Dövlət müəssisələrinin (obyektlərinin) müqavilə əsasında idarəetməyə verilməsi haqqında



Yüklə 102,8 Kb.
tarix02.12.2017
ölçüsü102,8 Kb.
#13585

Dövlət müəssisələrinin (obyektlərinin) müqavilə əsasında idarəetməyə verilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI



 

Bir sıra sənaye komplekslərində və müəssisələrində mövcud istehsal güclərinin köhnəlməsi və yararsız hala düşməsi nəticəsində, istehsal prosesinin müasir tələblər səviyyəsində idarə olunması təcrübəsinin olmaması və digər səbəblər üzündən son illər ölkədə istehsal olunan məhsulun həcmi rəqabətə davam gətirməyərək xeyli azalmış, bəzi müəssisələr dayanmaq təhlükəsi qarşısında qalmışlar.

Dövlət müəssisələrinin və sənaye komplekslərinin fəaliyyətinin sağlamlaşdırılmasını təmin edən müasir tipli qabaqcıl idaretmə metodlarının tətbiq olunması və xarici firmaların iştirakı ilə müvafiq layihələrin hazırlanıb həyata keçirilməsi işlərini sürətləndirmək məqsədi ilə qərara alıram:

1. Ayrı-ayrı dövlət müəssisələrinin (obyektlərinin) fəaliyyətinin sağlamlaşdırılmasını daxili imkanlar hesabına təmin etmək mümkün olmayan hallarda, onların müqavilə əsasında müəyyən edilmiş müddətə hüquq və fiziki şəxslərin idarə olunmasına verilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təklifi bəyənilsin.

2. Dövlət müəssisələrinin (obyektlərinin) müqavilə əsasında idarəetməyə verilməsi haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur). Müəyyən edilsin ki, dövlət müəssisələrinin (obyektlərinin) müqavilə əsasında idarəetməyə verilməsi yalnız bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir.

 

Azərbaycan Respublikasının prezidenti



Heydər ƏLİYEV

Bakı şəhəri, 9 fevral 1996-cı il

            № 437

 


 

Azərbaycan Respublikası prezidentinin

1996-cı il 9 fevral tarixli fərmanı ilə



təsdiq edilmişdir

 

Dövlət müəssisələrinin (obyektlərinin) müqavilə əsasında idarəetməyə verilməsi haqqında

 

ƏSASNAMƏ

 

1. Ümumi müddəalar

 

1.1. Bu Əsasnamə, dövlət müəssisələrinin (obyektlərinin) (bundan sonra müəssisə (obyekt) fərdi layihələr əsasında dirçəldilməsini təmin etmək üçün müvafiq tədbirlərin həyata keçirilməsi məqsədi ilə işlənib hazırlanmışdır.



1.2. Əsasnamə müəssisələrin (obyektlərin) müqavilə əsasında idarəetməyə verilməsinin ümumi qaydalarını o hallarda müəyyən edir ki, obyektin özəlləşdirilməsi iqtisadi cəhətdən məqsədəuyğun deyildir, yaxud hələ vaxtı çatmamışdır.

1.3. Əsasnamə müəssisələrin (obyektlərin) idarəetməyə verilməsinin əsas mexanizmini, bu prosesdə hüquqi və fiziki şəxslərin iştirakı şərtlərini, onların təkliflərinə baxılması, müəssisənin (obyektin) idarə edilməsinə dair müqavilənin rəsmiləşdirilməsi və təsdiqi qaydalarını müəyyən edir.

 

2. Müqavilənin predmeti və əsas müddəaları

 

Müəssisənin idarə edilməsinə dair müqavilənin bağlanması, müəssisədən istifadə hüququnun müəyyən müddətə mülkiyyətçi adından çıxış edən orqan (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi) tərəfindən iddiaçıya verilməsinin əsasıdır.[1]



İddiaçının mülkiyyətçi adından çıxış edən orqan qarşısında bütün öhdəliklərini yerinə yetirməsi şərti ilə, gələcəkdə müəssisənin özəlləşdirilməsində iddiaçının hüququ və iştirak dərəcəsi müqavilədə nəzərdə tutula bilər.

Müqavilə bağlandıqdan sonra müəssisəni idarə etməyə götürən hüquqi və ya fiziki şəxs müqavilədə əks olunan aşağıdakı əsas tələbləri yerinə yetirməklə, müəssisənin fəaliyyətini təmin etməlidir:

istehsalın yönümünün saxlanılması və imkan olduqda genişləndirilməsi;

məhsul buraxılışı həcminin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin rəyi nəzərə alınmaqla tələbata uyğun səviyyədə təmin edilməsi;[2]

bütün iş yerlərinin, yaxud onların müqavilə ilə müəyyən edilmiş faizinin saxlanması;

istehsalın rentabelliyinin müqavilə ilə müəyyən olunmuş səviyyədə təmin edilməsi yolu ilə məhsulun keyfiyyətinin və rəqabət qabiliyyətinin yüksəldilməsi;

müəssisənin əmlak kompleksinə daxil olan sosial sahə obyektlərinin maliyyələşdirilməsi;

müəssisənin işçilərinin sosial təminatının həyata keçirilməsi;

müqavilə müddəti dövründə müqavilədə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi və müqavilənin müddəti qurtardıqda onu ən azı idarəetməyə verildiyi vəziyyətdə mülkiyyətçi adından çıxış edən orqana qaytarılması.

Ayrı-ayrı hallarda, müəssisənin xüsusiyyətindən və vəziyyətindən asılı olaraq, yuxarıdakı tələblərə əlavələr edilə bilər.

 

3. Müqavilənin hazırlanması və bağlanması qaydaları

 

Müəssisənin idarəetməyə verilməsi yolu ilə dirçəldilməsi haqqında qərar Azərbaycan Respublikasının prezidenti tərəfindən qəbul olunur.



Müəssisənin idarəetməyə verilməsinin formaları müəssisənin xüsusiyyətini nəzərə almaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin təqdimatı əsasında Azərbaycan Respublikasının prezidenti tərəfindən müəyyən edilir.

Müəssisənin idarəetməyə verilməsi formaları aşağıdakılardır:

müəssisənin idarə edilməsinə dair müqavilənin bağlanması üzrə açıq müsabiqə keçirilməsi yolu ilə;

müəssisənin idarə edilməsinə dair müqavilənin bağlanması üzrə qapalı müsabiqə keçirilməsi yolu ilə;

konkret iddiaçının təklifinin qəbul olunması və müəssisənin idarə edilməsinə dair onunla müqavilənin bağlanması yolu ilə.

Açıq müsabiqələrdə iştirak etməyə bütün iddiaçılar buraxılırlar.

Qapalı müsabiqələrə mülkiyyətçi adından çıxış edən orqanın müəyyən etdiyi məhdud sayda iddiaçılar dəvət olunurlar.

Müsabiqə elan etmədən müqavilə, iddiaçı tək olduğu hallarda bağlana bilər.

Yuxarıda göstərilən hər üç halda 5 nömrəli əlavəyə uyğun olaraq hazırlanmış müqavilə Azərbaycan Respublikasının prezidenti tərəfindən təsdiq edilir və ya onun tərəfindən bu səlahiyyət Azərbaycan Respublikası Nazirlər Kabinetinə verilir.

3.1. Açıq müsabiqə keçirilərkən müqavilənin hazırlanması və bağlanması qaydası.

3.1.1. Qəbul edilmiş qərara uyğun olaraq, mülkiyyətçi adından çıxış edən orqan müsabiqə komissiyası yaradır. Komissiyanın tərkibinə aşağıdakı təşkilatların nümayəndələri mütləq daxil edilirlər:

mülkiyyətçi adından çıxış edən orqanın;

müəssisənin tabe olduğu nazirliyin və ya baş idarənin (dövlət komitəsi, şirkət, konsern, birlik);

İqtisadiyyat və Sənaye Nazirliyinin[3]

Maliyyə Nazirliyinin;

//çıxarılıb//

//çıxarılıb//[4]

Vergilər Nazirliyinin;[5]

müəssisənin əmək kollektivinin.

Müsabiqə komissiyasının sədri mülkiyyətçi adından çıxış edən orqanın nümayəndəsidir.

Müsabiqə komissiyasının qərarları adi səs çoxluğu ilə qəbul edilir.

Səslər bərabər olduqda, sədr həlledici səs hüququna malikdir.

Ehtiyac olduqda, müsabiqə komissiyası müstəqil ekspertlər cəlb edə bilər.

Müsabiqənin keçirilməsinə çəkilən bütün xərclər müsabiqəyə çıxarılmış müəssisənin vəsaitləri hesabına ödənilir.

3.1.2. Müsabiqə komissiyası müsabiqənin keçirilməsi şərtləri və müddətləri barədə qərar qəbul edir.

3.1.3. Müsabiqə komissiyası, müsabiqənin şərtləri və müddətləri barədə onun elan olunmuş başlanma gününə ən azı bir ay qalmış kütləvi informasiya vasitələrində «Məlumat» dərc etdirir.[6]

3.1.4. «Məlumat» aşağıdakıları əhatə etməlidir:

müsabiqənin şərtləri və qalibin müəyyən edilməsinin balla ifadə olunan meyarları;

idarəetmə üzrə müqavilənin müddəti;

müqavilə üzrə idarəetməyə görə ödənişlərin forması, miqdarı və müddətləri;

müəssisə ilə ilkin tanış olma qaydası;

ərizələrin qəbul edilməsinin son müddəti;

müəssisənin adı v yerləşdiyi ünvan;

torpaq sahəsinin həcmi;

müəssisənin layihə gücü;

məhsulun (xidmətlərin) həcmi və əsas nomenklaturu;

işləyənlərin sayı və tərkibi;

əsas fondların qiymətləndirmə dəyəri;

maliyyə vəziyyəti;

maddi qiymətlilərin ehtiyatı;

müəssisəyə məxsus qiymətli kağızların və digər müəssisələrin aktivlərinin miqdarı;

digər qiymətlilər (patentlər, ticarət nişanları və s.);

müəssisənin (ticarət, büdcə, kredit) öhdəlikləri;

başlanılmış investisiya layihələri, onların smeta dəyəri və istehsalat xərcləri haqqında;

müəssisənin illik balansı və axırıncı il ərzində mənfəəti və zərəri haqqında hesabat.

Göstərilən məlumatlar tam və dürüst olmalıdır.

3.1.5. «Məlumat»ın dərc edildiyi andan müsabiqə komissiyası müvafiq xahişlə müraciət etmiş bütün hüquqi və fiziki şəxslərə müəssisə ilə ilkin tanışlıq üçün imkan yaradır.

Obyektə baxış və tanışlıq üçün şəraiti mülkiyyətçi adından çıxış edən orqan təmin edir.

3.1.6. Müsabiqədə iştirak etmək üçün iştirakçılar müsabiqə komissiyasına müsabiqənin şərtlərinə uyğun tərtib edilmiş ərizə (hüquqi və fiziki şəxslər üçün müvafiq olaraq 1 və 2 nömrəli əlavələr) təqdim edir və ona lazımi sənədləri əlavə edirlər.

3.1.7. Ərizəni aldıqdan sonra müsabiqə komissiyası ərizəyə onun müsabiqədə iştirakı haqqında, ərizəsinin qeydə alınma tarixi göstərilməklə, bildiriş (3 nömrəli əlavə) göndərir. Bildirişi aldığı andan ərizəçi iddiaçı statusuna malik olur. İddiaçılar haqqında məlumatlar açıqlanmamalıdır.

3.1.8. Ərizələrin qəbul edilməsinin müəyyən olunmuş müddəti qurtardıqda, müsabiqə komissiyası ərizələrin qəbulunun dayandırılması haqqında akt tərtib edir.

3.1.9. Müsabiqə komissiyası qalibin müəyyən edilməsi meyarlarını əsas tutaraq ərizələrə baxır. Ən çox bal toplamış iddiaçı müsabiqənin qalibi elan edilir. Qalib haqqında müsabiqə komissiyasının qərarı protokolla (4 nömrəli əlavə) rəsmiləşdirilir. Protokolu mülkiyyətçi adından çıxış edən orqan təsdiq edir.

3.1.10. Müəssisənin idarə edilməsi hüququnun mülkiyyətçi adından çıxış edən orqan tərəfindən hüquqi şəxsə verilməsi üçün 6 nömrəli əlavəyə uyğun təhvil-təslim aktı tərtib edilir. Bu akt müqavilənin tərkib hissəsidir.

3.2. Qapalı müsabiqə keçirilərkən müqavilənin hazırlanması və bağlanması qaydası.

3.2.1. 3.1.1. bəndinə bax.

3.2.2. 3.1.2. bəndinə bax.

3.2.3. Müsabiqə komissiyası müsabiqənin elan olunmuş başlanma gününə ən azı bir ay qalmış müsabiqənin keçirilməsinin şərtləri və müddətləri haqqında «Məlumat»ı kuryer poçtu ilə konkret iştirakçıların ünvanına göndərir.

3.2.4. 3.1.4. bəndinə bax.

3.2.5. «Məlumat»ın göndərildiyi andan müsabiqə komissiyası müəssisə ilə ilkin tanışlıq üçün «Məlumat»ın göndərildiyi bütün iştirakçılara imkan yaradır.

Müəssisəyə baxış və tanışlıq üçün şəraiti mülkiyyətçi adından çıxış edən orqan təmin edir.

3.2.6. 3.1.6. bəndinə bax.

3.2.7. 3.1.7. bəndinə bax.

3.2.8. 3.1.8. bəndinə bax.

3.2.9. 3.1.9. bəndinə bax.

3.2.10. 3.1.10 bəndinə bax.

3.3. Müsabiqə elan etmədən konkret iddiaçı ilə müqavilənin hazırlanması və bağlanması qaydası.

3.3.1. Müsabiqə elan etmədən konkret iddiaçı ilə müqavilə bağlanması o halda baş verə bilər ki, müsabiqənin keçirilməsinin məqsədəuyğun olmadığını şərtləndirən obyektiv səbəblər olsun. Bu cür obyektiv səbəb iddiaçı tək olduqda və eyni zamanda ən yaxın gələcəkdə digər iddiaçıların meydana çıxması real olmadıqda ola bilər.

3.3.2. 3.1.10. bəndinə bax.

 


Əlavə 1

(hüquqi şəxs tərəfindən doldurulur)

___________________________________

___________________________________

(mülkiyyətçi adından çıxış edən orqan)

________________________________________________________________________ tərəfindən

(ərizə vermiş hüquqi şəxsin tam adı)

Müsabiqədə iştirak etmək üçün

ƏRİZƏ

1. İdarəetmə hüququ müqavilə üzrə verilən müəssisə haqqında məlumatları və onun verilməsi şərtlərini öyrənərək, biz, ərizəni imzalamağa vəkil edilmiş, aşağıda imza edənlər, bu ərizəyə əlavə olunan təkliflərimizə uyğun şəkildə _________________________________________________________

                                                                  (müəssisənin tam adı)

idarəetmə hüququnu almağa razıyıq.

 

2. Təkliflərimizin qəbul ediləcəyi təqdirdə, onların qəbul olunması haqqında bildirişin ünvanımıza göndərildiyi andan ən geci 30 gün müddətində müqaviləni bağlamaq öhdəliyini üzərimizə götürürük.

3. Müqavilə imzalanaraq bu ərizə təkliflərimizin qəbul olunması barədə Sizin yazılı məlumatla birlikdə aramızda müqavilə qüvvəsinə malik hesab ediləcəkdir.

4. İcra olunub "___"_______________199____ il.

5. Müsabiqə iştirakçısının tam adı və ünvanı:

 

_________________________________________________________________________________________

_________________________________________________________________________________________

Müsabiqənin nəticələri barədə qərarı, xahiş edirik, bu ünvana göndərin:

_________________________________________________________________________________________

_________________________________________________________________________________________

Təsis sənədlərinin surətlərini əlavə edirik.

 

Vəkil edilmiş şəxsin imzası:

 

_________________________________________________________________________________ adından

(iddiaçının adı)

_________________________________________________________________________________________

(vəkil edilmiş şəxslərin vəzifələri, soyadı, adı, atasının adı)

 

 

İmza __________________________

 

Tarix __________________________

 

Qəbul edildi:

 

M.Y.

 

_________________________________________________________________________________________

(mülkiyyətçi adından çıxış edən orqan tərəfindən doldurulur)

 

 


Əlavə 2

(fiziki şəxs tərəfindən doldurulur)

___________________________________

___________________________________

(mülkiyyətçi adından çıxış edən orqan)

 

Müsabiqədə iştirak etmək üçün

ƏRİZƏ

1. İdarəetmə hüququ müqavilə üzrə verilən müəssisə haqqında məlumatları və onun şərtlərini öyrənərək, mən____________________________________________________________________________

bu ərizəyə əlavə edilən təkliflərimə uyğun şəkildə_____________________________________________

_________________________________________________________________________________________

(müəssisənin tam adı)

idarəetmə hüququnu almağa razıyam.

 

2. Təkliflərimin qəbul ediləcəyi təqdirdə, onların qəbul olunması haqqında bildirişin ünvanıma göndərildiyi andan ən geci 30 gün müddətində müqaviləni bağlamaq öhdəliyini üzərimə götürürəm.

3. Müqavilə imzalananadək bu ərizə, təkliflərimizin qəbul olunması barədə Sizin yazılı məlumatla birlikdə aramızda müqavilə qüvvəsinə malik hesab ediləcəkdir.

4. İcra olunub "___"__________________ 199____ il.

5. İştirakçının soyadı, adı, atasının adı _______________________________________________________

Pasportunun seriyası ______________________________№______________________________________

______________________________________________________________________________ tərəfindən

____________________ verilib.

      (verildiyi tarix)

6. Müsabiqənin nəticələri barədə müsabiqə komissiyasının qərarını xahiş edirəm bu ünvana göndərəsiniz:

Ünvanım ____________________________________________________________________

Vətəndaşın imzası __________________________________________________________

Tarix ______________________

 

Qəbul edildi:

_______________________________________________________________________________________________________

(mülkiyyətçi adından çıxış edən orqan tərəfindən doldurulur)

 

 


Əlavə 3

DÖVLƏT MÜƏSSİSƏSİNİ (OBYEKTİNİ) İDARƏ ETMƏK HÜQUQUNA DAİR MÜQAVİLƏ BAĞLANMASI ÜZRƏ MÜSABİQƏDƏ İŞTİRAKA BURAXILMAQ HAQQINDA MÜSABİQƏ KOMİSSİYASININ BİLDİRİŞİ

_________________________________________________________________________________________

_________________________________________________________________________________________

(müsabiqə iştirakçısının tam adı və ünvanı)

Müsabiqə _________________ şəhərində

"___"_____________199____ ildə saat ______

_________________________________________________________________________________________

____________________________________________________________________________________ idarə

(müəssisənin tam adı və yerləşdiyi ünvan)

edilməsi hüququnun alınması üzrə keçiriləcəkdir.

Siz _____________________________________________________________________ məbləğində dövlət

rüsumunun ödənildiyi barədə sənəd təqdim etməlisiniz.

 

Müsabiqə komissiyasının sədri:

______________________________________

(soyadı, adı, atasının adı, imza)

 

"____"_________________199_____ il

 

M.Y.

 

 


Əlavə 4

DÖVLƏT MÜƏSSİSƏSİNİ (OBYEKTİNİ) İDARƏ ETMƏK HÜQUQUNA DAİR MÜQAVİLƏ BAĞLANMASI ÜZRƏ MÜSABİQƏ KOMİSSİYASININ PROTOKOLU

__________________ şəh. №_______________   "___"_____________________ 199_____ il

Müsabiqənin keçirildiyi yer __________________________________________________

Müəssisənin adı və yerləşdiyi ünvan

_________________________________________________________________________________________

_________________________________________________________________________________________

_________________________________________________________________________________________

Müsabiqə komissiyasının tərkibi:

 

Sədr _______________________________

 

Komissiyanın üzvləri:

 

1. __________________________________

 

2. __________________________________

 

3. __________________________________

 

4. __________________________________

 

Müqavilə üzrə ödənişin məbləği (ödənişin məbləği və şərtləri) __________________________________

_________________________________________________________________________________________

Səsvermənin nəticələri _____________________________________________________________________

_________________________________________________________________________________________

Qalib gəlmiş iddiaçı _______________________________________________________________________

_________________________________________________________________________________________

(fiziki şəxs üçün — soyadı, adı, atasının adı,

_________________________________________________________________________________________

hüquqi şəxs üçün — dövlət qeydiyyatı nömrəsi)

Protokol imzalandıqdan sonra, mülkiyyətçi adından çıxış edən orqan və müsabiqənin qalibi

________________________________________________ müqaviləni imzalamağa borcludurlar.

                                (imzalanma müddəti)

Komissiya üzvünün qeydi _______________________________________________________

İmza:

 

Sədr _______________________________________

 

Komissiyanın üzvləri:

 

_______________________________________

 

_______________________________________

 

_______________________________________

 

_______________________________________

 










 

 


Əlavə 5

DÖVLƏT MÜƏSSİSƏSİNi (OBYEKTİNİ) İDARƏ ETMƏK HÜQUQUNA DAİR MÜQAVİLƏ

________________________ şəh. №____ "____"_______________ 199____ il

_______________________________________________________________________________şəxsində

mülkiyyətçi adından çıxış edən orqan və mətndə idarəetməyə götürən adlanan

_________________________________________________________________________________________

(fiziki şəxslər üçün — soyadı, adı, atasının adı,

_________________________________________________________________________________________

hüquqi şəxslər üçün dövlət qeydiyyatı üzrə məlumat)

_________________________________________________________ (hüquqi şəxslər üçün)

şəxsində aşağıdakılar barədə bu müqaviləni bağladılar:

I. Müqavilənin predmeti

1.1. Müqavilənin predmeti ____________________________________________________

_________________________________________________________________________________________

(müsabiqə kim tərəfindən, nə vaxt keçirilib, protokolun N-si)

müsabiqədə idarəetməyə götürənin qazandığı, müəssisənin idarə edilməsi hüququdur.

1.2. ______________________________________________________________________________________

(müəssisənin adı və ünvanı)

idarə edilməsi üzrə imzalama anında mülkiyyətçi adından çıxış edən orqan müəssisənin idarə edilməsi hüququnu bu müqavilədə ifadə olunmuş şərtlərlə verir, həmin hüququ idarəetməyə götürən isə əldə edir.

1.3. Müsabiqədə alınmış idarəetmə hüququnu təsdiq edən sənəd bu müqavilədir.

II. Tərəflərin hüquq və vəzifələri

2.1. Mülkiyyətçi adından çıxış edən orqan aşağıdakıları öhdəsinə götürür:

_________________________________________________________________________________________

_________________________________________________________________________________________

_________________________________________________________________________________________

2.2. İdarəetməyə götürən aşağıdakıları öhdəsinə götürür:

_________________________________________________________________________________________

_________________________________________________________________________________________

_________________________________________________________________________________________

2.3. İdarəetməyə götürən bu müəssisəni satmaq, yaxud səhmdar cəmiyyətə və ya digər hüquqi şəxsə pay kimi istifadəyə vermək hüququna malik deyildir.

3. Tərəflərin məsuliyyəti

_________________________________________________________________________________________

_________________________________________________________________________________________

_________________________________________________________________________________________

IV. Bu müqavilənin icrasından doğan bütün mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə tənzimlənir.

V. Müqavilənin qüvvədə olma müddəti

5.1. Bu müqavilə "____"_______________ 199____ il tarixdə qüvvəyə minir.

5.2. Müqavilənin qüvvədə olma müddəti «____»________________ 199 __il.

VI. Xüsusi şərtlər

6.1. Mülkiyyətçi adından çıxış edən orqan və idarəetməyə götürən qarşılıqlı razılıq əsasında, mövcud qaydada, bu müqaviləyə dəyişikliklər və əlavələr etmək, onun fəaliyyət müddətini uzatmaq hüququna malikdirlər.

6.2. Müqavilə eyni hüquqi qüvvəyə malik üç nüsxədə tərtib olunub, onların ikisi mülkiyyətçi adından çıxış edən orqanda, biri isə idarəetməyə götürəndə qalır.

 

 

____________________Soyadı, adı, atasının adı

____________________Soyadı, adı, atasının adı

 

(hüquqi şəxs üçün — vəkalətnamənin N-si və verilmə tarixi, fiziki şəxs üçün — pasport məlumatları)

 

 

Mülkiyyətçi adından çıxış edən orqan

İdarəetməyə götürən

M.Y.

M.Y.

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 2 sentyabr 2000-ci il tarixli 395 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 5 sentyabr 2000-ci il, № 202)

  2. 11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640)

  3. 6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 590)

  4. 13 fevral 2009-cu il tarixli 57 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 18 fevral 2009-cu il, № 38, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 70)

  5. 2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №7, maddə 610)

  6. 14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101)

 
Yüklə 102,8 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə