“Dövlət qeydiyyatına alınmışdır”
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
Qeydiyyat № 3064
“17” iyul 2004-cü il
Nazir
______________F.F.Məmmədov
“Təsdiq edilmişdir”
Azərbaycan Respublikası
Mərkəzi Bankının İdarə Heyəti
Protokol № 11
“28” iyun 2004-cü il
İdarə Heyətinin Sədri
______________E.S.Rüstəmov
XARİCİ
BANKIN YERLİ NÜMAYƏNDƏLİYİNİN HESABATININ
FORMASI, MƏZMUNU VƏ MİLLİ BANKA TƏQDİM EDİLMƏSİ
QAYDASI
(15 aprel 2010-cu il tarixli dəyişikliklərlə)
BAKI - 2004
2
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Banklar haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı
haqqında” Azərbaycan Respublikası Qanunlarına və “Banklar haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2004-cü il 26 mart tarixli 42 nömrəli Fərmanına uyğun olaraq
hazırlanmışdır və xarici bankın yerli nümayəndəliyinin (bundan sonra-
nümayəndəlik) fəaliyyətinin qanunvericilikdən və Əsasnaməsi ilə müəyyən edilmiş
hüdudlardan kənara çıxmadığını müəyyən etmək üçün özünün idarə edilməsi qaydası
və cari fəaliyyəti haqqında Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim
etdiyi hesabatın formasını, məzmununu və təqdim edilməsi qaydasını müəyyən edir.
2. Hesabatın təqdim edilməsi
2.1. Hər bir nümayəndəlik idarə edilməsini və cari fəaliyyətini əks etdirən
Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş hesabatın
formasına, məzmununa və təqdim edilmə qaydasına uyğun olması barədə illik
hesabatını (Əlavə № 1) hesabat dövründən sonrakı ilin mart ayının 1-nə təqdim edir.
2.2. Hesabat dövrü 1 yanvardan 31-i dekabr da daxil olmaqla olan dövr sayılır. İl
ərzində yeni yaradılan nümayəndəlik üçün birinci hesabat dövrü onun dövlət
qeydiyyatından keçdiyi tarixdən 31-i dekabr da daxil olmaqla olan dövr sayılır.
2.3. Hesabata aşağıdakı sənədlər əlavə olunur:
2.3.1. Təsisçi bankın kənar auditor yoxlamasından keçmiş illik maliyyə hesabatı
və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və Azərbaycan dilinə
tərcüməsi notariat qaydasında təsdiq edilmiş auditor rəyinin surəti.
2.3.2. Təsisçi bank tərəfindən nümayəndəlikdə aparılan yoxlanmanın nəticələrini
əks etdirən sənəd(lər).
3
“Xarici bankın yerli nümayəndəliyinin
hesabatının forması, məzmunu və Milli
Banka təqdim edilməsi Qaydası”na
Əlavə № 1
Azərbaycan Respublikası Milli
Bankına ______________ bankın
______________ nümayəndəliyi
tərəfindən təqdim olunan hesabat
Mən, ___________________________________ ____________________ bankın
(A.A.a.S.) (Təsisçi bankın adı)
__________________nümayəndəliyinin rəhbəri _________ il üçün nümayəndəliyin
Əsasnaməsində göstərilən fəaliyyətini təsdiqləyən hesabatı təqdim edirəm.
1 . Nümayəndəlik haqqında məlumat
Nümayəndəliyin adı ___________________________________
Poçt ünvanı ___________________________________
Elektron poçt ünvanı ___________________________________
Əlaqə telefonu ___________________________________
Nümayəndəliyin Azərbaycan
Respublikasında hesab açdığı
bankın (bankların) adı ___________________________________
4
2. Nümayəndəliyi təsis etmiş bank haqqında məlumat
Bankın tam adı ___________________________
Poçt ünvanı ___________________________
Elektron poçt ünvanı ____________________________
Əlaqə telefonu ____________________________
İnternet səhifə ____________________________
Müşahidə (Direktorlar) Şurasının sədri ____________________________
(A.A.a.S.)
Idarə Heyətinin sədri
(Baş İcraçı) ____________________________
(A.A.a.S.)
Təsisçi bankın fəaliyyətini tənzimləyən
və nəzarət edən orqanın adı _____________________________
3. Nümayəndəliyin idarə edilməsi və fəaliyyəti haqqında məlumat
Bu bölmədə aşağıdakılar göstərilir:
- Nümayəndəlik tərəfindən hesabat dövründə həyata keçirdiyi fəaliyyət barədə
məlumat (məsələn, baş ofis tərəfindən təqdim olunan xidmətlərin genişləndirilməsi
(bank üçün yeni münasibətlərin qurulması, o cümlədən müxbir münasibətlərin, kredit
xətlərinin açılması və s), bankın fəaliyyətinin gələcəkdə genişləndirilməsi ilə əlaqədar
bazarın marketinq tədqiqatları və s. göstərilir).
- Nümayəndəliyin Təsisçi bank tərəfindən idarəetmə üsulları (məsələn,
monitorinqin həyata keçirilməsi, hesabatlıq sistemi, audit və s.)
- Nümayəndəliyin işçilərinin sayı və əgər rəhbərliyin tərkibində dəyişikliklər
varsa, bunun səbəblərini göstərən məlumat.
5
4. Təsisçi bank barədə məlumat
1. Təsisci bank holdinq şirkətinə daxildirsə bu holdinq şirkəti barədə məlumat.
2. Hesabat ilinin sonuna Təsisçi bankın törəmə bankları, xarici ölkələrdəki filialları
və nümayəndəlikləri barədə məlumat.
3. Təsisçi bankda və onun filiallarında müxbir hesabları (“Nostro”) olan Azərbaycan
bankları.
4. Təsisçi bankın və onun filiallarının müxbir hesabları (“Loro”) olan Azərbaycan
bankları.
5. Azərbaycan banklarının Təsisçi bankla və ya onun filialları ilə müxbir
münasibətləri pozulduqda onun səbəbləri.
6. Azərbaycan banklarının Təsisçi bankda və onun filiallarında təsdiq olunmuş
şübhəli əməliyyatları barədə məlumatlar.
7. Hesabat ili ərzində Azərbaycan bankları tərəfindən Təsisçi bankdan və onun
filiallarından banklararası kreditlər və depozitlər almış və ya onlara kreditlər və
depozitlər vermiş Azərbaycan bankları.
5. Nümayəndəliyin hesabı üzrə pul axını barədə məlumat
(mln. manatla)*
1. İl ərzində hesaba mədaxil olmuş vəsait, ________
o cümlədən:
1.1. əmək haqqı üçün ________
1.2. əsas vəsaitlərin alınması və saxlanması üçün ________
1.3. digər məqsədlər üçün ________
2. İl ərzində hesabdan məxaric olunmuş vəsaitlər, ________
o cümlədən:
2.1. əmək haqqı üçün ________
2.2. əsas vəsaitlərin alınması və saxlanması üçün ________
2.3. digər məqsədlər üçün ________
___________________________________________________
* Xarici valyuta AMB-nin müəyyən etdiyi rəsmi məzənnə ilə manat ekvivalentində göstərilir.
6
3. Nümayəndəliyin kassasında olan orta
aylıq nağd pul qalığının məbləği ________
4. Nümayəndəliyin bank hesablarında olan orta
aylıq qalığının məbləği ________
6. Nümayəndəliyin və Təsisçi bankın idarə edilməsi və cari fəaliyyəti barədə
digər əhəmiyyətli məlumatlar
____________________________________________________________________
____________________________________________________________________
____________________________________________________________________
____________________________________________________________________
7. Əlavə olunan sənədlərin siyahısı**
Nümayəndəliyin rəhbəri _____________ __________________________
(imza) (A.A.a.S.)
________________________________________________
**
Təsisçi bankın maliyyə hesabatı və auditor rəyi xarici ölkənin qanunvericiliyinə görə bu
hesabatın təqdim edilməsi vaxtı ilə uyğun deyilsə, habelə nümayəndəlikdə hesabatın təqdim
edilməsi vaxtına yoxlama aparılmamışdırsa, bu sənədlər hazır olduqca təqdim oluna bilər.
7
A.Quliyev
V.Xubanov
A.Babayev
R.Aslanlı
Z.Kazımov
R.Məlikova
Dostları ilə paylaş: |