DöVLƏt büDCƏSİ



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə4/67
tarix19.10.2018
ölçüsü1,52 Mb.
#74588
1   2   3   4   5   6   7   8   9   ...   67

_______Milli Kitabxana_______ 
 
13 
il üzrə dövlət büdcəsinin layihəsi Azərbaycan 
Respublikasının Milli Məclisinə daxil olduğu tarixdən 10 
gün ərzində mətbuatda dərc olunur; 
Qeyd.  Dövlət  büdcəsi haqqında qanunun layihəsinin 
mətbuatda dərc olunması büdcə proseslərinin  şəffaflığının 
artırılmasına yönəldilmişdir. Büdcə proseslərinin  şəffaflığının 
artırılması  məqsədilə beynəlxalq təcrübədə Beynəlxalq Valyuta 
Fondu tərəfindən 1998-ci ildə  qəbul (2001-ci ildə  əlavə  və 
dəyişiklik) edilmiş “Büdcə-vergi sferasında  şəffaflığın təmin 
olunması üzrə Tövsiyə” və “Büdcə-vergi sferasında şəffaflığın təmin 
olunması üzrə zəruri təcrübələr Məcəlləsi” tətbiq edilir. Məcəllənin 
hazırlanmasını  zəruri edən  əsas amillər kimi bir sıra ölkələrin 
təcrübəsində büdcə-vergi fəaliyyəti üzrə kompleks və etibarlı 
informasiya çatışmazlığı  nəticəsində büdcə-vergi siyasəti ilə bağlı 
vəzifələrin reallaşdırılmasında problemlərin meydana çıxması qeyd 
olunur. Məcəllədə funksiya və öhdəliklərin dəqiqliyi, informasiyanın 
ictimaiyyət üçün əlçatanlığı, büdcənin hazırlanmasının, icrasının və 
büdcə hesabatlılığının açıqlığı  və mötəbərliyin təminatı kimi 
prinsiplər öz əksini tapır.   

 
Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanunla 
təsdiq olunan əsas göstəricilərin siyahısı artırılmışdır. 
“Büdcə sistemi haqqında” (ilk qanunda) və “Dövlət büdcəsi 
haqqında” qanunlarda bu göstəricilər ümumi şəkildə 
verildiyi halda, “Büdcə sistemi haqqında” qanunda 
vergilərin dərəcələri, mənbələr üzrə qrantlar və transfertlər, 
ayrı-ayrı  gəlirlərin büdcələr arasında bölgüsü, iqtisadi 
təsnifat üzrə  xərclərin məbləği, büdcə ssudalarının ümumi 
məbləği, dövlətin üçüncü tərəf qarşısında öhdəliyinin yuxarı 
həddi, dövlət büdcəsinin müdafiə olunan xərc maddələri 
göstərilmişdir; 

 
“Büdcə sistemi haqqında” ilk qanunda dövlət büdcəsinin 
kassa icrasının Milli Bank tərəfindən aparıldığı (“Dövlət 
büdcəsi haqqında” qəbul edilmiş qanunda isə yalnız 
terminoloji izahı) göstərilirdi. Hazırkı qanunvericilikdə 
dövlət büdcəsinin kassa icrasının  dövlət xəzinədarlığı 
vasitəsilə 
həyata keçirilməsi, həmçinin dövlət 


_______Milli Kitabxana_______ 
 
14 
xəzinədarlığının dövlət maliyyəsindən istifadə sahəsində 
şəffaflığı  təmin etmək məqsədilə dövlət büdcəsindən 
maliyyələşən bütün idarə, müəssisə  və  təşkilatlar üzrə 
maliyyə  əməliyyatlarının müvafiq uçot qaydalarına uyğun 
uçotunu aparması qeyd olunur; 

 
Bu qanunla Azərbaycan Respublikasının dövlət büdcəsinin 
icrası  barədə hesabatları  və müvafiq qanun layihələrinə 
Hesablama Palatasının rəy verməsi də müəyyən edilir (ilk 
qanunvericilik aktında bu funksiyanı yəni dövlət büdcəsinin 
icrasına nəzarəti Ali Sovetin Büdcəyə 
nəzarət 
komissiyasının icra etdiyi göstərilirdi); 
Qeyd. Hesablama Palatası dövlət büdcəsi layihəsinə və dövlət 
büdcəsinin icrası haqqında qanun layihələrinə  rəy verir.  Bu isə öz 
növbəsində büdcəyə toplanan maliyyə resurslarının ünvanlı 
istifadəsi ilə bağlı konkret dövlət qurumunun nəzarət etməsi 
nəticəsində büdcə  xərclərinin istifadə olunmasının səmərəliliyinin 
qiymətləndirilməsinə şərait yaratmalıdır. 

 
Hesablama Palatasının büdcə ilə bağlı digər funksiyası 
dövlət büdcəsinin auditini aparmaqdır; 

 
Dövlət borcu və ona xidmət göstərilməsi maddəsi də bu 
qanunun yeni muddəalarındandır. Qanunun 25-ci maddəsinə 
əsasən ölkənin sosial-iqtisadi inkişaf proqramlarının yerinə 
yetirilməsini təmin etmək məqsədilə müvafiq icra 
hakimiyyətinin (Maliyyə Nazirliyi) qərarı ilə dövlətin 
təminatı  əsasında borc alına bilər. Bununla yanaşı büdcə 
gəlirlərinin həcmindən və ayırmaların səviyyəsindən asılı 
olmayaraq dövlət borcu üzrə xidmətlər (əsas borc, faiz) tam 
və vaxtında həyata keçirilməsi qeyd olunur, həmçinin faizlər 
və borclar kredit müqaviləsinə, yaxud dövlət qiymətli 
kağızlarının şərtlərinə əsasən vaxtında ödənilməlidir; 

 
Bələdiyyə  büdcələrinin tərtibi, təsdiqi, icrası  və icrasına 
nəzarətlə bağlı xüsusi fəslin verilməsidir (əvvəlki 
qanunvericilik aktlarında bələdiyyələrlə bağlı  qısa 
informasiya verilmişdi). Bələdiyyələrin dövlət hakimiyyəti 
orqanları arasında büdcə münasibətləri maddəsi xüsusilə 


_______Milli Kitabxana_______ 
 
15 
diqqəti cəlb edir. Bu maddəyə görə dövlətin yerli büdcələrə 
maliyyə dəstəyinin yolları müəyyən edilmişdir:  
a).Investisiya mühitini yaxşılaşdırmaq və  səmərəli iqtisadi 
siyasəti həyata keçirməklə istehsal və xidmət sahələrinin inkişafına 
şərait yaratmaq; 
b).Yerli sosial-iqtisadi inkişaf proqramlarını yerli büdcələrin 
vəsaiti hesabına maliyyələşdirmək mümkün olmadıqda, dövlət 
büdcəsindən dotasiya və subvensiya ayırmaq. 
“Büdcə sistemi haqqında” qanunuun tətbiq edilməsi haqqında 
fərmandan irəli gələn məsələlərdən biri də Nazirlər Kabineti 
tərəfindən “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nın təsdiq 
edilməsi idi. 24 may 2004-cü ildə (21 iyun 2005-ci il tarixli əlavə və 
dəyişikliklər edilmişdir) Nazirlər Kabineti tərəfindən “Dövlət 
büdcəsinin tərtibi və icrası Qaydaları” təsdiq edildi. Bu qaydalar 
“Büdcə sistemi haqqında” qanuna uyğun olaraq hazırlanmış  və 
Azərbaycan Respublikasının dövlət büdcəsinin tərtibi və icrasının 
təşkilati, hüquqi və iqtisadi əsaslarının prinsiplərini müəyyən edir. 
“Büdcə sistemi haqqında” qanun və Nazirlər Kabineti tərəfindən 
qəbul edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda 
qeyd olunan müddəalar büdcə qanunvericiliyinin 
təkmilləşdirilməsinə yönəldilmişdir.  
Bu qaydalarda bir sıra yeni məqamlar öz əksini tapırdı. Belə ki, 
dövlət büdcəsinin tərtibi işinin təşkilində aşağıdakı yeni müddəaları 
göstərmək olar: 
a)
 
Ortamüddətli iqtisadi və sosial inkişaf proqramı növbəti büdcə 
ili və  gələn üç il üçün ölkənin sosial-iqtisadi inkişaf 
konsepsiyasının və proqnoz göstəricilərinin xülasəsini, 
makroiqtisadi göstəricilərinin və sosial-iqtisadi siyasətinin 
prioritetlərini  əhatə edir dedikdə  həmin göstəricilərin tam 
siyahısı təqdim edilir; 
b)
 
Torpaq sahələrinin qeydiyyatını aparan orqanlar tərəfindən 
Maliyyə Nazirliyinin təlimat məktubuna uyğun olaraq təqdim 
olunan məlumatların hansılardan ibarət olduğu göstərilir; 
c)
 
Dövlət  əmlakının və torpaqların icarəyə verilməsi ilə  məşğul 
olan orqanlar tərəfindən Azərbaycan Respublikasının Maliyyə 


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə