“Dövlət qeydiyyatına alınmışdır” Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi



Yüklə 257,09 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix17.09.2018
ölçüsü257,09 Kb.
#68822
  1   2   3   4   5   6   7


 

1

“Dövlət qeydiyyatına alınmışdır” 



 

Azərbaycan Respublikasının 

Ədliyyə Nazirliyi

 

Qeydiyyat  N  3035 

 

“ 19 ”  fevral   2004-cü il 

 

 

Nazir _________  F.F.Məmmədov 

“Təsdiq edilmişdir”  

 

Azərbaycan Respublikası 

Mərkəzi Bankının İdarə Heyəti 

                        Protokol N  22  

 

“29 ” dekabr   2003-cü il 

 

 

İ

darə Heyətinin Sədri ___________E.S.Rüstəmov 

 

 

 

Azərbaycan Respublikasının bank sistemində maliyyə 

hesabatlarının tərtib və təqdim olunması Qaydaları 

 

 



 

 

 



 

 

1.     Ümumi müddəalar 

 

1.1


 

Bu  Qaydalar  «Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  haqqında», 

«Azərbaycan  Respublikasında  banklar  və  bank  fəaliyyəti  haqqında» 

Azərbaycan  Respublikasının  Qanunlarına,  Azərbaycan  Respublikasının  digər 

qanunvericilik  aktlarına,  habelə  Azərbaycan  Respublikası  Mərkəzi  Bankının 

normativ  aktlarına  və  Beynəlxalq  Maliyyə  Hesabatları  Standartlarının 

(BMHS) tələblərinə uyğun olaraq hazırlanmış və Azərbaycan Respublikasının 

bank  sistemində  (bundan  sonra  «bank»)  maliyyə  hesabatlarının  tərtib  və 

təqdim olunması qaydalarını müəyyənləşdirir. 

1.2


 

Bu  Qaydaların  məqsədi  bankın  maliyyə  hesabatlarının  ötən  dövrlər  üzrə, 

həmçinin  digər  bankların  maliyyə  hesabatları  ilə  müqayisəsinin  həyata 

keçirilməsi  üçün  xüsusi  baza  yaratmaqdan  ibarətdir.  Bu  məqsədə  nail  olmaq 

üçün  bu  Qaydalarda  maliyyə  hesabatlarının  tərtib  və  təqdim  olunması  üzrə 

prinsiplər,  hesabatlarda  əks  olunan  maddələrin  strukturu  üzrə  tövsiyələr  və 




 

2

hesabatların tərkibinə dair minimal tələblər əks olunmuşdur. 



1.3

 

Bu  Qaydalar  ayrıca  bir  bankın  maliyyə  hesabatlarına  və  banklar  qrupunun 



icmal maliyyə hesabatlarına eyni dərəcədə tətbiq edilir. 

1.4


 

Bu Qaydalar aralıq maliyyə hesabatlarına şamil edilmir. 

1.5

 

Bank  nəzarəti  məqsədilə  tətbiq  edilən  prudensial  (nəzarət)  hesabatlarının 



formatı Azərbaycan Respublikasının Mərkəzi Bankının müvafiq Qaydaları ilə 

müəyyən edilir. 



 

2. Maliyyə hesabatlarının məqsədi 

 

2.1.



 

Maliyyə  hesabatlarının  məqsədi  -  bankın  maliyyə  vəziyyəti,  fəaliyyətinin 

nəticələri  və  maliyyə  vəziyyətində  dəyişiklikləri  əks  etdirən  məlumatların 

təqdim olunmasıdır. 

2.2.

 

Maliyyə  hesabatları,  bank  tərəfindən  həyata  keçirilən  əməliyyatların 



strukturlaşdırılmış təqdimatını, fəaliyyətinin nəticələrini əks etdirir və maliyyə 

hesabatları  istifadəçilərinin  düzgün  iqtisadi  qərarlar  qəbul  etməsinə  şərait 

yaradır.   

 

3.  Maliyyə hesabatlarının tərtib olunma prinsipləri 

 

Hesablama metodu 

3.1.


 

Maliyyə  hesabatları  hesablama  metodu  ilə  tərtib  olunmalıdır.  Hesablama 

metoduna  müvafiq  olaraq,  əməliyyat  və  hadisələr  baş  verdiyi  zaman  (pul 

vəsaitlərinin  və  ya  onun  ekvivalentinin daxil olması və  ya  ödənilmə dərəcəsi 

üzrə  yox)  tanınır  və  aid  olduqları  dövrün  maliyyə  hesabatlarına  daxil  edilir. 

Hesablama metoduna əsasən tərtib olunmuş maliyyə hesabatları, istifadəçiləri 

ödəmələrlə  və  pul  vəsaitlərinin alınması ilə  bağlı nəinki  əvvəlki əməliyyatlar 

haqqında,  həmçinin  gələcək  ödəmələr  və  alınması  gözlənilən  pul  vəsaitlərini 

əks  etdirən  vəsaitlər  haqqında  məlumatlarla  təmin  edir.  Beləliklə,  hesablama 

metodu  ilə  tərtib  olunmuş  maliyyə  hesabatları  istifadəçilər  üçün  iqtisadi 




 

3

qərarların qəbul edilməsində kifayət qədər vacib olan keçmiş əməliyyatlar və 



həmçinin gələcək hadisələr barədə məlumatla təmin edir. 

Fəaliyyətin fasiləsizliyi  

3.2.


 

Maliyyə  hesabatları  bankın  hazırda  fəaliyyət  göstərməsini  və  gələcəkdə  də 

fəaliyyətini davam etdirməsini nəzərə alaraq, fəaliyyətin fasiləsizlik prinsipinə 

əsasən  tərtib  edilməlidir.  Yəni, bu  prinsipə  əsasən  nəzərdə  tutulur  ki,  bankın 

fəaliyyətini ixtisara salmaq və ya ləğv etmək məramı və ehtiyacı yoxdur. Əgər 

belə  məram  və  ya  ehtiyac  olarsa,  maliyyə  hesabatları  başqa  əsasla 

hazırlanmalıdır və tətbiq olunan əsas açıqlanmalıdır. 

 

Maliyyə hesabatlarının keyfiyyət xüsusiyyətləri 



Şəffaflı

q (aydınlıq)

 

3.3.


 

Maliyyə hesabatlarında təqdim olunan məlumatların əsas keyfiyyət göstəricisi 

onun  istifadəçilər  üçün  aydın  olmasıdır.  Bu  prinsipə  əsasən  tərtib  olunmuş 

maliyyə  hesabatları,  istifadəçilərdə  bankın  maliyyə  vəziyyəti,  aparılan 

əməliyyatların nəticələri, pul vəsaitlərinin hərəkəti barədə düzgün və qərəzsiz 

təsəvvür yaradır. 



 

  

Münasiblik 

3.4.


 

Məlumatların  faydalı  olması  üçün  onun  iqtisadi  qərarlar  qəbul  edən 

istifadəçilər  üçün  münasibliyi  zəruridir.  Məlumatlar  istifadəçilərə  keçmiş, 

indiki  və  gələcək  dövrlər  üzrə  hadisələri  qiymətləndirərək  iqtisadi  qərarlar 

qəbul edilməsinə təsir göstərdikdə, habelə keçmiş qiymətləndirilmələri təsdiq 

etdikdə və ya aradan qaldırılmasına təsir etdikdə, münasib hesab olunur. 



 

Əhəmiyyətlilik

 

3.5.


 

Məlumatların  münasibliyinə  onun  xarakteri  və  əhəmiyyətliliyi  böyük  təsir 

göstərir. Bu prinsipə əsasən hər bir əhəmiyyətli maddə maliyyə hesabatlarında 

ayrı-ayrılıqda  əks  olunmalıdır.  Əhəmiyyətli  olmayan  məbləğlər  analoji 

xarakterli məbləğlərlə birləşdirilməli və ayrıca təqdim olunmamalıdır.  



Yüklə 257,09 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə