16
10.3. Bank rəhbərliyi daxili nəzarətin təşkilini və normal fəaliyyət göstərməsini təmin
etməlidir. Bank rəhbərliyi mühasibat uçotunun vəziyyətini ümumi müşahidə etməklə
yanaşı, balans və hesabatların vaxtlı-vaxtında tərtib olunmasını yoxlamalı, vəsaitlərin
müştərilərin hesabına vaxtında və tam şəkildə daxil edilməsinə, bank sənədlərinin
təyinatı üzrə göndərilməsinə vaxtaşırı nəzarət etməli, habelə möhürlərin, ştampların
və bankın adı həkk olunmuş müvafiq blankların itirilməsinə, yaxud sui-istifadə
hallarına yol verməmək məqsədilə onların saxlanılmasına və istifadəsinə nəzarəti
təmin etməlidir.
10.4. Bankın möhürlərinin və ştamplarının uçotu onların saxlandığı şəxslərin (kimin
istifadəsində olmasına icazə verilən şəxslərin) adı, soyadı və vəzifəsi göstərilməklə
xüsusi kitablarda aparılır və həmin şəxslərə imza etdirməklə təqdim olunur. Bu
kitablar xüsusi odadavamlı seyflərdə bank rəhbərində və ya onun göstərişinə əsasən
digər məsul şəxsdə saxlanılır. Bankın adı əks olunan blanklar etibarlı şəkildə
qorunmalı və onların istifadəsinə nəzarət təmin olunmalıdır.
10.5. Bank işçilərinin iş yerləri elə qurulmalıdır ki, müştərilərin və digər kənar şəxslərin
bankın möhürünə, ştamplarına, sənədlərinə və kompüterlərinə (kompüter
sistemlərinə) müdaxilə etmək imkanı olmasın.
10.6. Bankın rəhbərliyi tərəfindən texniki vasitələrin tətbiqi zamanı aşağıdakılar təmin
olunmalıdır:
əməliyyatlara müdaxilənin məhdudlaşdırılması;
tətbiq olunan parolların və kodların məxfiliyi;
elektron imzadan aidiyyəti olan şəxslərdən başqa digər şəxslərin istifadə
etməsinin qeyri-mümkünlüyü;
icazəsiz müdaxilə cəhdlərini vaxtında aradan qaldırmağa imkan verən proqram
təminatının tətbiq edilməsi.
10.7. Banklarda daxili nəzarət, hesabların açılması, bank sənədlərinin icraya qəbul
edilməsi, habelə uçotun aparılmasının bütün mərhələlərində və onların mühasibat
uçotunda əks olunması zamanı həyata keçirilməlidir. Daxili nəzarətin həyata
keçirilməsində istifadə olunan metodlar və texniki vasitələr, habelə nəzarət obyekti
olan hesab və əməliyyatların siyahısı bankın iş şəraiti, əməliyyatların xarakteri və
həcmi nəzərə alınmaqla bankın daxili qaydaları ilə müəyyən olunur.
17
10.8. Daxili
auditi (nəzarəti)
həyata keçirən bank əməkdaşı aşağıdakılar üzrə bank
sənədlərini yoxlamalı və imzalamalıdır:
digər bankın hesabına köçürülməsi üçün bankın müştərilərinin hesabından
vəsaitlərin silinməsi;
kreditlər üzrə əsas borc və faizlərin müştərilərin hesablarından silinməsi;
bank əməkdaşlarının hesabına vəsaitin daxil olması və banka olan borcunun
silinməsi;
müştərilərə pul çek kitabçalarının və əmanət kitabçalarının verilməsi;
müştərilərin tapşırığı (tələbləri) və sərəncamları olmadan hesablaşmaların və
kreditləşdirmə ilə nəzərdə tutulmuş kredit əməliyyatlarının aparılması;
hesablaşma
əməliyyatlarının
aparılması
qaydalarının
pozulmasına
görə
müştərilərdən cərimələrin və peniyaların tutulması;
affinaj olunmuş (saflaşdırılmış) qiymətli metallar, bankın əsas vəsaitləri, bankın
debitorları və kreditorları, təsərrüfat malları, gələcək dövrlərin xərcləri, digər
gəlirləri və xərcləri, inzibati idarəetmə xərcləri, müxtəlif qiymətlilərin və ciddi
hesabat blanklarının hərəkəti;
əmanətlərin (depozitlər) hesablanması və ödənilməsi;
bankın daxili qaydalarına görə müəyyən olunmuş nəzarət tələb edən digər
əməliyyatların aparılması.
10.9.
Aparılan nəzarət çərçivəsində şəxsi hesablar üzrə bütün yazılışların müvafiq
sənədlərlə təsdiq olunması, əməliyyatların aparılması üçün onların bankın
səlahiyyətli nümayəndələri tərəfindən imzalanması, müvafiq rekvizitlərin və
sənədlərin şəxsi hesablarda düzgün əks olunması, əvvəlki günün giriş və çıxış
qalığının əks olunması və onların qalıq cədvəli ilə uyğunluğu, əməliyyatların
hesablarda əks olunmasına əsas verən sənədlərin düzgün tərtibatı, hesablardan
çıxarışın müştərilərə verilmə qaydasına riayət olunması, həyata keçirilən mühasibat
yazılışlarının düzgünlüyü yoxlama aparan şəxs tərəfindən yoxlanılmalı və bu
yoxlamanın nəticələri müəyyən olunmuş qaydada rəsmiləşdirilməlidir.
10.10.
Nəzarət, bir qayda olaraq, kağız daşıyıcılarda rəsmiləşdirilmiş sənədlərin vizual
şəkildə yoxlanılması debet və kredit üzrə dövriyyələrin bərabərliyinin tutuşdurulması
yolu ilə həyata keçirilir.
18
10.11.
Əlavə nəzarət tələb edən əməliyyatlar üzrə (kredit, depozit, valyuta və s.) mühasibat
yazılışları müvafiq debet və kredit hesablarının uçotunu aparan mühasibat işçiləri
tərəfindən, yalnız həmin sənədin nəzarətçi tərəfindən yoxlanılmasından sonra
aparılır. Bu zaman sənədin rəsmiləşdirilməsi və onun yoxlanması mühasibat işçisinin
və nəzarətçinin öz imzaları ilə, zəruri hallarda isə - digər vəzifəli şəxslərin imzaları
ilə təsdiqlənir. Bankın daxili qaydalarına uyğun olaraq imza möhürlə təsdiq oluna
bilər.
10.12.
Bankdaxili nəzarət informasiya sistemləri vasitəsilə, habelə kodların, parolların və
digər vasitələrin tətbiqi ilə təmin oluna bilər. Tətbiq olunan elektron imzalar
mühasibat işçisinin, nəzarətçinin, habelə sənədi rəsmiləşdirmiş, onu yoxlamış və
əməliyyatın aparılmasını sanksiyalaşdırmiş və mühasibat uçotunda əks olunmasını
həyata keçirmiş digər məsul şəxsin imzalarının eyniliyini təmin etməlidir. Hər bir
halda əlavə nəzarət tələb edən əməliyyatların yalnız bir nəfər mühasibat işçisi
tərəfindən aparılmasına yol verilmir.
10.13.
Bank ehtiyatlarının, xarici əməliyyatların, affinaj edilmiş qiymətli metalların, yolda
olan vəsaitlərin və kassa qalıqlarının, gəlir və xərclərin, zərərə silinmiş borcların
balansdankənar hesabları üzrə orderlər, habelə bank hesabı müqavilələrinin ləğv
edilməsi üçün orderlər və mühasibat uçotunda yol verilmiş səhvlərin aradan
qaldırılmasına dair orderlər baş mühasib və ya onun müavini tərəfindən nəzarət
məqsədilə imzalanmalıdır. Xarici valyuta ilə əməliyyatlar üzrə orderlər xarici
əməliyyat aparmaq üçün nəzərdə tutulmuş müvafiq bank bölməsinin rəhbərlərinin
nəzarət imzaları ilə təsdiqlənir.
10.14.
Xəzinədə saxlanılan pulların və digər qiymətlilərin qəbul edilməsi və göndərilməsi
üçün orderlər, ehtiyatlar üzrə əməliyyatlara dair orderlər, icraçılardan və baş
mühasibdən başqa, həmçinin bankın rəhbəri və xəzinə müdiri tərəfindən
imzalanmalıdır.
10.15.
Nağdsız bank əməliyyatları aparılarkən, sənədlər dövriyyəsinin və nəzarətin
aşağıdakı əsas prinsiplərindən istifadə olunmalıdır:
Hesabın
debeti
üzrə
əməliyyat
aparan
əməliyyatçı
sənədin
düzgün
rəsmiləşdirilməsini yoxladıqdan sonra sənədi icraya qəbul edir. Bu yoxlamanı təsdiq
etmək üçün əməliyyatçı sənədin və onun surətinin (surətlərinin) uyğunluğuna əmin
olduqdan sonra onları imzalayır. Əlavə nəzarət tələb etməyən əməliyyatlar və
Dostları ilə paylaş: |