“Dövlət qeydiyyatına alınmışdır” Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi



Yüklə 257,09 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix17.09.2018
ölçüsü257,09 Kb.
#68822
1   2   3   4   5   6   7
    Bu səhifədəki naviqasiya:
  • Kapital

 

7

müəyyən olunur: 



a)

 

Aktivlər  -  əvvəlki  dövrlərdə  baş  vermiş  hadisələr  nəticəsində  bank 

tərəfindən nəzarət edilən və gələcəkdə bank tərəfindən iqtisadi səmərə 

alınması gözlənilən vəsaitlərdir. 

b)

 

Öhdəliklər  -  əvvəlki  dövrlərdə  baş  vermiş  hadisələrdən  yaranan  və 



tənzimlənməsi bankdan iqtisadi səmərəyə malik vəsaitlərin əks-axınına 

gətirib çıxaran cari borclardır. 

c)

 

Kapital  -  bankın  öz  vəsaitləridir  və  bankın  bütün  öhdəlikləri 



çıxıldıqdan sonra onun aktivlərdə qalan payıdır. 

 

4.4.



 

Aktivlər  

4.4.1.


 

Aktivdə  əks  olunan  gələcək  iqtisadi  səmərə  banka  aşağıdakı  yollarla  daxil 

olur: 

a)

 



aktiv,  bank  tərəfindən  göstərilən  xidmətlərdən  ayrılıqda  və  ya  digər 

aktivlərlə əlaqəli şəkildə  istifadə olunduqda; 

b)

 

aktiv, digər aktivlərlə mübadilə olunduqda; 



c)

 

aktiv, öhdəliklərin ödənilməsi üçün istifadə olunduqda;  



ç)   aktiv, bankın sahibləri arasında bölüşdürüldükdə. 

4.4.2.


 

Bir çox aktivlər, məsələn, əsas vəsaitlər fiziki formaya malikdir. Lakin fiziki 

forma,  aktivin  mövcudluğunu  müəyyən  etmək  üçün  əsas  deyil,  belə  ki, 

patentlər  və  müəlliflik  hüququ  fiziki  formaya  malik  olmamasına 

baxmayaraq,  aktiv  hesab  olunur,  çünki  bank  tərəfindən  onlardan  gələcəkdə 

iqtisadi səmərə əldə etmək gözlənilir və nəzarət olunur. Həmçinin mülkiyyət 

hüququnun  olması  da  aktivin  mövcudluğu  üçün  birinci  dərəcəli  hesab 

edilmir. Belə ki, əgər bank əldə olunması gözlənilən mənfəətə nəzarət edirsə, 

icarə olunan əmlak da aktiv kimi tanınır.  

4.4.3.


 

Bankın  aktivləri  əvvəlki  dövrlərin  əməliyyatları  və  digər  hadisələr 

nəticəsində yaranır. 

4.4.4.


 

Yaranmış xərclər və yaradılmış aktivlər arasında sıx əlaqə mövcuddur, lakin 

bunlar uyğun olmaya da bilər. Belə ki, bank xərc həyata keçirdikdə, nəzərdə 



 

8

tutulur ki, bu xərc gələcəkdə mənfəət əldə etmək məqsədi güdür, lakin bu o 



demək  deyil  ki,  aktiv  kimi  tanınan  obyekt  yaranmışdır.  Həmçinin  müvafiq 

xərclərin  istisna  olması,  maddənin  aktiv  kimi  tanınmasına  mane  olmur  və 

mühasibat balansında tanına bilər.  

 

4.5.



 

  Öhdəliklər   

4.5.1.


 

Öhdəliyin əsas xüsusiyyəti bankın borcunun olmasıdır. Öhdəlik - borcdur və 

ya müəyyən bir işi müəyyən şəkildə yerinə yetirmək və ya müəyyən şəkildə 

hərəkət etmək barədə verilmiş təminatdır.    

4.5.2.

 

Öhdəliyin yerinə yetirilməsi aşağıdakı üsullarla həyata keçirilə bilər:  



a)

 

pul vəsaitlərinin ödənilməsi vasitəsi ilə; 



b)

 

digər aktivlərin verilməsi ilə; 



c)

 

xidmətlər göstərməklə; 



ç)  bir öhdəliyin digəri ilə əvəz olunması vasitəsilə;  

d)

 



öhdəliyin kapitala keçirilməsi vasitəsilə. 

Öhdəliklər həmçinin kreditorun hər hansı vəsait və  ya əmlak üzərində öz 

hüquqlarının  itirilməsi  və  ondan  imtina  etməsi  kimi  digər  vasitələrlə  də 

ödənilə bilər. 

4.5.3.

 

Öhdəliklər keçmiş dövrlərin əməliyyatları (hadisələri) nəticəsində yaranır.  



 

4.6.

 

      Kapital  

4.6.1.


 

Kapitalın qalıq  kimi  təyin  olunmasına baxmayaraq,  mühasibat balansında 

təsnifləşdirilməlidir. Belə təsnifləşdirmə bankda iştirak payı olan tərəflərin 

dividend  alınması  və  ya  kapitalın  ödənilməsinə  münasibətdə  müxtəlif 

hüquqlara malik olma faktını əks etdirir. 

4.6.2.


 

Mühasibat  balansında  göstərilən  kapitalın  məbləği  aktivlərin  və 

öhdəliklərin həcmindən asılıdır.  

4.7.

 

      Maliyyə fəaliyyətinin nəticələri

 

4.7.1.


 

Mənfəət,  bankın  fəaliyyətinin  effektivlik  dərəcəsinin  ölçüsü  və  ya 

investisiyalardan (səhmlərdən) daxil olan səmərənin ölçüsü üçün əsas kimi 



 

9

istifadə  olunur.  Mənfəətin ölçüsü  ilə bilavasitə  əlaqədar  olan  elementlər  - 



gəlir və xərclərdir.  

4.7.2.


 

Gəlir və xərclərin  elementləri aşağıdakı kimi təyin olunur: 

a)

 

Gəlir  –  hesabat  dövrü  ərzində  aktivlərin  axıb  gəlməsi  və  ya  artması 



formasında  və  ya  səhmdarların  qoyuluşları  ilə  əlaqədar  olmayan, 

kapitalın  artmasına  gətirib  çıxaran  öhdəliklərin  azalması  kimi  təzahür 

edən iqtisadi səmərələrin  artmasıdır.  

b)

 



Xərc – hesabat dövrü ərzində aktivlərin axıb getməsi və  ya tükənməsi 

və  ya  səhmdarlar  arasında  paylanması  ilə  əlaqədar  olmayan  kapitalın 

azalmasına  gətirib  çıxaran  öhdəliklərin  artması  kimi  təzahür  edən 

iqtisadi səmərələrin  azalmasıdır.  



 

4.8.

 

      Gəlir 

4.8.1.


 

Gəlir anlayışına, daxil olan pul vəsaitləri və digər gəlirlər aiddir. Daxil olan 

pul vəsaitləri (mədaxil) bankın adi fəaliyyət prosesində yaranır və müxtəlif 

anlayışlarla,  o  cümlədən  mükafatlar,  faizlər,  dividendlər,  royalti  və  icarə 

haqqı adlandırılır. 

4.8.2.


 

Digər  gəlirlər,  gəlir  anlayışına  cavab  verən  digər  maddələri  ifadə  edir  və 

bankın  adi  fəaliyyəti  prosesində  yarana  və  yaranmaya  bilər.  Bu  gəlirlər 

özlüyündə  iqtisadi  səmərələrin  artımını  təşkil  edir  və  öz  xarkterinə  görə 

daxil olan pul vəsaitlərindən fərqlənmir.  

4.8.3.


 

Digər  gəlirlər,  məsələn,  əsas  vəsaitlərin  realizə  olunmasından  yaranan 

gəlirlərdən ibarətdir. Gəlir anlayışına həmçinin realizə olunmamış gəlirlər, 

yəni,  bazar  qiymətli  kağızlarının  yenidən qiymətləndirilməsindən  yaranan 

gəlir  və  ya  uzunmüddətli  aktivlərin balans dəyərinin artmasından  yaranan 

gəlir daxildir. Mənfəət və zərər haqqında hesabatda belə gəlirlər tanınarkən 

ayrı-ayrılıqda  təqdim  olunur,  çünki  bu  gəlirlər  haqqında  məlumatlar 

iqtisadi qərarların qəbul olunması üçün faydalıdır.  

4.8.4.

 

Müxtəlif  növ  aktivlər  gəlir  vasitəsilə  əldə  oluna  və  artırıla  bilər.  Buna 



misal  olaraq,  pul  vəsaitlərini,  debitor    borcunu,  təchiz  olunmuş  mallar  və 


Yüklə 257,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə