Dövlət rüsumu haqqında azərbaycan respublikasinin qanunu f ə s I l I ümumi müDDƏalar



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə5/34
tarix02.04.2018
ölçüsü0,92 Mb.
#35759
1   2   3   4   5   6   7   8   9   ...   34

11.1.1.  doğumu,  ölümü,  övladlığa  götürülməni  və  atalığı  (analığı)  təsdiqləyən  sənədləri 

almaq üçün; 

11.1.2. təminatlı kreditorun iştirakçısı olduğu girov müqaviləsi ilə bağlı notariat hərəkətləri 

aparılarkən dövlət rüsumu tutulmuşdursa, həmin müqavilədən irəli gələn borc öhdəliklərinin 

təmin  edilməsi  üçün  iflas  prosesi  zamanı  təminatlı  kreditor  ilə  əmlak  inzibatçısı  arasında 

bağlanmış saziş ilə əlaqədar notariat hərəkətləri üzrə - təminatlı kreditor və əmlak inzibatçısı; 

11.1.3.  mənzil  və  ya  ev  (evin  bir  hissəsi)  alqı-satqısı  və  dəyişdirilməsi  ilə  bağlı  notariat 

hərəkətləri  üzrə  -  birinci  qrup  işləməyən  əlillər,  sağlamlıq  imkanları  məhdud  18  yaşınadək 

şəxslər, qaçqınlar və məcburi köçkünlər; 

lxxxi[81]

 

11.1.4. Mülki-hüquqi əqdlərin  bağlanması  zamanı,  habelə  mənzil  (fərdi  ev)  alınması  və  ya 



dəyişdirilməsi  əqdləri  ilə  bağlı  notariat  hərəkətləri  üzrə  -  "Valideynlərini  itirmiş  və  valideyn 

himayəsindən  məhrum  olmuş  uşaqların  sosial  müdafiəsi  haqqında"  Azərbaycan 

Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən 

məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər və qəyyumluqda (himayədə) olan 

uşaqlar; 

11.1.5. pensiya, müavinət, yardım və alimentin alınması üçün verilən etibarnamələr üzrə. 

11.2. Notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək iki bank 

günü ərzində dövlət büdcəsinə köçürülür.  

Notarius tərəfindən notariat hərəkətlərinə görə dövlət rüsumunun qəbulu zamanı ödəyiciyə 

dövlət  rüsumunun  ödənilməsini  təsdiq  edən  rəsmi  sənədin  (mədaxil  qəbzi,  kassa  mədaxil 

orderi və s.) əsli verilir.

 lxxxii[82]

 

M a d d ə   1 2 .



  Vətəndaşlıq  vəziyyəti  aktlarının  dövlət  qeydiyyatı  üçün  dövlət 

rüsumunun dərəcələri 

Dövlət rüsumu tutulmalı olan hərəkətlər 

Dövlət rüsumunun məbləği 

12.1. Nikahın qeydə alınması üçün 

5 manat

lxxxiii[83]



 

12.2. Nikahın pozulmasının qeydə alınması üçün: 

 

12.2.1. yetkinlik yaşına çatmamış ümumi uşaqları 



olmayan ər-arvadın qarşılıqlı razılığı əsasında; 

6 manat


lxxxiv[84]

 

12.2.2. məhkəmə qətnaməsi əsasında (qətnamədə dövlət 



rüsumunun tərəflərdən hansının ödəməli olduğu 

göstərilmədikdə, qeydiyyat üçün birinci müraciət etmiş 

tərəfdən); 

11 manat


lxxxv[85]

 

12.2.3. digər tərəf müəyyən edilmiş qaydada xəbərsiz 



itkin düşmüş, yaxud fəaliyyət qabiliyyəti olmayan şəxs 

hesab edilmişsə, yaxud ən azı üç il müddətində 

azadlıqdanməhrum edilmiş şəxsdirsə. 

2 manat


lxxxvi[86]

 

12.3. Soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə 



alınması üçün.  

3 manat


lxxxvii[87]

 

12.4. Doğum, nikah və nikahın pozulması, ölüm haqqında 



akt qeydlərində dəyişikliklərin, düzəlişlərin və əlavələrin 

edilməsi və onların bərpası ilə əlaqədar şəhadətnamələrin 

verilməsi üçün.  

2 manat


lxxxviii[88]

 

12.5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması  



barədə təkrar şəhadətnamələrin verilməsi üçün. 

2 manat


lxxxix[89]

 

12.6. Xaricdə istifadə edilməsi məqsədi ilə verilən eyni cür 



şəhadətnamələr üçün.  

11 manat


xc[90]

 

12.7. Dənizçinin şəxsiyyət sənədinin verilməsi üçün.  



11 manat

 

xci[91]

 



M a d d ə   1 3 .

  Vətəndaşlıq  vəziyyəti  aktlarının  qeydə  alınması  üçün  dövlət 

rüsumunun ödənilməsindən azadolmalar 

Doğumun,  ölümün,  övladlığa  götürülmənin  və  atalığın  (analığın)  müəyyən  edilməsinin 

qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir.  

 

Maddə  13-1.  Müvafiq  sənədə  apostil  verilməsi  üçün  tutulan  dövlət  rüsumunun 



dərəcəsi

xcii[92]

 

 

 

Dövlət rüsumu tutulmalı olan hərəkətlər 



Dövlət rüsumunun məbləği 



Müvafiq sənədə apostil verilməsi. 

10 manat 

 

M a d d ə  



1 4 .  

Azərbaycan  Respublikası  vətəndaşlarına  və  Azərbaycan 

Respublikasında  daimi  yaşayan  vətəndaşlığı  olmayan  şəxslərə 

şəxsiyyət vəsiqəsi, habelə Azərbaycan Respublikasında 30 gündən 

artıq  yaşayan  əcnəbilərə  qeydiyyat  vəsiqəsi 

,  əcnəbiyə  və 

vətəndaşlığı  olmayan  şəxsə  Azərbaycan  Respublikasının  ərazisində 

müvəqqəti  və  ya  daimi  yaşamaq  üçün  icazə  vəsiqəsi,  müvəqqəti  olma 

müddətinin  uzadılması  barədə  qərar,  Azərbaycan  Respublikasında 

qaçqın  statusu  almış  şəxslərə  Qaçqın  vəsiqəsi  və  Yol  sənədinin 

verilməsi, 

Azərbaycan 

Respublikasının 

vətəndaşlığına 

qəbul,  

vətəndaşlığa  bərpa  və  ya  vətəndaşlıqdan  çıxmaq  üçün  dövlət 

rüsumunun dərəcələri

xciii[93]



 

 

Dövlət rüsumu tutulmalı olan hərəkətlər 

Dövlət rüsumunun məbləği 

14.1. Azərbaycan Respublikası vətəndaşlarına xaricə 

getmək hüququ verən ümumvətəndaş pasportlarının 

verilməsinə və ya dəyişdirilməsinə görə: 



xciv[94]

 

 



14.1.1. beş iş günü müddətində verildikdə və ya 

dəyişdirildikdə 

120 manat 

14.1.2. beş iş günündən sonrakı müddətdə verildikdə və 

ya dəyişdirildikdə, yaxud Azərbaycan Respublikası 

vətəndaşının və ya onunla gedən şəxslərin təcili 

müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun 

ağır xəstəliyi, ölümü və ya digər müstəsna hallarda iki 

gün müddətində verildikdə və ya dəyişdirildikdə 

40 manat 

14.2. Azərbaycan Respublikasının hüdudlarından 

kənara getməsi üçün Azərbaycan Respublikasında 

daimi yaşayan vətəndaşlığı olmayan şəxsə şəxsiyyət 

vəsiqəsinin verilməsinə görə. 

11 manat

xcv[95]


 

14.3. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət 

vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə 

görə:


xcvi[96]

 

 



14.3.1. üç iş günü müddətində verildikdə və ya 

dəyişdirildikdə 

10 manat 

14.3.2. üç iş günündən sonrakı müddətdə verildikdə və 

ya dəyişdirildikdə 

1 manat 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə