DöVLƏt büDCƏSİ



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə3/67
tarix19.10.2018
ölçüsü1,52 Mb.
#74588
1   2   3   4   5   6   7   8   9   ...   67

_______Milli Kitabxana_______ 
 
10 
dəqiqləşdirilməsi qanunvericiliyin təkmilləşdirilməsi kimi qəbul 
edilə bilərdi. Bu qanuna görə büdcə layihəsi ilə birlikdə cari ilin 
dövlət büdcəsinin icrasının vəziyyəti barədə hesabat, növbəti büdcə 
ili üzrə Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında qanun 
layihəsi, Azərbaycan Respublikasının növbəti büdcə ili üzrə iqtisadi 
və sosial inkişaf konsepsiyası  və proqnoz göstəriciləri, dövlət 
büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan 
məqsədli proqramlar, büdcə  və vergi siyasətinin  əsas istiqamətləri, 
Azərbaycan Respublikasının  ərazisi üzrə toplu maliyyə balansı, 
dövlət büdcəsinə daxil olmayan məqsədli dövlət fondlarının 
büdcələri haqqında qanun layihələri, büdcə təsnifatına uyğun olaraq 
növbəti büdcə ili üzrə dövlət büdcəsinin gəlirlərinin və  xərclərinin 
məbləği, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən 
digər sənədlər müzakirə olunmalı idi.  
Digər məqam, “Büdcə sistemi haqqında” 1 dekabr 1992-ci ildə 
qəbul edilmiş qanunda büdcənin vahidlik və müstəqillik prinsipləri 
aşağıdakı izahda verilmişdi:  
Büdcə sistеminin vаhidliyi tənzimləyici mədахil 
mənbələrindən istifаdə  еtmək, məqsədli və  rеgiоnаl büdcə  fоndlаrı 
yаrаtmаq, hаbеlə  mаliyyə  еhtiyаtlаrını müхtəlif səviyyəli büdcələr 
аrаsındа qismən yеnidən bölüşdürmək vаsitəsilə bütün səviyyələrdən 
оlаn büdcələrin qаrşılıqlı  əlаqəsinə  əsаslаnır və  vаhid büdcə 
təsnifаtlаrındаn və büdcə sənədləri fоrmаlаrındаn istifаdə оlunmаsı, 
birləşdirilmiş büdcələr tərtib еtmək üçün аşаğı büdcə səviyyəsindən 
yuхаrı büdcə  səviyyəsinə  lаzımi məlumаt vеrilməsi və büdcələrin 
icrаsınа dаir müntəzəm hеsаbаt vеrilməsi yоlu ilə təmin еdilir. 
Büdcələrin müstəqilliyi  оnlаrın öz mədахil mənbələrinin 
оlmаsı, bu mədахildən istifаdənin və  оnun  хərclənməsinin 
istiqаmətlərini müəyyənləşdirmək hüququ ilə təmin еdilir. 
Büdcə sistemi haqqında 2 iyul 2002-ci ildə  qəbul edilmiş 
qanunda bu prinsiplər  əvvəlki qanunda göstərilən müddəalarla 
yanaşı  büdcə sisteminin bu sistemə daxil olan büdcələrin vahid 
prinsiplər  əsasında fəaliyyətinə  və müstəqilliyinə  əsaslanması 
müddəası əlavə edilmişdi.  
Yeni sənədin (“Büdcə sistemi haqqında” qanun) digər 
üstünlükləri aşağıdakılardır: 


_______Milli Kitabxana_______ 
 
11 

 
Əvvəlki illərdə  qəbul edilmiş qanunlardan fərqli olaraq 
“Büdcə sistemi haqqında” yeni qanunda büdcə prosesləri 
zamanı istifadə olunan anlayışların izahı verilmişdir (misal 
üçün, icmal büdcə, büdcədənkənar  əməliyyatlar, sekvestr, 
dövlət borcu, toplu maliyyə balansı  və müdafiə olunmuş 
xərc maddələri anlayışları və onların terminoloji izahları ilk 
dəfə yeni qanunda öz əksini tapır); 

 
Dövlət büdcəsinin layihəsinin tərtibi prosesi və büdcə 
təqvimi ilə bağlı  məsələlərin daha aydın izah olunmasıdır. 
Belə ki, bu qanunda büdcənin layihəsinin büdcə ilinə 11 ay 
qalmış başlanması və büdcə proseslərinin mərhələləri geniş 
verilmişdir; 
Qeyd. Dövlət büdcəsinin layihəsinin hazırlanması Almaniya 
Federativ Respublikasında növbəti büdcə ilinə 6 ay, Yaponiyada – 7 
ay, Fransada – 14 ay, ABŞ – da isə - 18 ay qalmış başlanır. Büdcə 
layihəsi bir qayda olaraq icraedici hakimiyyət (Nazirlər Kabineti
AFR-də kansler, ABŞ-da Prezident) tərəfindən hazırlanır.  İcraedici 
orqan tərəfindən büdcə  təsdiq edildikdən sonra dövlət büdcəsinin 
layihəsi qanunverici orqana təqdim edilir. Ən-ənəvi  şəkildə büdcə 
layihəsi hər bir palatada ayrı-ayrılıqda (Fransada əvvəlcə  aşağı 
palatada, sonra yuxarı palatada, ABŞ, AFR-də isə hər iki palatada 
paralel olaraq) müzakirə edilir. Nəticədə büdcə dövlət başçısı 
tərəfindən imzalanır. 

 
“Dövlət büdcəsi haqqında” qanunda ehtiyat fondunda 
(“Ehtiyat fondunun vəsaitindən istifadə olunması haqqında 
Əsasnamə”nin təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 
27 mart 2000-ci il tarixli qərarı) istifadə olunmalı məbləğin 
həddi göstərilmədiyi halda yeni qanunun 6.2-cı maddəsinə 
əsasən Ehtiyat fondunda vəsaitin həcmi növbəti büdcə ilinin 
gəlirinin 5 faizindən  artıq olmamaqla və əvvəlki illərdə bu 
xərcin faktiki icrası baş verən fövqəladə halların statistikası 
nəzərə alınmaqla müəyyən edildiyi göstərilir (“Dövlət 
büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə qaydaları” 
2 iyun 2003-cü il Nazirlər Kabineti tərəfindən müəyyən 
edilir). Qanuna 5 aprel 2005-ci ildə edilən dəyişikliklərlə 
növbəti bəndlər  əlavə edildi. Ölkənin sosial-iqtisadi həyatı 


_______Milli Kitabxana_______ 
 
12 
üçün mühüm əhəmiyyət kəsb edən, lakin 
maliyyələşdirilməsinə  vəsait nəzərdə tutulmayan tədbirlər 
üçün dövlət büdcəsində  məbləği büdcə  xərclərinin 2 
faizindən çox olmamaqla Azərbaycan Respublikası 
Prezidentinin ehtiyat fondu yaradılır. Prezidentin ehtiyat 
fondunun vəsaiti ölkədə seçkilərin və referendumların 
keçirilməsinə, habelə Azərbaycan Respublikası 
Prezidentinin fəaliyyətinin təbliği məqsədilə  xərclənə 
bilməz; 
Qeyd.  Ehtiyat Fondunun yaradılması  təcrübəsi Qazaxıstan 
və Rusiya Federasiyası kimi dövlətlərin qanunvericiliklərində də öz 
əksini tapır. Rusiya Federasiyasının Büdcə Məcəlləsinə görə dövlət 
büdcəsinin tərkib hissəsi kimi dövlət büdcəsinin və prezidentin 
ehtiyat fondunun yaradılması müddəaları öz əksini tapır.  

 
“Büdcə sistemi haqqında” (ilk qanunda) və “Dövlət büdcəsi 
haqqında” qəbul edilmiş qanunda büdcə layihəsi ilə birlikdə 
büdcə  zərfində Milli Məclisə  təqdim edilmiş  sənədlərin 
siyahısı göstərilmişdi. “Büdcə sistemi haqqında” yeni 
qanunda isə  təqdim olunan sənədlərin siyahısı bir qədər 
(15-ə yaxın) artırılmışdı. Qanunda dövlət borcları və dövlət 
zəmanəti ilə digər öhdəliklərə dair məlumat, növbəti il üzrə 
icmal büdcə, növbəti büdcə ili üzrə gəlirlərin ötən ilin faktiki 
və cari ilin gözlənilən nəticələri ilə, habelə  xərclərin 
funksional, iqtisadi və  təşkilati təsnifatlar üzrə müqayisəsi, 
büdcədənkənar  əməliyyatlara dair icmal hesabat və keçən 
büdcə ilində faktiki və cari büdcə ilində gözlənilən 
maliyyələşdirmə  mənbələri barədə hesabat öz əksini 
tapmışdır; 
Qeyd.  Büdcə  zərfində Milli Məclisə  təqdim olunan bu 
sənədlərin  əsas məqsədi ölkənin başlıca maliyyə planı ilə 
iqtisadiyyatın sahələri arasında bağlılığı göstərmək, ölkədə aparılan 
iqtisadi siyasətin tərkib hissəsi olan büdcə  və vergi siyasətinin 
sosial-iqtisadi inkişafa ciddi təsir göstərməsi üçün onun iqtisadi 
göstəricilərlə kompleks təhlil olunmasıdır. 

 
Dövlət büdcəsi haqqında qanunun layihəsinin  mətbuatda 
dərc olunmasıdır. Qanunun 14-cü maddəsinə əsasən növbəti 


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə