Dövlət rüsumu haqqında azərbaycan respublikasinin qanunu f ə s I l I ümumi müDDƏalar



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə3/34
tarix02.04.2018
ölçüsü0,92 Mb.
#35759
1   2   3   4   5   6   7   8   9   ...   34

8.4.13. qanunda nəzərdə tutulan müqavilələr üzrə 

mübahisələrə dair və yaxud tərəflərin razılığı ilə mübahisənin 

iqtisad məhkəməsinin həllinə verilməsi barədə mübahisələr 

üzrə iddia ərizələrindən; 

10 manat

xxxv[35]


 

8.4.14. ixtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə 

nişanının və coğrafi göstəricinin mühafizəsi ilə bağlı ərizə və 

şikayətlərdən.

 xxxvi[36]

 

20 manat



xxxvii[37]

 

M a d d ə   9 .



  Məhkəməyə  verilən  iddia  ərizələrinin  və  şikayətlərin,  hüquqi 

əhəmiyyət  kesb  eden  faktların  müəyyən  edilməsi  barədə 

ərizələrin 

və 

məhkəmə 

qərarları 

barəsində 

şikayətlərin 

verilməsinə,  məhkəmə  tərəfindən  sənədlərin  surətinin  təkrar 

verilməsinə  görə  dövlət  rüsumundan  azad  edilməsi  və  dövlət 

rüsumunun ödənilməsinin xüsusiyyətləri  

9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 

9.1.1. əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar; 

9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar; 

9.1.3.  şikəstlik,  səhhətə  digər  xəsarətlər  yetirilməsinə  və  ya  ailəni  dolandıranın  ölümü 

nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar; 

9.1.4.  müəlliflik  mübahisələri  üzrə  -  müəlliflər,  müəlliflik  hüququ,  ixtiralar,  faydalı 

modellər,  sənaye  nümunələri,  habelə  əqli  mülkiyyətin  digər  növlərinə  dair  hüquqlardan  irəli 

gələn iddialar üzrə - iddiaçılar; 

9.1.5.  istehlakçıların  hüquqlarının  pozulması  ilə  əlaqədar  verdikləri  iddialar  üzrə  - 

iddiaçılar; 

9.1.6. zərərçəkənə və ya onun ailə üzvlərinə ödənilmiş müavinət və ya pensiya məbləğinin 

zərər vurandan tutulması barədə reqres iddialar üzrə - sosial sığorta orqanları və əhalinin sosial 

müdafiə mərkəzləri;  

9.1.7. sosial müdafiə vasitələrinin tələbi barədə iddialar üzrə - sosial təminat orqanları; 

9.1.8. borcludan tutulmalı olan, lakin borc tutan şəxsin hesabına keçirilməyən məbləğə görə 

iddialar üzrə - iddiaçılar; 

9.1.9.  cinayət  nəticəsində  dövlətə  vurulmuş  maddi  zərərin  ödənilməsi  barədə  prokuror 

tərəfindən verilən iddialar üzrə – iddiaçılar;  

9.1.10. aliment verməkdən, şikəst etmə və ya səhəti sair şəkildə zədələnmə ilə, habelə ailəni 

dolandıranın  ölümü  ilə  vurulan  ziyanı  ödəməkdən,  vergilərin  və  digər  məcburi  ödəmələrin 

tutulmasından boyun qaçıran şəxslərin axtarışı ilə əlaqədar xərclərin tələb olunması üzrə  – polis 

orqanları;  

9.1.11.  cinayət  işləri  və  aliment  işləri  ilə  əlaqədar  olaraq  vətəndaşlara,  müəssisələrə  və 

təşkilatlara sənədlər (arayışlar) verilməsi üçün – vətəndaş, müəssisə, idarə və təşkilatlar;  

9.1.12. inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – vətəndaş, inzibati orqanlar 

və vəzifəli şəxslər; 

9.1.13. qanunsuz olaraq qəti imkann  tədbiri  kimi  həbsə  alınmaqla,  yaxud həbs  və  ya  islah 

işləri  növündə  qanunsuz  olaraq  inzibati  tənbeh  verilməsi  ilə  fiziki  şəxsə  vurulmuş  zərərin 

ödənilməsi ilə əlaqədar mübahisələr üzrə - tərəflər; 

9.1.14. məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, 

bələdiyyələr; 



xxxviii[38]

 

9.1.15.  başqa  şəxslərin  hüquqlarının,  azadlıqlarının  və  qanunla  qorunan  mənafelərinin, 



dövlət mənafeyinin müdafiəsi üçün verilən ərizələr üzrə - dövlət orqanları; 

 

9.1.16. öz hüquqlarının müdafiəsi barədə ərizələr üzrə – yetkinlik yaşına çatmayanlar;  



9.1.17. məhkəmə qərardadlarından verilən şikayətlər üzrə  - işdə iştirak edən şəxslər;   


9.1.18. qiyabi icraat qaydasında qəbul edilmiş qərarlara yenidən baxılması haqqında birinci 

instansiya məhkəmələrinə verilən ərizələr üzrə - tərəflər; 

9.1.19.  yeni  açılmış  hallara  görə  qanuni  qüvvəye  minmiş  məhkəmə  aktlarına  yenidən 

baxılması üçün verilmiş ərizələr üzrə - tərəflər;  

9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və 

məcburi  köçkünlər,  habele  Çernobıl  AES-də  qəza  nəticəsində  şüa  xəstəliyinə  və  şüa  yükü  ilə 

əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər.  

9.1.21.  Hüquqi şəxsin  təqsiri  üzündən icra  sənədi  üzrə  borcludan  tutulmalı olan  məbləğin 

tutulmamasına görə ona qarşı iddialar üzrə – tələbkar; 

9.1.22. İcra üzrə icraat zamanı borclunun və ya onun əmlakının tapılması ilə əlaqədar elan 

olunmuş  axtarış  üzrə  xərcləri  ödəməkdən  borclu  imtina  etdikdə  və  ya  yayındıqda,  tələbkar 

tərəfindən çəkilmiş xərclərin əvəzinin ödənilməsi barədə iddialar üzrə – tələbkar. 

xxxix[39]

 

  



9.2. Məhkəmə aktlarının surəti işdə iştirak edən şəxslərə dövlət rüsumu alınmadan verilir. 

Məhkəmə aktları takrarən verildikdə dövlət rüsumu alınır.  

9.3.  Məhkəmədə  təkrar  verilmiş  iddialar  üzrə  dövlət  rüsumu  yenidən  ümumi  qaydada 

alınır.  

9.4.  İddiaçı  müəyyən  olunmuş  qaydada  dövlət  rüsumunu  ödəməkdən  azad  edilmişsə, 

dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət 

büdcəsinə köçürülür.  

a d d ə   1 0 .



  Notariat  kontorları  və  dövlət  orqanları  tərəfindən  notariat 

hərəkətlərinin aparılmasına

, notariatfəaliyyəti ilə məşğul olmaq üçün 

şəhadətnamənin  verilməsinə  və  onun  müddətinin  uzadılmasına

  görə 

dövlət rüsumunun dərəcələri

xl[40]

 

 

Dövlət rüsumu tutulmalı olan hərəkətlər 

Dövlət rüsumunun məbləği 

10.1. Daşınmaz əmlakın (mənzillərin, bağ evlərinin, 

qurğuların, tikililərin, torpaqların və başqa daşınmaz 

əmlakın) özgəninkiləşdirilməsi, mənzil sahələrinin və bağ 

evlərinin müvəqqəti istifadəyə verilməsi barədə 

müqavilələrin təsdiqi üçün: 

 

10.1.1. müqavilə üzrə əmlakın ərə (arvada), uşaqlara, 



valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya 

keçirsə; 

7 manat

xli[41]


 

10.1.2. müqavilə üzrə əmlak başqa vətəndaşlara və ya 

hüquqi şəxslərə keçirsə:

xlii[42]


 

 

Bakı şəhərində: 



110 manat 

digər şəhər və rayonlarda; 

44 manat

xliii[43]

 

10.1.3. müqavilə üzrə əmlak (torpaq istisna olmaqla) xarici 



hüquqi şəxsə və ya əcnəbiyə və ya vətəndaşlığı olmayan 

şəxsə keçərsə; 

şərti maliyyə vahidinin 400,0 misli 

xliv[44]


 

10.1.4. mənzil sahələrinin və bağ evlərinin müvəqqəti 

istifadəyə verilməsi üçün.  

7 manat


xlv[45]

 

10.2. Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi 



müqavilələrinin təsdiqi üçün: 

xlvi[46]

 

 



10.2.1. müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, 

valideynlərin, babanın, nənənin, qardaşın, bacının 

mülkiyyətinə keçirsə 

25 manat 

10.2.2. müqavilə üzrə əmlak digər vətəndaşın və ya hüquqi 

şəxsin mülkiyyətinə keçirsə

xlvii[47]

 

50 manat 



10.2.3. müqavilə üzrə əmlak xarici hüquqi şəxsin, əcnəbinin 

və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətinə keçirsə 

75 manat 

xlviii[48]

 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə