DÖVLƏT QURULUŞ FORMALARI
Dövlət siyasi siyasi quruluş olub müəyyən sərhədlər daxilində yaşayan xalqın
xüsusi sistemlə idarə olunmasını təsvir edir. Dövlət çox vaxt cəmiyyətlə
səciyyələndirilirlər. Yer kürəsi Antraktidanı çıxmaq şərtilə iki yüzə yaxın dövlət
arasında bölünmüşdür.Dövlət siyasi birlik olmaq etibarı ilə müəyyən struktura malik
olan, siyasi hakimiyyətin müəyyən təşkili ilə səciyyələnən və müəyyən ərazidə sosial
proseslərin tənzimlənməsini təmin edən xususi təsisatdır. Dövlət xüsusi siyasi təsisat
olmaqla cəmiyyətin siyasi sisteminin özəyini təşkil edir.
Hər bir dövlət özünün idarəçilik formaları,siyasi rejimi və dövlət quruluşu
formalarına görə səciyyələnir. Dövlətin forması dedikdə birinci növbədə idarəçiliyin
və siyasi hakimiyyət institutlarının necə qurulması başa düşülür. Bu məsələ həm də
mərkəz ilə yerlər arasında qanunvericilik hakimiyyətininbölünməsi ilə bağlıdır.
Dövlət quruliş formaları:
- dövlətin daxili strukturunun hansı hissələrdən ibarət olduğunu;
- bu hissələrin hüquqi vəziyyətlərinin və onların orqanlarının qarşılıqlı
münasibətlərinin necə olduğunu;
- mərkəzi və yerli dövlət orqanları arasında münasibətlərin necə qurulduğunu;
- həmin dövlətin ərazisində yaşayan hər bir millətin mənafeyinin hansı dövlət
formasında olduğunu göstərir.
Dövlət quruluşu formasına görə bütün dövlətləri üç əsas qurupa bölünür bunlar
aşağıdakılardır;
-
unitar
-
federativ
-
konfederativ
Unitar dövlətlər
-
mərkəzi dövlət orqanlarına tabe olan və dövlət suverenliyi
əlamətlərinə malik olmayan inzibati - ərazi vahidlərindən ibarət vahid bütöv dövlət
birliyidir. Unitar qurum bütün ölkə üçün yerli orqanlar üzərində ali rəhbərliyi həyata
keçirən vahid, ümumi nümayəndəli, icra və məhkəmə orqanlarının olmasını nəzərdə
tutur. Unitar dövlətin ərazisində bir konustitusia, vahid qanunvericilik sistemi, vahid
vətəndaşlıq, vahid pul sistemi fəaliyyət göstərir, bütün inzibati ərazi vahidləri üçün
məcburi ümumi vergi və kredit siasəti yeridilir. Unitar dövlətin tərkib hissələri (
vilayətlər, departamentlər, mahallar, əyalətlər, qraflıqlar ) dövlət suverenliyinə malik
olmur. Onların öz qanunvericilik orqanları, müstəqil hərbi birləşmələri, xarici siyasət
orqanları və digər dövlətçilik atributları olmur. Eyni zamanda burada yerli orqanlar
müəyyən bəzən də əhəmiyyətli dərəcədə müstəqilliyə malik olur, onların mərkəzi
orqanlardan asılılıq dərəcəsinə görə unitar dövlət quruluşu mərkəzləşdirilmiş və
mərkəzləşdirilməmiş ola bilər.
Əgər dövlət hakimiyyətinin yerli orqanlarının başında mərkəzdən təyin edilmiş
məmur durursa və yerli özünüidarə orqanları ona tabedirsə belə dövlət
mərkəzləşdirilmiş dövlət hesab edilir. Məsələn Finlandiyada yerli özünüidarəyə
prezident tərəfindən təyin olunan qubernator başçılıq edir.
Mərkəzləşdirilməmiş unitar dövlətlərdə yerli dövlət hakimiyyəti orqanları əhali
tərəfindən seçilir və yerli həyat məsələlərinin həllində mühüm müstəqillikdən istifadə
edirlər.
Yerli idarəçilik sistemi qarışıq olan dövlətlər də mövcuddur buna Türkiyə
respublikasnı nümunə göstərmək olar. Türkiyənin əsas inzibati - ərazi vahidlərində
yerli özünüidarəni mərkəzi hakimiyyətin nümayəndələri valilər həyata keçirirlər
bununla belə seçkili baş şuralar və onların icra orqanları – Encomenlər mövcuddur.
Unitar dövlət rəhbərliyi mərkəzi dövlət orqanları tərəfindən həyata keçirilən vahid
silahlı qüvvələrə malikdir.
Unitar dövlətlərə aşağıdakıları misal göstərmək olar;
- Azərbaycan, Gürcüstan,İndoneziya, Sinqapur, Türkiyə, İsrail, İran, Əfqanıstan,
Banqladeş, Nepal, Şrilanka, Fransa, İtaliya, Yaponiya, Çin, Tayvan, Kareya,
Qazaxıstan, Türkmənistan. Özbəkistan, Qırqızıstan, Albaniya, Makedoniya, Ukraniya,
Rumuniya və sairlər aiddir.
Federasiya - əvvəllər müstəqil olan dövlət qurumlarının bir ittifaq dövlətində
könüllü birləşməsidir. Federativ dövlətlərin ərazi vahidləri özü üçün qanunlar qəbul
etmək səlahiyyətinə malik olurlar. Federasiya çox mühim funksiya yerinə yetirir:
o,bir tərəfdən mərkəzin ağalıq cəhdini aradan qaldırır, digər tərəfdən isə ərazi
vahidlərinin seperatizminin qarşısını alır. Federasiyanın üzvləri dövlətin tərkib hissəsi
kimi çıxış edirlər və onun ali orqanlarının qərarlarına tabedirlər.Bununla yanaşı
onların özlərinin hakimiyyət və idarəçilik orqanları,öz qanunvericiliyi və məhkəmə
sistemi vardır. Başqa sözlə deyilsə, federasiya subyektlərinin hər biri hüquqi
baxımdan nisbi müstəqil dövlət kimi çıxış edirlər.