DöVLƏT Əmlakinin öZƏLLƏŞDİRİLMƏSİ haqqinda yeni qanunveriCİLİK: yeniLİKLƏR, yeni VƏ yeni olmayan problemləR



Yüklə 56,79 Kb.

tarix04.04.2018
ölçüsü56,79 Kb.


DÖVLƏT  ƏMLAKININ ÖZƏLLƏŞDİRİLMƏSİ HAQQINDA YENİ QANUNVERİCİLİK: 

YENİLİKLƏR, YENİ VƏ YENİ OLMAYAN PROBLEMLƏR  

RƏŞİD HAJIYEV, 

 

Milli İnkişaf Proqramları Mərkəzi, hüquqşünas 



 

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası qanununun və “Azərbaycan 

Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın təsdiq edilməsi barədə 

Azərbaycan Respublikası prezidentinin fərmanının qəbul olunması ilə ölkədə formal olaraq özəlləşdir‐

mənin ikinci mərhələsi elan olundu.  əlbəttə, bu normativ aktların qəbulunu öz‐özlüyündə özəlləşdirmə 

prosesinin yeni mərhələsinin başlaması kimi qiymətləndirmək sadəlöhvlük olardı. Nə yeni qanun, nə də 

ki, II Dövlət Proqramı onların qəbulundan sonra aparılacaq özəlləşdirməni əvvəlki dövrdəki  özəlləşdir‐

mədən ciddi fərqləndirə biləcək yeni müddəalar müəyyən etmir. Özəlləşdirmənin aparılma metodları 

(üsulları) sırasına əlavə edilən dövlət müəssisələrinin fərdi layihələr üzrə özəlləşdirilməsi və dövlət mü‐

əssisələrinin müflis elan olunmaqla satışı istisna olunmaqla yeni qanunvericilik əvvəlkinin heç də tam ol‐

mayan təkmilləşdirilmiş, dəqiqləşdirilmiş yeni variantıdır.  Lakin bütün bu yeniləşdirmələrə baxmayaraq 

yeni qanunvericilik özəlləşdirmənin əvvəlki dövründə mövcud olan çox ciddi hüquqi problemlərin heç 

də hamısını aradan qaldıra bilməmişdir. 

 

Yeni qanunvericilik əvvəlkindən nə ilə fərqlənir? Özəlləşdirmə prosesinə hansı yeniliklər gətirmişdir? 



Həll etdiyi və həll edə bilmədiyi hansı problemlər vardır? Məqalədə özəlləşdirmənin hüquqi aspektləri 

ətrafında yeni qanunun və Dövlət Proqramının ayrı‐ayrı müddəalarını təhlil etməklə bu suallara cavab 

verməyə çalışacağıq. 

 

Dövlət əmlakının özəlləşdirilməsi haqqında yeni qanun əvvəlkindən hüquqi texnika baxımından daha 



təkmil hesab oluna bilər. Burada istifadə olunan anlayışların tərifi daha aydın verilir. Bu, qanunun tam və 

dəqiq anlaşılmasına, ondan düzgün istifadə olunmasına kömək edir, qanunun müddəalarının sonradan 

əlavə şərhinə ehtiyacı aradan qaldırır. Bu nailiyyət əvvəlki qanunun

  



qəbulundan keçən dövr ərzində özəlləşdirmə haqqında qanunvericiliyin inkişafı, təcrübədən keçərək də‐

qiqləşməsi və zənginləşməsi ilə bağlıdır. 

 

əvvəlki Dövlət Proqramı (“Azərbaycan Respublikasında 1995‐1998‐ci illərdə dövlət mülkiyyətinin özəl‐



ləşdirilməsinin Dövlət Proqramı”) parlament tərəfindən qəbul olunmuşdu. Yeni Dövlət Proqramı parla‐

ment tərəfindən deyil, AR prezidenti tərəfindən qəbul olunmuşdur və “dövlət əmlakının özəlləşdirilmə‐

sinin II Dövlət Proqramı” adlanır. Öz mahiyyətinə görə bu sənədin proqram adlandırılması uğurlu hesab 

oluna bilməz. Özəlləşdirmə haqqında yeni qanunun özü belə Dövlət Proqramını müəyyən dövr üçün 

dövlət əmlakının özəlləşdirilməsinin həyata keçirilməsində öncüllükləri (prioritetləri) müəyyən etməli 

olan sənəd adlandırır.  Lakin Dövlət Proqramının məqsədlərini açıqlayan preambulasında nə onun həya‐

ta keçirilməsinin hər hansı müddəti, nə də ki hər hansı konkret məsələlərin həyata keçirilməsi ilə bağlılığı 

müəyyən olunub. Bu normativ aktın dövlət əmlakının özəlləşdirilməsinin hüquqi bazasını təşkil edən hü‐

quq normalarının bir hissəsinin sadəcə toplusu sayılması daha düzgün olardı. 

 

Yeni qanunvericilik dövlət özəlləşdirmə çeklərinin və opsionlarının tədavül müddətini 2002‐ci il yanva‐



rın 1‐dək uzadır. Çeklə özəlləşdirmənin həyata keçirildiyi daha uzun müddət ərzində çeklərin çox cüzi 

bir hissəsinin özəlləşdirmədə istifadə olunduğunu nəzərə alsaq artırılmış müddətdə çeklərin istifadə olu‐

nub qurtarması perspektivi olduqca dumanlı görünür. Özəlləşdirmənin bu tempi ilə çeklərin tədavülü‐

nün müddətini yenidən artırmaq lazım gələcəyi şübhə doğurmur. 

 

Qanunun  6‐cı maddəsi dövlət əmlakını özəlləşdirmə baxımından aşağıdakı növlərə bölür: 



 

‐ özəlləşdirilməsi qadağan olunan əmlak; 

 

‐ 

özəlləşdirilməsi barədə qərar qəbul edilən anadək dövlət mülkiyyətində saxlanılan əmlak; 



 

‐ 

müvafiq icra hakimiyyəti orqanının qərarı ilə özəlləşdirilən əmlak; 



 

‐ dövlət əmlakı satıcısının qərarı ilə özəlləşdirilən əmlak. 

 



Qanunun elə həmin maddəsində özəlləşdirilməsi qadağan olunan əmlak növləri göstərilir. AR preziden‐

tinin və Dövlət əmlakı Nazirliyinin qərarı ilə özəlləşdirilən dövlət əmlakı növləri Dövlət Proqramının 

müvafiq olaraq 2.2‐ci və 2.3‐cü bəndləri ilə müəyyən olunur. Nə qanunda, nə də ki, Dövlət Proqramında 

özəlləşdirilməsi barədə qərar qəbul edilən anadək dövlət mülkiyyətində saxlanılan əmlakın nədən ibarət 

olduğu və təsnifatın bu elementinin nədən irəli gəldiyi göstərilir. 

 

Yeni qanun özəlləşdirmənin gedişinə dövlət və ictimai nəzarətin təmin olunmasını qanunun əsas prinsip‐



lərindən biri elan edir. Lakin qanun və Dövlət Proqramı özəlləşdirmənin gedişinə dövlət nəzarətinin tə‐

min olunması ilə bağlı tədbirlər nəzərdə tutsa da ictimai nəzarətin nədən ibarət olacağı, hansı qaydada 

həyata keçiriləcəyi və necə təmin olunacağı barədə heç bir  müddəa müəyyən etmir. Özəlləşdirmənin ge‐

dişinə ictimai nəzarətin özəlləşmə zamanı qanunçuluğa əməl olunması və şəffaflığın təmin edilməsi, elə‐

cə də özəlləşdirməyə ictimai inamın formalaşması baxımından çox əhəmiyyətli olduğuna baxmayaraq 

yeni qanunvericilik aktları bu məsələdən yan keçir. 

 

Yeni normativ aktlar dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsaitin 25 %‐inin dövlət əmlakı‐



nın özəlləşdirilməsi prosesində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı in‐

formasiya təminatının təşkili və müəssisələrin özəlləşməqabağı sağlamlaşdırılması üçün Dövlət əmlakı 

nazirliyinə verilməsini nəzərdə tutur. Sağlamlaşdırma ilə bağlı vəsaitin hansı meyarlara əsasən xərclə‐

nəcəyi, onun səmərəliliyini təmin edəcək vasitələr yeni qanunvericilik aktlarında göstərilmir. Lakin sağ‐

lamlaşdırma ilə bağlı məsələni bir kənara qoysaq belə bir vəsaitin Dövlət əmlak Nazirliyinə ayrılması bir 

sıra problemlərin həllinə kömək edir. Müstəqil maliyyə məsləhətçilərinin xidmətlərindən istifadə bir çox 

hallarda, xüsusilə iri dövlət müəssisələrinin özəlləşdirilməsində olduqca zəruridir. əvvəllər belə bir vəsai‐

tin Dövlət əmlak Komitəsində olmaması səbəbindən çox zaman maliyyə məsləhətçilərinin xidmət haqları 

özəlləşdirilən müəssisənin alıcıları tərəfindən ödənilirdi. Dövlət əmlak Nazirliyinə ayrılan vəsaitin təyi‐

natı ilə bağlı digər bir məsələni qeyd etmək yerinə düşərdi. Dövlət əmlakının özəlləşdirilməsi, idarə olun‐

ması, icarəyə verilməsi və s. məsələlərdə Dövlət əmlak Nazirliyi mülki hüquqi əqdlərin tərəfi kimi çıxış 

edir. Təbii olaraq, çoxlu sayda mülki əqdlərin iştirakçısı kimi onun hüquq və vəzifələri, məsuliyyəti halla‐

rı meydana çıxır. Təcrübədə çoxlu elə hallar var ki, bu orqanın mülki əqdlər üzrə öz vəzifələrini yerinə 



yetirməməsi səbəbindən ona qarşı iddialar qaldırılır və məhkəmələr tərəfindən təmin olunur. Lakin bu 

qanuni tələblər Dövlət əmlak Nazirliyinin dövlət

 

 

büdcəsindən maliyyələşən təşkilat olması və həmin tələbləri yerinə yetirmək üçün müvafiq vəsaitinin ol‐



maması səbəbindən yerinə yetirilə bilmir. əvvəlki qanunvericilikdə mövcud olan və həmin əqdlərin işti‐

rakçılarının hüquqlarının kobud şəkildə pozulması hallarını yaradan bu çatışmazlığı yeni qanunvericilik 

də aradan qaldırmır. Dövlət əmlakının satıcısı öz öhdəliklərini təmin edə bilən vəsaitə malik olmalı və bu 

vasait çatmadıqda tələblərin dövlət büdcəsindən ödənilməsi mexanizmi müəyyən olunmalıdır. 

 

Yeni qanunvericilik özəlləşdirmənin metodlarının (üsullarının) dairəsini genişləndirmişdir. əvvəlki qa‐



nunvericilikdə müəyyən olunan metodlar (özəlləşdirilən dövlət müəssisələrinin əmlakının əmək kollekti‐

vi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı, dövlət əmlakının ixtisaslaşdırılmış çek hər‐

raclarında satışı, dövlət əmlakının adi pul hərraclarında satışı, dövlət əmlakının investisiya müsabiqəsi 

vasitəsi ilə satışı, icarəyə verilmiş dövlət əmlakının satışı) sırasına dövlət müəssisələrinin fərdi layihələr 

üzrə özəlləşdirilməsi, dövlət əmlakının ixtisaslaşdırılmış pul hərraclarında satılması, dövlət müəssisələri‐

nin müflis elan olunması yolu ilə satışı üsulları əlavə edilmişdir. Qanunda Dövlət Proqramı da dövlət 

müəssisələrinin fərdi layihələr üzrə özəlləşdirilməsi metodunun hər hansı xüsusi fərqləndirici əlamətini 

müəyyən etməyərək bu işi sonrakı normativ hüquqi aktlara saxlayır. Dövlət müəssisəsinin hərrac vasitəsi 

ilə satışı baş tutmadıqda və ya dövlət müəssisələrinin özəlləşdirilməsinə hazırlıq mərhələsində onun ödə‐

mə qabiliyyətinin olmadığı müəyyən olunarsa bu müəssisələr müvafiq olaraq AR prezidenti və özəlləş‐

dirməyə nəzarət edən dövlət komissiyası tərəfindən müflis elan edilə bilər. II Dövlət Proqramına görə, 

müflis elan edilmiş müəssisənin əmlakının satışından əldə olunan vəsaitin bir hissəsi borcların ödənilmə‐

sinə yönəldilir. əldə olunan vəsaitin yalnız bir hissəsinin müflis müəssisənin borclarının ödənilməsinə yö‐

nəldilməsi barədəki müddəa AR Mülki məcəlləsinə və “Müflisləşmə və iflas haqqında” AR qanununa 

ziddir. Müflis elan olunan müəssisənin təminatlı borcları ödənildikdən sonra yerdə qalan vəsaitdən mül‐

kiyyətçi yalnız altıncı növbədə, bütün əvvəlki növbədəkilərin hüquqları tam təmin edildikdən sonra pay 

almaq hüququna malikdir. 

 



Yeni qanunvericilik habelə əvvəlki metodların tətbiqi qaydalarında da dəyişikliklər etmişdir. əmək kol‐

lektivi üzvləri və onlara bərabər tutulan şəxslərin özəlləşmədə iştirakı qaydaları bir qədər dəyişdirilmiş‐

dir. əvvəlki qanunvericiliyə görə, kiçik müəssisələrin özəlləşdirilməsi zamanı əmək kollektivi üzvlərinə 

güzəştli satış müəssisənin nizamnamə fondunun 15 faizinin nominal dəyəri ilə çeklərlə dəyişdirilməsi  

yolu ilə həyata keçirilirdi. Bu zaman çeklərin “qara bazar”da müəyyənləşən qiyməti əsas götürülürdü və 

təcrübədə ciddi sui‐istifadələrə imkan açırdı. Səhmdar cəmiyyətlərində isə nizamnamə fondunun 15 faizi 

əmək kollektivi üzvləri və onlara bərabər tutulan şəxslər arasında qapalı satışa yönəldilirdi. Qapalı satış 

anlayışını və keçirilməsi qaydalarını müəyyən edən qanunvericilik aktı olmadığından  Dövlət əmlak Ko‐

mitəsi  hərracın nəticələ

  

rini əmək kollektivinin maksimum az səhm əldə etməsinə xidmət edən qaydada müəyyən edirdi. Nəticə‐



də çox halda güzəştlə satılan səhmlər üzrə məzənnə həmin müəssisənin səhmlərinin çek hərraclarında 

müəyyən olunan məzənnədən yüksək olurdu.  Yeni qanunvericilik məmur özbaşınalığına yol açan bu və‐

ziyyəti aradan qaldırır. Kiçik müəssisələrin əmək kollektivi üzvlərinə nizamnamə fondunun 15 faizindən 

ona çatacaq payı bir özəlləşdirmə payı (dörd çek) verməklə əldə edə bilər. Səhmdar cəmiyyətlərdə isə hə‐

min pay son 2 çek hərracında çeklər üçün müəyyənləşmiş orta məzənnə əsasında nominal dəyəri üzrə 

çeklərlə dəyişdirilir. əlbəttə, bu qaydaları da tam ədalətli hesab etmək çətindir. 

 

Kiçik müəssisələr özəlləşdirilərkən hərracın qalibi əmək kollektivi olduqda əmək kollektivi üzvlərinə gü‐



zəştlə satılan 15 faiz çıxıldıqdan sonra nizamnamə fondunun qalan hissəsinin 30 faizi onlara bağışlanır. 

əvvəlki qanunvericilikdə olan bəzi boşluqlar bu haldan sui‐istifadəyə imkan yaradırdı. İndiyədək satıl‐

mış kiçik müəssisələrin əksəriyyətində əmək kollektivi üzvlərinə əvəzsiz bağışlanan nizamnamə  kapitalı 

hissəsi əmək kollektivi üzvlərinin adına deyil, əmək kollektivi üzvü olan bir neçə (əksər hallarda bir) şəx‐

sin adına rəsmiləşdirilirdi və beləliklə, əmək kollektivi üzvlərini onlara bağışlanmış nizamnamə kapitalı 

payından məhrum edirdi. Yeni Dövlət Proqramı əmək kollektivinə bağışlanan bu hissənin onlar arasında 

bərabər bölünməsi qaydasını müəyyən etməklə bu problemi aradan qaldırır. 

 



İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi qaydalarında da dəyişikliklər edilmişdir. əvvəlki qa‐

nunvericiliyə görə, 1993‐cü ilin 1yanvarınadək bağlanmış satınalma hüququnu nəzərdə tutan icarə müqa‐

vilələri əsasında yaradılan icarə müəssisələrinin nizamnamə fondunun 30 faizi icarəçilərə güzəşt olunur‐

du. Nominal dəyəri üzrə 30 faizi dərhal ödənilir, qalan 40 faizin ödənilməsinə isə möhlət verilirdi. Qalan 

hallarda həm icarə müəssisələri, həm də icarəyə verilmiş digər əmlak 100 faiz start qiyməti ilə birinci 

növbədə icarəçiyə təklif olunurdu.  Yeni Dövlət Proqramı bu proqram qəbul edilənədək qeydiyyatdan 

keçmiş icarə müəssisələrinin özəlləşdirilməsinin aşağıdakı qaydasını nəzərdə tutur: orta və iri müəssisə‐

lərin səhmlərinin 15 faizi əmək kollektivinə güzəştli satışa yönəldilir. Səhmlərin 30 faizi nominal dəyəri 

ilə icarəçiyə təklif olunur. Səhmlərin 55 faizi isə ixtisaslaşdırılmış çek hərraclarında satılır. Kiçik müəssisə‐

lərdə isə nizamnamə kapitalının 15 faizi əmək kollektivinə güzəştli satışa yönəldilir. 85 faizi isə ilkin start 

qiyməti ilə ilk növbədə icarəçiyə təklif olunur. 

 

Yeni qaydalar da müəyyən qüsurlardan azad deyildir. İcarə haqqında mövcud qanunvericiliyə görə, ica‐



rə müəssisələrinin icarəçiləri müəssisənin əmək kollektivi üzvləridir və icarəyə verilən əmlak satılarkən 

icarəçilərin onu almaqda üstünlük hüquqları vardır. Orta və iri müəssisələrdə müəssisənin səhmlərinin 

55 faizinin çek hərraclarında satılması icarəçilərin icarəyə götürdüyü əmlakı almaqda üstünlük hüquqla‐

rının pozulması deməkdir. Kiçik icarə müəssisələrində isə icarəçi olan əmək kollektivinin adi müəssisə‐

lərdəki əmək kollektivlərinə verilən güzəştlərdən (alıcı əmək kollektivi olduqda əmlakın bir hissəsinin 

bağışlanması, möhlətlə ödəniş) belə məhrum olmasını ədalətli hesab etmək olmaz. 

 

Yeni Dövlət Proqramında ixtisaslaşdırılmış çek və pul hərraclarında verilən sifarişlər 1‐ci növ və 2‐ci növ 



sifarişlərə bölünür. Sifarişçi ödədiyi çekə və ya pul məbləğinə düşəcək səhmlərin minimum həddini mü‐

əyyən etməzsə bu sifariş 1‐ci növ sifariş, belə bir hədd qoyulduqda isə 2‐ci növ sifariş hesab olunur. Döv‐

lət Proqramında sifarişlərin bu bölgüsünün nədən irəli gəldiyi və müvafiq sifariş növünün hərracın nəti‐

cələrində necə nəzərə alınacağını açıqlanmır və bu, məsələlərin həllini növbəti normativ hüquqi aktlar 

üçün saxlayır. 

 



Keçmiş normativ aktlara görə, icarəyə verilmiş dövlət əmlakı onun növündən asılı olaraq müvafiq əmlak 

növünün özəlləşdirilməsi barədə qərar vermək səlahiyyəti olan orqanların (AR prezidenti, Nazirlər Kabi‐

neti və ya DəN) qərarı ilə özəlləşdirilirdi. Yeni qanunvericilik  icarəyə verilmiş bütün dövlət əmlakının 

(özəlləşdirilməsi qadağan olunan müəssisələrin əmlakı istisna olmaqla) özəlləşdirilməsi barədə qərar ver‐

mək səlahiyyətini Dövlət əmlak Nazirliyinə vermişdir.

  

Məsələn, əvvəllər “Azərkinovideo” İB‐nə, yaxud ARDNŞ‐ə və s. məxsus icarəyə verilmiş dövlət əmlakı‐



nın özəlləşdirilməsi üçün həmin sahələrin AR prezidenti tərəfindən özəlləşdirməyə açıq elan edilməsi tə‐

ləb olunurdusa indi Dövlət əmlak Nazirliyi bu əmlakı öz qərarı ilə özəlləşdirə bilər. 

 

Nə qanun, nə də ki, Dövlət Proqramı hərracların təşkilinin və keçirilməsinin obyektivlik və şəffaflığını tə‐



min edə bilən ümumi prinsipləri belə müəyyən etmir. Ötən özəlləşdirmə təcrübəsi göstərir ki, hərracların 

təşkilinə və keçirilməsinə nəzarətin olmaması özəlləşdirmədə qanunsuzluqlara imkan verən ən zəif nöq‐

tələrdən biridir. Heç kəsə sirr deyil ki, ötən özəlləşmə dövründə hərracların keçirilməsinə Dövlət əmlak 

Komitəsi tam nəzarət etmiş, hərraclarda tam manipulyasiyalar etmək imkanları olmuşdur. İxtisaslaşdırıl‐

mış çek və pul hərraclarının və adi hərracların təşkili və keçirilməsinə daha ciddi ictimai və dövlət nəza‐

rətinin yaradılmasına yönəlmiş müddəaların qanunla müəyyən olunması dövlət əmlakı alıcılarının hü‐

quqlarının təmin olunması baxımından əhəmiyyətli addım ola bilərdi. 

 

Ötən özəlləşdirmə prosesində ciddi hüquqi problemlər doğuran məsələlərdən biri hərracların nəticələri‐



nin ləğv olunduğu hallarda ödənilmiş pul məbləğlərinin və çeklərin geri qaytarılması qaydalarının olma‐

ması idi. Xüsusilə çeklər ödəniş vasitəsi kimi qəbul edildikdən sonra onların kötükləri kəsildiyindən on‐

ların geri qaytarılması tamamilə mümkünsüz olur. Çeklərin nominal

  

qiymətinin olmaması və bazar qiymətlərinin tez‐tez dəyişməsi ödənilmiş çeklərin əvəzinə hər hansı kom‐



pensasiya verilməsini də çətinləşdirir. (Hər hansı kompensasiyanın verilməsi mexanizmi ümumiyyətlə 

yoxdur.) Yeni qanunvericilik bu məsələnin həlli ilə bağlı heç bir addım atmayaraq problemi çözümsüz 

saxlamaqda davam edir. Hazırda çek və pul hərraclarında iştirak etmiş onlarla alıcı qoymuş olduqları pul 

və çeklərin əvəzinə hər hansı kompensasiya almaq imkanından məhrumdur. 

 



Xarici investorların özəlləşdirmədə iştirakı və özəlləşdirilmiş müəssisələrin səhmlərinin (nizamnamə ka‐

pitalı hissələrinin) təkrar bazarda alınması qaydaları dəyişdirilmişdir.  əvvəlki qanunvericiliyə görə, ni‐

zamnamə kapitalının 25 faizdən çoxu xarici investorlara məxsus Azərbaycan Respublikasının hüquqi 

şəxsləri xarici investor hesab olunurdular. Yeni qanunvericilik  isə nizamnamə kapitalının 50 faizdən ço‐

xu xarici investorlara məxsus olan Azərbaycan Respublikasının hüquqi şəxslərini xarici investor hesab 

edir. (Qanun nizamnamə fondunda xarici və yerli investora məxsus pay nisbətinin 50/50 olduğu hallarda 

hüquqi şəxsin hansı statusda olacağını müəyyən etməyərək təcrübədə problemlər doğura biləcək boşluq 

yaratmışdır.) Özəlləşmədə xarici investor hesab olunan şəxslərin özəlləşdirilmiş müəssisələrin səhmləri‐

nin (nizamnamə kapitalı hissələrinin) təkrar bazarda alması qaydaları da xarici investorların xeyrinə də‐

yişdirilmişdir. əvvəlki qanunvericiliyə görə, xarici investorlar təkrar bazarda özəlləşdirilmiş müəssisələ‐

rin səhmlərini (nizamnamə kapitalı hissələrini) opsion təqdim etmədən ala bilməzdilər. Yeni qanunveri‐

cilik xarici investor üçün müəyyən olunmuş bu baryeri aradan qaldırır. Yeni qanunvericilik əvvəlkindən 

fərqli olaraq xarici investorların bir sıra müəssisələrin özəlləşdirilməsində iştirakına məhdudiyyət imkan‐

larını nəzərdə tutan müddəalar müəyyən edir. Yeni Dövlət Proqramına görə, Azərbaycan Respublikası 

prezidentinin qərarı ilə özəlləşdirilən dövlət əmlakının alınmasında xarici investorlar yalnız AR prezi‐

dentinin icazəsi olduqda iştirak edə bilərlər. 

 

Yeni qanunvericilik aktları müəssisələrin həcm ölçülərinə görə qruplaşdırılmasının yeni qaydalarını mü‐



əyyən etməklə kiçik müəssisələr qrupuna aid olunan müəssisələr dairəsini xeyli genişləndirir. Məsələn, 

əvvəl müvafiq olaraq 15 və 25 işçisi olan nəqliyyat və tikinti müəssisələri kiçik müəssisə hesab olunurdu‐

sa indi bu, 50 işçi həddində müəyyən olunur. Ticarət və xidmət sahəsində də kiçik müəssisələr dairəsi 

xeyli genişləndirilmişdir. 

 

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunun və Azərbaycan Respublikasında dövlət əmlakı‐



nın özəlləşdirilməsinin II Dövlət Proqramının qəbulu dövlət əmlakının özəlləşdirilməsi sahəsində qanun‐

vericilik tələbatının yalnız bir hissəsini təmin edir. Həm Qanunun özü, həm də Dövlət Proqramı aşağıda 

göstərilən əhəmiyyətli məsələlərin qanunverici həllini daha sonrakı mərhələyə saxlayır: 

 



‐ 

dövlət əmlakının özəlləşdirilməsində iştirak etmək üçün təqdim edilməli sənədlərin siyahısı, on‐

ların verilməsi qaydaları; 

 

‐ 



özəlləşdirmə prosesinə dövlət nəzarətini həyata keçirən Dövlət Komissiyası haqqında əsasnamə 

və Dövlət Komissiyasının tərkibinin müəyyən olunması; 

 

‐ 

fərdi layihələr üzrə dövlət müəssisələrinin özəlləşdirilməsi qaydaları; 



 

‐ 

dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərraclarında satışı qaydaları; 



 

‐ dövlət əmlakının hərraclar vasitəsi ilə satışı qaydaları; 

 

‐ 

dövlət müəssisələrinin müflis elan olunması yolu ilə özəlləşdirilməsi qaydaları; 



 

‐ 

özəlləşdirmə prosesində yaradılan səhmdar cəmiyyətlərində səhmlərin nəzarət zərfinin və ya 



məhdudlaşdırıcı hissəsinin dövlət mülkiyyətində saxlanıldığı hallarda həmin səhmdar cəmiyyətlərinin 

idarəetmə orqanlarında dövlət nümayəndələrinin iştirakı qaydaları; 

 

‐ dövlət özəlləşdirmə çeklərinin və opsionların tədavülü və silinməsi qaydaları və s. 



 

Qanunun 33‐cü maddəsi bu qanun qüvvəyə mindiyi günədək qəbul edilmiş və dövlət əmlakının özəlləş‐

dirilməsini tənzimləyən normativ hüquqi aktların bu qanuna zidd olmayan hissədə öz qüvvəsini saxladı‐

ğını müəyyən edir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” AR qanununun tətbiq edilməsi barədə 

AR prezidentinin fərmanında yuxarıda göstərdiyimiz məsələləri nizama salan yeni aktların hazırlanması 

tapşırılır. Belə hesab etmək olar ki, digər məsələlərlə bağlı mövcud normativ aktlardan (o cümlədən döv‐

lət müəssisələrinin səhmdar cəmiyyətə çevrilməsinin qaydalarını, dövlət müəssisəsinin özəlləşdirmə ko‐

missiyasının fəaliyyətini, özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsini, tikintisi başa çatmamış 

obyektlərin özəlləşdirilməsini, özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin özəl‐

ləşdirilməsini, investisiya müsabiqələrinin keçirilməsi qaydalarını, dövlət müəssisələrinin uzunmüddətli 

idarəetməyə verilməsi qaydalarını müəyyən edən normativ aktlar) istifadə olunmaqda davam ediləcəyi 



planlaşdırılır. Qeyd olunmalıdır ki, göstərilən məsələlərlə bağlı bir çox normativ hüquqi aktların yenidən 

işlənilməsinə ehtiyac vardır. 

 

Bəzi hallarda qanun hər hansı bir məsələnin Dövlət Proqramı ilə tənzimlənməsini müəyyən edir, Dövlət 



Proqramı isə bu məsələnin  başqa bir normativ aktla tənzimlənəcəyini bildirir. Məsələn, qanuna əsasən, 

çeklərin və opsionların tədavüldən çıxarılması qaydaları Dövlət Proqramı ilə müəyyən olunmalıdır. Döv‐

lət Proqramı isə öz növbəsində bu məsələlərin hüquqi nizama salınmasını AR prezidenti yanında Qiy‐

mətli Kağızlar üzrə Dövlət Komitəsinə tapşırır. Məsələnin bu şəkildə həlli normativ hüquqi aktlar haq‐

qında qanunvericiliyə ziddir. Normativ hüquqi aktların iyerarxiyasında AR prezidentinin fərmanları ilə 

müəyyən olunan hüquq normaları qanunlardan aşağı, mərkəzi icra hakimiyyəti orqanlarının normativ 

hüquqi aktlarından yuxarıda durur. Normativ hüquqi aktlar haqqında qanuna əsasən, yuxarı orqan tərə‐

findən özündən aşağı orqana həvalə edilmiş qanunvericilik sahəsindəki tapşırıqlar ikincinin tərəfindən  

daha aşağı orqanlara həvalə edilə bilməz. 

 

Yazıda göstərilənlər özəlləşdirmə sahəsində qəbul olunmuş yeni normativ hüquqi aktlara hüquqi priz‐



madan çox da müfəssəl olmayan bir baxışdır. Qanunvericilikdə möcud olan bu və digər çatışmazlıqlar və 

bundan irəli gələn problemlər nəinki təkcə özəlləşdirmə prosesinin normal getməsini əngəlləyə bilən, 

onu gözdən salan, özəlləşdirmə prosesi iştirakçılarının hüquqlarını pozan, habelə özəlləşdirmə prosesini 

həyata keçirən Dövlət əmlak Nazirliyinin işində problemlər yaradan, onun öz funksiyalarını normal yeri‐

nə yetirməsinə mane olan əsas amillərdən biridir. Yazıda göstərilən problemlər qanunvericilik baxımın‐

dan öz həllini tələb edən ciddi məsələlər olduğundan, bu problemlərin bir çoxu barədə ayrı‐ayrı müzaki‐

rələr aparmağa dəyər. 

 

 



: transpfiles
transpfiles -> Onunla razılaşdırmaq bacarığını, müəyyən edilmiş qaydalara riayət etmək, qruplarda çalışmaq, ünsiyyətin, özünü- qiymətləndirmənin formalaşmasına kömək edir
transpfiles -> İntellektual hazırlıq
transpfiles -> Ünvanlı dövlət sosial yardım
transpfiles -> Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 avqust 2006-cı IL tarixli Sərəncamı ilə fəaliyyətini bərpa edəndən sonra ötən müddət ərzində “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyəti öz işinə Bakı sakinləri arasında ictimai rəy sorğusunun
transpfiles -> Onunla razılaşdırmaq bacarığını, müəyyən edilmiş qaydalara riayət etmək, qruplarda çalışmaq, ünsiyyətin, özünü- qiymətləndirmənin formalaşmasına kömək edir
transpfiles -> Onunla razılaşdırmaq bacarığını, müəyyən edilmiş qaydalara riayət etmək, qruplarda çalışmaq, ünsiyyətin, özünü- qiymətləndirmənin formalaşmasına kömək edir
transpfiles -> Microsoft Word Booklet 9 Pensiya doc
transpfiles -> Qanun nə deyir? Bunu hamı bilməlidir!
transpfiles -> 10 Азярбайъан ширкятляри цчцн Ишгцзар Етика Кодексляри


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə