Dövlət sirri haqqında



Yüklə 0,64 Mb.
səhifə1/7
tarix31.08.2018
ölçüsü0,64 Mb.
  1   2   3   4   5   6   7

"Dövlət sirri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Dövlət sirri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 139 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:



1.   "Dövlət sirri təşkil edən məlumatların digər dövlətlərə və beynəlxalq təşkilatlara verilməsi Qaydası", "Dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə bağlı işlərin görülməsi prosesində məlumatların mühafizəsinin təmin edilməsi Qaydası", "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin dövlət sirri ilə işləməyə buraxılması Qaydası", "Dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi, informasiyanı mühafizə vasitələrinin yaradılması, habelə dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görülməsi və (və ya) xidmətlər göstərilməsi ilə bağlı işlərin icrasına müəssisə, idarə və təşkilatların buraxılması üçün icazənin alınması Qaydası", "Dövlət sirri təşkil edən məlumatın qeyri-qanuni yayılması üzrə ekspert rəyinin hazırlanması və təsdiq edilməsi Qaydası", "Dövlət sirrinin yayılmasının qarşısının alınması Qaydası" və "Dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarında, müəssisə, idarə və təşkilatlarda dövlət sirrinin mühafizəsinin təmin olunmasına idarələrarası nəzarətin həyata keçirilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur). [1]

2.   Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri     A.RASİZADƏ

 

Bakı şəhəri, 15 mart 2005-ci il



№ 40

 

 



Azərbaycan Respublikası Nazirlər Kabinetinin

    2005-ci il 15 mart tarixli 40 nömrəli qərarı ilə

    TƏSDİQ EDİLMİŞDİR

 

Dövlət sirri təşkil edən məlumatların digər dövlətlərə verilməsi

 

QAYDASI

 

1.   "Dövlət sirri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 139 nömrəli Fərmanının icrası məqsədilə hazırlanmış bu Qayda dövlət sirri təşkil edən məlumatların digər dövlətlərə və beynəlxalq təşkilatlara verilməsi qaydasını müəyyən edir.



Bu Qaydanın tələbləri dövlət sirri təşkil edən məlumatların digər dövlətlərə və beynəlxalq təşkilatlara verilməsində maraqlı olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları, müəssisə, idarə və təşkilatları (xüsusi vurğulanan hallardan başqa, bundan sonra - təşkilatlar) tərəfindən hökmən tətbiq olunmalıdır.[2]

2.   Dövlət sirri təşkil edən məlumatların digər dövlətə və beynəlxalq təşkilata verilməsi dedikdə, göstərilən məlumatların istənilən üsulla (verilmə, göndərilmə, tanış olmağa buraxılma və s.) digər dövlətə və beynəlxalq təşkilata (dövlət tərəfindən və beynəlxalq təşkilat tərəfindən səlahiyyət verilmiş şəxsə) verilməsi başa düşülür. [3]

3.   Hər bir ayrıca halda dövlət sirri təşkil edən məlumatların digər dövlətə və beynəlxalq təşkilata verilməsi, qəbul edən tərəfin verilən məlumatların mühafizəsi üzrə öhdəliyi və bu məlumatların verilməsinin mümkünlüyü haqqında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın (bundan sonra - İdarələrarası Komissiya) ekspert rəyi əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. [4]

4.   Digər dövlətə və beynəlxalq təşkilata verilən dövlət sirri təşkil edən məlumatın mühafizəsi üzrə qəbul edən tərəfin öhdəlikləri verilən məlumatların qarşılıqlı mühafizəsi haqqında tərəflər arasında bağlanılan beynəlxalq müqavilədə*[1] nəzərdə tutulur.

Müqavilədə aşağıdakılar əks olunmalıdır:

verilən məlumatların Azərbaycan Respublikasındakı məxfilik dərəcələrinin qəbul edən tərəf-dövlətdəki məxfilik dərəcələrinə müvafiqliyi;

müqavilənin həyata keçirilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsinə məsul olan səlahiyyətli orqanlar;

məlumatların verilmə qaydası;

verilən məlumatların istifadəsi və mühafizəsi üzrə tələblər;

verilən məlumatların 3-cü tərəfə verilməməsi (yayılmaması) və onların qəbul edən tərəf-dövlətin qanunvericiliyinə və bağlanan müqavilənin şərtlərinə müvafiq mühafizəsi haqqında qəbul edən tərəf-dövlətin öhdəliyi;

mübahisəli məqamlara baxılması və vurula bilən ziyanın ödənilməsi qaydaları;

müqavilənin qüvvəyə minməsi qaydaları.

5.   Dövlət sirri təşkil edən məlumatların digər dövlətə və beynəlxalq təşkilata verilməsində maraqlı olan təşkilatlar bu barədə əsaslandırılmış vəsatətlə verilməsi nəzərdə tutulan məlumat barədə sərəncam vermək səlahiyyətinə malik olan dövlət hakimiyyəti orqanına müraciət etməlidir.

Vəsatətdə aşağıdakılar əks olunmalıdır:

məlumatların verilməsində məqsəd;

verilməsi nəzərdə tutulan məlumatların siyahısı, onların məxfilik dərəcələri və hansı əsaslarla məxfiləşdirildiyi (dövlət sirrinə aid edildiyi);

məlumatları qəbul edən tərəf-dövlətin və beynəlxalq təşkilatın məlumatları qəbul etmək səlahiyyəti verdiyi orqanların siyahısı;

məlumatların verilməsinin məqsədəuyğunluğunun və zəruriliyinin əsaslandırılması, Azərbaycan Respublikasının siyasi və iqtisadi maraqlarının təmin olunması baxımından məlumatların verilməsinin nəticələrinin proqnozlaşdırılması və qiymətləndirilməsi;

qəbul edən tərəf-dövlətin və beynəlxalq təşkilatın müqavilə üzrə götürdüyü öhdəliyi yerinə yetirmədiyi halda vurula bilən ziyanın ödənilməsi qaydaları.

Təqdim olunmuş vəsatətə əsasən dövlət sirri təşkil edən məlumatların digər dövlətə və beynəlxalq təşkilata verilməsinin mümkünlüyü məsələsinə 1 (bir) ay müddətində baxılır və müvafiq rəy verilir.

Dövlət sirri təşkil edən məlumatın digər dövlətə və beynəlxalq təşkilata verilməsi barədə məqbul rəy almış müəssisə, idarə və təşkilat rəyi və vəsatəti baxılması və dövlət sirri təşkil edən məlumatın digər dövlətə verilməsi məsələsinin həll edilməsi üçün tabe olduğu dövlət hakimiyyəti orqanına təqdim edir.[5]

6.   Məlumatların verilməsində maraqlı olan dövlət hakimiyyəti orqanı əsaslandırılmış vəsatəti, rəyi, həmçinin verilən məlumatların qarşılıqlı mühafizəsi barədə beynəlxalq müqaviləni və verilməsinin mümkünlüyünə baxılan məlumatların mühafizəsinə bilavasitə aidiyyəti olan digər sənədləri baxılmaq üçün İdarələrarası Komissiyaya təqdim edir.

Məlumatların digər dövlətə və beynəlxalq təşkilata verilməsinin mümkünlüyü barədə materiallara İdarələrarası Komissiyada 45 gün müddətində baxılır və müvafiq rəy verilir. Rəyin hazırlanması üçün əlavə ekspertizanın keçirilməsi zərurəti yaranarsa, bu müddət artırıla bilər. Belə halda müraciət edən dövlət hakimiyyəti orqanı bu barədə məlumatlandırılır.

7.   Dövlət sirri təşkil edən məlumatların digər dövlətə və beynəlxalq təşkilata verilməsi barədə İdarələrarası Komissiyanın rəyi məqbul olduqda, dövlət hakimiyyəti orqanı məlumatların digər dövlətəvə beynəlxalq təşkilata verilməsi barədə təkliflərini hazırlayaraq, İdarələrarası Komissiyanın rəyi və verilən məlumatların qarşılıqlı mühafizəsi barədə beynəlxalq müqavilə ilə birlikdə baxılmaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.

Əgər məlumatları alan tərəf-dövlətlə və beynəlxalq təşkilatla verilən məlumatların qarşılıqlı mühafizəsi haqqında əvvəllər beynəlxalq müqavilə bağlanılmamışdırsa və ya əvvəllər bağlanılmış beynəlxalq müqavilə bu Qaydanın 4-cü bəndi ilə təsbit olunmuş tələbləri tam əhatə etmirsə, müvafiq beynəlxalq müqavilələrin bağlanılması və ya bağlanılmış beynəlxalq müqavilələrə əlavələr edilməsi barədə qəbul edən tərəf-dövlətlə və beynəlxalq təşkilatla ilkin olaraq işlənib hazırlanmış, aidiyyəti dövlət hakimiyyəti orqanları ilə razılaşdırılmış təkliflər də Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.[6]

8.   Dövlət sirri təşkil edən məlumatların digər dövlətə və beynəlxalq təşkilata verilməsi beynəlxalq müqavilələrlə həyata keçirilir. Verilən məlumatların mühafizəsi üzrə əlavə tədbirlər beynəlxalq müqavilələrdə nəzərdə tutulur.

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin



                  2005-ci il 15 mart tarixli 40 nömrəli qərarı ilə

                                                                                                              TƏSDİQ EDİLMİŞDİR

 

Dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə bağlı işlərin görülməsi prosesində məlumatların mühafizəsinin təmin edilməsi

 

QAYDASI

 

I. ÜMUMİ MÜDDƏALAR

 

1.   "Dövlət sirri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 139 nömrəli Fərmanının icrası məqsədilə hazırlanmış bu Qayda müəssisə, idarə və təşkilatlarda (bundan sonra - təşkilat) dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə bağlı işlərin görülməsi prosesində həmin məlumatların mühafizəsinin təmin olunması qaydasını müəyyən edir.



Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərinin xüsusiyyətləri nəzərə alınmaqla, bu Qaydaya uyğun olaraq, idarədaxili qaydalarını hazırlaya və Milli Təhlükəsizlik Nazirliyi (bundan sonra - təhlükəsizlik orqanı) ilə razılaşdırmaqla təsdiq edə bilərlər.

2.   Təşkilat dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə bağlı işlərin icrasına dövlət sirri haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada icazə aldıqdan sonra buraxılır.

Belə işlərin icrasına müvafiq icazə almaq istəyən təşkilatda sifarişçi ilə razılaşdırılmaqla, bu işlərin icrası prosesində dövlət sirri təşkil edən məlumatların mühafizəsinin təmin edilməsi məqsədilə tədbirlər planı hazırlanır və yerinə yetirilir.

Tədbirlər planı təşkilat rəhbərinin yaratdığı işçi qrup tərəfindən işlənib hazırlanır. İşçi qrupa bu işlərin görülməsinə cəlb edilmiş bölmələrin və dövlət sirrinin mühafizəsi üzrə bölmələrin mütəxəssisləri daxil edilir.

Tədbirlər aşağıdakıları nəzərdə tutur:

iş üzrə dövlət sirri təşkil edən məlumatların, habelə belə məlumatlan açıqlayan əlamətlərin müəyyən edilməsini;

dövlət sirri ilə bağlı işlərin görüləcəyi sahələrin və bölmələrin, o cümlədən bu işlərlə bağlı müşavirələrin keçiriləcəyi otaqların müəyyənləşdirilməsini;

iş prosesində dövlət sirri təşkil edən məlumatların mümkün axın (kənara sızma) kanallarının müəyyənləşdirilməsini;

dövlət sirri ilə bağlı işlərin icrasına buraxılması zəruri olan vəzifələrin müəyyənləşdirilməsini;

təşkilata buraxılış rejiminin və obyektdaxili rejimin müəyyənləşdirilməsini;

konkret sahələr və proseslər üzrə normativ və metodik sənədlərin işlənib hazırlanmasını;

dövlət sirri ilə bağlı işlərin görüldüyü sahələrin və bu işlərin görülməsi prosesində istifadə edilən dövlət sirri təşkil edən məlumatların (məlumat daşıyıcılarının) mühafizəsinin təşkilini və məlumatların texniki kanallarla sızmasının qarşısının alınması üzrə tədbirlərin həyata keçirilməsini;

işin görülməsinə cəlb edilən şəxslərin dövlət sirri ilə işləməyə buraxılışlarının rəsmiləşdirilməsini;

zəruri hallarda texniki kəşfiyyata qarşı tədbirlərin, o cümlədən dövlət sirri təşkil edən məlumatların və onları açıqlayan əlamətlərin pərdələnməsi üzrə tədbirlərin yerinə yetirilməsini;

dövlət sirrinin mühafizəsi ilə bağlı digər tədbirləri.

Tədbirlər planı təşkilat rəhbəri tərəfindən təsdiq edilir.

Texniki kanallarla sızmaya və texniki kəşfiyyata qarşı tədbirlər dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görülməsi və (və ya) xidmətlər göstərilməsi ilə bağlı işlərin icrasına dövlət sirri haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada icazə almış təşkilat tərəfindən müəyyənləşdirilir və həyata keçirilir.

3.   Dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə bağlı işlərin görülməsi prosesində, o cümlədən belə məlumatlar daşıyan silahların, hərbi texnikanın və s. məmulatların (bundan sonra - xüsusi məmulatların) yaradılması, istehsalı, sınağı, istismarı prosesində onların təyinatının məxfi saxlanılması məqsədilə həqiqi adından başqa onlara sifarişçi və ya icraçı tərəfindən şərti ad - şifr və şərti işarə - indeks verilir. Şifr və indeks xüsusi məmulatın yeniliyini, texniki, taktiki və digər xüsusiyyətlərini açıqlamamalıdır.

Xüsusi məmulatın həqiqi adı zəruri hallarda, yalnız məxfiləşdirilmiş sənədlərdə göstərilə bilər.

Xüsusi məmulatların şifrləri və indeksləri açıq yazışmalarda, yalnız onların təyinatını, texnoloji və konstruktiv xüsusiyyətlərini, işlənib hazırlanması və istehsalını, həmçinin dövlət sirri təşkil edən digər məlumatlan açıqlamamaq şərti ilə göstərilə bilər.

4.   Xüsusi məmulatlar, bir qayda olaraq, sərgilərdə nümayiş etdirilmir. Xüsusi məmulatların məqsədli sərgiləri, bu məmulatların daşıdığı dövlət sirri təşkil edən məlumatlar barədə sərəncam vermək səlahiyyətinə malik olan dövlət hakimiyyəti orqanının icazəsi ilə və dövlət sirrinin mühafizəsi üzrə bölmənin nəzarəti altında təşkil olunur. Sərgiyə aidiyyəti və dövlət sirri ilə

işləmək üçün müvafiq formalı buraxılışı olan şəxslər sərgini təşkil edən təşkilat rəhbərinin icazəsi ilə buraxılırlar.

5.   Xüsusi məmulatlarla iş prosesində məxfilik rejiminə riayət edilməsinə gündəlik nəzarət bu işləri icra edən bölmənin rəhbəri və rejim üzrə səlahiyyətli nümayəndəsi, həmçinin dövlət sirrinin mühafizəsi üzrə bölmə tərəfindən həyata keçirilir.

6.   Dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə bağlı görülən işlərin məxfilik dərəcəsindən asılı olaraq, təşkilatlar xüsusi əhəmiyyətli və ya rejimli olur.

Təşkilatın xüsusi əhəmiyyətli təşkilatlar siyahısına daxil edilməsi üçün orada icra edilən ümumi işlərdə xüsusi əhəmiyyətli və (və ya) tam məxfi işlərin olması əsas götürülür.

Təşkilatın rejimli təşkilatlar siyahısına daxil edilməsi üçün orada icra edilən ümumi işlərdə məxfi işlərin olması əsas götürülür.

Dövlət hakimiyyəti orqanı üzrə xüsusi əhəmiyyətli və rejimli təşkilatların siyahısı bu orqanın rəhbəri tərəfindən təsdiq edilir. Xüsusi əhəmiyyətli təşkilatların siyahısı təhlükəsizlik orqanı ilə razılaşdırılır (kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin təşkilatları istisna olmaqla).

Siyahılara 5 ildən gec olmayaraq yenidən baxılır. Bu siyahılara əlavə və dəyişikliklər onların təsdiq edildiyi qaydada həyata keçirilir.

 

II. DÖVLƏT SİRRİ TƏŞKİL EDƏN MƏLUMATLARDAN İSTİFADƏ İLƏ BAĞLI İŞLƏRİN GÖRÜLDÜYÜ BİNALAR, OTAQLAR VƏ SAHƏLƏR, DÖVLƏT SİRRİ TƏŞKİL EDƏN MƏLUMAT DAŞIYICILARININ SAXLANILMA YERLƏRİ

 

7.   Dövlət sirri təşkil edən məlumat istifadə ilə bağlı işlərin görüldüyü, habelə dövlət sirri təşkil edən məlumat daşıyıcılarının (bundan sonra - məlumat daşıyıcısı) saxlanıldığı binalar, otaqlar və sahələr (xüsusi vurğulanan hallardan başqa, bundan sonra - rejimli sahələr) bu işlərin məxfiliyinin təmin edilməsi üzrə tələblərə cavab verməli, onların yerləşməsi və təchizatı təhlükəsizlik texnikası qaydalarına, sanitariya normalarına və yanğın təhlükəsizliyi tələblərinə uyğun olmalı, kənar şəxslərin bu sahələrə icazəsiz daxil olmasının mümkünlüyünü istisna və orada saxlanılan məlumat daşıyıcılarının etibarlı mühafizəsini təmin etməlidir.



Bu tələblər müşavirələrin keçirilməsi üçün nəzərdə tutulan otaqlara, habelə xüsusi (hökumət) rabitə və (və ya) dövlət sirri təşkil edən informasiyanın emal vasitələrinin quraşdırıldığı otaqlara da şamil edilir.

8.   Təşkilatın və onun rejimli sahələrinin mühafizəsi qanunvericiliyə uyğun olaraq yaradılan və fəaliyyət göstərən mühafizə bölməsi tərəfindən müvafiq mühafizə məntəqələri vasitəsilə və (və ya) iqtisadi səmərəliliyi nəzərə alınmaqla, mühəndis və texniki vasitələrin (MTV) tətbiq edilməsi yolu ilə həyata keçirilir.

9.   Rejimli sahələrin MTV ilə təchizi orada görülən işlərin, saxlanılan məlumat daşıyıcılarının əhəmiyyətliliyi nəzərə alınmaqla həyata keçirilir.

10. Mühəndis vasitələrinə hasarlar, çəpərlər, qadağan zonaları, müxtəlif məhdudlaşdırıcı və xəbərdaredici nişanlar, nəzarət-buraxılış və mühafizə məntəqələri, mühafizə barmaqlıqları, qıfıllar və s. aiddir.

Təşkilatın ərazisinin digər ərazilərdən ayrılması, kənardan müşahidə edilməsinin məhdudlaşdırılması və bu əraziyə nəzarətsiz buraxılışın yolverilməzliyinin təmin edilməsi məqsədilə onun perimetri üzrə hasar inşa edilir. Hasar möhkəm, davamlı və çıxıntısız, habelə mühafizə məqsədilə ərazinin müşahidəsinin asan olması üçün mümkün qədər düzxətli olmalıdır. Hasarın həm daxili, həm də xarici tərəfində ona bitişik olmaqla, hər hansı məmulat və materialların yığılmasına, qurğuların yerləşdirilməsinə və tikililərin inşa edilməsinə yol verilmir.

Təhlükəsizliyin təmin edilməsi və buraxılışın məhdudlaşdırılması məqsədilə, təşkilatın güc qurğuları və ayrı-ayrı istehsalat sahələri yerləşən, hazır məmulatlar yığılan açıq sahələri çəpərlə ümumi ərazidən ayrıla bilər.

Zəruri hallarda təşkilatın ərazisinə qeyri-qanuni yollarla daxil olmağa (çıxmağa) cəhd edən şəxslərin izlərinin aşkar edilməsi məqsədilə təşkilatın hasarına bitişik qadağan zonası salına bilər.

Adamların, nəqliyyatın, maddi sərvətlərin və məlumat daşıyıcılarının buraxılışının təşkilatda müəyyən edilmiş qaydalara uyğun həyata keçirilməsi üçün nəzarət-buraxılış məntəqələri yaradılır.

Rejimli sahələrin birinci mərtəbələrinin, həmçinin hər hansı qeyri-rejimli otaq və dəhlizlərə çıxışı olan mərtəbələrinin bu sahələrə qeyri-qanuni daxil olmaq (çıxmaq) imkanı verən bütün qapı və pəncərələri, kommunikasiya yuvaları mühafizə barmaqlıqları və texniki (siqnal) vasitələrlə təchiz edilməlidir. Hər hansı səbəbdən barmaqlıqların tətbiqi mümkün olmadıqda, mühafizəsinin etibarlılığına xələl gətirilmədən onlar, yalnız texniki (siqnal) vasitələrlə təchiz edilə bilər.

11. Texniki vasitələrə siqnal və rabitə, müşahidə və qeydiyyat, avtomatlaşdırılmış nəzarət-buraxılış, mühafizə işıqlandırma vasitələri və s. aiddir.

Siqnal vasitələri təşkilatda mühafizə olunan obyektlərə qeyri-qanuni daxilolmağa (çıxmağa) cəhdlər edildiyi anda mühafizə bölməsinin məlumatlandırılması məqsədilə, rabitə vasitələri mühafizə məntəqələrinin bir-biri ilə və mühafizə bölməsi ilə etibarlı əlaqəsinin təmin edilməsi məqsədilə, müşahidə vasitələri hadisə yerinə getmədən onun xüsusiyyətinin müəyyən edilməsi və düzgün qərar qəbul edilməsi məqsədilə, avtomatlaşdırılmış nəzarət-buraxılış vasitələri nəzarət-buraxılış fəaliyyətinin yaxşılaşdırılması məqsədilə, işıqlandırma vasitələri isə günün qaranlıq vaxtlarında mühafizə olunan obyektlərin işıqlandırılması məqsədilə tətbiq edilir.

Texniki vasitələrin tətbiq edilməsi üçün təşkilatda mühafizə olunacaq obyektlər, texniki vasitələrin tətbiqi taktikası və yeri müəyyən edilməli, texniki vasitələr düzgün seçilməlidir.

MTV-nin düzgün istismarına və mühafizəsinə görə təşkilatın mühafizə bölməsinin rəhbəri məsuliyyət daşıyır.

12. Rejimli sahələrin daxili planı və iş yerlərinin yerləşməsi, burada işləyənlərə etibar edilmiş məlumat daşıyıcılarının onlar tərəfindən etibarlı saxlanılmasını təmin, digər məlumat daşıyıcıları ilə tanış olmaq imkanını isə istisna etməlidir.

13. Rejimli sahələrin giriş qapıları işdənkənar vaxtlarda onların etibarlı bağlanılmasını təmin edən qıfıllarla təchiz edilməlidir. Sahələrə buraxılışa nəzarəti təmin etmək üçün giriş qapıları şifrli və ya elektron qıfıllarla, avtomatlaşdırılmış keçid avadanlığı ilə təchiz edilə bilər.

Rejimli sahələr məlumat daşıyıcılarının saxlanılması üçün kifayət qədər seyf və metal şkaflarla, həmçinin yanğın, qəza və təbii fəlakət hallan zamanı məlumat daşıyıcılarının təhlükəli sahədən çıxarılması üçün xüsusi qablarla təmin edilməlidir.

Məlumat daşıyıcılarının sayının çox olması və ya seyf və metal şkafda saxlanılmasının mümkün (məqsədyönlü) olmaması ilə əlaqədar, onların xüsusi saxlama yerlərində (anbarlarda) açıq rəflərdə saxlanılmasına yol verilir.

Məlumat daşıyıcılarının saxlanıldığı xüsusi saxlama yerlərinin (anbarların), seyflərin, metal şkafların (xüsusi vurğulanan hallardan başqa, bundan sonra - saxlama yerləri) və onların açarlarının uçotu dövlət sirrinin mühafizəsi üzrə bölmədə "Saxlama yerlərinin və onların açarlarının uçotu jurnalı" (1 nömrəli əlavə) üzrə aparılır.

14. İşçi açarın itirildiyi və ya məsul şəxs olmadığı hallarda, saxlama yerlərinin müvafiq qaydada açılmasını təmin etmək məqsədilə, saxlama yerlərinin ehtiyat açarlan cavabdeh şəxsin möhürlədiyi penallarda "Saxlama yerlərinin və onların açarlarının uçotu jurnalı" üzrə təşkilatın dövlət sirrinin mühafizəsi üzrə bölməsinin rəhbərinə təhvil verilir və onun seyfində saxlanılır.

15. İşdənkənar vaxtlarda rejimli sahələr, habelə onların qapılarının işçi açarları möhürlənmiş qablarda "Rejimli sahələrin və onların açarlarının mühafizəyə təhvil-təslim jurnalı" (2 nömrəli əlavə) üzrə təşkilatın mühafizə bölməsinə təhvil verilir (alınır).

Təşkilatın mühafizə bölməsinə təhvil verilən (alınan) rejimli sahələrin siyahısı, habelə onları təhvil vermək (almaq) səlahiyyəti verilmiş şəxslərin siyahısı (soyadı, adı, atasının adı və imza nümunəsi göstərilməklə) aidiyyəti bölmələr tərəfindən müvafiq qaydada hazırlanır və təşkilat rəhbəri tərəfindən təsdiq edilir. Bu siyahılar təşkilatın mühafizə bölməsinə verilir.

Rejimli sahə açılmazdan öncə möhürlərin və qıfıllanmanın vəziyyətinə baxış keçirilməlidir. Möhürlərin və qıfıllanmanın vəziyyəti bu rejimli sahəyə kənar şəxslərin daxil olması barədə şübhə yaratdıqda, sahə açılmır, bu barədə müvafiq akt tərtib edilərək, yubanmadan təşkilat rəhbərinə, dövlət sirrinin mühafizəsi üzrə bölmənin rəhbərinə və təhlükəsizlik orqanına məlumat verilir. Eyni zamanda, hadisə yerinin mühafizəsi təşkil edilir və təhlükəsizlik orqanının əməkdaşları gələnə qədər bu sahəyə heç kəs buraxılmır.

Rejimli sahənin və saxlama yerinin qapısının açarı itirildiyi halda, yubanmadan dövlət sirrinin mühafizəsi üzrə bölməyə məlumat verilir. Bu halda, qıfıl mütləq dəyişdirilməlidir. Açarı itirilən saxlama yerlərinin qıfılı dəyişdirilənə qədər orada məlumat daşıyıcılarının saxlanılmasına yol verilmir.

16. Rejimli sahələrdə təmizlik və digər zəruri təsərrüfat işləri məsul şəxslərin iştirakı ilə həyata keçirilir.

 

III. BURAXILIŞ REJİMİ VƏ OBYEKTDAXİLİ REJİM

 

17.  Dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə bağlı işlərin icrasına müvafiq qaydada icazə verilmiş təşkilatlarda buraxılış rejimi və obyektdaxili rejim müəyyən edilir.



18.  Buraxılış rejimi - təşkilatın ərazisinə və rejimli sahələrinə şəxslərin və nəqliyyatın girişi (çıxışı), maddi sərvətlərin və məlumat daşıyıcılarının gətirilməsi (aparılması) üzrə qaydaların və onların həyata keçirilməsini təmin edən tədbirlərin məcmusudur.

Buraxılış rejimi aşağıdakıları nəzərdə tutur:

a)   buraxılış bürosunun, nəzarət-buraxılış və mühafizə məntəqələrinin təşkilini;

b)   buraxılış vəsiqələrinin növlərinin (daimi, müvəqqəti, birdəfəlik), habelə şəxslərin, materialların və nəqliyyat vasitələrinin buraxılışı qaydasının müəyyən edilməsini və tətbiqini;

c)   rejimli ərazilərə və sahələrə buraxılmaq hüququ verən xüsusi şifrlərin və buraxılış vərəqələrinə əlavələrin tətbiqini;

ç) müvafiq növ buraxılış vərəqələrinin və onlara əlavələrin verilməsinə, şifrlərin qoyulmasına sərəncam vermək səlahiyyətinə malik olan vəzifəli şəxslərin müəyyən edilməsini;

d)   təşkilatın ərazisinə və rejimli sahələrinə gətirilməsi qadağan olunmuş əşyaların siyahısının müəyyən olunmasını;

e)   təşkilatın ərazisinin, rejimli sahələrinin mühafizəsini;

ə) dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə bağlı işlər görülən sahələrə buraxılan şəxslərin müəyyən edilməsini.

19. Təşkilatın rejimli sahələrinə orada işləyənlər, habelə təşkilatın rəhbəri, onun rejim üzrə müavini (köməkçisi), dövlət sirrinin mühafizəsi üzrə bölmənin rəhbəri və bu sahələrdə yerinə yetirilən işlərə bilavasitə aidiyyəti olan digər vəzifəli şəxslər daimi buraxılırlar. Belə vəzifəli şəxslərin siyahısı dövlət sirrinin mühafizəsi üzrə bölmə tərəfindən hazırlanır və təşkilat rəhbəri tərəfindən təsdiq edilir. İstehsalat zərurəti ilə əlaqədar digər şəxslərin rejimli sahələrə müddətli buraxılışı dövlət sirrinin mühafizəsi üzrə bölmənin icazəsi ilə həyata keçirilir.

Ezam olunmuş şəxslərin təşkilatın ərazisinə və rejimli sahələrinə buraxılışı dövlət sirri haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.

20. Yanğın, qəza və təbii fəlakət hallan zamanı qəza xidməti, yanğından mühafizə, təcili tibbi yardım vasitələri və işçilərinin təşkilatın ərazisinə və rejimli sahələrinə buraxılışı təşkilatın mühafizə bölməsi işçilərinin müşayiəti ilə maneəsiz həyata keçirilir.

21.  Obyektdaxili rejim - təşkilatda məxfilik rejiminin təmin olunmasına yönəldilən qaydaların, təşkilati və texniki tədbirlərin məcmusudur.

Obyektdaxili rejim aşağıdakıları nəzərdə tutur:

a)  təşkilat əməkdaşlarının və təşkilata gələn şəxslərin şəxsi əşyalarının saxlanılması üçün nəzarət-buraxılış məntəqələrində saxlama yerlərinin təchiz edilməsini;

b)  gələn şəxslərin aidiyyəti üzrə əlaqə yarada bilməsi məqsədilə, mühafizə olunan ərazidən kənarda telefon-rabitə məntəqəsinin yaradılmasını;

c)  təşkilata işə qəbul edilən şəxslərin seçilməsi, öyrənilməsi və rəsmiləşdirilməsi zamanı müəyyən edilmiş qaydalara riayət edilməsini;

ç) dövlət sirri ilə işləməyə buraxılan şəxslərin dairəsinin məhdudlaşdırılmasını, belə məlumatlarla tanış olmağa icazə vermək səlahiyyəti olan vəzifəli şəxslərin dairəsinin müəyyən edilməsini, məlumatların icraçılara xidməti tapşırıqların yerinə yetirilməsi üçün zəruri olan həcmdə çatdırılmasını;

d)  icraçılara məxfilik rejimi tələblərinin izah edilməsini və etibar edilmiş dövlət sirri təşkil edən məlumatların mühafizəsi üçün onların məsuliyyətinin yüksəldilməsi üzrə işlərin aparılmasını, onların dövlət sirri haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikasının qanunvericiliyi ilə tanış edilməsini;

e)  xüsusi çamadan, çanta və iş qovluqlarının təhvil-təslimi qaydalarının müəyyənləşdirilməsini;

ə) təşkilatın, dövlət sirri ilə bağlı görülən işlərin və onları açıqlayan əlamətlərin pərdələnməsi üzrə tədbirlərin yerinə yetirilməsini;

f) dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə bağlı işlərin icra edildiyi sahələrdə belə işlərin görülməsinə verilmiş icazə ilə müəyyən edilmiş şərtlərə əməl edilməsini;

g)  məlumat daşıyıcıları ilə tanış olmağa buraxılma qaydalarına riayət edilməsini;

ğ) dövlət sirri təşkil edən məlumatlarla bağlı müşavirələrin, sərgilərin və digər tədbirlərin keçirilməsi prosesində, habelə əcnəbilərin təşkilatda qəbulu zamanı məxfilik rejiminin təmin edilməsi məqsədilə tədbirlərin həyata keçirilməsini;

h) dövlət sirri təşkil edən informasiyanın sertifikatlaşdırılmış texniki vasitələrlə emalını;

x) dövlət sirri təşkil edən informasiyanın emalı vasitələrinin quraşdırıldığı, həmçinin məxfi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan otaqların texniki kanallarla məlumatların sızmasına qarşı tələblərə uyğun olmasına nəzarətin həyata keçirilməsini;

1) kənar şəxslərin xüsusi rabitə vasitələrindən nəzarətsiz istifadəsi imkanlarının, həmçinin bu vasitələrdə istifadə olunan texniki mühafizə tədbirlərinin açıqlanmasının istisna edilməsini;

i) digər təşkilatların nümayəndələrinin dövlət sirri təşkil edən məlumatlarla bağlı olmayan məsələlər üzrə qəbulu üçün mühafizə olunan ərazidən kənarda müvafiq qəbul otaqlarının təchiz edilməsini;

j) dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə bağlı işlərin görülməsinə bilavasitə aidiyyəti olmayan inzibati-təsərrüfat və digər xidmətlərin, ictimai təşkilatların mühafizə olunan ərazidən kənarda yerləşdirilməsini;

k) rejimli sahələrin mühafizəyə təhvil verilməsi və mühafizədən qəbul edilməsi qaydalarının müəyyənləşdirilməsini;

q) yanğını, qəza və təbii fəlakət halları zamanı vəzifəli şəxslərin çağırılması, rejimli sahələrin açılması, məlumat daşıyıcılarının təhlükəli sahədən çıxarılması ardıcıllığı və saxlanılması qaydalarının müəyyənləşdirilməsini.

22. Xüsusi əhəmiyyətli və rejimli təşkilatların tikintisi və yenidən qurulması layihələrində məxfilik rejiminin təmin edilməsi üzrə zəruri tədbirlər, o cümlədən obyektin pərdələnməsi, rejimli sahələr üzrə tələblər, mühafizənin təşkili və yanğın təhlükəsizliyi üzrə tədbirlər nəzərdə tutulmalıdır, əks halda, layihə təşkilat rəhbəri tərəfindən təsdiq edilməməlidir.

 


: system -> files -> legislation
legislation -> Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında
legislation -> Sosial müavinətlərin məbləğinin artırılması haqqında
legislation -> Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun q ə r a r I
legislation -> Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında
legislation -> Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında
legislation -> Dövlət sirri təşkil edən məlumatlarla işləməyi istisna edən xəstəliklərin Siyahısının təsdiq edilməsi haqqında
legislation -> Qərara alıram: Aşağıdakı şəxslər inzibati-iqtisadi məhkəmələrin hakimləri təyin edilsinlər: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi
legislation -> Azərbaycan respublikasi əMƏk və ƏhaliNİn sosial müdafiƏSİ naziRLİYİNİn kollegiyasi
legislation -> Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə
legislation -> Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə


Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə