Dövlət rüsumu haqqında azərbaycan respublikasinin qanunu f ə s I l I ümumi müDDƏalar



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə2/34
tarix02.04.2018
ölçüsü0,92 Mb.
#35759
1   2   3   4   5   6   7   8   9   ...   34

Xarici ölkədə dövlət rüsumu həmin ölkənin valyutası ilə tutulur.

xvi[16]

 

4.5.  Bu  Qanunda  nəzərdə  tutulan  hallar  istisna  olmaqla,  bütün  hallarda  dövlət  rüsumu 



tutulduqdan sonra bir bank günü ərzində dövlət büdcəsinə köçürülür. 

4.6.  Dövlət  rüsumunun ödənilməsi  tələb  olunan hallarda  dövlət  rüsumunun ödənilməsini 

təsdiq edən sənəd təqdim edilmədən əməliyyat icra olunmur. 

4.7.  Bu  Qanunda  nəzərdə  tutulmuş  dövlət  rüsumunu  tutan  şəxslər  hesabat  rübündən 

sonrakı  ayın  20-dək  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilmiş  formada 

hesabat təqdim etməlidirlər. 

4.8.  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrdə  rüsumlar 

haqqında bu Qanunla və ona müvafiq olaraq qəbul edilmiş normativ-hüquqi aktlarda nəzərdə 

tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin 

müddəaları tətbiq edilir. 

M a d d ə   5 .

 Düzgün tutulmamış və artıq ödənilmiş dövlət rüsumunun büdcədən 

qaytarılması qaydaları 

5.1.  Ödənilmiş  dövlət  rüsumu  aşağıdakı  hallarda  dövlət  büdcəsindən  qismən  və  ya 

tamamilə qaytarılır: 

5.1.1. bu Qanunla müəyyən edilmiş miqdardan artıq dövlət rüsumu ödənildikdə; 

5.1.2.  ərizələr  (şikayətlər)  qaytarıldıqda  və  ya  ərizə  baxılmamış  saxlanıldıqda,  habelə 

notariat əməliyyatlarının icrasından imtina edildikdə; 

5.1.3. məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə. 

5.2.  Bu  Qanunun  5.1.1-ci  maddəsində  nəzərdə  tutulmuş  hallarda  dövlət  rüsumünun  artıq 

ödənilmiş  hissəsi  geri  qaytarılır.  Dövlət  rüsumu  Azərbaycan  Respublikasının  qanunları  ilə 

nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. 

5.3.  Düzgün  tutulmamış  və  ya  artıq  ödənilmiş  dövlət  rüsumu  dövlət  rüsumunun 

ödəyicisinin ərizəsinə əsasən 45 gün müddətində ona qaytarılır. 

5.4.  Düzgün  tutulmamış  və  ya  artıq  ödənilmiş  dövlət  rüsumunun  qaytarılması  üçün  5  il 

ərzində iddia verilə bilər. 

5.5.  Düzgün  tutulmamış  və  ya  artıq  ödənilmiş  dövlət  rüsumunun  qaytarılması  qaydaları 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

M a d d ə   6 .

 Dövlət rüsumu tutan orqanların məsuliyyəti  

6.1. Dövlət rüsumu tutan idarə və təşkilatların vəzifəli şəxsləri rüsumun düzg ün tutulması 

və dövlət büdcəsinə vaxtında və tam köçürülməsi üçün məsuliyyət daşıyırlar. 

6.2.  Dövlət  rüsumunun  məbləğləri  barədə  məlumat  müvafiq  xidmət  göstərən  dövlət 

orqanının olduğu binanın (otağın) görünən yerində lövhədə yerləşdirilməlidir.

xvii[17]

 

M a d d ə   7 .



 Dövlət rüsumunun ödənilməsinə nəzarət  

Dövlət  rüsumunun  düzgün  hesablanmasına  və  vaxtında  dövlət  büdcəsinə  köçürülməsinə 

nəzarət müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. 

 

F ə s i l   I I  



DÖVLƏT RÜSUMUNUN DƏRƏCƏLƏRİ VƏ ÖDƏNİLMƏSİNİN XÜSUSİYYƏTLƏRİ 

 

M a d d ə   8 .



  Məhkəməyə  verilən  iddia  ərizələrinin  və  şikayətlərin,  hüquqi 

əhəmiyyət  kəsb  edən  faktların  müəyyən  edilməsi  barədə 

ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsi, 


məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsinə görə 

dövləi rüsumunun dərəcələri 

 

 



Dövlət rüsumu tutulmalı olan hərəkətlər 

Dövlət rüsumunun məbləği 

8.1. Məhkəməyə verilən iddia ərizələrindən:  

 

8.1.1. iddia qiyməti 110 manatdan çox olduqda; 



20 manat

xviii[18]

 

8.1.2. iddia qiyməti 110 manatdan çox olmadıqda 



3 manat

xix[19]


 

8.2. İddianın predmetinə dair müstəqil tələb irəli sürən üçüncü 

şəxslərin işə qoşulması barədə ərizələrindən:   

 

8.2.1. iddia qiyməti 110 manatdan çox olduqda; 



20 manat

xx[20]


 

8.2.2.İddia qiyməti 110 manatdan çox olmadıqda;  

3 manat

xxi[21]


 

8.2.3. hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi 

barədə ərizələrdən. 

3 manat


xxii[22]

 

8.3. Məhkəmə əmri haqqında ərizələrdən. 



10 manat

xxiii[23]

 

8.4. Apellyasiya və kassasiya şikayətlərindən:  



 

8.4.1. birinci instansiya məhkəməsinə müraciət edilərkən; 

bu Qanunun 8-ci maddəsində 

müəyyən edilmiş dövlət 

rüsumunun müvafiq olaraq 120 

və 150 faizi  

8.4.2. iş üzrə icraatın xitam verilməsindən, iddianın 

baxılmamış saxlanmasından, məhkəmə cərimələrinin 

qoyulması barədə şikayətlərdən; 

10 manat


xxiv[24]

 

8.4.3. mübahisəsiz qaydada (akseptsiz) ödənilən cərimələr 



üzrə icra və digər sənədin icra olunmasının təsdiqi barədə 

mübahisələr üzrə iddia ərizələrindən;  

6 manat

xxv[25]


 

8.4.4. qanunla mübahisəsiz qaydada (akseptsiz) tutulması 

nəzərdə tutulmayıbsa, dövlət orqanları, yerli özünüidarə 

orqanları və nəzarət funksiyalannı həyata keçirən digər 

orqanlar tərəfindən cərimələrin ödənilməsi barədə 

mübahisələr üzrə iddia ərizələrindən; 

20 manat

xxvi[26]


 

8.4.5. nəzarət funksiyasını həyata keçirən orqanlar tərəfindən 

qanunun və ya digər normativ-hüquqi aktın tələblərini 

pozmaqla mübahisəsiz qaydada (akseptsiz) pul vəsaitinin 

büdcədən qaytarılması barədə mübahisələr üzrə iddia 

ərizələrindən; 

5 manat

xxvii[27]



 

8.4.6. müəssisənin təsis sənədlərinin etibarsız hesab edilməsi, 

hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab 

edilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən;  

6 manat

xxviii[28]



 

8.4.7. vergi ödəmələri barədə mübahisələri üzrə iddia 

ərizələrindən; 

5 manat


xxix[29]

 

8.4.8. məhkəmə aktlarının və surətlərinin təkrarən verilməsinə 



görə; 

6 manat


xxx[30]

 

8.4.9. nikahın və təkrar nikahın ləğv olunması haqqında iddia 



ərizələrindən; 

5 manat


xxxi[31]

 

8.4.10. nikah ləğv edilərkən əmlak bölüşdürüldükdə;  



20 manat

xxxii[32]

 

8.4.11. yaşayış binalarının (mənzillərin) icarə müqavilələrinin 



dəyişdirilməsi və ya ləğv edilməsi, vərəsəliyin qəbul edilməsi 

müddətinin uzadılması, əmlak üzrə həbsin götürülməsi 

barədə iddia ərizələrindən qeyri-əmlak xarakterli və ya qiymət 

qoyulmayan digər iddia ərizələrindən;  

3 manat

xxxiii[33]



 

8.4.12. müqavilələrin dəyişdirilməsi və ya ləğv edilməsi 

barədə mübahisələr üzrə iddia ərizələrindən;  

6 manat


xxxiv[34]

 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə