DöVLƏt büDCƏSİ



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə6/67
tarix19.10.2018
ölçüsü1,52 Mb.
#74588
1   2   3   4   5   6   7   8   9   ...   67

_______Milli Kitabxana_______ 
 
19 
təqvim ili üst-üstə düşür. Böyük Britaniyada, Kanadada, 
Yaponiyada, Danimarka, Hindistan, İsrail, Küveyt, Malavi, Malta, 
Yeni Zelandiya, CAR-da büdcə ili 1 apreldə başlayır və növbəti ilin 
31 mart tarixinə  qədər olan dövrü əhatə edir. Amerika Birləşmiş 
Ştatlarında isə büdcə ili 1 oktyabr tarixindən (növbəti ilin) 30 
sentyabr tarixinə qədər olan dövrü əhatə edir. 
 
1.2.1. Büdcə layihəsinin tərtibi 
 
Dövlət büdcəsinin tərtibi  –  ölkənin iqtisadi və sosial 
inkişafının makroiqtisadi proqnozları, məqsədli proqramlar, 
iqtisadiyyatın sahələrinin, inzibati rayonların, mülkiyyət 
formasından asılı olmayaraq bütün müəssisələrin cari və növbəti il 
üzrə maliyyə-təsərrüfatı 
fəaliyyətinin nəticələrinin 
qiymətləndirilməsi  əsasında növbəti büdcə ili üzrə dövlət büdcəsi 
layihəsinin hazırlanması. 
Azərbaycan Respublikasının “Büdcə sistemi haqqında” 
qanununun 11-ci maddəsinə (və “Dövlət büdcəsi layihəsinin tərtibi 
və icrası” Qaydalarının 2.1-ci maddəsinə)  əsasən büdcə layihəsinin 
tərtibi prosesi büdcə ilinə 11 ay qalmış başlanır və büdcə layihəsinin 
Azərbaycan Respublikasının Milli Məclisinə  təqdim edildiyi 
günədək olan dövrü əhatə edir.  
Dövlət büdcəsi layihəsinin tərtibi prosesinə  yanvar ayının 
üçüncü ongünlüyü  ərzində Azərbaycan Respublikası Nazirlər 
Kabinetinin mətbuatda dərc olunan qərarı ilə başlanılır. 
Qeyd.  Bu  əsasda  təqdim etmək istədiyimiz misalı  nəzərdən 
keçirək. Nazirlər Kabineti “Büdcə sistemi haqqında” qanunun tətbiq 
edilməsi barədə ölkə prezidentinin 31 oktyabr 2002-ci il tarixli 
fərmanın icrasıyla  əlaqədar olaraq, 2007-ci il dövlət büdcəsi 
layihəsinin, həmçinin ölkənin iqtisadi və sosial inkişaf 
konsepsiyasının və proqnoz göstəricilərinin dövlət başçısına 
vaxtında təqdim edilməsi məqsədilə 2006-cı ilin  yanvarın 31-də 
sərəncam qəbul etmişdir. Sərəncamda  İqtisadi  İnkişaf və Maliyyə 
Nazirlikləri “Büdcə sistemi haqqında” qanunun müvafiq 
müddəalarından irəli gələn vəzifələri yerinə yetirməklə, ölkənin 
növbəti büdcə ili və  gələn üç il üçün dövlət büdcəsinin layihəsini, 


_______Milli Kitabxana_______ 
 
20 
həmçinin ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasını, toplu 
maliyyə balansını  və “Büdcə sistemi haqqında” qanunun 12-ci 
maddəsində göstərilən digər sənədləri hazırlayıb ölkə prezidentinə 
təqdim etmək üçün 2006-cı il sentyabrın 15-dək Nazirlər Kabinetinə 
təqdim etməsi qeyd olunmuşdur. Sərəncamda  İqtisadi  İnkişaf və 
Maliyyə Nazirliklərinə, həmçinin Dövlət Statistika Komitəsi, 
Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sosial Müdafiə 
və Dövlət Neft Fondlarına da bir sıra (digər) tapşırıqlar verilmişdir. 
Nazirlər Kabinetinin sərəncamı ilə 2007-ci il və sonrakı üç il üçün 
dövlət büdcəsinin və icmal büdcənin layihələrinin hazırlanması 
məqsədilə dövlət komissiyası təşkil edilmişdir. Gəlirlər (11 nəfər) və 
xərclər (15 nəfər) üzrə ayrı-ayrılıqda komissiyalar yaradılmışdır. 
Gəlirlər üzrə yaradılan komissiya 2007-ci ilin dövlət büdcəsinin 
gəlirlərinin müəyyənləşdirilməsi üçün zəruri olan qanun layihələrini 
mayın 1-dək hazırlamalıdır. 
Dövlət Statistika Komitəsi və onun müvafiq orqanları son üç 
ili və cari ilin ötən dövrünü əhatə edən statistik məlumatları cari ilin 
fevral ayının 5-dək Azərbaycan Respublikasının  İqtisadi  İnkişaf 
Nazirliyinə  və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə 
təqdim edirlər.  
Nazirlər Kabinetinin qərarına uyğun olaraq fevral ayının 
sonunadək İqtisadi İnkişaf Nazirliyi tərəfindən tərtib edilmiş ölkənin 
orta müddətli iqtisadi və sosial inkişaf proqramı  dəqiqləşdirilir və 
mart ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim edilir.  
Dəqiqləşdirilmiş ortamüddətli iqtisadi və sosial inkişaf 
proqramına müvafiq olaraq cari ilin mart ayında Maliyyə Nazirliyi 
tərəfindən növbəti il üçün ilkin ortamüddətli büdcə proqnozu 
(gəlirlər, xərclər, kəsir və maliyyələşmə) və İqtisadi İnkişaf Nazirliyi 
tərəfindən investisiya proqramı tərtib edilir. 
Cari ilin aprel ayının 15-dək növbəti il üzrə dövlət büdcəsinin 
layihəsi, büdcə-vergi siyasətinin  əsas istiqamətləri, büdcə 
təsnifatının bölmələri səviyyəsində  gəlir və  xərclərin yuxarı  həddi, 
dövlət borcları, prioritet xərclər, növbəti büdcə ili və sonrakı üç il 
üçün icmal büdcə proqnozu və Azərbaycan Respublikasının İqtisadi 
İnkişaf Nazirliyi tərəfindən investisiya proqramının ilkin layihəsi 
hazırlanaraq baxılmaq üçün Azərbaycan Respublikasının Nazirlər 


_______Milli Kitabxana_______ 
 
21 
Kabinetinə  təqdim olunur. Azərbaycan Respublikasının Nazirlər 
Kabineti layihələri  İqtisadi  İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, 
Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və digər müvafiq icra 
hakimiyyəti orqanları ilə müzakirə edir. 
Cari ilin may ayının 1-dək Maliyyə Nazirliyi tərəfindən 
növbəti il üzrə dövlət büdcəsinin layihəsi və sonrakı üç il üçün icmal 
büdcə göstəricilərinin tərtibinə dair təlimat məktubu hazırlanır və 
büdcənin tərtibində iştirak edən təşkilatlara göndərilir. Bu təlimatda 
aidiyyəti məlumatlarla yanaşı təşkilatlar və hər bölmə üzrə xərclərin 
yuxarı  həddinə, cari xərclərə dair təsdiq olunmuş normalara, 
formalara, ətraflı büdcə təklifinin müvafiq icra hakimiyyəti orqanına 
təqdim edilməsi üçün yardımçı sənədlər daxil olmaqla gəlirlərin və 
xərclərin təhlilinə (qiymətləndirilməsinə) dair məlumat verilir.  
Büdcə  təşkilatlarının maliyyələşdirilməsi müəyyən edilərkən 
onların büdcədənkənar vəsaitləri nəzərə alınır. 
Dövlət büdcəsindən maliyyə yardımları almaq istəyən 
bələdiyyələr cari ilin may ayının 1-dək  aşağıdakı  sənədləri və 
məlumatları müvafiq icra hakimiyyəti orqanına (Maliyyə Nazirliyi) 
cari ilin gözlənilən və ötən büdcəsinin faktiki nəticələri barədə 
arayış, növbəti büdcə ili üzrə yerli büdcələrin nəzərdə tutulan 
gəlirləri və  xərcləri, dövlət büdcəsindən ayrılacaq dotasiyanın və 
digər maliyyə yardımlarının həcminin  əsaslandırılması, ötən ildə 
yerli büdcənin icra vəziyyəti barədə auditor rəyi, müvafiq icra 
hakimiyyəti orqanının sorğusuna görə digər materialları  təqdim 
etməlidirlər.  
Qeyd.  Sadalanan sənədlərin siyahısından göründüyü kimi bu 
materiallarda bələdiyyələrə dövlət büdcəsindən ayrılacaq 
dotasiyanın və digər maliyyə yardımlarının həcmi 
əsaslandırılmalıdır. Ümumiyyətlə, dotasiyanın yuxarı  həddinin 
hesablanmasında bələdiyyənin  ərazisində yaşayan  əhalinin sayı  və 
ölkənin maliyyə ehtiyatlarının formalaşmasında onun xüsusi çəkisi 
və digər amillər nəzərə alına bilər. Dotasiyalar 2002-ci ildə 
bələdiyyə  gəlirlərinin 39%, 2003-cü ildə 8,7%, 2004-cü ildə isə 
10,7%-ni təşkil etmişdir.  
Dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən orqanlar və 
büdcədən maliyyələşən təşkilatlar təlimata uyğun olaraq hazırlanmış 


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə