Dövlət qeydiyyatına alınmışdır



Yüklə 331,34 Kb.
Pdf görüntüsü
tarix31.08.2018
ölçüsü331,34 Kb.
#65797


 

 

 

“Dövlət qeydiyyatına alınmışdır” 

Azərbaycan Respublikasının 

Ədliyyə Nazirliyi 

Qeydiyyat №_3426_ 

“_10_”_dekabr_2008-ci il 

 

Nazir müavini 



 

__________Toğrul Musayev 



 

“Təsdiq edilmişdir” 

Azərbaycan Respublikası 

Mərkəzi Bankının İdarə Heyəti 

Protokol № _34_ 

“_18_”_noyabr_2008-ci il 

 

İdarə Heyətinin sədri 



 

________ Elman Rüstəmov 



 

 

 

 

 

 

 



 

 

BANKLARDA KREDİTLƏRİN VERİLMƏSİ QAYDALARI 

 

 

(15 aprel 2010-cu il tarixli dəyişikliklərlə) 

 

 

 

 

 

 

 

BAKI-2008 


 



1. Ümumi müddəalar 



 

1.1.  Bu  Qaydalar  «Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  haqqında»  və 

«Banklar 

haqqında» 

Azərbaycan 

Respublikası 

qanunlarına, 

Azərbaycan 

Respublikasının  digər  qanunvericilik  aktlarına,  Azərbaycan  Respublikası  Mərkəzi 

Bankının  (bundan  sonra  -  Mərkəzi  Bank)  normativ  xarakterli  aktlarına,  habelə 

beynəlxalq təcrübəyə uyğun olaraq hazırlanmışdır. 

1.2.  Bu  Qaydalar  ölkədə  fəaliyyət  göstərən  kommersiya  banklarında  və  xarici 

bankların  yerli  filiallarında  (bundan  sonra  -  banklar)  kredit  riski  və  kreditlərin 

verilməsi  üzrə  bankların  daxili  strategiya  və  qaydalarına  dair  minimum  tələbləri 

müəyyən edir.  

1.3.  Hər  bir  bank  fəaliyyətinin  xüsusiyyətinə  və  həcminə  uyğun  olaraq 

kreditlərin verilməsi üzrə strategiya, habelə kredit riskinin idarə edilməsi, o cümlədən 

riskin  müəyyən  edilməsi,  qiymətləndirilməsi  və  nəzarətin  həyata  keçirilməsi  üzrə 

bankdaxili qaydalar işləyib hazırlamalıdır.  

1.4. Bankın kredit strategiyası, kreditlərin verilməsi, habelə kredit riskinin idarə 

edilməsi  üzrə  bankdaxili  qaydalar  İdarə  Heyəti  tərəfindən  müvafiq  komitələrlə 

birlikdə hazırlanmalı və Müşahidə Şurası tərəfindən təsdiq edilməlidir. 

1.5. Bankın təsdiq edilmiş strategiya və bankdaxili qaydaları sənədləşdirilməli, 

müvafiq struktur bölməyə və əməkdaşlara çatdırılmalıdır.  

1.6. Strategiya və bankdaxili qaydalara ildə bir dəfədən gec olmayaraq yenidən 

baxılmalıdır. 

1.7.  Bu  Qaydaların  tələbləri,  4.1.12-ci  bənd  istisna  olmaqla,  banklararası 

kreditlərə şamil edilmir.  

 

 

2. Kredit strategiyası 

 

2.1.  Bankın  kredit  strategiyası  onun  ümümi  strateji  baxışı  əsasında 

formalaşmalıdır.  Kredit  strategiyası  cəlb  olunmuş  vəsaitlərin  strukturu,  kadr  və 



 

informasiya resurslarının yetərliyi və adekvatlığı nəzərə alınmaqla kreditlərin növləri 



üzrə  (ipoteka,  istehlak,  kommersiya)  bankın  kredit  resurslarının  yerləşdirilməsi 

istiqamətlərini müəyyən edir. Strategiyada kredit portfelinin diversifikasiyası (iqtisadi 

sektorlar,  coğrafi  ərazilər,  valyuta  növləri,  kreditlərin  müddəti  və  gəlirliyi),  qeyri-

qanuni  fəaliyyətlə  məşğul  olan  borcalanlarla  əməkdaşlığa  yol  verilməməsi  və  digər 

kreditləşmə fəaliyyəti ilə bağlı məsələlər üzrə bankın mövqeyi ifadə edilir.  

2.2.  Kredit  strategiyası  bankın  ixtisaslaşması  ilə  cəmləşmə  səviyyəsinin 

məhdudlaşdırılması  arasında  tarazlığın  təmin  edilməsi  və  kredit  fəaliyyətinin  yalnız 

mərkəzləşdirilmiş qaydada və ya filiallar tərəfindən də həyata keçirilməsi kimi strateji 

məsələləri əhatə etməlidir.  

 

3. Kreditlərin verilməsi meyarları 

 

3.1



. 

Bank tərəfindən kredit sifarişlərinin qiymətləndirməsi meyarları kreditlərin 

həcmi,  müddəti, onlarla bağlı  risklərin səviyyəsi, borcalanın fəaliyyət  növü  və  digər 

amillərlə müəyyən edilir. Meyarlar ən azı aşağıdakı amillər üzrə qruplaşdırılır:  

3.1.1. Kreditin məqsədi və ödənişlərin mənbəyi; 

3.1.2. Borcalanla və onun sifariş etdiyi kreditlə bağlı riskin səviyyəsi;  

3.1.3.  Kreditin,  habelə  onun  müqabilində  təklif  olunan  təminatın  bazar  və 

iqtisadi dəyişikliklərə qarşı həssaslığı;  

3.1.4.  Borcalanın  kredit  tarixi,  habelə  tarixi  məlumatlar  və  müxtəlif  ssenarilər 

nəzərə  alınmaqla  nağd  vəsait  axını  proqnozlarına  əsasən  borcalanın  cari  kredit 

qaytarma qabiliyyəti;  

3.1.5.  Kommersiya  kreditləri  üzrə  fəaliyyət  sahəsində  borcalanın  təcrübə  və 

bilikləri; 

3.1.6.  Kreditin  növü  ilə  bağlı  iqtisadi/bazar  sektorunun  vəziyyəti  və  həmin 

sektorda borcalanın vəziyyəti;  



 

3.1.7. Kredit müddəti ərzində kredit müqaviləsinə düzəlişlər edilməsi imkanı da 



daxil olmaqla kreditin şərtləri və müddəti;  

3.1.8.  Təminatın  adekvatlığı  və  zərurət  yarandıqda  onun  realizasiyası  və  ya 

istifadə edilməsi.  

3.2.  Borcalana kredit  ilk dəfə  verildikdə bank borcalanın nüfuzunu və öhdəlik 

götürmə qabiliyyətini nəzərə almalıdır.  Lakin borcalanın  yüksək nüfuzu ona kreditin 

verilməsi barədə qərar qəbul edilməsinə yeganə əsas olmamalıdır. 

3.3. 

Hüquqi 


şəxslər 

tərəfindən 

təqdim 

olunmuş 


kredit 

sifarişi 

qiymətləndirilərkən bank sifarişçinin korporativ idarəetmə sisteminin mövcudluğu və 

onun adekvat olmasını kredit riskinin ölçülməsində nəzərə almalıdır. 

3.4.  Bank  müəyyən  edilmiş  meyarlara  əsaslanaraq  hər  bir  borcalana  (fiziki 

şəxslər,  o  cümlədən  hüquqi  şəxs  yaratmadan  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan 

şəxslər istisna olmaqla) bankdaxili reytinq verməlidir.   

 

4. Kreditlərin verilməsi üzrə bankdaxili qaydalar 

 

4.1.  Kreditlərin  verilməsi  üzrə  bankdaxili  qaydalar  kredit  işini  hərtərəfli 



tənzimləməli və kredit əməliyyatları aparılan zaman işdə rəhbər tutulmalıdır.  Hər bir 

bank kreditlərin verilməsi üzrə bankdaxili qaydalarda apardığı kredit əməliyyatlarının 

xarakterini və mürəkkəbliyini nəzərə alaraq aşağıdakı məsələləri əks etdirməlidir:  

4.1.1.  Səlahiyyət  bölgüsü.  Bankdaxili  qaydalarda  kreditlərin  verilməsi 

funksiyasını  yerinə  yetirən  strukturların  dəqiq  səlahiyyət  bölgüsü  müəyyən 

edilməlidir.  Bankdaxili  strukturlara  və  ayrı-ayrı  əməkdaşlara  kredit  sifarişlərinə  rəy 

verilməsi və müvafiq qərarın qəbul edilməsi səlahiyyəti verilərkən qüvvədə olan bank 

qanunvericiliyinin  tələbləri,  əməkdaşların  iş  təcrübəsi  və  ixtisas  səviyyəsi  nəzərə 

alınmalıdır.  

Maraqlar  münaqişəsinin  yaranmasına  yol  verməmək  məqsədilə  bankda  kredit 

riskinin qiymətləndirilməsi, o cümlədən kreditlərin təsnifləşdirilməsi funksiyası kredit 



 

portfelinin keyfiyyətinə, habelə normativlərə, prudensial hesabatlığa, bankdaxili tələb 



və  limitlərin  icrasına  nəzarət  funksiyasından  müstəqil  olmalıdır.  Bank  qeyd  olunan 

funksiyaların yerinə yetirilməsi üçün məsul şəxslər və ya struktur bölmələr müəyyən 

etməlidir.  

Bankın  rəhbərliyi  təşviqetmə  siyasəti  ilə  kredit  siyasəti  arasında  ziddiyyətin 

yaranmasına  yol  verməməlidir  (müəyyən  olunmuş  kredit  limitlərinə  riayət  etmədən 

verilmiş 

kreditlərin 

sayının 


və 

məbləğlərinin 

artırılması 

əlavə 


mükafatlandırılmamalıdır).  

4.1.2.  Kreditlər  üzrə  limitlər  və  kreditlərin  cəmləşməsi.  Bankdaxili  qaydalar 

kreditlərin bütün məlum cəmləşmələri üzrə (kreditlərin növləri, aidiyyəti olan şəxslər, 

iqtisadiyyatın  sektorları,  coğrafi  zonalar  və  s.)  limitlər,  müntəzəm  monitorinq  və 

hesabat tərtib edilməsi ilə əlaqədar tələbləri müəyyən etməlidir.  

Limitlər  müəyyənləşdirilərkən  bank  tərəfindən  hər  bir  kredit  növü  üzrə  tələb 

olunan gəlirlik səviyyəsi  və kredit portfelinin, habelə  kreditlərin  verilməsi üçün cəlb 

edilmiş vəsaitlərin həssaslığının qiymətləndirilməsinin nəticələri nəzərə alınmalıdır.  

Bankdaxili  qaydalarda  kredit  portfelinə  və  ya  məcmu  kapitala  nisbətdə  bank 

tərəfindən  Mərkəzi  Bankın  müəyyən  etdiyi  prudensial  tələblər  nəzərə  alınmaqla  ən 

azı aşağıdakı limitlər müəyyən edilməlidir:   

4.1.2.1.  hər  bir  növü  üzrə  kreditin  maksimum  məbləği  və  növlər  üzrə 

kreditlərin cəmləşməsi; 

4.1.2.2. kreditlərin ümumi həcminin depozitlərin həcminə nisbəti;  

4.1.2.3.  kreditlərin  ümumi  həcminin  depozitlərin  və  cəlb  edilmiş  digər 

vəsaitlərin cəminə nisbəti; 

4.1.2.4.  bir  borcalan  və  bir-biri  ilə  əlaqəli  borcalanlar  qrupu  üzrə  kreditin 

maksimum məbləği və bu cür kreditlərin cəmləşməsi;  

4.1.2.5. coğrafi yerləşmə üzrə kreditlərin cəmləşməsi,  o cümlədən bir ölkə  və 

ya bir-biri ilə sıx əlaqədə olan ölkələr üzrə cəmləşmə; 

4.1.2.6. kreditlərin əsas valyuta növləri üzrə cəmləşməsi; 



 

4.1.2.7.  aidiyyəti  olan  şəxslərə  verilən  kreditin  maksimum  məbləğ  və  bu  cür 



kreditlərin cəmləşməsi; 

4.1.2.8.  borcalanlar  statusu  üzrə  kreditlərin  cəmləşməsi  (hüquqi,  fiziki  şəxslər 

və hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslər); 

4.1.2.9.  təminatın  növü  üzrə  cəmləşmə  (daşınmaz  əmlak,  qiymətli  kağızlar  və 

s.); 

4.1.2.10. eyni ödəmə müddətləri olan kreditlərin cəmləşməsi;  



4.1.2.11. təminatçısı eyni olan kreditlərin cəmləşməsi;  

4.1.2.12. qeyri-işlək kreditlərin cəmləşməsi; 

4.1.2.13. təminatsız (blank) kreditlərin maksimum məbləği və bu cür kreditlərin 

cəmləşməsi; 

4.1.2.14.  filial  tərəfindən  verilən  kreditlərin  maksimum  məbləği  və  bu  cür 

kreditlərin cəmləşməsi (filiala bu növ əməliyyatlara icazə verildikdə). 

Kreditlərin  mühüm  cəmləşməsi  barədə  rəhbərliyə  mütəmadi  olaraq  məlumat 

təqdim olunmalıdır. Müəyyən olunmuş limitlərdən artıq məbləğdə, habelə bank üçün 

yeni  olan  sahəyə  kreditlər  yalnız  Müşahidə  Şurasının  razılığı  əsasında  verilməlidir. 

Belə  kreditlər  verilərkən  bankın  üzərinə  götürdüyü  riskin  qiymətləndirilməsi  və 

monitorinqi üçün əlavə prosedurlar olmalıdır. 

 4.1.3. Kreditləşmə sahələri və növləri. Kredit strategiyasına əsasən və müxtəlif 

kredit  növlərinin  xüsusiyyətləri  nəzərə  alınmaqla  bank  hər  bir  kredit  növü  üzrə 

kreditlərin  verilməsi,  monitorinqi  və  onlara  nəzarət  üzrə  fərqli  qaydalar  müəyyən 

etməlidir.  

Bankın  mövcud  kredit  strategiyasında  nəzərdə  tutulmayan  digər  kredit 

növlərinə tələbat yarandıqda onların verilməsi üzrə prosedurlar müəyyən edilməlidir.   

Qeyri-rezidentlərə  və  respublikadan  kənarda  fəaliyyət  göstərən  şəxslərə 

kreditlər verilərkən bank  tərəfindən kreditorun mənşə  və  ya fəaliyyət  göstərdiyi ölkə 

ilə  bağlı  riskin  ölçülməsi  və  monitorinqi  üzrə  prosedurlar  bankdaxili  qaydalarda  öz 

əksini tapmalıdır. 



 

Kreditləri  xarici  valyutada  verildikdə  (ölkədaxilində  və  ölkədənkənar)  belə 



kreditlərlə  bağlı  yaranan  xarici  valyuta  riski,  habelə  beynəlxalq  əməliyyatlarda 

yaranan transfer riski də nəzərə alınmalıdır.    

 Bank  kreditin  məqsədyönlü  istifadəsini  müəyyən  etmək  məqsədilə  kredit 

sifarişinin  qiymətləndirilməsi  zamanı  müştərilərin  fəaliyyətinin  təhlilini  aparmalı, 

habelə  kreditə  xidmət  dövründə bu fəaliyyətin daimi  monitorinqini  həyata  keçirməli 

və  müvafiq  tədbilər  görməlidir.  Bank  tərəfindən  müştəri  fəaliyyəti  təhlil  edilərkən 

Bank nəzarəti üzrə Bazel Komitəsinin “Müstərini Tanı” standartını rəhbər tutmalıdır. 

 

4.1.4.  Kreditlərin  ödəniş  müddətləri  və  şərtləri.  Kreditin  (əsas  borc  və  faiz 



məbləğləri)  ödəniş  müddəti  kreditin  məqsədindən,  növündən,  ödəmə  mənbəyindən, 

borcalanın  fəaliyyətinin  mövsümi/dövri  xarakterindən,  habelə  real  pul  axınlarının 

proqnozundan asılı olaraq müəyyən edilməlidir.  

Bankdaxili  qaydalarda  kreditlərin  ödənilməsi  müddətlərinin  uzadılmasına, 

qanunvericiliyə  uyğun  olaraq  vaxtından  əvvəl  ödənişlərin  bank  tərəfindən  tələb 

edilməsinə  dair  ümumi  şərtlər  müəyyən  edilməli  və  kredit  müqaviləsində  öz  əksini 

tapmalıdır. 

Bankdaxili  qaydalarda  kredit  üzrə  ödənişlər  anuitet  formasında  nəzərdə 

tutulduqda  anuitet  ödənişlərin  vaxtından  əvvəl  aparılması  şərtləri  və  bu  zaman 

anuitetlərin  yenidən  hesablanması  və  ödənilməsi  (anuitet  ödənişlərin  məbləğinin 

azaldılması və/və ya ödəniş müddətinin qısaldılması) qaydaları müəyyən edilməlidir. 

 

Bankdaxili  qaydalarda  ilkin  ödəniş  (kredit  hesabına  alınan  əmlakın  dəyərinin 



bir hissəsinin borcalan tərəfindən öz vəsaiti hesabına ödənilməsi) nəzərdə tutulduqda, 

bu ödənişlərə dair minimal tələblər müəyyən edilməlidir. 

4.1.5.  Kreditlər  üzrə  faiz  dərəcələrinin  müəyyənləşdirilməsi.  Bankdaxili 

qaydalarda  ayrı-ayrı  kreditlər  və  onların  müxtəlif  növləri  üzrə  faiz  dərəcələrini 

müəyyənləşdirmək  üçün  istifadə  edilən  iqtisadi  və  bazar  şərtləri,  habelə  müxtəlif 

amillər  nəzərdə  tutulmalıdır.  Banklar  kreditlərə  tətbiq  ediləcək  faiz  dərəcələrini 

müəyyənləşdirərkən resursların dəyərini, kreditlərə xidmət xərclərini, ümumi inzibati 



 

xərcləri,  mümkün  zərərlərin  ödənilməsi  üçün  xüsusi  ehtiyatı  və  yetərli  miqdarda 



mənfəəti,  portfel  üzrə  itkiləri,  eləcə  də  əlavə  komisyon  haqlarının  tutulub-

tutulmamasını nəzərə almalıdırlar.  

Kreditin növündən asılı olaraq bank faiz dərəcələrinin minimum və maksimum 

həddini istifadə etdikdə bu zaman onların istifadəsi meyarlarını müəyyən etməlidir. 

 

4.1.6.  Güzəştlər.  Bankda  güzəştli  şərtlərlə  kreditlərin  verilməsi  üçün  müvafiq 



meyarlar müəyyən edilməlidir. Güzəştli kreditlərin verilməsi praktikası, yəni eyni növ 

kredit və borcalanlarla müqayisədə digər borcalanlara daha sərfəli şərtlərlə kreditlərin 

verilməsi dəqiq prosedurlaşdırılmalı və bankın ümumi kredit strategiyası, habelə bank 

qanunvericiliyinin tələbləri ilə ziddiyyət təşkil etməməlidir. 

4.1.7.  Təminatın  (kredit  öhdəliklərinin  icrasının  təmin  edilməsi  üsulunun) 

qiymətləndirilməsi  və  götürülməsi.  Təminatın  dəyəri  bankı  kredit  əməliyyatı  üzrə 

dəyən  zərərdən  qorumaq  üçün  kifayət  etməli,  eyni  zamanda  kreditlərin  qaytarılması 

üçün yeganə  və əsas mənbə olmamalıdır. Kreditin qaytarılması üçün əsas borcalanın 

sağlam maliyyə vəziyyəti və fəaliyyəti dövründə əldə etdiyi pul vəsaiti olmalıdır.  

Kreditlər  təminatla  və  ya  təminatsız  (blank)  şərtlərlə  verilə  bilər.  Təminatsız 

kreditlərin  verilməsi  üzrə  bank  tərəfindən  ayrıca  meyarlar  müəyyən  edilməlidir. 

Təminatsız  kreditlər  yalnız  krediti  qaytarma  qabiliyyəti  və  nüfuzu  yüksək  səviyyədə 

olan  borcalana  onun  gəlirliyinin  adekvat  olması  müəyyən  edildikdə  verilməlidir. 

Təminatsız  kreditlər  verdikdə  bank  borcalanın  daha  uzunmüddətli  maliyyə 

hesabatlarını  (fiziki şəxslər üçün  əmək  haqqı  və/və  ya rəsmi  qaydada təsdiq edilmiş 

fiziki  şəxsin  digər  mənbələrdən  aldığı  gəlirlər  barədə  arayış)  və  kredit  tarixini  əldə 

etməlidir.  Maliyyə  hesabatları  (arayışlar)  sifarişin  təqdim  edilməsi  tarixindən  fiziki 

şəxslər  üçün  ən  azı  əvvəlki  altı  aylıq  dövrü,  hüquqi  şəxslər  üçün  isə  iki  illik  dövrü 

əhatə etməlidir.  

Bankdaxili  qaydalarda  girov  şəklində  götürüləcək  təminatın  bazar  dəyərinin 

kredit məbləğinə olan nisbətinin məqbul əmsalları müəyyənləşdirilməlidir.  




 

Təminat  girov  şəklində  götürülərkən  bankdaxili  qaydalarda  girovun 



qiymətləndirilməsinin  mövcud  qanunvericiliyə  uyğun  olaraq  bankın  mütəxəssisi  və 

ya  kənar  qiymətləndirici  tərəfindən  aparılmasına  dair  prosedurlar  müəyyən 

edilməlidir.  Girovun  qiymətləndirilməsi  ücün  bankın  əməkdaşlarının  və  ya  kənar 

qiymətləndiricilərin 

cəlb 

edilməsi 



üzrə 

meyarlar 

müəyyən 

edlməlidir. 

Qiymətləndirməni  həyata  keçirən  bankın  əməkdaşları  müvafiq  bilik  səviyyəsinə  və 

təcrübəyə malik olmalıdırlar. Bankda qiymətləndirmənin aparılması üçün cəlb edilən 

kənar  qiymətləndiricilərin  pesəkarlığına,  təcrübə  və  ixtisasına  qarşı  tələblər,  habelə 

onların  seçilməsi  mexanizmləri  müəyyən  edilməlidir.  Məbləği  bankın  məcmu 

kapitalının  5%-dən  yuxarı  olan  bir  borcalana  və  ya  bir-biri  ilə  əlaqədar  borcalanlar 

qrupuna verilən kreditlər üzrə girov ən azı iki kənar qiymətləndirici tərəfindən ayrıca 

qiymətləndirilməlidir.  Bu  zaman  qiymətlər  fərqli  olduqda  bank  tərəfindən  girovun 

aşağı olan qiyməti əsas götürülməlidir.   

Girovla  təmin  olunmuş  kreditlərdən  dəyən  zərərin  minimallaşdırılması  üçün 

təminatın  bazar  dəyəri  konservativ  yanaşma,  qiymətləndiricinin  seçilməsi  isə  sərt 

meyarlar əsasında müəyyən edilməlidir.  

 

Kredit  üzrə  təminat  qəbul  edildikdə  bank  girov  kimi  götürülmüş  əmlak  üzrə 



bütün texniki və hüquqi sənədlərin təqdim olunmasını tələb etməlidir. Bank təminatla 

bağlı təqdim  edilmiş  sənədlərlə  təminatın faktiki  mövcudluğu  və  keyfiyyəti  arasında 

uyğunsuzluğu  aşkar  etmək,  borcalan  tərəfindən  təminatın  adekvat  vəziyyətdə 

saxlanmasını  təmin  etmək  məqsədilə  bankdaxili  qaydalarda  müvafiq  tədbirləri 

(yerlərdə dövri yoxlamaların aparılması və s.), habelə təminatın sığortalanmasına dair 

tələbin irəli sürülməsi hallarını əks etdirilməlidir.  

Kreditlər  qiymətli  kağızlarla  təmin  olunduqda,  bank  bu  kağızların  real  dəyəri 

və  satış  imkanlarını  nəzərə  alaraq  onların  qiymətləndirilməsi  qaydalarını  müəyyən 

etməlidir. 

Bankdaxili  qaydalarda  təminatın  əvəzləşdirilməsinin,  habelə  yeni  təminatın 

dəyərinin  kreditin  məbləğinə  olan  nisbətinin  dəyişdirilməsi  üzrə  mümkün  hallar, 



 

10 


meyar  və  prosedurlar  müəyyən  edilməlidir.  Bundan  əlavə,  bank  öz  siyasətinə  və 

Mərkəzi  Bankın  müvafiq  tələblərinə  uyğun  yeni  təminatın  dəyərinin  kreditin 

məbləğinə olan nisbətinin minimum səviyyəsini təyin etməlidir.  

Borcalan  tərəfindən  girov  şəklində  təqdim  olunmuş  əmlakın  əvəz  edilməsinə 

zərurət  yarandıqda  bank  yeni  təminatın  dəyərinin  kreditin  ödənilməmiş  məbləğinə 

olan nisbətinin əvvəlki səviyyədən aşağı olmasına yol verməməlidir.  

Kredit qiymətli kağızlarla, zaminliklə, qarantiyalarla və ya bank depozitləri ilə 

təmin  olunduqda  bank  bu  təminatlar  üzrə  müddətlərini  nəzərdən  keçirməlidir.  Belə 

təminatın  müddəti  kreditin  qaytarılma  müddətindən  az  olduqda  və  ya  borcalan 

tərəfindən  bu  təminatın  əvəz  edilməsinə  zərurət  yarandıqda  bank  yeni  təqdim 

olunmuş  təminat  üzrə  keyfiyyət  və  likvidlik  göstəricilərinin,  habelə  təminatın 

dəyərinin  kreditin  ödənilməmiş  məbləğinə  nisbətinin  ilkin  təminat  göstəricilərindən 

az olmamasını təmin edilməlidir.  

 Yeni  təminatın  qiymətləndirilməsi  və  onun  barəsində  qərarın  qəbul  edilməsi 

üzrə  banka  yetərli  vaxt  verilməsi  üçün  yeni  təminat  ilkin  təminatın  vaxtı  başa 

çatmamışdan əvvəl təqdim olunmalıdır.  

Kreditin  müddəti  başa  çatanadək  real  bazar  dəyərinin  təyin  edilməsi  və 

təminatın  likvidliyinin  monitorinqi  üçün  təminat  mütəmadi  olaraq  bank  tərəfindən 

yenidən  qiymətləndirilməlidir.  Bu  məqsədlə  bank  təminatının  mütəmadi  olaraq 

yenidənqiymətləndirilməsi 

zəruri 

olan 


kreditlərin 

məbləğini, 

habelə  

yenidənqiymətləndirmənin  dövriliyini  bankdaxili  qaydalarda  müəyyən  etməlidir. 

Bankdaxili  qaydalarda  təminatın  qiymətində  müşahidə  olunan  mənfi  meyllərə 

reaksiya 

vermə 

prosedurları 



müəyyən 

edilməlidir. 

Bankda 

təminatın 



qiymətləndirilməsi  qrafiki,  hesabatlıq  sistemi  və  qiymətləndirmənin  həyata 

keçirilməsinə məsul şəxslər müəyyən edilməlidir. 

İstehlak  və  mikro-kreditlər  üzrə  girova  nəzarətin  həyata  keçirilməsi  üçün  belə 

girovların  xüsusiyyətləri  nəzərə  alınmaqla  bankda  ixtisaslaşmış  bankdaxili  sistem 




 

11 


qurulmalıdır. Həmin sistem girovun verilmiş kreditin şərtlərinə və müddətinə adekvat 

olmasına nəzarəti təmin etməlidir.   

Qarantiya  və  ya  zaminliklə  təmin  olunmuş  kreditlərin  verilməsi  üçün  bank 

qarant (zamin) haqqında ətraflı maliyyə məlumatlarının təqdim olunmasını tələb edir. 

Bu  zaman  tələb  olunan  məlumatın  tərkibi  kreditlərin  verilməsinə  dair  bankdaxili 

qaydalarda öz əksini tapmalıdır. 

4.1.8.  Borcalanlar  haqqında  maliyyə  məlumatı.  Bankdaxili  qaydalarda 

borcalanların  krediti  qaytarmaq  qabiliyyətini  müəyyənləşdirmək  məqsədi  ilə  həm 

kreditlər  verilməzdən  əvvəl,  həm  də  kreditlər  verildikdən  sonra  maliyyə 

hesabatlarının  təqdim  edilməsi  tələbi  müəyyən  olunmalıdır.  Borcalan  hüquqi  şəxs 

olduqda  ondan  başa  çatmış  maliyyə  ili  üzrə  auditdən  keçmiş  hesabatların,  vergi 

orqanlarına  verilən  hesabatların,  pul  vəsatinin  hərəkəti  barədə  hesabatın  və  digər 

hesabatların  təqdim  edilməsi  nəzərdə  tutulmalıdır.  Fiziki  şəxslər  üçün  maliyyə 

hesabatları qismində əmək haqqı  və/və ya  rəsmi qaydada təsdiq edilmiş fiziki şəxsin 

digər  mənbələrdən  aldığı  gəlir  barədə  arayış  tələb  olunmalıdır.  Qanunvericilikdə 

hüquqi  şəxslərin  hesabatlarının  Maliyyə  Hesabatlarının  Beynəlxalq  Standartlarına 

uyğun  təqdim  olunması  nəzərdə  tutulduqda  bu  hesabatların  təqdim  edilməsi  bank 

tərəfindən şərt kimi müəyyən olunmalıdır.  

Borcalanın  maliyyə  vəziyyətinin  qiymətləndirilməsi  sənədləşdirilməlidir. 

Zərurət 


yarandıqda 

banklar 


borcalan 

haqqında 

maliyyə 

məlumatlarının 

qiymətləndirilməsi üçün müstəqil ekspertləri, məsləhətçiləri cəlb edə bilərlər.  

Bankdaxili  qaydalarda  borcalanın  maliyyə  məlumatlarının  əhatə  tamlığının  və 

mötəbərliyinin  təsdiqi  üçün  onun  digər  tərəflər  qarşısında  borc,  zaminlik  və  digər 

müqavilə  üzrə  öhdəliklərin  yerinə  yetirilməsinin  qiymətləndirilməsi  nəzərdə 

tutulmalıdır. 

Bu 


məqsədlə 

banklar 


Mərkəzləşdirilmış 

Kredit 


Reyestrinin 

məlumatlarından  istifadə  edə  bilərlər.  Bundan  əlavə,  banklar  auditorlardan,  reytinq 

agentliklərindən,  vergi  və  digər  dövlət  orqanlarından  və  s.  mənbələrdən  əlavə 

məlumatlar əldə edə bilər.  




 

12 


Borcalanın  maliyyə  vəziyyətinin  monitorinqi  kredit  üzrə  borc  ödənilənədək 

həyata keçirilməlidir. 

 4.1.9.  Bir borcalana və bir-biri ilə əlaqədar borcalanlar qrupuna kreditlərin 

verilməsi.  Kreditin  verilməsi  barədə  qərar  qəbul  edərkən  bank  tərəfindən  bir  neçə 

borcalanın  maliyyə  və  idarəetmə  baxımından  borcalanlar  qrupu  təşkil  etdiyi 

araşdırılmalıdır.  Bundan əlavə bank tərəfindən bir borcalana və ya bir-biri  ilə əlaqəli 

borcalanlar  qrupuna  müxtəlif  fəaliyyət  növü  üzrə  kreditlərin  verilməsi  hallarının 

aşkara çıxarılması üzrə qaydalar müəyyən edilməlidir. Bir borcalana və ya bir-biri ilə 

əlaqəli  borcalanlar  qrupuna  kreditlərin  verilməsi  qaydaları  müəyyən  edilərkən  bank 

Mərkəzi Bankın müvafiq normativ xarakterli aktlarının tələblərini nəzərə alınmalıdır.   

4.1.10.  Banka  aidiyyəti  olan  şəxslərə  və  aidiyyəti  olan  şəxslər  adından 



hərəkət  edən  şəxslərə    kreditlərin  verilməsi.  Bankdaxili  qaydalarda  banka  aidiyyəti 

olan şəxslərə və aidiyyəti olan şəxslər adından hərəkət edən şəxslərə (bundan sonra- 

aidiyyəti olan şəxslər) kreditlərin  verilməsi üçün şərtlər və məhdudiyyətlər müəyyən 

edilməlidir.  Bu  şərtlər  və  məhdudiyyətlər  bank  qanunvericiliyinə,  o  cümlədən 

Mərkəzi  Bankın  müvafiq  normativ  xarakterli  aktlarına  uyğun  olmalıdır.  Bankdaxili 

qaydalarda  banka  aidiyyəti  olan  şəxslərə  kreditlər  verilən  zaman  onlar  üçün  eyni 

kreditqaytarma  imkanları  olan  digər  borcalanlara  nisbətən  güzəştli  şərtlərin  nəzərdə 

tutulmadığı qeyd olunmalıdır.  

Banka  aidiyyəti  olan  hüquqi  şəxsin  kredit  sifarişini  qiymətləndirərkən  bank 

onun auditor rəyi ilə təsdiq edilmiş ən azı son iki illik maliyyə hesabatlarının təqdim 

olunmasını tələb etməlidir. 

Bankda  aidiyyəti  olan  şəxs  ona  verilən  kreditin  qiymətləndirilməsində,  təsdiq 

edilməsində  və  verildikdən  sonra  ona  nəzarət  prosesində  iştirak  edə  bilməz.  Bu 

şəxslərə verilən kreditlər yalnız təminatlı kredit olmalıdır.  

Bankdaxili  qaydalarda  banka  aidiyyəti  olan  şəxslərə  verilmiş  kreditlər  barədə 

Müşahidə  Şurasına  hesabatlıq  sistemi,  habelə  hesabatların  dövriliyi  müəyyən 

edilməlidir. 



 

13 


4.1.11.  Sindikativ  və  birgə  kreditlərin  verilməsi.  Bank  sindikativ  və  birgə 

kreditlərin  verilməsində  iştirakçı  bank  qismində  çıxış  etdikdə  üzərinə  götürdüyü 

riskin adekvat qiymətləndirilməsində təşkilatçı bankın və ya digər iştirakçı bankların 

birgə qiymətləndirməsinə deyil, kredit sifarişinin tam həcmdə özü tərəfindən aparılan 

hərtərəfli təhlilinə əsaslanmalıdır. Qeyd olunan məsələ bankın daxili qaydalarında öz 

əksini tapmalıdır.  

4.1.12.  Banklararası  kreditləşdirmə.  Bankdaxili  qaydalarda  banklararası 

kreditləşdirməni  həyata  keçirmək  üçün  ayrıca  prosedurlar  müəyyən  edilməlidir. 

Həmin prosedurlarda ən azı aşağıdakılar öz əksini tapmalıdır:  

-  borcalan  banklar  üzrə  kredit  limitləri  və  bu  limitlərin  müəyyən  edilməsi 

əsasları;  

-  banklararası  kreditlər  xüsusi  şərtlər,  o  cümlədən  bazar  şərtlərindən  fərqli 

olan dərəcələr əsasında verildikdə, həmin şərtlərin əsaslandırılması; 

-  bankın müvafiq təminatlar təqdim etmək imkanının qiymətləndirilməsi;  

-  banklararası kreditlərin cəmləşməsi; 

-  bank holdinq şirkəti ilə bağlı risk üzrə limitin müəyyən edilməsi; 

-  xarici ölkələr və valyutalarla bağlı risklərin nəzərə alınması.  

4.1.13.  Balansdankənar  öhdəliklər.  Bankdaxili  qaydalarda  bank  tərəfindən 

götürülmüş  digər  öhdəliklərin,  o  cümlədən  bank  tərəfindən  verilmiş  qarantiyaların, 

açılmış akkreditivlərin, yaxud bunlara oxşar alətlərin məqsədləri və onlardan istifadə 

edilməsi  halları  ətraflı  əks  olunmalıdır.  Bu  cür  vasitələrin  verilməsi  şərtləri,  onların 

sənədləşdirilməsi  və  onlar  barədə  hesabat  təqdim  edilməsi  üçün  tələblər  müəyyən 

edilməlidir.  Sənədləşdirmə  kreditin  verilməsi  üçün  istifadə  edilən  məlumat 

formasında aparılmalıdır. Akkreditivlər barəsində isə əlavə sənədləşmənin aparılması 

üzrə tələblər (aparılmış ödənişlər, məhsulun hansı ölkədə istehsal olunduğunu təsdiq 

edən  sənəd,  ödəniş  tələbnaməsi,  qaimələr,  alınan  əşyanın  sığorta  sənədləri  və 

beynəlxalq  praktikada  qəbul  olunmuş  qaydalara  müvafiq  surətdə  tələb  olunan  digər 

sənədlər) nəzərdə tutulmalıdır. 




 

14 


4.1.14.  Kreditlər  üzrə  mümkün  zərərin  ödənilməsi  üçün  xüsusi  ehtiyat

Bankdaxili  qaydalarda  kreditlərdən  dəyə  bilən  zərərlər  üzrə  yaradılmalı  olan  xüsusi 

ehtiyatın  adekvatlığının  qiymətləndirilməsi  üzrə  müvafiq  proseduralar,  o  cümlədən 

qiymətləndirmənin  keçirilməsi  müddətləri  və  bunun  üçün  məsul  şəxslər 

müəyyənləşdirilməlidir.  Bu  qaydalar  Mərkəzi  Bankın  normativ  xarakterli  aktlarına 

uyğun olmalıdır. 

 

4.1.15.  Kredit  portfelinin  keyfiyyətinə  nəzarət.  Bankdaxili  qaydalarda  kredit 



portfelinə  müntəzəm nəzarət edilməsi  tələbi  məcburi  şərt kimi  müəyyən  edilməlidir. 

Nəzarətin keçirilməsi üçün məsul olan şəxslər və müddətlər təyin olunmalıdır.  

Kredit  portfelinin  keyfiyyətinin  qiymətləndirilməsi  üçün  bank  müxtəlif 

qiymətləndirmə  üsullarının  tətbiqi  məqsədilə  kreditləri  müxtəlif  meyarlara  əsasən 

qruplaşdıra  bilər  (istehlak  kreditləri,  fiziki  şəxslərə  verilmiş  kredit  kartları,  və  s.). 

Bank  tərəfindən  təsadüfi,  proporsional,  statistik  seçim  vasitəsilə  qeyd  olunan 

qruplardan  bir  neçə  kredit  seçilir  və  onların  hərtərəfli  qiymətləndirilməsi  həyata 

keçirilir.  Qiymətləndirmə  zamanı  secilmiş  kreditlər  üzrə  əldə  edilmiş  keyfiyyət 

parametrləri həmin qrupa proporsional şəkildə aid edilir.   

Məbləğindən  və  növündən  asılı  olmayaraq  aşağıdakı  kreditlər  fərdi  olaraq 

hərtərəfli qiymətləndirilməlidir:  

-  hüquqi şəxslərə verilmiş bütün kreditlər; 

-  bank səhmdarlarına və banka aidiyyəti olan şəxslərə verilmiş bütün kreditlər;  

-  verildiyi tarixdən sonra faiz dərəcələri, ödəniş və digər şərtləri dəyişdirilmiş 

bütün kreditlər;  

-  faizlərin  və/və  ya  əsas  borc  məbləğinin  ödənilməsi  30  gündən  çox 

gecikdirilmiş  bütün  kreditlər,  o  cümlədən  faizləri  kapitallaşdırılmış  və  ya  müddəti 

uzadılmış kreditlər;  

-  qeyri-standart kreditlər kimi təsnifləşdirilmişdir bütün kreditlər; 

-  qeyri-işlək kreditlər; 

-  bankdaxili qaydalarda müəyyən edilmiş digər kreditlər.  



 

15 


Kredit portfelinin keyfiyyətinin təhlili aşağıdakıları da əhatə etməlidir:  

-  borcalanların sayı, kreditlərin orta müddəti və kreditin orta faiz dərəcəsi;  

-  kredit  portfelinin  bölgüsü,  o  cümlədən  müxtəlif  növlərdəki  kreditlərin 

ümumi  sayının  və  ümumi  məbləğinin  təhlili  (valyutalar,  ödəmə  müddətləri 

(qısamüddətl  və  ya  uzunmüddətli),  fəaliyyət  növləri,  mülkiyyət  növləri  (dövlət, 

xüsusi, bələdiyyə), borcalanların statusu (hüquqi və ya fiziki şəxslər), və s. üzrə).  

Bank  kredit  portfelinə  nəzarət  çərçivəsində  problemli  kreditlərin  erkən 

xəbərdarlıq sistemini qurmalı və aşkar edilmiş problemlərin aradan qaldırılması üçün 

prosedurlar müəyyən etməlidir.  

Bank  kredit  portfelinin  kənar  iqtisadi,  maliyyə  və  bazar  riskləri  ilə  bağlı 

amillərinə,  o  cümlədən  faiz  dərəcəsinin  dəyişməsi,  valyuta  məzənnəsi,  likvidlik 

göstəricilərinə,  iqtisadi  sektorlar  üzrə  dövri/mövsümi  göstəricilərə,  qiymətlərin 

dəyişməsi  proqnozuna  həssaslıq  səviyyəsinin  ölçülməsi  mexanizmini  hazırlamalı  və 

mütəmadi  olaraq  qiymətləndirməlidir.  Qiymətləndirmə  mexanizmi  kimi  stress-

testləşdirmənin  keçirilməsi,  ssenarilərin  təhlili  və  digər  riyazi  üsullar  istifadə  edilə 

bilər.  Bank  bu  üsulların  aktuallığını  və  adekvatlığını  mütəmadi  olaraq 

qiymətləndirməlirdir. 

Kredit  portfelinin  həssaslığının  qiymətləndirilməsinin  nəticələri  barədə 

məlumat müvafiq qərarın qəbul edilməsi üçün İdarə Heyətinə və Müşahidə  Şurasına 

təqdim  olunmalıdır.  Bankdaxili  qayda  və  limitlərə  yenidən  baxılarkən  kredit 

portfelinin həssaslığının qiymətləndirilməsinin nəticələri nəzərə alınmalıdır.  

4.1.16.  Bankın  rəhbərliyinə  hesabatların  təqdim  olunması.  Bankdaxili 

qaydalarda kredit riski və kreditlərin idarə olunmasının müxtəlif tərəfləri, o cümlədən 

borcun tutulması tədbirləri və kredit portfelinin keyfiyyətinin təhlili nəticələri barədə 

müvafiq daxili komitələrə, İdarə Heyətinə və Müşahidə Şurasına verilən hesabatların 

formaları,  növləri  və  onların  təqdim  olunma  müddətləri,  habelə  aşkar  edilmiş 

uyğunsuzluqların  aradan  qaldırılması  üçün  müvafiq  tədbirlərin  görülməsi  üzrə 

prosedurlar  müəyyən  edilməlidir.  Hesabatlar  kifayət  qədər  müfəssəl  olmalı  və  elə 




 

16 


tərtib  edilməlidir  ki,  rəhbərliyin  müxtəlif  səviyyələri,  o  cümlədən  Müşahidə  Şurası 

müvafiq  sahələrdə  və  bankdaxili  struktur  bölmələrdə  risk  amillərini,  habelə  bankın 

ümumi fəaliyyətini qiymətləndirə bilsin.  

Bankdaxili qaydalarda filialların kreditlərlə bağlı hesabatların baş ofisə təqdim 

edilməsi prosedurları müəyyən olunmalıdır. 

4.1.17.  İstehlakçıların  hüquqlarının  qorunması.  Bankdaxili  qaydalarda 

kreditin  alınması  üçün  meyarlar,  habelə  kreditin  verilməsindən  imtinanın  əsasları 

müəyyən  edilməlidir.  Nəticədən  asılı  olmayaraq  kredit  almaq  üçün  təqdim  edilmiş 

bütün  yazılı  sifarişlər  bankdaxili  qeydiyyat  jurnalında  əks  olunmalıdır.   Kredit 

sifarişinin  qəbul  edilmə  və  ya  qiymətləndirilmə  mərhələlərində  bank  potensial 

borcalanla görüş keçirməlidir.  

Kredit  verildikdə borcalanla bank arasında kredit müqaviləsi imzalanır. Kredit 

müqaviləsində ən azı aşağıdakılar asan oxunan və aydın şəkildə göstərilməlidir: 

-  kreditin məqsədi və dəqiq təyinatı; 

-  kreditin  şərtləri  (kreditin  məbləği,  müddəti,  kredit  müddətindən  asılı 

olmayaraq illik faizi, komisyon haqları (əgər nəzərdə tutulursa), bank tərəfindən tələb 

olunan digər ödənişlər); 

-  kreditin qaytarılma qrafiki; 

-  kreditlərin  ödənilməsi  müddətlərinin  üzadılmasına,  habelə  vaxtından  əvvəl 

ödənişlərin  bank  tərəfindən  tələb  edilməsinə,  habelə  borcalan  tərəfindən  kreditin 

vaxtından əvvəl ödənilməsinə dair şərtləri; 

-  kredit müddəti  ərzində əlavə və dəyişikliklərin edilməsi qaydası; 

-  tərəflərin hüquq və vəzifələri; 

-  tərəflərin məsuliyyəti; 

-  mübahisələrin həlli qaydası.  

Kreditin  təminatı  ilə  bağlı  sənədlər  qanunvericiliyin  tələblərinə  uyğun  olaraq 

rəsmiləşdirilməli və müvafiq hallarda dövlət qeydiyyatına alınmalıdır. 



 

17 


Müqavilələr bağlananadək bank yuxarıda göstərilən məsələlərlə bağlı borcalana 

ətraflı izahat verməlidir və bu barədə müqavilədə qeyd etməlidir.  

Kreditin növündən asılı olaraq bank tərəfindən sifarişlərə baxılması və kreditin 

verimləsi  üzrə  qərarların  qəbul  edilməsinin maksimum  müddəti  müəyyənləşdirilməli 

və sifarişçiyə həmin müddət ərzində cavab verilməsi təmin edilməlidir. 

Qeydiyyat  jurnalında  qeyd  olunmuş  sifarişlər  üzrə  kreditin  verilməsindən 

imtina  edildikdə,  bank  sifarişi  təqdim  edən  fiziki  və  ya  hüquqi  şəxsə  imtinanın 

səbəblərini göstərməklə aydın şəkildə yazılı cavab verməlidir.  

Kreditin verilməsi barədə qərar qəbul edərkən bank sifarişin iqtisadi faydasına 

və  onun  bankın  strateji  məqsədlərinə  uyğun  olmasına  əsaslanmalıdır  və    bu  zaman 

borcalanların  irqi,  milliyyəti,  dini,  dili,  cinsi,  mənşəyi,  əqidəsi,  siyasi  və  sosial 

mənsubiyyətinə görə ayrı-seçkiliyinə (diskriminasiyasına) yol verməməlidir. Kreditin 

verilməsindən  imtina edilməsi barədə bankın sifarişçiyə rəsmi cavab məktubunda bu 

qərarın ayrı-seçkilik səbəbindən qəbul edilmədiyi bildirilməlidir.   

İmtina  məktubunda  bank  tərəfindən  sifarişçinin  yazılı  icazəsi  olmadan  onun 

biznes  layihəsinin  üçüncü  tərəfə  açıqlanmayacağı  öhdəliyin  götürülməsi  qeyd 

olunmalıdır. 

Bankda  istehlakçıların  şikayət  reyestri  tərtib  edilməli  və  bu  reyestrdə  bütün 

yazılı  və  elektron  formatda  təqdim  edilmiş  şikayətlərin  qeydiyyatı  aparılmalıdır. 

Reyestrdə şikayətin  verilmə  tarixi,  şikayətçi  və  şikayətin  məzmunu  barədə məlumat, 

bank tərəfindən görülmüş tədbirlər və şikayətin cari vəziyyəti əks etdirilməlidir. 

Bankda  həmin  reyestrin  mövcudluğu,  habelə  şikayət  ərizələrinin  təqdim 

edilməsi  qaydası  barədə  məlumat  ictimaiyyətə  açıqlanmalı  və  bankın  internet 

səhifəsində yerləşdirilməlidir.  

4.1.18.  Məlumatın  istehlakçılara  açıqlanması.  Kreditin  növlərindən  asılı 

olaraq hər bir kreditin alınması üçün tələb olunan sənədlərin siyahısı tərtib edilməli və 

istehlakçılara  açıqlanmalıdır.  Əlavə  olaraq  ipoteka  kreditlərinin  verilməsi  şərtləri 



 

18 


haqqında  məlumat,  xüsusilə  də  sosial  ipoteka  və  dövlət  vəsaitləri  hesabına  verilən 

digər güzəştli kreditlər haqqında məlumatlar ayrıca açıqlanmalıdır.  

İstehlakçılar üçün məlumatların təqdim edilməsi məqsədi ilə bankın  yerləşdiyi 

binada  qaytarılmalı  kreditlərin  məbləğinin  hesablanmasının  (əsas  borcun  və  anuitet 



ödənişlər zamanı kredit üzrə ödəniləcək faizin ümümi məbləği) və borcalanın minimal 

gəlirinə dair tələblərin nümunələri olmalıdır.  

4.1.19.  Problemli  kreditlərin  tənzimlənməsi.  Bankdaxili  qaydalarda  bank 

tərəfindən problemli  kreditlərin tənzimlənməsi öz əksini tapmalıdır.  Öz fəaliyyətinin 

xüsusiyyətlərinə  əsaslanaraq  bank  problemli  kreditlər  anlayışını  və  kreditlərin 

problemli kimi təsnifləşdirilməsi üçün meyarları müəyyən etməlidir.  

 Aşağıdakı 

hallar 


kreditin 

statusunun 

pisləşməsinin 

səbəbləri 

kimi 

qiymətləndirilə bilər: 



-  bank  tərəfindən  tələb  edilən  maliyyə  məlumatlarının  vaxtında  təqdim 

edilməməsi; 

-  kredit üzrə faizlərin və əsas məbləğin vaxtında ödənilməməsi; 

-  borcalanın  vəsait  axınında  təqdim  edilmiş  proqnozla  və  biznes-planla 

uyğunsuzluğun yaranması; 

-  borcalanın maliyyə vəziyyətinin pisləşməsi; 

-  kreditin əsas borc məbləğinin və faizinin ödəmə müddətinin uzadılması üçün 

müraciət; 

-  borcalana qarşı məhkəmə iddialarının qaldırılması; 

-  borcalanın bankla görüşməkdən imtina etməsi; 

-  Mərkəzləşdirilmiş  Kredit  Reyestrindən  borcalanın  ödəniş  qabiliyyətinin 

pisləşməsi haqqında məlumatların alınması; 

-  borcalanın  ödəmə  qabiliyyətinə  mənfi  təsiri  ola  bilən  hər  hansı  digər 

məlumatın əldə edilməsi. 




 

19 


Tənzimləmə  zamanı  hər  bir  kredit  və  borcalan  fərdi  qaydada  nəzərdən 

keçirilməlidir.  Bankdaxili  qaydalarda  ən  azı  aşağıdakı  tənzimləmə  tədbirləri  əks 

olunmalıdır:  

-  borcalan  tərəfindən  əlavə  maliyyə  vəsaitlərinin  cəlb  edilməsinə,  əlavə 

təminatın verilməsinin təmin olunmasına yönəldilmiş tədbirlər;  

-  borcalanın  maliyyə  imkanlarını  və  ödəmə  qabiliyyətini  gücləndirmək 

yollarının  tapılması  istiqamətində  borcalanla  birgə  tədbirlərin  görülməsi  (məsləhətçi 

xidmətlərinin  cəlb  edilməsi,  əməliyyat  xərclərinin  azaldılması  və/və  ya  gəlirlərin 

artırılması,  aktivlərin  satılması  proqramının  hazırlanması,  müəssisənin  yenidən 

təşkili,  borcun  restrukturizasiyası  proqramının  hazırlanması,  kreditin  şərtlərinin 

dəyişdirilməsi və s.);  

-  kredit  üzrə  borcalanın  öhdəliklərinin  başqa  fiziki  və  ya  hüquqi  şəxsə 

ötürülməsi;  

-  borcun qaytarılması üçün qanunvericilikdə müəyyən edilmiş  qaydada kredit 

təminatına tələbin yönəldilməsi.  

Bankda  problemli  kreditlərin,  xüsusilə  qeyri-işlək  kreditlərin  ümumi  məbləği 

və  ya  kredit  portfelinə  nisbəti  müəyyən  edilimiş  həddə  çatdıqda  bank  kreditləşmə 

fəaliyyətini  məhdudlaşdırmalı  və  müvafiq  sağlamlaşdırma  tədbirlərini  həyata 

keçirməlidir. 

4.1.20. Borcun gecikdirilməsi, ödənilməsi və silinməsi Bankdaxili qaydalarda 

Mərkəzi  Bankın  prudensial  tələbləri  nəzərə  alınmaqla  kreditlərin  növlərindən  və 

gecikdirilmə  müddətindən  asılı  olaraq  faizləri  hesablanmayan  statusa  keçirilməsi 

halları  və  səbəbləri  müəyyənləşdirilməli,  habelə  bu  barədə  müvafiq  hesabatların 

əlaqəli  daxili  komitələrin,  İdarə  Heyətinin  və  Müşahidə  Şurasının  müzakirəsinə 

verilməsi  tələbləri  müəyyən  edilməlidir  (problemli  kreditlər  haqqında  hesabatda 

pisləşmənin  səbəbləri,  mümkün  zərərlər  və  kreditlərin  keyfiyyətinin  yüksəldilməsi 

tədbirləri barədə ətraflı məlumat verilməlidir və s.).  



 

20 


Bankdaxili  qaydalarda  borcun  tutulması,  sonrakı  ardıcıl  və  daha  ciddi 

tədbirlərin 

görülməsi  üzrə  tələblər 

və 


prosedurlar  nəzərdə  tutulmalıdır. 

Restrukturizasiya  olunmuş  kreditlər  istisna  olunmaqla  banklarda  vaxtı  keçmiş 

kreditlərin  əsassız  olaraq  yeni  kreditlərlə  əvəz  edilməsi  praktikasına  yol 

verilməməlidir.  Borcalana  əvvəllər  verilmiş  kreditlər  ümidsiz  borclar  kimi  xüsusi 

ehtiyatlar  hesabına  balansdan  silinmişdirsə,  bu  borcalana  yeni  kreditin  verilməsi 

müstəsna  hallarda  və  ciddi  təhlilin  aparılması  əsasında  yalnız  əvvəllər  verilmiş 

kreditlərin tam ödənilməsi şərti ilə nəzərdə tutula bilər.  

Banklarda  Mərkəzi  Bankın  normativ  xarakterli  aktlarına  uyğun  olaraq 

kreditlərin  təsnifləşdirilməsini  və  ümidsiz  borcların  silinməsini  təmin  edən  daxili 

qaydalar müəyyən edilməlidir. 

4.1.21.  Kreditlərin  restrukturizasiyası.  Mərkəzi  Bankın  normativ  xarakterli 

aktlarında  qeyd  edilən  resktrukturizasiya  olunmuş  kreditlərin  təsnifləşdirilməsi  üzrə 

tələblər  nəzərə  alınmaqla  banklar  tərəfindən  borcalanın  maliyyə  vəziyyətinin 

pisləşməsi ilə əlaqədar kreditlərin restrukturizasiyası üzrə qaydaları hazırlanmalıdır. 

4.1.22.  Kredit  dosyesinin  (tarixçəsinin)  məzmunu.  Bankda  bütün  borcalanlar 

üzrə  kredit  dosyesi  (tarixçəsi)  aparılmalıdır.  Müştərilər  üzrə  məlumatların  məxfiliyi 

qorunmalı və qanunvericiliklə  müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü tərəfə 

açıqlanmamalıdır. 

Kredit dosyelərində kreditlərin verilməsi, monitorinqin və nəzarətin aparılması 

üçün tələb olunan minimum sənədlər bu Qaydalara 1 N-li əlavədə açıqlanır.  

 

4.3.  Menecment  İnformasiya  Sistemi.  Bankda  kredit  riski  səviyyəsini  və 



istiqamətlərini,  kreditlərin  verilməsi,  idarə  edilməsi  və  nəzarət  tələblərini,  habelə 

kredit  portfelinin  və  balansdankənar  öhdəliklərin  keyfiyyətini  özündə  əks  etdirən 

adekvat  Menecment  İnformasiya  Sistemi  (MİS)  olmalıdır.  MİS  kredit  portfelinin 

tərkibi  və  strukturu  barədə  məlumatları  təqdim  etməli,  risklərin  cəmləşməsini  və 

limitlərə  riayət  olunmasını  müəyyən  etməlidir.  MİS  bankın  müvafiq  səlahiyyətli 



 

21 


əməkdaşlarını  və  rəhbərliyini  kredit  riski  üzrə  göstəricilərin  müəyyən  edilmiş  kritik 

həddə çatması barədə məlumatlandırmalıdır.  

 

5. Yekün müddəalar 

 

5.1.  3.4-cü  bənd  istisna  olmaqla  bu  Qaydalar  dövlət  qeydiyyatına  alındığı 

gündən 3 (üç) ay sonra qüvvəyə minir. 

5.2.  Qaydaların  3.4-cü bəndi dövlət  qeydiyyatına alındığı  gündən  6 (altı)  ay 

sonra qüvvəyə minir. 

  



 

22 


Azərbaycan Respublikası Mərkəzi Bankının  

“Banklarda kreditlərin verilməsi Qaydaları”na   

 

ƏLAVƏ 1  

 

Kredit dosyesi (tarixçəsi) 

Hər  borcalan  üçün  kredit  dosyedə  (tarixçəsində)  faktiki  mövcud  sənədlərin 

siyahısı  olmalı  və dosyeyə  minimum aşağıdakı  sənəd  və  məlumatlar  (elektron  və  ya 

kağız daşıyıcılar formatında) daxil edilməlidir: 

 

1.  Ümumi sənədlər 

-  Borcalanın  özünün,  yaxud  onun  vəkalətli  şəxsinin  (şəxslərinin)  imzası  ilə 

təsdiq edilmiş tələb edilən kreditin məbləği, valyutası və müddəti göstərilməklə kredit 

sifarişi;  

-  Borcalan fiziki şəxs olduqda onun şəxsiyyətini təsdiq edən sənədin surəti; 

-  Borcalanın  ünvanı  (olduğu  yer),  əlaqə  telefonu,  faks  nömrəsi  və  elektron 

poçt ünvanı (mövcud olduqda); 

-  Borcalan hüquqi şəxs olduqda rəhbərin adı, soyadı, atasının adı; 

-  Borcalanın  fəaliyyət  sahəsi  (fiziki  şəxsin  məşquliyyət  sahəsi  və  ya  sosial 

statusu) barədə məlumat; 

-  Hüquqi şəxsin mövcudluğunu təsdiq edən hüquqi sənədlərin (təsis və dövlət 

qeydiyyatına dair sənədlər) müvafiq qaydada təsdiq olunmuş surətləri; 

-  Borcalan hüquqi şəxs olduqda onun səlahiyyətli idarəetmə orqanının kreditin 

alınması haqqında müvafiq qərarı və kredit sənədlərini imzalamaq hüququ olan şəxsin 

səlahiyyətini təsdiq edən sənəd; 

-  Vergi  ödəyicisinin  eyniləşdirmə  nömrəsini  (VÖEN)  göstərməklə  vergi 

orqanı  tərəfindən  verilmiş  qeydiyyat  şəhadətnaməsinin  surəti  (qanunvericilik  aktları 

ilə müəyyən olunmuş hallarda); 

-  Kreditin ödənilməsi mənbəyi (əsas və ehtiyat mənbələr göstərilməklə); 




 

23 


-  Kreditin təminatlı və ya təminatsız olması barədə məlumat; 

-  Kreditin təminatı; 

-  Bank  tərəfindən  hazırlanmış  borcalanın  krediti  ödəmə  qabiliyyətinin 

qiymətləndirilməsinə dair hesabat; 

-  Biznes-plan (kreditin növündən asılı olaraq tələb olduqda); 

-  Daxili  prosedurlarla  nəzərdə  tutulmuş  qaydada  kreditin  verilməsinə  dair 

bankın müvafiq bölmələrinin və ya səlahiyyətli şəxslərinin rəyi;  

-  Bankın  səlahiyyətli  bölmələrinin  kreditlərin  verilməsinə  dair  iclas 

protokolunun surəti və ya müvafiq səlahiyyətli şəxslərin imzası ilə kreditin verilməsi 

haqqında çıxarılmış qərar;  

-  Kredit müqaviləsi; 

-  Borcalan  fiziki  şəxs  olduqda  əmək  haqqı,  tutduğu  vəzifə  və  iş  müddəti 

göstərilməklə onun iş yerindən arayış və/və ya fiziki şəxsin digər mənbələrdən aldığı 

gəlir  (təqaüd,  miras,  maddi  yardım,  dividend,  kompensasiya  və  s.)  barədə  rəsmi 

qaydada təsdiq edilmiş arayış;  

-  Bu  Qaydalarda  nəzərdə  tutulmuş  hallarda  borcalanın  öhdəlikləri  barədə 

Mərkəzləşdirilmiş Kredit Reyestrindən (MKR) əldə edilmiş arayış; 

-  Borcalan hüquqi şəxs olduqda onun başa çatmış maliyyə ili üzrə auditor rəyi 

ilə  təsdiq  edilmiş  son  illik  və  son  hesabat  dövrünün  maliyyə  hesabatları.  Borcalan 

banka  aidiyyəti  hüquqi olan  şəxs  olduqda  onun auditor rəyi  ilə təsdiq edilmiş ən azı 

son iki illik maliyyə hesabatları; 

-  Borcalan  hüquqi  şəxs  olduqda,  kreditin  müddəti  ərzində  rüblük  maliyyə 

hesabatları; 

-  Borcalan  hüquqi  şəxs  olduqda  onun  korporativ  idarəetmə  strukturuna  dair 

bankın rəyi; 

-  Bir borcalanla  və  ya  bir-biri  ilə əlaqədar borcalanlarla  bağlı  cəmləşmə riski 

barədə məlumat (belə hal baş verdikdə); 



 

24 


-  Borcalan  hüquqi  şəxs  olduqda  bank  tərəfindən  müəyyən  edilmiş  borcalanın 

reytinqi; 

-  Kreditin  təyinatı  üzrə  istifadəsini  təsdiq  edən  sənədlər  (borcalanın  satıcı  və 

podratçılarla müqavilələrinin surəti, xərcləri təsdiq edən sənədlər və s.); 

-  Kredit müddəti ərzində kreditin təyinatı üzrə istifadə olunması və borcalanın 

maliyyə vəziyyətinin yoxlanması və monitorinqinin nəticələrinə dair bankın müvafiq 

bölməsi tərəfindən tərtib olunmuş hesabat;  

-  Kredit  ödəmə  qrafiki  və  faktiki  ödənişlər  (tarixlər  və  məbləğlər 

göstərilməklə) barədə məlumat; 

-  Kreditin restrukturizasiyasını təsdiq edən əlavə müqavilə və sənədlər. 

 

2.  Təminat barədə sənədlər: 

-  Təminata  dair  mövcud  qanunvericiliyə  uyğun  bağlanmış  (təsdiq  edilmiş) 

müqavilə; 

Girov predmeti üzrə mülkiyyət hüququnu təsdiq edən sənədlərin sürəti; 



-  Girov  predmeti  birgə  və  ya  üçüncu  tərəfin  mülkiyyətində  olduqda  onun 

rəsmiləşdirilməsi  ilə  əlaqədar  bütün  mülkiyyətçilərin  razılığını  təsdiq  edən  sənədlər 

(razılığın əldə edilməsi qanunvericilikdə nəzərdə tutulduğu hallarda);  

-  Bank  təqdim  olunan  girov  predmetinin  alınmasını  maliyyələşdirdikdə 

(daşınmaz əmlak, avtomobil və s.) həmin aktivin alış qiymətini təsdiq edən sənədlər; 

-  Mövcud qanunvericiliyə uyğun olaraq  girov predmetinin qiymətləndirilməsi 

tarixi,  metodu,  qiymətləndirici  göstərilməklə  qiymətləndirmənin  nəticələri  barədə 

hesabat; 

-  Girov  predmetinin  fiziki  və  texniki  vəziyyətinin  yoxlanılması  haqqında 

hesabat: yoxlanılan girovun növü, yoxlamanın aparılma yeri və onu aparan şəxsin adı, 

habelə  qiymətləndirmənin  nəticələri  (onun  saxlanma  vəziyyəti  və  s.  göstəriciləri 

göstərilməklə) barədə məlumat; 




 

25 


-  Bank  tərəfindən  girov  predmetinin  bankın  xeyrinə  sığortalanması  tələb 

edildikdə sığorta ilə bağlı sənədlər (sığorta müqaviləsi və şahadətnaməsi);  

-  Təminatın 

bu 


Qaydalara 

uyğun 


həyata 

keçirilmiş 

yenidənqiymətləndirilməsinin nəticələri haqqında məlumat; 

-  Təminat  qarantiya  və  ya  digər  zəmanət  növündə  olduqda  təminatçının 

(qarantın)  maliyyə  vəziyyəti  barədə  məlumat  və  onun  bank  tərəfindən 

qiymətləndirilməsinin nəticələri;  

-  Əlavə təminatın sənədləşdirilməsi (zərurət yarandıqda);  

-  Təminatın əvəz edilməsinin sənədləşdirilməsi (zərurət yarandıqda);  

-  Təminatçı hüquqi şəxs olduqda: 

-  mövcudluğunu  təsdiq  edən  hüquqi  sənədlərin  (təsis  və  dövlət  qeydiyyatına 

dair sənədlər) surətləri; 

-  təminatçının  səlahiyyətli  idarəetmə  orqanının  qərarı  (bu  səlahiyyətlər 

kollegial idarəetmə orqanına məxsus olduqda); 

-  təminat müqaviləsini imzalayan şəxsin səlahiyyətlərini təsdiq edən sənədlər; 

-  Zamin fiziki şəxs olduqda: 

-  onun gəlir mənbəyini (mənbələri) təsdiq edən məlumatlar; 

-  onun  ödəniş  qabiliyyətinə  dair  digər  məlumatlar,  o  cümlədən  MKR-dən 

alınmış arayış;  

-  Pul girovu ilə təmin olunmuş kreditlər üçün hesabın bloklaşdırılmasını təsdiq 

edən sənədlər. 



 

3.   Digər sənədlər: 

-  Borcun  tutulmasına  dair  sənədlər  (borcalanlara  və  onlarla  əlaqədar  şəxslərə 

ünvanlanmış məktublar, borcun tutulması tədbirlərinin nəticələri və s.); 

-  Tikinti  sahəsinə  verilən  kreditlər  üçün  tikinti  layihələrinə  dair  sənədlər,  o 

cümlədən layihələrin həyata keçirilməsi haqqında hesabatlar, smetalar, faktiki xərclər, 



 

26 


layihələrin  və  onun  mərhələlərinin  başa  çatdırılmasına  dair  sənədlər  və  tikintidə 

aparılmış yoxlamalar haqqında hesabatlar; 

-  Digər  hüquqi  sənədlər  (məsələn,  borcalana  qarşı  həllini  gözləyən  hər  hansı 

bir  rəsmi  iddia,  yaxud  borcalan  tərəfindən  banka  qarşı  qaldırılmış  rəsmi 

şikayət/iddia); 

-  Borcalanla yazışmalar; 

-  Borcalanlarla danışıqlar haqqında məlumat (hər bir hal üzrə əlaqənin növü – 

məsələn, bank tərəfindən əhəmiyyətli hesab edilən telefon danışıqları, görüşləri və s., 

danışığın  kiminlə  aparılması,  qısa  məzmunu,  tarixi,  nəticəsi  və  s.  barədə  məlumat 

əlavə olunmaqla); 

-  Bankın daxili qaydaları ilə nəzərdə tutulmuş digər sənədlər. 

 

 



 

Yüklə 331,34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə