“Dövlət qeydiyyatına alınmışdır” Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi



Yüklə 257,09 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix17.09.2018
ölçüsü257,09 Kb.
#68822
1   2   3   4   5   6   7

 

13 


 

5.8.

 

      

Gəlirin tanınması  

5.8.1.


 

Etibarlı şəkildə  ölçülə bilən aktivlərin artması və öhdəliklərin azalması ilə 

əlaqədar olan gələcək iqtisadi səmərələrin artımı olduqda, gəlir, mənfəət və 

zərər haqqında hesabatda tanınır. Yəni bu onu göstərir ki, gəlirin tanınması 

aktivlərin  artmasının  və  ya  öhdəliklərin  azalmasının  tanınması  ilə  eyni 

zamanda  baş  verir.  Məsələn,  xidmətlərin  satışı  zamanı  aktivlərin  xalis 



artımı  baş  verir,  həmçinin  borcun  ödənilməsindən  imtina  edilərkən, 

öhdəliklər azalır

 

5.9.



 

      Xərclərin tanınması 

5.9.1.


 

Etibarlı şəkildə ölçülə bilən aktivlərin azalması və öhdəliklərin artması ilə 

əlaqədar  olan  gələcək  iqtisadi  səmərələrin  azalması  olduqda,  xərclər, 

mənfəət  və  zərər  haqqında  hesabatda  tanınır.  Yəni  bu  onu  göstərir  ki, 

xərclərin tanınması, öhdəliklərin artması və ya aktivlərin azalması ilə eyni 

zamanda  baş  verir  (məsələn,  əmək  haqqının  ödənişi  və  ya  avadanlığın 



amortizasiyası üzrə borclar)

5.9.2.


 

Mənfəət və zərər haqqında hesabatda xərclər, konkret gəlir maddələri üzrə 

çəkilmiş  xərclərlə  mənfəət  arasında  bilavasitə  müqayisə  əsasında  tanınır. 

Bu  proses  xərclərin  və  mənfəətin  müqayisə  prosesi  adlanır.  Lakin  bu 

Qaydalara  əsasən  müqayisə  prosesinin  tətbiqi,  aktivlərin  və  öhdəliklərin 

anlayışlarına 

uyğun 

gəlməyən 



maddələrin  mühasibat  balansında 

tanınmasına icazə vermir. 

5.9.3.

 

Əgər  iqtisadi  səmərələrin  əldə  olunması  bir  neçə  uçot  dövrü  ərzində 



gözlənilirsə,  xərclər,  mənfəət  və  zərər  haqqında  hesabatda  rasional  bölgü 

metodu əsasında  tanınır.  Bu  tanınma metodu, əsas  vəsaitlər,    patentlər  və 

ticarət  nişanları  kimi  aktivlərin  istifadəsi  ilə  əlaqədar  olan  xərclərin 

tanınması zamanı tələb olunur və bu halda xərc amortizasiya kimi tanınır. 

Bu  bölgü metodu  bu maddələrlə  əlaqədar  olan  iqtisadi  səmərənin  istifadə 

olunduğu  və  ya  keçdiyi  uçot  dövrləri  ərzində  xərcləri  tanımaq  üçün 




 

14 


nəzərdə tutulmuşdur. 

5.9.4.


 

Əgər  xərclər  gələcək iqtisadi  səmərələri  yaratmırsa  və  ya  gələcək  iqtisadi 

səmərələr  mühasibat  balansında  aktiv  kimi  tanınma  tələblərinə  uyğun 

gəlmirsə, xərc mənfəət və zərər haqqında hesabatda dərhal tanınmalıdır.  

5.9.5.

 

Xərc,  həmçinin  aktiv  tanınmazdan  əvvəl  öhdəlik  yaratdıqda  (məsələn, 



məhsula  təminat  üzrə  öhdəlik)  mənfəət  və  zərər  haqqında  hesabatda 

tanınmalıdır.  

 

6.   Maliyyə hesabatı elementlərinin qiymətləndirilməsi 

 

 

6.1.



 

Qiymətləndirilmə  –  maliyyə  hesabatının  elementlərinin  tanınmalı  olduğu, 

mühasibat balansına və mənfəət və zərər haqqında hesabata daxil olunmalı pul 

məbləğlərinin müəyyən edilməsi prosesidir. 

6.2.

 

Maliyyə  hesabatlarında  bir  sıra  müxtəlif  qiymətləndirmə    metodlarından 



istifadə olunur. Bu metodlar aşağıdakılardan ibarətdir: 

a)

 



Alqının faktiki dəyəri. Aktivlər onlara görə ödənilmiş pul vəsaitlərinin 

və  ya  onların  ekvivalentlərinin  məbləğləri  üzrə  və  ya  aktivlərin 

alınması zamanı təklif olunan ədalətli dəyərlə tanınır. Öhdəliklər, borc 

üzrə öhdəliyin əvəzinə alınan mədaxil məbləği üzrə və ya bəzi hallarda 

ödənilməsi  gözlənilən  pul  vəsaitlərinin  və  ya  onların  ekvivalentlərinin 

məbləğləri üzrə tanınır. Məsələn, gəlir vergisi. 

b)

 

Bərpa  olunma  dəyəri.  Aktivlər,  bu  aktivin  və  ya  ekvivalent  aktivin 



mövcud  alınması  şərtində,  ödənilməli  olan  pul  vəsaitlərinin  və  ya 

onların  ekvivalentlərinin  məbləği  üzrə  əks  olunur.  Öhdəliklər  bu 

öhdəliyi mövcud ödənilməsi şərtində, tələb olunan pul vəsaitlərinin və 

ya  onların  ekvivalentlərinin    diskont  olunmamış  məbləğləri  üzrə  əks 

olunur.  

c)

 



Mümkün  satış  qiyməti  (ödəmə).  Aktivlər  mövcud  normal  şəraitdə 

satışdan  əldə  oluna  bilən  pul  vəsaitlərinin  və  ya  onların 

ekvivalentlərinin  məbləğləri  üzrə  əks  olunur.  Öhdəliklər  isə  onların 



 

15 


ödənilməsi dəyərləri üzrə, yəni, normal şəraitdə öhdəliklərin ödənilməsi 

üçün  çəkilməsi  nəzərdə  tutulan  pul  vəsaitlərinin  və  ya  onların 

ekvivalentlərinin diskont olunmamış məbləğləri üzrə əks olunur.  

ç)  Diskont  olunmuş  dəyər.  Aktivlər,  normal  şəraitdə  bu  aktiv  vasitəsilə 

yaranması  ehtimal  olunan  pul  vəsaitlərinin  gələcək  xalis  daxil 

olmalarının diskont olunmuş dəyəri üzrə əks olunur. Öhdəliklər, normal 

şəraitdə öhdəliklərin ödənilməsi üçün tələb olunması ehtimal olunan pul 

vəsaitlərinin  gələcək  xalis  ödənişlərinin  diskont  olunmuş  dəyəri  üzrə 

əks olunur.  

6.3.


 

Banklar tərəfindən ən çox istifadə olunan əsas  ölçü - faktiki dəyər ölçüsüdür. 

Adətən,  faktiki  dəyər  digər  qiymətləndirmə  metodları  ilə  qarşılıqlı  olunaraq 

istifadə  olunur.  Məsələn,  ehtiyatlar  adətən  maya  dəyərindən  aşağı  və  satışın 



mümkün  xalis  satış  qiyməti  üzrə  hesaba  alınır,  bazar  qiymətli  kağızları 

onların  bazar  dəyəri    üzrə,  pensiya  üzrə  öhdəliklər  onların  diskont  olunmuş 

məbləği üzrə tanınır.     

 

7.  Maliyyə kapitalının saxlanması konsepsiyası və mənfəətin 



müəyyən olunması 

7.1


 

Maliyyə  kapitalının  saxlanması  konsepsiyasına  görə,  ilin  sonunda  xalis 

aktivlərin  məbləğindən  bütün  ayırmalar  və  dövr  ərzində  mülkiyyətçilərin 

ödəmələri  çıxıldıqdan  sonra  qalan  məbləğin,  ilin  əvvəlində  olan  xalis 

aktivlərin  məbləğindən  artıq  olan  hissəsi  əldə  edilmiş  mənfəət  hesab  olunur. 

Maliyyə  kapitalının  saxlanması  nominal  pul  vahidləri  və  ya  daimi  alıcılıq 

qabiliyyəti vahidi ilə ölçülür.  

7.2


 

Kapitalın  saxlanması  konsepsiyası  bankın    saxlamaq  istədiyi  kapitalın  necə 

müəyyən  olunmasını  nəzərdən  keçirir.  Kapitalın  saxlanması  konsepsiyası 

kapital  konsepsiyaları  ilə  mənfəət  konsepsiyaları  arasında  əlaqəni  müəyyən 

edir,  mənfəətin  ölçülməsi  istiqamətini  göstərir.  Bu  konsepsiya  bankın 

mənfəətindən 

kapitala 

və 


kapitaldan 

qaytarılması 

arasında 

fərqin 


müəyyənləşdirilməsi  üçün  əsasdır.  Kapitalın  saxlanılması  üçün  zərüri  olan 


Yüklə 257,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə