DöVLƏt büDCƏSİ



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə2/67
tarix19.10.2018
ölçüsü1,52 Mb.
#74588
1   2   3   4   5   6   7   8   9   ...   67

_______Milli Kitabxana_______ 
 

Qanunla müəyyən edilmiş vergiləri və 
başqa dövlət ödənişlərini tam həcmdə 
və vaxtında ödəmək hər kəsin 
borcudur. 
 
Azərbaycan Respublikasının 
Konstitusiyasının 73.1-ci maddəsi.  
 
 
G İ R İ Ş 
 
Müstəqilliyin ilk illərindən başlayaraq Azərbaycan 
Respublikasında aparılan iqtisadi islahatların mühüm istiqaməti ölkə 
iqtisadiyyatının fiskal siyasətinin prioritetlərinin 
müəyyənləşdirilməsindən ibarətdir. Keçid iqtisadiyyatlı ölkələrdə 
dövlət büdcəsi sosial problemlərin həllinə və nəticə etibarı ilə sosial 
ədalətin bərpasına yönəldiyi üçün ölkədə aparılan büdcə (o 
cümlədən, vergi) siyasətini və onun son illərdə aparılan islahatlarda 
rolunu öyrənmək müasir dövrdə obyektiv zərurətdən irəli gəlir. Bu 
məsələnin həllinə yönəlmiş  təqdim edilən kitabda dövlət büdcəsi 
dövlət maliyyəsinin tərkib hissəsi olmaqla bir maliyyə planı kimi 
təhlil olunur.  
“Azərbaycan Respublikasında büdcə prosedurları” 
adlanan birinci fəsildə dövlət büdcəsinin qanunvericilik bazası təhlil 
edilir. Büdcə proseslərinin bütün mərhələləri üzrə dövlət 
strukturlarının rolu açıqlanır.  
İkinci fəsil “Dövlət büdcəsinin gəlirləri” adlanır. Dövlət 
büdcəsinin gəlirlərinin təsnifatı verilir, o cümlədən dövlət vergiləri, 
qrantlar və büdcə  gəlirlərini formalaşdıran digər daxilolmaların 
strukturu və büdcədə payı təhlil olunur.  
“Dövlət büdcəsinin xərcləri”  fəslində büdcə  məxaricinin 
maddələri büdcə  təsnifatına uyğun təsnifləşdirilir. Təsnifatın 
funksional xərclər üzrə  təhlili verilir. Büdcə  xərclərinin 
iqtisadiyyatın sahələri ilə bağlılığı, büdcə  kəsirinin daxili və xarici 
maliyyələşdirmə mənbələri göstərilir.  


_______Milli Kitabxana_______ 
 

Ümumiyyətlə, kitabın yazılmasında son dörd ilin dövlət 
büdcəsinin icrası haqqında qanunların statistikası 
əsas 
götürülmüşdür ki, bu da büdcə  və vergi qanunvericiliyinin məhz 
2001-ci ildən hazırkı dövrə  qədər  əhəmiyyətli  şəkildə 
təkmilləşdirilməsi ilə bağlıdır. 
Sonda istifadə olunan əsas anlayışların terminoloji izahı 
verilmiş, istifadə olunan  ədəbiyyat,  hüquqi-normativ aktların 
siyahısı təqdim edilmişdir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


_______Milli Kitabxana_______ 
 

Fəsil I. Azərbaycan Respublikasının  
büdcə prosedurları 
 
1.1.
 
Azərbaycan Respublikasında dövlət büdcəsinin  
qanunvericilik bazasının təhlili 
 
 
İstənilən dövlətdə büdcə prosesləri büdcə qanunvericiliyi ilə 
tənzimlənir. Azərbaycan Respublikasında büdcə qanunvericiliyi 
dedikdə Azərbaycan Respublikasının Konstitusiyası, “Büdcə sistemi 
haqqında” Azərbaycan Respublikasının qanunu, “Büdcə sistemi 
haqqında” qanuna uyğun olaraq qəbul edilən dövlət büdcəsi 
haqqında qanunlar və digər normativ-hüquqi aktlar, habelə 
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr 
nəzərdə tutulur.   
 “Büdcə sistemi haqqında” ilk qanun 1 dekabr 1992-ci ildə 
qəbul edilmiş və 2002-ci ilə qədər öz hüquqi qüvvəsini saxlamışdır. 
Lakin, ölkədə aparılan iqtisadi islahatlar maliyyə sektorunda mövcud 
proseslərə  əhəmiyyətli təsir göstərmiş  və bu, büdcə  və vergi 
məsələlərində öz əksini tapmışdır (Müvafiq qanunvericilik bazasının 
olmasına baxmayaraq, 1995-ci ilin büdcə göstəriciləri həmin ilin 
sentyabrında, 1996-cı ilin büdcəsi isə həmin ilin mart ayında qəbul 
edilmiş, 1995-ci ilin dövlət büdcəsinin icrası 1997-ci ilin mart [12], 
1996-cı ilin dövlət büdcəsinin icrası isə 9 dekabr 1997-ci ildə qəbul 
edilmişdi). Bunun nəticəsi olaraq büdcə qanunvericiliyinin dövrün 
tələbələrinə uyğunlaşdırılması  zərurəti yaranmışdı ki, bu baxımdan 
da mövcud qanunvericilikdəki boşluqları aradan qaldırmaq 
məqsədilə 18 may 1999-cu ildə Azərbaycan Respublikasının 
“Dövlət büdcəsi haqqında” xüsusi qanun qəbul edilmişdir. Qəbul 
edilmiş yeni qanun “Büdcə sistemi haqqında” qanuna kömək 
məqsədi daşıyırdı. Bu qanunun qəbul edilməsinə baxmayaraq 
“Büdcə sistemi haqqında” qanun qüvvədən düşmədi, lakin 
proseslərin tənzimləyici aləti kimi (“Büdcə sistemi haqqında” 
qanun) əhəmiyyətli sənəd funksiyasını itirdi. 
Paralel olaraq iki qanunun qüvvədə olması  həmçinin ölkədə 
bələdiyyə seçkilərindən sonra yeni yerli özünüidarəetmə 
orqanlarının yaranması, qanunvericilikdəki bir sıra boşluqlar, ölkədə 


_______Milli Kitabxana_______ 
 

aparılan iqtisadi islahatlar, maliyyə sferasında həyata keçirilən 
tədbirlər obyektiv olaraq, daha mükəmməl hüquqi-normativ sənədin 
hazırlanmasını zərurətə çevirdi.  
Bunun davamı olaraq 2 iyul 2002-ci ildə dövlət başçısı 
tərəfindən sayca ikinci olan “Büdcə sistemi haqqında” qanun 
imzalandı.  
Hazırda qüvvədə olan “Büdcə sistemi haqqında” qanun 1 
yanvar 2003-cü ildən qüvvəyə minmişdir (qanuna üç dəfə 13 may 
2003-cü ildə, 3 dekabr 2004-cü il və 5 aprel 2005-ci ildə  əlavə  və 
dəyişiklər edilmişdir) və bu qanunun qüvvəyə minməsi ilə yuxarıda 
qeyd olunan iki normativ akt öz hüquqi qüvvəsini itirmişdir.  
Büdcə qanunvericiliyinin qeyd olunan mərhələləri bir-birindən 
müxtəlif cəhətlərinə görə  fərqlənirdi. Məsələn, 1 dekabr 1992-ci il 
“Büdcə sistemi haqqında” qanun büdcəyə  aşağıdakı kimi tərif 
verirdi: Büdcə dövlətin funksiyalarının həyata keçirilməsini təmin 
etmək üçün mərkəzləşdirilmiş pul vəsaiti fondunun yaradılmasının 
və ondan istifadə edilməsinin formasıdır. 
Hazırda qüvvədə olan qanunvericilikdə büdcə - Azərbaycan  
Respublikasının müvafiq dövlət hakimiyyəti və özünüidarəetmə 
orqanları vasitəsilə dövlətə  və  bələdiyyələrə  məxsus vəzifə  və 
funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitinin yığılması 
və istifadə olunması üçün əsas maliyyə  sənədi kimi tərif verilir. 
Gördüyümüz kimi yeni tərif büdcənin mahiyyətini daha geniş 
mənada açır.  
1 dekabr 1992-ci ildə qəbul edilmiş qanunda Nazirlər Kabineti 
tərəfindən Azərbaycan Respublikasının Prezidentinə büdcə 
məktubunun layihəsi (hazırkı, büdcə  zərfi) təqdim edilirdi. Bu 
məktuba Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının əsas 
göstəriciləri,  Azərbaycan Respublikasının ərazisi üzrə toplu maliyyə 
balansı, büdcə  və vergi siyasətinin  əsas istiqamətləri, respublika 
büdcəsinin layihəsi, Azərbaycan Respublikasının birləşdirilmiş 
büdcəsinin layihəsi, Azərbaycan Respublikasının cari maliyyə ili 
üçün respublika və birləşdirilmiş büdcələrinin icrasının 
qiymətləndirilməsi kimi sənədlər daxil edilirdi. 
“Dövlət büdcəsi haqqında” növbəti qanunda büdcə layihəsi ilə 
birlikdə Milli Məclisə  təqdim edilən sənədlərin siyahısının 


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə