Dövlət satınalmaları haqqında


M a d d ə 4 9 . Kotirovkalar sorğusu proseduru



Yüklə 51,42 Kb.
səhifə12/12
tarix14.09.2018
ölçüsü51,42 Kb.
#68515
növüQaydalar
1   ...   4   5   6   7   8   9   10   11   12

M a d d ə 4 9 . Kotirovkalar sorğusu proseduru


49.1. Satınalan təşkilat əməli cəhətdən məqsədəuyğun sayda, 3-dən az olmamaq şərti ilə, malgöndərənlərdən (podratçılardan) kotirovkalar cəlb edir.

49.2. Satınalan təşkilat kotirovkalar sorğusu verilən hər bir malgöndərənə (podratçıya) malların (işlərin və xidmətlərin) qiymətinə onların öz dəyərindən əlavə hər hansı başqa xərclərin (nəqliyyat və sığorta xərclərinin, gömrük rüsumlarının, vergilərin və s.) daxil olubolmadığını bildirir.

49.3. Hər malgöndərən (podratçı) yalnız bir qiymət kotirovkası təqdim edə bilər və onun öz kotirovkasını dəyişməsinə icazə verilmir. Satınalan təşkilat ilə malgöndərən (podratçı) arasında həmin malgöndərənin (podratçının) təqdim etdiyi kotirovka barədə heç bir danışıq aparılmır.

49.4. Satınalan təşkilatın tələbatını təmin edən ən aşağı qiymət kotirovkası təqdim etmiş malgöndərən (podratçı) ilə satınalma müqaviləsi bağlanılır.


M a d d ə 5 0 . Bir mənbədən satınalma proseduru


50.1. Bu Qanunun 21-ci maddəsində göstərilmiş şərtlərə əməl etməklə satınalan təşkilat təklifi və qiymət kotirovkasını cəlb etmək yolu ilə malları (işləri və xidmətləri) bir malgöndərəndən (podratçıdan) satın ala bilər.

50.2. Malgöndərən (podratçı) tərəfindən təklif edilən malların (işlərin və xidmətlərin) qiymətlərinin müəyyənləşdirilməsi məqsədi ilə satınalan təşkilat bu Qanunun 27-ci maddəsinə uyğun olaraq onların ehtimal olunan qiymətini hesablayır.

V I I f ə s i l

ƏLAVƏ MÜDDƏALAR

M a d d ə 5 1 . Satınalma müqaviləsinin qiymətində dəyişiklik


51.1. Satınalma müqaviləsinin yerinə yetirilməsi müddətində, satınalan təşkilatla qalib gəlmiş iddiaçının fəaliyyətindən asılı olmayan səbəblərə görə müqavilənin qiymətində dəyişikliklər edilməsi qaydaları tenderin əsas şərtlər toplusunda nəzərdə tutulmalı və dəyişikliklər yalnız bu şərtlər daxilində həyata keçirilməlidir.

51.2. Malların (işlərin və xidmətlərin) qiymətlərində dəyişikliklərin satınalma müqaviləsinə təsirinin hesablanması üsulu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. M a d d ə 5 2 . Tender qalibinin iflasa uğraması

52.1. Tender qalibi iflasa uğradıqda satınalma müqaviləsi ləğv olunmuş sayılır.

52.2. İflasa uğramış tender qalibinin hüquq varisi varislik hüququnu aldıqdan sonrakı 10 bank günü ərzində tender qalibinin satınalma müqaviləsi üzrə götürdüyü öhdəlikləri yerinə yetirmək haqqında satınalan təşkilata yazılı müraciət edərsə, həmin müqavilənin şərtləri əsas götürülməklə, satınalan təşkilatla tender qalibinin varisi arasında malların (işlərin və xidmətlərin) satın alınmasının başa çatdırılması haqqında yeni müqavilə bağlanır.

52.3. İflasa uğramış tender qalibinin hüquq varisi varislik hüququnu aldıqdan sonrakı 10 bank günü ərzində tender qalibinin satınalma müqaviləsi üzrə götürdüyü öhdəlikləri yerinə yetirmək haqqında satınalan təşkilata yazılı müraciət etməzsə, satınalan təşkilatın tender qalibinə hər növ borcu, əgər varsa, ləğv olunmuş sayılır. Bu halda satınalan təşkilat həmin malların (işlərin və xidmətlərin) satın alınması üzrə yeni tender keçirə bilər.

M a d d ə 5 3 . Sığorta

53.1. Dövlət vəsaiti hesabına həyata keçirilən satınalmalar Azərbaycan Respublikasının qanunvericilik aktlarında və normativ hüquqi sənədlərində nəzərdə tutulmuş qaydada sığortalanır.

53.2. Satınalan təşkilat sığortanı məcburi sayırsa, bunu tenderin əsas şərtlər toplusunda və satınalma müqaviləsində əks etdirməlidir.


M a d d ə 5 4 . Satınalmanın sənədlər toplusu


54.1. Hər bir satınalma üzrə satınalan təşkilat tərəfindən sənədlər toplusu hazırlanır. Satınalmanın sənədlər toplusuna aşağıdakılar daxil edilir:

54.1.1. satınalmanın keçirilməsi haqqında satınalan təşkilatın təsdiq edilmiş qərarı;

54.1.2. satınalmanın keçirilməsi haqqında elanın dərc edildiyi qəzetlərin və əgər varsa, reklam və bildiriş tipli materialların nüsxələri;

54.1.3. tenderin əsas şərtlər toplusu və ya təkliflərin, ofertaların, kotirovkaların cəlb edilməsinə dair sənədlər toplusu;

54.1.4. bütün iddiaçıların satınalma prosedurlarında iştirak haqqında müraciətləri, iştirak haqqını ödəmələri barədə bank sənədləri, tenderə təqdim etdikləri təkliflər;

54.1.5. satınalmanın nəticələri haqqında tender komissiyasının yekun protokolu və tender prosedurlarına dair digər protokollar;

54.1.6. bağlanan satınalma müqavilələri;

54.1.7. satınalma müqaviləsi uzunmüddətlidirsə və ya mərhələlərlə həyata keçirilirsə, icrasının gedişi haqqında mütəmadi məlumatları;

54.1.8. satınalan təşkilatla malgöndərən (podratçı) arasında satınalma müqaviləsinin icrası və mübahisəli məsələlərin həlli ilə əlaqədar sənədlər;

54.1.9. tender xərclərinin ödənişi ilə bağlı sənədlər;

54.1.10. satınalma müqaviləsinin tam yerinə yetirilməsi haqqında satınalan təşkilatla malgöndərənin (podratçının) birgə aktı.

54.2. Satınalmanın sənədlər toplusu satınalmanın keçirilməsi haqqında qərarın qəbul edildiyi gündən yığılmağa başlanır və satınalma müqaviləsi tam yerinə yetirildikdən sonrakı 20 bank günü ərzində bitirilir və 5 il ərzində satınalan təşkilatda saxlanılır, sonra müəyyənləşdirilmiş qaydada arxivə verilir.

V I I I f ə s i l

ŞİKAYƏT VERİLMƏSİ

M a d d ə 5 5 . Şikayət vermək hüququ


55.1. Satınalan təşkilatın bu Qanunla müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü və ya düşəcəyini bəyan edən malgöndərənin (podratçının) qanunvericiliklə müəyyənləşdirilmiş qaydada şikayət vermək hüququ vardır.

55.2. Bu Qanuna görə aşağıdakılar şikayət obyekti ola bilməz:

55.2.1. satınalma metodunun seçilməsi;

55.2.2. satınalma prosedurlarının dövlət mənsubiyyətinə görə məhdudlaşdırılması;

55.2.3. satınalan təşkilatın bütün tender təkliflərini, ofertaları və ya kotirovkaları rədd etmək qərarı;

M a d d ə 5 6 . Satınalan təşkilata və ya təsdiq edən orqana şikayət


56.1. Satınalma müqaviləsi qüvvəyə minənə qədər, şikayət yazılı şəkildə satınalan təşkilatın rəhbərinə verilir (əgər şikayət satınalan təşkilatın hər hansı hərəkəti, qərarı və ya istifadə etdiyi prosedurla bağlıdırsa və həmin hərəkət, qərar və ya prosedur bu Qanuna müvafiq surətdə hər hansı orqan tərəfindən təsdiq edilmişdirsə, şikayət bu orqanın rəhbərinə verilir).

56.2. Şikayət ona əsas vermiş hallardan malgöndərənin (podratçının) xəbər tutduğu və ya xəbər tutmalı olduğu vaxtdan 15 bank günü keçdikdən sonra verilmişdirsə, satınalan təşkilatın (və ya təsdiq edən orqanın) rəhbəri şikayətə baxmır.

56.3. Şikayət onu vermiş malgöndərən (podratçı) ilə satınalan təşkilat arasında qarşılıqlı razılaşma yolu ilə aradan qaldırıla bilinmirsə, satınalan təşkilatın (və ya təsdiq edən orqanının) rəhbəri həmin şikayətin verildiyi vaxtdan 20 bank günü ərzində yazılı qərar çıxarır, qərarda onun səbəbləri əsaslandırılır və şikayət tam və ya qismən təmin edilirsə, vəziyyətin düzəldilməsi üçün görüləcək tədbirlər göstərilir.

56.4. Satınalan təşkilatın (və ya təsdiq edən orqanın) rəhbəri bu Qanunun 56.3-cü maddəsində göstərilən müddət ərzində qərar çıxarmırsa, şikayəti vermiş malgöndərən (podratçı və ya satınalan təşkilat) bundan dərhal sonra 57 və ya 60-cı maddələrə uyğun şikayət vermək hüququ qazanır. Belə şikayət verildikdən sonra satınalan təşkilatın (və ya təsdiq edən orqanın) rəhbəri şikayətə baxmaq səlahiyyətini itirir.

56.5. Bu Qanunun 57-ci və ya 60-cı maddələrinə uyğun şikayət verilmirsə, satınalan təşkilatın (və ya təsdiq edən orqanın) rəhbərinin qərarı qəti qərar sayılır.

M a d d ə 5 7 . İnzibati qaydada şikayət vermə


57.1. Bu Qanunun 55-ci maddəsinə uyğun şikayət vermək hüququ olan malgöndərən (podratçı) aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanına şikayət verə bilər:

57.1.1. satınalma müqaviləsinin qüvvəyə minməsi səbəbindən şikayət 56-cı maddəyə uyğun verilə bilməzsə və ya şikayətə həmin maddəyə uyğun baxıla bilməzsə (bu şərtlə ki, şikayət ona əsas vermiş hallardan malgöndərənin (podratçının) xəbər tutduğu və ya xəbər tutmalı olduğu vaxtdan 15 bank günü keçənədək verilsin);

57.1.2. satınalma müqaviləsinin qüvvəyə minməsi səbəbindən satınalan təşkilatın rəhbəri şikayətə baxmırsa (bu şərtlə ki, şikayət ona baxılmaması haqqında qərar çıxarıldıqdan sonra 15 bank günü ərzində verilsin);

57.1.3. bu Qanunun 56.4-cü maddəsinə müvafiq surətdə (bu şərtlə ki, şikayət 56.3-cü maddədə göstərilən müddət qurtardıqdan sonra 15 bank günü ərzində verilsin);

57.1.4. həmin malgöndərən (podratçı) satınalan təşkilatın (və ya təsdiq edən orqanın) rəhbərinin bu Qanunun 56-cı maddəsinə uyğun çıxardığı qərar nəticəsində zərərə düşdüyünü iddia edirsə (bu şərtlə ki, şikayət qərar çıxarıldıqdan sonra 15 bank günü ərzində verilsin).

57.2. Müvafiq icra hakimiyyəti orqanı şikayəti aldıqdan sonra dərhal bu barədə satınalan təşkilata (və ya təsdiq edən orqana) bildiriş göndərir.

57.3. Müvafiq icra hakimiyyəti orqanı şikayəti rədd etmirsə, aşağıdakı hüquqi müdafiə vasitələrindən birini və ya bir neçəsini tövsiyə edə bilər:

57.3.1. şikayətin predmetinə aid məsələləri tənzimləyən hüquq normalarını və ya prinsiplərini müəyyənləşdirmək;

57.3.2. satınalan təşkilata qanunsuz hərəkətlər etməyi və ya qanunsuz qərarlar qəbul etməyi və ya qanunsuz prosedurlar tətbiq etməyi qadağan etmək;

57.3.3. qanunsuz hərəkətlər etmiş və ya qanunsuz prosedurlar tətbiq etmiş və ya qanunsuz qərarlar qəbul etmiş satınalan təşkilatı qanuni hərəkət etməyə və ya qanuni prosedurlar tətbiq etməyə və ya qanuni qərar qəbul etməyə məcbur etmək;

57.3.4. satınalan təşkilatın qanunsuz hərəkətini dayandırmaq və ya qanunsuz qərarını tam və ya qismən ləğv etmək;

57.3.5. satınalan təşkilatın qanunsuz qərarına yenidən baxmaq və ya onun əvəzinə öz qərarını qəbul etmək;

57.3.6. kompensasiya ödənilməsi barədə iddia qaldırmaq;

57.3.7. satınalma prosedurlarına xitam verilməsi barədə sərəncam vermək.

57.4. Müvafiq icra hakimiyyəti orqanı baxılan şikayət üzrə 20 bank günü ərzində yazılı qərar çıxarır, həmin qərarda onun səbəblərini əsaslandırır və təqdim edilmiş hüquqi müdafiə vasitələrini göstərir (əgər belə müdafiə vasitələri təqdim edilirsə).

57.5. Bu Qanunun 60-cı maddəsinə müvafiq surətdə iddia verilmirsə, belə qərar qəti qərar sayılır.


M a d d ə 5 8 . Bu Qanunun 56 və 57-ci maddələrinə uyğun verilmiş şikayətlərə baxılması zamanı tətbiq olunan bəzi normalar


58.1. Bu Qanunun 56 və 57-ci maddələrinə uyğun şikayət verildikdən dərhal sonra satınalan təşkilatın (və ya təsdiq edən orqanın) və ya müvafiq icra hakimiyyəti orqanının rəhbəri satınalma prosedurlarında iştirak edən və bu şikayətə aidiyyəti olan bütün malgöndərənlərə (podratçılara) şikayətin verilməsi və onun məzmunu barədə bildiriş göndərir.

58.2. Şikayət verilməsi prosedurları nəticəsində maraqlarına toxunulan və ya toxunula bilən hər hansı malgöndərənin (podratçının) və ya dövlət orqanının şikayət vermək hüququ vardır. Şikayət etməmiş malgöndərən (podratçı) sonradan eyni tələblə müraciət hüququndan məhrum olur.

58.3. Satınalan təşkilatın (və ya təsdiq edən orqanın) və ya müvafiq icra hakimiyyəti orqanının rəhbərinin qərarının bir nüsxəsi qərar çıxarılmasından 3 bank günü keçənədək şikayəti vermiş malgöndərənə (podratçıya), satınalan təşkilata və şikayətin baxılmasında iştirak etmiş hər hansı digər malgöndərənə (podratçıya) və ya dövlət orqanına göndərilir.

M a d d ə 5 9 . Satınalma prosedurlarının dayandırılması


59.1. Bu Qanunun 56 və 57-ci maddələrinə uyğun vaxtında verilən şikayət əsaslı olduqda, şikayətin araşdırılması məqsədi ilə satınalma proseduru 7 bank günü müddətinə dayandırılır. Şikayətə satınalma prosedurlarının dayandırıldığı müddət ərzində baxılır.

59.2. Satınalma müqaviləsi qüvvəyə mindiyi halda, bu Qanunun 57-ci və 59.1-ci maddələrinə uyğun, habelə vaxtında verilən şikayət əsasında iddianı araşdırmaq məqsədi ilə satınalma müqaviləsinin icrası 7 bank günü müddətinə dayandırılır.

59.3. Şikayət vermiş malgöndərənin (podratçının) hüquqlarının təmin edilməsi məqsədi ilə və ya şikayətə baxılması prosedurlarının başlanması üçün satınalan təşkilatın (və ya təsdiq edən orqanın) rəhbəri satınalma prosedurlarının bu Qanunun 59.1-ci maddəsinə uyğun dayandırılması müddətini, müvafiq icra hakimiyyəti orqanının rəhbəri isə 59.2-ci maddəyə uyğun dayandırılması müddətini şikayət verilməsi prosedurları başa çatanadək, lakin ən çoxu 15 bank gününədək uzada bilər.

59.4. Satınalan təşkilatın bu maddəyə uyğun qəbul etdiyi bütün qərarlar, onların qəbul edilməsi əsasları və şərtləri satınalma prosedurları haqqında hesabata daxil edilir.


M a d d ə 6 0 . Məhkəmə qaydasında şikayət


Azərbaycan Respublikasının məhkəmələri bu Qanunun 55-ci maddəsinə uyğun irəli sürülmüş iddialara, şikayətə baxan orqanların qərarlarından verilmiş şikayətlərə və ya həmin orqanların bu Qanunun 56, 57 və 59-cu maddələrində müəyyənləşdirilmiş müddətlərdə qəbul etmədikləri qərarlara məhkəmə qaydasında baxılmasında səlahiyyətlidirlər.

M a d d ə 6 1 . Bu Qanunun pozulmasına görə məsuliyyət


Bu Qanunun pozulmasında təqsiri olanlar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan qaydada məsuliyyət daşıyırlar.

M a d d ə 6 2 . "Tender haqqında" Azərbaycan Respublikası Qanununun qüvvədən düşməsi


Bu Qanunun qüvvəyə minməsi ilə "Tender haqqında" Azərbaycan Respublikası Qanunu qüvvədən düşmüş hesab edilir.

M a d d ə 6 3 . Qanunun qüvvəyə minməsi


Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 27 dekabr 2001-ci il



№ 245-IIQ

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI



  1. 22 noyabr 2002-ci il tarixli 382-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 706)

  2. 21 oktyabr 2005-ci il tarixli 1030-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1083)

  3. 20 oktyabr 2006-cı il tarixli 167-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1005)

  4. 12 fevral 2010-cu il tarixli 954-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 mart 2010-cu il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 03, maddə 173)

  5. 5 mart 2010-cu il tarixli 972-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 aprel 2010-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 276)

  6. 19 yanvar 2016-cı iltarixli 105-VQDnömrəliAzərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 mart 2016-cı il, № 47)

  7. 4 mart 2016-cı iltarixli 158-VQDnömrəliAzərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 12 aprel 2016-cı il, № 76)



QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



      1. 4 mart 2016-cı iltarixli 158-VQDnömrəliAzərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 12 aprel 2016-cı il, № 76) ilə 1-ci maddədə “Bu Qanun” sözləri “1.1. Bu Qanun, bu Qanunun 1.2ci maddəsinin müddəaları nəzərə alınmaqla, ” sözləri ilə əvəz edilmişdir.



      1. 4 mart 2016-cı iltarixli 158-VQDnömrəliAzərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 12 aprel 2016-cı il, № 76) ilə yeni məzmunda 1.2-ci maddə əlavə edilmişdir.



      1. 19 yanvar 2016-cı iltarixli 105-VQDnömrəliAzərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 mart 2016-cı il, № 47) ilə 2-ci maddənin on beşinci abzası yeni redaksiyada verilmişdir.



      1. 12 fevral 2010-cu il tarixli 954-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 mart 2010-cu il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 03, maddə 173) ilə 4.1.7-ci maddə əlavə edilmişdir.



      1. 20 oktyabr 2006-cı il tarixli 167-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1005) ilə 5.3-cü maddəsinə ikinci cümlə əlavə edilmişdir.

12 fevral 2010-cu il tarixli 954-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 mart 2010-cu il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 03, maddə 173) ilə 5.3-cü maddənin birinci cümləsində “etdirilir” sözündən sonra “və rəsmi internet saytında yerləşdirilir” sözləri əlavə edilmişdir.



      1. 12 fevral 2010-cu il tarixli 954-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu

(“Azərbaycan” qəzeti, 20 mart 2010-cu il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 03, maddə 173) ilə 11.1-ci maddədə və 41.1-ci maddənin birinci cümləsində “etdirir” sözündən sonra “və rəsmi internet saytında yerləşdirir” sözləri əlavə edilmişdir.



      1. 12 fevral 2010-cu il tarixli 954-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu

(“Azərbaycan” qəzeti, 20 mart 2010-cu il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,

2010-cu il, № 03, maddə 173) ilə 17.2-ci maddənin ikinci cümləsində “məqsədi ilə” sözlərindən sonra “bir büdcə ili ərzində müvafiq xərc maddəsində nəzərdə tutulmuş vəsait hesabına” sözləri əlavə edilmişdir.



      1. 4 mart 2016-cı iltarixli 158-VQDnömrəliAzərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 12 aprel 2016-cı il, № 76) ilə 19.3-cü maddədən “ərzaq,” sözü çıxarılmışdır.



      1. 12 fevral 2010-cu il tarixli 954-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu

(“Azərbaycan” qəzeti, 20 mart 2010-cu il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 03, maddə 173) ilə 22.1-ci maddənin dördüncü abzasında “tender elanını” sözlərindən əvvəl “tender komissiyası tərəfindən tenderin əsas şərtlər toplusu və tender elanı təsdiq edildikdən sonra” sözləri əlavə edilmişdir.



      1. 12 fevral 2010-cu il tarixli 954-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu

(“Azərbaycan” qəzeti, 20 mart 2010-cu il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 03, maddə 173) ilə 25.1-ci və 25.2-ci maddələrdə “vasitələrində” sözündən sonra “, habelə rəsmi internet saytında” sözləri əlavə edilmişdir.



      1. 22 noyabr 2002-ci il tarixli 382-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 706) ilə 29.3-cü maddədə "satınalan təşkilatın ixtiyarına keçir" sözlərindən sonra "(büdcədən maliyyələşdirilən təşkilatlar üzrə isə dövlət büdcəsinə köçürülür)" sözləri əlavə edilmişdir.



      1. 21 oktyabr 2005-ci il tarixli 1030-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1083) ilə 34.1-ci maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:



13 21 oktyabr 2005-ci il tarixli 1030-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1083) ilə 34.2-ci maddə yeni redaksiyada verilmişdir.

5 mart 2010-cu il tarixli 972-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 aprel 2010-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 276) ilə 34.2-ci maddəsində “Milli Bankının” sözləri “Mərkəzi Bankının” sözləri ilə əvəz edilmişdir.





14 19 yanvar 2016-cı iltarixli 105-VQDnömrəliAzərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 mart 2016-cı il, № 47) ilə 36.9-cu maddə yeni redaksiyada verilmişdir.

      1. 19 yanvar 2016-cı iltarixli 105-VQDnömrəliAzərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 mart 2016-cı il, № 47) ilə 36.10-cu maddədən “həcmi və” sözləri çıxarılmışdır.



      1. 19 yanvar 2016-cı iltarixli 105-VQDnömrəliAzərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 mart 2016-cı il, № 47) ilə 44.2-ci maddənin birinci cümləsi yeni redaksiyada verilmişdir.



      1. 12 fevral 2010-cu il tarixli 954-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu

(“Azərbaycan” qəzeti, 20 mart 2010-cu il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 03, maddə 173) ilə 48.2-ci maddədən “bildiriş dərc edilməsini qənaət və səmərəlilik baxımından məqsədəuyğun saymadığı hallar istisna olmaqla,” sözləri çıxarılmışdır.
Yüklə 51,42 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə