DöVLƏt büDCƏSİ



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə8/67
tarix19.10.2018
ölçüsü1,52 Mb.
#74588
1   ...   4   5   6   7   8   9   10   11   ...   67

_______Milli Kitabxana_______ 
 
25 
5.
 
Büdcə layihəsi müvafiq icra hakimiyyəti orqanlarına büdcə 
subyektlərinin fəaliyyətinin səmərəliliyini qiymətləndirmək imkanı 
verən göstəricilər sistemi əsasında təqdim edilir. 
Növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi və sonrakı üç 
il üçün icmal büdcənin göstəriciləri cari ilin sentyabr ayının 15-dək 
Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Nazirlər 
Kabinetinə təqdim edilir.  
Paralel olaraq Azərbaycan Respublikasının  İqtisadi  İnkişaf 
Nazirliyi sentyabr ayının 10-dək növbəti büdcə ili və gələn il üç il 
üzrə iqtisadi və sosial inkişaf konsepsiyasını  və proqnoz 
göstəricilərini, növbəti il üzrə dövlət büdcəsinin və icmal büdcəsinin, 
habelə  gələn üç il üzrə icmal büdcənin layihələrinə uyğun olaraq 
mühüm investisiya layihələrini özündə əks etdirən dövlət investisiya 
proqramlarının layihələrini, Azərbaycan Respublikasının toplu 
maliyyə balansını Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 
təqdim edir.  
Növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi və sonrakı üç 
il üçün icmal büdcənin göstəriciləri və “Büdcə sistemi haqqında” 
qanunla müəyyən edilən digər sənədlər  sentyabr ayının 25-dək 
Azərbaycan Respublikasının Prezidentinə Azərbaycan 
Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən təqdim edilir.  
Qeyd. Bu əsasda konkret misalı nəzərdən keçirək. Azərbaycan 
Respublikasının 2006-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin 
göstəriciləri, Azərbaycan Respublikasının  2006-cı il və  gələn üç il 
üzrə iqtisadi və sosial inkişaf konsepsiyası  və proqnoz göstəriciləri 
haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 
sentyabr 2005-ci il tarixli qərarı imzalanmışdır. Nazirlər Kabineti 
qərara alır Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 
əlaqədar nazirlik, komitə, idarə  və  təşkilatlarla birlikdə müvafiq 
proqramlar  əsasında hazırladığı “Azərbaycan Respublikasının 
2006-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və 
sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və Azərbaycan 
Respublikası İqtisadi İnkişaf Nazirliyinin təqdim etdiyi “Azərbaycan 
Respublikasının 2006-cı il və  gələn üç il üzrə iqtisadi və sosial 
inkişaf konsepsiyası və proqnoz göstəriciləri” bəyənilsin. Həmçinin, 
bu sənədlər və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası 


_______Milli Kitabxana_______ 
 
26 
Qanunun 12-ci maddəsində  nəzərdə tutulan müvafiq materiallar 
Azərbaycan Respublikasının Prezidentinə təqdim edilsin.  
Növbəti il üzrə dövlət büdcəsinin və icmal büdcəsinin 
layihələrinin və sonrakı üç il üçün icmal büdcənin tərtibi prosesində 
iştirak edən təşkilatlar tərəfindən qanunvericiliklə müəyyən edilən 
sənədlərin vaxtında müvafiq icra hakimiyyəti orqanına təqdim 
edilməməsi büdcənin tərtibi prosesinin pozulmasına səbəb olarsa, 
həmin təşkilatların vəzifəli  şəxsləri qanunvericilikdə  nəzərdə 
tutulmuş qaydada məsuliyyət daşıyırlar. 
 
1.2.2. Büdcə layihəsinin müzakirəsi və təsdiqi 
 
Dövlət büdcəsinin təsdiqi  –  ölkənin qanunverici orqanına 
təqdim olunan dövlət büdcəsi haqqında qanun layihəsinin 
müzakirəsi və təsdiqi. 
Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi 
ona əlavə edilmiş digər sənədlərlə birlikdə cari ilin oktyabrın 15-dən 
gec olmayaraq Azərbaycan Respublikası Konstitusiyasının 109-cu 
maddəsinin 2-ci bəndinə uyğun olaraq (Azərbaycan Respublikasının 
Prezidenti tərəfindən Azərbaycan Respublikasının dövlət büdcəsi) 
Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunur. 
Növbəti il üçün dövlət büdcəsinin layihəsi müvafiq sənədlərlə 
birlikdə Azərbaycan Respublikasının Milli Məclisinə daxil olduğu 
tarixdən 10 gün ərzində  mətbuatda dərc olunur. Növbəti büdcə ili 
üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi və təsdiqi (17 may 1996-
cı ildə qəbul edilmiş) Azərbaycan Respublikasının Milli Məclisinin 
Daxili Nizamnaməsinə  uyğun olaraq həyata keçirilir.  
Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq dövlət 
büdcəsi haqqında qanun üç oxunuşda qəbul edilir. Qəbul edilənə 
qədər büdcə layihəsi Milli Məclisin daimi komissiyalarında 
müzakirə edilir.  
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada 
Azərbaycan Respublikasının Milli Məclisinin iclasında növbəti 
büdcə ili üzrə dövlət büdcəsinin müzakirəsində icra hakimiyyəti 
orqanları iştirak edir. 


_______Milli Kitabxana_______ 
 
27 
Növbəti büdcə ili üzrə dövlət büdcəsi layihəsi Azərbaycan 
Respublikasının Milli Məclisində cari ilin dekabr ayının 20-dən gec 
olmayaraq təsdiq edilir.  
Milli Məclisdə  təsdiq edilmiş dövlət büdcəsi haqqında qanun 
Azərbaycan Respublikasının Konstitusiyasına  əsasən Azərbaycan 
Respublikasının Prezidenti tərəfindən imzalanır. 
Növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi müəyyən 
olunmuş müddət  ərzində  təsdiq olunmadıqda, müvafiq icra 
hakimiyyəti orqanı dövlət büdcəsi təsdiq olunanadək hər ay üzrə 
ötən ilin xərclərinin on ikidə biri qədərində (müdafiə olunmuş xərc 
maddələri üzrə tam) maliyyələşmənin aparılmasının müvəqqəti 
qaydalarını müəyyənləşdirir. Eyni qayda büdcədənkənar dövlət 
fondlarının idarəetmə və əməliyyat xərclərinə də şamil edilir. 
Maliyyə Nazirliyi növbəti büdcə ili üzrə dövlət büdcəsinin 
təsdiq olunmuş göstəriciləri  əsasında onun büdcə  təsnifatına uyğun 
olaraq mənbələr üzrə  gəlirlərinin və  xərclərinin rüblük, zəruri 
hallarda aylıq bölgüsünü müəyyən edir. 
Təsdiq olunmuş dövlət büdcəsinin göstəriciləri, gəlir və 
xərclərin bölgüsü Maliyyə Nazirliyi tərəfindən bir ay müddətində 
büdcə təşkilatlarına çatdırılır. 
Qeyd.  Hazırda Milli Məclisdə  fəaliyyət göstərən 11 daimi 
komissiyadan dövlət büdcəsi ilə bağlı  hər hansı bir qərarın qəbul 
edilməsinə daha çox  aidiyyatı olan - iqtisadi siyasət daimi 
komissiyasıdır (2001-ci ilə  qədər Milli Məclisdə büdcə komissiyası 
da fəaliyyət göstərirdi).  İqtisadi siyasət daimi komissiyası  dövlətin 
maliyyə və vergi siyasətinin, iqtisadi siyasətinin formalaşdırılması və 
həyata keçirilməsinə dair, habelə dövlət büdcəsinin təsdiq edilməsi 
və icrası ilə bağlı qanun və  qərar layihələri üzrə aparıcı daimi 
komissiyadır. 
İqtisadi siyasət daimi komissiyası: 
- Dövlət büdcəsi, büdcə prosesi və quruluşu, pul emissiyası, 
qiymət siyasətinin  əsasları, bank fəaliyyəti, maliyyə, 
mühasibat, sığorta, valyuta, kredit, gömrük tənzimlənməsi, 
vergi siyasəti, rüsum və ödənişlər, daxili və xarici iqtisadi 
münasibətləri, təsərrüfat fəaliyyəti, sənaye, nəqliyyat, 
rabitə, ticarət, birja, sahibkarlıq fəaliyyəti, antiinhisar 


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə