«Dövlət qeydiyyatına alınmışdır» «Təsdiq edilmişdir» «Razılaşdırılmışdır»



Yüklə 413,9 Kb.
Pdf görüntüsü
səhifə4/10
tarix31.08.2018
ölçüsü413,9 Kb.
#65782
1   2   3   4   5   6   7   8   9   10

 

10

edilməsi qaydası üzrə bankın uçot siyasətinin tələblərinin uçota aidiyyəti olan bütün bölmələr, 



xidmətlər və işçilər tərəfindən yerinə yetirilməsini təmin etməlidir. 

7.2.


 

Banklarda  mühasibat  uçotunun  aparılmasına  bankın  baş  mühasibi  başçılıq  edir  və  o, 

Azərbaycan Respublikası qanunvericiliyinə uyğun fəaliyyət göstərir.  

7.3.


 

Bankın  baş  mühasibi  vəzifəsinə  «Banklar  haqqında»  Azərbaycan  Respublikası  Qanunu  ilə 

müəyyən olunmuş tələblərə cavab verən şəxs təyin edilir. 

7.4.


 

Bankın baş mühasibi qüvvədə olan qanunvericilik aktlarını, Mərkəzi Bankın normativ xarakterli 

sənədlərini,  bankın  daxili  qaydalarını  öz  işində  rəhbər  tutur  və  MHBS-yə  uyğun  olaraq 

müəyyən  olunmuş  mühasibat  uçotunun  ümumi  metodoloji  prinsiplərə  əməl  olunmasına 

məsuliyyət daşıyır. 

7.5.


 

Baş mühasib  aşağıdakıları təmin etməlidir: 

 

bankın həyata keçirdiyi bütün əməliyyatlara, o cümlədən bankın özünün fəaliyyətinə aid 



əməliyyatlara  nəzarəti  və  onların  maliyyə  hesabatlarında  və  Baş  kitabda  müvafiq  uçot 

registrlərində əks etdirilməsini; 

 

şəxsi hesablarda olunan düzəlişlərə nəzarət edilməsini; 



 

mədaxil  və  məxaric  hesabları  üzrə  əməliyyatların  aparılmasına  nəzarət 



edilməsini; 

 



bankın  rəhbərliyinə  mühasibat  uçotu  məsələlərinə  dair  operativ  məlumatın 

verilməsini; 

 

müəyyən olunmuş müddətlərdə maliyyə hesabatlarının tərtib edilməsini; 



 

bankın  maliyyə-təsərrüfat  fəaliyyətinin  iqtisadi  təhlilinin  həyata  keçirilməsini 



(digər bölmələr və xidmətlərlə birlikdə). 

7.6. 


Baş mühasib gündəlik olaraq aşağıdakıları yoxlamalıdır:  

-

 



kassa əməliyyatlarının yekununu;  

-

 



gündəlik balansı və dövriyyə məlumatlarını;  

-

 



bank  sənədlərinin,  şəxsi  hesabların,  yoxlama  cədvəllərinin,  habelə  hesabatların 

düzgün formalaşdırılmasını və saxlanmasını. 

7.7. 

Baş  mühasib  bank  rəhbərliyi  ilə  birlikdə  mal  və  qiymətlilərin,  pulların  mədaxil  və 



məxarici  üçün  əsas  olan  sənədləri,  habelə  hesablaşma  sənədlərini  imzalayır. 

Göstərilən sənədlər baş mühasibin imzası olmadıqda etibarsız sayılır və icraya qəbul 

edilmir.  Bank  rəhbərliyi  ayrı-ayrı  uçot  sahələri  üzrə  sənədləri  imzalamaq hüququnu 

yazılı sərəncamla digər müvəkkil şəxslərə verə bilər. 




 

11

7.8. 



Təşkilatçılıq  və  nəzarət  funksiyalarını  icra  edən bankın  rəhbərləri  müvəqqəti  olaraq 

işdə  olmadıqda baş  mühasib onların  vəzifələrini, habelə  mühasibat  əməliyyatlarının 

bilavasitə yerinə yetirilməsi üzrə vəzifələri həyata keçirə bilməz. 

 

 

 

 

8. 

Mühasibat xidmətinin təşkili

 

 

8.1.



 

Banklarda  mühasibat  xidmətinin  işi,  mühasibat  bölməsinin  (departamentinin,  idarəsinin) 

yaradılması,  ixtisaslaşdırılmış  şöbələrin  təşkil  edilməsi,  işçilərə  əməliyyatçı  hüquqlarının 

verilməsi prinsipi əsasında təşkil edilir. 

8.2.

 

Mühasibat bölməsinin vəzifələri aşağıdakılardan ibarətdir: 



 

mühasibat  işinin,  sənəd  dövriyyəsinin,  pul  və  qiymətlilərin  saxlanmasına,  aparılan 



əməliyyatların  qanuniliyinə  və  bankın  müştərilərinə  xidmət  üzrə  bankdaxili  nəzarətin 

düzgün və səmərəli təşkil edilməsi; 

 

xarici  valyutada  aparılan  əməliyyatların  mühasibat  uçotunun  və  bu  əməliyyatlara 



nəzarətin düzgün təşkil edilməsi; 

 



mühasibat uçotu üzrə bankın daxili audit və digər yoxlamaları zamanı müəyyən edilmiş 

nöqsanların aradan qaldırılmasına nəzarətin həyata keçirilməsi; 

 

kreditor  borcların  ödənilməsi  və  debitor  borcunun  tutulması,  habelə  yaranmış  zərərin 



silinməsi prosesinə nəzarətin həyata keçirilməsi və bu məbləğlərin maliyyə hesabatlarında 

əks olunması barədə rəyin hazırlanması; 

 

uçot və əməliyyat məsələləri üzrə müştərilərin şikayətlərinə baxılması; 



 

bankın  maliyyə  hesabatının  yoxlanılması  və  birləşdirilmiş  (konsolidə  edilmiş)  maliyyə 



hesabatının tərtib olunması; 

 



mühasibat  uçotu  üzrə  müvafiq  kadrların  hazırlanması,  onların  ixtisas  və  biliklərinin,  iş 

təcrübəsinin təkmilləşdirilməsində iştirak edilməsi. 

8.3. 

Əməliyyatçılar  əlavə  nəzarət  tələb  edən  əməliyyatlar  üzrə  sənədlər  istisna  olmaqla,  yerinə 



yetirilən əməliyyatlar üzrə (mühasibat uçotu hesablarının aparılması) bank sənədlərini təkbaşına 

rəsmiləşdirmək və imzalamaq vəzifəsinin tapşırıldığı bank işçiləri hesab olunur. Əməliyyatçılar 

həmçinin bank sənədlərinə nəzarət etmək, onların rəsmiləşdirilməsi və bank tərəfindən aparılan 

əməliyyatları, o cümlədən hesablaşmalar üzrə əməliyyatları və emissiya əməliyyatlarını yerinə 

yetirmək vəzifəsi həvalə olunan digər işçilər də hesab olunur. 



 

12

8.4. 



Hər  bir  bankda  mühasibat  bölmələrinin  rəhbərləri  tərəfindən  işçilərin  vəzifə  təlimatları 

hazırlanıb  təsdiq  edilməlidir.  Onların surətləri  birinci nüsxədə  imza  qoymaqla  mühasibatlığın 

müvafiq işçilərinə təqdim olunur. 

8.5. 


Mühasibatlığın işçiləri müəyyən hesabların aparılmasına və  ya ayrı-ayrı  əməliyyatların  yerinə 

yetirilməsinə  təhkim  olunurlar.  Hesabların  əməliyyatçılar  arasında  bölüşdürülməsi  banklar 

tərəfindən müstəqil surətdə, bir qayda olaraq, balans hesabları üzrə və ya əməliyyatların növləri 

üzrə aparılır. 

8.6. 

Hesabların  mühasibatlıq  bölməsinin  strukturlarına,  ayrı-ayrı  icraçılarına  və  nəzarətçilərinə 



təhkim edilməsi  və sonradan onların  yenidən bölüşdürülməsi baş mühasib tərəfindən aparılır. 

Bu  dəyişikliklər  xüsusi  uçot  kitabında  yazılarla  rəsmiləşdirilərək  daxili  qaydalarda  və  vəzifə 

təlimatlarında əks etdirilir. 

8.7. 


Frant-ofis aşağıdakı funksiyaları yerinə yetirir: 

 



müqavilələrin  bağlanması  və  rəsmiləşdirilməsi,  müqavilə  şərtlərinə  əməl 

olunmasına,  müqavilə  üzrə  öhdəliklərin  vaxtında  və  tam  yerinə  yetirilməsinə 

nəzarət edilməsi; 

 



aktivlərin  və  öhdəliklərin  siyahısının  tərtib  olunması,  yerlərdə  aktivlərin  və 

öhdəliklərin  saxlanmasının  və  mövcudluğunun  yoxlanılması  (inventarizasiya), 

aktivlərdən səmərəli istifadə olunmasının təmin edilməsi; 

 



ilkin sənədlərin alınması, rəsmiləşdirilməsi, qeydiyyatı və bek-ofisə ötürülməsi. 

8.8. 


Bek-ofis yardımçı uçotu aparır və aşağıdakı funksiyaları yerinə yetirir: 

 



frant-ofisdən  alınmış  ilkin  sənədlər  əsasında  əməliyyatların  uçotunun  və  onlara 

nəzarətin  təmin  edilməsi  və  işləndikdən  sonra  ilkin  sənədlərin  mühasibatlığa 

ötürülməsi; 

 



bankın  müvafiq  balans  hesabları  üzrə  frant-ofis  tərəfindən  aparılmış  fəaliyyət 

nəticəsində  əldə  olunan  sənədlərə  uyğun  olaraq,  vaxtında  əks  etdirilməsinə 

nəzarət edilməsi. 

8.9. 


Mühasibatlıq aşağıdakı funksiyaları yerinə yetirir: 

 



Baş kitabın aparılması; 

 



maliyyə  hesabatlarının,  idarəetmə  hesabatlarının  tərtib  edilməsi,  bankın 

rəhbərliyinin və bölmələrinin lazımi məlumatlarla təmin olunması; 

 

bek-ofisdən  alınmış  sifarişlər  əsasında  şəxsi  hesabların  açılması  və  bankın 



yardımçı  mühasibatlıqlarında  aparılan  əməliyyatların  Baş  kitabın  müvafiq 


Yüklə 413,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə