Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu ilə bağlı



Yüklə 373,41 Kb.
Pdf görüntüsü
tarix05.09.2018
ölçüsü373,41 Kb.
#66772


Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu ilə bağlı 

bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında 

  

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

  

“Dövlət  torpaq  kadastrı,  torpaqların  monitorinqi  və  yerquruluşu  haqqında” 



Azərbaycan  Respublikası  Qanununun  tətbiq  edilməsi  barədə”  Azərbaycan 

Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 113 nömrəli Fərmanının icrası ilə 

əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1.  “Dövlət  torpaq  kadastrının  aparılması  qaydaları  haqqında  Əsasnamə”, 



“Torpaqların texniki uçotunun aparılması Qaydaları”, “Torpaq-kadastr sənədlərinin 

aparılması  Qaydaları”,  “Dövlət  torpaq  kadastrı  fondunun  yaradılması,  istifadəsi  və 

mühafizəsi haqqında Əsasnamə”, “Torpaqların monitorinqinin aparılması qaydaları 

haqqında  Əsasnamə”  və  “Yerquruluşu  işlərinin  aparılması  qaydaları  haqqında 

Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

 

2.  Müəyyən  edilsin  ki,  dövlət  müəssisələrinin  istifadəsində  olan,  habelə 



özəlləşdirilən  dövlət  obyektlərinin  yerləşdiyi  torpaqların  texniki  uçotu  və 

yerquruluşu işləri Əmlak Məsələləri Dövlət Komitəsinin iştirakı ilə aparılır.



[1]

 

3.  “Dövlət  torpaq  kadastrının  və  torpaqların  monitorinqinin  aparılması 



qaydaları  haqqında”  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  1992-ci  il  24 

yanvar tarixli 34 nömrəli qərarı (7-ci bənd istisna olmaqla) qüvvədən düşmüş hesab 

edilsin.

 

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.



 

  

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

 

 



Bakı şəhəri, 7 iyun 1999-cu il

 

    № 94



 

 

 



 

 

 



 

 

 



  

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 

1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə 

TƏSDİQ EDİLMİŞDİR

 

 

 



 

  

Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və mühafizəsi 



haqqında 

  

ƏSASNAMƏ 


  

Bu Əsasnamə “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu 

haqqında”  Azərbaycan  Respublikası  Qanununa  və  digər  qanunvericilik  aktlarına 

uyğun  olaraq  hazırlanmışdır  və  dövlət  torpaq  kadastrı  fondunun  yaradılması, 

istifadəsi, mühafizəsi qaydalarını və şərtlərini müəyyən edir.

 

 



 

I. ÜMUMİ MÜDDƏALAR

 

 

 

1.  Dövlət  torpaq  kadastrı  fonduna  (bundan  sonra  “Fond”  adlanacaq) 

Azərbaycan  Respublikasının  hüdudları  daxilində  yerləşən  torpaqların  məqsədli 

təyinatı,  sərhədləri,  ölçüləri,  coğrafi  mövqeyi,  hüquqi  statusu  və  torpaq  sahələrinin 

digər  kəmiyyət  və  keyfiyyət  göstəriciləri  üzrə  kadastr  məlumatları  və  materialları 

daxildir.

 

2. 


Fond Azərbaycan 

Respublikasının 

Əmlak 

Məsələləri 

Dövlət 

Komitəsinin sərəncamındadır.

[22]

 

3.  Fondun  idarəetmə  strukturu  Azərbaycan  Respublikası  Dövlət  Torpaq 



Komitəsinin  strukturunun  tərkib  hissəsi  olmaqla,  onun  strukturu  bu  Komitənin 

Kollegiyası tərəfindən təsdiq olunur.



[23]

 

4.  Mülkiyyət  və  təşkilati-hüquqi  formasından  asılı  olmayaraq,  Azərbaycan 



Respublikasında  fəaliyyət  göstərən  müəssisələr,  müəlliflik  və  mülkiyyət  hüququ 

saxlanılmaqla,  torpaq  kadastrı,  torpaqların  monitorinqi  və  yerquruluşu  işləri  üzrə 

hazırlanmış  materialların  bir  nüsxəsini  qanunvericiliklə  müəyyən  edilmiş 

qaydada Azərbaycan  Respublikasının  Əmlak  Məsələləri  Dövlət  Komitəsinə təqdim 

etməlidirlər.

[24]

 

5.  Dövlət  torpaq  kadastrı  fondu,  dövlət  geodeziya  və  kartoqrafiya  fondu  və 



digər  kadastr  fondları  ilə  əlaqəli  şəkildə  qurularaq  vahid  informasiya  fondunun 

tərkib hissəsini təşkil edir.Dövlət torpaq kadastrı fondu hüquqi şəxs kimi fəaliyyət göstərən 



Azərbaycan  Respublikasının  Mərkəzi  Dövlət  Torpaq  Kadastrı,  Geodeziya  və  Kartoqrafiya 

Fonduna daxildir.

[25]

 

6.  Fondun  idarəetmə  strukturu  iş  planı  əsasında  fəaliyyət  göstərməklə  Baş 



Arxiv idarəsinin siyahısına uyğun olaraq məhv edilməsi nəzərdə tutulmuş bəzi fond 

məlumatlarının və materiallarının müəyyən edilməsini, yeni hazırlanmış məlumat və 

materialların qəbulunu fondun idarəetmə strukturuna daxil olan ekspert komissiyası 

vasitəsi ilə həyata keçirir.

 

7.  Ekspert  komissiyasının  fond  ilə  bağlı  fəaliyyəti Azərbaycan  Respublikasının 



Əmlak Məsələləri Dövlət Komitəsinin Kollegiyası tərəfindən təsdiq olunmuş Qaydalara 

uyğun olaraq tənzimlənir.



[26]

 

 



 

II. FONDUN YARADILMASI MƏNBƏLƏRİ

 

 

 

1. Fondun yaradılması mənbələri aşağıdakılardır:

 

bu  Əsasnamə  qüvvəyə  mindiyi  günədək Azərbaycan  Respublikasının  Əmlak 



Məsələləri  Dövlət  Komitəsinin  və  Naxçıvan  Muxtar  Respublikasının  Daşınmaz  Əmlak  və 


Torpaq  Məsələləri  üzrə  Dövlət  Komitəsinin arxivində  saxlanılan  və  məhv  olunması 

nəzərdə  tutulmayan,  eləcə  də  məhvedilmə  müddəti  çatmamış  torpaq  kadastrı 

məlumatları və materialları;

 

bu Əsasnamə qüvvəyə mindiyi gündən sonra Azərbaycan Respublikasının Əmlak 



Məsələləri  Dövlət  Komitəsi  və  Naxçıvan  Muxtar  Respublikasının  Daşınmaz  Əmlak  və 

Torpaq  Məsələləri  üzrə  Dövlət  Komitəsi və  digər  icraçı  təşkilatlar  tərəfindən 

hazırlanacaq torpaq kadastrı məlumatları və materialları;



[27]

 

Azərbaycan  Respublikası  Əmlak  Məsələləri  Dövlət  Komitəsinin  ərazi  bölmələri və 

Naxçıvan  Muxtar  Respublikası  Nazirlər  Kabineti  tərəfindən  hər  ilin  01  yanvar 

vəziyyətinə təqdim olunan torpaq kadastrı məlumatları və materialları;



[28]

 

mülkiyyət  və  təşkilati-hüquqi  formasından  asılı  olmayaraq  Azərbaycan 



Respublikasında  fəaliyyət göstərən hüquqi  şəxslər tərəfindən təqdim olunan torpaq 

kadastrı məlumatları və materialları;

 

torpaq  mülkiyyətçiləri,  istifadəçiləri  və  icarəçiləri  tərəfindən  təqdim  olunan 



məlumatlar;

 

digər sahə kadastrlarının məlumatları.



 

 

 



III. FONDDAN İSTİFADƏ VƏ ONUN MÜHAFİZƏSİ QAYDALARI

 

 

 

1. 


Fond Azərbaycan 

Respublikasının 

Əmlak 

Məsələləri 

Dövlət 

Komitəsində yaradılır.

[29]

 

2.  Fondun  məlumat  və  materialları  müasir  kompüter  texnikası  vasitəsilə 



mərkəzləşdirilmiş qaydada sistemləşdirilir.

 

3. Fondun məlumat və materiallarından istifadə hüququ aşağıdakılara verilir:



 

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə və Naxçıvan Muxtar 

Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə yeni torpaq 

kadastrı  məlumatları  və  materiallarının  hazırlanması  və  digər  xidməti  məqsədlər 

üçün;

[30]

 

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə və Naxçıvan Muxtar 



Respublikasının  Daşınmaz  Əmlak  və  Torpaq  Məsələləri  üzrə  Dövlət  Komitəsinə xidməti 

istifadə üçün;



[31]

 

Dövlət orqanlarına və bələdiyyələrə xidməti istifadə üçün;



 

Vətəndaşlara  və  hüquqi  şəxslərə  onların  mülkiyyətində,  istifadəsində  və 

icarəsində olan torpaqlarla bağlı məsələlərə baxılması üçün;

 

4.  Fondun  məlumatlarından  və  materiallarından  istifadə  qaydaları  aşağıdakı 



ardıcıllıqla həyata keçirilir:

 

4.1.  Fondun  məlumatlarından  və  materiallarından  istifadə  etmək  üçün  bu 



Əsasnamənin  III  bölməsinin  3-cü  bəndində  nəzərdə  tutulan  istifadəçilər 

tərəfindən Azərbaycan  Respublikası  Əmlak  Məsələləri  Dövlət  Komitəsinin  sədrinin adına 

rəsmi qaydada müraciət (vətəndaşlar tərəfindən ərizə) edilir.

[32]

 

4.2. Azərbaycan  Respublikası  Əmlak  Məsələləri  Dövlət  Komitəsinin  sədri həmin 



müraciətə  5  gün  müddətində  baxır,  məlumat  və  materiallardan  istifadəyə  icazə 

verilməsi barədə fondun rəhbərinə müvafiq tapşırıq verir.

 



4.3. Fondun ekspert komissiyası həmin tapşırığa uyğun olaraq, bir gün ərzində 

istifadəsi tələb olunan məlumatları və materialları müəyyən edir.

 

4.4.  Dövlət  torpaq  kadastrı  məlumatlarından  və  materiallarından  fondun 



daxilində istifadəsinə 2 gün ərzində icazə verilir.

 

4.5.  Dövlət  torpaq  kadastrı  məlumatları  və  materiallarından  surət  (dublikat) 



çıxarılması  zərurəti  yarandıqda  (məxfi  qrifləri  olan  materiallar  istisna  edilməklə), 

həmin  surət  fondun  rəhbəri  tərəfindən  sifarişçinin  vəsaiti  hesabına  hazırlanır.  Bu 

məqsədlə  ekspert  komissiyası  material  və  əmək  sərfinin  dəyərini  əvvəlcədən 

sifarişçiyə  (dövlət  tapşırıqlarını  icra  edən  sifarişçilər  istisna  olmaqla)  bildirir  və 

sifarişçi  həmin  məbləğdə  maliyyə  vəsaitini Azərbaycan  Respublikası  Əmlak  Məsələləri 

Dövlət  Komitəsinin müvafiq  bankdakı  hesablaşma  hesabına  ödəyir  və  ödəmə  barədə 

qəbzi fondun rəhbərinə təqdim edir.



[33]

 

4.6.  Fondun  materiallarından  fondun  ərazisindən  kənarda  istifadə  müddəti 



səlahiyyətli  orqanlar  tərəfindən  icraçıya  tapşırılmış  işin  icra  müddətindən  artıq  ola 

bilməz.


 

5. Dövlət torpaq kadastrı fondunun məlumatları aşağıdakı işlərdə istifadə edilir:

 

torpaq  ehtiyatlarının  istifadəsi  və  mühafizəsi  sahəsində  dövlət  siyasətinin 



formalaşmasında və həyata keçirilməsində;

 

torpaqların  səmərəli  istifadəsinə,  münbitliyinin  artırılmasına,  qorunmasına, 



digər  torpaq  mühafizəsi  tədbirlərinə  dair  kompleks  dövlət  proqramlarının 

hazırlanmasında və yerinə yetirilməsində;

 

yerquruluşu layihələrinin və sxemlərinin hazırlanmasında;



 

şəhərsalma,  meşəsalma,  tikinti,  meliorasiya,  irriqasiya,  geodeziya,  topoqrafiya, 

geoloji kəşfiyyat və axtarış işlərinin layihələşdirilməsində və aparılmasında;

 

torpaq münasibətlərinin tənzimlənməsində, torpaqların normativ qiymətlərinin 



müəyyənləşdirilməsində,  torpaq  reyestrinin  tərtibində  və  torpaq  bazarının 

formalaşdırılmasında;

 

torpaq vergisinin və icarə haqqının müəyyənləşdirilməsində və tətbiqində;



[34]

 

torpaq  informasiyası  sisteminin  və  məlumat  bankının  yaradılmasında  və 



istifadəsində;

 

torpaqların 



istifadəsinə, 

mühafizəsinə 

və 

torpaq 


münasibətlərinin 

tənzimlənməsinə dövlət nəzarətinin həyata keçirilməsində.

 

6.  Fondda  saxlanılan  topoqrafiya-geodeziya,  kartoqrafik,  qravimetrik,  aero  və 



kosmik planaalma materiallarının məxfiliyi bu sahədə qüvvədə olan xüsusi təlimata 

uyğun  olaraq  təmin  edilir  və  bu  təlimatın  tələbləri  bütün  hüquqi  və  fiziki  şəxslər 

üçün məcburidir.

 

7.  Fondun  surət  (dublikat)  çıxarılması  icazə  verilməyən  materiallarından 



müvəqqəti  istifadəyə  bu  Əsasnamənin  III  bölməsinin  6-cı  bəndində  nəzərdə 

tutulmuş təlimata uyğun olaraq, fondun daxilində icazə verilir.

 

8. Fondun məlumatları dövlət orqanlarının, bələdiyyələrin müvafiq qərar qəbul 



etməsi üçün əsasdır.

[35]

 

  



  


 

 

 



 

  

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 



1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə 

TƏSDİQ EDİLMİŞDİR 



 

 

Yüklə 373,41 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə