«Dövlət qeydiyyatına alınmışdır» «Təsdiq edilmişdir» «Razılaşdırılmışdır»



Yüklə 413,9 Kb.
Pdf görüntüsü
səhifə9/10
tarix31.08.2018
ölçüsü413,9 Kb.
#65782
1   2   3   4   5   6   7   8   9   10

 

25

11.12. İnventarizasiya  zamanı  bankın  əmlakının  faktiki  mövcudluğu  ilə  mühasibat  uçotu 



məlumatları arasında aşkara çıxarılmış fərqlər aşağıdakı qaydada nizama salınır: 

 



artıq olan  əsas  vəsait,  azqiymətli və  tezköhnələn  əşyalar,  pul  nişanları və  başqa 

əmlak qiymətləndirilməli və müvafiq surətdə balansa və qeyri-adi gəlirlərə daxil 

edilməklə  mədaxil  edilməli  və  artıqlığın  meydana  çıxmasının  səbəbləri 

müəyyənləşdirilməklə,  bu  səbəblərin  aradan  qaldırılması  üçün  qanunvericiliklə 

nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər həyata keçirilir; 

 



əsas  vəsait,  azqiymətli  və  tezköhnələn  əşyalar,  pul  nişanları  və  digər  əmlak 

çatışmazlığı,  Azərbaycan  Respublikasının  qanunvericiliyində  nəzərdə  tutulmuş 

qaydada təqsirkar şəxslərə aid edilir. Təqsirkar şəxs müəyyən edilmədikdə və ya 

məhkəmə  məbləğlərin  həmin  şəxslərdən  tutulması  tələbini  rədd  etdikdə  və  ya 

başqa  obyektiv  səbəblərə  görə  (oğurluq,  qarşısıalınmaz  qüvvə  nəticəsində 

korlanma) çatışmazlıq bankın zərəri kimi tanınır. 

11.13. İnventarizasiya  başa  çatdıqdan  sonra  inventarizasiya  zamanı  aşkara  çıxarılmış 

qiymətlilərin faktiki mövcudluğu ilə mühasibat uçotu məlumatları arasında fərqlərin 

aradan 

qaldırılması 



barədə 

təkliflər 

komissiyanın 

müzakirəsinə 

verilir. 

İnventarizasiyanın  nəticələri  müvafiq  inventarizasiya  hesabatlarında  və  maliyyə 

hesabatında əks etdirilməlidir. 

İnventarizasiyanın nəticələrinin mühasibat uçotunda əks etdirilməsi üçün məsuliyyəti 

bankın mühasibat xidməti daşıyır.  

 

IV. Bank sənədləri  

 

12. Bank tərəfindən aparılan əməliyyatların sənədləşdirilməsi 

və onların mühasibat uçotunda əks olunması

 

 

12.1.  Mühasibat yazılışları bankın əməliyyat aparması faktını qeydə alan ilkin uçot sənədləri əsasında 



aparılır. 

12.2.  İlkin uçot sənədinin elektron surəti kağız daşıyıcılarda ilkin uçot sənədi qüvvəsinə malikdir.  

12.3.  Elektron  daşıyıcılarında  ilkin  sənədlər  tərtib  edilərkən  bank,  əməliyyatların  icrasını 

təmin edən başqa iştirakçılar üçün, habelə qanunvericilikdə nəzərdə tutulmuş nəzarəti 

həyata  keçirən  orqanların tələbi  ilə  kağız  daşıyıcılarda  sənədlərin  surətlərini  təqdim 

etməlidir. 




 

26

12.4.  Mühasibat  uçotu  registrlərində  qeydə  alınmış  ilkin  sənədlərdən  təkrar  istifadə 



edilməsinə  imkan  verməyən  işarə  olmalıdır.  Mühasibat  uçotu  mərkəzləşdirilmiş 

qaydada  aparılan  banklarda,  filialların  ilkin  sənədləri  günün  sənədlərinə  tikilir,  baş 

bank isə filialların mühasibat yazılışlarının qeydiyyat jurnalını aparmaqla kifayətlənə 

bilər.  


12.5.  Sənədlərin  vaxtında  və  keyfiyyətlə  tərtib  olunmasına,  onların  mühasibat  uçotunda 

əks  etdirmək  üçün müəyyən  olunmuş  müddətlərdə digər bölmələrə ötürülməsinə  və 

sənədlərdəki məlumatların dürüstlüyünə bu sənədləri tərtib edən və imzalayan şəxslər 

məsuliyyət daşıyır.  

12.6.  Bankların  bütün  əməliyyatları  onların  xarakteri  barədə  məlumatlardan  ibarət  olan, 

əməliyyatların  qanuniliyini  təsdiq  edən  və  onların  uçotda  əks  etdirilməsi  üçün  əsas 

olan sənədlərlə rəsmiləşdirilir.  

12.7.  Qanunvericilikdə  başqa  hal  nəzərdə  tutulmadıqda,  müştərilərin  sənədləri  banklar 

tərəfindən  ödəniş  sənədlərinin  elektron  mübadilə  sistemlərindən  istifadə  edilməsi 

haqqında müqavilə və benefisiarla onun bankı arasında,  yaxud pul göndərənlə onun 

bankı arasında proqram-kriptoqrafik mühafizə və elektron imza sistemindən istifadə 

edilməsi haqqında müqavilə əsasında elektron üsulla qəbul edilə bilər.  

12.8.  Müştərilərin kağız daşıyıcılarda təqdim etdikləri sənədlərdə imzaları, müştəri hüquqi 

şəxs  olduqda  isə  möhür  və  müvəkkil  vəzifəli  şəxslərinin  imzaları  olmalıdır. 

Müştərilərin elektron üsulla təqdim etdikləri sənədlərdə elektron imza olmalıdır, belə 

sənədlər elektron imza olmadan verildikdə, onlar kağız daşıyıcılarda olan sənədlərlə 

təsdiq edilməlidir. 

12.9.  Uçota qəbul edilmiş ilkin sənədlərdə mühasibat uçotunda əks etdirilmək üçün zəruri 

olan  məlumatlar  toplanılır  və  uçot  registrlərində  sistemləşdirilir.  Mühasibat  uçotu 

registrlərinin məlumatları, qruplaşdırılmış şəkildə maliyyə hesabatında əks etdirilir. 

12.10. Elektron  ödəniş  tapşırıqları  bank  tərəfindən  elektron  sənədin  nömrəsini,  ödəyicinin 

adını,  onun  hesab  nömrəsini,  ödəniş  məbləğini,  habelə  alıcının  və  onun  bankının 

rekvizitlərini göstərməklə elektron sənədlərin uçotu jurnalında qeydə alınır. 

12.11. İcra olunmuş elektron sənədlər kağız daşıyıcılarda çap edilir, məsul işçilər tərəfindən 

imzalanır və xüsusi qovluğa tikilir. Elektron sənədlərin uçotunu əks etdirən jurnalın 

aparılmasına baş mühasib və ya onun müavini nəzarət edir. 




 

27

12.12. Kassa  və  bank  sənədlərində  düzəlişlər  edilməsinə  yol  verilmir.  Həmin  sənədlərdə 



məbləğ, müştərinin adı, hesab nömrələri kimi rekvizitlərdə düzəlişlər olduqda, həmin 

ödəniş  sənədi  etibarsız  sayılır  və  bank  tərəfindən  icraya  qəbul  edilmir.  Qalan  ilkin 

sənədlərdə  yalnız  bankın  apardığı  əməliyyatın  iştirakçıkarı  ilə  razılaşma  əsasında 

düzəlişlər  edilə  bilər  ki,  bu  da  düzəlişlərin  tarixlərini  göstərməklə  sənədləri 

imzalamış şəxslərin imzaları ilə təsdiq olunmalıdır. 

 

13. Baş kitab və köməkçi mühasibat jurnalları 

 

13.1.  Baş  kitab  ümumi  məlumatların  saxlanmasına  xidmət  edir  və  bankın  səmərəli  idarə 



olunması  məqsədilə  bank  rəhbərliyi  üçün  tələb  olunan,  Hesablar  Planına  əsaslanan 

bankın maliyyə vəziyyətini əks etdirən dəqiq məlumatdan ibarətdir. Bankın gündəlik 

həyata keçirdiyi əməliyyatlar Baş kitaba işlənir.  

13.2.  Baş  kitab  bankın  rəhbərliyinə  (idarəetmə),  nəzarət  orqanlarına  (vergi  və 

tənzimləyici),  bankın  səhmdarlarına  (maliyyə)  və  digər  istifadəçilərə  hesabatların 

tərtib  edilməsi  üçün  əsasdır.  Bu  zaman  cari  vəziyyətə,  hesabat  tarixinə,  habelə 

istənilən  tarixə  olan  vəziyyətə  görə  hesabatların  tərtib  edilməsinin  mümkünlüyünü 

təmin etmək lazımdır. 

13.3.  Baş  kitab  mühasibat  yazılışlarının  daxil  edilməsi  yolu  ilə  təzələnir.  Baş  kitaba 

mühasibat  yazılışlarının daxil  edilməsi ümumi  paket halında  və  ya  fərdi  olaraq  real 

vaxt rejimində həyata keçirilə bilər. Real vaxt rejimində yazılışlar daxil edilərkən, bu 

yazılışlar  üzrə  ümumi  məlumatları  əks  etdirən  yekunları  təqdim  etməklə  hesabatlar 

yoxlanıla bilər. 

13.4.  Maliyyə informasiyasının ətraflı şəkildə əldə olunması məqsədilə köməkçi mühasibat 

jurnallarından istifadə edilir. Bu jurnallar kredit təşkilatlarının fəaliyyətinin müvafiq 

sahələrinə  aid  olan  nəzarətin  aparılması  üçün  tələb  olunan  ətraflı  məlumatların 

saxlanması üçün nəzərdə tutulmuşdur. 

13.5.  Bankın köməkçi mühasibat jurnalları, ətraflı məlumatların saxlanılmasına  müəyyən 

məsuliyyət  daşıyan  bank  bölməsində  (məsələn,  valyutaların  uçot  jurnalı  valyuta 

departamentində) və ya mühasibat uçotu bölməsində ola bilər.  



 

14. İlkin uçot sənədlərinin rəsmiləşdirilməsi 


Yüklə 413,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə