“Dövlət qeydiyyatına alınmışdır” Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi



Yüklə 257,09 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix17.09.2018
ölçüsü257,09 Kb.
#68822
1   2   3   4   5   6   7

 

16 


məbləğdən  artıq  olan  aktiv  axınları  mənfəət  kimi  tanınır.  Nəticə  etibarilə, 

mənfəət  –  xərclərin  (o  cümlədən,  kapitalın  saxlanması  üçün  zəruri  olan 

təshihlərin  məbləği)  gəlirlərdən  çıxıldıqdan  sonra  yerdə  qalan  qalıq 

məbləğidir. Əgər xərclər gəlirdən artıqdırsa, fərq zərər kimi tanınır. 

  

8.  Uçot  siyasəti 

 

8.1.



 

Uçot  siyasəti  -  bank  tərəfindən  maliyyə  hesabatlarının  hazırlanıb  təqdim 

edilməsi üçün qəbul olunmuş konkret prinsiplər, əsaslar,  şərtlər,  qaydalar  və  

təcrübədir. 

8.2.

 

Bankın  uçot  siyasəti  maliyyə  hesabatlarına  tətbiq  edilən  bütün  uçot 



Qaydalarına uyğun olmalı və aşağıdakı tələblərə cavab verməlidir:   

a)

 



qərar  qəbul  edilməsində  istifadəçilərin  ehtiyacları  üçün  münasib 

olmalıdır;  

b)

 

etibarlı olmalıdır, belə ki bu siyasət: 



 

bankın maliyyə vəziyyətini və nəticələrini dəqiq şəkildə təqdim edir; 



 

hadisə  və  əməliyyatların  yalnız  hüquqi  formasını  yox,  həmçinin 



iqtisadi məzmununu əks etdirir; 

 



neytraldır; 

 



hərtərəflidir; 

 



istənilən mənada tamdır. 

 

9.  Maliyyə hesabatları formalarının  müəyyənləşdirilməsi 

 

9.1.


 

Maliyyə  hesabatlarının  formaları  dəqiq  müəyyənləşdirilməli  və  dərc  edilmiş 

digər məlumatlardan ayrılmalıdır. 

9.2.


 

Maliyyə  hesabatlarının  hər  bir  tərkib  hissəsi  dəqiq  müəyyənləşdirilməlidir. 

Həmçinin,  aşağıdakı  məlumatlar  dəqiq  seçilməli  və  təqdim  olunan 

məlumatların  daha  düzgün  başa  düşülməsi  üçün  zəruri  olduqda, 

təkrarlanmalıdır:  



 

17 


a)

 

hesabat verən bankın adı və ya digər tanınma əlamətləri; 



b)

 

maliyyə  hesabatlarının  ayrıca  bir  bankı,  yoxsa  banklar  qrupunu  əhatə 



etməsi haqqında məlumat; 

c)

 



maliyyə  hesabatlarının  müvafiq  tərkib  hissəsi  üçün  (hansının  daha 

uyğun  olmasından  asılı  olaraq)  hesabat  tarixi  və  ya  maliyyə 

hesabatlarının əhatə etdiyi dövr; 

ç)   hesabat valyutası;  

d)

 

maliyyə  hesabatlarında  məlumatların  (rəqəmlərin)  təqdim  edilməsində 



istifadə olunan dəqiqlik səviyyəsi. 

9.3.


 

Maliyyə  hesabatlarında  məlumatlar  min  və  ya  milyon  manat  vahidlərində 

təqdim olunmalıdır.  

 

9.4.     Hesabat dövrü  

9.4.1.

 

Maliyyə hesabatları ən azı hər il təqdim edilməlidir. 



9.4.2.

 

Müstəsna  hallarda  bankın  hesabat  tarixi  dəyişildikdə  və  illik  maliyyə 



hesabatları  bir  ildən  artıq  və  ya  bir  ildən  qısa  müddətdə  təqdim  edildikdə, 

bank, maliyyə hesabatlarının əhatə etdiyi dövr üzrə əlavə olaraq aşağıdakıları 

açıqlamalıdır: 

a)

 



bir ildən fərqli dövrün  istifadə edilməsinin səbəbini; 

b)

 



mənfəət  və  zərər  haqqında,  kapitalın  strukturunda  dəyişikliklər,  pul 

vəsaitlərinin hərəkəti haqqında hesabatlarda müqayisəli məbləğlərin və 

müvafiq qeydlərin tutuşdurula bilməməsi faktını. 

9.5.     Maliyyə hesabatları  üzrə  məsuliyyət 

9.5.1.


 

Maliyyə  hesabatlarının  hazırlanıb  təqdim  edilməsi  üzrə  məsuliyyət  bankın 

müşahidə şurası (İdarə heyəti) və (və ya) digər rəhbər orqanının üzərinə düşür.  

 

10. Maliyyə hesabatlarının tərkibi 

 

10.1.


 

Maliyyə hesabatlarının tam dəstinə aşağıdakılar daxildir: 

a)

 

mühasibat balansı; 




 

18 


b)

 

mənfəət və zərər haqqında hesabat; 



c)

 

kapitalın strukturunda dəyişikliklər haqqında hesabat; 



ç)   pul vəsaitlərinin hərəkəti haqqında hesabat; 

d)

 



uçot siyasəti və  izahat qeydləri. 

10.2.


 

Bank  maliyyə  hesabatlarından  başqa,  fəaliyyətinin  maliyyə  nəticələrinin  əsas 

xarakterini, maliyyə vəziyyətini və qarşılaşdığı əsas qeyri-müəyyənlikləri əks 

etdirən rəhbərliyin maliyyə şərhlərini təqdim edə bilər.  

 

 

11.    Mühasibat balansı

 

 



11.1.

 

   Qısamüddətli və  uzunmüddətli  maddələrə  bölünmə 

11.1.1.


 

  Hər  bir  bank  mühasibat  balansında  aparılan  əməliyyatların  xarakterinə 

əsaslanaraq,  qısamüddətli  və  uzunmüddətli  aktivləri  və  öhdəlikləri  ayrı-

ayrılıqda təsnifləşdirərək əks etdirməlidir.  

 

 Qısamüddətli aktivlər  

11.1.2.


 

Aktivlər aşağıdakı hallarda qısamüddətli aktiv kimi təsnifləşdirilməlidir:  

a)

 

aktiv  satılmaq  üçün  saxlanıldıqda  və  ya  bankın  əməliyyat  prosesinin 



normal şəraitində istifadə edilmək üçün nəzərdə tutulduqda; 

b)

 



aktiv  əsas  etibarı  ilə  kommersiya  məqsədləri  üçün  və  ya  qısa  vaxt 

müddətində  saxlanıldıqda  və    hesabat  tarixindən  etibarən  on  iki  ay 

ərzində realizə edilməsi nəzərdə tutulduqda; 

c)

 



aktiv  istifadəsi  üzrə  heç bir məhdudiyyət  olmayan  pul vəsaitləri və  ya 

onların ekvivalenti hesab edildikdə.  

Bütün digər aktivlər uzunmüddətli aktivlər kimi təsnifləşdirilməlidir.    

 

Qısamüddətli öhdəliklər  

11.1.3.

 

Öhdəliklər 



aşağıdakı 

hallarda 

qısamüddətli 

öhdəliklər 

kimi 

təsnifləşdirilməlidir: 



a)

 

öhdəliyin  bankın  əməliyyat  prosesinin  normal  şəraitində  ödənilməsi 




Yüklə 257,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə