Tövsiyyələr.
Sorğu cavablarının təhlili nəticəsində müəyyənləşdirilmiş problemlərin aradan qaldırılması, Komissiyanın əməkdaşları arasında gender həssaslığın artırılması və dövlət qulluğunda gender bərabərliyi mövzusunda zəruri bilik və bacarıqların inkişaf etdirilməsi məqsədi ilə:
-
Dövlət qulluğu sahəsində Komissiya tərəfindən siyasətlərin formalaşdırılması prosesində sorğu, araşdırma və ya başqa üsulla həyata keçirilən ehtiyaclar təhlilində cins bölgüsü üzrə toplanmış məlumatlar nəzərə alınmalıdır.
-
Dövlət qulluğu sahəsində Komissiya tərəfindən siyasətlərin formalaşdırılması prosesində siyasətin təsir dairəsində olan qadın və kişilərin fərqli maraqları və mövqeləri nəzərə alınmalıdır.
-
Professional inkişafla bağlı imkanıların təmin edilməısi zamanı qadınları məhdudlaşdıran faktorlar nəzərə alınmalıdır. Məslən, xaricdə keçirilən təlim tədbirlərində iştirak edə biloməyən qadın əməkdaşlarına eyni ya oxşar təlimin on-layn variantında iştirak etmək üçün şərait yaradılmalıdır.
-
Təlimlər vasitəsi ilə Komissiya əməkdaşları ümumi gender həssaslığı artırmalı, Azərbaycan dövlətinin gender sahəsində siyasəti haqqında məlimat almalı, dövlət qulluğu sistemində səmərəli idarəçilik və gender bərabərliyi arasında əlaqəni dərk etməli, dövlət qulluğunda gender bərabərliyi və gender yönümlü həssas yanaşmanın praktiki tətbiqinin əsaslarını öyrənməlidir
-
Komissiya əməkdaşları iş yerində seksual qısnama halları ilə mübarizə sahəsində Azərbaycan dövlətinin siyasəti haqqında və xüsusi ilə müvafiq milli qanunvericilik haqqında məlumat almalıdır və bu kimi hallarla rastlaşanda konkret hüquqlarını qorunma mexanizmləri haqqında təlim və ya xüsusi təlim materialları vasitəsi ilə məlumat almalıdır.
Dostları ilə paylaş: |