Dövlət rüsumu haqqında


Maddə 20-1. Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə dövlət rüsumundan azadolmalar



Yüklə 331,11 Kb.
səhifə4/5
tarix30.12.2017
ölçüsü331,11 Kb.
#18602
1   2   3   4   5

Maddə 20-1. Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə dövlət rüsumundan azadolmalar

20-1.1. Dövlət reyestrində dəyişikliklər rüsumsuz aparılır.

20-1.2. Dövlət orqanlarına və təsisçilərə sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışlar rüsumsuz verilir.

Maddə 21. Qiymətli kağızların qeydiyyata alınması (özəlləşdirmə qaydasında qeydiyyata alınması halları istisna olmaqla) və dövlət reyestrinə daxil edilməsi üçün dövlət rüsumunun dərəcələri

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

21.1. Qiymətli kağızların emissiya prospektinin qeydiyyata alınması üçün:




21.1.1. emissiya məbləği 99000 manatadək olduqda;

220 manat

21.1.2. emissiya məbləği 99000 manatdan 198000 manatadək olduqda;

440 manat

21.1.3. emissiya məbləği 198000 manatdan çox olduqda.

880 manat

21.2. Depozit sertifikatlarının emissiyasının dövlət qeydiyyatına alınması üçün.

1100 manat

21.3. Veksellərin dövlət reyestrinə daxil edilməsi üçün.

3 manat

21.4. Çeklərin dövlət reyestrinə daxil edilməsi üçün (hər bir çek kitabçası üçün).

1 manat

21.5. İpoteka kağızının dövlət qeydiyyatı üçün

5 manat

21.6. İpoteka kağızının əlavə qeydiyyatı üçün

2 manat

Maddə 22. Xüsusi razılıq (lisenziya) alınması tələb olunan sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi üçün dövlət rüsumunun dərəcələri

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

22.1. Xüsusi razılıq (lisenziya) alınması tələb olunan sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) alınması üçün təqdim edilmiş sənədlərə rəy verilməsinə görə.

11 manat

22.2. Xüsusi razılıq (lisenziya) alınması tələb olunan sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə.

110 manatdan—22000 manatadək

Maddə 23. Xüsusi razılıq (lisenziya) alınması tələb olunan sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi üzrə dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri

23.1. Xüsusi razılıq (lisenziya) alınması tələb olunan sahibkarlıq fəaliyyəti növlərinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi razılıq (lisenziya) verilməsinə görə dövlət rüsumunun məbləği müəyyən edilmədiyi hallarda dövlət rüsumu bu Qanunun 22.2-ci maddəsində müəyyən edilmiş minimal hədd məbləğində ödənilir.



23.2. Sərnişin və yük daşıma sahəsində bu Qanunun 22.2-ci maddəsində müəyyən edilmiş dövlət rüsumunun alınması hər bir nəqliyyat vasitəsinə görə həyata keçirilir.

23.2. Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinə görə alınmış dövlət rüsumu barədə hesabat xüsusi razılıq (lisenziya) verən icra hakimiyyəti orqanları tərəfindən rübdə bir dəfə rübdən sonrakı ayın 20-dək xüsusi razılıq (lisenziya) blanklarının onlara verilməsini təmin edən orqana təqdim edirlər.

23.3. Sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və ya fiziki şəxsin adının, təşkilati-hüquqi formasının dəyişdiyi halda və ya fəaliyyəti dayandırılmış xüsusi razılığın (lisenziyanın) bərpa edilməsi hallarında xüsusi razılıq (lisenziya) yenidən rəsmiləşdirilərkən dövlət rüsumu tutulmur.



Maddə 24. Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

24.1. Giriş-çıxış və tranzit gedişinə görə:




24.1.1. Azərbaycan Respublikasının avtomobil daşıyıcılarının başqa ölkələrə getməsi üçün:




24.1.1.1. Yük avtomobil daşıyıcılarına görə

hər bir icazə üçün 20 ABŞ dolları;

24.1.1.2. Sərnişin avtobusları üçün

hər bir icazə üçün 10 ABŞ dolları.

24.1.2. Beynəlxalq avtomobil daşımalarına aid Azərbaycan Respublikası ilə Hökumətlərarası Sazişi olan xarici dövlətlərin yük və sərnişin avtomobil daşıyıcıları üçün giriş-çıxış və tranzit keçid kvota ilə müəyyən edildiyindən artıq olduqda ödəniş haqqı:




24.1.2.1. Yük avtomobilləri üçün

hər bir icazə üçün—100 ABŞ dolları.

24.1.2.2. Sərnişin avtobusları üçün

hər bir icazə üçün—50 ABŞ dolları.

24.1.3. Beynəlxalq avtomobil daşımalarına aid Azərbaycan Respublikası ilə Hökumətlərarası Sazişi olmayan yük və sərnişin avtomobil daşıyıcıları üçün:




24.1.3.1. Yük avtomobilləri üçün

hər bir icazə üçün—150 ABŞ dolları.

24.1.3.2. Sərnişin avtobusları üçün

hər bir icazə üçün—75 ABŞ dolları.

24.2. Xarici avtomaşınların Azərbaycan Respublikası ərazisində yüklənməsinə görə.

hər bir icazə üçün 100 ABŞ dolları

24.3. Üçüncü ölkəyə və üçüncü ölkədən daşımalar üçün.

hər bir icazə üçün 600 ABŞ dolları

24.4. Xarici nəqliyyat vasitələrinin Azərbaycan Respublikası ərazisinə yüksüz daxil olması üçün:




24.4.1. yük avtonəqliyyat vasitələrinin yüksüz daxil olması üçün;

hər bir icazə üçün 350 ABŞ dolları

24.4.2. avtobusların sərnişinsiz daxil olması üçün.

hər bir icazə üçün 80 ABŞ dolları

24.5. İri tonnajlı xarici yük avtonəqliyyat vasitələrinin Bakı, Sumqayıt və Gəncə şəhərlərinə daxil olması üçün.

hər bir icazə üçün 25 ABŞ dolları

24.6. Dövlətlərarası sazişləri pozan xarici avtomobil daşıyıcıları Azərbaycan Respublikası ərazisindən çıxdıqda.

hər bir icazə üçün 400 ABŞ dolları

24.7. «Avropa Nəqliyyat Nazirlər Konfransı»nın jurnallarının satışı

hər bir vahidinə görə 500 ABŞ dolları.

Maddə 25. Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun tutulmasının xüsusiyyətləri

Azərbaycan Respublikasının avtomobil daşıyıcılarına digər dövlətlərdə bu Qanunla müəyyən edilmiş dövlət rüsumundan əlavə dövlət rüsumu tətbiq edildikdə həmin ölkələrin avtomobil daşıyıcılarına eyni qaydada dövlət rüsumu tətbiq edilir.



Maddə 26. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması üçün tutulan dövlət rüsumunun dərəcələri

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

26.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı ilə bağlı hərəkətlər:




26.1.1. daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi;

30 manat

26.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi

50 manat

26.2. Vərəsəlik nəticəsində əldə edilmiş hüquqların, bölünmə nəticəsində əvvəlki hüquq sahibində qalan hissə üzərindəki hüquqların, yüklülüyün (girov, ipoteka, icarə, istifadə, lizinq, servitut və s.), icarə və istifadə hüquqlarının yüklülüyünün və özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılması

20 manat

26.3. Tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində hüquqların qabaqcadan dövlət qeydiyyatı, məhv olmuş daşınmaz əmlakın və onun üzərindəki hüquqların dövlət qeydiyyatının ləğvi və dövlət reyestrindən məlumatın verilməsi

20 manat

26.4. İpotekanın təkrar və əlavə qeydiyyatı, girovun əlavə qeydiyyata alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın dublikatının verilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi

10 manat

26.5. Torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün mərzçəkmə işləri ilə bağlı pilonun vurulmasına görə — hər döngə nöqtəsi üçün

20 manat

26.6. Daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsinə görə

10 manat

Maddə 27. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi üzrə dövlət rüsumundan azadolmalar

27.1. Dövlətə öz əmlakını bağışlayan vətəndaşlardan, müəssisələrdən və təşkilatlardan dövlət rüsumu tutulmur.



27.2. Daşınmaz dövlət əmlakının bələdiyyə mülkiyyətinə keçməsi ilə əlaqədar mülkiyyət şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumu tutulmur.

Maddə 27-1. Qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması, ekspertizası, materialların tətbiqi, qiymətli daşların ekspertizası və diaqnostikası üçün dövlət rüsumunun dərəcələri

27-1.1. qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması (1 məmulat üçün)—2 manat;

27-1.2. qiymətli metalların, qiymətli daşların və onlardan hazırlanmış məmulatların və tərkibində qiymətli metallar olan materialların ekspertizası (1 ədəd üçün)—2 manat;

27-1.3. qiymətli daşların adlarının, kütləsinin və keyfiyyətinin təyin edilməsi (hər bir daş üçün)—20 qəpik;

27-1.4. qiymətli metal tərkibli məmulatların və materialların analiz edilməsi (1 ədəd üçün)—6 manat;

27-1.5. qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatları istehsalçılarının ad damğalarının qeydiyyatı:

27-1.5.1. ad damğasının ilk dəfə qeydiyyata alınması üçün—4 manat;

27-1.5.2. hər il yenidən qeydiyyata alınması üçün—2 manat.

Maddə 28. Dənizçilik sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumunun dərəcələri

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

28.1. Azərbaycan Respublikası Bayrağı altında üzmək hüququ (patent) haqqında Şəhadətnamənin verilməsi

50 manat

28.2. Berbout-çarter reyestrində qeydiyyata və ya təkrar qeydiyyata alınaraq gəmilərə Azərbaycan Respublikasının Bayrağı altında üzmək hüququ haqqında müvəqqəti Şəhadətnamənin verilməsi

50 manat

28.3. Dövlət Gəmi Reyestrində qeydiyyata və ya təkrar qeydiyyata alınaraq gəmilərə Mülkiyyət hüququ haqqında Şəhadətnamənin verilməsi

50 manat

28.4. Heyətin tərkibi haqqında Şəhadətnamənin verilməsi

40 manat

28.5. Neftlə çirklənmənin qarşısının alınması haqqında Şəhadətnamənin verilməsi

50 manat

28.6. Gəmi Reyestrindən çıxarışın verilməsi

25 manat

28.7. Gəminin «Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə»nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi

50 manat

28.8. Gəminin «Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə»nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi

50 manat

28.9. Limanın (liman məntəqəsinin) «Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə»nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi

50 manat

28.10. Dənizçilik şirkətinin «Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə»nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi

50 manat

28.11. Gəmi komandir və sıravi heyət üzvlərinə İxtisas şəhadətnamələrinin (işçi diplomların) və təsdiqnamələrin verilməsi

30 manat

28.12. Gəmi heyət üzvləri üçün hazırlıq kursları sertifikatlarının verilməsi

10 manat

28.13. Dənizçinin Qeyd Kitabçasının verilməsi

25 manat

28.14. Dənizçinin şəxsiyyət sənədinin verilməsi

30 manat

28.15. Kiçik həcmli gəmilərə gəmi biletinin verilməsi

10 manat

28.16. Mühərriksiz kiçik həcmli gəmilərin qeydiyyata alınması

5 manat

28.17. Mühərrikli kiçik həcmli gəmilərin qeydiyyata alınması:




28.17.1. Asma və stasionar mühərrikli gəmilər

5 manat

28.17.2. Yelkənli qayıqlar və yaxtalar

5 manat

28.17.3. Üzən nasoslar, torpaq sovuran qurğular

5 manat

28.18. Kiçik həcmli gəmilərə texniki baxışın keçirilməsi:




28.18.1. Asma və stasionar mühərrikli gəmilər

5 manat

28.18.2. Yelkənli qayıqlar və yaxtalar

5 manat

28.18.3. Üzən nasoslar, torpaq sovuran qurğular

5 manat

28.18.4. Kiçik həcmli gəmilərin dayanacağı üçün baza və körpülər

10 manat

28.18.5. Mühərriksiz kiçik həcmli gəmilər

5 manat

28.19. Kiçik həcmli gəmilərin gəmi reyestrindən çıxarış verilməsi

10 manat

28.20. Kiçik həcmli gəmilərin sürücülərinə sürücülük vəsiqələrinin verilməsi

15 manat

Maddə 29. Mülki aviasiya sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumunun dərəcələri

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

29.1. Aeroportlar və ya aerodromlara uyğunluq sertifikatının verilməsi

100 manat

29.2. Hava nəqliyyatı istismarçılarına sertifikatın verilməsi

100 manat

29.3. Mülki aviasiya sahəsində fəaliyyət göstərən digər subyektlərə uyğunluq sertifikatının verilməsi

100 manat

29.4. Mülki aviasiya sahəsində fəaliyyət göstərən digər subyektlərə uyğunluq sertifikatının təkrar verilməsi

50 manat

29.5. Hava gəmilərinə qeydiyyat şəhadətnaməsinin verilməsi

50 manat

29.6. Hava gəmisinin tipinin sertifikatının tanınması

50 manat

29.7. Hava gəmilərinə uçuşa yararlılıq sertifikatının verilməsi

50 manat

29.8. Hava gəmilərinə uçuşa yararlılıq sertifikatının müddətinin uzadılması

30 manat

29.9. Hava təhlükəsizliyi və aeronaviqasiya üçün istifadə olunan avadanlıqlara uyğunluq sertifikatının verilməsi

30 manat

29.10. Aviasiya təhlükəsizliyi üçün istifadə olunan avadanlıqlarının sertifikatının tanınması

30 manat

29.11. Xüsusi şəraitdə uçuşların yerinə yetirilməsinə icazə verilməsi

30 manat

29.12. Müntəzəm marşrutlara uçuş icazəsinin verilməsi

20 manat

29.13. Çarter marşrutlara uçuş icazəsinin verilməsi

30 manat

29.14. İATA-nın «Mülki Aviasiya rüsumu» ekonom sinif

1 avro

29.15. İATA-nın «Mülki Aviasiya rüsumu» biznes və birinci sinif

3 avro

Maddə 30. Standartlaşdırma və metrologiya sahəsində hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumunun dərəcələri

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

30.1. Məhsulların (işlərin, xidmətlərin) idarəetmə sistemlərinin (keyfiyyətin, ətraf mühitin, əməyin mühafizəsinin və təhlükəsizliyinin, ərzaq məhsullarının təhlükəsizliyinin və s.) sertifikatlaşdırılması:




30.1.1. Məhsulların (işlərin, xidmətlərin) istehsalına və idxal-ixracına sertifikatın verilməsi

20 manat

30.1.2. İdarəetmə sistemlərinə (keyfiyyətin, ətraf mühitin, əməyin mühafizəsinin və təhlükəsizliyinin, ərzaq məhsullarının təhlükəsizliyinin və s.) sertifikatın verilməsi

20 manat

30.1.3. İdarəetmə sistemlərinin (keyfiyyətin, ətraf mühitin, əməyin mühafizəsinin və təhlükəsizliyinin, ərzaq məhsullarının təhlükəsizliyinin və s.) yaradılması sahəsində fəaliyyəti həyata keçirən hüquqi və fiziki şəxslərin AZS Milli Sertifikatlaşdırma Sistemində qeydiyyatı

20 manat

30.2. Laboratoriya (sınaq və kalibrləmə) və sertifikatlaşdırma üzrə orqanın akkreditasiya olunması barədə attestatın verilməsi:




30.2.1. Sınaq və kalibrləmə laboratoriyalarının akkreditasiyası barədə attestatın verilməsi

20 manat

30.2.2. Sertifikatlaşdırma üzrə orqanın akkreditasiyası barədə attestatın verilməsi

20 manat

30.3. Standartlaşdırma sahəsində normativ sənədlərin dövlət qeydiyyatı və onlarda dəyişikliyin aparılması

2 manat

30.4. Ölçmə vasitələrinin tipinin təsdiqi, dövlət reyestrinə salınması və sınaqların aparılaraq attestatın verilməsi

20 manat

Yüklə 331,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə