DöVLƏt büDCƏSİ



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə7/67
tarix19.10.2018
ölçüsü1,52 Mb.
#74588
1   2   3   4   5   6   7   8   9   10   ...   67

_______Milli Kitabxana_______ 
 
22 
büdcə layihəsini cari ilin iyul ayının 1-dək müvafiq icra hakimiyyəti 
orqanına təqdim edirlər. 
Təqdim olunmuş büdcə layihələrində aşağıdakılar əks etdirilir: 
-
 
funksional və iqtisadi təsnifatın paraqrafları üzrə keçən 
ildə faktiki və cari ilin sonuna gözlənilən büdcə 
xərclərinin məbləği, Naxçıvan Muxtar Respublikası, 
ölkənin  şəhər və rayonları üzrə, habelə müvafiq icra 
hakimiyyəti orqanı  tərəfindən müəyyən edilmiş vergi 
ödəyicilərinin qrupları üzrə keçən ildə  əldə edilmiş  və 
cari ildə gözlənilən büdcə  gəlirlərinin məbləği, 
hesablanmış büdcə gəlirlərinin keçən ildə faktiki və cari 
ildə gözlənilən məbləği, büdcə  gəlirlərinin keçən ildə 
faktiki və cari ilin sonuna gözlənilən qalığı; 
-
 
funksional və iqtisadi təsnifatın paraqrafları  və 
Naxçıvan Muxtar Respublikası, respublikasının şəhər və 
rayonları üzrə keçən ildə  əldə edilmiş büdcədənkənar 
gəlirlərinin və  xərclərinin məbləği, gəlirlərinin və 
xərclərinin keçən ilin sonuna qalığı, cari ildə və növbəti 
büdcə ilində büdcədənkənar gəlirlərinin və  xərclərinin 
məbləğləri; 
-
 
funksional və iqtisadi təsnifatın paraqrafları  və 
Naxçıvan Muxtar Respublikası, respublikasının şəhər və 
rayonları üzrə, habelə müvafiq icra hakimiyyəti orqanı 
tərəfindən müəyyən edilmiş vergi ödəyicilərinin qrupları 
üzrə növbəti il üçün təklif olunan büdcə  gəlirlərinin və 
xərclərinin həcmi, ödənilməli və olan verginin və 
ödənişlərin məbləği, büdcə-vergi siyasətində  nəzərdə 
tutulmuş 
tədbirlərin qiymətləndirilməsinə dair 
göstəricilər; 
-
 
iqtisadi və funksional təsnifat, Naxçıvan Muxtar 
Respublikası, respublikasının  şəhər və rayonları üzrə, 
habelə müvafiq icra hakimiyyəti orqanı  tərəfindən 
müəyyən edilmiş vergi ödəyicilərinin qrupları üzrə 
sonrakı üç il üçün gəlirlərin və 
xərclərin 
qiymətləndirilməsi; 


_______Milli Kitabxana_______ 
 
23 
-
 
maliyyələşdirmə  mənbəyi göstərilməklə növbəti il və 
sonrakı üç il üçün iqtisadi və funksional təsnifatın 
paraqrafları üzrə investisiya proqramları üzrə  xərclərin 
həcmi. 
Avqust ayının 1-dək  İqtisadi  İnkişaf Nazirliyi tərəfindən cari 
ilin altı ayının faktiki nəticələri nəzərə alınmaqla növbəti il üzrə və 
orta müddətli makroiqtisadi göstəricilər, habelə sosial, iqtisadi və 
investisiya proqramları dəqiqləşdirilərək Maliyyə Nazirliyinə təqdim 
edilir. Müvafiq icra hakimiyyəti orqanı makroiqtisadi göstəricilərin 
dəqiqləşdirilmiş proqnozuna və hazırlanmış proqramlara əsasən 
dövlət büdcəsinin layihəsində  gəlirləri və  xərcləri yenidən 
hesablayır, zəruri hallarda müvafiq əlavələr və dəyişikliklər edir. 
Dövlət büdcəsi layihəsinin dəqiqləşdirilmiş göstəricilərini əsas 
götürməklə müvafiq icra hakimiyyəti orqanı  iyul-avqust aylarında 
dövlət büdcəsinin gəlirlərinin icrasını  təmin edən orqanlarla və 
büdcə  təşkilatları, həmçinin Naxçıvan Muxtar Respublikasının icra 
hakimiyyəti orqanları ilə, zəruri olduqda bələdiyyələrlə və mülkiyyət 
formasından asılı olmayaraq hüquqi şəxslərlə alınmış büdcə 
layihələri üzrə müzakirələr aparır. Müzakirələrin nəticələri 
protokollarla rəsmiləşdirilir.  
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət büdcəsinin 
tərtibi üçün lazım olan əsaslandırıcı materiallar və hesablamalar 
mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, habelə onların 
struktur bölmələrindən, dövlət büdcəsindən, maliyyələşdirilən 
təşkilatlardan, zərurət yarandıqda mülkiyyət və  təşkilat-hüquqi 
formasından asılı olmayaraq digər hüquqi şəxslərdən
bələdiyyələrdən və büdcədənkənar dövlət fondlarından tələb oluna 
bilər. 
Büdcədən maliyyələşən aidiyyəti nazirlik, komitə,  şirkət, baş 
idarə  və digər büdcə  təşkilatları xidmət etdikləri sahələr və  xərc 
bölmələri üzrə dövlət büdcəsinin vəsaiti hesabına 
maliyyələşdirilməsi nəzərdə tutulan məqsədli proqramlar 
hazırlamaqla, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və 
İqtisadi  İnkişaf Nazirliyi ilə razılaşdırıb  sentyabr ayının 1-dək 
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.  
 


_______Milli Kitabxana_______ 
 
24 
Qeyd.  Beynəlxalq təcrübədə dövlət büdcəsinin məqsədli 
proqramlar səviyyəsində icrasının aşağıdakı xüsusiyyətləri vardır. 
Birincisi, bu proqramlar dövlətin iqtisadi inkişaf 
strategiyasına uyğun olmalıdır.  İnkişaf etmiş ölkələrdə, bir qayda 
olaraq, ortamüddətli indikativ planlar qəbul edilir və bu planlarda 
nəzərdə tutulmuş  hədəflərə çatmaq üçün maliyyə  mənbəyi dövlət 
büdcəsinin xərcləri olan və əsas istiqamətləri ölkənin sosial-iqtisadi 
hədəfləri ilə üst-üstə düşən məqsədli proqramlar qəbul edilir. 
İkincisi, büdcə maliyyələşdirilməsinin nəticələri orta və 
uzunmüddətli dövr üzrə müəyyənləşdiridiyi üçün məqsədli 
proqramların prinsiplərinin tam mənada tətbiqi ortamüddətli dövr 
üçün münasibdir. Buna görə  də qeyd olunan büdcə metodunun 
tətbiqi paralel olaraq perspektiv büdcə planlaşdırılmasına keçidi 
şərtləndirir. Belə ki, məqsədli sosial-iqtisadi inkişaf proqramları 
orta müddətli büdcə proqnozları (bəzi hallarda orta müddətli büdcə 
planlaşdırılması  və ya sadəcə orta müddətli büdcə plan-proqnozu) 
ilə əlaqəli şəkildə və onlara uyğun hazırlanır. 
Üçüncüsü, proqramlar çərçivəsində  xərclənən vəsaitlərin 
səmərəliliyinin qiymətləndirilməsi məqsədilə bu xərclər üzərində 
ciddi maliyyə  nəzarəti aparılır və hesabatlar təqdim olunur. Bu 
hesabatlarda xərclərin səmərəliliyini qiymətləndirmək məqsədilə 
xüsusi (kəmiyyət və keyfiyyət) göstəricilər sistemi öz əksini tapır. 
Hazırda ABŞ, Fransa, Norveç, Kanada, Yeni Zelandiya, 
Danimarka,  İsveç, Finlyandiya, Böyük Britaniya və Rusiya 
Federasiyası kimi ölkələrdə haqqında danışılan metodun bu və ya 
digər formaları tətbiq edilir.  
Məqsədli proqramlar səviyyəsində dövlət büdcəsinin icrası 
zamanı aşağıdakı prinsiplər əsas götürülməlidir: 
1.
 
Maliyyə resurslarının maddələr üzrə deyil, proqramlar və ya 
strateji hədəflər üzrə icrasının təmin edilməsi
2.
 
Dövlət qurumlarının məqsədi və strateji prioritetlərinin 
proqramlara uyğunlaşdırılması; 
3.
 
Dövlət qurumlarının büdcə vəsaitlərindən istifadəsi üzərində 
nəzarət mexanizminin qurulması; 
4.
 
Büdcə prosesləri daha çox dövlət sektorunda olan müəssisə 
və təşkilatların fəaliyyəti ilə sıx bağlanır; 


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə