«Dövlət qeydiyyatına alınmışdır» «Təsdiq edilmişdir» «Razılaşdırılmışdır»



Yüklə 413,9 Kb.
Pdf görüntüsü
səhifə1/10
tarix31.08.2018
ölçüsü413,9 Kb.
#65782
  1   2   3   4   5   6   7   8   9   10


«Dövlət qeydiyyatına alınmışdır» 

     «Təsdiq edilmişdir»   

        «Razılaşdırılmışdır» 

 

 Azərbaycan Respublikasının  

 

 Azərbaycan Respublikası 

 Azərbaycan Respublikasının  

         Ədliyyə Nazirliyi   

 

Mərkəzi Bankının İdarə Heyəti   

Maliyyə Nazirliyi  

 

 Qeydiyyat №  3201 

 

              Protokol №  33 

 

  

 «21»  noyabr  2005-ci il.                            «07»  noyabr   2005-ci il.   

      « 11» noyabr  2005-ci il. 

 

 

 Nazir   __________________   

   İdarə Heyətinin Sədri   _____________    Nazir    _________________ 

 

Fikrət Məmmədov 

                                     Elman Rüstəmov 

                       Əvəz Ələkbərov 

 

 

 

Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında 

mühasibat uçotunun aparılması Qaydaları 

 

 

 

 

 

 

 

 

I. Ümumi müddəalar 

 

1. Qaydaların təyinatı 

 

1.0.    Bu  Qaydalar  «Banklar  haqqında»,  «Mühasibat  uçotu  haqqında»  Azərbaycan 



Respublikasının  Qanunlarına,  Azərbaycan  Respublikasının  digər  qanunvericilik 

aktlarına,  habelə  Azərbaycan  Respublikası  Mərkəzi  Bankının  normativ  xarakterli 

aktlarına  və  Maliyyə  Hesabatlarının Beynəlxalq  Standartlarının  (MHBS)  tələblərinə 

uyğun  olaraq  hazırlanmış  və  Azərbaycan  Respublikasında  fəaliyyət  göstərən  kredit 

təşkilatlarında  (bundan  sonra  -  «bank»)  mühasibat  uçotunun  təşkili  və  aparılması 

qaydalarını müəyyən edir. 



 

2. Anlayışlar 

 

Bu Qaydaların məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur: 


 

2

2.1.



 

Banklarda  mühasibat  uçotu  -  bankın  aktivləri,  öhdəlikləri,  kapitalı,  gəlirləri  və 

xərcləri  haqqında  məlumatların  mühasibat  hesablarında  ikili  yazılış  üsulu  ilə 

toplanması, qeydiyyatı və ümumiləşdirilməsi sistemidir.

 

2.2.



 

Analitik  hesab  -  subhesabın  daxilindəki  məlumatların  təfsilatı  ilə  açıqlanmasını  və 

qruplaşdırılmasını təmin edən hesabdır. 

2.3.

 

Subhesab  -  analitik  uçot  məlumatlarını  özündə  əks  etdirməklə  sintetik  hesabın 



daxilindəki məlumatların təfsilatı ilə açıqlanmasını və qruplaşdırılmasını təmin edən 

hesabdır. 

2.4.

 

Sintetik  hesab  -  aktivlərin,  öhdəliklərin,  kapitalın,  gəlirlərin  və  xərclərin  debeti  və 



krediti üzrə dövriyyələrinin ümumiləşdirilməsinə xidmət edən hesabdır.  

2.5.


 

Mühasibat  uçotu  registrləri  -  ilkin  uçot  sənədlərinə  əsasən  müvafiq  mühasibat

jurnallarında, kitablarda bank əməliyyatının sistemləşdirilməsidir. 

2.6.

 

Bank əməliyyatları – kredit təşkilatlarının əmlakını, öhdəliklərini, kapitalını, onların 



hərəkətini  və  ümumiyyətlə  maliyyə  vəziyyətini  ayrı-ayrılıqda  özündə  əks  etdirən 

faktlardır. 

2.7.

 

İlkin



  uçot  sənədləri  –  bank  tərəfindən  əməliyyatların  həyata  keçirilməsi  faktını 

təsdiqləyən və mühasibat yazılışlarına əsas verən sənəddir. 

İlkin  uçot  sənədlərinə  –  ciddi  hesabat  blankları  və  özündə  pul  dövriyyəsini  əks 

etdirməyən,  lakin  bu  dövriyyələrin  uçota  alınmasına  əsas  verən  digər  mühasibat 

sənədləri daxildir. 

2.8.


 

Bank  sənədləri  -  bank  əməliyyatlarının  həyata  keçirilməsi  üçün  zəruri  və  kifayət 

qədər  məlumatları  əks  etdirən,  onun  qanuniliyini  təsdiq  edən  və  əməliyyatların 

mühasibat  uçotunda  əks  olunmasına  əsas  verən  sənədlərdir.  Bank  sənədləri  müştəri 

sənədlərinə və bankdaxili sənədlərə bölünür. Müştəri sənədlərinə - ödəniş sənədləri, 

bankdaxili sənədlərə - kassa və memorial sənədlər daxildir. 

2.9.


 

Analitik  uçot  -  bankın  aktivlərinin  (tələblərinin),  öhdəliklərinin  və  kapitalının 

təyinatını  əks  etdirməklə  onların  hər  biri  üzrə  açılan  analitik  hesablarda  aparılan 

əməliyyatların təfsilatı ilə qeydiyyatı və qruplaşdırılmasıdır. 

2.10.


 

Sintetik uçot - bankın aktivləri (tələbləri), öhdəlikləri və kapitalı, gəlirləri və xərcləri 

üzrə sintetik hesablarda toplanmış məlumatların ümumiləşdirilməsidir.  




 

3

2.11.



 

Frant-ofis  -  müştərilərlə  və  bankın  tərəfdaşları  ilə  müqavilələrin  bağlanması  və 

bağlanmış əqdlər üzrə bank sənədlərinin qeydiyyata alınması üçün bek-ofisə təqdim 

olunmasını həyata keçirən bank bölməsidir. 

2.12.


 

Bek-ofis  -  frant-ofisdən  alınmış  məlumatlar  əsasında  bağlanmış  əqdlər  üzrə 

sənədlərin qeydiyyata alınmasını həyata keçirən bank bölməsidir.  

2.13.

 

Mühasibatlıq  -  əməliyyatların  aparılması  barədə  məlumatların  MHBS-yə  uyğun 



olaraq mühasibat uçotunda əks olunmasına nəzarəti həyata keçirən bank bölməsidir. 

2.14.


 

Hesablar planı – bank sistemi üçün mühasibat uçotunun müəyyən edilmiş əlamətləri 

üzrə sintetik və subhesabların məcmusudur. 

2.15.

 

Baş



  kitab  -  bank  sistemi  üçün  hesablar  planına  uyğun  olaraq,  müvafiq  mühasibat 

jurnallarından  (kitablarından)  alınan  sintetik  hesablarda  toplanmış  debet  və  kredit 

üzrə aylıq dövriyyələrin məcmusu əsasında məlumatları əks etdirən mühasibat uçotu 

registridir. 

2.16.

 

Köməkçi  mühasibat jurnalları - analitik hesablar üzrə aparılan bank əməliyyatları 



haqqında ətraflı məlumatları əks etdirən mühasibat uçotu registridir. 

2.17.


 

Əməliyyatçı

  - bank  xidmətinin  göstərilməsi  üzrə  müvafiq  əməliyyatın aparılmasına 

məsul edilmiş şəxsdir.  

2.18.

 

Baş



 mühasib - bankın strukturuna uyğun olaraq mühasibat uçotunun aparılmasına və 

maliyyə hesabatlarının təqdim edilməsinə rəhbərlik həvalə edilmiş məsul şəxsdir.  

2.19.

 

Avtomatlaşdırılmış



 bank informasiya sistemləri (ABİS) - obyektin səmərəli idarə 

olunması məqsədilə uçot prosesinin avtomatlaşdırılmasını təmin edən ardıcıl surətdə 

kağız və elektron daşıyıcıları vasitəsilə müvafiq maliyyə, iqtisadi və təhlil xarakterli 

digər məlumatların təqdim olunması sistemidir. 

 

3. Mühasibat uçotunun aparılmasının əsas qaydaları 

 

3.1.     Banklarda mühasibat uçotunun əsas vəzifələri aşağıdakılardır: 



 

bankın  fəaliyyəti,  aktivləri,  öhdəlikləri  və  kapitalın  vəziyyəti  haqqında  maliyyə 



hesabatlarının daxili istifadəçilərinə - rəhbərliyə, təsisçilərə, bankın iştirakçılarına 

(payçılarına,  səhmdarlarına)  habelə  xarici  istifadəçilərə  -  investorlara, 

kreditorlara,  nəzarət  və  dövlət  orqanlarına,  maliyyə  hesabatlarının  digər 

istifadəçilərinə dolğun, tam, düzgün və təfsilatı ilə məlumatların təqdim olunması; 




Yüklə 413,9 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə