«Dövlət qeydiyyatına alınmışdır» «Təsdiq edilmişdir» «Razılaşdırılmışdır»



Yüklə 413,9 Kb.
Pdf görüntüsü
səhifə3/10
tarix31.08.2018
ölçüsü413,9 Kb.
#65782
1   2   3   4   5   6   7   8   9   10

 

7

4.9.



 

Müştərilərə  verilmək  üçün  şəxsi  hesablardan  çıxarışlar  bankın  əməliyyatçısının 

ştampı  və  imzası  ilə  təsdiqlənir.  Bir  neçə  vərəqdə  tərtib  edilmiş  çıxarış  müştəriyə 

verilərkən,  çıxarışın  hər  bir  vərəqi  bankın  əməliyyatçısının  ştampı  və  imzası  ilə 

təsdiq edilməlidir.  

4.10.


 

Müştərilərə  verilmək  üçün  şəxsi  hesablardan  çıxarışlara  hesab  üzrə  mühasibat 

yazılışlarının aparılmasına əsas verən ilkin sənədlər (onların surəti) əlavə edilə bilər. 

Çıxarışa əlavə olunan sənədlərə ştamp vurulur. Ştamp yalnız çıxarışın əsas əlavəsinə 

vurulmalıdır.  

4.11.


 

Əməliyyatçı  (nəzarətçi  işçi)  şəxsi  hesablardan  çıxarışı  imzalayarkən  çıxarışa  aid 

lazımi  əlavə  sənədlərin  mövcudluğunu,  habelə  onların  düzgün  rəsmiləşdirildiyini 

müəyyən etməlidir. 

4.12.

 

Hesablardan  çıxarışlar  şəxsi  hesab  üzrə  birinci  və  ikinci  imza  etmək  hüququ  olan 



şəxslərə  və  ya  müəyyən  olunmuş  qaydada  rəsmiləşdirilmiş  etibarnamə  üzrə  onların 

nümayəndələrinə imza etdirildikdən sonra verilir. 

4.13.

 

Hesabın  sahibi  hesabın  debetinə  və  ya  kreditinə  səhvən  yazılmış  məbləğ  barədə 



banka yazılı məlumatı təqdim etdikdə, müqavilədə ayrı şərtlər nəzərdə tutulmayıbsa, 

həmin  ana  bu  hesab  üzrə  qanunvericiliyə  uyğun  olaraq  mübahisəsiz  ödənişlər 

aparılmadıqda, əks müxabirləşmələr verilir.  

4.14.


 

Müştəri  şəxsi  hesabın  çıxarışını  itirdikdə,  çıxarışın  dublikatı  (hesabdan  çıxarışın 

surəti) müştərinin ərizəsinə əsasən bankın rəhbərliyinin və ya onun müavininin rəsmi 

icazəsi ilə  müştəriyə  verilə  bilər.  Bu  zaman müştərinin  ərizəsində  çıxarışın itirildiyi 

vaxt və yer göstərilməlidir. Müştəri hüquqi şəxs olduqda, ərizə hesab üzrə sərəncam 

vermək  hüququ  olan  şəxslər  tərəfindən  imzalanmalı  və  möhürlə  təsdiqlənməlidir. 

Müştəriyə verilən dublikatın titul hissəsində bu sözlər yazılır:  

 

 



“___ ”____________ 20... tarixli çıxarışın dublikatı” 

Çıxarışın dublikatı əməliyyatçı və baş mühasib (müştəri xidmətləri göstərən struktur 

bölmənin  rəhbəri)  və  ya  onun  müavini  tərəfindən  imzalanıb  möhürlə  təsdiqlənir  və 

müştərinin nümayəndəsinə imza etdirməklə təqdim olunur.  

Dublikatın  tərtib  edilməsi  üçün  əsas  götürülmüş  şəxsi  hesablardan  çıxarışın  titul 

hissəsində bu sözlər yazılır:  

 

 

“___ ”____________ 20... tarixdə çıxarışın dublikatı verildi”. 



Bu yazı baş mühasibin (müştəri xidmətləri göstərən struktur bölmənin rəhbəri) 


 

8

və ya onun müavininin imzası ilə təsdiq edilir. 



4.15.

 

Çıxarışlar  müştərilərə  verildikdən  və  ya  göndərildikdən  sonra  hesabat  dövrü  üzrə 



şəxsi  hesablardan  çıxarışlar  arxivə  verilir.  ABİS-də  şəxsi  hesablar  üzrə  məlumatlar 

bazası çap edilərək, kağız və ya elektron daşıyıcılarında əks olunmalıdır. ABİS-də isə 

həmin məlumatlar ən azı iki müxtəlif informasiya daşıyıcılarında saxlanılmalıdır .  

4.16.


 

Kağız  və  elektron  daşıyıcılarda  şəxsi  hesablar  üzrə  məlumatlar  qanunvericilikdə 

nəzərdə tutulmuş müddətə arxivdə saxlanılmalıdır.  

 

5. Sintetik uçot 

 

5.1. 


Sintetik  uçot  üzrə  məlumatlar  Baş  kitab,  kassa  kitabı,  dövriyyə  cədvəlləri  və 

balanslardan (gündəlik, aylıq və illik) ibarətdir. 

5.2. 

Məlumatlar  ABİS-də  işlənilərkən,  sistemə  daxil  olunan  bank  sənədlərini  sonradan 



daxil  edilmiş  sənədlərin  siyahısı  ilə  müqayisə  etmək  məqsədilə  hesablama  lentinə 

köçürülə  bilər.  ABİS  vasitəsilə  alınan  balans  və  balansdankənar  hesablar  üzrə 

gündəlik  dövriyyə-qalıq  cədvəlində  hesablar  üzrə  giriş  qalığı,  hesabın  debeti  və 

krediti  üzrə  dövriyyə,  çıxış  qalıq  məbləğləri  əks  olunur.  Təəhhüdlər  və  şərti 

balansdankənar  hesablar  üzrə  dövriyyə-qalıq  cədvəli  icmal  sənədlər  əsasında  tərtib 

olunur.  Memorandum  balansdankənar  hesablar  üçün  isə  mədaxil  və  məxaric 

haqqında jurnalın aparılması tələb olunur. 

5.3. 


ABİS-də gündəlik olaraq qalıq cəldvəlləri çap olunur, bankın baş mühasibi və rəhbəri 

tərəfindən imzalanır.  

5.4. 

Gündəlik  olaraq,  baş mühasib  analitik  uçot  məlumatlarını  sintetik  uçot  məlumatları 



ilə  üzləşdirir  və  üzləşdirmənin  aparılması  faktını  qalıq  cədvəlində  və  balansda  öz 

imzası ilə təsdiqləyir. Baş mühasibin tapşırığına əsasən üzləşdirməni digər mühasibat 

işçisi  həyata  keçirdikdə,  həmin  şəxs  aparılmış  üzləşmə  haqqında  sənədə  imza  edir. 

Üzləşmə zamanı hər hansı bir fərq müəyyən olunduqda, onun səbəbləri araşdırılır və 

uyğunsuzluğun  aradan  qaldırılmasına  dair  müvafiq  tədbirlər  həyata  keçirilir.  Əgər 

hər hansı səhv üzrə düzəliş mühasibat yazılışlarının aparılması tələb olunarsa, həmin 

yazılışlar Mərkəzi Bankın müvafiq normativ xarakterli aktları ilə müəyyən olunmuş 

qaydada həyata keçirilir.  

 

6. Analitik və sintetik uçot məlumatlarının yoxlanılma qaydası 



 

9

 

6.1.

 

Analitik  hesablar  üzrə  analitik  uçot  məlumatlarının  yoxlanılması  həmin  hesablara  xidmət 



göstərən əməliyyatçılar və həmin əməliyyatlara sonradan nəzarəti həyata keçirən mühasibatlığın 

müvafiq işçisi tərəfindən aparılır. Bu zaman həmin işçilər  şəxsi hesablardakı bütün qeydlərin 

bankın səlahiyyətli işçilərinin nəzərdən keçirməsini və əməliyyatlar aparılarkən, onlar tərəfindən 

imzalanmasını,  müvafiq  sənədlərlə  əsaslandırılmasını,  müvafiq  rekvizitlərin  və  sənədlərdəki 

məbləğlərin şəxsi hesablara düzgün işlənilməsini yoxlayır. 

6.2.


 

Əməliyyatçılar  tərəfindən  hər  bir  bank  əməliyyatı  üzrə  (əməliyyatın  növü,  məbləği) 

sanksiyalaşdırma səviyyəsinə uyğun səlahiyyətli şəxslərin imzalarının olub-olmamasına xüsusi 

diqqət yetirilməlidir. 

6.3.

 

Bankın filialı və ya struktur bölməsi tərəfindən təqdim olunmuş sifarişdə hər hansı bir rekvizit 



düzgün göstərilmədikdə, həmin ərizə səbəbi göstərilməklə «icra olunmamışdır» qeydi ilə geri 

qaytarılır. 

6.4.

 

Əlavə nəzarət tələb edən əməliyyatlar üzrə şəxsi hesablarda yazılışların yoxlanılması bu nəzarəti 



həyata keçirən işçilər tərəfindən həyata keçirilir.  

6.5.


 

Analitik  uçot  hesabları  üzrə  əks  olunan  məbləğlər  sintetik  uçot  üzrə  əks  olunan  məbləğlərə 

uyğun olmalıdır.  

6.6.


 

ABİS-dən  alınan  mühasibat  balansı  əməliyyat  gününün  sonuna  tərtib  olunur.  Balans  və 

balansdankənar  hesablar  üzrə  gündəlik  balansın  düzgün  tərtib  olunması  aktiv  və  passivlərin 

qalıqlarının  cəminin  bərabər  olması  ilə  müəyyən  olunur.  Bankın  balansı  onu  tərtib  edən 

əməliyyatçı, baş mühasib və bank rəhbəri tərəfindən imzalanır.  

6.7.


 

Kassa kitabı və gündəlik balanslar aylar üzrə bölünməklə müvafiq qovluqlara tikilir.  

6.8.

 

Bank rəhbəri və baş mühasib balansın vaxtında və düzgün tərtib olunmamasına qanunvericiliklə 



müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.  

 

III. Banklarda mühasibat uçotunun aparılması işinin təşkili  

 

7. 

Mühasibat uçotunun təşkilinə ümumi tələblər və 

baş

 mühasibin hüquq və vəzifələri 

 

7.1. 



Bankın  mühasibat  uçotunun  təşkili  və  aparılmasına,  qanunvericiliyə  riayət  olunmasına  bank 

rəhbərliyi  məsuliyyət  daşıyır.  Bank  rəhbərliyi  mühasibat  uçotunun  düzgün  aparılması  üçün 

zəruri  şərait  yaratmalı,  habelə  uçot  sənədlərinin və  məlumatların  rəsmiləşdirilməsi  və  təqdim 



Yüklə 413,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə