Dövlət satınalmaları haqqında


M a d d ə 4 6 . İkimərhələli tender proseduru



Yüklə 51,42 Kb.
səhifə11/12
tarix14.09.2018
ölçüsü51,42 Kb.
#68515
növüQaydalar
1   ...   4   5   6   7   8   9   10   11   12

M a d d ə 4 6 . İkimərhələli tender proseduru


46.1. Bu Qanunun III və IV fəsillərinin müddəaları, bu maddə ilə həmin müddəalardan kənarlaşmaya yol verildiyi hallar istisna olmaqla ikimərhələli tender prosedurlarına da tətbiq edilir.

46.2. İkimərhələli tender prosedurlarının birinci mərhələsində bütün malgöndərənlərə (podratçılara) ilkin tender təklifini onun qiymətini göstərmədən təqdim etmək təklif olunur. Bu halda tenderin əsas şərtlər toplusunda malların (işlərin və xidmətlərin) texniki, keyfiyyət və ya digər xüsusiyyətlərinə aid tələblər, habelə satınalma müqaviləsinin şərtləri, müvafiq hallarda isə malgöndərənlərin (podratçıların) peşə və texniki səriştəsinə və ixtisas göstəricilərinə dair şərtlər nəzərdə tutula bilər.

46.3. Birinci mərhələdə satınalan təşkilat bu Qanunun 11, 12 və ya 36.5-ci maddələrinə müvafiq surətdə tender təklifi rədd edilməmiş istənilən malgöndərən (podratçı) ilə onun tender təklifinin hər hansı cəhəti barədə danışıqlar apara bilər.

46.4. İkimərhələli tender prosedurlarının ikinci mərhələsində satınalan təşkilat tender təklifi rədd edilməmiş malgöndərənlərə (podratçılara) malların (işlərin və xidmətlərin) özünəməxsus xüsusiyyətlərinin məcmusu barədə qiymətləri göstərməklə yekun tender təkliflərini verməyi təklif edir.

46.5. Tender prosedurlarının birinci mərhələsində xüsusiyyətləri əks edən sənədlər hazırlanarkən satınalan təşkilat satın alınan malların (işlərin və xidmətlərin) texniki və keyfiyyət xarakteristikasının hər hansı cəhətini, həmçinin tender təkliflərinin qiymətləndirilməsi, müqayisəsi və qalib tender təklifinin müəyyənləşdirilməsi üçün hər hansı meyarları çıxarmaq və ya dəyişdirmək, habelə bu Qanuna uyğun yeni xarakteristikaları və ya meyarları əlavə etmək hüququna malikdir. Hər hansı bu cür dəyişiklik və ya əlavə barədə məlumat malgöndərənlərə (podratçılara) yekun tender təklifini vermək haqqında dəvət göndərilərkən bildirilir.

46.6. Yekun tender təklifini vermək istəməyən hər hansı malgöndərən (podratçı) tender təklifinin təminatına (əgər belə təminat tələb olunmuşdursa) hüququnu itirmədən tender prosedurlarından çıxa bilər.

46.7. Yekun tender təklifləri bu Qanunun 36.7-ci maddəsinə uyğun qalib gələn tender təklifinin müəyyənləşdirilməsi üçün qiymətləndirilir və müqayisə edilir.

M a d d ə 4 7 . Məhdud iştiraklı və qapalı tender prosedurları


47.1. Satınalan təşkilat bu Qanunun 19.2.1-ci maddəsində göstərilmiş əsaslarla məhdud iştiraklı tender keçirirsə, satın alınacaq malların (işlərin və xidmətlərin) olduğu bütün malgöndərənlərdən (podratçılardan) tender təklifləri cəlb edir.

47.2. Satınalan təşkilat bu Qanunun 19.2.2-ci maddəsində göstərilmiş əsaslarla məhdud iştiraklı və ya 19.3-cü maddəsinə əsasən qapalı tender keçirirsə, rəqabəti təmin edəcək sayda 3dən az olmamaq şərti ilə malgöndərənləri (podratçıları) cəlb edir və onlar arasında ayrıseçkiliyə yol verməməklə müsabiqə keçirir.

47.3. Bu Qanunun III və IV fəsillərinin müddəaları, əgər bu maddədə həmin müddəalardan kənarlaşma nəzərdə tutulmursa, məhdud iştiraklı və ya qapalı tender prosedurlarına da şamil edilir.

47.4. Satınalan təşkilat məhdud iştiraklı tender keçirirsə, iddiaçılarda bu tenderə maraq oyatmaq məqsədi ilə dövlət qəzetində bildiriş dərc etdirir.


M a d d ə 4 8 . Təkliflər sorğusu proseduru


48.1. Satınalan təşkilat əməli cəhətdən məqsədəuyğun sayda üçdən az olmamaq şərti ilə malgöndərənlərdən (podratçılardan) təklifləri cəlb edir.

48.2. Satınalan təşkilat təkliflərin verilməsinə maraq oyatmaq məqsədi ilə yerli və beynəlxalq miqyasda geniş yayılan mətbuat orqanında bildiriş dərc etdirir.17

48.3. Satınalan təşkilat təkliflərin qiymətləndirilməsi üçün meyarları, hər belə meyarın nisbi qiymətini və təkliflərin qiymətləndirilməsi zamanı tətbiqi qaydasını müəyyənləşdirir. Bu meyarlar aşağıdakılara aiddir:

48.3.1. malgöndərənin (podratçının) idarəetmə və texniki səriştəsinə;

48.3.2. malgöndərənin (podratçının) təklifinin satınalan təşkilatın ehtiyaclarının ödənilməsi baxımından səmərəliliyinə;

48.3.3. malgöndərən (podratçı) tərəfindən təklif olunan malların (işlərin) qiymətlərinə və çəkiləcək istismar, xidmət və təmir (ehtiyat hissələri ilə təmin olunması) xərclərinə.

48.4. Satınalan təşkilatın malgöndərənlərə (podratçılara) təqdim etdiyi təkliflər sorğusunda ən azı aşağıdakılar göstərilir:

48.4.1. satınalan təşkilatın adı və ünvanı;

48.4.2. təklifin uyğun gəlməli olduğu texniki və başqa parametrlər də daxil olmaqla, satınalmaya tələbatın təsviri, həmçinin işlərin satın alındığı halda - onların yerinə yetirilməli olduğu yer, xidmətlərin satın alındığı halda isə - onların göstərilməli olduğu yer;

48.4.3. təkliflərin qiymətləndirilməsi üçün imkan daxilində kəmiyyətlə ifadə olunan və nisbi qiyməti göstərilən meyarlar, habelə təkliflərin qiymətləndirilməsi zamanı onların tətbiqi qaydası;

48.4.4. nəzərdə tutulan formalar və hər hansı təlimatlar, o cümlədən konkret təkliflə bağlı tətbiq edilə bilən hər hansı müvafiq müddətlər.

48.5. Təkliflər sorğusunun hər hansı şəkildə dəyişdirilməsi və ya izahı, o cümlədən təkliflərin qiymətləndirilməsi üçün bu Qanunun 48.3-cü maddəsində göstərilən meyarların dəyişdirilməsi təkliflər sorğusu prosedurlarında iştirak edən bütün malgöndərənlərə

(podratçılara) bildirilir.

48.6. Satınalan təşkilat təkliflərə elə tərzdə baxır ki, onların məzmununun bir-biri ilə rəqabət aparan malgöndərənlərə (podratçılara) məlum olmasına yol verilməsin.

48.7. Aşağıdakı şərtlərə əməl edilərsə, satınalan təşkilat malgöndərənlər (podratçılar) ilə onların təklifləri barəsində müzakirələr apara bilər, həmin təkliflərə yenidən baxılmasını təklif edə və ya yenidən baxılmasına icazə verə bilər:

48.7.1. satınalan təşkilat ilə malgöndərən (podratçı) arasında hər hansı müzakirələr məxfi xarakter daşıyır;

48.7.2. bu Qanunun 10-cu maddəsi nəzərə alınmaqla, müzakirələri aparan tərəflərin heç biri digər tərəfin razılığı olmadan bu müzakirələrə aid hər hansı qiyməti, texniki və ya digər məlumatları heç bir başqa şəxsə açmır;

48.7.3. təklif vermiş və təklifi rədd edilməmiş bütün malgöndərənlərə (podratçılara) müzakirələrdə iştirak etmək imkanı verilir.

48.8. Müzakirələr başa çatdıqdan sonra satınalan təşkilat prosedurlarda iştirakı davam etdirən bütün malgöndərənlərdən (podratçılardan) onların təkliflərinin bütün cəhətləri barəsində ən yaxşı və son ofertanı müəyyən tarixədək təqdim etməyi xahiş edir.

48.9. Təklifləri qiymətləndirərkən satınalan təşkilat aşağıdakı üsulları tətbiq edir:

48.9.1. yalnız bu Qanunun 48.3-cü maddəsində nəzərdə tutulan və təkliflər sorğusunda göstərilən meyarlar nəzərə alınır;

48.9.2. təklifin satınalan təşkilatın ehtiyaclarının ödənilməsi baxımından səmərəliliyinə təklifin qiymətindən ayrılıqda baxılır;

48.9.3. satınalan təşkilat təklifin qiymətinə yalnız texniki qiymətləndirmə başa çatdıqdan sonra baxır.

48.10. Satınalan təşkilat təkliflərin qiymətləndirilməsi üçün təkliflər sorğusunda göstərilmiş meyarlara, həmçinin həmin meyarların nisbi qiymətinə və tətbiqi qaydasına uyğun müəyyənləşdirilmiş tələbatmı daha dolğun ödəyən təklif vermiş malgöndərən (podratçı) ilə satınalma müqaviləsi bağlayır.



Yüklə 51,42 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə