Dövlət qulluğunda gender bərabərliyi



Yüklə 0,59 Mb.
səhifə6/7
tarix26.08.2018
ölçüsü0,59 Mb.
#64788
1   2   3   4   5   6   7

Hesabatlar

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən qurumun fəaliyyətini işıqlandıran illik hesabatlar tərtib edilir. Hesabatlar Komissiyanın İnternet səhifəsinda yerləşdirilir və ictimaiyyət üçün açıqdır. Hesabatlar adətən dörd hissədən ibarətdir. Birinci hissə dövlət qulluğunda insan resurslarının idarə edilməsi sahəsində qurumun fəaliyyəti haqqında məlumat verilir. İkinci hissə dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinin təmin olunması sahəsində görülmüş işləri işıqlandırır. Üçüncü hissə beynəlxalq əlaqələrin qurulması və inkişafı haqqında məlumat verir. Dördüncü hissə informasiya texnologiyaları sahəsində aparılan tədbirlərdən danışır.

Hesabatlarda Komissiyanın gender yönümlü həssas yanaşma sahəsində gördüyü işlər haqqında məlumat verilmir. Komissiyanın cins bölgüsü üzrə statistik məlumatların toplaması, bu məlumatların təhlilini həyata keçirməsi və təhlil nəticələrinin mütəmadi şəkildə öz İnternet səhifəsində ictimaiyyətə təqdim etməsi nümunəvi təcrübənin mühüm misalıdır və hesabatlarda əks olunmalıdır.

Tövsiyyələr

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın dövlət qulluğuna qəbul prosesini tənzimləyən qayda və prosedurların gender təhlili göstərdi ki qəbul prosesində heç bir gender əsaslı ayrı-seçkilik əlamətləri yoxdur. Bu müsbət bir hal olsa da dövlət qulluğunda əsl bərabər iştirakın və bərabər imkanların təmin edilməsi üçün kifayət deyil. Lakin, bu sahədə radikal xüsusi tədbirlərin qəbul edilməsi məqsədəuyğun deyil. Hazırkı araşdırmanın çərçivəsində keçirilmiş müsahibələrin təhlili göstərir ki seçməyə daxil olan kişi və qadın respondentləri kvotalar və hər hansı bir cinsin nümayəndələri üçün eksklyuziv üstünlük təımin edən tədbirlərə müsbət baxmır. Kvotalara mənfi münasibət BMT tərəfindən aparılmış ölkə miqyaslı tədqiqatlarda da təsdiq olunmuşdur. Bu səbəbdən hal hazırda qəbul prosesində hər hansı bir radikal xüsusi tədbirin tətbiq edilməsi qadın namizədlərin gələcək kollektivdə izolyasiyasına və onlarin arasında özünə quvənmənin zəifləməsinə gətirib çıxara bilər.



Bunu nəzərə alaraq qadınların dövlət qulluğuna daxil olmasına dəstəklənməsi yumuşaq xüsusi tədbirlərin vasitəsi ilə həyata keçirilməlidir. Azərbaycan dövlətinin gender siyasətinin məqsədlərinə və xüsusi ilə “2008‐2015‐ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramının” (YADİDP) gender bərabərliyinin dəstəklənməsi sahəsində təyin etdiyi hədəflərə uyğun olaraq qadınların idarəetmə prosesində daha fəal iştirakını təmin etmək məqsədi ilə:

  • Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Dövlət qulluğunda gender bərabərliyin gücləndirilməsinə dair xüsusi tədbirlər planı hazirlanıb qəbul olunmalıdır.

  • Plana əsasən hədəf qrupu qadınlar və qızlar olan maarifləndirmə və məlumtlandırma kampaniyalarının illik strateqiyaları hazırlanmalıdır.

  • Strateqiyaya əsasən dövlət qulluğuna qadın və qızların cəlb olunması məqsədi ilə məlumatlandırma və maarifləndirmə kampaniyaları təşkil olunmalıdır (kampaniyaların hədəf qrupları xüsusi ilə 20-29 yaş qrupuna aid olan qadın və qızları nəzərdə tutmalıdır). Kampaniyalar media vasitələri ilə bərabər ilk növbədə ali təhsil ocaqlarını əhatə etməlidir.

  • “Dövlət qulluğunda qadınlar” mövzusunda video çarxlar hazırlanmalı və hər müsabiqə ərəfəsində İctimai TV tərəfindən efirə verilməlidir.

  • Plana əsasən hər müsabiqə ərəfəsində Komissiyanın İnternet səhifəsində qadınlar və qızlar üçün xüsusi məlumat blokları hazırlanmalıdır və sosial şəbəkələrdə Komissiyanın səhifəsi vasitəsi ilə yayilmalıdır.

  • Dəvlət qulluğuna maraq göstərən qadınlar və qəzlar üçün qısa təlimatlar keçirilməlidir.

  • Qəbul prosesində müsahibə komissiyalarının tərkibində imkan daxilində gender tarazlığı saxlanılmalıdır və bu qayda müvafiq normativ sənədlərə daxil edilməlidir.

Media vasitələrində dövlət qulluğu sistemi kişi və qadınların bərabər şəraitdə fəaliyyət göstərdiyi bir sahə olaraq təqdim olunmalıdır və bu məqsədlə

  • dövlət qulluğunda çalışan qadın əməkdaşların uğurlu fəaliyyəti haqqında media və İnternet vasitəsi ilə ictimaiyyətə məlumat təqdim olunmalıdır.

  • dövlət qulluğu sisteminə daxil olan qurumların buklet və broşürlarında yerləşdirilən vizual imiclər genderə həssas şəkildə tərtib olunmalı və dövlət qulluğu sistemində gender bərabərliyi ideyasını təbliğ etməlidir.

  • Komissiyanın fəaliyyəti haqqında məlumat verən buklet, broşürlər və digər materialların genderə həssas şəkildə hazırlanmalıdır.

Ehtiyat kadrlarının formalaşmasında:

  • ehtiyat kadrları siyahısından ilk növbətə münasib qadın namizədlərin vakant vəzifəyə təqdim olunması praktikası müvəqqəti xüsusi tədbir olaraq tətbiq olunmalıdır

  • ehtiyat kadların formalaşmasına dair qaydalara müvafiq dəyişiklik edilməlidir.

İllik hesabatların hazırlanmasında:

  • Komissiyanın gender yönümlü həssas yanaşma sahəsində gördüyü işlər haqqında məlumat verilməlidir.

VII hissə

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları arasında keçirilmiş gender sorğusunun nəticələri.

Bərabər hüquqlar və bərabər iştirak üçün əlverişli şərait yaradan qaydalar və prosedurlarla yanaşı dövlət qulluğuna qəbul prosesinin təşkili ilə məşğul olan və dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasına cavabdeh olan strukturlarda kadrlar tərəfindən gender bərabərliyinə münasibət də əsl gender bərabərliyinin bərqərar olunmasında mühüm faktorlardan biridir.

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları arasında gender bərabərliyi və qadınların idarəetmə prosesində daha fəal iştirakı haqqında fikirlərini öyrınmək məqsədi ilə “Dövlət qulluğunun hər sahəsində genderə həssas yanaşmanın tətbiq edilməsi” layihəsinin çərçivəsində sorğu keçirilmişdir. Sorğuda 28 respondent iştirak etmişdir, onların 26 Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mərkəzi aparatının əməkdaşı, 2 isə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın idarəsində təhlükəsizliyi təmin edən və qəbul prosesində təhlükəsizlik tədbirlərinə cavabdeh olan Daxili İşlər Nazirliyinin əməkdaşı idi.

Beş blokdan ibarət olan sorğu anketi hazırlanmışdır. Sorğu anketinin birinci blokuna aid olan suallar respondentlərin şəxsi təcrübələrinə görə professional həyatda gender faktorunun rolunu araşdırır. Bu blokda həmçinin sorğu iştirakçılarının gender sahəsində Azərbaycan dövlət siyasəti haqqında bilikləri yoxlanılır. İkinci bloka daxil olan suallar respondentlərin Azərbaycanda dövlət qulluğunda kişi və qadınların hüquqları və imkanlarına dait fikirləri araşdırır. Bu blokda həmçinin respondentlərə “həyat-iş balansına” dair suallar təqdim olunur. Üçüncü blokda, dövlət qulluğunda kişilərin və qadınların təmsil olunması haqqında sorğu iştirakçılarının fikirləri araşdırılır və dövlət qulluğunda gender bərabərliyi faktorunun əhəmiyyəti haqqında respondentlərin rəyləri öyrənilir. Dördüncü blokda, gender bərabərsizliyinə aid ümumi fikirlərə dair respondentlərin münasibətləri araşdırılır. Beşinci blokda sorğu iştirakçılarına iş yerində seksual qısnama ilə bağlı suallar verilir.

Sorğu nəticələrinin təhlilinə keçməmiş, bir mühüm məqamı qeyd etmək lazımdır. Sorğunun nəticələri dövlət qulluğuna qəbul prosesinin təşkili ilə məşğul olan və dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasına cavabdeh olan dövlət qulluqşularının gender bərabərliyinə və dövlət qulluğunda gender faktoruna münasibətlərini göstərir. Bu məlumat dövlət qulluğunda gender siyasətinin formalaşdırılması üçün xüsusi əhəmiyyət kəsb edir və gələcək təlim və tədbirlərin nəzərə alacaqları mühüm ehtiyacları işıqlandırır. Lakin, Komissiyanın mərkəzi aparatının kollektivi heç də bütövlükdə Azərbaycan dövlət qulluğu üçün reprezentativ seçmə sayıla bilməz. Komisiyanın mərkəzi aparatının kollektivi əsasın cavan əməkdaşlardan ibarətdir. Respondentlərin hamısı şəhərdə yaşayır. Kollektivdə gender balansı dövlət qulluğunda mövcud olan ümumi gender balansından daha tarazlıdır. Komissiyanın mərkəzi aparatında çalışan qadınların əksəriyyəti subaydır, kişilərin əksəriyyəti isə evlidir. Bu faktorlar Komissiya kollektivində bir sıra mühüm qrupların təımsil olunmamasını və ya az miqdarda təmsil olunmasını göstərirş Bu təbii bir haldır, qeyd etdiyimiz kimi kollektiv cavandır və sorğunun seçməsi yalnız mərkəzi aparatı əhatə edir. Azərbaycanda dövlət qulluğunda çalışan kadrların gender bərabərliyinə münasibətlərini və dövlət qulluğu sistemində bərabər hüquqlar, bərabər imkanlar və bərabər iştirak mövzusunda dolğun məlumatları yalnız dövlət qulluğunun bir sıra sahələrini və həm regional həm mərkəzi strukturlarını əhatə edən sorğu nəticələri nümayiş etdirə bilər.

Sorğu nəticələrinin təhlili.

Respondentlərin gender bərabərliyinə münasibətləri və iş mühitində gender rollarına dair təsəvvürləri onların şəxsi təcrübələrinə dair cavablarında öz əksini tapır. Respondentin çəxsi təcrübəsi kimi təqdim etdiyi narrativ, onun ümumi qaydalar, ümumi vəziyyət və başqaların davranış tərzinə aid olan fikirlərindən ciddi şəkildə fərqlənə bilər. Təbii ki, bu hissəyə aid olan cavabların təhlili respondentlərin bəzən müəyyən sosial istəklərə və ya gözləmələrə uyğun olaraq cavab verdiklərini də nəzərə almalıdır.

İş mühitində hakimiyyət ierarxiyası və gender faktorunun əlaqəsinə respondentlərin münasibətini yoxlamaq məqsədi ilə sorğu iştirakçılarına “Rehberin cinsi mensubiyyeti Sizin uchun problem yarada biler mi?” sualı verilmişdir. Qeyd etmək lazımdır ki iştirakçıların 92.6% kişi rəhbərliyi, 7.4% qadın rəhbərliyi altında çalışır. Ümumi nəticələrə görə, respondentlərin əksəriyyəti (70.4%) üçün rəhbərin cinsi mənsubiyyəti heç bir problem yaratmır. Sorğu iştirakçılarının ¼ hissəsi üçün isə bu bir problem ola bilər.

Lakin, nəticələrin gender bölgüsü göstərir ki kişilər və qadınlar arasında bu suala münasibət kifayət qədər fərqlidir. Qadınlar arasında 85.7% rəhbərin cinsində heç bir problem görmürsə, kişilərin yalnız 68.4% eyni fikirdədir. Müsahibələr zamanı kişilər respondentlər qadın rəhbərlə işləməkdə diskomfort hiss edəcəyini, bunun “qeyri təbii” olduğunu, qadın rəhbərlərlə çətin dil tapdıqlarını qeyd edirdi. Şəkil 1. ümumi cavablar və qadın və kişi respondentlərin cavabları arasında fərqləri aydın göstərir.

Şəkil 1. Rehberin cinsi mensubiyyeti Sizin uchun problem yarada biler mi?

Sorğu nəticələri əməkdaşların əksəriyyətinin kişi və qadın rəhbərləri eyni şəkildə qəbul etməsini göstərir, lakin eyni zamanda məulum olur ki, kişi respondentlərinin bir hissəsində mənfi gender streotipləri mövcuddur. Bu cəmiyyətdə müəyyən qruplar arasında daha güclü gender stereotiplərinin mövcudluğundan və dövlət qulluğunda rəhbər qadınların çox az olduğundan irəli gələ bilər. Hər halda bu tipli münasibətlər dövlət qulluğu sistemində qadın rəhbərləri və rəhbər olmağa cəhd göstərən qadın əməkdaşları üçün əlavə əngəllər yarada bilər.

Növbəti sual respondentlərdən bir sıra fikirlərə şəxsi təcrübələrinə əsasən münasibət bildirməyi xahiş etmişdir. Fikirlərin hər birisi respondentləri dövlət qulluğunda öz karyera imkanlarına gender prizmasından baxmağı dəvət edirdi. Sorğunun nəticələri Şəkil 2, 3 və 4 göstərilir.

Şəkil 2. Azərbaycanın hazırki sheraitində kişi/qadın olduğuma gürə men karyeramda daha yüksək səviyyələrə çata bilərəm.

Şəkil 3. Azərbaycanın hazırki şəraitində mən kişi\qadın olduğuma görə işimdə müəyyən problemlərlə rastlaşıram.

Şəkil 4. Azərbaycanın hazırki şəraitində mən kişi\qadın olduğuma görə işimi daha yüksık səviyyədə görə bilirəm.

Şəkil 5. Gördüyüm iş üçün kişi\qadın olmağımın heç bir əhəmiyyəti yoxdur.

Cavablar kişi və qadın respondentlərin qaldırılan mövzulara münasibətlərində çox fərqli mövqelərdə dəyandıqlarını nümayiş etdirir. Respondentlərin şəxsi təcrübəsinə aid suallar göstərir ki, dövlət qulluğunda çalışan kişi və qadınlar bu professional mühitdə öz mövqelərini və imkanlarını heç də eyni şəkildə qiymətləndirmir. Bu xüsusi ilə karyera yüksəlişinə aid olan suala cavablara aiddir. Ümumi nəticələr respondentlər arasında karyera yüksəlişini gender faktoru ilə bağlayan və bunların arasında əlaqə görməyənlərin təqribən eyni sayda olduğunu göstərir. Lakin cavabların gender bölgüsü göstərir ki, qadınların mütləq əksəriyyəti (71.4%) qadın olduqlarına görə karyeralarında daha yüksək səviyyələrə çatacaqlarını düşünmür, 14.3% isə gender faktorunun onlara dəstək olduğunu düşünür. Eyni zamanda kişi respondentlərin 60% kişi olduqlarına görə daha yüksək karyera zirvələrinə qalxacağını fikirləşir (kişilərin 35% bu fikirlə razı deyil).

Respondentlərin 26% kişi və ya qadın olduqlarına görə işlərində müəyyən problemlərlə rastlaşdığını qeyd edir, 74% bu tipli problemlərlə rastlaşmayıb. Bu ümumi nəticələrdir, lakin cavabıarın gender bölgüsü kifayət qədər fərqli mənzərəni təqdim edir. Kişilər arasında yalnız 15% kişi olduğuna görə nə vaxtsa işdə problemlərlə rastlaşdığını qeyd edursə, qadınların 57% qadın olduğuna görə problemlərlə üzləşməli olub. Qeyd etmək lazımdır ki, respondentlərin hamısı bu problemlərin Komissiya kollektivində deyil ondan kənarda yarandığını vurğulayıb.

İş keyfiyyətinin gender faktoru ilə əlaqəsinə dair respondentlərin fikirləri yenə də kişilər və qadınların arasında olan fərqləri nümayiş etdirir. Qadınların 71.4% qadın olduqlarına görə işlərini daha yüksək səviyyədə görə bildiyini düşünmür. Kişi respondentlərin 40% da bu fikirdədir. Lakin kişi respondentlərin 50% məhz kişi olduqlarına görə öz işlərini daha yüksək səviyyədə görə bildiklərini fikirləşir (qadınların 28.6% bu fikirdədir). Müsahibələrdə kişi respondentlər qeyd etmişdir ki, dövlət qulluğunun “kişi mühiti” olduğu üçün orada kişilər işgüzar əlaqələr qurmaq daha rahtdır.Bəzi respondentlər qadınlarda mühüm işgüzar keyfiyyətlərin olmadığına dair fikir söyləmişdir.

“Gördüyüm iş üçün kişi\qadın olmağımın heç bir əhəmiyyəti yoxdur” fikrinə gəldikdə burada da kişi və qadın respondentlər bir birindən uzaq mövqelərdə dəyanır. Qadınların 71.4% hesab edir ki, gördükləri işdə gender faktorunun əhəmiyyəti yoxdur, kişilərin 70% isə gördüyü işdə gender faktorunun əhəmiyyətli rol olduğunu düşünür.

Sorğu nəticələri ümumi rəqəmlərin arxasında gizlənən iki fərqli mənzərəni təqdim edir. Döpvlət qulluğu sistemində kişilər kişi olduqlarına görə daha rahatlıqla inkişaf etdiklərini qadınlar isə qadın olduqlarına görə daha çox çətinliklərlə rastlaşdıqlarını düşünür. Sorğu nəticələri kişi və qadın respondentlərinin şəxsi təcrübələrinə əsaslanan mülahizələrində ciddi fərqlərin olduğunu göstərdi. Kişi respondentlər gender mənsubiyyətlərini bir çox hallarda üstünlük olaraq qiymətləndirir. Eyni zamanda qadın respondetləri gender mənsubiyyətlərini ya neytral ya da mənfi amil olaraq qeyd edir. Bu təsəvvürlərin formalaşmasında həm respondentlərin fəasliyyət göstərdiyi sistemə aid olan, həm də respondentlərin formalaşdığı mühitdən irəli gələn bir sıra faktorlar mühüm rolu var. Bir tərəfdən sistemdə mövcud olan gender tarazsızlığı, o biri tərəfdən isə respondentlərin iş fəaliyyətlərində rastlaşdığı gender əsaslı fərqli davranış qaydaları və həyat boyu mənimsələdikləri gender stereotipləri dövlət qulluğu sistemində çalışan kişi və qadın respondentlərin fərqli mövqelərinə təsir edir. Məsələn, müsahibələr zamanı bir neçə sorğu iştirakçısı dəvlət qulluğunda “kişi keyfiyyətlərinə” daha çox ehtiyac olduğunu “qadın keyfiyyətlərinin” yardımçı vəzifələrdə lazım olduğunu vurğulamışdır. Bu isə iş prosesində müəyyən keyfiyyətlərin sırf konkret cinsə mənsub olan insanlara xas olması steretipinin qadın və kişilərin imkanlarına təsir etməsinə işarədir. Sorğu cavabları və müsahibə zamanı səslənmiş bəzi fikirlər dövlət qulluğunda işləyən qadınların həmçinin özlərini yad mühitdə hiss etdiklərini göstərir. Kişi əməkdaşlarının sistemin içərisində qurduğu qeyri-formal işgüzar əlaqələr sistemi qadınlar üçün bağlı olaraq qalır.

Sorğu nəticələri göstərdi ki, iştirakçıların 92.6% Azərbaycan dövlətinin gender siyasəti və bu sahədə üzərinə götürdüyü beynəlxalq öhdəliklər haqqında məlumatlı deyil. Kişi və qadınlar bu suala cavablarında təxminən eyni nəticələr nümayiş etdirdi. Dövlət qulluqçuları arasında dövlətin gender siyasəti haqqında məlumatların yayilması və bu sahədə dövlət qulluqçularının bilik səviyyəsinin artırılması dövlət qulluğu sistemində dövlətin gender siyasətinin ardıcıl şəkildə həyata keçirilməsinin əsas şərtidir. Əməkdaşlar gender bərabərliyinin məhz Azərbaycan dövlətinin siyasəti olduğunu aydın dərk etməlidir.

İkinci blokda respondentlərə dövlət qulluğu sistemində qadınların və kişilərin hüquqları və imkanları haqqında suallar verilmişdir. Suallar verilərkən respondentlərə hüquqlar və imkanlar arasında fərq göstərilmişdir. masına əsaslanırdı. Birinci sualda “Azərbaycanda dövlət qulluğu sistemində kişilər və qadınlar qanun səviyyəsində eyni hüquqlara malikdir?” soruşulurdu. Göründüyü kimi (Şəkil 6) bu suala respondentlərin tam əksəriyyəti müsbət cavab verdi (96.3%). Kişi və qadınların bu suala verdiyi cavabları ciddi şəkildə fərqlənmirdi.

Şəkil 6. Azərbaycanda dövlət qulluğu sistemində kişilər və qadınlar qanun səviyyəsində eyni hüquqlara malikdir?

Kişi və qadınların bu hüquqlardan istifadə etmək üçün imkanlarına aid olan suala isə respondentlərin 48% eyni imkanların olduğunu cavab verdi. 33.3% kişilərdə, 14.8% isə qadınlarda imkanların daha geniş olduğunu düşünür. Eyni suali iştirakçıların çalışdıqları idarə (Dövlət Qulluğu Məsələləri üzrə Komissiya) haqqında verəndə 85.2% eyni imkanların mövcud olduğunu, 7.4% kişilərdə, 7.4% qadınlarda daha geniş imkanların olduğunu qeyd etdi. Ailəyə gəldikdə isə burada respondentlərə görə kişilər daha geniş imkanlara malikdir, bunu 81.5% düşünür. Sorğu işturakçılarının 18.5% hesab edir ki, ailədə kişi və qadınların imkanlara eynidir. Respondentlərin heç birisi qadınların ailədə kişilərlə müqayisədə daha böyük imkanlara malik olduğunu qeyd etmədi. Göründüyü kimi Azərbaycanda ailənin gender cəhətdən bərabərsiz təsisat olduğunu respondentlərin ən yüksək faizi qeyd edir. Dövlət qulluğunda kişilərin üstün imkanlara malik olduğunu hesab edən respondentlərin sayı ikinci yerdə və nəhayət Komissiya daxilində bərabərsiz imkanları qeyd edən respondentlərin sayı hər üç variantdan ən kiçik reqəmdir (Şəkil 7).

Şəkil 7. Kişilər və qadınlar hüquqlarından istifadə etmək üçün eyni imkanlara malikdir?

Dövlət qulluğunda qadın və kişilərin imkanları haqqında suala verilən cavabların gender təhlili yenə də kişi və qadın respondentlərin mövqelərində ciddi fərləri nümayiş etdirir. Kişi respondentlərin 60% dövlət qulluğunda kişilər və qadınlar üçün imkanların eyni olduğunu düşünür, 15% kişilərdə imkanların daha geniş olduğunu, 20% isə qadınlarda imkanların daha geniş olduğunu hesab edir.

Qadın respondentlərin yalnız 14.3% dövlət qulluğunda kişilər və qadınlar üçün imkanların eyni olduğunu hesab edir, 71.4% kişilərdə imkanların daha geniş olduğunu, 14.3% isə qadınlarda imkanların daha geniş olduğunu düşünür.

Göründüyü kimi qadın respondentlər dövlət qulluğunda qadınların məhdud imkanlara malik olduğunu hesab edir. Bu nəticənin həm şəxsi təcrübəyə aid suallrda həm də ümumi vəziyyətin qiymətləndirilməsində təkrar olunduğu onun stabilliyinə və respondentlərin real hissləri və düşüncələrini əks etdirdiyinə dəlalət edir. Eyni zamanda, kişi respondentlərin əksəriyyətinin imkanların eyni olduğu haqqında fikri onların şəxsi təcrübəyə aid hissəsədə kişi olduqlarına görə daha uğurlu karyera sahibi ola biləcəklərinə dair ifadə etdiyi fikirlərlə üst-üstə düşmür. Ola bilər ki, burada sosial gözləmələr faktoru kişi respondentlərin cavablarına müəyyən dərəcədə təsir göstərib.

Gender sahəsində Azərbaycan dövlət siyasətinin mühüm istiqamətlərindən biri idarəetmə prosesində qadınların daha fəal iştirak etməsi və digər sahələrdə olduğu kimi dövlət idarəetməsində də gender bərabərliyinin bərqərar olmasıdır. Bu məqsədə nail olmaq üçün yalnız müvafiq mexanizmlərin qurulması kifayət deyil, konkret sahələrdə dövlət siyasətlərinin formalaşmasında və həyata keçirilməsində iştirak edən dövlət qulluqçuları tərəfindən gender bərabərliyinin bir məqsəd olaraq qəbul etməsi zəruri rol oynayır.

Respondentlərin dövlət qulluğunda gender bərabərliyinin bərqərar olmasına münasibətini öyrənmək üçün üçüncü blokda onlara dörd sual təqdim edilmişdir. Birincisi, respondentlərə “Azərbaycanda dövlət qulluğu sistemində gender bərabərliyinin bərqərar olunmasına hazırda ehtiyac var mı?” sualı verilmişdir. Nəticələr gəstərir ki, sorğu iştirakçıları bu mövzuda iki əks mövqedə dəyanan və sayca təxminən eyni olan qrupa bölünür: 55.6% suala “hə”, 44.4% isə “yox” cavabını vermişdir. Nəticələrin gender bölgüsü birinci qrupun əsasən qadınlar, ikinci qrupun isə əsasən kişilərdən ibarət olduğunu nümayiş etdirir. Qadın respondentlərin böyük əksəriyyəti (85.7%) dövlət qulluğu sistemində gender bərabərliyinin bərqərar olunmasına ehtiyac duyur. Kişi respondentlərin arasında bu mövqedə dəyananlar 45% təşkil edir. Göründüyü kimi, kişi respondentlərin arasında ciddi fikir ayrılığı müşahidə olunurdu. Sorğuda iştirak edən kişilərin yarısından çoxu (55%) isə dövlət qulluğu sistemində gender bərabərliyinin bərqərar olunmasına hazırda ehtiyac olmadığını hesab edir (Şəkil 8). Müsahibələrdə bu fikri izah edən sorğu iştitrakçıları əsasən iki fikrə müraciət edirdı: “bizdə gender bərabərliyi artıq mövcuddur və bu istiqamətdə əlavə addımlara ehtiyac yoxdur” və “cəmiyyətimiz buna hələ hazır deyil”. Bu fikirlərdə ifadə edilən yanaşma çərçivəsində gender sahəsində dövlət siyasətinin hədəfləri və addımları kifayət qədər lazımsız görünür. Lakin, burada nəzərə almaq lazımdır ki, respondentlər arasında Azərbaycan dövlətinin gender siyasəti haqqında məlumatlı olanlar çox azdır.

Şəkil 8. Azərbaycanda dövlət qulluğu sistemində gender bərabərliyinin bərqərar olunmasına hazırda ehtiyac var mı?

Növbəti sualda respondentlərdən daha konkret problemə, dövlət qulluğu sistemində qadınların kişilərlə müqayisədə azlıq təşkil etdiyinə, münasibətlərini bildirməyə xahiş edilmişdir. “Dövlət qulluğuna qəbul olunanların arasında kişilər çoxluq təşkil edir,fikrinizcə, bunu dəyişdirməyə ehtiyac var mı?” sualına qadın respondentlərin 85.7% faizi müsbət cavab verib. Kişi respondentlərin arasında yenə də ciddi fikir ayrılığı nəzərə çarpır: 40% vəziyyətin dəyişməsinə ehtiyac duyduğunu, 55% isə ehtiyac duymadığını söylədi (Şəkil 9). Müsahibələr zamanı bu vəziyyətin səbəbini bir çox respondentlər qızların valideynləri tərəfindən təhsil sahəsinin seçməsində görür, “həkimlik və müəllimlik sahələrini seçən qızlar dövlət qulluğuna meyl göstərmir”. Cavablarda həm də dövlət qulluğunda iş rejiminin “qadınların ailə vəzifələrinə mane olur” və “dövlət qulluğu ağır iş olduğuna görə qadın işi deyil” kimi izahatlar verilirdi. Suala “yox” cavabı verən respondentlər “mentalitetin dəyişdirilməsinin” istəmədiklərini söyləmişdir. Maraqlıdır ki, hətta vəziyyətin dəyişdirilməsini istəyən respondentlərin bəziləri “mən məcburi tədbirlərə qarşıyam” və “kvotalara qarşıyam” kimi fikirləri irəli sürürdü. Bu hər şeydən öncə dövlət qulluqçularının gender bərabərliyinin dəstəklənməsi üçün tətbiq olunan müxtəlif mexanizmlərdən xəbərsiz olduğunu göstərir. Bu sahədə təlimləndirmə və məlumatlandırma tədbirlərinə ehtiyac var.

Şəkil 9. Dövlət qulluğuna qəbul olanların arasında kişilər çoxluq təşkil edir,fikrinizcə, bunu dəyişdirməyə ehtiyac var mı?

Sorğu anketinin üçüncü blokunda respondentlərin dövlət qulluğunda mövcud olan üfüqi və şaquli segregasiyaya münasibətini araşdıran suallar təqdim olunmuşdur. “Dövlət qulluğunda yuxarı təbəqələrdə (qərar vermə vəzifələrində) çalışanlar arasında kişilər çoxluq təşkil edir,fikrinizcə, bunu dəyişdirməyə ehtiyac var mı?” sualına cavab verən respondentlərin bir çoxu bu vəziyyəti dövlət qulluğunda qadınların ümumi sayın aşağı olması ilə əlaqələndirdi. Respondentlərin 59.3% bu vəziyyətin dəyişməsinə ehtiyac duymadıqlarını söyləmişdir. 40.7% bu vəziyyətin deyişməsinin tərəfdarıdır. Maraqlıdır ki, digər sullara cavabıarında eyni mövqedə duran qadın respondentlər bu suala münasibətdə iki qrupa bölünmüşdür, 57.1% vəziyyətin dəyişdirilməsinə ehtiyac duymadıqlarını, 42.9% isə ehtiyac duyduqlarını qeyd etmişdir. Kişilər arasında, əksinə çoxluq (60%) vəziyyətin dəyişməsinə ehtiyac gördüyünü söylədi, 40% isə əks mövqedə idi (Şəkil 10). Beləliklə respondentlərin böyük qrupu dövlət qulluğunda şaquli gender seqreqasiyanın aradan qaldırılmasının tərəfdarıdır. Eyni zamanda respondentlərin əksəriyyəti bu vəziyyətin dəyişməsini istəmir. Qadın və kişi respondentlərin bir çoxu müsahibələrdə dövlət qulluğunda hazırda kiçik qrup təşkil edən qadınların irəli çəkilməsini daha çox bərabərliyin imitasiyası kimi qiymətləndirir və real bərabərliyi qadınların sayca artması və onların arasından gələcək rəhbərlərin irəli gəlməsində görürdü. Eyni zamanda, qeyd etmək lazımdır ki, bəzi cavablarda “qadınlar hər cəhətdən kişilərdən aşağı olduğuna görə rəhbər ola bilməz” kimi açıq şəkildə gender əsaslı ayrı-seçkiliyi dəstəkləyən fikirlər sölənmişdir.

Şəkil 10. Dövlət qulluğunda yuxarı təbəqələrdə (qərar vermə vəzifələrində) çalışanlar arasında kişilər çoxluq təşkil edir,fikrinizcə, bunu dəyişdirməyə ehtiyac var mı?

Üfüqi seqreqasiyaya münasibəti yoxlayan sualda respondentlərə dövlət qurumlarında qadınların əsasən təhsil və tibb sahələrində çalışdığı söylənilir “bu vəziyyəti dəyişməyə ehtiyac var mı?” soruşulurdu. Cavablar yenə də həm kişi, həm qadın respondentlərin bu mövzuya münasibətlərində iki qrupa bölündüyünü göstərdi. Qadınlar 57.1% suala müsbət, 42.9% isə mənfi cavab vermişdir. Kişilər arasında 50% müsbət, 45% isə mənfi cavabı qeyd etmişdir (Şəkil 11). Maraqlıdır ki, müsahibələrdə təhsil sistəmində işləmiş respondentlər bu vəziyyətin mənfi nəticələrini vurğulayırdı, lakin bu sahədə iş təcrübəsi olmayanların çoxu gender əsaslı üfüqi seqreqasiyanın normal və ya hətta müsbət hal olduğunu düşünürdü.

Şəkil 11. Dövlət qurumlarında qadınlar əsasən təhsil və tibb sahələrində çalışır. Bu sahələrdə qadınlar çoxluq təşkil edir,fikrinizcə, bunu dəyişdirməyə ehtiyac var mı?

Kollektivdə hökm sürən gender əsaslı gözləmələr və təsəvvürlər dövlət qulluqçuların professional inkişaf və həyat-iş balansının saxlanılması üçün mövcud olan imkanlardan istifadə etmələrinə təsiri göstərə bilər. Gender əsaslı gözləmələr və təsəvvürlər həmçinin rəhbərlərin kişi və qadın əməkdaşlarının inkişafı və rahatlığı üçün təşkil etdiyi şəraitə təsir edir. Respondentlərə bu imkanların bir neçəsi təqdim olunmuşdur və bunların kişilərə, qadınlara və ya hər ikisinə daha lazımlı olduğu haqqında sual verilmişdir. Şəkil 12 göstərir ki, respondentlər əksər hallarda imkanlardan gender mənsubiyyətindən asılı olmayaraq bütün əməkdaşlara lazımlı olduğunu qeyd edir. Müsahibələrdə də sorğu iştirakçıları bütün dövlət qulluqçuların bu imkanlardan istifadə etməsinə tərəfdar çıxırdı. Müəyyən gender qrupuna üstünlük əsasən vaxtı ailə və iş vəzifələri arasında rahatlıqla bölüşməyə imkan yaradan variantlarda verilirdi. Missal üçün məzuniyyətin artırılması, çevik iş qrafiki. Bu variantlarda respondentlərin seçimi həm reallıqda ailə daxilində vəzifələrin bölüşməsini əks etdirir, həm də kişi və qadın vəzifələrinə dair stereotiplərə uyğun qurulurdu. Məsələn, kişi respondentlərin mütləq əksəriyyəti hətta imkanları olsa belə körpə uşaqlarına baxmaq istəmədiklərini və bunun qadın vəzifəsi olduğunu qeyd etdi.

Şəkil 12. Dövlət qulluğunda çalışanlar üçün olan imkanlar arasında aşağıda göstərilənlər kimə daha çox lazımdır?

Eyni suala kişi və qadın respondentlərin cavabıarı münasibətlərdə müəyyən fərqləri nümayiş etdirir. Qeyd etmək lazımdır ki, kişi və qadın respondentlər ümumiyyətlə əksər hallarda imkanların hər iki cinsin nümayəndələri üçün lazımlı olduğunu hesab edir. Bu sorğu iştirakçılarının ümumi meritokratik təsəvvürləri ilə üst-üstə düşür. Eyni zamanda, Şəkil 13 (qadınların cavabıarı) və Şəkil 14 (kişilərin cavabları) müqayisəsi göstərir ki, qadınların cavablarında “hər ikisinə” (yəni həm qadınlara, həm kişilərə) variantına daha tez-tez üstünlük verilir. Bu xüsusi ilə professional inkişafla bağlı məqamlarda özünü biruzə verir: mükafatların verilməsi, karyerada yüksəliş, maaşın qaldırılması, professional təhsil üçün imkanlar, xaricə işgüzar səfərlər kimi sahələrdə qadınların mövqeyində aşkar olur. Eyni sahələrə aid kişilərin cavabları göstərir ki, respondentlərin bu kateqoriyasında müəyyən qrup bu imkanların kişilərə daha lazımlı oldu\unu hesab edir. Müsahibələrdə bu rəyi izah edən respondentlər adətən “ailəni saxlayan kişidir” arqumentinə əsaslanırdı. Bu kimi yanaşmalar respondentlərin başqa cavablarda əsas prinsip kimi qeyd etdiyi meritokratiyaya ziddir. Lakin müsahibələr zamanı respondentlər öz fikirlərində bu təzadlı məqama diqqət yetirmirdi. Kişiləri eksklyuziv olaraq ailənin əsas təminatçısı kimi təqdim edən yanaşmalar gender bərabərliyi və gender ədaləti üçün təhlükəli olan ümumiləşdirməyə əsaslanır. Bu ümumiləşdirmə ailələrini saxlayan subay, dul və ərlərindən boşanmış qadınları nəzərə almır. Bu təhlükəli və ədalətsiz ümumiləşdirmə həmçinin bazar iqtisadiyyatında bir çox ailənin içərisində funksiyaların dəyişməsi (kişilərin işsiz qalması, qadınların isə ailənin əsas təminatçısına çevrilməsi) və ya ailələrin artıq iki gəlirdən asılı olduğunu nəzərə almaqdan qaçır.

Müsahibələr zamanı həm kişilər həm də qadınlar xarici səfərlərlə bağlı təlim və təhsil imkanlarının bir çox qadın dövlət qulluqçuları üçün məhdud olduğunu söyləyirdi. Verilən məlumata görə bir çox hallarda qadın dövlət qulluqçuları xarici ölkələrdə və ya ölkənin digər şəhərlərində keçirilən peşə hazırlığı, təcrübə, yenidən hazırlanma və ixtisasartırma tədbirlərində iştirak edə bilmir. Bunun səbəbi adətən qadının ailə vəzifələrini yerinə yetirməkdə ailədaxili dəstəyin olmaması və ya səfərlərə ailə tərəfindən qoyulan məhdudiyyətlərdir. Peşə hazırlığı, təcrübə, yenidən hazırlanma və ixtisasartırma tədbirlərində iştirak etməkdən məhrum olan qadın dövlət qulluqçuları təcrübə və biliklər nöqtey-nəzərdən geridə qalır. Beləliklə onların irəli cəkilmə imkanları da ciddi şəkildə məhdudlaşır. Maraqlıdır ki, sorğu nəticələrinə görə, kişi respondentlərin 20% işgüzar xarici səfərlərin kişilər üçün daha lazımlı olduğunu düşünürdü, kişilərin 80% və qadınların 100% isə bu imkanın hər iki gender üçün vacib olduğunu söylədi. Ola bilər ki respondentlərin bir hissəsi ailədə qadınlara qoyulan qadağaları dəstəklədiyinə görə bu məsələdə gender əsaslı-ayrı-seçkilik mövqeyini seçmişdir.

Şəkil 13. Dövlət qulluğunda çalışanlar üçün olan imkanlar arasında aşağıda göstərilənlər kimə daha çox lazımdır? (qadınların cavabları).

Şəkil 14. Dövlət qulluğunda çalışanlar üçün olan imkanlar arasında aşağıda göstərilənlər kimə daha çox lazımdır? (kişilərin cavabları)

Dördüncü blokda sorğu iştirakçılarına gender stereotiplərinə əsaslanan iki fikir təqdim olunmuşdur. Birinci fikir ictimai həyatda bərabərsizliyi və gender əsaslı ayrı-seçkiliyi dəstəkləyir və onu ailədə mövcud olan gender əsaslı vəzifə bölgüsü ilə əlaqələndirir. Fikir belə səslənirdi: “Kişilər ailələrini dolandırır buna görə də kişilərin daha yüksək maaşlı vəzifələrə təyin olunması məqsədə uyğundur”.

Respondentlərin 59.3% bu fikirlə razı olmadığını, 25.9% razı olduğunu, 14.8% isə qismən razı olduğunu bildirdi (Şəkil 15). Müsahibələr zamanı bir çoxları “mən bununla razı olmasam da real vəziyyət bunu tələb edir” deyərək mövzu ilə bağlı müəyyən tərəddüd və narahatlıqlarını ifadə edirdi.

Şəkil 15. Kişilər ailələrini dolandırır buna görə də kişilərin daha yüksək maaşlı vəzifələrə təyin olunması məqsədə uyğundur.

Cavabların cins üzrə bölgüsü kişi və qadın respondentlərin bu gender stereotipinə nə qədər fərqli münasibət bəslədiyini açıq şəkildə nümayiş etdirir. Kişilərin 50% fikirlə razı olmadığını qeyd etmişdir, 30% razı olduqlarını və 20% qismən razı olduqlarını bildirmişdir (Şəkil 16).

Şəkil 16. Kişilər ailələrini dolandırır buna görə də kişilərin daha yüksək maaşlı vəzifələrə təyin olunması məqsədə uyğundur (kişilərin cavabları).

Qadın respondentlərin mütləq əksəriyyəti (84.7%) fikirlə razı olmadıqlarını söyləmişdir. Razı olanların sayı olduqca cuzidir və 14.3% təşkil edir, qismən razı olan yox idi (Şəkil 17).

Şəkil 17. Kişilər ailələrini dolandırır buna görə də kişilərin daha yüksək maaşlı vəzifələrə təyin olunması məqsədə uyğundur (qadınların cavabları).

Qeyd etmək lazımdır ki, qadın iştirakçılar müsahibə zamanı ailədə əsas təminedici funksiyasını həyata keçirən qadınlar haqqında danışıb təqdim edilən fikrin bu qadınlara qarşı ədalətsiz olduğunu vurğulamışdır. Maraqlıdır ki, hər iki mövqedə dəyanan respondentlər meritokratiya prinsiplərinə, insan hüquqlarına və dövlət qulluğunda bərabər imkanlara aid olan qanunvericilik aktlarını bir dəfə olsa belə qeyd etməmişdir və müzakirə daimə tələbatların ödənilmısi çərçivəsində aparılırdı.

Respondentlərə təqdim edilən ikinci fikir (“Qadının əsas vəzifəsi ailə üzvlərinə qulluq etməkdi buna görə karyera qadın üçün ikinci yerdə olmalıdır”) ilə bağlı cavablar əsasən razılığın müxtəlif dərəcələrini əks etdirir. Sorğu iştirakçılarının 44.4% fikirlə razı olduğunu, 37.1% qismən razı olduğunu bildirmişdir (Şəkil 18). Bəzi respondentlər fikrin birinci hissəsi ilə razı olduğunu ikinci hissə ilə isə razı olmadığını izah etdi. Birinci fikirlə müqyisədə qismən razı olanların sayı bu suala olan cavablarda iki dəfə artmışdır. Bu seçmənin arasında kişi gender roluna dair stereotiplərin daha sərt və aydın olduğunu, qadın roluna aid stereotiplərin nisbətən daha dəyişən və “yumuşaq” olduğunu göstərir. Bu isə Azərbaycan cəmiyyətində qadınların ailədə və ictimai sahədə mövqelərinin tarixən bir çox mühüm transformasiyalar nəticəsində formalaşdığından və bu dəyişikliklərin uzun dövr ərzində cəmiyyətdə müzakirə obyekti olduğundan irəli gəlir35.

Şəkil 18. Qadının əsas vəzifəsi ailə üzvlərinə qulluq etməkdir buna görə karyera qadın üçün ikinci yerdə olmalıdır.

Kişilər arasında 55% bu fikirlə razı olduğunu 40% isə qismən razı olduğunu bildirdi, fikirlə razı olmayanlar cəmi 5% təşkil edir. Qadınlar arasında isə fikirlə razı olmayanlar əksəriyyət təşkil edir (57.1%), qismən razı olanlar 28.6%, razı olanlar isə cəmi 14.3% təşkil edir (Şəkil 19 və Şəkil 20). Aydındır ki, uğurlu karyera sahibi olan bu qadınlar özlərini “ailə üzvlərinə qulluq etmək” funksiyası ilə məhdudlaşdırmaq istəmir. Lakin kişilərin əksəriyyət təşkil etdiyi qurumlarda (və ümumiyyətlə dövlət qulluğu sistemində) işləyən qadın professionallara münasibətə mənfi təsir edir. Bu kimi gender streotiplərinin zərərverici və məhdudlaşdırıcı rolu qadınlar üçün əlavə əngəllər törədir. Kişilər arasında geniş yayılan bu təsəvvürlər qərar vermə prosesində, işgüzar münasibətlərdə, qadın işçilərinin fəaliyyətinin qiymətləndirməsində və digər hallarda qadınların işini və professional inkişafını məhdudlaşdıran amilə çevrilir.

Şəkil 19. Qadının əsas vəzifəsi ailə üzvlərinə qulluq etməkdi buna görə karyera qadın üçün ikinci yerdə olmalıdır (kişilərin cavabları)

Şəkil 20. Qadının əsas vəzifəsi ailə üzvlərinə qulluq etməkdir buna görə karyera qadın üçün ikinci yerdə olmalıdır (qadınların cavabları).

Sualların beşinci bloku iş yerində seksual qısnama mövzusuna həsr olunmuşdur. Blokun birinci sualı sorğu iştirakçılarının bu sahədə olan şəxsi təcrübə haqqında idi. İştirakçıların mütləq əksəriyyəti seksual qısnama ilə heç vaxt rastlaşmadıqlarını söylədi. ‘Tanıdiğınoz insdanlardan belə hadisələr (iş yerində seksual qısnama) haqqında eşitmisiniz?” sualına kişilərin 70% və qadınların 42.9% müsbət cavab verib. Kişilərin 25% və qadınların 42.9% tanıdıqları insanlardan seksual qısnama haqqında heç vaxt heç bir şey eşitmədiklərini söylədi (Şəkil 21). Kişilərlə müqayisədə qadınların suala az müsbət cavab verməsi mövzunun qadınlar üçün həssas olduğunu, və qadınların seksual qısnama ilə bağlı hər hansı bir hadisədən uzaq durmaq niyyətini əks etdirə bilir.

Şəkil 21. Tanıdiğınoz insdanlardan belə hadisələr (iş yerində seksual qısnama) haqqında eşitmisiniz?

“Sizcə idarələrdə işçiləri seksual qısnamadan qorumaq üçün hansısa tədbirlər görülməlidir?” sualına sorğu iştirakçəlarının əksəriyyəti müsbət cavab verib. Lakin, müsahibələr zamanı iştirakçılar bu tədbirlərin faydalı olduğundan şübhələnirdi. Kişi və qadın respondentlərin cavablarında ciddi bir fərq yox idi. Bloka aid olan digər sual respondentlərin əksəriyyətinin Azərbaycan Respublikasının qanunvericiliyində seksual qısnamaya aid olan müddəaların mövcud olduğundan xəbərdar deyil.

Növbəti sual iş yerində seksual qısnamaya məruz qalmış qadının hansı çıxış yolu seçməli olduğu haqqında sorğu iştirakçılarının fikirlərini soruşurdu. Qeyd etmək lazımdır ki, respondentlərin əksəriyyəti bu suala birmənalı cavab verməkdə çətinlik çəkirdi. Tərəddüdlər əsasən respondentlərin hadisəni ədalətli şəkildə həll etmək və qadını ictimai qınaqdan və seksual qısnamanı törədənin qisasından qorumaq istəyindən irəli gəlirdi. Müsahibələr göstərir ki, respondentlərin böyük hissəsi seksual qısnama qurbanının ictimai qınağa məruz qalmasını xoşagəlməz lakin dəyişməz bir fakt olaraq qəbul edir. Eyni şəkildə bir neçə dəfə təkrar olunmuş fikirə əsasən qadın seksual qısnamanı törədənin qısasından qorunmaq üçün iş yerini tərk etməlidir. Beləliklə, ictimai fikrin seksual qısnama qurbanlarını günahlandırılması nəticəsində cinayətin qurbanları həm də iş yerini itirməlidir. Qadın respondentlərin 42.8% seksual qısnama qurbanının iş yerində qalıb rəhbərliyə şikayət etməli və məhkəməyə müraciət etməli olduğunu söylədi. 28.6% qadının bu vəziyyətdə işini tərk etməli olduğunu qeyd etdi. Qadın respondentlərin 28.6% başqa variantı seçdi, bu əsasən işini tərk edib məhkəməyə müraciyət etməsini nəzərdə tuturdu.

Kişi respondentlərin ən böyük hissəsi (40%) seksual qısnamaya məruz qalmış qadının işini tərl etməli olduğunu qeyd etdi, 35% iş yerində qalıb rəhbərliyə şikayət etməli və məhkəməyə müraciət etməli olduğunu söylədi, 25% isə öz variantlarına üstünlük verdi.

. Şəkil 22. İş yerində seksual qisnamaya məruz qalmış qadın nə etməli?

İş-həyat balansına dair sorğu nəticələri göstərdi ki, respondentlərin mütləq əksəriyyəti bu sahədə heç bir problemlə rastlaşmır, və işin ailə vəzifələrinə və şəxsi vaxta təsir etmədiyini söyləyir. Respondentlərin böyük hissəsi ailə vəzifələrinin kifayət qədər az vaxt apardığını qeyd etmişdir, bu daha çox gənc respondentlərin cavablarında hiss olunurdu.

Sorğu nəticələrinin təhlili həmçinin bir sıra sualların cavablarında qurumun rəhbərliyi ilə adi əməkdaşların fikirlərində ola biləcək fərqlərin araşdırılmasını əhatə edir. Azərbaycanda dövlət qulluğu sistemində olan qurumların daxili strukturu hakimiyyət ierarxiyasını əks etdirir və rəhbər vəzifələr ayrı kategoriyaya ayrılır. Rəhbər vəzifələrdə çalışan şəxslərin gender bərabərliyinə və qadınların idarəetmədə daha fəal iştirak etməsinə münasibəti dövlət qulluğu sistemində gender faktotuna təsir edən proseslərin həyata keçirilməsində mühüm rol oynayır. Ümumilikdə dövlət qulluğu sistemində rəhbər vəzifələrdə qadınlar azlıq təşkil edir. Komissiyada rəhbər vəzifələrdə yalnız kişilır çalışır.

Şəkil 23. Azərbaycanın hazırki şəraitində mən kişi\qadın olduğuma görə klaryeramda daha yüksək səviyyələrə çata bilərəm.

Göründüyü kimi, əməkdaşların 44.4% suala mənfi cavab veribsə, rəhbərliyin 85.7% karyeralarında gender faktorunun heç bir rol oynamadığını hesab edir. İş yerində rastlaşdığı müəyyən pörobləmlərin gender faktoru ilə əlaqəsini əməkdaşların 50% və rəhbərliyin 28.6% söyləyir. Hər iki halda rəhbərliyin nümayəndələri əsasən gender faktorunun şəxsi təcrübələrində rol oynamadığını söyləyir. Adi əməkdaşlar isə gender faktorunun mühim amil olduğunu nisbətən daha tez tez qeyd edir.

Şəkil 24. Azərbaycanın hazırki şəraitində mən kişi\qadın olduğuma görə işimdə müəyyən problemlərlə rastlaşıram

“Azərbaycanda dövlət qulluğu sistemində kişilər və qadınlar hüquqlarından istifadə etmək üçün eyni imkanlara malikdir?” sualına rəhbərlik nümayındələrinin 71.4% müsbət cavab verdi, əməkdaşların arasında isə bu cavabı verənlərin nisbəti 40% idi (Şəkil 25). Təbii ki, rəhbərliyin cavabıarında sosial gözləmələr faktoru da mühüm rol oynayır.

Şəkil 25. Azərbaycanda kişilər və qadınlar hüquqlarindan istifadə etmək üçün eyni imkanlara malikdir?

Yuxarıda qeyd etdiyimiz kimi respondentlərin 44.4% dövlət qulluğunda gender bərabərliyinin bərqərar olmasına hazırda ehtiyac duymadıqlarını qeyd etmişdir, kişi respondentlər arasında isə bu mövqedə duranların sayı 55% idi. Qurumun rəhbərliyində təmsil olunan insanların dövlət qulluğunda gender bərabərliyinin bərqərar olmasına münasibətini öyrənmək məqsədi ilə bu suala verilən cavablar vəzifələr bölgüsü üzrə təhlil edilmişdir. Nəticələr göstərdi ki, rəhbər vəzifələrdə çalışanların 71.4% dövlət qulluğunda gender bərabərliyinin bərqərar olmasına ehtiyac duyurş Adi əməkdaşlar arasında 50% suala müsbət cavab verib (Şəkil 26). Rəhbərlik vəzifələrində çalışanların 100% kişi olduqlarını nəzərə alsaq, məlum olur ki, rəhbər kişilər seçmədə təmsil olunan bütün kişi respondentlərlə müqayisədə gender bərabərliyinə daha geniş dəstək göstərir (71.4% və 55%).

Şəkil 26 Azərbaycanda dövlət qulluğu sistemində gender bərabərliyinin bərqərar olunmasına hazırda ehtiyac var mı?

Adi əməkdaşlarla müqayisədə rəhbərlik nümayəndələri dövlət qulluğunda gender tarazsızlığının dəyişdirilməsinə daha güclü dəstək göstərir (45% və 71.4%). Lakin rəhbər vəzifələrdə gender balansının dəyişdirilməsinə hər iki kateqoriyaya aid respondentlər ehtiyatla yanaşır (40.7% və 42.9%). Müsahibələrdə respondentlər bu münasibəti hazırda sistemdə qadınların az sayda təmsil olunması ilə və bu səbəbdən irəli çəkilmədə də çox az qadının iştirak etməsi ilə izah edirdi. Qeyd etmək lazımdır ki, hər üç kateqoriyaya (cəmi, rəhbərlik və əməkdaşlar) aid olan respondentlərin yarısından çoxu dövlət qulluğu sistemində mövcud olan gender əsaslı şaquli seqreqasiyanın aradan qaldırılmasına hazırda ehtiyac duymur. Nəticələr Şəkil 29 və 30 təqdim olunur.

Şəkil 29. Dövlət qulluğuna girənlərin arasında kişilər çoxluq təşkil edir, fikrinizcə, bunu dəyişdirməyə ehtiyac var mı?

Şəkil 30. Dövlət qulluğunda yuxarı təbəqələrdə (qərar vermə vəzifələrində) çalışanlar arasında kişilər çoxluq təşkil edir,fikrinizcə, bunu dəyişdirməyə ehtiyac var mı?

Üfüqi seqreqasiyaya gəldikdə də biz iki fərqli mövqedə dəyanan respondentlər qruplarını müşahidə edirik. Bu fikir ayrılığı həm rəhbər vəzifələrdə çalışanlar həm də adi əməkdaşlar arasında mövcuddur. “Dövlət qurumlarında qadınlar əsasən təhsil və tibb sahələrində çalışır. Bu sahələrdə qadınlar çoxluq təşkil edir,fikrinizcə, bunu dəyişdirməyə ehtiyac var mı?” sualına “rəhbərlik” kateqoriyasına aid respondentlərin 42.9% müsbət 57.1% isə mənfi cavab verdi. Adi əməkdaşlar arasında vəziyyətin dəyişməsini istəyənlər 55%, istəməyənlər isə 40% təşkil edir (Şəkil 31).

Şəkil 31. Dövlət qurumlarında qadınlar əsasən təhsil və tibb sahələrində çalışır. Bu sahələrdə qadınlar çoxluq təşkil edir,fikrinizcə, bunu dəyişdirməyə ehtiyac var mı?

Rəhbər vəzifələrdə çalışanlan şəxslərin gender əsaslı rollar və gözləmələrlə bağlı mövgeləri əməkdaşların fəaliyyətinin qiymətləndirilməsinə, irəli çəkilməsinə, mükafatlandırılmasına, cəzalandırılmasına, onlara məsuliyyətli və çətin iş vəzifələrinin tapşırılmasına təsir göstərə bilər. Bu səbəbdən sorğu çərçivəsində rəhbər şəxslərin gender steretiplərinə dair münasibətlərinin araşdırılması həyata keçirilmişdir. Respondentlərə təqdim olunmuş hər iki fikir kişilərin və qadınların gender rollarına aid stereotiplərdən ibarət idi. Nəzərə almaq lazımdır ki, bu fikirılər müeəyyən qərarların əsasında durmaqla kişi və qadınların uğurlu iş fəaliyyətinə təsir göstərmək potensialına malikdir və rəhbər vəzifələrdə çalışanların bu steretiplərə münasibəti konkret qərarların formalaşmasında rol oynaya bilər. Nəticələr göstərdi ki, “Kişilər ailələrini dolandırır buna görə də kişilərin daha yüksək maaşlı vəzifələrə təyin olunması məqsədə uyğundur” fikrinə münasibətdə rəhbərlik nümayəndələri ilə əməkdaşların cavabları arasında kifayət qədər ciddi fərq mövcuddur. Hər iki kateqoriyaya aid respondentlər arasında stereotipi rədd edənlər əksəriyyət təşkil edir, lakin “rəhbərlik” kateqoriyasına aid respondentlər arasında fikirlə razılaşan ümumiyyətlə olmadı, əməkdaşlar arasında isə razılaşanların sayı 35% çatdı. Rəhbərlik daha çox “qismən razıyam” variantına üstünlük vermişdir, əməkdaşlar arasında isə yalnız 5% bu cavabı seçdi (Şəkil 32). Müsahibələr zamanı rəhbər vəzifələrdə çalışanların ümumi qayda əsasında deyil konkret şəraitə əsasən qərar vermək istəyi aydın hiss olunurdu. Respondentlər kişi əməkdaşlarının üzərinə “ailə saxlamağın yükünün” düşdüyünü qeyd edirdi.

Şəkil 32. Kişilər ailələrini dolandırır buna görə də kişilərin daha yüksək maaşlı vəzifələrə təyin olunması məqsədə uyğundur.

“Qadının əsas vəzifəsi ailə üzvlərinə qulluq etməkdi buna görə karyera qadın üçün ikinci yerdə olmalıdır” fikirə dair respondentlərin cavablarında daha çox “qismən razıyam” və “raziyam” variantlarına üstünlük verilir. Rəhbər vəzifələrdə çalışanların 57.1% “qismən razıyam” variantını seçdi. Müsahibələrdə respondentlər fikirin birinci hissəsi ilə razı ikinci hissəsi ilə qismən razı olduqlarını qeyd edirdi. “Karyera qadının ailə vəzifələrinə mane olmamalıdır” daha çox səslənən fikirlərdən biri idi. Maraqlıdır ki, bu vəziyyətin həllini qadınların seçiminə buraxmaq təklifi müzakirələrdə yer almamışdır. Yəni kişilərə aid qayadalarda kontekstdən asılı olan qırarlar əvəzinə qadınlarla bağlı vəziyyətləri müəyyən ümumi qayda əsasında həll etmək cəhdi burada aydın müşahidə olunur. Əməkdaşlar arasında fikirlə razılaşanlardır 55%, qismən razılaşanlar isə 30% təşkil etmişdir.

Şəkil 33. Qadının əsas vəzifəsi ailə üzvlərinə qulluq etməkdi buna görə karyera qadın üçün ikinci yerdə olmalıdır.

Seksual qısnama ilə bağlı sorğu nəticələri göstərdi ki, rəhbər vəzifələrdə çalışan respondentlər və adi əməkdaşlar bu mövzuya münasibətdə fərqli yanaşmalar nümayiş etdirir. Bu xüsusi ilə seksual qısnamanın qurbanı olan qadının işində qalmasına aiddir. Rəhbərlik kateqoriyasına aid respondentlərin yalnız 14.2% bu varianta üstünlük verdi, lakin əməkdaşlar arasında məhz bu cavab variantını seçən respondentlər ən böyül qrup təşkil edirdi (45%). Müsahibələrdə rəhbər vəzifələrdə çalışan respondentlər qeyd edirdi ki, qadın işi tərk etməklə bərabər cinayəti törədəni məsuliyyətə cəlb etməlidir. Lakin müsahibələrdə bunun konkret mexanizmlərinə dair fikir söylənilməmişdir. Hər iki kateqoriyaya aid sorğu iştirakçılar bu sualda təqdim edilmiş vəziyyətdən çıxış yolu göstərməkdə müəyyən çətinlik çəkirdi. Bu isə iş yerində və konkret olaraq dövlət qurumlarında seksual qısnama ilə bağlı vəziyyətlərin hələ də konkret və aydın qayda və prosedurlar vasitəsi ilə nizamlanması üçün mexanizmlərin olmamasından irəli gəlir.

Şəkil 34. İş yerində seksual qisnamaya məruz qalmış qadın nə etməli?



Sorğu nəticələrinin təhlili bir sıra konkret ehtiyacların və problemlərin müəyyənləşdirilməsi üçün zəmin yaratmışdır.

  1. Sorğu nəticələri dövlət qulluğunda gender faktoruna aid olan bir sıra mühüm məsələlərdə dövlət qulluğunda çalışan qadın və kişilərin fərqli mövqelərini nümayıetdirdi. Bu fərqlər dövlət qulluqçularının öz iş fəaliyyəti və perspektivləri haqqında fikirlərində və həmçinin ümumilikdə dövlət qulluğunda gender bərabərliyi ilə bağlı vəziyyətin qiymətləndirilməsində özünü biruzə vermişdir.

  2. Sorğu nəticələri göstərdi ki qadın respondentlər cinsi mənsubiyyəti ilə bağlı müəyyən çətinliklərlə rastlaşdığını və kişilərlə müqayisədə daha məhdud imkanlara malik olduğunu düşünür.

  3. Sorğu nəticələri göstərdi ki kişi respondentlərin böyük hissəsi gender bərabərsizliyinə qarşı həssaslıq nümayiş etdirir və bir çox səviyyələrdə onun aradan qaldırılmasını dəstəkləyir.

  4. Sorğu nəticələri göstərdi ki, respondentlərin və xüsusi ilə kişi respondentlərin arasında gender bərabərliyini qəbul etməyən və ya bu istiqamətdə addımların atılmasına ehtiyac duymayan qrup mövcuddur.

  5. Sorğu nəticələri göstərdi ki, qurumun rəhbərliyi əksər hallarda digər respondentlərlə müqayisədə gender bərabərliyinə daha böyük göstərir və gender məsələlərinə dair daha yüksək həssaslıq səviyyəsini nümayiş etdirir.

  6. Sorğu nəticələri göstərdi ki, ümumi meritokratik yanaşma ilə yanaşı bəzi hallarda respondentlər gender əsaslı ayrı-seçkiliyə və gender stereotiplərə əsaslanan yanaşmalara yol verir.

  7. Sorğu nəticələri göstərdi ki, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya əməkdaşlarının böyük hissəsi gender nəzəriyyəsinin əsas anlayışları ilə tanış deyil.

  8. Sorğu nəticələri göstərdi ki, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşlarının əksəriyyəti Azərbaycanın dövlətinin gender siyasətindən, o cümlədən bu sahədə milli qanunvericilikdən, müvafiq dövlət proqramlarından və Azərbaycan dövlətinin beynəlxalq öhdəliklərindən (üçüncü Minilliyin İnkişaf Məqsədi, CEDAW, Pekin Fəaliyyət Platforması) məlumatlı deyil.

  9. Sorğu nəticələri göstərdi ki, respondentlərin əksəriyyəti gender sahəsində “bərabər imkanlar” anlayışının müxtəlif müstəviləri haqqında xəbərdar deyil və onu “bərabər hüquqlar” anlayışından ayırmır.

  10. Sorğu nəticələri göstərdi ki, respondentlərin əksəriyyəti səmərəli idarəçilik və dövlət qulluğu sisteminin islahatı ilə gender bərabərliyinin bərqərar olması və qadınların idarəetmə prosessində fəal və bərabər iştirakı arasında əlaqə görmür.

  11. Sorğu nəticələri göstərdi ki, respondentlərin əksəriyyəti qadınların idarəetmə prosessində fəal və bərabər iştirakının təmin olunması sahəsində müxtəlif xüsusi tədbirlərdən xəbərsizdir və bu tədbirləri yalnız “kvotalar” formatında təsəvvür edir (müsahibə iştirakçıların əksəriyyəti kvotalara qarşıdır).

  12. Sorğu nəticələri göstərdi ki, respondentlərin bir çoxu seksual qısnama ilə bağlı qanunvericilikdən məlumatlı deyil və seksual qısnamanı Azərbaycan dövlət qurumları üçün aktual problem saymır. Həmçinin respondentlərin böyük hissəsi seksual qısnamanın qurbanı olan qadının müqavimət göstərmədən işini tərk etməsinə tərəfdar çıxaraq ədalətsiz gender qaydalarına müqavimət göstərməkdən çəkinir.

  13. Müsahibələrin nəticələri göstərdi ki, respondentlərin mütləq əksəriyyəti idarəetmənin bütün sahələrində gender yönümdən həssas yanaşma (gender mainstreaming) haqqında məlumatlı deyil və onun praktiki tətbiqi ilə tanış deyil.

  14. Müsahibələrin nəticələri göstərdi ki, respondentlərin əksəriyyəti dövlət qulluğunda gender bərabərliyi ilə bağlı davamlı və vahid formatda təlimdə iştirak etməmişdir.

  15. Müsahibələrin nəticələri göstərdi ki, bir çox hallarda qadın dövlət qulluqçuları xarici ölkələrdə və ya ölkənin digər şəhərlərində keçirilən peşə hazırlığı, təcrübə, yenidən hazırlanma və ixtisasartırma tədbirlərində iştirak edə bilmir (adətən ailə vəzifələrinə görə və ya ailə tərəfindən qoyulan məhdudiyyətlərə görə). Peşə hazırlığı, təcrübə, yenidən hazırlanma və ixtisasartırma tədbirlərində iştirak etməkdən məhrum olan dövlət qulluqçuları təcrübə və biliklər nöqtey-nəzərdən geridə qalır. Beləliklə onların irəli cəkilmə imkanları da ciddi şəkildə məhdudlaşır.

Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə