"Dövlət qeydiyyatına alınmışdır" "Təsdiq edilmişdir"



Yüklə 151,5 Kb.
Pdf görüntüsü
tarix24.04.2018
ölçüsü151,5 Kb.
#39939


“Dövlət qeydiyyatına alınmışdır” 

 

    



“Təsdiq edilmişdir” 

Azərbaycan Respublikasının    

 

 

Azərbaycan Respublikası 



Ədliyyə Nazirliyi   

 

 



 

 

Mərkəzi Bankının İdarə Heyəti 



Qeydiyyat № 3118 

 

 



 

 

Protokol № 05 



 

“18” mart 2005-ci il  

 

 

 



 

“03” mart 2005-ci  il 

 

Nazir  


 

 

 



 

 

 



İdarə Heyətinin sədri 

 

____________ F.F.Məmmədov 



 

 

______________ E.S.Rüstəmov 



 

 

 



 

Bank sistemində pulların ekspertizasının təşkili və aparılması  

Q A Y D A L A R I 

 (23.12.2005-ci il və 15.04.2010-cu il tarixli əlavə və dəyişikliklərlə) 

 

 



 

 

 



 

 

 



 

 

 



Bakı 2005 


 

2

1. 



Ümumi müddəalar 

1.1.  Bu Qaydalar “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, 

“Banklar haqqında”  Azərbaycan Respublikasının Qanunlarına, habelə Azərbaycan 

Respublikasının  digər  qanunvericilik  aktlarına  uyğun  olaraq  hazırlanmışdır  və 

pulların  saxtakarlıq  əlamətlərini,  onların  saxta  olub-olmamasını  və  səthi  tam 

olmayan  əskinasların  səthini  müəyyən  etmək  məqsədi  ilə  Azərbaycan 

Respublikasının  bank  sistemində  pulların  ekspertizasının  təşkili  və  aparılması 

qaydalarını müəyyən edir. 

1.2.  Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi 

Bank) milli pul nişanlarının həqiqiliyi (saxta olub olmaması) və səthi tam olmayan 

əskinasların  səthi,  xarici    pul  nişanlarında  isə  saxtakarlıq  əlamətləri  haqqında 

ekspert rəyini verir.  

1.3.  Mərkəzi Bank:  

1.3.1. həqiqiliyi şübhə doğuran və səthi tam olmayan milli pul nişanlarının; 

1.3.2. xarici  valyuta  ilə  əməliyyat  aparmaq  hüququ  olan  bankların, 

Azərbaycan  Respublikasının  müvafiq  dövlət  və  digər  səlahiyyətli  orqanlarının 

təqdim  etdikləri  və  Mərkəzi  Bank  tərəfindən  milli  valyutaya  nisbətən  rəsmi 

məzənnələri 

müəyyənləşdirilən 

xarici 


valyuta 

əskinaslarında 

saxtakarlıq 

əlamətlərini müəyyən etmək məqsədi ilə onların ekspertizasını təşkil edir.  

1.4.  Banklar  səthi  tam  olmayan  milli  pul  nişanlarının  səthini  və  həqiqiliyi 

şübhə  doğuran  pul  nişanlarında  saxtakarlıq  əlamətlərini  müəyyən  etmək  məqsədi 

ilə onların ekspertizasını keçirir. 

1.5.  Ekspertizanın  aparılması  üçün  minimal  texniki  tələblərə  cavab  verən 

zəruri  avadanlıq  və  cihazların  siyahısı  Mərkəzi  Bank  tərəfindən  müəyyənləşdirilir 

və bu barədə banklara məlumat verilir. 

 

2.  Anlayışlar 



2.1.  Pulların ekspertizası –  xüsusi  avadanlıq  və  vasitələrdən  istifadə 

etməklə pul nişanlarının səthinin, qüsurlu, saxtakarlıq əlamətlərinin və saxta olub-

olmamasının müəyyən edilməsi.  



 

3

2.2.  Nümunə – ödəniş vasitəsi olmayan, tədavülə buraxılmayan, istehsalçı 



tərəfindən emitentin sifarişinə əsasən hazırlanmış, üzərində xüsusi qeydiyyatı olan  

pul nişanları. 

2.3.  Qüsurlu pullar – istehsal prosesində Mərkəzi Bankın hər bir nominal 

üçün  müəyyən etdiyi parametrlərdən  fərqlənən  və  ya  hər  hansı dəyişikliyə (vizual 

görünüşü, ölçüləri və s.) məruz qalan pullar.  

2.4.  Saxta  pullar  –  istehsal  və  hazırlanma  üsulundan  asılı  olmayaraq 

bank–emitent  tərəfindən  tədavülə  buraxılmış  pul  nişanlarını  imitasiya  edən 

(oxşadan,  bənzədən),  həqiqi  pul  nişanlarının  hissələrindən  istifadə  edilərək 

hazırlanmış  (yapışdırılmış)  və  ya  həqiqi  pul  nişanlarının  nominalının  və  digər 

parametrlərinin dəyişdirilməsi nəticəsində düzəldilmiş pullar.  

2.5.  Tədavülə yararlı olan pullar: 

2.5.1. həqiqiliyinə şübhə olmayan; 

2.5.2. dizaynına  və  ölçülərinə  görə  Mərkəzi  Bankın  müəyyən  etdiyi 

standartlara uyğun olan (əskinasların ölçüləri standartdan 1-2 mm fərqlənə bilər); 

2.5.3. səthi tam və bütöv olan; 

2.5.4. nominalı aydın və tam müəyyən edilən; 

2.5.5. vizual görünüşünü itirməyən;  

2.5.6. qüsurlu olmayan. 

2.6.  Tədavülə  yararsız  olan  pullar  –  bu  Qaydaların  2.5-ci  bəndində 

göstərilən əlamətlərə uyğun olmayan pullar. 

 

3. 

Banklarda pulların ilkin ekspertizasının təşkili və aparılması 

3.1.  Banklarda səthi tam olmayan milli pul nişanlarının və həqiqiliyi şübhə 

doğuran  pulların  saxtakarlıq  əlamətlərinin  müəyyən  edilməsi  məqsədi  ilə  ilkin 

ekspertiza aparılır.  

3.2.  Sayılma  və çeşidlənmə zamanı tədavülə  yararsız   və  həqiqiliyi şübhə 

doğuran pul nişanları aşkar edildikdə onları: 

3.2.1. müştəriyə qaytarmaq; 

3.2.2. tədavülə buraxmaq; 

3.2.3. məhv etmək; 



 

4

3.2.4. tədavülə  yararsız  və  ya  saxta  olması  barəsində  pul  nişanlarının 



üzərində  ştamp  vurmaq  və  ya  hər  hansı  bir  fiziki  dəyişiklik  etmək  (yazılı  işarə                                              

qoymaq, kəsmək, cırmaq, deşik açmaq və s) qadağan olunur.    

3.3.  Banklar  məhdudiyyət  qoyulmadan  tədavülə  yararlı,  tədavülə  yararsız 

və həqiqiliyi sübhə doğurmayan (saxta olmayan), bütöv bir hissədən ibarət səthinin 

60%-dən  az  olmayan  hissəsini  saxlamış  milli  pul  nişanlarını  qəbul  etməli  və 

dəyişdirməlidir. 

3.4.  Banklar bir neçə hissədən ibarət olan səthinin 100%-ni saxlamış milli 

pul  nişanları  hissələrinin  eyni  əskinasa  məxsus  olmasını  müəyyənləşdirmək 

məqsədilə  bu Qaydaların 3.7-ci  və  3.8-ci bəndlərinə  müvafiq  olaraq qəbul edir  və 

Mərkəzi  Banka  ekspertizaya  təqdim  edirlər.  Ekspertiza  rəyi  müsbət  olduqda  pul 

nişanlarının dəyəri ödənilir.  

3.5.  Səthi  tam  olmayan  əskinasların  səthini  müəyyənləşdirmək  üçün  

xüsusi 200 damalı cədvəllərdən istifadə olunur (Əlavə № 1, 2, 3). 

3.6.  Əskinasların  saxlanılan  hissəsinin  sahəsi  aşağıdakı  kimi  müəyyən 

edilir: 

3.6.1. zədələnmiş  əskinasın  saxlanılan  hissələri  damalı  cədvəlin  üzərinə 

qoyulur,  sol  yuxarı  künclə  uyğunlaşdırılır  və  perimetr  boyu  qırmızı  qələmlə 

konturu çəkilir;  

3.6.2. konturun  daxilində  qalan  tam  damalar  sayılır,  konturun  xətti  ilə 

kəsilmiş  damaların  sayı  yarı  bölünüb  tam  damaların  sayı  ilə  toplanılır.  Alınan 

damaların sayı 120 - dən az  olmadıqda əskinasın nominal dəyəri ödənilir. 

3.7.  Fiziki  və  hüquqi  şəxslər  milli  pul  nişanlarını  ekspertizadan  keçirmək 

məqsədi  ilə  onları  banklara,  Mərkəzi  Banka  və  ya  onun  qurumlarına  əlavə  haqq 

ödəmədən təqdim edə bilərlər.  

3.8.  Ekspertiza  üçün  pullar  fiziki  və  hüquqi  şəxslərdən  ərizə  əsasında 

(Əlavə  №4)  qəbul  edilir.  Ərizə  üç  nüsxədən  ibarət  tərtib  edilir.  Onun  bir  nüsxəsi 

müvafiq qeydlə  müştəriyə qaytarılır, biri kassa sənədlərində saxlanılır, biri  isə pul 

nişanı ilə birlikdə ekspertiza üçün Mərkəzi Banka və ya onun qurumlarına təqdim 

edilir.  



 

5

3.9.  Banklar  aşkar  etdiyi  səthi  müəyyənləşdirə  bilinməyən,  bir  neçə 



hissədən  ibarət  olan  səthinin  100%-ni  saxlamış,  həqiqiliyi  şübhə  doğuran,  

ekspertiza üçün qəbul etdiyi milli pul nişanlarını (ərizənin bir nüsxəsi ilə birlikdə) 

üç  iş  günündən  gec  olmayaraq  Mərkəzi  Banka  və  ya  onun  qurumlarına  ərizə  ilə 

(Əlavə  №5) təqdim edirlər. 

3.10.  Qüsurlu  pullar  yalnız  bütöv  bir  hissədən  ibarət  səthinin  60%-dən  az 

olmayan  hissəsini  saxladıqda  nominal  dəyəri  ödənilir.  Pulların  qüsurlu  olub-

olmaması Mərkəzi Bank tərəfindən müəyyən edilir.  

3.11.  Müvəkkil  banklar  zədələnmiş  xarici  valyuta  pul  nişanlarını  dəyişdirə 

bilərlər. 

 

4. 

Mərkəzi Bankda və onun qurumlarında pulların ekspertizasının təşkili 

və aparılması 

4.1.  Mərkəzi  Bank  tədavülə  yararlı,  tədavülə  yararsız  və  həqiqiliyi  sübhə 

doğurmayan  (saxta  olmayan),  bütöv  bir  hissədən  ibarət  səthinin  60%-dən  az 

olmayan  hissəsini  və  ya  eyni  əskinasa  məxsus  hissələrdən  ibarət  olan  səthinin 

100%-ni  saxlamış  milli  pul  nişanlarını  qəbul  edir  və  dəyişdirir.  Hissələrin  eyni 

əskinasa məxsus olması yalnız Mərkəzi Bank tərəfindən müəyyən edilir. 

4.2.  Mərkəzi  Bankın  struktur  bölmələrində  və  qurumlarında  hüquqi  və 

fiziki şəxslərdən ekspertiza üçün qəbul edilmiş və çeşidlənmə zamanı aşkar edilmiş 

həqiqiliyi  şübhə  doğuran  və  səthi  tam  olmayan  milli  pul  nişanların  ekspertizası 

təşkil edilir. 

4.3.   Həqiqiliyi  şübhə  doğuran  milli  pul  nişanlarının  ekspertizası 

keçirildikdə  onlarda  mühafizə  elementlərinə  görə  saxtakarlıq  əlamətləri  müəyyən 

edilir  və  ekspertiza  aktı  tərtib  edilir  (Əlavə  №7).  Aktın  bir  nüsxəsi  kassa 

sənədlərində saxlanılır, bir  nüsxəsi  isə pul  nişanı  ilə birlikdə  həqiqiliyi barədə rəy 

verilmək üçün bu Qaydaların 4.8-ci bəndində göstərilmiş qaydada Mərkəzi Bankın 

müvafiq struktur bölməsinə təqdim edilir. 

4.4.  Səthi  tam  olmayan  əskinasın  səthi  bu  Qaydaların  3.5-ci  və  3.6-cı 

bəndlərinə uyğun müəyyən edilir.  




 

6

4.5.  Ekspertizası  keçirilmiş  səthi  tam  olmayan  əskinasın  dəyəri 



ödənildikdə, onun üzərinə “DƏYƏRİ ÖDƏNİLİB” ştampı vurulur.  

4.6.  Səthi  tam  olmayan  əskinasların  saxlanılmış  hissəsi  səthinin  60%-dən 

az 

olduqda 


onun 

üzərinə 


“TƏDAVÜLƏ 

YARARSIZDIR. 

DƏYƏRİ 

ÖDƏNİLMİR” ştampı vurulur, üç nüsxədən ibarət akt tərtib olunur (Əlavə №6) və 



dəyəri  ödənilmir.  Aktın  bir  nüsxəsi  pulu  təqdim  edən  tərəfə  verilir,  digər  nüsxəsi 

isə kassa sənədlərində saxlanılır. 

4.7.  Bu  Qaydaların  4.4-cü  və  4.5-ci  bəndlərində  göstərilən  əskinaslar  akt 

və  doldurulmuş  damalı  cədvəllə  birlikdə  saxlanılmaq  üçün  Mərkəzi  Bankın 

müvafiq struktur bölməsinə təqdim edilir. 

4.8.  Mərkəzi  Bankın  struktur  bölmələri  və  qurumları  tərəfindən  həqiqiliyi 

şübhə doğuran, səthi tam olmayan və dəqiq müəyyənləşdirilə bilinməyən milli pul 

nişanları ərizə ilə (Əlavə №5) son ekspertiza üçün Mərkəzi Banka təqdim edilir. 

 

5. 

Mərkəzi Bankda pulların son ekspertizasının təşkili və aparılması 

5.1.  Mərkəzi  Bankda  pulların  son  ekspertizasını  Mərkəzi  Bankın  mərkəzi 

aparatının  müvafiq  struktur  bölməsi  həyata  keçirir,  həqiqiliyi  (saxta  olub 

olmaması) və ödənilməsi barəsində son ekspert rəyini verir. 

5.2.  Ekspert rəyinin  verilməsi  üçün daxil olmuş pulların ekspertizası on  iş 

günündən  gec  olmayaraq  keçirilir  və  müvafiq  ekspertiza  aktı  tərtib  edilir.  Xüsusi 

hallarda (pulların dəqiq ekspertizasını keçirmək üçün lazımi texniki avadanlıqların 

və  cihazların  olmadağı  və  ya  pulların  istehsalçıya  göndərilməsi  zərurəti  yarandığı 

hallarda) pulları ekspertiza üçün təqdim edənə yazılı şəkildə məlumat verməklə bu 

müddət artırıla bilər. 

5.3.  Ekspertizanın  nəticəsi  pulları  təqdim  edənə  bildirilir  və  müvafiq 

qaydada  ekspertiza  aktı  göndərilir.  Ekspertizadan  keçirilmiş  dəyəri  ödənilməmiş 

pullar müvafiq qaydada Mərkəzi Bankda saxlanılır. 

5.4.  Pulun  ekspertizası  nəticəsində  onun  nominal  dəyərinin  ödənilməməsi 

barəsində rəy verildikdə, müvafiq aktın bir nüsxəsi pulları təqdim edənə göndərilir, 

iki nüsxəsi isə Mərkəzi Bankda saxlanılır.  




 

7

5.5.  Səthi  tam  olmayan  əskinasın  təqdim  olunduğu  hissəsinin  səthinin 



60%-dən  az  olması  müəyyən  edildikdə,  əskinasın  üzərinə  “TƏDAVÜLƏ 

YARARSIZDIR.  DƏYƏRİ  ÖDƏNİLMİR”  ştampı  vurulur,  müvafiq  qaydada 

ekspertiza aktı tərtib olunur (Əlavə №6) və bu Qaydaların 5.3-cü bəndində nəzərdə 

tutulmuş qaydada rəsmiləşdirilir.  

5.6.  Həqiqiliyi şübhə doğuran pulların ekspertizası zamanı onların saxta və 

ya  həqiqi  olması  müəyyən  edilir.  Ekspertiza  zamanı  həqiqi  pulların  mühafizə 

elemenlərinin  mövcudluğu,  pullar  saxta  olduqda  isə  onların  hər  bir  mühafizə 

elementləri  üzrə  imitasiya  olunması  faktları  və  həqiqi  mühafizə  elementlərindən 

fərqləri müəyyən edilir. Ekspertizanın nəticəsi üzrə akt tərtib olunur (Əlavə №8).  

5.7.  Ekspertiza nəticəsində pulun həqiqi olması müəyyən edildikdə, o aktla 

birlikdə pulu təqdim edənə qaytarılır. 

5.8.  Həqiqiliyi  şübhə  doğuran  pulların  saxta  olduğu  müəyyən  edildikdə 

əskinasların  üzərinə  “SAXTA”  yazısı  olan  ştamp  vurulur,  sikkələr  isə  müvafiq 

qaydada nişanlanır (deşilir, kəsilir və s.). 

5.9.  Saxta  pullar  ekspertiza  aktı  ilə  birlikdə  hüquq-mühafizə  orqanlarına 

göndərilir. 

5.10.  Hüquq-mühafizə  orqanları  tərəfindən  müvafiq  tədbirlər  görüldükdən 

sonra qaytarılmış saxta pullar müvafiq qaydada Mərkəzi Bankda saxlanılır. 

5.11.  Saxta pulların məhv edilməsi barədə qərar müvafiq struktur bölmənin 

təqdimatı əsasında Mərkəzi Bankın İdarə Heyəti tərəfindən qəbul edilir. Belə pullar 

Mərkəzi  Bankın  İdarə  Heyəti  tərəfindən  təyin  edilən  komissiya  tərəfindən  məhv 

edilir.  

 

6. 

Xarici valyutaların (əskinasların) ekspertizası 

6.1.  Mərkəzi  Bank  bu  Qaydaların  1.3-cü  bəndinə  müvafiq  olaraq  yalnız 

həqiqiliyi şübhə doğuran xarici valyuta əskinaslarını banklardan və müvafiq dövlət 

və digər səlahiyyətli orqanlardan ekspertiza üçün qəbul edir.  

6.2.  Ekspertiza  onun  keçirildiyi  tarixə  müvafiq  əskinasların  Mərkəzi 

Banka  məlum olan saxtalaşdırma əlamətləri barədə məlumatlara və bu Qaydaların 




 

8

5.1-ci  və  5.2-ci    bəndlərinə  müvafiq  olaraq  aparılır  və  nəticəsi  barədə  ekspertiza 



aktı tərtib olunur (Əlavə №9).   

6.3.  Xarici  valyuta  əskinasında  saxtalaşdırma  əlamətləri  müəyyən 

edilmədikdə həmin əskinas aktla birlikdə təqdim edənə qaytarılır. 

6.4.  Xarici  valyuta  əskinasında  saxtalaşdırma  əlamətləri  müəyyən 

edildikdə,  əskinasın  üzərinə  “SAXTALAŞDIRMA  ƏLAMƏTLƏRİ”  yazısı  olan 

ştamp vurulur və bu Qaydaların 5.9-cu bəndinə müvafiq tədbir görülür.  

 

7.  Yekun müddəalar 

7.1 


Mərkəzi  Bank  ekspertizası  keçirilən  milli  və  xarici  pulların  seriya  və 

nömrələrinin mərkəzləşdirilmiş uçotunun aparılmasını təşkil edir. 

7.2 

Bu Qaydalar 1 aprel 2005-ci ildən qüvvəyə minir. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

9

Bank sistemində pulların 



ekspertizasının təşkili və aparılması 

Qaydalarına Əlavə №1 

 

 

 

 

1, 5, 10, 50, 100, 250, 500 və 1 000 nominallı əskinasın 

sahəsinə bərabər olan 200 damalı 

 

 



C Ə D V Ə L № 1 

 

 



 

 

      1    2   3   4   5   6    7   8   9   10 



   

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

  10 



   9   8   7   6    5   4   3    2   1 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

10

Bank sistemində pulların 



ekspertizasının təşkili və aparılması 

Qaydalarına Əlavə №2 

 

 

 

10 000 nominallı əskinasın 

sahəsinə bərabər olan 200 damalı 

 

 



 

C Ə D V Ə L  №  2 

 

 



 

 

 



    1    2    3   4   5   6    7   8    9   10 

   


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 10  

  9    8   7    6   5    4   3   2    1 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

11

Bank sistemində pulların 



ekspertizasının təşkili və aparılması 

Qaydalarına Əlavə №3 

 

 

 

 

50 000 nominallı əskinasın 

sahəsinə bərabər olan 200 damalı 

 

 



 

C Ə D V Ə L № 3 

 

 



 

 

    1   2    3   4    5   6    7   8    9   10 



   

   


 

 

 



 

 

 



 

 

 



 

 

 



10    9    8   7   6    5    4   3    2   1 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

12

Bank sistemində pulların 



ekspertizasının təşkili və aparılması 

Qaydalarına  Əlavə №4 

 

_________________________________ 



Pulları ekspertiza üçün  qəbul edən bank,

 

_________________________________ 

 

Mərkəzi Bankın struktur bölməsi və ya qurumu

 

_________________________________ 

 

 



Pulların ekspertizaya təqdim edilməsi barədə 

Ə R İ Z Ə  

 

Pulları təqdim edən __________________________________________________ 



Hüquqi şəxsin  rekvizitləri (fiziki şəxs olduqda isə səxsiyyəti təsdiq edən sənədin 

rekvizitləri)  

__________________________________________________________________

__________________________________________________________________

__________________________________________________________________ 

 

Pulların siyahısı (əlavə siyahı şəklində təqdim edilə bilər) 



 

Nominal 


Seriya №-si  

1. 


2. 

3. 


 

 

Ümumi məbləği 



 

 

 



Təqdim edən  

 

 ____________________________   



_______ 

S.A.A.    

 

 

 

      imza

 

 



 

Qəbul edən  

 

 

____________________________ 



 

_______ 


S.A.A.    

 

 

 

      imza

 

 

 

Tarix ________ 



 

 

 


 

13

Bank sistemində  pulların 



ekspertizasının təşkili və aparılması 

Qaydalarına  Əlavə №5 

 

Azərbaycan Respublikası Mərkəzi 

Bankının 

______________________ 

______________________ 

 

 Ə  R  İ  Z  Ə 

_____________________________________________  

milli valyuta   pul nişanları  

           həqiqiliyi şubhəli olan və/və ya səthi müəyyənləşdirilə bilinməyən 



 

 

ekspertiza üçün göndərilir.  



Pul  nişanları  Mərkəzi  Bankın    _________________          _________________  vasitəsi  ilə 

göndərilir. 



           (MB struktur bölməsi) 

Pullar aşağıdakı siyahı üzrə (əlavə tərtib olunmuş şəkildə təqdim edilə bilər) cəmi

 

______________________________ 



məbləğində əlavə edilir.

 

(rəqəm və sözlə) 

 

Nominal 


 

 

Seriya № 



 

1. 


2. 

3. 


 

 

Məbləğ 



 

Pulu təhvil verən   

______________________________________________________ 

Hüquqi şəxsin  rekvizitləri (fiziki şəxs olduqda isə səxsiyyəti təsdiq  

 

 

 

edən sənədin rekvizitləri)

 

 



Pulların ekspertizaya təqdim edilməsinin səbəbləri  ___________________________ 

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________ 

 

Rəhbər  


 

____________________ 

Baş mühasib    

____________________ 

Kassa müdiri   

____________________ 

 

Tarix ________ 



 

 


 

14

Bank sistemində pulların 



ekspertizasının təşkili və aparılması 

Qaydalarına  Əlavə №6 

 

Əskinasın səthini  təyin etmək üçün 



__№ li ekspertiza AKTI  

 

Əskinasın nominalı 



Seriya  nömrəsi 

 

 

 

 

 

__________

 

Əskinas ______ hissədən ibarətdir 

Hissələri ___________ əskinaslara məxsusdur 

      eyni və ya fərqli 

Tam örtülmüş damaların sayı    

 

  ___________ 



      

 

 

 

 

 

 

ədədlə 

Tam örtülməmiş damaların sayı   

 

  ___________ 

      

 

 

 

 

 

 

ədədlə 

 

Əskinasın saxlanılan hissəsinin  

ümumi sahəsi (% ilə) 

 

 

 

____________ 

 

RƏY 


 

“Bank  sistemində  pulların  ekspertizasının  təşkili  və  aparılması  Qaydalarının”



 3.5 

 3.6 

bəndlərinə əsasən əskinasın nominal dəyəri _________.   

 

Əlavə ___ damalı cədvəl ( 1 səhifə) 



 

Xəzinədar (ekspert) 

 

 Kassa müdüri (şöbə rəisi) 



 

 

 


 

15

Bank sistemində pulların 



ekspertizasının təşkili və aparılması 

Qaydalarına  Əlavə №7 

 

 



Milli pul nişanlarının saxtakarlıq əlamətləri barədə 

 

__ №-li ekspertiza AKTI 

___________ 

 

 

 

 

 

 

 

 

_______ 

 

 

Pul nişanının növü  



– 

Nominal                  

–        

Seriya nömrəsi 

 

– 

 



Ölçüsü 

 

 



– 

 

 



Ümumi təsvir və texniki xüsusiyyətləri 

__________________________________________________________________

__________________________________________________________________ 

 

Müəyyən edilmiş saxtakarlıq əlamətləri  



__________________________________________________________________

__________________________________________________________________

__________________________________________________________________

__________________________________________________________________

__________________________________________________________________ 

 

 



NƏTİCƏ 

_____________________________________________________________________________

____________________________________________________________________________ 

 

 

 



Xəzinədar (ekspert) 

 

 Kassa müdüri (şöbə rəisi) 



 

 

 




 

16

Bank sistemində pulların 



ekspertizasının təşkili və aparılması 

Qaydalarına  Əlavə №8 

 

 



Milli pul nişanlarının həqiqiliyi barədə 

 

__ №-li ekspertiza AKTI 

___________ 

 

 

 

 

 

 

 

 

_______ 

 

 

Pul nişanının növü  



– 

Nominal                  

–        

Seriya nömrəsi 

 

– 

 



Ölçüsü 

 

 



– 

 

 



Ümumi təsvir və texniki xüsusiyyətləri 

__________________________________________________________________

__________________________________________________________________ 

 

Mühafizə elementləri  



Kağızın mühafizə elementləri __________________________________________ 

_____________________________________________________________________________



Çap mühafizə elemenlətri       __________________________________________ 

_____________________________________________________________________________ 



Digər mühafizə elementləri     __________________________________________ 

_____________________________________________________________________________ 



 

NƏTİCƏ 

_____________________________________________________________________________

____________________________________________________________________________ 

 

RƏY 

_____________________________________________________________________________

_____________________________________________________________________________ 

 

 



Ekspert 

 

Şöbə rəisi 



 

 

 



 

 


 

17

Bank sistemində pulların 



ekspertizasının təşkili və aparılması 

Qaydalarına Əlavə №9 

 

 



Xarici valyuta əskinaslarında saxtakarlıq əlamətləri barədə 

 

__ №-li ekspertiza AKTI 

 

___________ 



 

 

 

 

 

 

 

 

_______ 

 

Valyutanın növü   



– 

Emitenti 

 

 

– 



Nominalı                  

–        

Seriya nömrəsi 

 

– 



 

Ölçüsü 


 

 

– 



 

 

Ümumi təsvir və texniki xüsusiyyətləri 



__________________________________________________________________

__________________________________________________________________

______________________________________________________________ 

 

Mühafizə elementləri  



Kağızın mühafizə elementləri __________________________________________ 

_____________________________________________________________________________



Çap mühafizə elementləri       __________________________________________ 

_____________________________________________________________________________ 



Digər mühafizə elementlər     __________________________________________ 

_____________________________________________________________________________ 



 

NƏTİCƏ 

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________ 



 

RƏY 

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

 

 

Ekspert 



 

Şöbə rəisi  




 

18

          



Bank sistemində pulların 

            ekspertizasının təşkili və aparılması 

           Qaydalarına Əlavə №10 

 

 

 

 

 

1 Manat nominallı əskinasın sahəsinə bərabər olan 200 damalı 

 

 

C Ə D V Ə L  № 4 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

19

Bank sistemində pulların 



ekspertizasının təşkili və aparılması 

Qaydalarına Əlavə №11 

 

 

 

 

 

5 Manat nominallı əskinasın sahəsinə bərabər olan 200 damalı 

 

 

C Ə D V Ə L  № 5 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

20

Bank sistemində pulların 



ekspertizasının təşkili və aparılması 

Qaydalarına Əlavə №12 

 

 

 

 

 

10 Manat nominallı əskinasın sahəsinə bərabər olan 200 damalı 

 

 

C Ə D V Ə L  № 6 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

21

 



Bank sistemində pulların 

ekspertizasının təşkili və aparılması 

Qaydalarına Əlavə №13 

 

 

 

 

 

20 Manat nominallı əskinasın sahəsinə bərabər olan 200 damalı 

 

 

C Ə D V Ə L  № 7 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

22

Bank sistemində pulların 



ekspertizasının təşkili və aparılması 

Qaydalarına Əlavə №14 

 

 

 

 

 

50 Manat nominallı əskinasın sahəsinə bərabər olan 200 damalı 

 

 

C Ə D V Ə L  № 8 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

23

Bank sistemində pulların 



ekspertizasının təşkili və aparılması 

Qaydalarına Əlavə №15 

 

 

 

 

 

100 Manat nominallı əskinasın sahəsinə bərabər olan 200 damalı 

 

 

C Ə D V Ə L  № 9 

 

 



 

 

 



 

Yüklə 151,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə