Dostayevski Beyaz geceler indd



Yüklə 44,28 Kb.

tarix29.01.2018
ölçüsü44,28 Kb.


1

Fyodor Dostoyevski

Bəyaz gecələr



2

Фёдор Достоевский

Белые ночи



3

Romanın baş qəhrəmanı – kimsəsiz və utancaq bir xəyalpərəstdir. 

Bəyaz gecələrin birində xəyalpərəst oğlan Nastya adlı bir qızla ta-

nış  olur,  zaman  keçdikcə  ona  vurulur. Amma  Nastya  ona  dost  və 

qardaş  gözü  ilə  baxır.  Qız  ona  keçmiş  monoton  həyatından,  ilk 

məhəbbətindən  və  sevdiyi  insanın  onu  necə  tərk  etdiyindən  bəhs 

edir.  Xəyalpərəst  oğlan  Nastyaya  yardım  edir,  ona  mənəvi  dəstək 

olur. 


Oğlanın duyğularını layiqincə qiymətləndirməyə can atan Nast-

ya bir gün onun sevgisinə cavab verməyi qərara alır. Lakin əvvəlki 

sevgilisi qayıdınca, qız dostunu tərk edir. Oğlan Nastyanı bağışla-

yır və yenə sevməyə davam edir. Nastya  onun həyatının ən parlaq 

səhifəsidir! 

Dünya  ədəbiyyatının  ən  böyük  nümayəndələrindən  biri  hesab 

olunan Fyodor Mixayloviç Dostoyevski (1821-1881) rus ədəbiyyatı 

tarixində özünəməxsus yer tutur. Tənqidçi Belinski deyirdi ki, o qey-

ri-adi və bənzəri olmayan bir istedaddır. F. M. Dostoyevskinin yara-

dıcılığı dünya ədəbiyyatında realizmin inkişaf etməsi üçün zəngin 

bir xəzinədir. Onun “Bəyaz gecələr” əsəri 1848-ci ildə çap olunub. 

Dostoyevski bu əsəri gənclik illərinin dostu, şair A. N. Pleşeyevə 

həsr edib.



4

Фёдор.Достоевский Белые ночи

Fyodor Dostoyevski Bəyaz gecələr

Bakı, Qanun Nəşriyyatı, “Əli və Nino” Nəşriyyatı, 2013,

76 səhifə. 1000 tiraj

Ruscadan tərcümə:   Yusif Əzimzadə 

Redaktor:  

 

T.Cəmilova 



 

Korrektorlar:   

N.Qasımova

 

 



 

R.Qasımova

    

 

Qanun Nəşriyyatı



Bakı, AZ 1102, Tbilisi pros., II Alatava 9

Tel.: (+994 12) 431-16-62; 431-38-18

Mob.: (+994 55) 212 42 37

e-mail: info@qanun.az

www.qanun.az 

“Əli və Nino” Nəşriyyatı

Bakı, Z.Tağıyev, 19.

Tel.: (+994 12) 493 04 12

e-mail: info@alinino.az

www.alinino.az

ISBN 978-9952-26-566-8

© Qanun Nəşriyyatı, 2013

© “Əli və Nino” Nəşriyyatı, 2013

© “Gənclik“ 1985

Bu kitabın Azərbaycan dilinə tərcümə və yayım 

hüquqları «Qanun» və «Əli və Nino» nəşriyyatlarına məxsusdur.

Kitabın təkrar və hissə-hissə nəşri «Müəlliflik hüququ və əlaqəli

hüquqlar haqqında Azərbaycan Respublikasının Qanunu»na 

ziddir.



5

...Bəlkə bundan ötrü yaranmışdı o:

Bütün həyatında yalnız bircə dəm

Olaydı qəlbinə ən yaxın həmdəm!.. 

İ.V.Turgenev



BİrİNcİ gecə

G

özəl bir gecə idi, elə gecə ki, sevimli oxucum, belə 



gecələri biz ancaq gəncliyimizdə hiss edə bilərik. 

Səma  elə  ulduzlu,  elə  parlaq  idi  ki,  ona  baxan 

qeyri-ixtiyari  öz-özünə  bu  sualı  verərdi:  “Doğrudanmı  belə 

bir səma altında müxtəlif xasiyyətli, acıqlı və şıltaq insanlar 

yaşayır?” Bu, yeni sualdır, sevimli oxucum, həm də çox yeni, 

ancaq Allah eləsin ki, bu sual sizin qəlbinizdə tez-tez oyan-

sın!..  Müxtəlif  şıltaq  xasiyyətli  və  acıqlı  cənablar  haqqında 

danışarkən mən həmin gün ərzində özümün təmiz davranı-

şımdan söhbət açmaya bilmərəm. Səhərdən nə isə, qəribə bir 

kədər mənə əzab verməyə başladı. Birdən mənə elə gəldi ki, 

hamı məni tərk edir, hamı məndən uzaqlaşır. Əlbəttə, haqlı 

olaraq soruşa bilərlər: “Hamı, yəni kim?” Bu ona görə haq-

lı  sualdır  ki,  səkkiz  ildən  bəri  Peterburqda  yaşadığıma  bax-

mayaraq, demək olar, özümə heç bir tanış tapa bilməmişəm. 

Lakin tanış mənim nəyimə lazımdır? Onsuzda bütün Peter-

burq mənə tanışdır bax, elə bunun üçündür ki, bütün Peter-

burq yığışıb yaylağa köçərkən mənə elə gəldi ki, hamı məni 

tərk edir. Tək qalmaq məni qorxutdu və nə üçün darıxdığımı 

bilmədən, dərin bir kədər içərisində düz üç gün şəhəri gəzdim. 

Nevskiyə, bağa, Sahil küçəsinə, xülasə, hara getdimsə, bütün 




6

il  ərzində  həmin  yerdə,  həmin  saatda  rast  gəlməyə  adət  et-

diyim adamların heç birini görə bilmədim. Onlar, şübhəsiz, 

məni tanımırdılar, amma mən onları tanıyıram, yaxşı tanıyı-

ram. Mən onların sir-sifətinə demək olar ki, öyrəşmişəm, on-

lar şən olanda mən də baxıb sevinirəm, qanları qara olanda 

isə qüssələnirəm. Mən Allahın hər günü, müəyyən bir saatda 

Fontankada təsadüf etdiyim bir qoca ilə demək olar ki, dost-

laşmışam. Onun sifəti təkəbbürlü və düşüncəlidir. Həmişə öz-

özünə nə isə pıçıldayır və sol əlini havada yelləyir, sağ əlində 

isə uzun, qızıl dəstəli çəlik var. O da mənimlə mehribandır və 

ürəkdən mənə hörmət bəsləyir. Əgər müəyyən saatda Fontan-

kanın həmin yerində qoca dostuma rast gəlməsəm, əminəm 

ki, o kədərlənər. Bax, buna görə də biz, bəzi hallarda, xüsusilə 

kefimiz yaxşı olanda bir-birimizə az qala baş əyib keçirik. Bu 

yaxınlarda, arada tam iki gün görüşməyib, üçüncü gün bir-

birimizə rast gəldiyimiz zaman salamlaşmaq üçün papaqla-

rımızı çıxarmaq istəyirdik ki, xoşbəxtlikdən vaxtında ayıldıq, 

əllərimizi  aşağı  saldıq  və  təəssüflə  bir-birimizin  yanından 

ötüb-keçdik. Mənə evlər də tanışdır. Mən yol gedərkən tanı-

dığım hər bina sanki məndən qabağa yüyürüb, küçənin ba-

şında  durur,  bütün  pəncərələrindən  mənə  baxır  və  az  qala 

deyir: “Salam! Necəsiniz? Mən də, Allaha şükür sağ-salama-

tam, may ayında üstümə bir mərtəbə də artıracaqlar”, yaxud: 

“Əhvalınız necədir? Məni sabah təmirə verirlər”, ya da: “Az 

qalmışdı  ki,  yanıb  kül  olum,  özümdə  bərk  qorxmuşam”  və 

ilaxirə.  Onların  içərisində  mənim  sevimli,  yaxın  dostlarım 

var; bu yay fəsli onlardan biri memarın yanında müalicə olun-

maq fikrindədir. Mən hər gün qəsdən gedib yoxlayacağam ki, 

başdansovma  müalicə  eləməsinlər,  pərvərdigara,  sən  özün 

onu hər bəladan saxla!.. Açıq-çəhrayı rəngli gözəl bir evciyin 

başına gələn hadisəni heç vaxt unutmaram. Bu, daşdan tikil-

miş balaca bina, qonşuluğundakı kobud binalara elə məğrur-

məğrur baxırdı ki, hər dəfə qabağından ötəndə məni elə meh-




7

riban-mehriban  süzürdü  ki,  ürəyim  fərəhlə  dolurdu.  Keçən 

həftə yenə tanış küçə ilə gedirdim, dönüb dostuma baxanda 

birdən qulağıma şikayətli qışqırıq gəldi: “Ah, məni sarı boya 

ilə rəngləyirlər!” Canilər! Vəhşilər! Onlar heç bir şeyə – nə sü-

tunlara, nə qapı-pəncərə haşiyələrinə rəhm etmirlər, dostum 

başdan-ayağa bülbül kimi sap-sarı idi. Bu hadisə kefimi elə 

pozdu ki, hirsimdən gözlərim yaşardı; mən, üzündə ölü rəngi 

çəkilmiş, eybəcər hala salınmış zavallı dostumla görüşməyə, 

ona baxmağa indi də cürət eləyə bilmirəm.

Oxucum! Artıq siz, mənim bütün Peterburqla necə tanış 

olduğumdan xəbərdarsınız.

Yuxarıda söylədiyim kimi, mən öz narahatlığımın səbəbini 

öyrənənə qədər üç gün əzab çəkdim. Küçəyə çıxanda bu əzab 

daha da artırdı. (O yoxdur, bu yoxdur, o birisi hara gedib!) 

Evdə  də  elə  darıxırdım  ki,  özümə  yer  tapa  bilmirdim.  Bu-

nun səbəbini öyrənmək üçün iki gecə fikirləşdim. Yaşadığım 

bu kiçik bucaqda nəyim çatışmır? Nə üçün evdə özümü pis 

hiss edirəm? Bu fikirlərlə dönüb, yaşıl rəngli, his basmış di-

varlara,  Matryonanın  çox  işgüzarlığı  sayəsində  hörümçək 

torları  ilə  örtülmüş  tavana  heyrətlə  baxırdım,  ev  şeylərini 

başdan-başa  nəzərdən  keçirirdim,  hər  kürsünü  yoxlayır-

dım,  bəlkə,  deyirdim,  darıxmağımın  səbəbi  bunlardır?  (Bir 

kürsü  həmişəki  yerindən  tərpənəndə  dərhal  əsəbiləşirdim.) 

Dəfələrlə pəncərədən boylanıb küçəyə tamaşa eləyirdim, an-

caq  əbəs  yerə,  heç  bir  yüngüllük  duymurdum!  Mən,  hətta, 

Matryonanı  çağırıb,  hörümçək  torlarını  təmizləmədiyi  və 

ümumiyyətlə səliqəsizliyi üçün onu məzəmmət etdim; o isə 

yalnız təəccüblə mənə baxdı və bir söz demədən çıxıb getdi, 

hörümçək torları indi də əvvəlki qayda ilə öz yerindən asılıb 

qalıb. Nəhayət, ancaq bu gün səhər işin nə yerdə olduğunu 

başa düşdüm. Axı, adamlar məni tək qoyub, yaylağa əkilirlər! 

Belə yersiz bir sözə görə sizdən üzr istəyirəm, lakin elə hal-

da  idim  ki,  dəbdəbəli  sözlər  heç  yadıma  düşmədi...  Çünki 




8

hamı  –  Peterburqda  olan  hər  kəs  yaylağa  köçmüşdü  və  ya 

köçməyə  hazırlaşırdı;  çünki  özünə  fayton  tutan  hər  hansı 

mötəbər görkəmli, hörmətli ailə sahibinə çevrilirdi; bu cənab 

öz adi vəzifələrini yerinə yetirəndən sonra ailəsilə birlikdə xü-

susi bağına köçürdü; çünki indi hər yoldan ötən şəxsin ayrı-

ca bir görkəmi vardı, elə bil o, rast gəldiyi adamlara demək 

istəyirdi:  “Cənablar!  Biz  burada  elə-belə,  müvəqqəti  yaşayı-

rıq,  iki  saatdan  sonra  yaylağa  köçəciyik!”  Bir  də  görürdüm 

ki, kiminsə nazik, qar kimi ağ barmaqları tanıdığım bir evin 

pəncərəsini  içəridən  taqqıldadır,  sonra  pəncərə  açılır,  gözəl 

bir qız küçəyə boylanır, gülsatanı çağırır, – o saat bilirdim ki, 

qız bu gülləri, şəhərin cansıxıcı bürküsündə baharın gözəlliyi 

və çiçəklərin ətrilə nəşələnmək xatirinə almır, ona görə alır ki, 

tezliklə o da yaylağa köçəcək və bu gülləri özü ilə aparacaq-

dır. Hələ bu bir yana dursun, mən, təbir caizsə, öz kəşflərimdə 

elə müvəffəqiyyətlər əldə etmişdim ki, kimin hansı yaylaqda 

yaşadığını  bir  baxışla,  yanılmadan  təyin  eləyə  bilirdim.  Ka-

mennı və Aptekarski adalarının, yaxud Peterqof yolu ətrafının 

sakinləri öz incə hərəkətləri, qəşəng yay geyimləri və şəhərə 

gəldikləri zaman mindikləri gözəl dilcanlarla başqalarından 

fərqlənirdilər. Parqolovoda və ondan bir az uzaqda yaşayan-

lar adamın diqqətini dərhal öz ehtiyatlı və təmkinli, ağır dav-

ranışları ilə “cəlb edirdilər”; Krestovski adasından gələnlərin 

üzü  adətən  həmişə  sevincli  olurdu.  Bəzən  küçədə  dayanıb, 

yaylağa  gedənlərə  tamaşa  edirdim;  budur,  köç  arabalarının 

sürücüləri, əlləri cilovlu, uzun bir cərgəyə düzülüb, atların ya-

nınca tənbəl-tənbəl yeriyirlər, arabalar hər cür əşya ilə-masa, 

kürsü,  Türkiyədən,  yaxud  başqa  yerdən  gətirilmiş  divan  və 

qeyri ev müxəlləfatı ilə dağ kimi yüklənmişdir, hələ bu şeylər 

az imiş kimi, yükün üstündə arıq bir aşpaz qadın da əyləşib, 

ağasının  malını  göz  bəbəyi  kimi  qoruyur;  bu  yanda  isə  ev 

avadanlığı  ilə yüklənmiş qayıqlar Neva, ya da Fontanka su-

larında Qara çaya tərəf, yaxud adalara sara üzürlər, – bu ara-




9

balara və qayıqlara baxdıqca onların sayı mənim gözlərimdə 

artır, onu, yüzü keçirdi, elə bil hər şey köç karvanlarına dö-

nüb yaylaqlara axışırdı, sanki bütün Peterburq azacıq sonra 

boş bir səhraya çevriləcəkdi; nəhayət, bütün bunlar məni elə 

bir  vəziyyətə  gətirdi  ki,  varlığımı  bürüyən  həya,  təhqir  və 

kədər hisslərindən nə edəcəyimi bilmədim; yaylaqda mənim 

heç  kəsim  və  heç  nəyim  yox  idi.  Mən  qabağıma  çıxan  hər 

hansı bir arabada, hər hansı mötəbər görkəmli cənabın fay-

tonunda getməyə hazırdım; lakin heç kəs, bəli, heç kəs məni 

dəvət eləmirdi; sanki məni unutmuşdular, sanki mən onların 

nəzərində həqiqətən yad bir adam olmuşdum!

Mən uzun müddət və çox gəzdim, belə ki, adətim üzrə, ha-

rada olduğumu tamamilə unutduğum vaxt birdən xəyalatdan 

ayılıb, özümü şəhər darvazasının yanında gördüm. Bir anda 

qəlbimə  sevinc  doldu  və  mən  şəhər  darvazasının  o  tərəfinə 

keçdim,  şumlanmış  çöllərin  və  yaşıl  çəmənlərin  arası  ilə 

yeriməyə  başladım,  yorğunluğuma  baxmayaraq,  üstümdən 

bir yükün tədricən yox olub getdiyini duydum. Yoldan ötənlər 

mənə elə mehribanlıqla baxırdılar ki, guya bu saat baş əyib 

keçəcəkdilər;  hamı  nəyə  isə  sevinirdi,  hamı  bir  nəfərədək, 

siqar çəkirdi. Məni də bu vaxta qədər hiss etmədiyim bir fərəh 

bürümüşdü.  Elə  bil  mən,  birdən-birə  İtaliyaya  gəlib  çıxmış-

dım, təbiətin gözəlliyi mənə – Peterburqun evləri arasında az 

qala boğulan, yarımcan şəhərliyə bu dərəcədə qüvvətli təsir 

göstərmişdi!

Bahar gələrkən birdən-birə bütün qüdrətini, göylərin bəxş 

etdiyi bütün gözəlliyini aşkara çıxaran, yaşıllıqlardan məxmər 

don  geyinən,  rəngbərəng  çiçəklərlə  bəzənən  Peterburq 

təbiətində nə isə təsirli bir şey var... Bu təbiəti seyr edərkən o 

mənə, qeyri-ixtiyari, xəstə və zəif bir qızı xatırladır; siz bu qıza 

təəssüflə, bəzən mərhəmət qarışıq bir məhəbbətlə baxırsınız, 

bəzən isə onu sadəcə görmürsünüz, lakin o birdən, ani olaraq, 

gözlənilmədən dəyişir, təsəvvürə sığmayan ilahi bir gözəllik 





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə