“Dövlət qeydiyyatına alınmışdır” Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi



Yüklə 257,09 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix17.09.2018
ölçüsü257,09 Kb.
#68822
1   2   3   4   5   6   7

 

4

Etibarlılıq 

3.6.

 

Məlumatların  əhəmiyyətli  olması  üçün  etibarlı  olması  vacib  şərtdir. 



Məlumatlar  mühüm  səhv  və  qeyri-obyektivlikdən  azad  olduqda  və 

istifadəçilər  üçün inandırıcı olduqda, etibarlı hesab olunur. 



 

Düzgün  təqdimat  

3.7.


 

Maliyyə  hesabatlarında  məlumatların  etibarlı  olması  üçün  əməliyyat  və  

hadisələr düzgün təqdim olunmalıdır.  

 

Mahiyyətin  formadan  üstünlüyü    

3.8.

 

Əməliyyat və hadisələrin düzgün əks etdirilməsi üçün, əməliyyat və hadisələr, 



onların təkcə hüquqi forması ilə deyil, həmçinin mahiyyəti və iqtisadi reallığı 

nəzərə alınmaqla təqdim olunmalıdır.  

 

Neytrallıq

 

3.9.


 

Etibarlılığı  təmin  etmək  məqsədi  ilə  maliyyə  hesabatlarında  olan  məlumatlar 

neytral  və  obyektiv  olmalıdır.  Əgər  məlumatın  və  ya  onun  təqdimat 

formasının  seçilməsi,  nəzərdə  tutulmuş  məqsədlərin  əldə  olunmasına  və 

qərarların  qəbul  edilməsinə  təsir  göstərmirsə,  maliyyə  hesabatları  neytral 

hesab  edilir. 

 

Ehtiyatlılıq 

3.10.


 

Ehtiyatlılıq,  aktivlərin  dəyərinin  və  ya  gəlirlərin  məbləğinin  artırılmasına, 

passivlərin  dəyərinin  və  ya  xərclərin  məbləğinin  aşağı  salınmasına  yol 

verməmək  məqsədilə,  qeyri-müəyyənlik  şəraitində  qiymətləndirmələr  üçün 

zəruri olan qərarların qəbulu zamanı ehtiyatla hərəkət etmək deməkdir. Lakin 

ehtiyatlılıq  prinsipinə  riayət  edilməsi  gizli  (artıq)  ehtiyatların  yaradılması, 

əsaslı  surətdə  aktivləri  (gəlirləri)  azaltmaq  və  ya  öhdəlikləri  (xərcləri) 

artırmağı  tələb  etmir.  Çünki  bu  halda  maliyyə  hesabatları  neytral  olmaz  və 

nəticədə etibarlılıq keyfiyyətinə cavab verməz. 



 

5

Tamlıq 

3.11.

 

Etibarlılığı təmin etmək məqsədi ilə maliyyə hesabatlarındakı məlumatlar tam 



olmalıdır və bankın maliyyə vəziyyətini və maliyyə nəticəsini tam şəkildə əks 

etdirməlidir.  Buraxılmış  hər  hansı  bir  məlumat,  bütövlükdə    məlumatların 

yanlış  olmasına  gətirib  çıxarar  və  nəticədə  onun  münasiblik  baxımından  

etibarsız və qeyri-mükəmməl edə bilər. 



 

Müqayisəlilik 

3.12.


 

Məlumatlar  istifadəçilərə  müxtəlif  dövrlərə  aid  maliyyə  vəziyyətindəki 

meylləri  və  fəaliyyət  nəticələrini  qiymətləndirmək  üçün  müqayisəli  şəkildə 

təqdim  edilməlidir.  İstifadəçilər  həmçinin  müxtəlif    bankların  maliyyə 

vəziyyətlərini, 

fəaliyyətinin 

nəticələrini 

və 


maliyyə 

vəziyyətindəki 

dəyişiklikləri  qiymətləndirmək  üçün  müqayisə  etmək  imkanına  malik 

olmalıdırlar. 

3.13.

 

Keyfiyyət  xüsusiyyəti  kimi  müqayisəliliyin  vacib  şərtini,  istifadəçilərin 



maliyyə  hesabatlarının  hazırlanmasında  istifadə  olunan  uçot  siyasəti,  uçot 

siyasətində  aparılan  istənilən  dəyişikliklər  və  bu  dəyişikliklərin  nəticələri 

haqqında məlumatlandırılmasını təşkil edir.  

 

Məlumatların münasibliyinin və etibarlılığının  məhdudlaşdırılması 



Vaxtlı-vaxtlılıq

 

3.14.


 

Məlumatın  təqdimatında  əsassız  gecikdirilmə  baş  verərsə,  həmin  məlumat 

əhəmiyyətini  itirə  bilər.  Məlumatların  vaxtlı-vaxtında  təqdim  olunması  üçün 

bəzən  əməliyyatların  və  digər  hadisələrin  bütün  aspektlərini  araşdırmadan 

təqdim olunması zəruri olur. Bu da etibarlılıq səviyyəsini aşağı salır. Əksinə, 

əgər  hesabatlar  bütün  aspektləri  araşdırılmaq  üçün  saxlanılırsa,  məlumatlar 

kifayət  qədər  etibarlı  olur,  lakin  istifadəçilər  üçün  az  faydalı  ola  bilər,  çünki 

istifadəçilərin  iqtisadi  qərarlar  qəbul  etməsi  gecikdirilə  bilər.  Münasiblik  və 

etibarlılıq  arasında  tarazlığın  əldə  olunması  istifadəçilərin  iqtisadi  qərarlar 

qəbul etmək tələbatının ən yaxşı təmin olunmasıdır. Bu səbəbdən hər hansı bir 




 

6

hadisənin  qarşısını  almaq  məqsədilə  və  ya  düzgün  iqtisadi  qərarlar  qəbul 



edilməsi üçün məlumatlar vaxtlı-vaxtında təqdim olunmalıdır. 

 

Səmərə və məsrəflər arasında tarazlıq 

3.15.


 

Səmərə  və  məsrəflər  arasında  tarazlıq –  keyfiyyət  xüsusiyyəti  yox,  prinsipial 

məhdudiyyətdir. Bu prinsipə əsasən məlumatlardan əldə ediləcək səmərə onun 

alınmasına çəkilən məsrəflərdən artıq olmalıdır.  



 

Dəqiq və obyektiv təqdimat

 

3.16.



 

Maliyyə  hesabatları  bankın  maliyyə  vəziyyəti,  fəaliyyətinin  nəticələri  və 

maliyyə  vəziyyətində  dəyişikliklər  haqqında  dəqiq  və  obyektiv  məlumatları 

təqdim etməlidir. 



 

4.

 

Maliyyə hesabatlarının elementləri 

 

4.1.


 

Maliyyə  hesabatları  əməliyyatların  və  digər  hadisələrin  nəticələrini  onların 

iqtisadi  xüsusiyyətlərinə  uyğun  olaraq müəyyən  kateqoriyalarda  birləşdirərək 

əks  etdirməlidir.  Bu  kateqoriyalar  maliyyə  hesabatlarının  elementləri  adlanır. 

Mühasibat  balansında  maliyyə  vəziyyətinin  qiymətləndirilməsi  ilə  bilavasitə 

əlaqəli  olan  elementlər  -  aktivlər,  öhdəliklər  və  kapital hesab  edilir.  Mənfəət 

və  zərər  haqqında  hesabatda  fəaliyyətin  nəticələrinin  qiymətləndirilməsi  ilə 

bilavasitə əlaqəli olan elementlər -  gəlirlər və xərclər hesab edilir. 

4.2.

 

Mühasibat balansında  və mənfəət  və  zərər  haqqında hesabatda bu  elementlər 



təsnifləşdirilir. Təsnifləşdirmənin aparılmasında məqsəd istifadəçilərə iqtisadi 

qərarlar qəbul etmək üçün daha əlverişli şəraitin yaradılmasıdır. 

 

 

4.3.



 

Maliyyə vəziyyəti 

4.3.1.


 

Maliyyə vəziyyətinin qiymətləndirilməsi ilə bilavasitə əlaqəli olan elementlər - 

aktivlər, öhdəliklər və kapital hesab olunur. Bu elementlər aşağıdakı qaydada 



Yüklə 257,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə