Dövlət büdcəsinin əsas parametrləri; Dövlət büdcəsinin əsas parametrləri



Yüklə 445 b.
tarix04.11.2017
ölçüsü445 b.
#8245



Dövlət büdcəsinin əsas parametrləri;

  • Dövlət büdcəsinin əsas parametrləri;

  • Tendensiyalar və meyllər;

  • Prosedur məsələləri;

  • Nəticə və təkliflər.



2011-ci ilin dövlət büdcəsi haqqında qanuna əsasən gələn ilin dövlət büdcəsinin gəlirləri 12.061 milyard manat nəzərdə tutulur ki, bu da həmin ilin ÜDM-nin 30%-ni təşkil edəcək. Dövlət büdcəsinin mədaxil hissəsində vergi gəlirlərinin 2010-cu ilin proqnoz göstəriciləri ilə müqayisədə 2011-ci ildə 2.5 faiz bəndi azalıb.

  • 2011-ci ilin dövlət büdcəsi haqqında qanuna əsasən gələn ilin dövlət büdcəsinin gəlirləri 12.061 milyard manat nəzərdə tutulur ki, bu da həmin ilin ÜDM-nin 30%-ni təşkil edəcək. Dövlət büdcəsinin mədaxil hissəsində vergi gəlirlərinin 2010-cu ilin proqnoz göstəriciləri ilə müqayisədə 2011-ci ildə 2.5 faiz bəndi azalıb.

  • ARDNF-dən dövlət büdcəsinə transfertlər 9.6% artaraq 6.480 milyard manatla büdcənin əsas gəlir mənbəyinə çevrilmişdir.

  • Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin xərcləri 12 748 milyard manat məbləğində təsdiq edilib.

  • Hesablamalar göstərir ki, dövlət büdcəsinin qeyri-neft gəlirlərinin qeyri-neft ÜDM-lə müqayisədə xüsusi çəkisində də azalma meyli vardır.

  • 2011-ci il üçün büdcə tərtibi zamanı hesablamalar neft gəlirləri 1 barel üçün 60 ABŞ dolları ilə, manatın məzənnəsi isə 0.8 manat olmaqla aparılmışdır.



  • Büdcənin formalaşmasında ARDNF-nin transfertlərinin hesabına yaranan təminat fiskal dayanıqlılıq riskini getdikcə artırır;

  • DSMF-nin dövlət büdcəsindən asılılığı çoxalır;

  • Əhəmiyyətli vergi növləri üzrə mədaxildə azalma gözlənilir;

  • Dövlət büdcəsi ilə büdcədənkənar və büdcədaxili fondların münasibəti qeyri-müəyyən olaraq qalır;

  • Büdcə təsnifatı üzrə məzmunu tam açılmayan istiqamətlərə yönəlmiş və ya təyinatsız qalan xərclərin payı artır;

  • Dövlət proqramlarının icrası ilə dövlət büdcəsi arasında qarşılıqlı əlaqə zəifləyir;

  • Regionların büdcə gəlirlərinin formalaşmasında rolu azalır;

  • “Açıq Büdcə İndeksi 2010” ölkəmizdə büdcə şəffaflığının problemli olduğunu göstərir;

  • Hesablama Palatası büdcə rəqəmlərinin «quru» təhlilini aparır;

  • Parlamentin büdcə müzakirəsinin formallığı çoxalır.



Tədqiqatlar göstərir ki, büdcənin formalaşmasında ARDNF-nin transfertlərinin hesabına yaranan təminat fiskal dayanıqlılıq riskini getdikcə artırmaqdadır. Vergilər Nazirliyi üzrə proqnozlaşdırılan daxilolmaların 40%-ə yaxınının neft sektorunun payına düşməsi, eləcə də DNF-nun büdcə gəlirlərindəki xüsusi çəkisinin artımı qeyri-neft sektoru ilə əlaqəli ödəmələri arxa plana keçirməkdədir.

  • Tədqiqatlar göstərir ki, büdcənin formalaşmasında ARDNF-nin transfertlərinin hesabına yaranan təminat fiskal dayanıqlılıq riskini getdikcə artırmaqdadır. Vergilər Nazirliyi üzrə proqnozlaşdırılan daxilolmaların 40%-ə yaxınının neft sektorunun payına düşməsi, eləcə də DNF-nun büdcə gəlirlərindəki xüsusi çəkisinin artımı qeyri-neft sektoru ilə əlaqəli ödəmələri arxa plana keçirməkdədir.

  • Trend təhlilləri nəticəsində məlum olmuşdur ki, əgər 2008-ci ildə büdcə gəlirlərinin formalaşmasında Vergilər Nazirliyinin töhfəsi 52,9% təşkil edirdisə, 2011-ci ildə bu mənbədən qoyuluşun 36,6%-ə enməsi, əksinə müqayisə olunan dövr ərzində Neft Fondunun büdcə gəlirlərindəki payının 35,3%-dən 53,7%-ə qədər artması proqnozlaşdırılır.





















  • 2011-ci ilin dövlət büdcəsi haqqında qanuna əsasən gələn ilin dövlət büdcəsinin gəlirlərinin artım tempinin əsasən ARDNF-nin transferləri hesabına təminatı fiskal dayanıqlılığı riskini çoxaldır.

    • MBQ “fond-büdcə” münasibətləri üçün ciddi əsaslara söykənən maliyyə siyasəti direktivinin (fiscal policy guideline) qəbul edilməsini və transferlərin ARDNF aktivlərinin 30%-i həcmində limitləşdirilməsini məqsədəuyğun hesab edir. MBQ təklif edir ki, uzunmüddətli dövr üçün neft və qaz gəlirləri hesabına xərclərin proqnozlaşdırılması zamanı dəyişməz real xərclər prinsipi əsas götürülsün və bu strategiyanın əhatə etdiyi dövr ərzində nəzərdə tutulan xərclər üçün illik limit müəyyənləşdirilsin.
  • 2011-ci ilin büdcəsində hüquqi şəxslərin mənfəət vergisi üzrə daxilolmaların dövlət büdcəsinin vergi gəlirlərinin formalaşmasında əhəmiyyətli mövqeyini itirməsi, xüsusilə də iri vergi ödəyicilərinin üzərinə kreditor və debitor borclarının tənzimlənməsi və onun ödənilməsi sahəsində mövcud olan problemlərin nəticəsi kimi qiymətləndirilir.

    • MBQ büdcə gəlirlərinin təminatında birbaşa vergi gəlirlərinin yığım əmsalını artırmaq, vergi inzibatçılığını təkmilləşdirmək, vergi borclarının yaranma mənbələrini araşdırmağı tövsiyə edir.


  • Tədqiqatlar göstərir ki, dövlət büdcəsinin ARDNF-dən asılılığının artdığı kimi, Dövlət Sosial Müdafiə Fondunun da dövlət büdcəsindən asılılığı tendensiya halına çevrilir.

    • MBQ bu narahatçılığı bölüşərək, ARDNF-dən dövlət büdcəsinə transfer limiti tətbiq olunmaqla yanaşı, sığorta-pensiya sisteminin tətbiqi ilə əlaqədar olaraq dövlət proqramının icrasında nəzərdə tutulan islahat xarakterli tədbirlər (qeyri-dövlət pensiya fondunun yaradılması və s.) sürətləndirilməsini təklif edir.
    • MBQ hökuməti dövlət büdcəsi daxilində məqsədli fondlar yaradılarkən onların təyinatını büdcə sənədlərində dəqiq ifadə etməyə və onların büdcə daxilində əlavə yükə çevrilməməsi üçün tədbirlər görməyə çağırır. Habelə hesab edir ki, “Məqsdəli büdcə fondları” haqqında əlavə tənzimləyici qanun layihəsi və təlimatların işlənib hazırlanması zərurəti vardır.
  • 2011-ci ilin büdcəsində təsnifatlar vasitəsi ilə açılmayan xərclərin payı əvvəlki illərə nisbətdə artmaqda və detallı büdcə informasiyalarına çıxış məhdurlaşmaqdadır.

    • MBQ məqsədli büdcə proqramları vasitəsilə təhsil və səhiyyə sahəsində xərclərin bölüşdürülməsi istiqamətində təşəbbüsləri alqışlayır və eyni zamanda mövcud proqram təsnifatının daha detallı tədimatnı və onun digər xərc maddələri üzrə də tətbqini məqsəduyğun hesab edir.


  • MBQ 2011-ci ilin büdcə zərfində təsnifatı və təyinatı bilinməyən “əsas bölmələrə aid edilməyən xərclər”in 2010-cu il üzrə dürüstləşdirilmiş büdcə ilə müqayisədə 78 faiz artırılmasından və bu bölmə üzrə xərclərin növbəti ilin dövlət büdcəsində xüsusi çəkisinin 15%-ə qədər artırılaraq ikinci böyük xərc maddəsinə çevrilməsi praktikasının, büdcə vəsaitlərinin gizlədilərək, mənimsənilməsinə yol açacağından narahatlığını bildirir və bu bölmə üzrə xərcləmərin istiqamətlərinin Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyənləşdirilməsini təklif edir.

  • MBQ Azərbaycan Respublikasında həyata keçirilən dövlət proqramları icrası ilə dövlət büdcəsi arasında qarşılıqlı əlaqənin zəifliyini qeyd edərək, onların icrası vəziyyətinin dövlət büdcəsi ilə optimal əlaqələndirilməsinin və büdcə siyasətinə mümkün təsirlərinin araşdırılmasını tövsiyə edir.

  • Mərkəzləşdirilmiş və yerli büdcə gəlir və xərclərinin strukturunun regionların inkişafı ilə bağlı olan və digər dövlət proqramlarının icrası aspektindən təhlili göstərir ki, ölkədə regionalr arasında olan iqtisadi inkişaf və böyümə fərqi (disbalans) qalmaqda davam edir. Hesablamalar göstərdi ki, regionlar büdcə gəlirlərinin yalnız 2.7%-ni verirlər. Odur ki, MBQ fiskal və inzibati idarəetmə sahəsində mərkəzsizləşdirmə siyasətinin genişləndirilməsini tövsiyə edir.



  • Araşdırmalar göstərdi ki, dövlət büdcəsinin bütün fiskal parametrləri kimi büdcə kəsirinin də proqnozlaşdırılmasında problem var. Bu həm büdcənin icrasındakı qüsurlar, həm də hökümətin iqtisadi blokundakı ümumi proqnozlaşdırma bazasının zəif olması ilə əlaqədardır. Eyni zamanda, hökumətin büdcə kəsirini orta müddətli dövrdə necə idarə etmək, onu illik və ya iqtisadi tsikllərə uyğun balanslaşdırmaq siyasəti demək olar ki, yoxdur.

    • MBQ hesab edir ki, hökümət borclanma siyasəti ilə ümumi fiskal siyasəti mütləq uzlaşdırmalıdır.
  • MBQ parlamentdə büdcə prosesinin reqlamentləşdirilməsi baxımından təkmilləşdirilməyə ehtiyacın artdığını qeyd edir və yaranmış hüquqi boşluğu doldurmağa, həmçinin bu prosesi daha dəqiq tənzimləmək üçün Milli Məclisi “Büdcə Məcəlləsi”nin qəbuluna və bu sahədə MBQ ekspertləri ilə əməkdaşlığa dəvət edir.

  • MBQ hesab edir ki, Hesablama Palatasının rəyləri və audit hesabatları bütün büdcədənkənar fondları əhatə etməli, Hesablama Palatası Dövlət Neft Fondunun büdcəsinə dair rəylər hazırlamalı və açıqlamalıdır.

  • MBQ hesab edir ki, büdcə prosesində ictimai iştirakçılığı genişləndirmək məqsədilə hər il “Vətəndaş büdcəsi” (citizens budget) və “Büdcə öncəsi bəyanat” (pre-budget statement) hazırlanmalı və yayılmalıdır. Dövlət büdcəsi üzrə qanun layihələrinin, aralıq büdcə hesabatlarının və icra olunmuş büdcə üzrə hesabatların məzmunu və əhatəliliyi daha da zənginləşdirilməlidir.



Yüklə 445 b.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə