyatına real təhlükə törədən mühüm göstəriciləri nəzərdən keçirdikdə, təkcə bu göstəricilərlə elə iqtisadi təhlükəsizliyi məhdudlaşdırmaq mümkün deyildir. İqtisadi təhlükəsizlik xüsusiyyətlərinə struktur formasında baxdıqda iqtisadi təhlükəsizliyin sisteminin göstəricilərinə toplu yanaşma prinsipi əsas qəbul edilmişdir. Buna görə də, iqtisadi təhlükəsizliyin əsas göstəriciləri daha çoxdur, onun çoxunu nəzərə almaq mümkün olmaz. İkincisi də ki, hər bir dövlətin lap tarixən keçdiyi inkişaf yolu və iqtisadiyyatının inkişafnın əsas səviyyəsi, real məkan müxtəlif olduğundan iqtisadi milli təhlükəsizlik göstəricilərində formal dəyişmələri ola bilər. Bütün dünya dövlətləri bunu milli mənafeyə uyğun olaraq özü müəyyənləşdirir. İqtisadi təhlükəsizliyin əsas strukturunu təşkil edən bütün göstəricilərdən bəzisinə baxaq:

ÜDM (ümumi daxili məhsul) göstəricisi Milli hesablar sistemində əsas ümumi daxili məhsula görə (ÜDM) əsas göstərici olaraq qəbul olunmuşdur. Əsas Makro- iqtisadi mühüm göstəricilərdən ümumi milli məhsul kimi (ÜMM) göstəricisi ikinci yerdə qərarlaşır. Bunların hər biri müəyyən müddət ərzində bütün iqtisadiyyatda istehsal olunan əsas əmtəə və xidmətlərin ümumi vacib dəyərinin həcmi ilə müəyyən edilir. Bu göstəricilər həm indiki, həm də hər hansısa baza ilinin əsas qiyməti ilə müqayisədə edilərək hesablanır. Bu səbəbdən ÜMM ölkədə və eləcə də həmin ölkəyə aid bütün xaricdə bir il müddətində istehsal edilmiş bütün hazır əmtəə, o cümlədən xidmətlərin əsas ümumi bazar dəyəridir. Bütün ölkə iqtisadiyyatı əsaslı olaraq tam qapalı şəkildə fəaliyyətdə olmaqla ÜDM=ÜMM formulu icra edilə bilər. Eyni zamanda nominal, həm də real ÜDM göstəriciləri əsaslı olaraq bir- birindən tam şəkildə fərqləndirilir. Buna görə nominal ÜDM xüsusi olaraq həmin dövrdə istehsal olunmuş və bu dövrün qiymətinə görə hesablanmış əmtəə və məhsulların dəyərini, eləcə də real ÜDM isə bu dövrdə istehsal olunmuş, ancaq qəti müəyyən edilmiş əsas baza ilinin qiymətləri vasitəsilə hesablanmış əmtəə və məhsulların dəyərini göstərir. Ölkənin nominal ümumi daxili, eləcə də real ümumi daxili məhsulun əsas defilyasiyası (tədavüldə olan və döv edən kağız pulların miqdarının azalması göstəricisi nisbətinin faizlə ifadəsi bildirir).

Qeyd etmək lazımdır ki, milli təhlükəsizliyin bütün ayrı-ayrı sahələri bir-biri ilə bağlıdı, bu səbəbdən biri digəri olmadan işləyə bilməz. Hərbi təhlükəsizliyin əsaslı təyin edilməsi məqsədilə müvafiq elmi-texniki, o cümlədən iqtisadi potensialın mühüm mövcudluğu zəruridir. O cümlədən demoqrafik iqtisadi təhlükəsizlik əhalinin real gəlirlərindən və iqtisadi inkişaf gücündən asılıdır. O cümlədən iqtisadi təhlükəsizliyin müəyyən edilməsi üçün kifayət qədər elmi ixtisaslı əmək resurslarının olması gərəkdir. Həmçinin, milli təhlükəsizliyin müəyyən istənilən sahəsinin etibarlılığı, dözümlülüyü iqtisadi təhlükəsizliklə əsaslı olaraq bilavasitə bağlıdır. Yəni istənilən sahənin iqtisadi təhlükəsizliyinin müəyyən edilməsi üçün maddi səbəblər lazımdır. Buna görə də hesab etmək lazımdır ki, iqtisadi təhlükəsizlik əsas milli təhlükəsizliyin ən vacib xüsusi komponentlərindən biridir. Ölkənin İqtisadi təhlükəsizliyin müəyyən olunması – ölkənin əsas suverenliyinin təmin olunmasının yolunda cəmiyyətin əsas sabitliyinin və normal fəaliyyətininmühüm əsas şərtlərindən biridir. Bu, belə izah olunur ki, hər bir iqtisadiyyat dövlətin, cəmiyyətin,o cümlədən şəxsiyyətin fəaliyyətinin ən vacib və mühüm istiqamətlərinin xüsusi formalarından biridir. İqtisadi təhlükəsizliyin daha çox təmin olunmadığı şəraitdə milli təhlükəsizlikdən belə söhbət edilə bilməz. Buna görə də iqtisadi təhlükəsizlik xüsusilə dövlətin ən vacib prioritetlərindən ən vacibi hesab olunur.

İqtisadi təhlükəsizlik mühüm milli təhlükəsizliyin digər elementləri ilə birbaşa sıx surətdə bağlıdır. Ona görə ki, milli təhlükəsizliyin əsas bütün digər elementləri iqtisadi amillə birbaşa əlaqədardır. Əsas İqtisadi təhlükəsizlik, sabitlik olmayan şəraitdə dövlətin hərbi qüdrətindən,o cümlədən də sərhədlərinin təhlükəsizliyindən, eləcə də sosial təminatdan, həmçinin ictimai təhlükəsizlikdən və ekoloji problemlərin həllindən söhbət açmağa dəyməz.

II FƏSİL. AZƏRBAYCAN RESPUBLİKASININ İQTİSADİ TƏHLÜKƏSİZLİYİ

KONTEKSTİNDƏ İQTİSADİYYATI RƏQABƏTQABİLİYYƏTİNİN

TƏMİNİ MEXANİZMLƏRİ.


2.1 Azərbaycan iqtisadiyyatının müasir vəziyyətinin

makroiqtisadi təhlili

İqtisadi təhlükəsizlik vəziyyətinin əsaslı qiymətləndirilməsi ölkənin milli iqtisadi təhlükəsizliyi anlayışının elə bir şərhinə əsaslanır ki, bu zaman köklü iqtisadi milli dövlətçilik maraqlarına, o cümlədən də ölkənin mövcudluğuna qarşı yönələn digər təhlükələrin aradan da qaldırılması, yaxud neytrallaşdırılması əsaslı surətdə təmin olunur. Daxili, eləcə də xarici səbəblərdən belə mühüm təhlükələr cəmiyyətin həyatının ən əsas müxtəlif sahələrində, eləcə də sfearalarında meydana çıxa bilər. İqtisadiyyatın təhlükəsizliyinin prioritetlərinin müəyyənləşdirilməsi siyasi konyukturun maraqlarından, ideoloji təsəvvürlərdən, siyasi spekulyasiyalardan təcrid olmalıdır. Ona görə ki, bu prioritetlər real problemlərin əsas kəskinliyi, onların ölkənin xüsusi mövcudluğuna gör əhəmiyyətini əks etdirməli,eləcə də dövlətin iqtisadi siyasətində onların xüsusi yerini əsaslandırmalıdır. Bu sahədə sözü gedən prioritetlərin əsas iqtisadi inkişafın bütün sferalarını bütövlükdə əhatə etməsi vacib deyil.

Azərbaycan Respublikasının iqtisadiyyatı anlayışı bütünlükdə Azərbaycan xalqının maddi rifahı, güzəranı, dövlətin gəliri, xarici dövlətlərlə əlaqələrinin məcmusu, hərbi gücü, iqtisadi cəhətdən dövlətin təhlükəsizliyi başa düşülür. Çağdaş dövrdə iqtisadiyyat anlayışı geniş məna kəsb edir. Müasir Azərbaycan Respublikasının azad iqtisadiyyatının əsasında Azərbaycan nefti 1994-cü ildə imzalanan  “Əsrin müqaviləsi”nin iştirakçısı olan ölkələrin iqtisadiyyatının inkişafında xüsusi rol oynayır. Odur ki, iqtisadiyyatımız ölkəmizin sütunu olmaqla yanaşı, dərindən düşündükdə, həm də  ümumilikdə, dünya iqtisadiyyatının bir hissəni təşkil edir.

Neft-qaz sektoru iqtisadiyyatın digər sahələrinin əsaslı inkişafında lokomotiv rolunu oynamaqla yanaşı düşünülmüş iqtisadi siyasət sayəsində makroiqtisadi sabitlik əldə olunmaqla davamlı iqtisadi artımın əsası qoyuldu, ölkə iqtisadiyyatının bütün sahələrində sürətli islahatlara başlandı, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atıldı. İqtisadiyyatda mülkiyyətin çoxnövlülüyü təmin edilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlər davamlı iqtisadi inkişafa öz müsbət tövhəsini vermişdir. Belə ki, özəlləşdirməyə başlayan illərdə özəl sektorun ÜDM-də payı real olaraq 10 faizdən az olduğu halda hazırda onun xüsusi çəkisi 85 faiz civrında dəyişir.

İqtisadiyyatın diversifikasiyası ilə əlaqədar nəzərdə tutulmuş tədbirlərin sistemli, habelə ardıcıl reallaşdırılması məqsədilə müvafiq fərman, o cümlədən sərəncamlar “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illər ərzində sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, və “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun səviyyəsinin azaldılması və davamlı inkişaf üçün Dövlət Proqramı”, o cümlədən “2008-2015-ci illərdə Azərbaycan Respublikasında ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı şəkildə təminatına dair Dövlət Proqramı” və başqa bir sıra sahəvi inkişaf proqramlarının qəbul edilməsi iqtisadi təhlükəsizliyin təmin edilməsi yönündə əhəmiyyətli rola malikdir.

Beynəlxalq qlobal maliyyə-iqtisadi böhranı baş verdiyi bir vaxtda dünyanın aparıcı ölkələrində baş vermiş çox kəskin ressesiyaya baxmayaraq, Azərbaycan Respublikasında makroiqtisadi sabitlik, habelə iqtisadi artım davam etməklə 2009-cu ildə iqtisadiyyatın real artım səviyyəsinə görə region ölkələri arasında birinci olmaqla yanaşı, müvafiq göstərici üzrə dünya miqyasında belə yüksək yerdə qərarlaşmışdır. Azərbaycan iqtisadiyyatının bu uğurları nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da belə əksini tapmışdır. Heç həsadüfi deyil ki, “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan Respublikası MDB ölkələri içərisində 1-ci yerə yüksəlmişdir. O cümlədən, “Standard and Poor’s” Beynəlxalq Reytinq Agentliyi tərəfindən ölkənin milli iqtisadiyyatının mövcud vəziyyəti “Stabil”dən “Pozitiv”ə yüksəldilmişdir.

Ölkədə biznes üçün şəraitin daha da təkmilləşdirilməsi, habelə xüsusi iqtisadi zonaların, o cümlədən sənaye şəhərciklərinin və biznes-inkubatorların yaradılması, məsləhət və informasiya təminatının, eləcə də sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və işgüzar əlaqələrin yüksək səviyyədə inkişaf etdirilməsi sayəsində həm sahibkarlığın, həm də regionların inkişafı daha da sürətləndirilə bilər.

Qeyri-neft sektorunun sabit sürətli yüksəlişi həmçinin daxili investisiyaların həcminin də artımında özünü göstərir. Müxtəlif dövlətlərin təcrübəsində uğurla sınanmış, özünü müsbət tərəfdən doğrultmuş bu iqtisadi strategiya həm də neftdən əldə edilən gəlirlərin qeyri-neft sektoruna və istehsal sahibkarlığının inkişafına uğurla yönəldilməsini, həmçinin özəl sektorun payının ümumi daxili məhsulda xüsusi çəkisinin hiss olunacaq dərəcədə artırılmasını nəzərdə tutur. Ölkə İqtisadiyyatın bütün sahələrinin sabit inkişafı həm də makroiqtisadi tarazlığın qorunub saxlanılması, həmçinin maliyyə təhlükəsizliyinin təmini nöqteyi nəzərindən vacib əhəmiyyətli addım hesab edilir.

Azərbaycan Respublikasının yeni inkişaf pilləsinə uyğun olaraq sənayenin inkişafının təşkilində ən müasir formalarının tətbiq edilməsinin genişləndirilməsi də iqtisadiyyatda sənayeləşmə siyasətinin əsas prioritetlərindəndir. Bu baxımdan Azərbaycan Respublikasında müasir sənaye komplekslərinin, habelə texnoparkların, Sumqayıt şəhərində yerləşən kimya sənaye və Balaxanı qəsəbəsindəki sənaye parklarının yaradılması da qeyri-neft sektorunun, xüsusilə də qeyri-neft sənayesinin mühüm inkişafını sürətləndirməklə yanaşı, yerli eləcə də, xarici investisiyaları stimullaşdırmaqla müasir texnoloji sahələrin inkişafına və yeni rəqabət qabiliyyətli məhsul istehsalına da təkan verir, iqtisadiyyatın modernləşməsinə, həmçinin innovativ iqtisadiyyatın formalaşmasına, eləcə də qeyri-neft ixracının yüksəldilməsinə öz müsbət töhfəsini verir.

Ölkə iqtisadiyyatında struktur islahatlarının aparılması, özəlləşdirmə və torpaq-aqrar islahatlarının uğurla reallaşması, iqtisadiyyatın tarazlı inkişafı üçün qeyri-neft sektorunun inkişafı nəticə etibarılə ölkənin müstəqil iqtisadi dayaqlarının daha da mökəmlənməsinə gətirib çıxarmışdır. Dayanıqlı iqtisadi artımın təmin edilməsində həlledici rol oynayan mühüm daxili amil kimi ölkədə sahibkarlıq fəaliyyəti daha da canlanmış və dövlətin sahibkarlıq fəaliyyətinə hər tərəfli dəstəyi xeyli güclənmişdir. Bütün bunların nəticəsində bazar münasibətlərinin əsas daşıyıcısı olan özəl sektorun ÜDM-də payı əhəmiyyətli dərəcədə artaraq 85% təşkil etmiş, qeyri-neft sektorunun resurs potensialının səmərəli reallaşması üçün münbit institusional zəmin yaranmış, bu sahədə investisiya mühiti xeyli yaxşılaşmışdır

Respublikamızda tədiyyə  balansının strukturunun optimallaşdırılması, onun tənzimlənməsi əsas makroiqtisadi problemlərdən biridir. Bununla yanaşı  əksər makroiqtisadi göstəricilər məhz bu informasiya mənbəyində  cəmləşdiyindən hökumətin iqtisadiyyat sahəsində  apardığı islahatların nəticəsi öz əksini bu sənəddə tapır. Müstəqil ölkə  kimi Azərbaycanın xarici iqtisadi fəaliyyəti 1991‐ci ildən formalaşmağa başlamışdır. Bu dövrə  qədər bütün iqtisadi siyasət mərkəzi Moskva hökuməti tərəfindən həyata keçirilirdi. Buna görə də bütün sabiq müttəfiq Respublikalarda, o cümlədən Azərbaycanda xarici iqtisadi fəaliyyətin uçotu və statistikası aparılmırdı. Yalnız 5 ildən bir Azərbaycan Dövlət Statistika İdarəsi tərəfindən sahələrarası balans hazırlanırdı ki, burada da Azərbaycandan çıxarılan və  gətirilən malların statistikası verilirdi. Azərbaycan Respublikasının keçmiş  SSRİ  tərkibində  axırıncı dəfə sahələrarası balansı 1987‐ci ildə hazırlanmışdır. 1991‐ci ildən etibarən Azərbaycan Respublikası müstəqil xarici iqtisadi fəaliyyət həyata keçirməyə başladı. Həmin ildən etibarən Beynəlxalq Valyuta Fondu (BVF) nəşriyyatı tərəfindən hər il Azərbaycan Respublikasının tədiyyə  balansı dərc olunur. Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublika‐ sının tədiyyə  balansını Dövlət Statistika Komitəsinin, Dövlət Gömrük Komitəsinin, bank statistikasının və digər nazirlik və  təşkilatların məlumatlarına  əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı işləyib hazırlayır.


Yüklə 436,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə