DöVLƏt büDCƏSİ



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə9/67
tarix19.10.2018
ölçüsü1,52 Mb.
#74588
1   ...   5   6   7   8   9   10   11   12   ...   67

_______Milli Kitabxana_______ 
 
28 
siyasəti sahələri üzrə qanun layihələrini hazırlayır və ya 
təqdim olunmuş qanun layihələrinə dair rəy verir; 
- yerli 
vergilərə  və ödənişlərə, yerli büdcələrə aid qanun 
layihələrini hazırlayır və ya təqdim olunmuş qanun 
layihələrinə dair rəy verir; 
-   dövlət büdcəsinə  nəzarətlə bağlı  məsələlərə baxır və 
Azərbaycan Respublikasının Milli Məclisinə  təkliflər 
verir; 
- dövlət büdcəsinin layihəsinə dair başqa daimi 
komissiyaların təkliflərinə baxır və onlar barəsində  rəy 
verir və s. 
 
1.2.3. Büdcənin icrası 
 
Dövlət büdcəsinin icrası  –  müvafiq icra hakimiyyəti 
orqanları və onların tabeliyində olan təşkilatlar (büdcə təşkilatları) 
tərəfindən dövlət büdcəsi gəlirlərinin təmin edilməsi və  xərclərin 
həyata keçirilməsi prosesi. 
Dövlət büdcəsi müvafiq icra hakimiyyəti orqanları, onların 
tabeliyindəki təşkilatlar tərəfindən dövlət xəzinədarlığı vasitəsilə icra 
edilir.  
Dövlət büdcəsindən maliyyələşən təşkilatların vəzifəli 
şəxslərin tabeliyində olan müəssisələrin həyata keçirdikləri maliyyə 
əməliyyatlarına, xərc normalarına və müvafiq maliyyə qaydalarına 
riayət etmələrinə görə  məsuliyyət daşıyırlar. Bu qaydalara riayət 
etməyən, o cümlədən vəsaitin hərəkətinə  və istifadəsinə dair 
məlumatı  təqdim etməyən, həmin vəsaitin təyinatını  dəyişən büdcə 
təşkilatlarına qarşı qanunvericilikdə  nəzərdə tutulmuş  tədbirləri 
həyata keçirə bilər. Dövlət büdcəsinin gəlirlərinin icrasını  təmin 
edən orqanlar müəyyən edilmiş formalara uyğun olaraq aylıq, rüblük 
və ilin əvvəlindən artan yekunla gəlirlərin təsnifat üzrə hesabatları 
müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər. 
Büdcə təşkilatları və dövlət büdcəsindən maliyyə yardımı alan 
təşkilatlar həmin vəsaitlərdən istifadə barədə müəyyən olunmuş 
qaydada aylıq, rüblük və ilin əvvəlindən artan yekunla funksional, 


_______Milli Kitabxana_______ 
 
29 
iqtisadi və təşkilati təsnifat üzrə hesabatları müvafiq icra hakimiyyəti 
orqanlarına təqdim edirlər.   
Zərurət yarandıqda müvafiq icra hakimiyyəti orqanları  təsdiq 
olunmuş büdcə ayırmaları  həddində, bölmələrin xərc maddələri və 
funksional təsnifatın paraqrafları  səviyyəsində iqtisadi təsnifatın 
yarımmaddələri arasında müvafiq dəyişikliklər də edə bilər. 
Qeyd etməliyik ki, dövlət büdcəsinin icrası ilə yanaşı dövlət 
büdcəsinin kassa icrası da vardır. Dövlət büdcəsinin kassa icrası 
dedikdə büdcə  gəlirlərinin büdcəyə daxil olmasını  və  xərclərinin 
büdcə  təsnifatına uyğun olaraq xəzinədarlıq vasitəsilə ünvanlı 
istifadəsini təmin edən icra mexanizmi başa düşülür. 
Dövlət büdcəsinin kassa icrası dövlət xəzinədarlığı vasitəsilə 
həyata keçirilir. Dövlət xəzinədarlığı dövlət maliyyəsindən istifadə 
sahəsində  şəffaflığı  təmin etmək məqsədilə dövlət büdcəsindən 
maliyyələşən bütün idarə, müəssisə  və  təşkilatlar üzrə maliyyə 
əməliyyatlarının müvafiq uçot qaydalarına uyğun uçotunu aparır. 
Dövlət büdcəsinə bütün daxilolmalar və ödəmələr, 
büdcədənkənar dövlət fondları, dövlət təminatı ilə alınmış kreditlər 
üzrə  əməliyyatlar və digər dövlət  əməliyyatları qanunvericiliklə 
müəyyən edilmiş qaydalara uyğun olaraq dövlət xəzinədarlığı 
tərəfindən ödənilir. 
Büdcə  təşkilatlarının satın aldığı mallara, qəbul etdiyi iş  və 
xidmətlərə görə dövlət xəzinədarlığı  tərəfindən qabaqcadan dövlət 
(büdcə) öhdəlikləri götürülür və bu öhdəliklər çərçivəsində 
satınalmalardan yaranan kreditor borcları  xəzinədarlıq tərəfindən 
ödənilir.  
Dövlət büdcəsinin icrası prosesində  qəbul edilmiş öhdəliklər 
üzrə  əməliyyatlar büdcə ili qurtardıqdan sonra həyata keçirilə 
bilməz. Belə öhdəliklər üzrə ödəmələr növbəti büdcə ilindəki 
ayırmalar hesabına təmin olunur. 
İlin sonuna bütün xəzinə hesablarının qalıqları dövlət 
büdcəsinin vahid xəzinə hesablarına (məqsədli təyinatlı 
maliyyələşmələr istisna olmaqla) köçürülür və həmin vəsait növbəti 
ilin aidiyyəti büdcə  xərclərinin ödənilməsinə  və dövlət büdcəsinin 
kəsirinin maliyyələşdirilməsinə yönəldilə bilər.  


_______Milli Kitabxana_______ 
 
30 
Azərbaycan Respublikası Vergi Məcəlləsində (22-ci maddə) 
nəzərdə tutulan vergi orqanlarının maddi həvəsləndirmə  və inkişaf 
fonduna vəsaitin ayrılması  həmin ilin vergi daxilolmalarının 
azaldılmasının hesabına həyata keçirilir.  
Dövlət xəzinədarlığının öhdəsində olan nağd pul vəsaiti onun 
vahid hesabında müvafiq icra hakimiyyəti orqanı  tərəfindən 
müəyyən edilmiş müvəkkil banklarda saxlanılır.  
Vahid xəzinə hesabının idarə edilməsinin və bu hesabdan 
vəsaitin silinməsinə  sərəncam verilməsinin müstəsna səlahiyyəti 
dövlət xəzinədarlığına məxsusdur. Dövlət xəzinədarlığının razılığı 
olmadan bu hesabdan hər hansı formada vəsaitin köçürülməsi və ya 
götürülməsi qadağandır. 
Büdcə  təşkilatları  əldə etdikləri büdcə  və büdcədənkənar 
gəlirləri tam həcmdə  və vaxtında vahid xəzinə hesabına 
köçürməlidirlər. 
Dövlət büdcəsinin icrasına dair hesabatın layihəsi və icmal 
hesabat müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanır. 
Qeyd.
 
Büdcə  təşkilatları  tərəfindən (işlərin və xidmətlərin) 
satın alınması Azərbaycan Respublikasının “Dövlət satınalmaları 
haqqında” qanunu ilə 
tənzimlənir. Qanun Azərbaycan 
Respublikasında dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati 
əsaslarını müəyyənləşdirir, satınalmalar zamanı dövlət vəsaitindən 
səmərəli və  qənaətlə istifadə edilməsi, müsabiqə  və  aşkarlıq 
əsasında bütün malgöndərənlərə (podratçılara) bərabər rəqabət 
mühiti yaradılması prinsipləri və qaydalarını müəyyən edir. Qanun 
Azərbaycan Respublikasında dövlət müəssisə  və  təşkilatları 
(idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox 
olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin, xidmətlərin) 
dövlət vəsaitləri, dövlətin aldığı  və dövlət zəmanəti ilə alınmış 
kreditlər və qrantlar hesabına satın alınmasına şamil edilir.  
2005-ci ildə dövlət büdcəsinin vəsaiti hesabına 3583 müsabiqə 
həyata keçirilmişdir. Satınalma prosedurlarında tender predmetinin 
ehtimal olunan qiyməti 2 
000 mlrd. AZM məbdəğində 
müəyyənləşdirilərək, dövlət vəsaitinin 161,9 mlrd. AZM və ya 8% 
qənaət olunmuşdur. 
 


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə