«Dövlət qeydiyyatına alınmışdır» «Təsdiq edilmişdir» «Razılaşdırılmışdır»



Yüklə 413,9 Kb.
Pdf görüntüsü
səhifə2/10
tarix31.08.2018
ölçüsü413,9 Kb.
#65782
1   2   3   4   5   6   7   8   9   10

 

4



 

aparılan bütün bank əməliyyatları haqqında, tələb və öhdəliklərin mövcudluğu və 

bank tərəfindən istifadə olunan maddi və maliyyə resursları haqqında ətraflı, tam 

və düzgün uçotun aparılması; 

 

bankın  aktivlərinin  mövcudluğu  və  hərəkəti,  nağd  pul  və  digər  qiymətlilərin 



saxlanması,  əmək  resurslarının,  xüsusi  və  cəlb  olunmuş  vəsaitlərin  səmərəli 

istifadəsi, habelə bank tərəfindən aparılan digər əməliyyatlar üzrə nəzarətin təmin 

olunması. 

3.2. 


Banklar  MHBS-yə  müvafiq  olaraq  hər  il  fəaliyyətlərinin  istiqamətləri  üzrə  uçot 

siyasətini  tərtib  və  təsdiq  edir.  Bank  rəhbərliyi  tərəfindən habelə  aşağıdakı  sənədlər 

illik olaraq təsdiq olunmalıdır:  

 



aktiv və öhdəliklərin inventarizasiyasının aparılması qaydası; 

 



sənəd  dövriyyəsinin  və  uçot  məlumatlarının  hazırlanması  texnologiyasının 

aparılması qaydası;  

 

həyata keçirilən bankdaxili əməliyyatların aparılmasına nəzarət qaydası. 



3.3.

 

Banklarda  mühasibat  uçotunun  təşkili  və  aparılmasına,  bank  əməliyyatlarının 



aparılması 

üzrə 


qanunvericiliyin 

təmin 


olunmasına, 

uçot 


siyasətinin 

formalaşdırılmasına,  maliyyə  hesabatlarının  düzgün,  tam  və  vaxtında  təqdim 

olunmasına ilk növbədə bank rəhbərliyi məsuliyyət daşıyır.  

3.4.


 

Banklarda  mühasibat  uçotu,  bankın  hüquqi  şəxs  kimi  qeydiyyata  alındığı  gündən 

onun yenidən təşkili və ya qanunvericiliyə uyğun olaraq digər şəkildə ləğv olunması 

tarixinə qədər fasiləsiz olaraq aparılmalıdır. 

3.5.

 

Bank  aktivlərin,  öhdəliklərin,  xüsusi  kapitalın  və  onlar  üzrə  həyata  keçirilən 



əməliyyatların  uçotunu  Hesablar  Planına  uyğun  olaraq  müvafiq  balans  və 

balansdankənar hesablarda ikili yazılış metodu ilə həyata keçirir. 

3.6.

 

Banklarda  mühasibat  uçotu  MHBS-yə  əsasən  müəyyən  olunmuş  prinsiplərə  - 



hesablama  metodu,  fasiləsizlik,  şəffaflıq  (aydınlıq),  əhəmiyyətlilik,  etibarlılıq  və 

müqayisəlilik prinsiplərinə uyğun həyata keçirilir. 

3.7.

 

Bank  bütün  əməliyyatlarının,  aktivlərinin  və  öhdəliklərinin  mütəmadi  olaraq 



inventarizasiyasını  aparmalı  və  nəticələri  tam  şəkildə  mühasibat  uçotu  hesablarında 

əks etdirməlidir.  

3.8.

 

Bank  tərəfindən  aparılmış  əməliyyatlar  aid  olduğu  hesabat  dövründə  tanınmalı  və 



bankın gündəlik balansında əks olunmalıdır.  


 

5

Hesabat  dövrünün  əvvəlinə  olan  balans  və  balansdankənar  hesabların  qalıqları 



əvvəlki dövrün sonuna olan qalıq məbləğlərinə uyğun olmalıdır. 

3.9.


 

Mühasibat uçotunun aparılmasında bank aşağıdakıları təmin etməlidir: 

 

bankın və müştərilərin pullarının və maddi qiymətlilərinin qorunmasını; 



 

hesabat  dövrü  ərzində  həyata  keçirilən  əməliyyatların,  aktiv  və  öhdəliklərin 



qiymətləndirilməsinin  əks  olunmasını  təmin  edən  uçot  siyasətinin  dəyişilməz 

olaraq qalmasını; 

 

hesabat  dövrü  ərzində  bankın  bütün  əməliyyatlarının,  habelə  aktivlərin  və 



öhdəliklərin  inventarizasiya  nəticələri  də  daxil  olmaqla  uçotda  tam  şəkildə  əks 

olunmasını; 

 

hesablama metoduna uyğun olaraq gəlir və xərclərin aid olduğu hesabat dövrünə 



aid edilməsini; 

 



kapital 

qoyuluşları 

üzrə 

uçotun 


və 

xərclərin 

uçotunun 

bir-birindən 

fərqləndirilməsini; 

 

I I. Analitik və sintetik uçot 

 

4. Analitik uçot 

 

4.1.



 

Banklarda  analitik  uçot  kağız  və  ya  elektron  daşıyıcıları  vasitəsilə  köməkçi 

mühasibat jurnallarında və ya şəxsi hesablarda aparılır. Köməkçi mühasibat jurnalları 

və  ya şəxsi hesablar, analitik hesablarda uçota alınan hər bir növ üzrə vəsaitlərin və 

qiymətlilərin təyinatını və sahibini əks etdirməlidir. Köməkçi mühasibat jurnalının və 

şəxsi hesabların adı və nömrəsi müəyyən olunur.  

4.2.

 

Bank  rəhbərinin hesab  açılması barədə  göstərişinə  əsasən  müştəriyə  bank hesabının 



açılması  üçün  tələb  olunan  sənədlər  mühasibatlığa  (baş  mühasibə  və  ya  bankda 

müəyyən olunmuş qaydaya əsasən digər müvəkkil şəxsə) təqdim olunur.  

4.3.

 

Bank tərəfindən açılan bütün hesablar barədə qeydiyyat kitabında müvafiq yazılışlar 



aparılır.  Bankın  uçot  siyasətinə  müvafiq  olaraq  qeydiyyat  kitabı  kağız  və  elektron 

daşıyıcıları  vasitəsilə  aparıla  bilər.  Qeydiyyat  kitabı  elektron  daşıyıcıları  vasitəsilə 

aparıldıqda  həmin  məlumatlar  sanksiya  olunmamış  müdaxilələrdən  ciddi  şəkildə 

qorunmalıdır.  

4.4.

 

Hesablar haqqında qeydiyyat kitabında yazılışlar aparılarkən, hər müştəriyə müəyyən 



sıra nömrəsi verilir və sonradan müvafiq müştəri üçün açılan bütün şəxsi hesabların 


 

6

verilməsində bu qaydadan istifadə olunur. 



4.5.

 

Şəxsi  hesabların  və  müştəri  kartlarının  açılması,  bağlanması  və  hər  hansı  düzəliş 



edilməsi  bütün  rekvizitləri  əks  etdirən  yazılı  ərizə  əsasında  mühasibatlıq  (və  ya 

rəhbərliyin  göstərişi  ilə  digər  bölmə)  tərəfindən  aparılır.  Hesabın  açılması, 

bağlanması  və  düzəliş  aparılması  haqqında  məlumatların  vahid  bir  ərizədə  əks 

olunmasına  yol  verilmir.  Bu  əməliyyatlar  üzrə  ərizələr  çıxış  nömrəsi,  göndərilmə 

tarixi,  bankın  filialının  və  ya  struktur  bölmənin  adını  əks  etdirməklə  ayrı-ayrılıqda 

tərtib  və  təqdim  olunmalıdır.  Ərizədə  göstərilən  tarix,  onun  mühasibatlığa  təqdim 

olunma tarixinə uyğun olmalıdır.  

Bek-ofis  funksiyasını  həyata  keçirən  bank  filialının  və  struktur  bölmənin  hesab 

açılması  barədə  yazılı ərizələri  mühasibatlığa, sonradan  yazılı  formada  və  ya  əlbəəl 

fiziki  şəkildə təqdimatı təmin olunmaqla, elektron poçt vasitəsilə təqdim edilə bilər. 

Ərizənin  təqdim  olunma  qaydası  mühasibatlıq  tərəfindən  müəyyənləşdirilir  və 

aparılan dəyişikliklər barədə bütün filiallara və struktur bölmələrə məlumatlar verilir. 

Elektron ərizələrin rekvizitləri  yazılı ərizədə olan rekvizitlərə uyğun olmalıdır. Əgər 

bu  rekvizitlər  arasında  hər  hansı  bir  uyğunsuzluq  olarsa,  yazılı  ərizədə  olan 

rekvizitlər əsas götürülür.  

4.6.


 

Müştəri hesabları bağlandıqda, qeydiyyat kitabında həmin hesabın bağlanması tarixi 

yazılır.  Müştərinin  ərizəsinə  əsasən  hesab  başqa  banka  keçirildikdə,  hesabın 

rəsmiləşdirilməsinə dair bütün sənədlər bankda saxlanılır, lakin müştərinin hesabına 

qarşı  tələblər  (müddətli  öhdəliklər,  ödənilməmiş  hesablaşma  sənədləri  və  s.  ödəmə 

sənədləri)  siyahı  üzrə  hesabı  qəbul  edən  banka  poçt  vasitəsilə  bildirişli  sifariş 

məktubu ilə göndərilir. 

4.7.


 

Bankda  müştəri  hesabları  üzrə  əməliyyatlara  təkrar  nəzarəti  həyata  keçirmək 

məqsədilə hesablardan çıxarışlar gündəlik olaraq çap oluna bilər. Müştəri tərəfindən 

tələb  olunduqda,  bu  çıxarışlar  müştəriyə  verilmək  (və  ya  göndərilmək)  üçün  çap 

olunmalıdır. 

4.8.


 

Şəxsi  hesablarda  yazılışlar  yalnız  lazımi  qaydada  rəsmiləşdirilmiş  bank  sənədləri 

əsasında aparılır. Şəxsi hesablardan çıxarışlar adətən aşağıdakı rekvizitləri əks etdirir: 

əməliyyatın  aparılma  tarixini,  əməliyyatın  adını,  ödəniş  sənədinin  nömrəsini, 

valyutanın  kodunu,  hesabın  nömrəsini,  giriş  qalıq  məbləğini,  debet  və  kredit 

dövriyyəsini və çıxış qalıq məbləğini. 




Yüklə 413,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə