DöVLƏt büDCƏSİ



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə14/67
tarix19.10.2018
ölçüsü1,52 Mb.
#74588
1   ...   10   11   12   13   14   15   16   17   ...   67

_______Milli Kitabxana_______ 
 
43 
- digər gəlirlər. 
2.1.1. Dövlət vergiləri 
 
1992-1993-cü illərdə hazırlanmış vergi qanunvericiliyində bir 
sıra boşluqların olması, hüquqi-normativ aktların müasir şəraitə tam 
uyğunlaşmaması, qanun və  fərmanlara çox tez-tez əlavə  və 
dəyişikliklərin edilməsi ölkədə sosial-iqtisadi inkişafa, həmçinin 
sahibkarlığın inkişafına və  təbii ki, büdcə  mədaxilinin icra 
olunmasına müəyyən  əngəllər törədirdi (Vergi Məcəlləsi qəbul 
edilən dövrə qədər). Bunun üçün ölkədə vahid qanunvericilik aktına 
böyük tələbatın olması görünürdü. Bu qanunvericilik aktı isə 11 iyul 
2000-ci ildə Milli Məclis tərəfindən qəbul edilmiş Vergi Məcəlləsi 
oldu. Vergi Məcəlləsi özündən öncə gələn 12 hüquqi-normativ aktı 
əvəz edən vahid tənzimləyici sənədə çevrildi. Azərbaycan 
Respublikasında vergi siyasətinin formalaşması  və vergi sisteminin 
köməyilə vergilərin büdcəyə alınması prosesi xüsusilə Vergi 
Məcəlləsi qəbul edildikdən sonra təkmilləşdirilmişdir.  
Vergi Məcəlləsinə görə Azərbaycan Respublikasında dövlət, 
muxtar və yerli (bələdiyyə) vergiləri müəyyən edilir və ödənilir.  
Vergi  – dövlətin və  bələdiyyələrin fəaliyyətinin maliyyə 
təminatı  məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul 
vəsaitlərinin özgəninkiləşdirilməsi  şəklində dövlət büdcəsinə  və 
yerli büdcələrə köçürülən məcburi, fərdi,  əvəzsiz ödənişdir (Vergi 
Məcəlləsi 11-ci maddə). 
Fiziki və hüquqi şəxslər tərəfindən ödənişin məcburiliyi, onun 
fərdiliyi və  əvəzsizliyi vergiləri digər icbari ödənişlərdən 
fərqləndirir. 
Vergilərin dövlət və  bələdiyyələrin fəaliyyətinin maliyyə 
təminatı kimi qəbul edilməsi onların üzərinə sosial problemlərin həll 
olunması vəzifəsini qoyur. 
Tərifdən göründüyü kimi vergi ödəyicisi mülkiyyətçi 
qismində  təqdim edilir (mülkiyyət hüququ əsasdır). Yəni 
mülkiyyətçi-vergi ödəyicisi öz mülkiyyətinin bir hissəsini vergi 
şəklində büdcəyə ödəyir.  
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən dövlət 
vergiləri (Azərbaycan Respublikasının bütün ərazisində ödənilməli 


_______Milli Kitabxana_______ 
 
44 
olan vergilər nəzərdə tutulur) dedikdə  aşağıdakı  vergi  növləri  
nəzərdə tutulur: 
1. fiziki şəxslərin gəlir vergisi; 
2.   hüquqi  şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində 
olan müəssisə və təşkilatlardan başqa); 
3.   əlavə dəyər vergisi; 
4.   aksizlər; 
5.   hüquqi  şəxslərin əmlak vergisi; 
6.   hüquqi  şəxslərin torpaq vergisi
7.   yol  vergisi; 
8.   mədən vergisi; 
9.   sadələşdirilmiş vergi. 
Dövlət vergilərinin hər il üçün tətbiq olunan dərəcələri Vergi 
Məcəlləsində müəyyən edilən dərəcələrdən yüksək ola bilməz və 
hər il Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında qanunu 
qəbul edilən zaman həmin dərəcələrə yenidən baxıla bilər. 
Vergi Məcəlləsində müəyyən edilən dərəcələr yalnız azaldıla 
bilər. Həmçinin, vergi dərəcələrinin dəyişdirilməsi (azaldılması) və 
qanunvericiliyə hər hansı bir əlavə və dəyişiklik yalnız ilin sonunda 
dövlət büdcəsi haqqında qanunun layihəsi Milli Məclisə  təqdim 
olunduğu vaxt baxıla bilər. 
Dövlət büdcəsinin (icra olunması haqqında qanun) 
mədaxilinin böyük hissəsi (84%-ə yaxın (2004-cü il) məhz 
vergilərin (və rüsumların) hesabına formalaşır.  
Vergitutma və vergi nəzarətinin hüquqi əsaslarını müəyyən 
edən Vergi Məcəlləsinə (qüvvəyə mindiyi vaxtdan) beş il ərzində 
VM-nin 6.3-cü maddəsi  əsas götürülməklə  445  əlavə  və  dəyişiklik  
edilmişdir (Məcəllədə 221 maddə vardır). Bütün bu dəyişikliklər 
(bundan başqa, Milli Məclis tərəfindən Vergi Məcəlləsinə və bir sıra 
qanunvericilik aktlarına əlavə və dəyişkliklər edilməsi barədə (əlavə 
olaraq) bir neçə qanunun imzalanması, Vergi Məcəlləsinin bir neçə 
maddələrinin Konstitusiya və  İqtisad Məhkəmələri tərəfindən  şərh 
edilməsi) bir çox hallarda vergitutma bazasına da öz təsirini 
göstərmişdir. Qeyd olunan məqamlar vergi qanunvericiliyində bir 
sıra məqamların təhlilini zəruri edir.  


_______Milli Kitabxana_______ 
 
45 
Qeyd. Ümumiyyətlə, ölkədə vergi qanunvericiliyinin 
təkmilləşdirilməsi sahəsində  tədbirlərin həyata keçirilməsi 
Yoxsulluğun Azaldılması  və  İqtisadi  İnkişaf üzrə Dövlət 
Proqramında hökumətin qarşısında duran vəzifələrdən biri kimi 
göstərilirdi. 
Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan 
Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, 
vergilərin müəyyən edilməsi, ödənilməsi və  yığılması qaydalarını, 
vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi 
münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə 
bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, 
vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi 
orqanlarının və onların vəzifəli  şəxslərinin hərəkətlərindən 
(hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. 
Vergi Məcəlləsinin  əsasında və ya onun icrası  məqsədi ilə 
qəbul edilmiş normativ-hüquqi aktlar Məcəllənin müddəalarına zidd 
olmamalıdır. 
Aşağıdakılar istisna olmaqla, vergi qanunvericiliyindən başqa 
digər qanunvericilik aktlarına vergitutma və vergi nəzarəti 
məsələləri daxil edilə bilməz: 
-
 
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində 
nəzərdə tutulan vergi münasibətlərinə aid inzibati xətalar 
haqqında müddəalar; 
11 iyul 2000-ci ildə  qəbul edilmiş Azərbaycan 
Respublikasının  İnzibati Xətalar Məcəlləsi nəzərdə 
tutulur. 
-
 
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində 
nəzərdə tutulan vergi cinayətləri haqqında müddəalar; 
14  iyul 2000-ci ildə  qəbul edilmiş Azərbaycan 
Respublikasının Cinayət-Prosessual Məcəlləsi nəzərdə 
tutulur. 
-
 
Vergi öhdəliklərinin üstünlüyü haqqında müflisləşmə  və 
iflas haqqında qanunvericilikdə 
nəzərdə tutulan 
müddəalar; 
“Müflisləşmə  və iflas haqqında” 13 iyun 1997-ci ildə 
qəbul edilmiş qanun nəzərdə tutulur. 


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə